Məhkəmə qərarları › İş №1(021)-168/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-168/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-168/2025 13.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1961-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-yǝ Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarının əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 18:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Şirvanlı kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi ümumi sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 9150 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. 04 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə RPŞ-nin Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 05 iyul 2025ci il tarixdə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə istintaqın aparılması Bərdə RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 həvalə edilmiş və icraatına qəbul edilməklə istintaq aparılmışdır. 06 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis kapitanı Şahəddin Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 06 iyul 2025-ci il tarixdə Bərdə RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis kapitanı Şahəddin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. 19 avqust 2025-ci il tarixində Bərdə RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis kapitanı Şahəddin Məmmədovun xidməti yerini dəyişməsi ilə əlaqədar olaraq ********* saylı cinayət işi üzrə istintaqın aparılması ona həvalə edildiyindən həmin gün icraatına qəbul edilərək istintaq davam etdirilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayında Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında" Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 10 (on) ədəd, ümumi təmiz çəkisi 9150 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 04 iyul 2025-ci il tarixdə saat 18:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 10 (on) ədəd, ümumi təmiz çəkisi 9150 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış keçirilməsi, diskə baxış keçirilməsi, habelə işin istintaqı zamanı tədqiq edilib öyrənilmiş digər hüquqi sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır və heç bir yerdə işləmir. Ailə üzvləri Bakı şəhərində yaşayır, əvvəllər Bakı şəhərində qəssab işləmişdir. Orada tanışlarından ara-sıra götürüb istiifadə etməklə narkotik vasitə olan "nəşə" aludəçisi olmuşdur. Təxminən 6 il əvvəl Bakı şəhərində adını xatırlamadığı bir şəxsdən həyətində əkib, istifadə etməsi üçün çətənə toxumu almışdır. Bir müddət əvvəl bir neçə çətənə toxumunu torpağa basdırmaqla evinin həyətyanı sahəsində əkib becərmiş və sonra kolu yarpaqlarını qurudub istifadə etmişdir. Təxminən 2025-ci ilin aprel ayında evdə köhnə bir pencəyinin cibindən həmin vaxtdan qalmış 10 ədəd çətənə bitkisinin toxumunu aşkar etmiş və onları torpağa basdırıb əkmək qərarına gəlmişdir. Evinin həyətyanı sahəsində qeyd etdiyi toxumları basdırdıqdan sonra onlara qulluq etməyə, yəni su və peyin verməyə başlamışdır. Həmin toxumlardan çətənə kolu əmələ gəlmişdir. xx.xx.2025-ci il tarixində, saat 18 radələrində evində olarkən qapı döyülmüş və o qapını açdıqda polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları ona evinin həyətyanı sahəsində çətənə kolları əkib-becərməyi barədə əməliyyat məlumatı aldıqlarını bildirmişdirlər. Polis əməkdaşları ondan evinə baxış keçirilməsinə etirazı olub- olmadığını soruşmuşdurlar. O, etirazı olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışdırlar. O, həyətyanı sahədəki çətənə kollarını özü təqdim etmişdir. Həmin kollar bir-bir torpaqdan çıxardılaraq evin qarşısına düzülmüş, sayının 10 ədəd, çəkisinin isə 10,80 kq təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra həmin kollar qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. Bundan sonra o, polis şöbəsinə gətirilmiş və vəkil təyin edilmişdir. Orada onun üzərində olan mobil telefon qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ PPXB polis nəfəri, polis kiçik serjantı vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirmişdir ki, 04 iyul 2025-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də xx.xx.2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞnin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Bərdə rayonu, Şirvanlı kəndində saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq narkotik vasitələrin qanunsuz olaraq saxlaması, qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişdirlər. Təqsirləndirilən şəxs ərizə yazaraq özünə məxsus olan Bərdə rayonu əkib-becərməsi və Mustafaağalı kəndində yerləşən pay torpaq sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə RPŞnin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 və DAİM-nin Bitkiçilik Sektorunun müdiri Şahid4 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs pay torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin əraziyə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin əkildiyi yerə baxış keçirilmiş və həmin pay torpaq sahəsindən 10 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edilmişdir. Həmin çətənə kollarına bənzər bitkilər proses iştirakçılarının iştirakı ilə kökləri torpaqdan ayrılaraq yerə sərilmişdir. Bitkilərin ən kiçiyi 16 sm, böyüyünün isə 320 sm olması müəyyən edilmişdir. Bundan başqa bitkilərin birlikdə ümumi çəkisi 10.8 kq olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, həmin bitkilərin ona məxsus olduğunu bildirmişdir. Baxışda iştirak etmiş DAİM-in Bitkiçilik Sektorunun müdiri Şahid4 10 ədəd əkilmiş bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin becərildiyini, bitkilərin çətənə kolları olduğunu bildirmişdir. Həmin aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər ekspertiza tədqiqi üçün qablaşdırılmış, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim olunması üçün iştirakçılar tərəfindən üzəri imzalanaraq götürülmüşdür. Bununla da, baxış başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Bərdə RPŞ-nin inzibati binasın gətirilərək onun, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ- nin TB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı Vəli İsmayılov tərəfindən izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan pencəyin sol cibindən alışqan və "West" markalı siqaret, pencəyin sağ cibindən "LD" markalı siqaret, qara rəngli "KGTEL" markalı mobil telefon, ǝl dəsmalı və ev açarını çıxardaraq masanın üzərinə qoymuşdur. Mobil telefon 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona məxsus evdən aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X10 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirdirmişdir ki, Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 04 iyul 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət edilmişdir. Buna görə də o, baxış keçirilməsində aqrotexnik kimi iştirak etmək üçün həmin gün saat 18 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat daxil olması, buna görə də həyətyanı sahəyə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsi barədə məlumat vermişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkməsi barədə məlumat verib həmin yeri göstərmişdir. Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən iştirakçıların iştirakı ilə həmin yerə baxış keçirilərkən 10 (on) ədəd narkotik tərkibli çətənə bitkilərinin olması aşkar edilmişdir. Tərəfindən aşkar edilən bitkilərə baxıb aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin 10 (on) ədəd narkotik tərkibli bitkilər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxsin yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılması barədə polis əməkdaşı tərəfindən tərtib edilmiş protokola baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin olması barədə tərəfindən Bərdə rayon polis şöbəsinə rəy verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli «baxış keçirilməsi» haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxsa məxsus pay torpağın baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin video görüntü 26 dəqiqə 38 saniyə müddətdədir və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Zakir oğlu, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 və DAİM-nin Bitkiçilik Sektorunun müdiri Şahid4 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs pay torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin əraziyə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin əkildiyi yerə baxış keçirilmiş və həmin pay torpaq sahəsindən 10 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edilmişdir. Həmin çətənə kollarına bənzər bitkilər proses iştirakçılarının iştirakı ilə kökləri torpaqdan ayrılaraq yerə sərilmişdir. Bitkilərin ən kiçiyi 16 sm, böyüyünün isə 320 sm olması müəyyən edilmişdir. Bundan başqa bitkilərin birlikdə ümumi çəkisi 10.8 kq olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkib- becərdiyini, həmin bitkilərin ona məxsus olduğunu bildirmişdir. Baxışda iştirak etmiş DAİM-in Bitkiçilik Sektorunun müdiri Şahid4 10 ədəd əkilmiş bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin becərildiyini, bitkilərin çətənə kolları olduğunu bildirmişdir. Həmin aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər ekspertiza tədqiqi üçün qablaşdırılmış, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim olunması üçün iştirakçılar tərəfindən üzəri imzalanaraq götürülmüşdür. Bununla da, baxış başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, həmin video görüntü 6 dəqiqə 29 saniyə müddətdədir və Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı Vəli İsmayılov tərəfindən izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan pencəyin sol cibindən alışqan və "West" markalı siqaret, pencəyin sağ cibindən "LD" markalı siqaret, qara rəngli “KGTEL" markalı mobil telefon, ǝl dəsmalı və ev açarını çıxardaraq masanın üzərinə qoymuşdur. Mobil telefon 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona məxsus evdən aşkar olunmuş kütlələrin ona məxsus olubolmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 04 iyul 2025-ci il tarixli Bərdə DAİM-in Bitkiçilik Sektorunun müdiri Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, 04 iyul 2025-ci il tarixdə Bərdə rayon Şirvanlı kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində 10 ədəd çətənə kolu aşkar edilmşdir. Onlar tərəfindən baxış keçirilən zaman əkilmiş 10 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 05 iyul 2025-ci il tarixli 16/607 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, "Təqsirləndirilən şəxs yaşayış sahəsindən aşkar edilmiş 10 (on) ədəd çətənə kolu..." sözləri və imzalar kisə bağlamadakı, ümumi sayı 10(on) ədəd, ümumi təmiz çəkisi 9150 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəsis) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 20 sentyabr 2025-ci il tarixli, 1547 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 26 sentyabr 2025-ci il tarixli, Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olan arayış və xasiyyətnamədən görünür ki, o, Bərdə rayonu, Şirvanlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon X3 Hüquqi şəxsin 11 sentyabr 2025-ci il tarixli 18-1-28/2-2137/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində və həmin şöbəsinin Ruhi-Əsəb dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 04 iyul 2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 10 (on) ədəd ümumi təmiz çəkisi - 9150 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 9149,8 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) bitkiləri cinayət işi üzrə mühüm əhəmiyyət kəsb maddi sübut qismində tanınmışdır. Cinayət işi materiallarından görünür ki, 06 iyul 2025-ci il tarixdə müstəntiq Şahəddin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayında Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında" Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 10 (on) ədəd, ümumi təmiz çəkisi 9150 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 04 iyul 2025-ci il tarixdə saat 18:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 10 (on) ədəd, ümumi təmiz çəkisi 9150 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) -üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmanlığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs həyatyanı sahəsindən götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra 10 ədəd, təmiz çəkisi 9149,8 qram olan narkotik tərkibli çətənə (kanabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu, Şirvanlı kəndində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs həyatyanı sahəsindən götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra 10 ədəd, təmiz çəkisi 9149,8 qram olan narkotik tərkibli çətənə (kanabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarına əlavə edilmiş 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar