Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-168/2021 11.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1995-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16.09.2021-ci il tarixdə saat 10 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində Bərdə rayonu Alaçadırlı kəndində Zərərçəkmiş şəxs məxsus traktorun salon hissəsində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə qəsdən vuraraq sonuncuya üst dodağın sağ yarısının diş səthinin sol qaşüstü nahiyənin, sağ qaş nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin ön səthinin sağ yarısının qançırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu Kələntərli kəndində yaşayan Zərərçəkmiş şəxs taynıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Sonuncu onunla birgə fəhlə işləyir və onlar “yonca kipi” yığmaqla məşğul olurlar. 16.09.2021-ci il tarixdə saat 10 radələrində tanışı Dadaş, İlqar və Telman adlı şəxslərlə birgə Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Ədalət adlı şəxsin evinə traktorla yonca kipi aparmışlar, həmin vaxt Dadaşla traktorun salon hissəsində oturmuş, İlqar və Telman isə traktorun yük yerində əyləşmişlər. Onlar Alaçadırlı kəndinə getdikdə Zərərçəkmiş şəxs ona traktorun yük yerində olan yonca kiplərini yerə atmağı sərt şəkildə bildirmişdir. Dadaşdan onunla düzgün danışmasını istəmiş, aralarında traktorun salon hissəsində sözlə mübahisə yaranmış və mübahisə zamanı Dadaş onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Hirslənərək Dadaşın sinəsindən tutmuş və onun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuş, sinəsindən tutub traktorun qapısına vurmuşdur. Traktorda olan İlqar və Telman adlı şəxslər onları aralamışlar. Sonra isə öz yaşadığı evə getmişdir. Sonradan qardaşı Anar Dadaşın yanına getmiş və xəstəxana xərclərini ödəyəcəyini və buna görədə şikayət etməməyi xahiş etmişdir. Lakin sonradan maddi çətinlikləri olduğu üçün onlar Zərərçəkmiş şəxs köməklik edə bilməmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, hazırda ona dəymiş ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə rayonu Kələntərli kəndində yaşayan Təqsirləndirilən şəxs taynıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Sonuncu onunla birgə fəhlə işləyir və onlar “yonca kipi” yığmaqla məşğul olurlar. 16.09.2021-ci il tarixdə saat 10 radələrində tanışı Azər, İlqar və Telman adlı şəxslərlə birgə Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Ədalət adlı şəxsin evinə traktorla yonca kipi aparmışlar. Onlar Ədalət adlı şəxsin evinin qarşısına getdikdə orada həmkəndlisi Təqsirləndirilən şəxsla aralarında sözlə mübahisə yaranmış və mübahisəyə səbəb onun Təqsirləndirilən şəxs traktordan yerə düşdükdə yonca kipini daşımağa kömək etməsini bildirməsinə görə baş vermişdir. Həmin vaxt onlar mübahisə etmiş və mübahisə zamanı Azər traktorun salonunda onun üzərinə getmiş, daha sonra yumruq və təpiklə bir neçə dəfə onu vuraraq döymüşdür. Onunla birgə işləyən İlqar və Telman adlı şəxslər Təqsirləndirilən şəxs ondan aralamışlar. Bundan sonra o xəsarət aldığı üçün Bərdə rayon xəstəxanasına müraciət etmişdir. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Azərin qardaşı onun yanına getmiş və xəstəxana xərclərini ödəyəcəyini vəd vermişdir və buna görədə şikayət etməməsini xahiş etmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs qardaşı Anar onun xəstəxana xərclərini ödəmədiyinə görə Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 17 sentyabr 2021-ci il tarixli 820 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-üst dodağın sağ yarısının diş səthinin, sol qaşüstü nahiyənin, sağ qaş nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin ön səthinin sağ yarısının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 16.09.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbıb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 18 sentyabr 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 1503 saylı 21 sentyabr 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kələntərli kəndində yaşayır. Təqsirləndirilən şəxs fəhləliklə məşğul olur, İİ qrup əlildir (Ağır epilepsiya xəstəsidir). Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir təqsirləndirici şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-168/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-168/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver