Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-168/2022 19.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Ukrayna Respublikası Feodosiya şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Muğanlı kəndində yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə bitişik yarımçıq tikilidə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda yəni, 04 (dörd) ədəd ümümi təmiz çəkisi 1200 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 21 iyun 2022-ci il tarixdə saat 09:05 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 04 (dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri onun yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə bitişik yarımçıq tikilidən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Muğanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, mütamadi olmasada, arada bir 2-3 il müddətdir ki, “nəyşə”`dən istifadə edir. O, təxminən 2022-ci ilin aprel ayında çətənə kollarını yabani halda yaşadığı kənddə aşkar etdiyini, aşkar etdiyi çətənə kollarını istifadə edib həmin “nəyşə”nin toxumlarını özündə saxladığını, həmin toxumları yaşadığı evin həyətində əkərək becərdiyini, suvardığını, 21 iyun 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evin giriş darvazasının qarşısında siqaret çəkən zamanı ona polis əməkdaşları yaxınlaşaraq yaşadığı evə baxış keçirilməsi üçün qəbul edilmiş qərarı təqdim etdiklərini, həmçinin evə baxış keçirilməsinə etiraz edib-etmədiyini soruşduqlarını, evin həyətinə baxış keçirilməsinə etiraz etmədiyini və bu barədə ərizə yazdığını, yaşadığı evə mütəxəssisin iştirakı ilə baxış keçirilən zaman evin həyətində çətənə kollarını əkib becərməyi barədə suallar verildiyini, yaşadığı evə bitişik yarım tikiliyə keçərək həmin əkdiyi çətənə kollarını polis əməkdaşlarına təqdim etdiyini, polis əməkdaşları mütəxəssisin iştirakı ilə həmin sahəyə baxış keçirdilər və mütəxəssis aşkar edilmiş çətənə kollarının aqro-texniki qaydada əkilib-becərilməsini bildirdiyini, aşkar edilmiş çətənə kollarının sayının 04 ədəd olması müəyyən edildi və həmin çətənə kollarını qablaşdırılaraq götürüldüyünü, bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində olarkən müdafiəçi dəvət edildiyini, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunla saxlanması qadağan edilən əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ümumiyyətlə onun hər hansı bir şəxsə narkotik vasitə və digər maddə satmaq niyyəti olmamış, kolları gələcəkdə öz şəxsi istifadəsi üçün əkmiş, onun yaşadığı evin həyətində çətənə kollarını əkməyindən heç kimin xəbəri olmamış, narkotik vasitələrin alqısatqısı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, O, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, hal-hazırda Bərdə şəhəri E.Əsədov küçəsində yaşayır, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 21 iyun 2022-ci il tarixdə Bərdə rayonu Muğanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğunu, bundan sonra həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən evin həyətyani sahəsinə Bərdə rayon Polis Şöbəsinin, ekspertkriminalisti Şahid3, X2 sahə polis nəfəri polis serjantı Şahid4 və alim aqranom Şahid1 Əli oğlunun iştirakı ilə baxış keçirildiyini, Təqsirləndirilən şəxs evinin həyətyanı hissəsinə baxış keçirilməsinə etiraz etməmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinə bitişik yarım tikili evi göstərərək, həmin yerdə çətənə kollarını əkməsini bildirdiyini, yarım tikili evə baxış keçirilən zaman 04 (dörd) ədəd çətənə bitkiləri aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, çətənə bitkilərini narkotik vasitə olan marixuanadan istifadə etdikdən sonra qalan toxumlarını əkərək becərməsini bildirdiyini, bundan sonra alimaqronom Şahid1 bitkilərə baxdı və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirdiyini, aşkar edilmiş bitikilər evin həyətində sərildi və nömrələndi və onların uzunluqları ölçüldüyünü, çətənə kollarının elektron tərəzidə çəkildi və çəkisinin 2 kq olması müəyyən edildiyini, bundan sonra aşkar edilmiş yaş halda olan çətənə kolları qablaşdırılıb baxış iştirakçıları tərəfindən imzalandığını, bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edildiyini, polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon X13 Patrol Xidməti Bölməsinin polis nəfəri Şahid4, müdafiəçi Nümayəndə və ekspert-kriminalist Şahid3 iştirakı ilə şəxsi axtarış keçirildiyini, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək bildirmişdir ki, 2017-ci ildən X9, həmin tarixdəndə Bərdə rayon Polis Şöbəsinin, ekspert-kriminalisti vəzifəsində xidmət edir, polis başleytenantıdır. Mahiyyəti üzrə bildirmişdir ki, 21 iyun 2022-ci il tarixdə Bərdə rayonu Muğanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğunu, bundan sonra həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən evin həyətyani sahəsinə Bərdə rayon Polis Şöbəsinin, Post Patrol Xidməti Bölməsinin polis nəfəri Şahid4, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin polis baş leytenantı Şahid2 iştirakı ilə baxış keçirildiyini, Təqsirləndirilən şəxs evinin həyətyanı hissəsinə baxış keçirilməsinə etiraz etməmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinə bitişik yarım tikili evi göstərərək, həmin yerdə çətənə kollarını əkməsini bildirdiyini, yarım tikili evə baxış keçirilən zaman 04 (dörd) ədəd çətənə bitkiləri aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, çətənə bitkilərini narkotik vasitə olan marixuanadan istifadə etdikdən sonra qalan toxumlarını əkərək becərməsini bildirdiyini, bundan sonra alimaqronom Şahid1 bitkilərə baxdı və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirdiyini, aşkar edilmiş bitikilər evin həyətində sərildi və nömrələndi və onların uzunluqları ölçüldüyünü, çətənə kollarının elektron tərəzidə çəkildi və çəkisinin 2 kq olması müəyyən edildiyini, bundan sonra aşkar edilmiş yaş halda olan çətənə kolları qablaşdırılıb baxış iştirakçıları tərəfindən imzalandığını, bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edildiyini, polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon X13 Patrol Xidməti Bölməsinin polis nəfəri Şahid4, müdafiəçi Nümayəndə və ekspert-kriminalist Şahid3 iştirakı ilə şəxsi axtarış keçirildiyini, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək bildirmişdir ki, 2014-ci ildən X9, həmin tarixdəndə Bərdə rayon Polis Şöbəsinin, ekspert-kriminalisti vəzifəsində xidmət edir, polis serjantıdır. Mahiyyəti üzrə bildirmişdir ki, 21 iyun 2022-ci il tarixdə Bərdə rayonu Muğanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğunu, bundan sonra həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən evin həyətyani sahəsinə Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin polis baş leytenantı Şahid2, Bərdə rayon Polis Şöbəsinin, ekspert-kriminalisti polis başleytenantı Şahid3 iştirakı ilə baxış keçirildiyini, Təqsirləndirilən şəxs evinin həyətyanı hissəsinə baxış keçirilməsinə etiraz etməmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinə bitişik yarım tikili evi göstərərək, həmin yerdə çətənə kollarını əkməsini bildirdiyini, yarım tikili evə baxış keçirilən zaman 04 (dörd) ədəd çətənə bitkiləri aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, çətənə bitkilərini narkotik vasitə olan marixuanadan istifadə etdikdən sonra qalan toxumlarını əkərək becərməsini bildirdiyini, bundan sonra alimaqronom Şahid1 bitkilərə baxdı və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirdiyini, aşkar edilmiş bitikilər evin həyətində sərildi və nömrələndi və onların uzunluqları ölçüldüyünü, çətənə kollarının elektron tərəzidə çəkildi və çəkisinin 2 kq olması müəyyən edildiyini, bundan sonra aşkar edilmiş yaş halda olan çətənə kolları qablaşdırılıb baxış iştirakçıları tərəfindən imzalandığını, bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edildiyini, polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon X13 Patrol Xidməti Bölməsinin polis nəfəri Şahid4, müdafiəçi Nümayəndə və ekspert-kriminalist Şahid3 iştirakı ilə şəxsi axtarış keçirildiyini, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzində aparıcı aqranom işlədiyini, 21 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu Bərdə rayonu Muğanlı kəndində yerləşən yaşayış evinə keçirələcək baxışa dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə getdiyini, həmin gün saat 09 radələrində adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən evin həyətyani sahəsinə onun, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, polis nəfəri Şahid4 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirildiyini, Təqsirləndirilən şəxs evinə bitişik yarım tikiliyə baxış keçirilməsinə etiraz etmədiyini, baxış zamanı 4 ədəd əkilmiş çətənə bitkiləri aşkar edildiyini, həmin 4 ədəd kollara baxdıqda tərəfindən kolların çətənə kolları olması, bitki kolları tünd-yaşıl rəngli, kəskin iyə malik olmasını müəyyən etdiyini, həmçinin həmin kollara aqro-texniki qaydada qulluq edilməsi göründüyünü, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana istifadəçisi olmasını və həmin marixuananın toxumlarından həyətində aşkar edilmiş çətənə kollarının əkdiyini dediyini, aşkar edilmiş bitkilər 01 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılıb elektron tərəzidə çəkildiyini, Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, o, fəhləlik edib anasına və ailəsinə baxır, Bərdə rayonu Qasımbəyli kəndində ata evində anası tək olduğu üçün onun yanında yaşayır, Təqsirləndirilən şəxs onun doğma oğludur, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən xəbərim olmamışdır. 21 iyun 2022-ci il tarixdə o işdə olan zaman oğlu Ruslan yanına gələrək digər oğlu Rafikin polis əməkdaşları tərəfindən saxladığını,Ruslandan nəyə görə Rafiki tutublar soruşduğunu, Ruslan ona Rafikin yaşadığı evin yarımçıq tikili hissəsində narkotik əkdiyini dediyini, tələsik yaşadığı evə gəlib və evdə polis əməkdaşlarının evə baxış keçirdiyini, Rafikin əkdiyi narkotiklərin qablaşdırıldığını gördüyünü, orada Rafikə utanmırsan narkotik əkməklə məşğul olursan deyib oradan kənarlaşdığını, Rafikin yaşadığı evin yarımçıq tikilisində narkotik əkməyindən xəbəri olmadığını, o anası tək qaldığı üçün onunla birlikdə yaşadığını, oradan tezdən çıxıb fəhləlik etməklə məşğul olduğunu, arvadı Anna Yurevna yaşadığı Bərdə rayon Muğanlı kəndində yerləşən evini satıb pulunu götürərək oğlu Ruslan ilə birlikdə Rusiya Federasiyasına getdiklərini bildirmişdir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli “Baxış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə rayon X10 bölməsinin təhqiqatçısının və X3 əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə bitişik yarımçıq tikilidən əkilib-becərilmiş 4 ədəd çətənə kolları aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 21 iyun 2022-ci il tarixdə saat 09:40-da HK- 1/2419 saylı material üzrə şübhəli şəxs qismində tutulmuşdur və ona 22 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin 21 iyun 2022-ci il tarixli 16/695 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş ” yazı və imzalar olan kisədə ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi – 1200 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika X7 Bərdə rayon X7 aqrotexniki Şahid1 21 iyun 2022-ci il tarixli “RƏY”indən görünür ki, 21 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yarıçıq tikilinin içərisində baxış keçirilən zaman aşkar edilmiş 4 ədəd çətənə koluna arqotexniki qaydada qulluq olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 06 avqust 2022-ci il tarixli 1131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyidən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 29 yanvar 2021-ci il tarixli Bərdə rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati Ərazi Dairəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, istintaqda sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə bitişik yarımçıq tikilidə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında » Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda yəni, 04 (dörd) ədəd ümümi təmiz çəkisi 1200 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 21 iyun 2022-ci il tarixdə saat 09:05 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 04 (dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri onun yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə bitişik yarımçıq tikilidən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halı, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, X8 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə niyə cərimə, eləcə də, azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini 1 mühüm faktla əsaslandırır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün istifadəsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət törətməsi ilə bağlı gətirdiyi dəlilləri özünümüdafiə xarakterli dəlil kimi qiymətləndirir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin ictimai təhlükəliliyi həm də onun məqsədi ilə bağlıdır. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə yəni, əkilməsi, yetişdirilməsində məqsəd əldə edilmiş narkotik vasitələrin ya satışı, ya da ki, onun şəxsi istifadə üçün saxlanılması ola bilər ki, bunların da hər biri ayrı-ayrılıqda müstəqil cinayət tərkibləridir. Bundan başqa iş materiallarında olan 17 avqust 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə bitişik yarımçıq tikilidə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında » Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda yəni, 04 (dörd) ədəd ümümi təmiz çəkisi 1200 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 21 iyun 2022-ci il tarixdə saat 09:05 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 04 (dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri onun yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə bitişik yarımçıq tikilidən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 21 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün həbsdə saxlamanın müddəti, azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Belə ki, Azərbaycan Respublikasının 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Bundan başqa iş materiallarında olan 17 avqust 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə bitişik yarımçıq tikilidə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında » Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda yəni, 04 (dörd) ədəd ümümi təmiz çəkisi 1200 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qərarla maddi sübut qismində tanınaraq saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 4 ədəd ümumi təmiz çəkisi - 1200 qram, ekspertiza tədqiqatından sonra qalıq 1199.8 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30 manat 40 qəpik (otuz mnat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 21 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün həbsdə saxlamanın müddəti, azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimikan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs aşkar edilmiş, 4 ədəd ümumi təmiz çəkisi - 1200 qram, ekspertiza tədqiqatından sonra qalıq 1199.8 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30 manat 40 qəpik (otuz mnat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HаkimElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-168/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-168/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver