Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-170/2021 11.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X5 Təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxxxxxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, Koroğlu küçəsi ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,850 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 06.05.2021-ci il tarixdə saat 1830 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Çinar restoranının qarşısında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən şöbənin inzibati binasına gətirilib həmin gün saat 20 radələrində üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın arxa sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 ədəd gümüşü rəngli kağız bükümlərdə və 1 ədəd qara rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,309 qram, 0,312 qram, 0,229 qram ümumi təmiz çəkisi 0,850 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, sаtış məqsədi оlmаdаn istintaqa məlum olmayan tarixdə və mənbədən kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 16 iyul 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə şəhəri, Natavan küçəsində müəyyən edilərək polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə baxış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli şalvarının sol yan cibindən 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,380 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1(bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,202 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 06 may 2021-ci il tarixdə səhər saatlarında yaşadığı küçə ilə gedərkən yol kənarında 1 ədəd sellofan büküm görmüş, sellfonı açarkən içərisində 3 ədəd büküm olduğunu görmüdür. Bükümün birinə baxarkən içərisində “şüşə”, yəni metamfetamin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan bükümləri istifadə etmək məqsədi ilə cibinə qoymuş və getmişdir. Çinar restoranının qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər, buna etiraz etməmişdir. Polis əməkdaşları xidməti avtomobilləri ilə onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd sellofan torbacığı təqdim edərək, həmin torbacığın içərisində olan 03 ədəd kağız bükümlərdə olan kütlələrin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sonra sellofan torbacıqları içərisində olan kütlələrin hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, baxış zamanı 02 ədəd kağız bükümün gümüşü rəngli, 01 ədəd isə kağız bükümün qara rəngli olması müəyyən edilmiş, həmin kütlələrin hər birinin ağızları açılmış, içərisində olan kütlələrin şəffaf rəngli, kəskin iyli psixotrop maddə metamfetamin olmaları müəyyən edilmiş, sonra kütlələrin ağızları bağlanılaraq aşkar olunduğu sellofan torbacığın içərisinə qoyulmuş, torbacığın ağızı bağlanmış və elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 1,19 qram olması müəyyən edilmişdir. 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmış, sonra onu imzalamış və paket möhürlənərək götürülmüşdür. Bundan sonra 16.07.2021-ci il tarixdə təxminən saat 1405 radələrində Bərdə şəhərində yerləşən “İmamzadə” qəbirstanlığının qarşısından keçərkən yerdə kibrit qutusu görmüş, qutunu götürüb içərisinə baxmış, kibrit qutusunun içərisində iki ədəd kağıza bükülmüş narkotik vasitənin olduğunu görmüşdür. Narkotik vasitədən istifadə etdiyindən həmin narkotik vasitələri kibrit qutusundan çıxardaraq əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuş və kibrit qutusunu küçəyə atmışdır. Narkotik vasitələri cibinə qoyduqdan sonra Bərdə şəhəri, Natavan küçəsi ilə telefon təmiri mağazasına telefonunu düzəltdirmək üçün gedirmiş, küçəylə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamağı barədə məlumatlarının olduğunu bildirib onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə Bərdə rayon Polis şöbəsinə gəlmiş, burada ona müdafiəçi təqdim etmişlər. Üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükülüdə olan narkotik vasitələri polis əməkdaşına təqdim etmişdir. Üzərindən aşkar edilmiş bükülülər birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, ayrı-ayrılıqda 0,69 qram heroinə bənzər kütlə və 0,82 qram metafetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitələr 1 ədəd kağız zərfdə qablaşdırılmış, imzalandıqdan sonra götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin KTQ-nin ekspert-kriminalisti vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, 16.07.2021-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə saat təxminən 14 radələrində Bərdə şəhəri, Natavan küçəsində olarkən saxlanılmış və Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, sonuncuya üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş gümüşü və göy rəngli kağız bükümlərə baxarkən gümüşü rəngli kağız bükümün içərisində tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddə, göy rəngli kağız bükümün içərisində isə ağ rəngli kristal halında psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, 16.07.2021-ci il tarixdə İmamzadə qəbristanlığının qarşısından tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, heroinə bənzər kütlə bükümdə 0,82 qram, metamfetaminə bənzər kütlə bükümdə 0,69 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə və 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddələr təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Oqtay oğlu ifadə verərək göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin növbətçi köməkçisi vəzifəsində xidməti edir. 06.05.2021-ci ildə Bərdə şəhəri, Koroğlu küçəsində yaşayan Qurban adlı şəxsin qanunsuz olaraq narkotil vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. 06.05.2021-ci il tarixdə polis əməkdaşları Şahid6 və Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Saat 1830 radələrində əməliyyat qrupu tərəfindən Bərdə şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Çinar” restoranının qarşısında saxlanılaraq QBRŞ-ya gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya və ya sənəd varsa könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sol cibindən 01 ədəd sellofan torbacığı təqdim edərək, həmin torbacığın içərisində olan 03 ədəd kağız bükümlərdə olan kütlələrin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni tanımadığı şəxsdən bu gün 20 manat pul müqabilində aldığını bildlirmişdir. Sellofan torbacıqların içərisində olan kütlələrin hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, baxış zamanı 02 ədəd kağız bükümün gümüşü rəngli, 01 ədəd isə kağız bükümün qara rəngli olması müəyyən edilmişdir. Həmin kütlələrin hər birinin ağızları açılmış, içərisində olan kütlələrin şəffaf rəngli, kəskin iyli psixotrop maddə metamfetaminə bənzər olmaları müəyyən edilmişdir. Sonra kütlələrin ağızları bağlanılaraq aşkar olunduğu sellofan torbacığın içərisinə qoyulmuş, torbacığın da ağızı bağlanmış və elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 1,19 qram olması müəyyən edilmişdir. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zaman onun üzərindən hər-hansı qeyri qanuni əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Şahid4 Oqtay oğlunun ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 16/433 saylı 07 may 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘06.05.2021-ci il tarixdə BNMİ QBRŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) “gümüşü” rəngli kağız bükümlərdə və 1 (bir) ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda 0,309 qram, 0,312 qram, 0,229 qram, ümumi təmiz çəkisi 0,850 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. -Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. -Tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdəki, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -Metamfetaminin ümumi təmiş çəkisi 0,850 qram, tədqiqata sərf edildi 0,15 qram (hər obyektə 0,05 qram), qalıq 0,700 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 16/718 saylı 17 iyul 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində imzalar olan kağız paketdəki 1(bir) ədəd göy rəngli kağız bükümdəki digər 1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,380 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. -Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. -Həmin kağız paketdəki 1(bir)ədəd kağız bükümdəki digər 1(bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,202 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. -Heroinin təmiz çəkisi 0,202 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 0,122 qramdır. -Metamfetaminin təmiz çəkisi 0,380 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 0,280 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 878 saylı 26 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,850 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması, 06.05.2021-ci il tarixdə saat 1830 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Çinar restoranının qarşısında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən şöbənin inzibati binasına gətirilib həmin gün saat 20 radələrində üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın arxa sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 ədəd gümüşü rəngli kağız bükümlərdə və 1 ədəd qara rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,309 qram, 0,312 qram, 0,229 qram ümumi təmiz çəkisi 0,850 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi; Bundan başqa onun, sаtış məqsədi оlmаdаn istintaqa məlum olmayan tarixdə və mənbədən kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşıması, 16 iyul 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə şəhəri, Natavan küçəsində müəyyən edilərək polis şöbəsinə gətirilməsi, polis şöbəsində sonuncunun üzərinə baxış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli şalvarının sol yan cibindən 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,380 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1(bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,202 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5715 saylı 10 sentyabr 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsi ev 18-də yaşayır. Təqsirləndirilən şəxs küçədə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət hadisəsi törətməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 11.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 06 may 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında 08 may 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 16 iyul 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 4(021)-69/2021 saylı 18 iyul 2021-cı il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli tutulduğu andan 16 iyul 2021-cı il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 07 may 2021-ci il tarixli 16/433 nömrəli və 17 iyul 2021-ci il tarixli 16/718 nömrəli bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat 80 (səksən) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 62 manat 80 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut – 0,700 qram çəkidə narkotik vasitə metamfetamin, 0,280 qram metamfetamin və 0,122 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 06 may 2021-ci ildən 08 may 2021-ci ilədək həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla ona 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,122 qram çəkidə narkotik vasitə heroin, 0,280 qram çəkidə metamfetamin, 0,700 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-170/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-170/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver