Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-167/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,196 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 23 may 2023-cü il tarixdə saat 20:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,196 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildə X9 ilə ailə həyatı qurmuş, onların 1 övladları 2020-ci il təvəllüdlü X11 olmuşdur. Onun barəsində Yevlax ST XPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmiş, hal-hazırda həmin cinayət işi məhkəmə baxışındadır. O, rəsmi olaraq heç bir yerdə işləmir. O, 3-4 il olar ki, narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. 23 fevral 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında küçənin baş tərəfində dəmiryol xəttinin ərazisində olarkən Bərdə ST. XPŞ-nin əməkdaşları şübhəli olduğu üçün saxlayıb şöbəyə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Onun barəsində Yevlax ST. XPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir, cinayət işi hal-hazırda məhkəmə baxışındadır, sonuncu məhkəmə iclası 30 may 2023-cü il tarixə təyin edilmişdir. 23 may 2023-cü il tarixdə səhər təxminən saat 10 radələrində o, yaşadığı küçə ilə piyada gedərkən yerdən bir ədəd sellofan bükülü tapmış, sellofan bükülünü açıb baxanda içərisində narkotik vasitə olan heroin olmasını görmüşdür. O, həmin bükülünü cibinə qoyub şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin heroindən istifadə etməmişdir. 23 may 2023-cü il tarixdə saat 20 radələrində Füzuli küçəsində yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdilər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişdilər və onlar birlikdə Bərdə rayon Polis Şöbəsinə gəlmişdilər. Şöbədə üzərinə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdilər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş ümumi çəkisi 1,36 qram olmuşdur. Onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin 1 ədəd zərfə qoyularaq qablaşdırılıb, DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri imzaları ilə təsdiqlənmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etdiyini soruşmuşdular. O, da həmin narkotik vasitəni 23 may 2023-cü il tarixdə səhər saatlarında Bərdə şəhəri Füzuli küçəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni olan heroindən başqa yerlərdə narkotik vasitə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmiş, xəlvət qəbul etmişdir. Üzərində saxladığı narkotik vasitədən heç kəsə satmamış, nə də heç bir kəsə verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni 23 may 2023-cü il tarixdə səhər saatlarında Bərdə şəhəri Füzuli küçəsində yerdən tapmışdır. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları onu şöbəyə gətirərkən ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmiş, üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüşdülər, kənar şəxslər bunu görməmişdilər, vəkili Müdafiəçi1 başqa həmin halı kimsə də görməmişdir. Polislər də onu saxlayanda tək olmuş, yanımda heç kəs olmamış, bunu da kənar şəxslərdən görən olmamışdır. O, mobil telefon işlətmir, ona görə də onun mobil nömrəsi yoxdur. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. 23 may 2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra, ondan, Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru polis baş leytenantı Şahid2 və Bərdə rayon Polis Şöbəsinin X2 sahə polis nəfəri, polis serjantı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 20:15 radələrində tərəflərindən Təqsirləndirilən şəxs Bərdə şəhəri Fizuli küçəsində saxlanılıb, Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul məşğul olmasında şübhəli olmasını bildirilib ona əllərini hər hansı bir cibinə qoymaması barədə xəbərdarlıq edilib və Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdilər. Polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru polis baş leytenantı Şahid2, Bərdə rayon X13 Təhlükəsilik Bölməsinin sahə polis nəfəri, polis serjantı X5 və Müdafiəçi1 iştirakı ilə vedeo çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxsdən iştirakçılara hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs iştirakçılara heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxsə üzərində şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxsdən üzərində hər hansı bir qanunsuz olaraq əşyanın olub-olmaması soruşub, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb, əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 01 ədəd selofan bükümdə narkotik maddə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Bundan sonra 01 ədəd selofan bükümdə olan narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ilkin çəkisinin 1.36 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik maddəyə bənzər kütlə ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırılıb, iştirakçılar tərəfindən, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmış və DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri polis əməkdaşı tərəfindən yoxlanılmış və əlavə hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütləni 23 may 2023-cü il tarixdə yaşadığı Bərdə şəhər Füzuli küçəsində yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və proses iştirakçılarına şəxsi axtarışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olubolmaması soruşulmuşdur, lakin, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatdırılmış və videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. 23 may 2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra, ondan, Bərdə rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və X2 sahə polis nəfəri, polis serjantı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 20:15 radələrində tərəflərindən Təqsirləndirilən şəxs Bərdə şəhəri Fizuli küçəsində saxlanılıb, Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul məşğul olmasında şübhəli olmasını bildirilib ona əllərini hər hansı bir cibinə qoymaması barədə xəbərdarlıq edilib və Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdilər. Polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, X2 sahə polis nəfəri, polis serjantı X5 və Müdafiəçi1 iştirakı ilə vedeo çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxsdən iştirakçılara hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs iştirakçılara heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxsə üzərində şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxsdən üzərində hər hansı bir qanunsuz olaraq əşyanın olub-olmaması soruşub, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb, əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 01 ədəd selofan bükümdə narkotik maddə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Bundan sonra 01 ədəd selofan bükümdə olan narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ilkin çəkisinin 1.36 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik maddəyə bənzər kütlə ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırılıb, iştirakçılar tərəfindən, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmış və DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri polis əməkdaşı tərəfindən yoxlanılmış və əlavə hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütləni 23 may 2023-cü il tarixdə yaşadığı Bərdə şəhər Füzuli küçəsində yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və proses iştirakçılarına şəxsi axtarışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olubolmaması soruşulmuşdur, lakin, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatdırılmış və videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin X2 sahə polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. 23 may 2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra, ondan, Bərdə rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 20:15 radələrində tərəflərindən Təqsirləndirilən şəxs Bərdə şəhəri Fizuli küçəsində saxlanılıb, Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul məşğul olmasında şübhəli olmasını bildirilib ona əllərini hər hansı bir cibinə qoymaması barədə xəbərdarlıq edilib və Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdilər. Polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru, polis baş leytenantı Şahid2, Bərdə rayon Polis Şöbəsinin X2 sahə polis nəfəri, polis serjantı X5 və Müdafiəçi1 iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxsdən iştirakçılara hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs iştirakçılara heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxsə üzərində şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxsdən üzərində hər hansı bir qanunsuz olaraq əşyanın olub-olmaması soruşub, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb, əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 01 ədəd selofan bükümdə narkotik maddə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Bundan sonra 01 ədəd selofan bükümdə olan narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ilkin çəkisinin 1.36 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik maddəyə bənzər kütlə ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırılıb, iştirakçılar tərəfindən, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmış və DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri polis əməkdaşı tərəfindən yoxlanılmış və əlavə hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütləni 23 may 2023-cü il tarixdə yaşadığı Bərdə şəhər Füzuli küçəsində yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və proses iştirakçılarına şəxsi axtarışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olubolmaması soruşulmuşdur, lakin, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatdırılmış və videoçəkiliş dayandırılmışdır. Cinayət işinin materialına əlavə edilmiş 23 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərardan görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi ev 97A-də yaşayan Təqsirləndirilən şəxs əməlini ifşa etmək məqsədi ilə, Bərdə rayon polis şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materialına əlavə edilmiş 23 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 21:15-dən başlayaraq saat 21:25-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində X7 müdafiəçisi Müdafiəçi1 oğlunun iştirakı ilə hüquq və vəzifələri izah edilib, X12 qərarla tanış edilərək üzərində qanunsuz əşya, narkotik vasitə və psixotrop maddə varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan balaca cibindən bir ədəd sellofan bükümdə narkotik maddə olan olan heroinə bənzər kütləni kütləni çıxarıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olduğu qaydada elektron tərəzidə çəkildikdə, çəkisinin 1,36 qram olması müəyyən edilmiş və ağ rəngli zərfdə qablaşdırılıb üzəri möhürlənib, proses iştirakçıları tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni 23 may 2023-cü il tarixdə Bərdə şəhəri Füzuli küçəsində yerdən tapdığını bildirmişdir. Cinayət işinin materialına əlavə edilmiş 23 may 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən diskə baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 23 may 2023-cü il tarixdə 09 dəqiqə 02 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, baxış keçirilməmişdən əvvəl X17 Təhqiqat Bölməsinin təhqiqatçı polis mayoru X14 bildirir ki, Bərdə şəhəri ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 23 may 2023-cü il tarixdə saat 20:15 radələrində Bərdə şəhəri Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmasına görə şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı bildirir ki, şübhəli şəxsin öz istəyi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti video çəkiliş vasitəsi ilə həyata keçirilir. Şəxsi axtarış və götümə istintaq hərəkətində iştirak edən şəxsləri təhqiqatçı təqdim edir. Bərdə rayon Polis Şöbəsinin KTQnun baş inispektor kriminalisti, polis kapitanı Şahid2, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə rayon X13 Təhqiqat Bölməsinin sahə polis nəfəri, polis serjantı X5, şübhəli şəxs- 21 noyabr 1998-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, Bərdə şəhəri ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs və müdafiəçi Bərdə rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirak etdiklərini bildirir. Şübhəli şəxsdən iştirakçılara hər hansı bir etirazının olub-olmaması soruşulur, şübhəli şəxs etirazının olmadığını deyir. Şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 90-cı maddəsində nəözərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Şübhəli şəxsə üzərində şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulur, şübhəli şəxs heç bir etirazının olmadığını deyir. Bundan sonra şübhəli şəxsdən üzərində hər hansı bir qanunsuz olaraq hər hansı bir əşyanın olub-olmaması soruşulur, əgər vardırsa təqdim etməsi bildirlir. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb üzərində olan masaya doğru yaxınlaşdı və əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 01 ədəd selofan bükümdə narkotik maddə olan heroinə bənzər kütləni masanın üzərinə qoyur. Şübhəli şəxsdən təqdim etdiyi bükümün içərisində olan kütlənin nə olması soruşulur, şübhəli şəxs (kakos) heroin olduğunu deyir. Şübhəli şəxsdən nə vaxtdan narkotik vasitə istifadə etməsi soruşulur, şübhəli şəxs 3 il olar narkotik vasoitə istufadə etdiyi deyir. Bundan sonra 01 ədəd selofan bükümdə olan narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilir və ilkin çəkisi 1.36 qram olur. Daha sonra aşkar edilmiş narkotik maddəyə bənzər kütlə ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırılır, iştirakçılar tərəfindən, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanır, DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri polis əməkdaşı tərəfindən yoxlanılır, əlavə hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütləni haradan əldə ətdiyi soruşulur, şübhəli şəxs 23 may 2023-cü il tarixdə yaşadığı Bərdə şəhər Füzuli küçəsində yerdən tapdığını və üzərində saxladığını bildirir. Şübhəli şəxs üzərindən aşkar edilmiş narkotik vasitədən heç kəsə satmadığını və heç kəsə vermədiyini bildirir. Şübhəli üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs və proses iştirakçılarına şəxsi axtarışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşuldu, lakin, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatır və videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 24 may 2023-cü il tarixli, 16/545 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edolmiş narkotik vasitəyə bənzər kütlə” yazə və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,196 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi 1,196 qram, tədqiqata sərf edildi cəmi-0,1qr qalıq-1,096 qramdır. Cinayət işinin materialına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası X20 23 iyun 2023-cü il tarixli, arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX-nın X20 poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materialına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası X20 23 iyun 2023-cü il tarixli, PHŞ arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” phşnin narkoloji kabinetində (pof.qeydiyyat xx.xx.2022- təkrar 22.11.22) qeydiyyatdadır. Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 25 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materialına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinə verilən 27 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heronin əldə etmə mənbəyi müəyyən edilməmişdir. Əlvan Abbsovun narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Cinayət işinin materialına əlavə edilmiş Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 03 iyul 2023-cü il tarixli 3404 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsi ev 97A-da qeydiyyatda olmaqla yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materialına əlavə edilmiş X6 28 iyul 2023-cü il tarixli, 1261 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir, narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 1,196 qram narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,096 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,196 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 23 may 2023-cü il tarixdə saat 20:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,196 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq hesab edilir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini əsas mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 1(021)-97/2023 saylı hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər anoloji cinayətə görə məhkum edilməsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 1(021)- 97/2023 saylı hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə təyin edilmişdir. Təqsirləndirilən şəxs 21 fevral 2023cü il tarixdən 23 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 11 (on bir) ay 28 gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 1(014)-97/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 may 2023-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilərək barəsində 25 may 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin əvvəli 23 may 2023-cü ildən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 17-ci bəndinin 3-cü abzasına əsasən Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəsisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,196 qram narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,096 qram çəkidəki qalıq hissəsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılır. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan qalıq 1,096 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 (bir) ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edildiyindən cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 72 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 93.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 1(014)-97/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 1,096 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 (bir) ədəd DVD diski cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 72 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-167/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-167/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver