Məhkəmə qərarları › İş №1(021)-169/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-169/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-169/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerı getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə saat 06 radələrində Bərdə rayonu Hacallı kəndi ərazisində yerləşən evdə aralarında yaranmış şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əlində olan ağacla bədənin müxtəlif yerlərinə vuraraq ona döş qəfəsi, sağ bel, onurğa nahiyəsinin bel şöbəsi, sağ çiyin üstü, sağ bud nahiyələrinin qançırları, sağ bazu oynağında bazunun orta yuxarı 1/3-nün və çiyin nahiyəsini əhatə etməklə dəri altı hematoması sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Lakin hal-hazırda rəsmi olaraq Zülfiyyə onun həyat yoldaşıdır. Onun Zülfiyyə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zülfiyyəni o, uşaqlıqdan tanıyır. 2020-ci ilin yanvar aylarında o, Zülfiyyəni istədiyindən Zülfiyyəyə valideynlərini elçi yollamışdır. Zülfiyyəni ona verməmişlər. Bundan sonra Zülfiyyə onu sevməsi barədə xəbər yollamışdır. O, yenidən Zülfiyyə elçi düşmüşdür. Bu səfər Zülfiyyəni ona vermişlər. 05 iyun 2020-ci il tarixdə Zülfiyyə ilə onun Zülfiyyəgildə ailələr arasında üzüktaxma mərasimi olmuşdur. O, tez-tez nişanlı zamanı Zülfiyyə ilə qısqanclıq zəminində mübahisələri olmuşdur. 13 iyun 2021-ci il tarixdə mənim yaşadığım evdə ailələri arasında razılıq ilə məclis olmuş, həmin məclisdən sonra o və Zülfiyyə ailə həyatı qurmuş, Zülfiyyə onun yaşadığı evə köçmüşdür. Həmin günün gecəsi Zülfiyyə ona menstrusiyasi dövrünün olmasını, onunla cinsi əlaqəda ola bilməyəcəyini demişdir. O, həmin günü Zülfiyyə ilə cinsi əlaqəda olmamışdır. 17 iyun 2021-ci il tarixdə saat 06 Zülfiyyənin menstruasiyası bitdikdən sonra o, Zülfiyyə ilə könüllü olaraq cinsi əlaqəda olmuşdur. O, bu zaman Zülfiyyənin cinsi orqanından qan gəlmədiyini görmüşdür. O, Zülfiyyədən hansı səbəbə qan gəlməməyini soruşmuşdur. O, Zülfiyyəyə həkimə getməyi təklif etmişdir. Zülfiyyə ona qızlarda belə qan gəlməməsinin olmamasını demişdir. O, Zülfiyyəyə qız uşağı olmamasını atası və anasına deyəcəyini dedikdə. Zülfiyyə ona uşaq vaxtı bibisi oğlu Tural ilə cinsi əlaqəda olmasını demişdir. O, bundan sonra Zülfiyyənin dediklərini anasına danışmışdır. O, anasına danışdıqdan sonra yataq otağına qayıtmışdır. Yataq otağında Zülfiyyəni görməmişdir. O, dərhal küçəyə çıxmışdır. O, “VAZ 21099” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib avtomobillə Zülfiyyənin yanına getmişdir. O, Zülfiyyə avtomobilə oturmasını, heç kimin bilməməsini, öz aralarında söhbəti bağlamağı demişdir. Bundan sonra Zülfiyyə könüllü olaraq avtomobilə əyləşib yaşadığı evə qayıtmışdır. Evə çatdıqda Zülfiyyə evə keçmişdir. Anası və atası Zülfiyyə ilə söhbət etmişdir. Zülfiyyə anası və atası ondan qabaq Tural ilə cinsi əlaqəda olmasını demişdir. Bundan sonra yataq otağını Xalidə, Fatma və keçmiş qayınanası Məhbubə gəlmişlər. Bu zaman anası Zülfiyyədən onlara dediyini gələnlərə deyə biləcəyini demişdir. Zülfiyyə həmin vaxt ondan qabaq Tural adlı şəxs ilə cinsi əlaqəda olmasını, həmçinin iki dəfə isə Tural ilə məktəbdə cinsi əlaqəda olmasını demişdir. Həmin vaxt Məhbubə əli ilə Zülfiyyənin ağzından vurmuşdur. Bundan sonra Zülfiyyə anası, sonradan gələn atası Elbaris və Fatma ilə gedərkən, anası Məhbubə atasının ayağından öpməsini, tövləsində yaşaması, bəlkə atasının Zülfiyyəni bağışlamasını demişdir. Bu zaman Xalidənin oğlu Anar Zülfiyyəni həkimə aparmağı demişdir. Lakin Zülfiyyə və Zülfiyyənin valideynləri razılıq verməmişlər. Bundan sonra Zülfiyyənin qohumları Zülfiyyəni evdən aparmışlar. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Zülfiyyəni ağacla vurmamışdır. Həmçinin o, ləpə qabını qıraraq Zülfiyyənin boğazına onun hissəsi olan şüşəni dirəməmişdır. Zülfiyyə könüllü olaraq Tural ilə cinsi əlaqəda olmasını demişdir. Zülfiyyəni o, mobil telefona çəkməmişdir. Zülfiyyəni anası Məhbubə sifətindən əli ilə vurmuş, o, isə qoymayaraq aralamışdır. Zülfiyyə onunla könüllü olaraq cinsi əlaqəda olmuşdur. Zülfiyyə könüllü olaraq ona ərə gəlmişdir. O, Zülfiyyəyə hər hansı bir hərəkət etməsi üçün zor tətbiq etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs bir il müddətdir tanıyır. Onun İlkin ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İlkin onun qonşusudur. 2019-cu ilin sentyabr ayından İlkinin valideynləri ona ailə qurmaq məqsədilə elçi düşmüşlər. Ailəmizdə olan məsləhətlərdən sonra o, könüllü olaraq İlkin ilə ailə qurmağa razılıq vermişdir. Bundan sonra 05 iyun 2020-ci il tarixdə onun və İlkinin ailələri arasında yaşadığı evdə nişan mərasimi olmuşdur. Nişanlı vaxtlarında İlkinin onun qısqanması zəminində aralarında çoxlu mübahisələr olmuşdur. İlkin ona vaxtının çox hissəsini evdə oturmağını demişdir. 13 iyun 2021-ci il tarixdə ailələri içərisində həyətdə məclis keçirilməklə o, İlkinə ərə getmişdir. Həmin günün axşamı o, İlkingilin evinə köçmüşdür. Lakin həmin gün onun menstruasiyası olduğu üçün o və İlkin cinsi əlaqəda olmamışlar. Onun menstruasiyası bitdikdən sonra 17 iyun 2021-ci il tarixdə saat 06 radələrində İlkingilin evinin yataq otağında o İlkin ilə cinsi əlaqəda olmuşdur. Həmin vaxt İlkin öz cinsi orqanını onun cinsi orqanına bir dəfə daxil etmişdir. Bu zaman İlkin ondan hansı səbəbdən onun cinsi orqanından qan gəlməməsini soruşmuşdur. O, İlkini ilk dəfə kiminləsə cinsi əlaqəda olmağını, onun bu barədə məlumatının olmamağını demişdir. Bundan sonra İlkin otaqdan çıxmışdır. O, otağını yığışdırarkən İlkin əlində ağac ilə otağa girmş və əlində olan ilə onu vurmağa başlamışdır. İlkin əlində ki ağacla onun bədəninin döş, sol qol, kürək, bud və digər hissələrindən vuraraq onun əvvəl kiminlə cinsi əlaqəda olmağını soruşmuşdur. O, isə İlkinə qabaq kiminləsə cinsi əlaqəda olmamağını demişdir. İlkin onu ağacla vurarkən əlində ki ağac ortadan qırılmışdır. Bundan sonra İlkin otaqda dəmirdən olan ləpə qapını qıraraq, həmin qabın hissəsi olan şüşəni götürüb onun boğazına dirəyərək ondan yenidən başqa kiminlə cinsi əlaqəda olmağını soruşmuşdur. O, qoraxaraq bibisi oğlu Tural ilə uşaq vaxtı oynamağını demişdir. Bundan sonra İlkin otaqdan çıxmış və bir müddət sonra İlkinin atası və anası ilə otağa qayıtmışdır. İlkin otağa gətirdiyi yaylığı başına bağlamış və onu mobil telefona çəkərək Tural ilə cinsi əlaqəda olmağına deməyini istəmişdir. O, isə İlkindən qorxaraq Tural ilə cinsi əlaqəda olmağını demişdir. Bu zaman İlkin onun dediklərini bəyənməyərək çəkilişi saxlayıb yenidən onu hədələyək Tural ilə cinsi əlaqəda olmağını deməyini deyib çəkmişdir. İlkin və ailəsi ilə otaqdan çıxdıqdan sonra o, aynadan tullanıb qaçaraq evdən çıxmışdır. O, evə gedərkən İlkin xatırlamadığı avtomobil ilə onun arxasınca gələrək onu avtomobilə əyləşdirmişdir. O, avtomobilə əyləşdikdən sonra İlkin onu öz evlərinə apamışdır. O, İlkinə öz evinə getmək istədiyini demiş, İlkin avtomobili saxlamamışdır. O, isə avtomobilin qapısının açıb avtomobildən düşmüşdür. Bundan sonra İlkin və yanlarına gələn İlkinin anası Nazilə onu İlkingilə aparmışdır. Evdə onun anası və atası çağırmışlar. Ona Tural ilə cinsi əlaqəda olmağını deməyini demişlər. Bir müddət sonra anası Məhbubə gəlmişlər. Evdə yataq otağında İlkin, İlkinin anası və atası, qardaşı, onun anası bir yerdə oturmuşlar. İlkin onun qolundan tutmuş, onun Tural ilə cinsi əlaqəda olmağını deməsini istəmişdir. O, isə həmin qorxmağını demişdir. Bundan sonra nənəsi Fatma ora gəlmişdir. Bu zaman anasına onun qız uşağı olmamağını deyərək onu aparmaqlarını demişlər. O, bundan sonra anasıyla evinə getmişdir. Həmin günün səhəri o, polis şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı şikayət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 17 iyul 2021-ci il tarixdə saat 06 radələrində Bərdə rayonu Hacallı kəndində yerləşən evin yataq otağında Təqsirləndirilən şəxs əlində olan ağacla onun bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetirmişdir. Həmçinin İlkin əli ilə boğazından tutmuşdur. O, İlkin ilə cinsi əlaqəda olduqdan sonra İlkin ona qız uşağı olmamağına görə onu ağacla vuraraq döymüşdür. İlkin onu ağacla döyərkən orada heç kim olmamışdır. O, könüllü olaraq İlkin ilə ailə həyatı quraraq İlkin ilə 07 iyun 2021-ci il tarixdə nigaha girmişdir. O, Təqsirləndirilən şəxs ilə könüllü olaraq ilə cinsi əlaqəda olmuşdur. İlkin onu zorla harasa aparmamışdır. Lakin hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır. Ondan Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs onun qonşusudur, bundan əlavə isə qızı Zülfiyənin keçmiş həyat yoldaşıdır. İlkin ilə Zülfiyyə 07 iyun 2021-ci il tarixdə nigaha girmiş, 13 iyun 2021-ci il tarixdə isə İlkingilin evində məclis olaraq qızı Zülfiyə İlkinə ərə getmişdir. 17 iyun 2021-ci il tarixdə saat 12 radələrində o, atasıgildən evə gəlmişdir. Evdə heç kim olmamasını gördükdə, İlkingilə getmişdir. O, orada qızı Zülfiyə, yoldaşı Məhbubə, qayınanası Fatmanı və İlkin, həmçinin İlkinin ailəsini görmüşdür. Bu zaman evin həyətində ona xatırlamadığı şəxs qızı Zülfiyənin qız uşağı olmamasını demişdir. O, bu zaman özünü pis his etmişdir və gözü qaralmışdır. Fatma onun qolundan tutaraq onu evinə gətirmişlər. Evdə Zülfiyənin bədənin qol və kürək hissənin qaralmasını Məhbubə demişdir. Zülfiyədən bədənində olan qaraltıların haradan olmasını dedikdə, Zülfiyyə ona İlkinin əlindəki ağacla döyməsini demişdir. O, İlqara zəng edərək İlqarla evlərinin çəpərinin yanında görüşmüşdür. İlqardan hansı səbəbə qızını döymələrini soruşduqda, İlqar ona Zülfiyəni İlkinin ağacla döyməsini, həmin vaxt evdə heç kimin olmamasını demişdir. Bundan sonra isə o, qızıyla polis şöbəsinə gələrək baş verən hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 və Şahid2 öz ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 öz ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs o, qonşu kimi 10 il müddətdir tanıyır. Onun Zülfiyyə ilə heç bir münasibəti olmamışdır. O, Zülfiyyənin atası Elbaris ilə qonşu kimi münasibəti olmuşdur. Təqsirləndirilən şəxs 10 ildir tanıyır, İlkini qonşu kimi tanımışdır. 2021-ci ilin iyun ayının əvvələrində Elbaris onu parçapişdi mərasiminə çağırmışdır. O, Elbarisgilin həyətində parçapiçdidə iştirak etmişdir. O, bundan sonra yaşadığı evə qayıtmışdır. İlkin və Zülfiyyənin toyundan təxminən 3 gün sonra kəntdə olan söhbətlər İlkin və Zülfiyyənin arasında dava-dalaş olmasını, Zülfiyyənin boşanmasını etşitmişdir. Onun bundan başqa hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 öz ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısı qızıdır. Onun Zülfiyyə ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zülfiyyəni o, uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs onun uzaq qohumudur, onun İlkin ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 13 iyun 2021-ci il tarixdə Zülfiyyə ilə İlkin ailə həyatı qurmuşdur. 17 iyun 2021-ci il tarixdə o, X2 ilə cinsi əlaqəda olarkən Zülfiyyədən qan gəlməməsini, İlkin Zülfiyyəni döydüyünə görə Zülfiyyə İlkinə qabaq onunla məktəb vaxtı cinsi əlaqəda olmağını deməsini öyrənmişdir. O, Zülfiyyə ilə cinsi əlaqəda olmamışdır. Həmin gün Zülfiyyə İlkinin fiziki təsiri altında onun barəsində sözlər demişdir. Bundan əlavə onun hadisə ilə ağlı heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş “MTE və PA” birliyinin Bərdə rayonlar arasını şöbəsinin 18 iyun 2021-ci il tarixli 528 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsi, sağ bel, onurğa nahiyəsinin bel şöbəsi, sağ çiyin üstü, sağ bud nahiyələrinin qançırları, sağ bazu oynağında bazunun orta-yuxarı 1/3ni, çiyin nahiyəsini əhatə etməklə dərialtı hematorması, sıyrığı küt əşyanın (əşyaların) təsirindın törənmiş, müddəti qərarda göstərilən 17 iyun 2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 13 sentyabr 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Hacallı kənd inzibati inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Bərdə rayon Hacallı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Hacallı kənd inzibati inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü ildə Bərdə rayonunun Hacallı kəndində anadan olub. İlkin kəndin xeyir və şər işlərində fəal iştirak edir kənd ağsaqqaları arasında böyük hörmətə malikdir. İlkin hal-hazırda Bərdə rayonunun Hacallı kəndində yaşayır və fəhlə işləyir. İndiyədək heç bir cinayət məsuliyyətinə cəlb edilməyib. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə saat 06 radələrində Bərdə rayonu Hacallı kəndi ərazisində yerləşən evdə aralarında yaranmış şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əlində olan ağacla bədənin müxtəlif yerlərinə vuraraq ona döş qəfəsi, sağ bel, onurğa nahiyəsinin bel şöbəsi, sağ çiyin üstü, sağ bud nahiyələrinin qançırları, sağ bazu oynağında bazunun orta yuxarı 1/3-nün və çiyin nahiyəsini əhatə etməklə dəri altı hematoması sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs i oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar