Məhkəmə qərarları › İş №1(021)-169/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-169/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-169/2022 28.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1982-ci il tarixdə Bərdə rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdə əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, o, 2022-ci ilin may ayında Bərdə rayonu Uğurbəyli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən xeyli miqdarda, yəni 13 (on üç) ədəd quru vəziyyətdə ümumi çəkisi 20,0 qram olan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib, yetişdirməklə kultivasiya etmiş, 13 iyun 2022-ci il tarixdə, saat 14:28 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 13 (on üç) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununlа dа, Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 237.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu Uğurbəyli kəndində atası və anası ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur, hazırda məhkumluğu yoxdur. O, ara bir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Elə bu səbəblə də təxminən 3 ay bundan əvvəl yəni, 2022-ci ilin may ayınınn əvvəllərində Bərdə rayonu Uğurbəyli kəndində yaşadığı evin həyətyanı sahəsində moruq kollarının arasında yer hazırlamış, 23 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmişdir. Əkdiyi yerin görünməməsi üçün oranı kollarla bağlamışdır. Fikirləşmişdir ki, arabir qurudulmuş marixuana istifadə edir, buna görə də həmin toxumları əkmişdir ki, özü üçün istifadə etsin. Həmin çətənə bitkisinin toxumlarını haradan əldə etməyini xatırlamır. Əkdiyi yerdə bitkilərə arabir su və gübrə vermişdir. Daha sonra görmüşdür ki, toxumdan bir qədər qalmış, həmin toxumları isə 2022-ci ilin may ayının sonlarında yaşadığı ünvanın həyətyanı sahəsində 2 (iki) ədəd dibçəkdə hər bir dibçəyə 3 ədəd olmaqla əkmiş və onları sulamışdır. Bitkilər böyüdükcə onlara qulluq etmişdir. Çətənə bitkilərini əkməyi ilə bağlı heç kimə deməmiş, bununla bağlı heç kimin məlumatı olmamış, sadəcə özü tək əkmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olarkən atası onunla telefon əlaqəsi saxlamış və Bərdə RPŞ-nin polis əməkdaşlarının yaşadıqları ünvana gələrək evin həyətyanı sahəsinə baxış keçirmələrini və həyətdən çətənə bitkilərini aşkar etdiklərini bildirmişdir. O, atasına həmin bitkiləri özünün əkdiyini və özünə məxsus olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Bərdə rayonuna qayıtmış və polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində etdiyi əməli etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 Hafiz oğlu ifadəsində göstərdi ki, o, Bərdə Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyündə polis nəfəri işləyir. 13 iyun 2022-ci il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Uğurbəyli kəndində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin arxa tərəfində moruq kollarının arasında xüsusi ayrılmış yerdə çətənə bitkiləri aşkar edilmişdir. Bitkilərin əkilmə ardıcıllığına baxılan zaman bitkilər sıra ilə əkilməsi və diblərində torpaq üzərində peyin olduğu açıq görünürdü. Sorğu zamanı Zakir Rzazadə həmin bitkilərdən xəbəri olmadığını bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid5 bitkilərə baxış keçirmiş və onlara aqrotexniki qulluq olunduğunu bildirmiş, həmin bitkilər torpaqdan ayrılmış və yerə qoyulmuşdur. Ümumilikdə 23 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Həmçinin, həyətyanı sahəyə baxış keçirilən zaman o, və digər polis əməkdaşları tərəfindən tövlənin yanında 2 ədəd dibçək aşkar edilmişdir. Dibçəklərin hər birində 3 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmiş, ümumilikdə 6 ədəd bitki aşkar edilmişdir. Aqronom həmin bitkilərə də aqrotexniki qulluq olunduğunu bildirmişdir. Həmin bitkilər dibçəyin torpağından ayrılmış və yerə qoyulmuşdur. Bitkilərin ən uzunu 115 sm, ən kiçiyi 10 sm olması müəyyən olunmuşdur. Həmin 29 ədəd çətənə bitkisinə bənzər bitkilər ekspertiza tədqiqi üçün kisəyə qoyularaq qablaşdırılmış və DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə rayon X2 Tədqiqatlar Qrupunun baş inspektoru-kriminalisti vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 13 iyun 2022-ci il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Uğurbəyli kəndində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin arxa tərəfində moruq kollarının arasında xüsusi ayrılmış yerdə çətənə bitkiləri aşkar edilmişdir. Bitkilərin əkilmə ardıcıllığına baxılan zaman bitkilər sıra ilə əkilməsi və diblərində torpaq üzərində peyin olduğu açıq görünürdü. Sorğu zamanı Zakir Rzazadə həmin bitkilərdən xəbəri olmadığını bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid5 bitkilərə baxış keçirmiş və onlara aqrotexniki qulluq olunduğunu bildirmiş, həmin bitkilər torpaqdan ayrılmış və yerə qoyulmuşdur. Ümumilikdə 23 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Həmçinin, həyətyanı sahəyə baxış keçirilən zaman o, və digər polis əməkdaşları tərəfindən tövlənin yanında 2 ədəd dibçək aşkar edilmişdir. Dibçəklərin hər birində 3 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmiş, ümumilikdə 6 ədəd bitki aşkar edilmişdir. Aqronom həmin bitkilərə də aqrotexniki qulluq olunduğunu bildirmişdir. Həmin bitkilər dibçəyin torpağından ayrılmış və yerə qoyulmuşdur. Bitkilərin ən uzunu 115 sm, ən kiçiyi 10 sm olması müəyyən olunmuşdur. Həmin 29 ədəd çətənə bitkisinə bənzər bitkilər ekspertiza tədqiqi üçün kisəyə qoyularaq qablaşdırılmış və DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid5 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika Bitki Mühafizə Mərkəzinin aparıcı aqronomu vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bərdə RPŞ-nin polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman onu orada mütəxəssis qismində iştirak etməyə dəvət etmişlər. Polislərlə razılaşmış və Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Uğurbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuşlar. Onun, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs atası Zakir adlı şəxsin iştirakı ilə həyətə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl proses iştirakçılarına və Təqsirləndirilən şəxs atası Zakir adlı şəxsə hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən izah edildikdən sonra ev sahibi Zakir adlı şəxsdən videoçəkilişdən istifadə edilməklə həyətinə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması soruşuldu. Zakir heç bir etirazının və vəsatətinin olmadığını bildirdi. Bundan sonra Zakir adlı şəxsin həyətyanı sahəsinə baxış keçirildi. Baxış keçirilən zaman polis əməkdaşları evin arxa tərəfində moruq kollarının arasında xüsusi ayrılmış yerdə çətənə bitkiləri aşkar etdilər. Bitkilərin əkilmə ardıcıllığına baxılan zaman bitkilər sıra ilə əkilmiş və diblərində torpaq üzərində peyin olduğu açıq görünmüşdür. Sorğu zamanı Zakir həmin bitkilərdən xəbəri olmadığını bildirdi. Bitkilərə baxış keçirmiş və onlara aqrotexniki qulluq olunduğunu bildirmiş, həmin bitkilər torpaqdan ayrılmış və yerə qoyulmuşdur. Ümumilikdə 23 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Həmçinin, həyətyanı sahəyə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən tövlənin yanında 2 ədəd dibçək aşkar edilmişdir. Dibçəklərin hər birində 3 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmiş, ümumilikdə 6 ədəd bitki aşkar edilmişdir. Həmin bitkilərə də aqrotexniki qulluq olunduğunu polislərə bildirmişdir. Həmin bitkilər dibçəyin torpağından ayrılmış və yerə qoyulmuşdur. Bitkilərin ən uzunu 115 sm, ən kiçiyi 10 sm olması müəyyən olunmuşdur. Həmin 29 ədəd çətənə bitkisinə bənzər bitkilər ekspertiza tədqiqi üçün kisəyə qoyularaq qablaşdırılmış və DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. 29 ədəd bitki kisə ilə birlikdə çəkilmişdir. Sorğu zamanı Zakir həmin evdə özünün, həyat yoldaşının və oğlu Təqsirləndirilən şəxs yaşadığını bildirmişdir. Bununla da həyətə baxış keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahid X1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 13 iyun 2022-ci il tarixdə ona Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Uğurbəyli kəndində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl proses iştirakçılarına və Təqsirləndirilən şəxs atası Zakir adlı şəxsə hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən izah edildikdən sonra ev sahibi Zakir adlı şəxsdən videoçəkilişdən istifadə edilməklə həyətinə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Zakir adlı şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Zakir adlı şəxsin həyətyanı sahəsinə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilən zaman o, və digər polis əməkdaşları evin arxa tərəfində moruq kollarının arasında xüsusi ayrılmış yerdə çətənə bitkiləri aşkar etmişlər. Bitkilərin əkilmə ardıcıllığına baxılan zaman bitkilər sıra ilə əkilmiş və diblərində torpaq üzərində peyin olduğu açıq görünmüşdür. Sorğu zamanı Zakir Rzazadə həmin bitkilərdən xəbəri olmadığını bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid5 bitkilərə baxış keçirmiş və onlara aqrotexniki qulluq olunduğunu bildirmiş, həmin bitkilər torpaqdan ayrılmış və yerə qoyulmuşdur. Ümumilikdə 23 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Həmçinin, həyətyanı sahəyə baxış keçirilən zaman o, və digər polis əməkdaşları tərəfindən tövlənin yanında 2 ədəd dibçək aşkar edilmişdir. Dibçəklərin hər birində 3 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmiş, ümumilikdə 6 ədəd bitki aşkar edilmişdir. Aqronom həmin bitkilərə də aqrotexniki qulluq olunduğunu bildirmişdir. Həmin bitkilər dibçəyin torpağından ayrılmış və yerə qoyulmuşdur. Bitkilərin ən uzunu 115 sm, ən kiçiyi 10 sm olması müəyyən olunmuşdur. Həmin 29 ədəd çətənə bitkisinə bənzər bitkilər ekspertiza tədqiqi üçün kisəyə qoyularaq qablaşdırılmış və DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. 29 ədəd bitki kisə ilə birlikdə çəkilmişdir. Sorğu zamanı Zakir adlı şəxs həmin evdə özünün, həyat yoldaşının və oğlu Təqsirləndirilən şəxs yaşadığını bildirmişdir. Bununla da həyətə baxış keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl proses iştirakçılarının iştirakı ilə müdafiəçisi Müdafiəçi yanında şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən izah edilmişdir. Şübhəli şəxsə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstünə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və şübhəli şəxsə etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 16 manat pul aşkar edilmiş, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. 16 manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyindən götürülməmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 29 ədəd çətənə bitkisini onun əkib əkmədiyi soruşulmuş, sorğu zamanı o, həmin çətənə bitkilərini özünün tək əkdiyini və istifadə etməsi üçün əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və proses iştirakçılarına şəxsi axtarışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşulmuş, lakin, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Bununlada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 da oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli, 16/672 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid6 Bərdə rayon Uğurbəyli kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar olunmuş çətənə bitkilərinə bənzər bitkilər...” yazılar və imzalar olan sintetik kisədəki, ümumi sayı 29 ədəd ümumi təmiz çəkisi 345 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aparıcı aqronom (mütəxəsis) Şahid5 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli, 7/802 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbadakı 29 ədəd bitki nümunəsindən cəmi 13 ədəd quru vəziyyətdə ümumi çəkisi -20,0 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş nakotik tərkibli çətənə (kannabis) bitkisidir. Qalan 16 ədəd bitkilərin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur, onlar əkilibbecərilməsi qadağan olmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aid deyildir. Aqronom (mütəxəsis) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 14 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saat 16:00 radələrində Bərdə rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl proses iştirakçılarının iştirakı ilə müdafiəçisi Müdafiəçi yanında şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən izah edilmişdir. Şübhəli şəxsə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstünə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və şübhəli şəxsə etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 16 manat pul aşkar edilmiş, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. 16 manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyindən götürülməmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 29 ədəd çətənə bitkisini onun əkib əkmədiyi soruşulmuş, sorğu zamanı o, həmin çətənə bitkilərini özünün tək əkdiyini və istifadə etməsi üçün əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və proses iştirakçılarına şəxsi axtarışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşulmuş, lakin, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Bununlada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə maddi sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Hadisə yerinə baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 13 iyun 2022-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən atası Şahid6 məxsus fərdi yaşayış evinin həyətində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən ətrafı torlanmış ərazidən aqrotexniki qaydada qulluq edilmiş 23 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilərək torpaqdan ayrılaraq götürülmüşdür. Həmçinin həyətyanı sahəyə baxış keçirilərkən 2 ədəd dibçək aşkar edilmiş, dibçəklərin hər birində 3 ədəd çətənə bitkisinə bənzər aqrotexniki qaydada qulluq edilmiş bitki aşkar edilmiş, torpaqdan ayrılaraq götürülmüşdür. Ümumilikdə 500 qram çəkidə 29 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar edilmiş həmin 29 ədəd çətənə bitkisinə bənzər bitki qablaşdırılmış, üzəri şübhəli şəxs, müdafiəçi və istintaq hərəkətində iştirak etmiş digər iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə maddi sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokollardan diskin bir ədədinin içərisindəki videogörüntünün 21 dəqiqə 59 saniyə müddətində davam etdiyini və Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən təqsirləndirilən şəxsin atası Şahid6 məxsus fərdi yaşayış evinin həyətinə baxış keçirilərək 29 ədəd çətənə bitkisinə bənzər bitkinin aşkar edilərək götürüldüyü, digər diskdə isə 05 dəqiqə 56 saniyə müddətində təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, nəticədə üzərində heç bir şübhəli predmet və ya narkotik maddənin aşkar edilmədiyi, verilən suallara cavabda isə atasına məxsus evin həyətində 29 ədəd çətənə bitkilərini əkdiyini etiraf etməsinə dair videogörüntülər öz əksini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər AR.CMnin 178.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, hazırda məhkumluğu ödənilmişdir və yoxdur. Cinayət işinə əlavə edilmiş 14 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 16:00-da Bərdə RPŞ TB-nin təhqiqatçısı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 16 iyun 2022-ci il tarixli, 4(021)-68/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 iyun 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə 14 oktyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 14 iyun 2022ci il tarixli, 5(021)-115/2022-сi il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bərdə rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 13 iyun 2022-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 17 iyun 2022ci il tarixli, 5(021)-118/2022-сi il tarixli “Telefon danışıqlarının götürülməsi haqqında” qərarından görünür ki, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon danışıqlarının ələ keçirilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 2022-ci ilin may ayında Bərdə rayonu Uğurbəyli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən xeyli miqdarda, yəni 13 (on üç) ədəd quru vəziyyətdə ümumi çəkisi 20,0 qram olan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib, yetişdirməklə kultivasiya etmiş, 13 iyun 2022-ci il tarixdə, saat 14:28 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 13 (on üç) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 237.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 237.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 14 (on) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki ) il 05 (beş) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilərək, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxı keçirilərkən götürülmüş və Bərdə Rayon Polis Şöbəsində saxlanılan ekspertizadan sonra qalıq çəkisi 13 ədəd ümumi çəkisi 20.0 qram narkotik tərkibli (çətənə) kannabis bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan hadisə yerinə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 32,40 manat ekspertiza xərci və 78 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 14 (on) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki ) il 05 (beş) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 3i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 13 ədəd ümumi çəkisi 20.0 qram narkotik tərkibli (çətənə) kannabis bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 32.40 (otuz iki manat 40 qəpik) ekspertiza xərci tutularaq dövlət büdcəsinə büdcə təsnifatının kodu 142390, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Təqsirləndirilən şəxs 78.0 (yetmiş səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar