Məhkəmə qərarları › İş №1(021)-170/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-170/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-170/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1985-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində ayıq vəziyyətdə traktorçu maşinist sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus T 28X4 MS markalı 09 M 050 dövlət qeydiyyat nişanlı traktorla Bərdə-Lənbəran аvtomobil yolunun Bərdə rayonu, Lənbəran kəndi ərazisindən keçən hissəsində Lənbəran kəndi istiqamətində 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-ci maddəsinin 9-cu hissəsinin tələblərinə əsasən idarə etdiyi traktorun kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda sərnişin daşımalı olmadığı halda və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunun əksinə olaraq Bərdə rayonu, Xanağalı kənd sakini X10 traktorun kabinəsindən kənarda 2 PTS markalı, 4-793 modelli traktorun yedəyində sərnişin kimi daşıyıb hərəkətini davam etdirərək Davud Paşayevin müvazinətini saxlaya bilməyərək yedəkdən yerə yıxılaraq sağ çənə şaxəsi, boyun, burun, sol iyinüstü, sol kürəküstü, sol kürək, sol said, sağ əl, sol bel, sol sağrı, sol ayaq, sağ dirsək, sağ əl nahiyyələrinin sıyrıqları, ağır qapalı kəllə-beyin travması, baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə baş beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərinin sınıqları, sol təpə-gicgah nahiyyəsinin hematoması, ənsə nahiyəsinin qançırı ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər almasına, həmin xəsarətlərdən kələ sümüklərinin sınıqları ilə baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına mədəciklərinə qansızmalar nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, Bərdə rayonu, Lənbəran kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəli olmaqla iki az yaşlı uşağı var. X10 əvvəllər tanımır. Davud Paşayevlə hər hansı düşmənçilik və ya ədavətim yoxdur. 2015-ci il tarixdən sürücülük vəsiqəsi var. 2018-ci il tarixdən traktor sürmək hüququ var. O, özünə məxsus T 28X4 MS markalı 09 M 050 dövlət qeydiyyat nişanlı traktoru var. Həmin traktorla yük daşıyaraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Dəmir” körpü adlanan ərazidə sifariş əsasında qarpız gətirmişdir. Həmin gətirdiyi qarpızı boşaldaraq yaşadığı evə qayıdan zaman “Dəmir” körpü adlanan yerin yaxınılğında dörd nəfər həmkəndlilərinin piyada getmələrini görmüş, həmin həmkəndlilərini saxlayaraq hara getdiklərini soruşduqda həmkəndliləri ona kəndə yaşadıqları evə getdiklərini bildirmişlər. O da həmkəndlilərinə yaşadıqları evə kimi aparmağı təklif etmişdir. Həmkəndliləri onunla razılaşmışlar. Həmin dörd nəfər həmkəndliləri Yadigar, Orxan, Ramin və adı sonradan ona məlum olan Orxanın qaynı Davud olmuşdur. Onun həmkəndliləri traktorun yük yerinə əyləşmişlər. Traktorun yük yerinə əyləşdikdən sonra onlar Lənbəran kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Saat təxminən 19 radələrində Bərdə rayonu, Lənbəran kəndinin mərkəzində yerləşən “Şəhid” bulağının yuaxınlığında olan zaman yük yerində olan sərnişinlərdən biri qışqıraraq sərnişinlərdən Davud Paşayevin yük yedəyindən başında olan papağının yerə düşməsinə görə tulanmasını bildirmiş, sonra isə tulandıqda başının asfalta dəyməsini bildirmişdir. O, dərhal traktoru saxlamış, traktorun arxasında olan yük yedəyinə arxasına getdikdə sərnişin Daud Paşayevin yerdə uzanıqlı olmasını görmüşdür. Davud Paşayevin başının qanaması və ağız nahiyəsindən qan gəlməsini görmüşdür. Həmin vaxtı Davud Paşayevin huşunu itirmiş və danışa bilməmişdir. Davud Paşayevin gözləri yumulu olmuşdur. Həmin vaxtı oradan keçən Mercedes markalı ML modeli ** ED *** minik markalı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid4 saxlatmışdır. Şahid4 xahiş etmişdir ki, xəsarət alan sərnişin Davud Paşayevi xəstəxanaya aparmağa ona kömək etsin. Şahid4 onunla razılaşmışdır. Onlar sərnişin X15 Abbasovun avtomobilinə qoymuşlar. Bundan sonra o, X22 Abbasovun avtomobilə qoyduqda dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 103 X16 Mərkəzinə məlumat verərək avtomobil göndərmələrini xahiş etmişdir. Bərdə rayonu, Alpoud kəndi ərazisinə çatdıqda kanalın yaxınlığında X25 avtomobilini gördükdə həmin avtomobili saxlatmışlar. Onun məlumatı əsasında gələn avtomobil olmuş, onlar Davud Paşayevi həmin avtomobilə qoymaq istəyərkən təcil tibbi yardım avtomobilinin həkimləri sərnişin Davud Paşayevin vəfat etməsini bildirmişlər. Onlar həmin mərhumu Davud Paşayevi X25 avtomobilinin müşayəti ilə Bərdə rayon X7 Ekspertiza Mərkəzinə aparmışlar. Bundan sonra o, Bərdə rayon Polis Şöbəsinə gələrək hadisə ilə bağlı məlumat vermişdir. Məlumat verdikdən sonra onlar polis əməkdaşları ilə birlikdə hadisə baş verən yerə getmişlər. Törətdiyi hadisə ilə əlaqədar olaraq səmimi peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs Valeh oğlu ifadəsində göstərmişdir ki, o, X11 onun övladıdır. 18 iyul 2023-cü tarixdə gecə saatlarında qohumu ona zəng edərək övladı Davudun yolnəqliyyat hadisəsi nəticəsində xəsarət almasını və hadisə yerində vəfat etməsini bildirmişdir. O, həmin vaxtı Rusiya Fedrasiyasında olduğu üçün dərhal bilet alaraq 19 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Övladının meydi Bərdə rayon rayon “MTE və PA” birliyinin ekspertləri tərəfindən müayinə olunaraq ailə üzvlərinə təhvil verilmişdir. 20 iyul 2023-cü il tarixdə övladı mərhum X17 rayonu, Xanağalı kəndində yerləşən qəbristanlıqda dəfn etmişlər. O, verilmiş suallar cavab olaraq bildirmişdir ki, o, hadisəni görməmiş, hadisə zamanı ölkə xaricində olmuşdur. Baş vermiş hadisə hamının başına gələ biləcək bir hadisədir. Onun niyyəti ancaq xoş olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X10 əvvəllər tanımır. Davud Paşayevlə hər hansı düşmənçilik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Hər hansı bir düşmənçilik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs özünə məxsus T 28X4 MS markalı 09 M 050 dövlət qeydiyyat nişanlı traktoru var. Həmin traktorla yük daşıyaraq ailəsini dolandırır. 18 iyul 2023-cü il tarixdə saat 19 radələrində heyvanlar otlaqdan gələn vaxtı o, özünə məxsus ev heyvanlarının qarşısına çıxmaq üçün Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Şəhid” bulağı adlanan yerin yaxınlığına çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi T 28 X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktorla Lənbəran kəndi istiqamətində gələrkən traktorun yük yediyində həmkəndliləri Orxan, adı sonradan ona məlum olan Orxanın qaynı Davud, Yadigar və Raminlə sərnişin qismində əyləşərək gəlmişlər. Onlar Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Şəhid” bulağının yaxınlığına çatarkən onun yanından keçərək təxminən 20 metr uzaqlaşdıqda Davudun başında olan panama yəni gün papağı başından uçaraq tratorun arxasına yəni yük yedəyindən arxaya düşmüşdür. Davud papağı başından düşdüyü üçün yedəkdən tullanaraq papağını götürmək istədikdə ayağı büdrəmiş və yerə yığılmışdır. Yerə yıxıldıqda başı asfalta dəymişdir. Traktorda olan sərnişinlər tez qışqararaq traktoru saxlatmışlar. Traktoru saxlatdıqdan sonra sürücü ilə traktorda olan sərnişinlər Davuda yaxınlaşmışlar. Davudun başı qanadığı üçün Təqsirləndirilən şəxs avtomobili saxladaraq traktorunun yük yedəyində əyləşən X8 yedəkdən yıxılaraq başının asfalta dəyməsini və xəsarət almasını bildirmişdir. Həmkəndlisi Şahid4 xahiş etmişdir ki, xəsarət alan sərnişin Davud Paşayevi xəstəxanaya aparsın. Şahid4 özünə məxsus Mercedes markalı ML modeli ** ED *** minik markalı dövlət qeydiyyat nişanlı avtomobillə Davud Paşayevi xəstəxanaya aparmağa razılaşmışdır. Onlar sərnişin X22 Abbasova məxsus avtomobilə qoymuşlar. Bundan sonra sürücü Təqsirləndirilən şəxs Davud Paşayevi avtomobilə qoyduqda dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 103 X16 Mərkəzinə məlumat verərək avtomobil göndərmələrini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X10 əvvəllər tanımır. Davud Paşayevlə hər hansı düşmənçilik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Hər hansı bir düşmənçilik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs özünə məxsus T 28X4 MS markalı 09 M 050 dövlət qeydiyyat nişanlı traktoru var. Həmin traktorla yük daşıyaraq ailəsini dolandırır. 18 iyul 2023-cü il tarixdə saat 19 radələrində Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Şəhid” bulağı adlanan yerin yaxınlığına çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi T 28 X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktorla Lənbəran kəndi istiqamətində gələrkən traktorun yük yediyində həmkəndliləri Orxan, adı sonradan ona məlum olan Orxanın qaynı Davud, Yadigar və Raminlə sərnişin qismində əyləşərək gəlmişlər. Onlar Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Şəhid” bulağının yaxınlığına çatarkən onun yanından keçərək təxminən 20 metr uzaqlaşdıqda Davudun başında olan panama yəni gün papağı başından uçaraq tratorun arxasına yəni yük yedəyindən arxaya düşmüşdür. Davud papağı başından düşdüyü üçün yedəkdən tullanaraq papağını götürmək istədikdə ayağı büdrəmiş və yerə yığılmışdır. Yerə yıxıldıqda başı asfalta dəymişdir. Traktorda olan sərnişinlər tez qışqararaq traktoru saxlatmışlar. Traktoru saxlatdıqdan sonra sürücü ilə traktorda olan sərnişinlər Davuda yaxınlaşmışlar. Davudun başı qanadığı üçün Təqsirləndirilən şəxs avtomobili saxladaraq traktorunun yük yedəyində əyləşən X8 yedəkdən yıxılaraq başının asfalta dəyməsini və xəsarət almasını bildirmişdir. Həmkəndlisi Şahid4 xahiş etmişdir ki, xəsarət alan sərnişin Davud Paşayevi xəstəxanaya aparsın. Şahid4 özünə məxsus Mercedes markalı ML modeli ** ED *** minik markalı dövlət qeydiyyat nişanlı avtomobillə Davud Paşayevi xəstəxanaya aparmağa razılaşmışdır. Onlar sərnişin X22 Abbasova məxsus avtomobilə qoymuşlar. Bundan sonra sürücü Təqsirləndirilən şəxs Davud Paşayevi avtomobilə qoyduqda dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 103 X16 Mərkəzinə məlumat verərək avtomobil göndərmələrini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin DYB-nin YPX-nin ispektoru vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. 18 iyul 2023-cü il tarixdə Bərdə RPŞ-nin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında ekipaj yoldaşı Şahid8 ilə yol-nəqliyyat hadisəsi baş verən yerə getmişlər. Hadisə yerinə çatdıqda adı sonradan onlara məlum olan 18 iyul 2023-ci il tarixdə saat 20 radələrində xx xxxxxx 1985-ci il təvəllüdlü, subay, orta təhsilli, Bərdə rayonu, Lənbəran kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi T 28X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktor ilə Bərdə rayonu Lənbəran kəndi ərazisindən keçən asfalt yolla Bərdə rayonu, Lənbəran kənd istiqamətində 20 km surətlə sürətlə hərəkətdə olan zaman 2-PTS markalı, 4-793 modelli traktor yedeyində olan sərnişin qismində əyləşən 08 iyul 2007-ci il təvəllüdlü, subay, natamam orta təhsilli, Bərdə rayonu, Xanağalı kənd sakini X11 yıxılmış, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hadisə yeri müayinəsində iştirak etdikdən sonra tərtib edilmiş protokolu imzalamışlar. Çəkilmiş foto şəkillər protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin DYB-nin YPX-nin ispektoru vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. 18 iyul 2023-cü il tarixdə Bərdə RPŞ-nin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında ekipaj yoldaşı Şahid7 ilə yol-nəqliyyat hadisəsi baş verən yerə getmişlər. Hadisə yerinə çatdıqda adı sonradan onlara məlum olan 18 iyul 2023-ci il tarixdə saat 20 radələrində xx xxxxxx 1985-ci il təvəllüdlü, subay, orta təhsilli, Bərdə rayonu, Lənbəran kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi T 28X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktor ilə Bərdə rayonu Lənbəran kəndi ərazisindən keçən asfalt yolla Bərdə rayonu, Lənbəran kənd istiqamətində 20 km surətlə sürətlə hərəkətdə olan zaman 2-PTS markalı, 4-793 modelli traktor yedeyində olan sərnişin qismində əyləşən 08 iyul 2007-ci il təvəllüdlü, subay, natamam orta təhsilli, Bərdə rayonu, Xanağalı kənd sakini X11 yıxılmış, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hadisə yeri müayinəsində iştirak etdikdən sonra tərtib edilmiş protokolu imzalamışlar. Çəkilmiş foto şəkillər protokola əlavə olunmuşdur. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid4 Zülfü oğlu ərizə və teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaqda verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxsla heç ədavəti və ya düşmənçilyi yoxdur. X4 qaynıdır. X23 Bərdə rayonu, Xanağalı kəndində yaşayır. O, öz kəndində yerləşən bostanlarda fəhlə kimi işləyərək ailəsini dolandırmışdır. 16 iyul 2023-cü il tarixdə o, X23ə zəng edərək qaprız mövsümunun açıldığını və fəhləyə ehtiyac olduğunu demişdir. Davud da işləmək istədiyini bildirmişdir. Həmin günü onlara gələrək işlədiyi müddətdə onlarda qalacağını bildirmişdir. Bundan sonra qaynı ilə o, həmkəndlisi Səyyafın bostanında işləməyə başlamışlar. Onlar həmin sahədə yığdıqları qarpızın 1 tonuna görə 25 manat pul almışlar. 18 iyul 2023-cü il tarixdə saat 19 radələrində bostandan çıxmışlar. Bostandan çıxdıq bostanda bir yerdə işlədikləri həmkəndliləri Yadigar və Ramin də onlarla birlikdə olmuşlar. Onlar birlikdə bostandan çıxdıqdan sonra dördü piyada halda yaşadıqları evlərə gedərkən Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Dəmir körpu” adlanan yerdəndən keçərkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi T 28 X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktoru saxlayaraq onları kəndin içinə kimi aparmağı təklif etmişdir. Həmkəndliləri traktorun sürücüsünün təklifi ilə razılaşaraq dördüdə traktorun yük yerinə minmişlər. Təxminən Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Şəhid” bulağının yaxınlığında qaynı Davudun başında olan panama yəni gün papağı başından uçaraq tratorun arxasına yəni yük yedəyindən arxaya düşmüşdür. Davud papağı başından düşdüyü üçün yedəkdən tullanaraq papağını götürmək istədikdə ayağı büdrəmiş və yerə yığılmışdır. Yerə yıxıldıqda başı asfalta dəymişdir. Onlar tez qışqararaq traktoru saxlatmışlar. Traktoru saxlatdıqdan sonra sürücü ilə onlar Davuda yaxınlaşmışlar. Davudun başı qanadığı üçün sürücü dərhal həmin yerdə olan Şəmil adlı şəxsdən xahiş etmişdir ki, xəsarət alan sərnişini xəstəxanaya aparmışlar. Şəmildə özünə məxsus Mercedes markalı avtomobilə Davudu əyləşdirib xəstəxanaya aparmamışdan qabaq sürücü X5ynar xəttinə zəng edərək hadisə ilə bağlı məlumat verərək avtomobilin gəlməsini istəmiş, lakin xəstənin vəziyyətinin dahada ağırlaşmasından qorxaraq X25 avtomobilinin gəlməsi geç olacağına görə Şəmil avtomobili ilə Davudu aparmışdır. Sonradan onlara məlum olmuşdur ki, Davud aldığı xəsarət nəticəsində yolda vəfat etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmkəndlisi Səyyafın bostanında işləməyə başlamışlar. Onlar həmin sahədə yığdıqları qarpızın 1 tonuna görə 25 manat pul almışlar. 18 iyul 2023-cü il tarixdə saat 19 radələrində bostandan çıxmışlar. Bostandan çıxdıq bostanda bir yerdə işlədikləri həmkəndliləri Yadigar və Orxan da onlarla birlikdə olmuşlar. Onlar birlikdə bostandan çıxdıqdan sonra dördü piyada halda yaşadıqları evlərə gedərkən Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Dəmir körpu” adlanan yerdəndən keçərkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi T 28 X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktoru saxlayaraq onları kəndin içinə kimi aparmağı təklif etmişdir. Həmkəndliləri traktorun sürücüsünün təklifi ilə razılaşaraq dördüdə traktorun yük yerinə minmişlər. Təxminən Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Şəhid” bulağının yaxınlığında qaynı Davudun başında olan panama yəni gün papağı başından uçaraq tratorun arxasına yəni yük yedəyindən arxaya düşmüşdür. Davud papağı başından düşdüyü üçün yedəkdən tullanaraq papağını götürmək istədikdə ayağı büdrəmiş və yerə yığılmışdır. Yerə yıxıldıqda başı asfalta dəymişdir. Onlar tez qışqararaq traktoru saxlatmışlar. Traktoru saxlatdıqdan sonra sürücü ilə onlar Davuda yaxınlaşmışlar. Davudun başı qanadığı üçün sürücü dərhal həmin yerdə olan Şəmil adlı şəxsdən xahiş etmişdir ki, xəsarət alan sərnişini xəstəxanaya aparmışlar. Şəmildə özünə məxsus Mercedes markalı avtomobilə Davudu əyləşdirib xəstəxanaya aparmamışdan qabaq sürücü X5ynar xəttinə zəng edərək hadisə ilə bağlı məlumat verərək avtomobilin gəlməsini istəmiş, lakin xəstənin vəziyyətinin dahada ağırlaşmasından qorxaraq X25 avtomobilinin gəlməsi geç olacağına görə Şəmil avtomobili ilə Davudu aparmışdır. Sonradan onlara məlum olmuşdur ki, Davud aldığı xəsarət nəticəsində yolda vəfat etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X10 əvvəllər tanımayıb Davud Paşayevlə hər hansı düşmənçilik və ya ədavətim yoxdur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Hər hansı bir düşmənçilik və ya ədavətimi yoxdur. Təqsirləndirilən şəxs özünə məxsus T 28X4 MS markalı 09 M 050 dövlət qeydiyyat nişanlı traktoru var. Həmin traktorla yük daşıyaraq ailəsini dolandırır. 18 iyul 2023-cü il tarixdə saat 19 radələrində Bərdə-Ağcabədi yolunu istiqamətindən yaşadığı evə qayıdarkən Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Şəhid” bulağının yaxınlığında həmkəndlim Təqsirləndirilən şəxs avtomobili saxladaraq traktorunun yük yedəyində əyləşən adı sonradan ona məlum olan X8 yedəkdən yıxılaraq başının asfalta dəyməsini və xəsarət almasını bildirmişdir. Ondan xahiş etmişdir ki, xəsarət alan sərnişin Davud Paşayevi xəstəxanaya aparsın. Oda özünə məxsus Mercedes markalı ML modeli ** ED *** minik markalı dövlət qeydiyyat nişanlı avtomobillə Davud Paşayevi xəstəxanaya aparmağa razılaşmışdır. Onlar sərnişin Davud Paşayevi ona məxsus avtomobilə qoymuşlar. Bundan sonra sürücü Təqsirləndirilən şəxs Davud Paşayevi avtomobilə qoyduqda dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 103 X16 Mərkəzinə məlumat verərək avtomobil göndərmələrini xahiş etmişdir. Onlar Bərdə rayonu, Alpoud kəndi ərazisinə çatdıqda kanalın yaxınlığında X25 avtomobilini gördükdə həmin avtomobili saxlatmışlar. Sürücü Təqsirləndirilən şəxs məlumatı əsasında gələn avtomobil olduğu üçün onlar Davud Paşayevi həmin avtomobilə qoymaq istəyərkən X25 avtomobilinin həkimləri sərnişin Davud Paşayevin vəfat etməsini bildirmişlər. Onlar həmin mərhumu Davud Paşayevi X25 avtomobilinin müşayəti ilə Bərdə rayon X7 Ekspertiza Mərkəzinə aparmışlar. İbtidai istintaqda şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həmkəndlisi Səyyafın bostanında işləməyə başlamışlar. Onlar həmin sahədə yığdıqları qarpızın 1 tonuna görə 25 manat pul almışlar. 18 iyul 2023-cü il tarixdə saat 19 radələrində bostandan çıxmışlar. Bostandan çıxdıq bostanda bir yerdə işlədikləri həmkəndliləri Yadigar və Orxan da onlarla birlikdə olmuşlar. Onlar birlikdə bostandan çıxdıqdan sonra dördü piyada halda yaşadıqları evlərə gedərkən Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Dəmir körpu” adlanan yerdəndən keçərkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi T 28 X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktoru saxlayaraq onları kəndin içinə kimi aparmağı təklif etmişdir. Həmkəndliləri traktorun sürücüsünün təklifi ilə razılaşaraq dördüdə traktorun yük yerinə minmişlər. Təxminən Bərdə rayonu, Lənbəran kəndində yerləşən “Şəhid” bulağının yaxınlığında qaynı Davudun başında olan panama yəni gün papağı başından uçaraq tratorun arxasına yəni yük yedəyindən arxaya düşmüşdür. Davud papağı başından düşdüyü üçün yedəkdən tullanaraq papağını götürmək istədikdə ayağı büdrəmiş və yerə yığılmışdır. Yerə yıxıldıqda başı asfalta dəymişdir. Onlar tez qışqararaq traktoru saxlatmışlar. Traktoru saxlatdıqdan sonra sürücü ilə onlar Davuda yaxınlaşmışlar. Davudun başı qanadığı üçün sürücü dərhal həmin yerdə olan Şəmil adlı şəxsdən xahiş etmişdir ki, xəsarət alan sərnişini xəstəxanaya aparmışlar. Şəmildə özünə məxsus Mercedes markalı avtomobilə Davudu əyləşdirib xəstəxanaya aparmamışdan qabaq sürücü X5ynar xəttinə zəng edərək hadisə ilə bağlı məlumat verərək avtomobilin gəlməsini istəmiş, lakin xəstənin vəziyyətinin dahada ağırlaşmasından qorxaraq X25 avtomobilinin gəlməsi geç olacağına görə Şəmil avtomobili ilə Davudu aparmışdır. Sonradan onlara məlum olmuşdur ki, Davud aldığı xəsarət nəticəsində yolda vəfat etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxsla heç bir ədavəti və ya düşmənçilyi yoxdur. X3 tanımır. Davud Paşayevlə heç bir ədavəti və düşmənçilyi yoxdur. Bərdə rayonu, Lənbəran kəndində yerləşən özünə məxsus 2 hektar torpaq sahəsinin 93 sotunda qarpız əkmişdir. 16 iyul 2023-cü il tarixdə Şahid1 ona qarpız alacaq şəxs tapdığını əgər razılaşa bilsələr həmin qarpızları da yük avtomobilinə özləri yükləyəcəyini demişdir. O da Şahid1 onunla tanış etdiyi şəxs ilə razılaşaraq 4 tona yaxın qarpız alacaqını demiş və bunun müqabilində 1000 manat pula razılaşmışlar. Bundan sonra “Qazel” markalı yük avtomobilini qarpız sahəsinə gətirmişlər və 4 nəfər fəhlə qarpızları avtomobilə yükləməyə başlamışlar. Həmin fəhlələrdən iki nəfərini Yadigar ilə Şahid1 tanıyır. Təxminən saat 12 radələrində 4 ton malı yük avtomobilinə yüklədikdə sonra o, fəhlələrə ümumilikdə 100 manat pul vermiş və sağollaşmışdır. Bundan sonra o, eşitmişdir ki, həmin fəhlələrdən biri axşam tərəfi yol ilə gedən zaman traktordan yıxılaraq vəfat etmişdir. Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin Bərdə rayon şöbəsinin 18 iyul 2023-cü il tarixli 30 saylı rəyində göstərilmişdir ki, 1.X2 meyitinin bədənində aşağıdakı xəsarətlər- sağ çənə şaxəsi, boyun, burun, sol çiyinüstü, sol kürəküstü, sol kürək, sol said, sağ əl, sol bel, sağ sağrı, sol ayaq, sağ dirsək, sağ əl nahiyələrinin sıyrıqları, ağır qapalı kəllə-beyin travması, baş beyin qişalarına, qışalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə baaş beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərinin sınıqları, sol təpə-gicgah nahiyyəsinin hematoması, ənsə nahiyəsinin qançırı vardır.

2. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza hadisəsi nəticəsində törənə bilər, törənmə müddəti qərarda göstərilən tarixə-yəni 18 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.

3. X2 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qışalar altına, baş-beyin toxunmasına və mədəciklərinə qansızmalar olmuşdur. 4.X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. 5.X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (28 iyul 2023-cü il tarixli 2615/k N-li maddi sübutların müayinəsi aktı). Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 10 avqust 2023-cü il tarixli 8/2343 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən T 28X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materialına əlavə edilmiş 18 iyul 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Bərdə-Lənbəran avtomobil yolunun Bərdə rayonu, Lənbəran kəndi ərazisindən keçən hissəsində olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu düz, asfalt örtüklü olmaqla quru vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinin ümumi eni 5 metr və hərəkət hissəsi bir tərəfli olmuşdur. Yolda icazə verilə maksimal hərəkət sürəti 60 KM/SAAT olmuşdur. Hadisə T 28X4 MS markalı 09-M-050 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə olmuşdur. Baxış zamanı hadisə yerində T 28X4 markalı 09-M-050 dövlət qeydiyyat nişanlı traktor olmuşdur. Piyadının müvazinətini itirərək yıxıldığı yeri 1 metr yolun sağdan sol hissədində olmuşdur. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin materialına əlavə edilmiş sərxoşluq vəziyyətin alkotester vasitəsi ilə müayinəsi protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman sərxoş olmamışdır. Cinayət işinin materialına əlavə edilmiş xx xxxxxx 1985-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs adına 11 sentyabr 2015-ci il tarixdə Yevlax RQİ və TB şöbəsi tərəfindən AE 218600 saylı “BC” kateqoriyaalı sürücülük vəsiqəsi verilmişdir (etibarlılıq müddəti -11 sentyabr 2025-c il tarixədək). Ona görə də Təqsirləndirilən şəxs sürücülük hüququ olan şəxs hesab edilir. Cinayət işinin materialına əlavə edilmiş Bərdə rayonu, Lənbəran kənd sakini Təqsirləndirilən şəxs 24 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X19 Mərkəzi tərəfindən nömrə və seryiası SV-003459 üçüncü dərəcəli traktorçu maşinist sürücülük vəsiqəsinə sahibdir. Hal-hazırda həmin sürücülük vəsiqəsi 24 dekabr 2028-ci ilədək qüvvədədir. Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materialına əlavə edilmiş Bərdə RİHB-nın Lənbəran kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 24 iyul 2023-cü il tarixli 602 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Lənbəran kənd qeydiyyatda olmaqla yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materialından məlum olur ki, İstintaq zamanı yol-nəqliyyat hadisəsinin iştirakçısı Təqsirləndirilən şəxs idarə etdiyi T 28X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktor cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və qəbz alınaraq sahiblərinə qaytarılmışdır. Cinayət işi materiallarına əlavə edilmş 31 iyul 2023-cü il tarixli notarial qaydada verilmiş ərizədən müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təqsirləndirilən Qasımov xəqani Yusif oğlu ilə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, istintaqla sübut edilmişdir ki, 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində ayıq vəziyyətdə traktorçu maşinist sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus T 28X4 MS markalı 09 M 050 dövlət qeydiyyat nişanlı traktorla Bərdə-Lənbəran аvtomobil yolunun Bərdə rayonu, Lənbəran kəndi ərazisindən keçən hissəsində Lənbəran kəndi istiqamətində 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-ci maddəsinin 9-cu hissəsinin tələblərinə əsasən idarə etdiyi traktorun kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda sərnişin daşımalı olmadığı halda və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunun əksinə olaraq Bərdə rayonu, Xanağalı kənd sakini X10 traktorun kabinəsindən kənarda 2 PTS markalı, 4-793 modelli traktorun yedəyində sərnişin kimi daşıyıb hərəkətini davam etdirərək Davud Paşayevin müvazinətini saxlaya bilməyərək yedəkdən yerə yıxılaraq sağ çənə şaxəsi, boyun, burun, sol iyinüstü, sol kürəküstü, sol kürək, sol said, sağ əl, sol bel, sol sağrı, sol ayaq, sağ dirsək, sağ əl nahiyyələrinin sıyrıqları, ağır qapalı kəllə-beyin travması, baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə baş beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərinin sınıqları, sol təpə-gicgah nahiyyəsinin hematoması, ənsə nahiyəsinin qançırı ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər almasına, həmin xəsarətlərdən kələ sümüklərinin sınıqları ilə baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına mədəciklərinə qansızmalar nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi və həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olması və həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi onun cəzasını yüngəlləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi və etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən olunmadı. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 4-ci bəndinin ikinci abzasında qeyd edilmişdir ki, eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, niyyətinin xoş olmasını, fəhlələrin günün altında qalmamaları üçün evə, yəni kəndə aparmasını təklif etməsi, mehriban qonşuluq münasibətinin sərgiləməsi, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, notarial qaydada barışıq ərizəsi verməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti hesab edilməsini həmçinin onu əsaslandırır ki, müəyyən formada təşəkkül tapmış olan hüquqi düşüncə hakimlər tərəfindən müəyyən faktların həm hüquqi, həm də əxlaqi məzmununu dərk etmələri və qiymətləndirilmələri üçün düzgün yanaşmanın güclü vasitəsidir. Hüququn fəlsəfəsi cinayət və cəza institutuna onun ümumsosial mexanizmdə yeri və rolu, etik normalar, mənəvi və əxlaqi dəyərlər baxımından onun hüquqi təbiətinə haqq qazandırmaq və ya qınamaq kontekstində baxır. Çünki mövcud cinayətkarlıq və cəza fəlsəfəsinin ümumi ana ruhunun mahiyyəti ondan ibarətdir ki, pozulmuş hüquq onun törədilməsi nəticəsində verilmiş qisasla yəni, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırmaqla özünü bərpa edə bilər. Qisas nəzəriyyəsinin tərəfdarlarının (Hegel, Kant, Lombrozo) mistik təfəkkürünün əsaslarında da hökm sürən müddəa ondan ibarətdir ki, cinayət varsa cəza olmalıdır. Tətbiq edilən məsuliyyət və cəza törədilmiş əmələ münasibətdə islah vasitəsidir, lakin həmin islah vasitəsi ki, alacağımız nəticə də ondan asılıdır. Məhz bu baxımdan məhkəmə hazırki cinayət işi üzrə Qasımov Xəqaninin əməlinin ehtiyyatsızlıqdan törədilmiş əməl kimi hüquqi qiymət verərək cəza təyin etsə də, ittiham olunan əməlin zahiri tərəfi də cinayət qanunvericiliyində qeyd edilən ehtiyatsızlıqla törədilən cinayətin yüngül formasiyasıdır. Belə ki, ehtiyatsızlıqdan törədilən əməl özünü ya cinayətkarcasına özünəgüvənmə, ya da cinayətkarcasına etinasızlıq formasında biruzə verir. Düzdür, Qasımov Xəqani əməli ilə cinayətkarcasına etinasızlıq nümayiş etdirmiş olsa da, o hər hansısa bir minik avtomobili idarə etməmiş, hər hansısa bir sürət həddini aşaraq cəmiyyətə hörmətsizlik və ya avtoxuliqanlığa bənzər əməllər törətməmiş, hansısa bir əməlinin ictimai təhlükəli nəticə verə biləcəyini görüb qarşısını ala biləcəyini güman etməmişdir. Lakin idarə etdiyi traktorun yük yerindən insanın yıxıla bilmə ehtimalını nəzərə almalı idi. Təqsirləndirilən şəxs özü sadə əməkçi insan kimi traktor idarə etmiş, yol kənarında dayanan bir neçə həmkəndlisini işdən sonra isti havada yorğun olmalarından yana traktorun yük yerinə mindirməklə əslində hardasa xoş niyyətini və insanpərvərliyini nümayiş etdirmişdir. Məhz bu halların məcmusu məhkəmədə X9 təyin edilən cəzanın şərti hesab edilməsi üçün əsas bazis rolunu oynamışdır. Xüsusi olaraq da onu vurğulamaq lazımdır ki, humanizm insanı bir dəyər olaraq hər bir kəsi şəxsiyyət kimi qəbul edən, onun ləyaqətinə hörməti, ictimai tərəqqinin məqsədi olaraq insanın rifahına təsir edən əxlaqi mövqedir. Məhz bu baxımdan da cinayət qanunvericiliyində şərti məhkum etmə institututu kifayət qədər geniş şəkildə işıqlandırılmış və institutun tətbiq edilməsini mexanizmləri müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Azərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə görə, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanla bağlı onlara mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Lakin iş materiallarından görünür ki, iş üzrə 85 manat ekspertiza xərci vardır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə başqa maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi T 28X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktorun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən Bərdə rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə başqa maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi T 28X4 MS markalı, 09 M 050 dövlət qeydiyyat nişanlı traktorun sahiblərinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı onlara mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edil. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar