Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-17/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin vəkili Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1975-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 21 avqust 2020-ci il tarixdə saat 22 radələrində Bərdə şəhəri, ünvan 2 ünvanında aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əli ilə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs üz nahiyyələrinə yumruq zərbələri vurmuş, Zərərçəkmiş şəxs müvazinətini saxlaya bilməyib yerə yıxılmış və sonuncuya sol yuxarı ətrafın bazunun yuxarı 1/3-dən saidin aşağı 1/3-nə qədər əsasən bütün səthiləri əhatə olunmaqla, sol gözaltı-almacıq nahiyənin, üzün sağ yarısının, sağ çənəaltı, döş qəfəsinin ön səthinin sağ yarasının, sol budun orta və aşağı 1/3-nin bayır səthinin, sağ budun aşağı 1/3-nin bayır səthinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs tanışı Ramil vasitəsi ilə tanımışdır. 21.08.2020-ci il tarixdə saat 18-19 radələri arasında tanışı Ramil ona zəng edərək bir nəfər qadının həyətində dəmir çardaq olduğunu qeyd edərək həmin çardağı satmaqda onlara köməklik etməsini istəmişdir. Ramilə növbəti günlərdə kömək edə biləcəyini və çardağı görmək lazım olduğunu bildirmişdir. Az sonra Ramil olduğu yerə gəlmiş və onu tanışı Zərərçəkmiş şəxs Bərdə şəhəri, Füzuli küçəsindəki evinə aparmışdır. Zərərçəkmiş şəxs həyətində olan çardağa baxmış və çardağı neçəyə satması barədə söhbət etmişdir. Sonra tanışı Əlyara zəng edib satlıq çardaq olması barədə məlumat vermişdir. Onlar orada olarkən Ramil Zərərçəkmiş şəxs ac olduqlarını bildirib, onlara yemək verməsini demişdir. Zərərçəkmiş şəxs razılaşmış və bu vaxt onlar küçəyə çıxıb dükandan bir ədəd spirtli içki araq alıb geri qayıtmışlar. Ramil ilə Zərərçəkmiş şəxs evinin həyətində oturub çörək yeyərək spirtli içki qəbul etmişdir. Təxminən saat 22 radələrində Ramil başını stola qoyub yatmışdır. Zərərçəkmiş şəxs Ramili yuxudan oyadıb evinə getməsini istəmiş, Ramil isə evə getməyərək həyətdə olan çarpayıda uzanıb yatmışdır. Bundan sonra Arzu ilə evə keçib çardağı satması barədə söhbət etmişdir. Arzuya çardağı baha satmasını bildirib, bir stəkan su verməsini istəmişdir. Zərərçəkmiş şəxs ona su vermiş və çardağı münasib qiymətə satmasını bildirərək onunla kobud ifadələrlə danışmışdır. Bu səbəbdən də onların aralarında mübahisə olmuşdur. Aralrında olan mübahisə münaqişəyə çevrilmiş və əsəbləşib hər iki əli ilə Arzunun üz nahiyyələrinə qəsdən yumruq zərbələri vurmuşdur. Zərbələrin təsirindən Zərərçəkmiş şəxs müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxt Ramil həyətdə yatmış və onların yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs vurduqdan sonra oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs zorlamaq, onunla cinsi əlaqədə olmaq fikri olmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, bir daha bu cür hallara yol verməyəcəyini, özünü intizamlı aparacağını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2020-ci ilin avqust ayında maddi imkanları zəif olduğundan yaşadığı evin həyətində olan dəmir çardağı satmaq qərarına gəlmişdir. Oğlu Əlvan bu barədə Xəyyam adlı tanışına məlumat vermiş və Xəyyam həyətlərinə gəlib çardağa baxaraq həmin çardağın satılmasında köməklik edəcəyini bildirmişdir. 21.08.2020-ci il tarixdə günorta saatlarında sonradan adını bildiyi Ramil və bir nəfər tanımadığı şəxs yaşadığı ünvana gəlmişlər və onları Xəyyamın göndərdiklərini bildirmişdir. Ramil adlı şəxsdən çardağı satmaqda köməklik etməsini istəyib çardaq satılacağı təqidirdə pul verəcəyini bildirmişdir. 21.08.2020-ci il tarixdə saat 19 radələrində Ramil adlı şəxs sonradan adını bildiyi Bəxtiyar adlı şəxslə yaşadığı ünvana gəlmiş və çardağa baxıb öz aralarında söhbət etmişdir. Bəxtiyar adlı şəxs kənara çəkilib kiminləsə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və həmin şəxsdən çardağı almasını xahiş etmişdir. Az sonra Ramil adlı şəxs ac olduqlarını bildirib onlara yemək verməsini xahiş etmişdir. Etiraz etməmiş və yeməyi hazır edənə kimi Ramil ilə Bəxtiyar dükana gedib bir ədəd araq alıb gəlmişdir. Ramil ilə Bəxtiyar həyətdə spirtli içki qəbul edib yemək yemişdir. Yemək yedikdən sonra Ramil sərxoş halda başını stola qoyub yatmışdır. Ramili oyadıb evinə getməsini istəmiş, lakin, Ramil həyətdə olan çarpayıya uzanaraq yenidən yatmışdır. Təxminən saat 22 radələrində Bəxtiyar adlı şəxs ondan su istəmişdir. Evin mətbəxinə keçib su gətirərkən Bəxtiyar qəflətən evə daxil olmuş, onu qucaqlayıb çarpayıya yıxmışdır. Bəxtiyar adlı şəxs çalışmışdır ki, onun əynində olan paltarları çıxarıb onunla cinsi əlaqədə olsun. Lakin, Bəxtiyara müqavimət göstərmişdir. Bu vaxt Bəxtiyar adlı şəxs əli ilə onun üz nahiyyələrinə bir neçə dəfə yumruq zərbələri vurmuşdur. Bəxtiyarın onunla cinsi əlaqədə olmasına etiraz etdikcə Bəxtiyar əli ilə onun əl və ayaq nahiyyələrinə müxtəlif zərbələr vurmuşdur. Canını qurtarmaq üçün əli ilə Bəxtiyarın cinsiyyət orqanından tutub sıxmış və Bəxtiyar dərhal mənzildən çıxıb getmişdir. Qorxusundan baş verənlər barədə Ramilə də məlumat verməmişdir. 27.08.2020-ci il tarixdə oğlu Əlvan və gəlini Sona evə gəldikdən sonra baş verənlər barədə Əlvana məlumat vermişdir. Bundan sonra oğlu Əlvan DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 2020-ci ilin avqust ayında maddi imkanları zəif olduğundan anası yaşadıqları evin həyətində olan dəmir çardağı satmaq qərarına gəlmişdir. Bu barədə Xəyyam adlı tanışına məlumat vermiş və Xəyyam köməklik edəcəyini bildirmişdir. Sonrakı günlərdə həyat yoldaşı Sona ilə Bakı şəhərinə getmişdir. 27.08.2020-ci il tarixdə həyat yoldaşı Sona ilə evlərinə geri qayıtmışdır. Həmin günü anası Arzu ona baş verənlər barədə məlumat vermişdir. Bundan sonra onun 21.08.2020-ci il tarixdə saat 22 radələrində yaşadıqları evdə Bəxtiyar adlı şəxsin anasını döyməsindən məlumatı olmuşdur. 27.08.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və anası Arzu da Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı Xəyyam vasitəsi ilə tanımışdır. 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, ünvan 2 ünvanının həyətində olan dəmir çardağı satmaq istəmişdir. Çardağa baxmaq üçün Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs çardağı satacağı təqdirdə ona pul verəcəyini bildirmişdir. 21.08.2020-ci il tarixdə saat 19 radələrində tanışı Bəxtiyar adlı şəxsə məlumat verib birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş və çardağa baxıb söhbət etmişlər. Bəxtiyar adlı şəxs kənara çəkilib kiminləsə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və həmin şəxsdən çardağı almasını xahiş etmişdir. Az sonra Zərərçəkmiş şəxs ac olduqlarını bildirib onlara yemək verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs etiraz etməmiş və yeməyi hazır edənə kimi Bəxtiyar ilə dükana gedib bir ədəd spirtli içki alıb geri qayıtmışlar. Həyətdə Bəxtiyar ilə spirtli içki qəbul edib yemək yemişdir. Yemək yedikdən sonra sərxoş halda başını stola qoyub yatmışdır. Zərərçəkmiş şəxs onu oyadıb evinə getməsini istəmiş, lakin, o, həyətdə olan çarpayıya uzanaraq yenidən yatmışdır. Həmin vaxtı Bəxtiyarın da çıxıb getməsini zənn etmişdir. Növbəti günü səhər oyanıb çıxıb getmiş, lakin, Zərərçəkmiş şəxs ona heç bir söz deməmişdir. 2020-ci ilin sentyabr ayının ilk günləri onu Bərdə rayon Polis şöbəsinin TB-nə dəvət etmişlər. X4 Quliyevanı döyməsini bilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası mərkəzinin verdiyi 28 avqust 2020-ci il tarixli 781 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol yuxarı ətrafın bazunun yuxarı 1/3-dən saidin aşağı 1/3-nə qədər əsasən bütün səthiləri əhatə olunmaqla, sol gözaltı-almacıq nahiyənin, üzün sağ yarısının, sağ çənəaltı, döş qəfəsinin ön səthinin sağ yarısının, sol budun orta və aşağı 1/3-nin bayır səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 21.08.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 21 avqust 2020-ci il tarixdə saat 22 radələrində Bərdə şəhəri, ünvan 2 ünvanında aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əli ilə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs üz nahiyyələrinə yumruq zərbələri vurmuş, Zərərçəkmiş şəxs müvazinətini saxlaya bilməyib yerə yıxılmış və sonuncuya sol yuxarı ətrafın bazunun yuxarı 1/3-dən saidin aşağı 1/3-nə qədər əsasən bütün səthiləri əhatə olunmaqla, sol gözaltı-almacıq nahiyənin, üzün sağ yarısının, sağ çənəaltı, döş qəfəsinin ön səthinin sağ yarasının, sol budun orta və aşağı 1/3-nin bayır səthinin, sağ budun aşağı 1/3-nin bayır səthinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar sahəsinin verdiyi 17 noyabr 2020-ci il tarixli 264 saylı arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi 9 nömrəli mənzildə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 10 oktyabr 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1975-ci ildə Bərdə şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Zöhrabbəyov küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 18.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə tutularaq Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci ildən həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2021-ci ildən həbsdə saxlanıldığı 01(bir) ay 27 (iyirmi yeddi) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 03(üç) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04(dörd) ay 06(altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-17/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-17/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver