Məhkəmə qərarları › İş №1(021)-17/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-17/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-17/2022 24.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi, Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X3 və Zərərçəkmiş şəxs iştirakı ilə 28 avqust 1972-ci ildə Ağdam rayonu Əlimədətli kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məcburi köçkün, məhkumluğu olmayan, Ağdam şəhəri, Vağzalyanı küçəsi, ev 1, mənzil 59-da qeydiyyatda olan və Bərdə şəhəri 105 saylı TPM-də məskunlaşaraq yaşayan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 2009-cu ilin iyul ayından hesablanmaqla 07.01.1999-cu il təvəllüdlü X2 və 01.01.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay qazancının 1\3 hissəsi miqdarında və ya hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 avqust 2009-cu il tarixli, 2(021)-812/2009 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görəbarəsində Bərdə Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 3(021)- 198/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 18.05.2020-ci, 14.07.2020-ci, 11.01.2021-ci və 05.04.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 04 may 2021-ci il tarixədək 5080,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 25 dekabr 1995-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından 07 yanvar 1999cu il tarixdə Abdullah və 01 yanvar 2002-ci il tarixdə Abdurəhman adlı övladları anadan olmuşdur. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2007-ci ildən ayrı yaşayırlar. Bərdə Rayon Məhkəməsinin qanuni 14 avqust 2009-cu il tarixli, 2(021)-812/2009 nömrəli qətnaməsi ilə 2009-cu ilin iyul ayından hesablanmaqla 07.01.1999-cu il təvəllüdlü X2 və 01.01.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay qazancının 1\3 hissəsi miqdarında və ya hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmiş, lakin qətnaməni icra edə bilməmişdir. Məhkəmə qətnaməsi tərəfindən icra olunmadığından icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarına əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 gün müddətinə inzibati həbs verilmişdir. Lakin buna baxmayaraq alimentdən tam ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Həmin müddət keçdikdən sonra alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin bütün bunlara baxmayaraq tələbkara yenə də, aliment pulunu tam ödəyə bilməmişdir.Tələbkar Zərərçəkmiş şəxs 5080 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda zərərçəkmiş şəxsə olan aliment borcunu tam ödədiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 25 dekabr 1995-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından 07 yanvar 1999-cu il tarixdə Abdullah və 01 yanvar 2002-ci il tarixdə Abdurəhman adlı övladları anadan olmuşdur. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2007-ci il boşanmışlar. Bərdə Rayon Məhkəməsinin 14 avqust 2009-cu il tarixli, 2(021)-812/2009 nömrəli qətnaməsi ilə 2009-cu ilin iyul ayından hesablanmaqla 07.01.1999-cu il təvəllüdlü X2 və 01.01.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay qazancının 1\3 hissəsi miqdarında və ya hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmiş, lakin borclu qətnaməni icra edə bilməmişdir. Məhkəmə qətnaməsi borclu tərəfindən icra olunmadığından icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmiş, lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs ona 5080 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs ona borclu olduğu aliment borcunu tam ödədiyindən sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 14 avqust 2009-cu il tarixli, 2(021)-812/2009 nömrəli qətnaməsindən müəyyən olunur ki, 2009-cu ilin iyul ayından hesablanmaqla 07.01.1999-cu il təvəllüdlü X2 və 01.01.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay Təqsirləndirilən şəxs qazancının 1\3 hissəsi miqdarında və ya hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-198/2020 saylı 16 mart 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan 18.05.2020-ci, 14.07.2020-ci, 11.01.2021-ci və 05.04.2021-ci il tarixli xəbərdarlıqların surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aliment borcunu ödəməsi üçün rəsmi xəbərdarlıqlar edilmiş, əks halda barəsində Azərbaycan Respublikasının CM-nin 306.1.-cı maddəsi üzrə istintaq orqanına təqdimat veriləcəyi izah edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə, eləcə də işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 14 avqust 2009-cu il tarixli, 2(021)-812/2009 nömrəli qətnaməsi tam icra edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(021)-189/2021 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qismində qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar