Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-168/2024 06.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 hesabatına məhkəmənin iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19 və 91-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamaq imkanı olmadıqda, onun hüquqlarının müdafiəsi dövlət hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi üçün vəkil təyin edilməsini istəmişdir. Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərarı ilə onun məhkəmədə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 müdafiəçi qismində təyin olunmuş və məhkəmədə iştirak etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının və “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarının 1.1-ci bəndinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Müdafiəçi2 məhkəməyə təqdim etdiyi hesabatında cinayət işi üzrə 06 saat hüquqi yardım göstərdiyini qeyd etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Müdafiəçi2 işin öyrənilməsinə və məhkəmə iclaslarına 06 saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Müdafiəçi2 hüquqi yardım göstərməsi ilə əlaqədar əmək haqqı xərcləri dövlət büdcəsi hesabından Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialı, Kod 502650, VÖEN-**********, Hesab-AZ37NABZ********************, Bərdə rayon Vəkil bürosu (Bərdə rayon hüquq məsləhətxanası) AZ50AİİB********************, VÖEN: ********** hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş hesabat təmin edilsin. Müdafiəçi2 məhkəmədə sərf etdiyi 06 (altı) saatın hər saatına 6 (altı) manatdan hesablanmaqla, cəmi 36 (otuz altı) manat Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialı, Kod 502650, VÖEN-**********, Hesab-AZ37NABZ********************, Bərdə Rayon Vəkil bürosu (Bərdə rayon hüquq məsləhətxanası) AZ50AİİB********************, VÖEN: ********** hesabına ödənilsin. Qərar icra olunması üçün Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzinə göndərilsin. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-168/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-168/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver