Məhkəmə qərarları › İş №1(021)-169/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-169/2025

15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-169/2025 15.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Bərdə rayonu, Piyadalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsə də CM-in 40.2.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsə də CM-in 73.2 maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmiş, məhkumluğu olmayan, Bərdə rayonu, Piyadalar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-1219/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 5910,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. Çünki onun məhkəmə qətnaməsindən xəbəri olmayıb. Həmin qətnamədən məlumatı olduqdan sonra ödənişlər etmişdir, qalan borc onun xəbəri olmayan vaxtı yığılmış borcdur. O, Zərərçəkmiş şəxs ilə heç vax bir yerdə yaşamamışdır. Məhkəmə proseslərində iştirak etməmişdir. O, 2022-ci ildə Rusiya Federasiyasından qayıdanda məhkəmə qətnaməsindən məlumatı olmuşdur. 3 ay ərzində onun əmək haqqısından aliment üçün pul tutulub. O, zaman hərbi hissədə müddətdən artıq hərbi qulluqçu işləmişdir. Hər ay əmək haqqından 70% pul tutulub. 5200 manat borcu olmasını təsdiq edir. Borcunu ödəyəcək. O, GMKB MMC-də işlədiyi müddətdə onun maaşından 550 manat pul tutulub. O, Rusiya Federasiyasından karantin olduğuna görə qayıda bilməmişdir. Orada fəhlə işləmiş, ayda 1200 manat qazancı olmuşdur. Vətənə qaytıdıqdan sonra isə sürücü işləmişdir, daimi işi olmamış, 1 ay işləyib 3 ay işləməmişdir. Aya 600 manat qazancı olmuşdur. Bundan başqa bildirmişdir ki, onun himayəsində 2 azyaşlı övladı da vardır. Uşaqlarına tək başına baxır. Evi Bərdə şəhərində yerləşir. Valieynləri isə Bərdə rayonun Piyadalar kəndində yaşayırlar. Son söz olaraq bildirmişdir ki, borcu olmasını qəbul edir. Borcunu ödəməyə hazırdır. 3 il məhkəmə qətnaməsindən xəbərinin olmamasını, 13 yaşlı övladının və himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ilin aprel ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 2013-cü ildə Damla adlı bir uşaqları anadan olmuşdur. Birgə yaşadıqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs onu bir ər kimi sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2014-cü ilin iyun ayında Zərərçəkmiş şəxs ondan ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə o, müddətdən artıq hərbi xidmətçi kimi işləməklə hər aya 800,00 manat əmək haqqı almışdır. Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixli təqdimatda qeyd edilən cəmi 5910,00 manat aliment borcu yaranmışdır. Tərtər rayon ərazisində «N» saylı HH-in tərkibində müddətdən artıq hərbi xidmətçi kimi 2017-ci il tarixədək işləməklə hər aya 870,00 manat əmək haqqı almışdır. 2018-ci ilin yay aylarından 2022-ci ilin axırına kimi RF-ın Kaluqa vilayətinin eyni adlı şəhərində yük avtomobili sürücüsü işləməklə hər aya Azərbaycan manatına münasibətdə 1200,00 manat qazanc əldə etmişdir. 2022-ci ilin noyabr ayında ölkəyə qayıdarkən hava limanında xəbəri olmuşdur ki, aliment borcuna görə axtarışdadır. 2023-cü ilin əvvəlindən 2024-cü ilin əvvəlinə kimi Bakı şəhərinə qayıdaraq taksi sürücüsü kimi fəaliyyət göstərməklə hər günə 35,00 manat qazanc əldə etmişdir. 2024-cü ildə Zəngilan şəhərində yerləşən MMC-də yük avtomobili sürücüsü kimi işləməklə hər aya 759,00 manat əmək haqqı almışdır. Hazırda Bərdə şəhərində fəhləlik ilə məşğul olmaqla hər günə 25,00 manat qazanır. Maddi imkanı qənaətbəxş olmadığı üçün aliment borcunu ödəməmişir. Məşğulluq mərkəzinə müraciət etməmiş və onun daimi iş yeri və qazancı olduğu üçün buna ehtiyac duymamışdır. Məhkəmə istintaqında üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə qurmuşlar, 2013-cü ildə ayrılmışlar. O, 2018-ci ildə məhkəməyə müraciət etmişdir. O, mənkəməyə müraciət etdikdə təqsirləndirilən şəxs ondan DNK analizi tələb etmişdir. Uşaqlarının 13 yaşı var, o, bu vaxta kimi aliment ödəməyib, cəmi 300 manat karta pul göndərib. Bu vaxta kimi 3000 manata qədər pulu onun atası ödəyib, özü ödəmir. Daha sonra atası da ödəməmişdir. Rüfət Rusiya Federasiyasından gəldikdən sonra onun atası 3-4 ay ərzində 2000 manat pul verib. Rüfətin hazırda ona 5910 manat borcu vardır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona təqsirləndirilən şəxsin atası tərfindən bu vaxta kimi 1000, 300, 3000 və 100 manat pul verilib. Rüfətin telefon nömrəsini bilmədiyi üçün onun özünə aliment borcunun olmasını deyə bilməmişdir. Rüfətin özü 300 manat ödəyib. Borcunu ödəmədiyi halda barəsində azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs yalan danışır, onun himayəsində 2 azyaşlı övladı olmasına baxmayaraq, uşaqların anaları onlarla birlikdə yaşayır. Bununla yanaşı, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ilin aprel ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 2013-cü ildə Damla adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs başqa qadına aludə olduğu üçün onu bir arvad kimi sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2014-cü ilin iyun ayında Təqsirləndirilən şəxs ilə ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu müddətdən artıq hərbi xidmətçi kimi işləməklə hər aya 800,00 manat qazancı olmuşdur. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə qardaşının maddi yardımı ilə uşağını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixli təqdimatda qeyd edilən cəmi 5910,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqında üzrə şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2024-cü il tarixdə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bununla yanaşı, şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2024-cü il tarixdə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-1219/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2025-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 5910,00 manat məbləğində aliment borcu yaranmışdır. Eşitdiyinə görə Təqsirləndirilən şəxs hazırda Bərdə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olmaqla hər aya 600,00 manat qazanc əldə edir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqında üzrə şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2024-cü il tarixdə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bununla yanaşı, şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2024-cü il tarixdə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-1219/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2025-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 5910,00 manat məbləğində aliment borcu yaranmışdır. Eşitdiyinə görə Təqsirləndirilən şəxs hazırda Bərdə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olmaqla hər aya 600,00 manat qazanc əldə edir. Cinayət işinin 1-2-ci vərəqələrində olan 29 aprel 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 29 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 1-2, 9-56-cı vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsinin Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi ilə bağlı Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş 03 mart 2025-ci il tarixli təqdimat, əsas isə həmin fakta görə toplanmış materiallar olmuşdur. Cinayət işinin 46-cı vərəqəsində olan AZ-İV №213235 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8 adlı övladları var. Cinayət işinin 13-15-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2018ci il tarixdən hesablanmaqla hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulması qət olunmuşdur. Cinayət işinin 12-ci vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh kimi Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən olunmuşdur. Cinayət işinin 16-ci vərəqəsində olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 8(021)-547/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)786/2023 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədi üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)1645/2023 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədi üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 38-40-cı vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)1005/2024 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədi üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cinayət işinin 42-43-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)1219/2024 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədi üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2355/2018 saylı qətnaməsi üzrə ödənilməmiş aliment borcunun ödənilməsini təmin etməyəcəyi halda Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdar edilmişdir. Cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X4 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bərdə rayon, Piyadalar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin MEİS-in “Əmək və Məşğulluq” altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyildir. Cinayət işinin 65-66-cı vərəqələrində olan zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 88-ci vərəqələrində olan axtarışda olan şəxsin tutulması haqqında 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayon ərazisində tutularaq Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin MSYdən azad olunmuşdur. Cinayət işinin 93-94-cü vərəqəsində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsə də CM-in 40.2.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsə də CM-in 73.2 maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Məhkumluğu olmamışdır. Cinayət işinin 49-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-153/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 Təqsirləndirilən şəxs öhdəsində olması faktı müəyyən olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş dövlət və yerli özünü idarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 11 iyun 2025-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə Bərdə rayon ərazisində tutularaq Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmiş, 16 avqust 2025-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən azad olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 1(021)-169/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri məhkəmə istintaqı dövründə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixindən 16 avqust 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 15 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixindən 16 avqust 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün müddətin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalndan dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar