Məhkəmə qərarları › İş №1(021)-167/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-167/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-167/2024 26.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1988-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, hazırda məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli və xüsusilə külli miqdarlarına görə görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 5,89 qram, 5,30 qram və 6,07 qram olmaqla ümumi təmiz çəkisi 17,26 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 24 iyul 2024-cü il tarixdə saat 06 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1i ərazisində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada həmin gün saat 07:50-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli şalvarın sağ arxa cibindən satış məqsədilə saxladığı 03 ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 5,89 qram, 5,30 qram və 6,07 qram olmaqla ümumi təmiz çəkisi 17,26 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, əvvəllər narkotik vasitə istifadəyə görə məhkum olunduğunu, 2 ilə yaxındır narkotik vasitə istifadə etdiyini, lakin hazırki narkotik vasitənin polis tərəfindən məcburi etiraf etdirilmək məqsədilə onun üzərinə qoyulduğunu bildirmiş, əlavə olaraq göstərmişdir ki, Xankəndi şəhərinə işləmək üçün getməyə hazırlaşan zaman polis əməkdaşları onu evindən götürərək Polis Şöbəsinə gətirmiş, burada həmin narkotik vasitəni onun üzərinə qoymuş, onu narkotik vasitəni boynuna almayacağı təqirdə ailəsi uşağı ilə hədələmişlər. O da məcbur olub narkotik vasitəni üstünə götürmüş, narkotik vasitəni 10 gün bundan qabaq tapması barədə izahat vermişdir. Həmçinin, o,saxlanılarkən 8-10 nəfər polis əməkdaşları tərəfindən döyüldüyünü qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında olan ziddiyyəti nəzərə alaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş ifadəsini elan etmək yolu ilə tədqiq etmişdir. Həmin ifadədə qeyd edilmişdir ki, təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 1ində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 10 ilə yaxındır ki, tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Bərdə rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci və 66.3-cü maddələri təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkum olunduqdan sonra 2020-ci il tarixdə azadlığa çıxmışdır. Azadlıqdan çıxdıqdan sonra narkotik vasitələrdən uzaq durmuş, istifadə etməmişdir. Təxminən 10 gün bundan əvvəl, yəni 14 iyul 2024-cü il tarixdə günorta saatlarında dəqiq saatını bilmədiyi vaxtda Bərdə rayonu, Hüseynbəyli kəndinin yaxınlığından keçən Yuxarı Qarabağ kanalından balıq tutmağa getmiş, orada kanalın yanında yerdən sellofan paketdə 3 ədəd kibrit qutusu tapmış, o, kibrit qutularına baxan zaman içərisindən qurudulmuş marixuana olduğunu görmüş, əvvəllər də həmin narkotik vasitədən istifadə etdiyi üçün dərhal onu tanımışdır. O, həmin kibrit qutularını götürərək cibinə qoymuş, lakin bu barədə heç kimə deməmişdir. 24 iyul 2024-cü il tarixdə saat 06 radələrində tapmış olduğu bükümlər üzərində olarkən ünvan 1ində tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş, polis əməkdaşları onun üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirmişdilər, o, onlara etiraz etməmişdir. Onlar birlikdə Bərdə RPŞ-yə gəlmiş, polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirilmiş, buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş, o, Müdafiəçi kimi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və müdafiəçi ilə ünsiyyət saxlamış, daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qəhvəyi rəngli şalvarın arxa sağ cibindən 03 ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymuş və içərisində narkotik maddə olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və ilkin çəkiləri 9.12 qram, 8.30 qram, 8,90 qram olduğu müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik kütlələr ağ rəngli zərfə qoyularaq qablaşdırıl möhürlənərək götürülmüş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişdilər. Bundan sonra üzəri polis əməkdaşı tərəfindən yoxlanıldıqda 2 ədəd mobil telefon və 3 ədəd 10 manatlıq, 14 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq olmaqla 103 manat pul aşkar olunmuş, ona məxsus mobil telefonlar və pul ağ rəngli zərfə qoyularaq qablaşdırıl möhürlənərək götürülmüş, o və digər iştirakçılar zərfin üzərinə imza etmiş, o, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin iyul ayının ortalarında Yuxarı Qarabağ kanalının yanında yerdən tapdığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onun əvvəllər hər hansı ruhi-əsəb və psixi xəstəliyi olmamış, 10 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan tapdıqca istifadə etmiş, həmin, narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 14 iyul 2024-cü il tarixdə günorta saatlarında dəqiq saatını bilmədiyi vaxtda Bərdə rayonu, Hüseynbəyli kəndinin yaxınlığından keçən Yuxarı Qarabağ kanalının yanından tapmış, uzun illərdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan tapdıqca istifadə etmiş, həmin tapdığı narkotik vasitədən hər hansı bir şəxsə verməmiş və satmamış, nə də yaşadığı ünvanda olması barədə heç kimə heç nə deməmiş, ona hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmiş, Азярбайъан Республикасынын 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, o, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə deyil, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 10 ilə yaxındır narkotik vasitə olan marixuanan istifadə etdiyini üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 14 iyul 2024-cü il tarixdə günorta saatlarında dəqiq saatını bilmədiyi vaxtda Bərdə rayonu Hüseynbəyli kəndinin yaxınlığından keçən Yuxarı Qarabağ kanalının yanından tapmışdır. O, həmin narkotik vasitəni tapdıqdan sonra hər hansı şəxsə tapmağı barədə məlumat verməmiş və ya hər hansı şəxsə satmamışdır. Yaşadığı ünvanda olması barədə heç kimə heç nə deməmişdir. O, üzərində axtarış aparılan zaman ona qarşı hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin əməkdaşları Şahid1 və Şahid3 ifadələrində göstərmişdirlər ki, Bərdə rayon Uğurbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, 24 iyul 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş, bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə saat 06:10 radələrində Bərdə rayonu Uğurbəyli kəndində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi dəvət edilməklə təhqiqatçı Yusif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bundan sonra onların və Bərdə RPŞ-nin digər əməkdaşı, polis kiçik leytenantı Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, təhqiqatçı X18 Nuruşova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın arxa sağ cibindən 03 ədəd kibrit qutusunu çıxardaraq stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunu açan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkən zaman 9,12 qram, 8,30 qram, 8,90 qram olması müəyyən olunmuş və 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüş. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı 2 ədəd mobil telefon və 3 ədəd 10 manatlıq, 14 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq olmaqla 103 manat pul iş üçün əhəmiyyət kəs etdiyindən qablaşdırılaraq Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüş və əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bunun ardınca şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Bundan başqa onun Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması barədə məlumatı olsa da konkret olaraq hər hansı şəxsə narkotik satması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı digər Şahid2 üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi yolu ilə tədqiqini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmiş Şahid2 da digər şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 24 iyul 2024-cü il tarixli 16/804 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” yazılar və imzalar olan 3 ədəd kibrit qutularında ayrı ayrılıqda təmiz çəkisi 5,89 qram ,5,30 qram, 6,07 qram ümumi çəkisi 17,26 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “MTE və PA” Birliyi publik Hüquqi şəxsin Bərdə rayon Şöbəsi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli 567 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2024-cü il tarixli, 1298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik hallarda istifadə etmə halları olub. Narkomanya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında» 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qəhvəyi rəngli şalvarın arxa sağ cibindən 03 ədəd kibrit qutusu aşkar edilmiş, Kibrit qutusuna baxış keçirilən zaman içərisində narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik maddələrə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ilkin çəkiləri 9,12 qram, 8.30 qram, 8,90 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik maddələrə bənzər kütlələr ağ rəngli zərfə qoyularaq qablaşdırılıb iştirakçılar tərəfindən, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmış və DİN-nin 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. İstintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd "DVD" diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. «Diskə baxış keçirilməsi haqqında» 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 15 dəqiqə 50 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən götürülmüş 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 9, 12 qram, 8,30 qram və 8.90 qram olduğu müəyyən edilmiş narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. Təqsirləndirilən şəxs məxsus “Nokia X-inova T210 markalı mobil telefona baxış keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X1 Bərdə Rayon Polis Şöbəsinə gətirilən zaman üzərində aşkar edilərək götürülmüş Nokia X-inova T210 markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Nokia X-inova T 210 markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 08 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2017-ci il tarixdə Bərdə RMX-nın Poliklinikasının Narkoloji kabinetində proflaktik “marixuana” qəbulu diaqnozu ilə dispanser qeydiyyatına alınmış, xx.xx.2023-cü il tarixdə dispanser qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 30 iyul 2024-cü il tarixli, 518 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ində anası X3, həyat yoldaşı X5 və oğlu X4 ilə birlikdə yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı müəyyən məlumatlar əldə olunsa da onun konkret olaraq kimlərə narkotik vasitə satmasını düzünə təsdiq edici ifadələrlə müəyyən etmək habelə 24 iyul 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 avqust 2024-cü il tarixli tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, sənədlər, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən təmiz çəkisi 17,26 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə aparılarkən verilmiş suallara cavabında, istərsə də şahidlərin ifadələrindən, müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. İbtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə narkotik vasitə olan qurudulmuş marixuananın alıcıları müəyyən edilməmiş və təsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən narkotik vasitələrin hazırlanması və çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ittihamla özünü təqsirli bilməməsi və məhkəmə istintaqı zamanı narkotik vasitənin polis tərəfindən təşkil edilərək ona təqdim edilməsi və onun narkotik vasitənin ona məxsus olmamasını bildirməsi ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə imza etməsə də üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən aparılmış videoçəkilişdə narkotik vasitəni etiraf etməsini və ibtidai istintaq zamanı polis əməkdaşlarının ona fiziki və psixoloji zorakılıq və şiddət göstərməməsini, onun narkotik vasitənin məcburi etiraf etdirilməsi ilə bağlı hər hansı hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarına şikayət etməməsi və bu haqda müdafiəçisinə heç bir məlumat verməməsi, həmçinin bununla bağlı mötəbər sübutlar təqdim edilməməsini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır və şəxsin cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədinə xidmət edir. Bundan başqa onun döyülməsi və xəsarət alması faktı ilə bağlı təqsirləndirilən şəxsin həbsdə saxlandığı ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasına məhkəmə tərəfindən sorğu verilsə də sorğuya cavab verilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən üzərində xəsarətlər olsaydı bu haqda sorğuya cavab verilər və orada bu haqda məlumatlar öz əksini tapardı. Bundan başqa təqsirləndirilən şəxsin üzərində xəsarətlər olmaması və döyülməməsi, fiziki şiddətə məruz qalmaması iş materialları ilə müəyyən edilir. Belə ki, iş materiallarına əlavə edilmiş “MTE və PA” Birliyi publik Hüquqi şəxsin Bərdə rayon Şöbəsi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli 567 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bu fakt isə təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və fiziki şiddətə məruz qalması fikrini inkar edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilərkən etirafedici sözləri, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli və himayəsində bir uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını, hazırda məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:30-da Bərdə rayon X8 Bölməsinin təhqiqatçısı, polis mayoru X10 tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-98/2024 saylı qərarı ilə barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd kibrit qutularında ekspert tədqiqatından sonra cəmi qalıq çəkisi 17,20 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunası əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd kibrit qutularında ekspert tədqiqatından sonra cəmi qalıq çəkisi 17,20 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar