Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-167/2022 17.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, M.Müşviq küçəsi, ev 35-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs оğlu satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən, yəni təmiz çəkisi 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 0,439 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 0,548 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki satış məqsədi ilə qanunsuz əldə edərək Bərdə rayonu, Alaçadırlı kəndində yaşadığı evin mətbəx otağında olan stolun üzərində kibrit qutusunda saxlamış, 18 iyun 2022-ci il tarixdə, saat 20:40 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bərdə rayon, Alaçadırlı kəndində yaşadığı evin mətbəx otağında yerləşən stolun üzərində satış məqsədilə saxladığı kibrit qutusunda 1 (bir) ədəd ağ kağız bükümdə, 2 (iki) ədəd göy kağız bükümdə və 1 (bir) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,399 qram, 0,077 qram və 0,162 qram olmaqla ümumi təmiz çəkisi 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, 1 (bir) ədəd sellofan bükümdə, təmiz şəkisi 0,548 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan tiryək, 1 (bir) ədəd göy kağız bükümdə, 2 (iki) ədəd sellofan bükümdə və digər 1 (bir) ədəd göy kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,115 qram, 0,163 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 0,439 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu, Alaçadırlı kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğuldur, narkotik vasitə aludəçisi və istifadəçisi olduğundan, narkotik vasitə saxlayır. 13 iyun 2022-cil tarixdə Bakı şəhərinə getmiş, orada tanımadığı yerdən narkotik tərkibli vasitələr tapmış, tapdığı narkotik vasitələri istifadə etdiyi üçün götürüb yaşadığı Bərdə rayonuna gətirmişdir. 18 iyun 2022-ci il tarixdə saat 20:40 radələrində yaşadığı evdə olan zaman giriş darvazasının qapısının döyüldüyünü eşidib küçəyə çıxmış, giriş qapısını açan zaman bir neçə nəfər mülki geyimli şəxsləri yaşadığı evin giriş darvazasının qarşısında görmüş, onlar xidməti vəsiqələrini nümayiş etdirib, Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişdlər. Sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı evdə videoçəkiliş etməyə başlamışlar. Videoçəkiliş zamanı polis əməkdaşı ona yaşadığı evdə qаnunsuz оlаrаq tərkibində nаrkоtik vasitələr оlаn maddələr saxlamağı barədə sual vermiş, polis əməkdaşlarının narkotik vasitələrdən xəbərlərinin olduğunu düşünüb onlara bu barədə düzgün məlumat verərək, yaşadığı fərdi yaşayış evinin mətbəxində olan stolun üzərində narkotik tərkibli maddələrin olduğunu bildirmiş və könüllü onlara kibrit qutusunun içində olan ayrı-ayrılıqda bükümlərdə olan narkotik vasitələri polislərə təqdim etmişdir. Kibrit qutusunun içində olan narkotik maddələr və psixotrop maddələr olan bükülülərə baxış keçirilmiş, bükülülərin 1 ədədinin içərisində tiryək, 4 ədəd bükülüdə metamfetamin və 4 ədəd bükümdə heroin aşkar edilərək elektron tərəzidə çəkilərək 3 ədəd zərfdə qablaşdırılmış, zərflərin üzərlərinə yapışdırılacaq yazı, uca səslə oxunduqdan sonra polislərin göstərişinə əsasən tərəfindən imzalanmış və qablaşdırılmış zərflərin üzərlərinə yazılmış kağızlar yapışdırılaraq möhürlənmişdir. Sona polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər, polis əməkdaşlarına heç bir etiraz etmədən polislərlə birlikdə polis şöbəsinin inzibati binasına gəlmişlər. Şöbənin inzibati binasında hüquqlаrının müdafiə olunması üçün Müdafiəçi ona vəkil təyin edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş maddə aşkar edilməmişdir. Hal-hazırda özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, heç vaxt kiməsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirir və etdiyi əməldən çox peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vəsatət verərək atasının ağır xəstə olması səbəbindən barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq və vəsatətə qiymət verərək həbs qətimkan tədbirinin dəyişdirilməsini zəruri edən hallar və əsaslar mövcud olmadığından, habelə təqsirləndirilən şəxsin atasının xəstə olmasına dair sənədlər vəsatətə əlavə edilmədiyindən vəsatətin rədd edilməsi haqqında qərar qəbul etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 göstərdi ki, Bərdə RPŞnin Kriminalistik-Tədqiqatlar qrupunun ekspert-kriminalisti vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri yaşadığı evdə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olduğundan, Şahid1 tərəfindən 18 iyun 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndiyindən, həmin gün saat 20:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən evinə onun, Bərdə RPŞ-nın, İTB-nın sahə polis nəfəri Şahid2 və Şahid1 iştirakı ilə baxış keçiriləcəyi, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin mətbəx otağında olan stolun üzərində 1 ədəd kibrit qutusunda olan bükülüləri təqdim etdi. Kibrit qutusunda olan narkotik maddələrə və psixotrop maddələrə baxış keçirildi, həmin bükülülərdən 1 ədəd bükülüdə tiryəkə bənzər kütlə, 4 ədəd bükülüdə metamfetaminə bənzər kütlə və 4 ədəd bükülüdə heroinə bənzər kütlə olduğu aşkar edildi. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğuna görə həmin bükülülərdə narkotik maddə saxladığını və istifadə etdiyini bildirdi. Bundan sonra aşkar edilmiş bükülülər elektron tərəzidə çəkildi, aşkar edilmiş bükülülər 3 ədəd zərfdə qablaşdırılaraq baxış iştirakçıları tərəfindən imzalandı. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərək polis şöbəsində müdafiəçi ilə təmin edildi və Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nin İTB-nın sahə polis nəfəri Şahid2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirildi, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, şahidlər Şahid1 və Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 və Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, onlar da, Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onun tərəfindən göstərilən xüsusatları təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş 18 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə RPŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayon, Alaçadırlı kəndində yerləşən evin mətbəx otağında olan stolun üzərində satış məqsədilə saxladığı kibrit qutusunda 1 (bir) ədəd ağ kağız bükümdə, 2 (iki) ədəd göy kağız bükümdə və 1 (bir) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,399 qram, 0,077 qram və 0,162 qram olmaqla ümumi təmiz çəkisi 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, 1 (bir) ədəd sellofan bükümdə, təmiz şəkisi 0,548 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan tiryək, 1 (bir) ədəd göy kağız bükümdə, 2 (iki) ədəd sellofan bükümdə və digər 1 (bir) ədəd göy kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,115 qram, 0,163 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 0,439 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilmiş və qablaşdırılıb götürülmüşdür. Sоrğu zаmаnı Təqsirləndirilən şəxs evindən аşkаr оlunmuş kütlələrin narkotik vasitə olduğu, Bakı şəhərində tanımadığı ünvandan tapdığını, şəxsi istifadəsi üçün evində saxladığını, narkotik vasitəni hər hansı bir şəxsə vermədiyini və ya satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs evində axtarış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və aşkar edilmiş kağız bükümlər istintaq hərəkətinin çəklişi zamanı qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 19 iyun 2022-ci il tarixli 16/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş....” yazı və imzalar olan zərfdəki; -1 (bir) ədəd ağ kağız bükümdə, 2 (iki) ədəd göy kağız bükümdə və 1 (bir) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,399 qram, 0,077 qram və 0,162 qram olmaqla ümumi təmiz çəkisi 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir, -1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,548 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan tiryəkdir, -1 (bir) ədəd göy kağız bükümdə, 2 (iki) ədəd sellofan bükümdə və digər 1 (bir) ədəd göy kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,115 qram, 0,163 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 0,439 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamindir. Tədqiqata təqdim olunmuş heroinlər kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarında mövcud olan cinayət işinin tövsif edilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 iyun 2022-ci il tarixdə başlanmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsin əməli CM-in 234.1-ci maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilərək istintaq həmin maddə ilə davam etdirilmişdir. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 06 avqust 2022-ci il tarixli 1130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 20 iyun 2022-ci il tarixli Bərdə rayon Məhkəməsinin Əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında Bərdə RPŞ-in CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 18 iyun 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 4(021)-71/2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və ll siyahısında təsbit edilmiş qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayon, Alaçadırlı kəndində yerləşən evin mətbəx otağında olan stolun üzərində kibrit qutusunda 1 (bir) ədəd ağ kağız bükümdə, 2 (iki) ədəd göy kağız bükümdə və 1 (bir) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,399 qram, 0,077 qram və 0,162 qram olmaqla ümumi təmiz çəkisi 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, 1 (bir) ədəd sellofan bükümdə, təmiz şəkisi 0,548 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan tiryək, 1 (bir) ədəd göy kağız bükümdə, 2 (iki) ədəd sellofan bükümdə və digər 1 (bir) ədəd göy kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,115 qram, 0,163 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 0,439 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini satış məqsədilə saxlamış, 18 iyun 2022-ci il tarixdə, saat 20:40 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla şahid ifadələri, ekspert rəyləri və iş materialları ilə tamamilə təkzib olunan, işin faktiki hallarına uyğun olmayan ifadələrdir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs CM-in 234.2ci maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda həmin hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materialları və şahid ifadələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi tam sübuta yetirilmişdir. Bununla yanaşı, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi ilə ona istinad edilən cinayət əməlini törətməməsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 18 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhəli olduğundan 18 iyun 2022-ci il tarixdə tutulmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 18 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin ediməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs оğlunun yaşadığı Bərdə rayon, Alaçadırlı kəndində yerləşən evin mətbəx otağında olan stolun üzərində satış məqsədilə saxladığı kibrit qutusunda 1 (bir) ədəd ağ kağız bükümdə, 2 (iki) ədəd göy kağız bükümdə və 1 (bir) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,399 qram, 0,077 qram və 0,162 qram olmaqla ümumi təmiz çəkisi 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, 1 (bir) ədəd sellofan bükümdə, təmiz şəkisi 0,548 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan tiryək, 1 (bir) ədəd göy kağız bükümdə, 2 (iki) ədəd sellofan bükümdə və digər 1 (bir) ədəd göy kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,115 qram, 0,163 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 0,439 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən evində şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 18 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd ağ kağız bükümdə, 2 ədəd göy kağız bükümdə və 1 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,399 qram,0,077 qram və 0,162 qram olmaqla ümumi təmiz çəkisi 0,677 qram, ekspertiza tədqiqatından sonra qalıq-0,019 qram, 0,349 qram, 0,057 qram, 0,112 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,548 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,448 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan tiryək, 1 ədəd göy kağız bükümdə, 2 ədəd sellofan bükümdə və digər 1 ədəd göy kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,115 qram,0,163 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 0,439 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,359 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 60.80 (altmış manat səksən qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-167/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-167/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver