Məhkəmə qərarları › İş №1(021)-169/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-169/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-169/2023 25.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay,Qazax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 14 gün islah işləri 20% cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Qazax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilərək Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 9.1-ci bəndinə əsasən xitam verilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri H.Əliyev prospekti ev 4, mənzil 31də qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 1,39 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 01 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə qanunsuz olaraq əldə edib üzərində saxlamış, 05 iyun 2023-cü il tarixdə saat təxminən 16:40 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın qabaq sağ üst cibliyindən 01 ədəd ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə ümumi təmiz çəkisi 1,39 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə şəhərində anadan olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. O, təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2022-ci il tarixdə Bərdə rayon Məhkəməsi tərəfindən Azərbaycan Respubliaksı CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 26 gün azadlıqın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onu Polis şöbəsinə dəvət etmişlər, bildirmişlər ki, onda narkotik vasitənini olmasını etiraf etsin. O da məcbur olub narkotik vasitənin onda olmasını etiraf etmişdir. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparalacaqlarını bildirmişdilər. Buna görə də, ona müdafiəsi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi rayon polis şöbəsinə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində olan göy rəngli cins şalvarın sağ yan cibinin üstündə olan kiçik ciblikdə saxladığı 01 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə olan el arasında “kakos” deyilən narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Həmin 01 ədəd kağız kəsiyində olan narkotik maddə elektron tərəzidə çəkilərək kağızla birlikdə ümumi çəkisinin 1,39 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız kəsiyində olan narkotik maddə 01 ədəd ağ rəngli kağız zərfə və 01 ədəd üzərində olan “Nokia” markalı mobil telefon kağız zərfə qablaşdırılıb möhürlənmişdir. Həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmış və həmin protokol onun tərəfindən və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əvvəllər narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmadığını, lakin özü istifadə etdiyini bildirdi. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Ayaq Qərvənd kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. O, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, Bərdə şəhərində anadan olmuş, ünvan 2 ünvanda yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək, üzərində qanunsuz olaraq saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəfindən xx.xx.2023-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bərdə şəhəri H.Əliyev prospektində saxlanıldı və rayon rayon polis şöbəsinin inzibati binasına gətirildi. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildi. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə edilməsi üçün Bərdə rayonu vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunaraq şübhəli şəxsə təqdim оlundu. Bundan sonra, onun, Bərdə RPŞ-nin ƏRQ-nun polis nəfəri, polis serjantı Şahid2, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid3, Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandı. Videoçəkiliş inspektor kriminalist Şahid3 tərəfindən həyata keçirildi. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdi. Bu zaman Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşdı və əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mavi rəngdə sadə tipli “Nokia” markalı mobil telefonu, daha sonra qabaq sağ cibindən 01 ədəd 1 manatlıq pul əskinazlarını, qabaq sağ cibindən 01 ədəd alışqanı və qabaq sağ kiçik cibindən isə 01 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə narkotik maddə hesab edilən heroinə bənzər kütləni masanın üzərinə qoydu. Daha sonra X3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni haradan əldə etməsini soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs bu gün səhər saat 10-11 radələrində tapıdğını bildirdi. Daha sonra X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə narkotik maddə hesab edilən heroinə bənzər kütləni elektron tərəzidə çəkdi və çəkisi 1,39 qram olması müəyyən olundu. Daha sonra həmin narkotik maddə hesab edilən heroinə bənzər bükümün tərkibini və təmiz çəkisini müəyyən olunması və ekspertizaya təqdim edilməsi üçün 01 ədəd ağ rəngli zərfdə qablaşdırıldı və üzəri DİN-nin 94-nömrəli möhürü il möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. Daha sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra 01 ədəd sadə tipli mavi rəngli “Nokia” markalı mobil telefon X3 tərəfindən 01 ədəd zərfə qoyularaq üzəri DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürüldü. 01 ədəd alışqan və 02 ədəd 1 manatlıq pul əskinazları isə Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Şahid1 həmçinin ifadəsində onun Təqsirləndirilən şəxs kiməsə narkotik satması barədə məlumatının olmadığını bildirmişdir. O, həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs yalan deyir. Onu şöbəyə dəvət etməmişlər , əməliyyat nəticəsində Bərdə şəhəri H.Əliyev prospektində evinin yaxınlığında saxlanıldı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr vermişdirlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ona Bərdə rayon Polis şöbəsindən məlumat daxil oldu ki, Təqsirləndirilən şəxs saxlanılıb. O da evinə gedərək aparatı açmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 06 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə Qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 05 iyun 2023-cü il tarixdə saat təxminən 16:40 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın qabaq sağ üst cibliyindən 01 ədəd ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə ümumi təmiz çəkisi 1,39 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 13-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-56-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 73-79-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)133/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 05 iyun 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə bioloji ekspertizasının 06 iyun 2023-cü il tarixli 16/588 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış narkotik maddəyə bənzər kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd iç-içə qoyulmuş “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,841 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi -0,841 qram, tədqiqata cəmi sərf edildi-0,05 qram, qalıq- 0,791 qram. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2023-cü il tarixli 1290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-109-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı 09 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 85-86-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 14 gün islah işləri 20% cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Qazax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilərək Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 9.1-ci bəndinə əsasən xitam verilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəzasının 01 il 01 ay 24 gün hissəsini çəkmiş və çəkilməmiş 10 ay 02 gün cəzası qalmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan Bərdə RİHB Bərdə şəhər İƏDÜ nümayəndəliyindən daxil olmuş 697 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospekti ev 4, mənzil 31-də yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 124-131-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd iç-içə qoyulmuş gümüşü rəngli rəngli kağız bükümündə təmiz çəkisi 0,841 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqatdan sonrakı qalığı olan təmiz çəkisi 0,791 qram narkotik vasitə heroin olan 1 ədəd möhürlənmiş zərf və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, içərisində narkotik vasitə heroin olan 1 ədəd möhürlənmiş zərf Bərdə Rayon Polis Şöbəsinin salancına təhvil verilmiş, videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət işini materiallarına əlavə edilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd sadə tipli “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs olunun anası X1 təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 24.102023-cü il tarixli 3-16-21/1-1148 saylı arayışından görünür ki, nəzarət subyekti Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozduğundan onun hərəkət trayektoriyasını təqdim etmək və elektron qolbağın açılmasını müəyyən etmək imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı 09 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəzasının 01 il 01 ay 24 gün hissəsini çəkmiş və çəkilməmiş 10 ay 02 gün cəzası qalmışdır. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı 09 mart 2022ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunduğundan cinayətin residivi yaranmadığı müəyyən olunur. Belə ki, 18.4.4-cü madəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, əvvəllər dəfələrlə cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı 09 mart 2022-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hazırda Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı 09 mart 2022-ci il tarixli hökmü üzrə 10 ay 02 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət, Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı 09 mart 2022-ci il tarixli hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.2-ci maddəsinə görə hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 67ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı 09 mart 2022-ci il tarixli hökmü üzrə cəzasının çəkilməmiş 10 ay 02 günü yeni hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesabı ilə hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, 07 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 05 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 0,791 qram narkotik vasitə heroin olan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd sadə tipli “Nokia” markalı mobil telefonun Təqsirləndirilən şəxs olunun anası X1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin 1(021)59/2022 saylı 09 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər olmaq hesabı ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 1 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 0,791 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd sadə tipli “Nokia” markalı mobil telefonun Təqsirləndirilən şəxs olunun anası X1 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar