Məhkəmə qərarları › İş №1(021)-170/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-170/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-170/2024 05.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: 20 avqust 2007-ci il tarixdə Ağcəbədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin itirilməsinə səbəb olan ehtiyatsızlıqdan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə, saat 18 radələrində Bərdə rayonu 588 saylı qəsəbə ərazisində yerləşən Şahid1 işlədiyi çay evinin yaxınlığında, dəmir çəkiclə odun doğrayan zaman doğradığı odun parçasının və istifadə etdiyi dəmir çəkicin ona yaxın məsafədə ayaq üstü vəziyyətdə dayanmış, yetkinlik yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü, qonşusu Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan dəyərək sağlamlığına ağır zərər vura biləcəyi imkanına lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcdan görməli olduğu və görə biləcəyi halda, belə nəticənin baş verəcəyini görməyib cinayətkarcasına etinatsızlıq göstərərək, əlindəki dəmir çəkici yuxarı qaldırıb zərbə ilə odun parçasına vurarkən zərbə nəticəsində dəmir çəkicdən ayrılan dəmir parçası Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə dəyərək Zərərçəkmiş şəxs sağlamlığına, sağ göz almasının dəlib keçən yaralanması, gözdaxili yad cisim, panoftalmit, sağ göz almasının xaric edilməsi xəsarətləri ilə nəticələnən, ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin itirilməsinə səbəb olan ehtiyatsızlıqdan ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında valideynləri ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs əvvəldən tanıyır, onların qonşuluğunda yaşamışdır. 2024cü ilin fevral ayında saat 18:30 radələrində dostunun yanında oturmuş və dostunun ustası Elşad usta çay içmək istədiyini bildirmişdir. O və dostu olan Sinan qəsəbənin yaxınlığında yerləşən çayxanaya tərəf getmişdirlər. O, Tariyelin oğlu Mustafaya çay lazım olduğunu bildirdikdə, Mustafa da çay üçün odun doğrayacağını bildirmişdir. Mustafa və Mustafanın adını bilmədiyi qohumu odun doğramağa başlamış, onlar da Mustafagilə kömək etmişdirlər. Çayxananın qarşısında növbə ilə “dəmir çəkic” vasitəsi ilə odun doğramağa başlamışdırlar. Təxminən, 30 dəqiqə müddətində 2-3 ədəd kötük odunu sıra ilə doğramışdırlar ki, Zərərçəkmiş şəxs onların yanlarına gəlmiş və onlarla öpüşüb-görüşmüşdür. Bir müddət sonra Şirin də odun doğramaq istədiyini bildirmiş və Şirin “dəmir kvaltı” əlinə almış, lakin gücü çatmadığı üçün odun doğraya bilməmişdir. Bundan sonra yenə dördü, yəni Sinan, Mustafa, Mustafanın adını bilmədiyi qohumu və o, sıra ilə odun qırmağa başlamışdırlar. “Dəmir çəkic”i o, əlinə almış, birinci zərbəni vurmuş, ikinci zərbəni vurmazdan əvvəl Şirin üzünü digər tərəfə çöndərmiş və sonra onlara tərəf baxaraq gözündə nəsə olub-olmadığını soruşmuşdur. O, kafeni işlədən Tariyeli gedib çağırmış, Taryel gəlib baxmış və sulu salfet vasitəsi ilə Şirinin gözünü silmişdir. Tariyel adlı şəxs və o, baxdıqda gözündə heç nə olmadığını görmüşdürlər. Daha sonra o, Şirin ilə bərabər evə qayıtmış, yol boyu Şirinə gözünü ovmamasını bildirmişdir. Həmin vaxt gözündə problem olmadığını və evə uzanmağa getdiyini ona bildirmişdir. O, əlində olan “çəkic”dən hansısa dəmir parçasının çıxıb-çıxmadığını görməmiş və Şirinin gözündən xəsarət alması qəsdlə olmamışdır. Qeyd etmiş ki, o, əlində olan çəkici oduna vurduqdan sonra Zərərçəkmiş şəxs gözünü tutmuş və gözünə hansısa parçanın batdığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə 2024-cü ilin fevral ayında Bərdə rayon, 588 saylı qəsəbənin yaxınlığında olan Taryelin çayxanasının sol tərəfində baş vermişdir. O, “dəmir çəkiclə” odun doğrayan zaman, Zərərçəkmiş şəxs gözünü tutmuş və üzünü digər tərəfə çevirmişdir. Daha sonra isə Şirinin gözündən xəsarət alması barədə öyrənmişdir. Həmin hadisə ehtiyatsızlıqdan baş vermişdir, O, qəsdlə həmin hərəkəti etməmişdir. Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Həmin hadisəni Mustafa, Mustafanın adını bilmədiyi qohumu, Sinan və o, görmüşdür. Daha sonra isə Mustafanın atası Taryel görmüşdür. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X2 iştirakı ilə ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Göytəpə kənində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır və Ağdam 12 saylı tam orta məktəbin 8-ci sinifində təhsil alır. Təqsirləndirilən şəxs tanıyır və Təqsirləndirilən şəxs onunla eyni binada qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində binadan həyətə düşmüş və Təqsirləndirilən şəxs binadan kənarda yerləşən Bərdə rayonu, Həsənqaya kəndində yerləşən Tariyel İbrahimov adlı şəxsin işlətdiyi çayxana üçün “kvaltla” odun doğradığını görmüşdür. Onlarla eyni qəsəbədə yaşayan Mustafa və Sinan adlı şəxslər də orada imişlər və kənardan Təqsirləndirilən şəxs odun qırmağına baxırmışdılar. O, da onlarla bərabər Təqsirləndirilən şəxs odun qırmasına təxminən 5-6 metr məsafədə dayanaraq baxırmış və Təqsirləndirilən şəxs odunları qıran zaman “kvalt”dan dəmir parçası ayrılaraq onun sağ göz nahiyyəsinə dəyərək ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs və çayxananı işlədən Tariyel onun yanına gəlmiş, onlar ona heç bir problem olmadığını ona demişdilər, eyni zamanda Şamil ona bu barədə evdə deməməyini bildirmişdir. O, özünü pis hiss etdiyi üçün dərhal evə getmiş və hadisəni anasına demiş, anası ilkin tibbi yardım göstərmiş və baxan zaman gözündə heç nə olmadığını ona demişdir. Həmin gün onun gözü ağrıyırmış, lakin gözünə baxılan zaman heç nə görsənmirmiş. Sağ gözündə olan ağrılara görə xx.xx.2024-cü il tarixdə Bərdə rayon Mərkəzi Xəstəxanasına getmiş və həkimlər baxan zaman müalicə yazmaq qərarına gəlmişdilər. Atası onunla telefonla danışan zaman gözündə olan ağrılara görə onu Bakı şəhərinə çağırmış, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdilər və sağ göz nahiyyəsindən əməliyyat olunmuşdur. Həmin göz nahiyyəsi əməliyyat zamanı götürülmüş, Təqsirləndirilən şəxs və ailəsi onun göz nahiyyəsi ilə bir dəfə də olsa maraqlanmamışdır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bərdə rayon, 588 saylı qəsəbənin yaxınlığında Tariyelin çayxanasının yaxınlığında baş vermiş, Təqsirləndirilən şəxs “kvalt” ilə odun doğrayarkən “kvalt”dan dəmir parçası ayrılaraq sağ göz nahiyyəsinə xəsarət vurmuş, Təqsirləndirilən şəxs ona qəsdən xəsarət yetirməmiş, Şamil odun doğrayan zaman “kvalt”dan dəmir parçası çıxaraq, onun sağ göz nahiyyəsinə dəymiş , onların aralarında tez-tez mübahisələr olurmuş, həmin hadisəni Şamilin özü və onun yanında olan Tariyelin oğlu Mustafa və Elişadın oğlu Sinan görmüş, hadisədən dərhal sonra isə bunu Tariyel gördüyünü bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 öz ifadəsində qeyd etmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır və ünvan 6rməyinin səbəbi ona məlumdur və bu barədə bildirir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər ikisini yaşadığı qəsəbədən tanıyır. Onlar aradabir həmin qəsəbənin yaxınlığında atasının işlətdiyi çayxananın yanına gələrək özləri üçün zarafat edirmişdilər. 2024-cü ilin fevral ayında dəqiq xatırlamadığı vaxtda Şamil və Sinan adlı şəxslər çayxananın yanına gəlmişdirlər. Bir müddət sonra Zərərçəkmiş şəxs də ora gəlmiş, o, çayxananın sol tərəfində olan doğranmış odunları çayxananın içərisinə aparırmış, həmin vaxt Təqsirləndirilən şəxs orada olan dəmir çəkici əlinə almış və odun doğramağa başladığını görmüşdür. O, yerdə olan odunları götürərək içəri keçmiş, bir müddət sonra çöldən səs gəldiyini eşitmiş və atası Taryellə birlikdə çölə çıxmışdılar. Şamil, Şirin və Sinan adlı uşaqları görmüşdülər, Zərərçəkmiş şəxs çöldə olan güzgüyə baxdığını görmüş və tez onun yanına yaxınlaşmışdılar. Atası Zərərçəkmiş şəxs nə baş verməsini soruşduqda, Şirin Şamilin dəmir çəkici oduna vuran zaman, ordan bir parçanın çıxaraq Şirinin sağ gözünə dəyməsini bildirmişdir. Bundan sonra atası ona salfet vermiş, bir müddət sonra Şirin də Şamillə birlikdə oradan uzaqlaşmışdır. Sonradan öyənmişdir ki, Şirinin gözünə dəmir parçası girdiyi üçün onun sağ gözü çirk etmiş və Şirinin gözünü çıxartmışdırlar. O, Şirinin xəsarət almasını özü görməmiş, lakin Şirindən və Şamildən bu barədə eşitdiklərini qeyd etmişdir. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 2024-cü ilin fevral ayında Bərdə rayon, 588 saylı qəsəbənin yaxınlığında olan atasının işlətdiyi çayxananın sol tərəfində baş vermiş, hadisəni özü görməmiş, hadisədən sonra səsə çıxmış və Zərərçəkmiş şəxs gözünün üstündən tutduğunu görmüş, Şirindən nə baş verməsini soruşduqda, Təqsirləndirilən şəxs odun yaran zaman bir parçanın onun gözünə düşdüyünü bildirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X4 öz ifadəsində qeyd etmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayon 588 saylı qəsəbə bina 13, mənzil 11-də yaşayır və "xxxx" MMC-də ekspeditor vəzifəsində işləyir. Bildirmişdir ki, 2023-cü ilin dekabr ayında iş olmadığı üçün yaşadığı qəsəbədə yerləşən çay evini kirayəyə götürərək, işlətmək qərarına gəlmişdir. Həmin çay evini təxminən 4-5 ay işlətdikdən sonra, indiki vəzifəsində işə başlamışdır. Hazırda oranı işlətmir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər ikisini yaşadığı qəsəbədən tanıyır, 2024-cü ilin fevral ayında dəqiq xatırlamadığı vaxtda axşam saatlarında çay evində qəfildən səs eşitmiş və həmin vaxt çölə çıxdıqda, Şamil, Şirin və Sinan adlı uşaqları görmüşdür. Zərərçəkmiş şəxs çöldə olan güzgüyə baxdığını görmüş və tez onun yanına yaxınlaşmış, o, nə baş verməsini onlardan soruşduqda, Şirin ona baxaraq Şamilin dəmir çəkici oduna vuran zaman, ordan bir parçanın çıxaraq Şirinin sağ gözünə dəyməsini bildirmişdir. O, da Şirinin gözünə baxmış, ona salfetka vermiş və evinə getməsini bildirmişdir. Onun gözü normal vəziyyətdə görsənirmiş, lakin gözündən su gəlirmiş, bundan sonra Şamildə Şirinlə bərabər öz evlərinə tərəf getmişdilər. Sonradan öyənmişdir ki, Şirinin gözünə dəmir parçası girdiyi üçün onun sağ gözü çirk etmiş və Şirinin gözünü çıxartmışdırlar. X4 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 2024-cü ilin fevral ayında Bərdə rayon, 588 saylı qəsəbənin yaxınlığında olan onun işlətdiyi çayxananın sol tərəfində baş vermiş, hadisəni özü görməmiş, hadisədən sonra səsə çıxmış, Zərərçəkmiş şəxs gözünün üstündən tutduğunu görmüş, Şirindən nə baş verməsini soruşduqda, Təqsirləndirilən şəxs odun yaran zaman bir parçanın onun gözünə düşdüyünü bildirmiş, o, həmin şəxslərin orada olmasını əvvəldən bilməmiş, hadisədən sonra bu barədə məlumatı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etdiyindən və şahidlər üçün ayrılmış otağa keçməkdən imtina etdiyi üçün məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq yerində müşavirə edərək ibtidai istintaq zamanı ifadə vermiş Şahid3 ifadəsinin sübutlar siyahısından çıxarılması və həmin şəxsin şahid kimi dindirilməməsini qərara almışdır. Materiala əlavə edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, baxış Bərdə rayonu, 588 saylı qəsəbənin yaxınlığında Zərərçəkmiş şəxs xəsarət aldığı yerdə keçirilmişdir. Həmin yerdə mişar daşlarından hörülmüş birmərtəbəli çay evi vardır. Ətrafda boş torpaq sahələri və ağaclar olmuşdur. Çay evinin yan tərəfində bir neçə odun parçası olmuşdur. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs həmin odun parçalarını göstərərək hadisənin həmin yerdə baş verdiyini demişdir. Zərərçəkmiş şəxs dəmir çəkici və odun parçalarını göstərərək, Təqsirləndirilən şəxs həmin dəmir çəkiclə odun doğrayan zaman çəkicdən dəmir parçasını çıxaraq onun sağ göz nahiyyəsinə xəsarət yetirdiyini demişdir. Daha sonra həmin dəmir çəkic iş üşün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi təhqiqatçı tərəfindən götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması protokolundan görünür ki, şahid Təqsirləndirilən şəxs оğlu Bərdə şəhəri Bаbək küçəsi 26 ünvаnındа yеrləşən Bərdə rayon polis şöbəsinin inzibаti binаsının həyətində istifadədə olan аvtоmоbilə əyləşdikdən sоnrа аvtоmоbili sol tərəfə Bərdə rayonu, 588 saylı qəsəbə yoluna idаrə еtməyi bildirmişdir. Bərdə rayonu, 588 saylı qəsəbəyə daxil olduqda avtomobli saxlamağı bildirmiş və qəsəbənin sağı istiqamətində piyada hərəkət etməyi bildirmişdir. Şahid Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə iştirakı ilə odun qırdığı yeri göstərmiş və orada dəmir çəkic vasitəsi ilə odun qırdığını, həmin vaxt Zərərçəkmiş şəxs 5-6 metrlik məsafədə dayandığını, sonuncu zərbəsində dəmir çəkicdən ayrılan bir parçanın Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə düşdüyünü bildirmişdir. Şamil özü həmin parçanın Şirinin gözünə düşdüyünü görmədiyini, Şirinin səsindən bunu başa düşdüyünü bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi ilə heç bir ziddiyyət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş MTE və PA birliyinin xx.xx.2024-cü il tarixli, 762 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs, məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ göz almasının dəlib keçən yaralanması, gözdaxili yad cisim, pamoftalmit, sağ göz almasının xaric edilməsi küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2014-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Bərdə RMX” PHŞ-dan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən götürülmüş bir ədəd dəmir çəkic iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların otağına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə, saat 18 radələrində Bərdə rayonu 588 saylı qəsəbə ərazisində yerləşən Şahid1 işlədiyi çay evinin yaxınlığında, dəmir çəkiclə odun doğrayan zaman doğradığı odun parçasının və istifadə etdiyi dəmir çəkicin ona yaxın məsafədə ayaq üstü vəziyyətdə dayanmış, yetkinlik yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü, qonşusu Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan dəyərək sağlamlığına ağır zərər vura biləcəyi imkanına lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcdan görməli olduğu və görə biləcəyi halda, belə nəticənin baş verəcəyini görməyib cinayətkarcasına etinatsızlıq göstərərək, əlindəki dəmir çəkici yuxarı qaldırıb zərbə ilə odun parçasına vurarkən zərbə nəticəsində dəmir çəkicdən ayrılan dəmir parçası Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə dəyərək Zərərçəkmiş şəxs sağlamlığına, sağ göz almasının dəlib keçən yaralanması, gözdaxili yad cisim, panoftalmit, sağ göz almasının xaric edilməsi xəsarətləri ilə nəticələnən, ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin itirilməsinə səbəb olan ehtiyatsızlıqdan ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraatın digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 131.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Sona Sadıqova ilə birgə imzalayaraq məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslə barışdığından Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər. Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Həmin qərarın nəticə hissəsində yekun olaraq bir daha qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd dəmir çəkic sahibi müəyyən olunmadığından və dəyəri olmadığından, habelə cinayətin aləti olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 6 saat müddətində göstərdiyi hüquqi yardıma görə hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 36 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə ” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd dəmir çəkic hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 6 saat müddətində göstərdiyi hüquqi yardıma görə hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 36 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar