Məhkəmə qərarları › İş №1(021)-171/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-171/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-171/2021 11.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1960-ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, hazırda Bərdə rayonunun Saatlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlama və tərkibində narkotik maddəllər olan bitgiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməllərini törətmişdir. Belə ki, о, 2021-ci ilin aprel ayının əvvəllərində Bərdə rayonunun Saatlı kəndində yaşadığı evinin həyətyani sahəsində yerləşən yardımçı tikilidə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1 siyahısına və həmin qanunun “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddəllər olan bitkilərin 3-cü siyahısına” əsasən qanunsuz olaraq əkilib - becərilməsi qadağan olunmuş tərkibində narkotik maddəllər olan 08 ədəd çətənə (kannabis) bitgisini xeyli miqdarda əkib yetişdirməklə, çətənə bitgilərinə aqrotexniki qaydada qulluq edib kultivasiya etmiş, 02 iyul 2021-ci il tarixdə həmin narkotik tərkibli çətənə bitkilərindən 03 ədədini kökündən çıxarıb, elə həmin yerdə qurudaraq qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1300 qram, yəni külli miqdarda olmaqla bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana halına gətirib saxladığından, 05 iyul 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs Bahadur oğlunun evinin həyətində olan yardımçı tikiliyə baxış keçirərkən tikilinin içərisində yuxarı baş tərəfində qanunsuz olaraq tərkibində narkotik maddəllər olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 1800 qram olan 05 ədəd xeyli miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitgilərini və həmin yerdən təmiz çəkisi 1300 qram, yəni külli miqdarda olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə etmişdir. Belə ki, o, 2021-ci ilin aprel ayının əvvəllərində həyətimdə olan zibili kənddə zibillikxanaya atanda oradan zibillikxanada onun diqqətini bir ədəd kibirit qutusu cəlb etdiyindən kibrit qutusunu götürüb içərisinə baxarkən orada 8-ədəd narkotik toxumu olduğunu görmüşdür. O, əvvəllərdə marixuanadan istifadə etdiyindən elə dərhal bunun marixuana toxumu olmuş olduğunu bilmişdir. Həmin toxumları həyətinə olan yardımçı tikilidə yuxarı baş tərəfində torpağa əkmiş və vaxtlı-vaxtında su verib suyarmışdır. Artıq bir-neçə həftə keçəndən sonra toxumların cücərdiyini görmüşdür. Yenə də su verib dibini təmizləmiş və peyin vermişdir. Artıq həmin kollar böyüməyə başlamış , hardasa 2 iyul 2021-ci il tarixdə o, həmin kollardan 3 ədədini çıxarıb elə yardımçı tikilidə həmin 5 ədəd kolun yanında yerə qurumaq üçün qoymuşdur ki, qurusun və ovxalayıb siqaretə doldurub çəksin. Elə onu da qeyd edir ki, həmin əkib becərmiş olduğu narkotik tərkibli bitki, yəni çətənə kollarının ümumi sayı 8 ədəd olmuş, ondan 3 ədədini o, əkmiş olduğu həmin yerdən çıxarıb quruması üçün qoymuş, yerdə 5 ədəd çətənə kolu qalmışdır ki, ona da qulluq etməkdə davam etmişdir ki, hələ qoy böyüsün bu 3 ədədindən istifadə etsin. Sonra da onları da çıxarıb qurudub istifadə edər. Onun kiməsə nəşə satmaq fikiri olmamışdır.Sadəcə olaraq o, həmin çətənə kollarını öz istifadəsi üçün əkib-becərmiş və 05 iyul 2021-ci il tarixdə təxminən saat 11 radələrində evində olarkən həyət darvazasının döyüldüyünü görüb gedib qapını açarkən polis işçiləri olduqlarını görmüşdür. Polis işçiləri özlərini ona təqdim edib Bərdə RPŞ-nin əməkdaşları olduqlarını və evimin həyətində narkotik tərkibli bitkillər əkib- becərməkdə şübhəli olduğunu bildirib evinin həyətinə onun aqronomun iştirakı ilə baxış keçirəcəklərini ona demişlər. O da heç bir etiraz etməmişdir. Evinin həyətinə, yardımçı tikiliyə haraya lazım bilirlərsə baxa bilərlər demişdir. Həmin vaxt ondan polislər evinin həyətində narkotik tərkibli bitkillər əkib- əkməməyinii soruşanda o, artıq başa düşmüşdür ki, polisin onun evində çətənə bitkisi əkməyindən xəbəti var. Ona görə də demişdir ki, bəli həyətində yardımçı tikilidə çətənə kolu əkib becərir onu təqdim edə bilər.O, həmin çətənə kollarını polislərə təqdim etmişdir. Həmin kollar cəmi 8 ədəd olub, onlardan 3 ədədini çıxarıb elə əkdiyi yerdə quruması üçün sərmişdir. Elə həmin yerə polislər onun iştirakı ilə baxarkən həmin qurutmuş olduğu kolları bir sintetik tərkibli kisəyə yığmışlar. Kisənin ağzının bağlayıb oraya möhür vurub və həmin kisədə olan qurudulmuş marixuanaya bənzər kütləni çəkmişlər. Həmin yerə yapışdırılmış kağız vərəqi üzərinə o və baxışda iştirk edən aqronom və polis işçiləri imza etmişlər..Sonra polis işçləri həmin hələ yaş halında yəni bitili vəziyətdə olan çətənə kollarını 1, 2, 3, 4, 5 rəqəmləri ilə nömrələyib və hər birinin uzunluğunu metrlə ölçüb və sonra isə təhqiqatçı Röyal müəllimin göstərişi ilə həmin 5 ədəd bitki kökündən çıxarılıb sintetik tərkibbli kisəyə yığıb və həmin kisənin baş tərəfinə digər bir ikinci kisədə keçirib və skoşla ağzını bağlayıb, yenə həmin yerə möhür vurub, bundan sonra həmin yerə yapışdırılmış kağıza o və iştirakçıların adları yazıldığından hərə öz adının qarşısına imza etmişdir. Həmin yaş kütlə də əl tərəzisində çəkilmişdir. Sonra isə polislər tərəfindən götürülmuş və onu da deyir ki, bütün bunlar polis işçiləri tərfindən videoçəkilişi aparılmışdır. O da videoçəkilişin aparılmasına qarşı heç bir etiraz bildirməmişdir. Həmin baxış zamanı baxışda aqronom mütəxəssis də iştirak etmiş və o da bildirmişdir ki, həmin bitkilər çətənə kolları olub əkilmiş və qulluq göstərilmişdir, yəni aqrotexniki qaydada qulluq göstərilmişdir. O da düzü həmin vaxt yalandan demişdir ki, yabanı olaraq bitibdir. Ancaq sonradan səhv dediyini başa düşüb təhqiqatçı Royal müəllimə izahat verərkən səmimi etiraf etmişdir ki, həmin narkotik tərkibli öz istifadəm üçün əkmişdir. Başqa məqsədi, yəni kiməsə satmaq və ya pay vermək fikiri olmamışdır. Onu da deyir ki, polis işçisi Royal müəllim həmin vaxt bu barədə protokol tərtib etmiş və protokol ucadan onlara baxış iştirakçılarına oxumuşdur. Protokolda qeyd olunanlar doğru və aşkar olunan hər şey olduğu kimi yazıldığından protokolda qeyd olunanların doğruluğunu onlar iştirakçılar imzaları ilə təsdiq etmişlər. Polislər həmin vaxt aşkar olunub götürülmüş 05 ədəd çətənə bitkisini ekspertə göndərəcəklərini və rəy alınacağını ekspertin verdiyi rəylə həmin bitkillərin dəqiq hansı növ bitkillər olunacağının bilinəcəyini və bu barədə olan rəyi də ona elan edəcəklərini bildirmişlər. Bundan sonra o polis işçiləri ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş və o, müdafiəçi ilə də təmin olunmuşdur. Onun hüquqları izah olunandan sonra üzərində şəxsi axtarış aparılsa da üzərində heç bir narkotik və qeyri- qanuni saxladığı hər hansı bir əşya olmadığından çıxmamışdır. Onu da qeyd edir ki, onun üstündə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bundan sonra təhqiqatçı Röyal müəllim protokol yazıb ucadan onlara oxumuşdur. Protokolda yazılanların doğruluğunu imzaları ilə o və iştirakçılar təsdiq etmişlər. O, özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsində NMQ-da əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Bərdə rayonu Saatlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və həyətində yardımçı tikilidə narkotik tərkibli bitkilər əkməsi barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, həmin şəxsin ətrafında tərəflərindən əməliyyat tədbirləri keçirilməsinə zərurət yaranmışdır. Onun Təqsirləndirilən şəxs oğlu ilə heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, Təqsirləndirilən şəxs evinin həyətyani sahəsində yardımçı tikilidə tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib becərməsini, yəni onu cinayət başında yaxalamaq məqsədi ilə 05.07.2021- ci il tarixdə bu barədə raportla Bərdə RPŞ- nin rəisi polis polkovniki cənab Muradəli Babayevə müraciət edib bildirmişdir ki, Bərdə rayonu Saatlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddəllər olan çətənə bitkilərini əkib-becərməklə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanması üçün aidiyyəti əməkdaşlara göstəriş vermiş olsun. Bundan sonra elə həmin gün, yəni 05 iyul 2021-ci il tarixdə o, “Əməliyyat- axtarış tədbirinin keçirilməsinə dair” qərar qəbul etmişdir. Həmin qərar Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra, həmin qərarda göstərilən halların müəyyən edilməsi istiqamətində həmkrları və həm də tərəfindən tədbirlər keçirilməyə başlanılmışdır. Həmin raportun icrası, yəni Təqsirləndirilən şəxs Bərdə rayonu Saatlı kəndində yaşadığı evinin həyətinə və həyətində olan yardımçı tikiliyə baxış keçirilməsi Bərdə RPŞ-nin TB-nin rəisi İlyas Qurbanova həvalə edildiyindən sonuncu həmin raport əsasında icra tədbirləri görülməsini TB-nin təhqiqatçısı polis kapitanı X8 həvalə etmişdir. Bilavasitə o, həmin qərarında Bərdə rayonunun Saatlı kənd sakini Təqsirləndirilən şəxs oğlunun Bərdə rayonunun Saatlı kəndində yaşadığı evinin həyətyani sahəsinə, baxış keçirilməsi və onun üzərində şəxsi axtarış aparılmasının həmin həyətində tərkibində narkotik maddəllər olan bitkillər əkmiş olduğunu göstərmişdir. Bundan sonra o, keçirmiş olduğu əməliyyat tədbirləri ilə və bu əsasda almış olduğu məlumatlar əsasında müəyyən etmişdir ki, bəs Təqsirləndirilən şəxs evinin həyətyani sahəsində olan yardımçı tikilidə narkotik tərkibli bitki olan çətənə bitkisi əkib- becərir. Elə ona görə də həmin yerə baxış keçiriləməsi və qeyd olunan yerdən narkotik tərkibli bitkiləri aşkar edib götürmək üçün bu istiqamətdə əməliyyat tədbirləri qurub icra etməyə başlamışdır. Qeyd olunan əsasda Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X18 oğlu tərəfindən icra tədbirləri görülməyə başlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Saatlı kəndində yaşadığı evinin həyətyani sahəsinə və həmin yerdə olan yardımçı tikiliyə baxış keçirməkdən ötrü o, Bərdə rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X11, Bərdə X15 mərkəzinin birkiçilik sektorunun baş məsləhətçisi X2 və Bərdə RPŞ- nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 oğlunun,Bərdə rayon Poisl şöbəsiinin KTQ- nun baş inspektoru X12 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinin həyət darvazası qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs evdən çağırıb qapıya gəlməsini bildirmişlər.Həmin vaxt saat 11-radələri olmuşdur. Həyət darvazası qarşısına gələn Təqsirləndirilən şəxs oğlunun nəzərinə tərəflərindən çatdırılmışdır ki, onun həyətində və yardımçı tikilidə narkotik tərkibli bitkilər əkib yetişdirməkdə şübhəli olduğuna görə həyətyani sahəsinə və yardımçı tikiliyə onun mütəxəssis aqronomun və qeyrilərinin iştirakı ilə baxış keçiriləcəkdir.Təqsirləndirilən şəxs Bahadur oğlu həmin hallara qarşı və baxışın videoçəkilişlə aparılmasına qarşı heç bir etirazı olmadan həyətyani sahəsinə keçirilən baxışda iştirak edən şəxslərə etiraz etmədən onun həyətyani sahəsinə tərəflərindən baxış keçirilməsinə razılıq verdiyindən, onun həmin evinin həyətinə və həyətində olan yardımçı tikiliyə baxış keçirilmişdir. Belə ki, baxış zamanı onun evinin həyətində hər hansı bir əkilib-becərilməsi qadağan olunmuuş tərkibində narkotik maddəllər olan bitkilərin əkilib - becərilməsi aşkar olunmasada, baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində yerləşən yardımçı tikilidə 05 ədəd tərkibində narkotik maddəllər olan bitkilər çətənə bitkisi əkib becərdiyini bildirib həmin bitkiləri əkdiyi yeri onlara baxış iştirakçılarına göstərmişdir. Baxış zamanı həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi, diblərinə su verildiyi, bir sözlə onların inkişafı üçün münbit şərait yaradılmış olduğunu baxışda iştirak edən şəxslər görmüşlər. Həmçinin həmin yerdən quru halda həmin narkotik tərkibli bitkilərdən olan kütlə də aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs özü də etiragf etmişdir ki, həmin narkotik tərkibli bitkillər 08 ədəd olmuş və onlardan 3 ədədini kökündən çıxarıb elə həmin yerdə sərib qurutmuşdur ki, lazım gələndə siqaretə dolduurub çəkmək yolu ilə istifadə etmiş olsun. Bununla belə nəzərə almaq lazımdır ki, həmin vaxt bu vəziyyətdən sonra Təqsirləndirilən şəxs fakt qarşısında qalaraq bildirmişdir ki, o, tərkibində narkotik maddəllər olan çətənə bitkilərinə bənzər bitkiləri özünün istifadəsi üçün, yəni həmin narkotik tərkibli bitkiləri yetişdirib sonra da onun yarpaq hissələrini qurudub istifadə edəcəyini onlara baxış iştirakçılarının nəzərinə bildirib çatdırmışdır. Təqsirləndirilən şəxs həmin tərkibində narkotik maddələr olan çətənə bitgisinə oxşar bitkilərinin toxumunu 2021- ci ilin aprel ayının əvvəllərində kəndlərində yerləşən zibillərin tullandığı yerdən 1 ədəd kibirit qutusunda olmaqla 8 ədəd çətənə bitkisi toxumunu tapmış olduğunu və əkərək 8 ədəd çətənə kollarına qulluq etdiyini və onlardan 3 ədədi tez böyüyüb yetişdiyindən 3 ədədini kökündən çıxarıb elə həmin inkişafda olan çətənə bitkillərinin yanında yerə sərib qurutmuş olduğunu da bildirmişdir .Belə ki, əkmiş olduğu həmin 8 ədəd çətənə bitkilərinə bir az böyüyən kimi dibini boşaltdığını və az miqdarda dibinə peyin verməklə yaxşı və tez böyüməsinə və bundan sonra yarpaqlarını yığıb qurudub siqaretə doldurub çəkəcəyini bir daha bildirib baxış iştirakçılarının nəzərinə çatdırmişdir. Həmin yerdən onlar 5 ədəd çətənə bitkilərini aşkar etmişlər ki, həmin bitkiləri kökündən çıxararaq və həmin çətənə bitkiləri 1, 2, 3, 4, 5 rəqəmləri ilə nömrələnib və hər birinin uzunluğu ölçülmüş və sonra isə təhqiqatçı Röyal müəllim tərəfindən ağ rəngli sintetik tərkibli kisəyə həmin çətənə bitkilləri qoyulub qablaşdırılaraq ekspertizaya göndəriləcəyi bildirilmişdir. Həmin bitkillər tərəzidə çəkilmiş və cəmi çəkisi 1 kq 900 qram gəlmişdir. Həmin vaxt quru halda olan kütlə də tərəzidə çəkilmiş çəkisi 1535 qram olmuş olduğu müəyyən olunmuşdur. Həmin kütlə də ikinci bir sintetik tərkibli kisədə qablaşdırılaraq və bütün bunların tərflərindən videoçəkilişi aparılmışdır. Təqsirləndirilən şəxs oğlu da videoçəkilişin aparılmasına qarşı heç bir etiraz bildirməmişdir. Həmin baxış zamanı baxışda aqronom mütəxəssis də iştirak edərək və o da bildirmişdir ki, həmin əkilmiş çətənə kollarına aqeotexniki qaydada qulluq göstərilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da səmimi etiraf edib bildirmişdir ki, bəli çətənə bitkillərinə qulluq edib böyütmüşdür ki, şəxsi istehlakı üçün istifadə edəcəkdir.Başqa məqsədi, yəni kiməsə satmaq və ya pay vermək fikiri olmamışdır. Onu da deyir ki, həmin vaxt təhqiqatçı Röyal Ağayev bu barədə protokol tərtib etmiş və protokol ucadan onlara baxış iştirakçılarına oxunmuşdur. Protokolda qeyd olunanlar doğru və aşkar olunan hər şey olduğu kimi yazıldığından protokolda qeyd olunanların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmin 05 ədəd çətənə bitkisinin və həm də quru halda olan kütlənin ekspertə göndərəcəklərini və rəy alınacağını Təqsirləndirilən şəxshnun nəzərinə çatdırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs oğlu tərəflərindən polis şöbəsinə gətirilərək, polis şöbəsində şübhəli şəxs kimi tutulmuş və o, müdafiəçi Müdafiəçi Salman oğlu ilə təmin olunaraq, hüquqları izah olunandan sonra üzərində şəxsi axtarış aparılsa da üzərindən hər hansı bir narkotik və qeyri- qanuni saxladığı hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bundan sonra təhqiqatçı Röyal müəllim protokol yazmış və protokol ucadan onlara oxunmuşdur. Protokolda yazılanların doğruluğunu imzaları ilə onlar iştirakçılar təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsində CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Bərdə rayonunun Saatlı kənd sakini Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə qəbul etməsi və həyətində yardımçı tikilidə narkotik tərkibli bitkilər əkməsi barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, həmin şəxsin ətrafında tərəflərindən əməliyyat tədbirləri keçirilməsinə zərurət yaranmışdır. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur.Belə ki, Təqsirləndirilən şəxs evinin həyətyani sahəsində yardımçı tikilidə tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib becərməsini, yəni onu cinayət başında yaxalamaq məqsədi ilə 05.07.2021- ci il tarixdə Bərdə RPŞ-nin NMQ- nun əməliyyat müvəkili, polis leytenantı Şahid1 tərəfindən bu barədə raportla Bərdə RPŞ- nin rəisi polis polkovniki cənab Muradəli Babayevə müraciət edib bildirilmişdir ki, Bərdə rayonunun Saatlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddəllər olan çətənə bitkilərini əkib becərməklə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanması üçün aidiyyəti əməkdaşlara göstəriş vermiş olsun. Bundan sonra elə həmin gün, yəni 05 iyul 2021-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 “Əməliyyat- axtarış tədbirinin keçirilməsinə dair” qərar qəbul etmişdir.Həmin qərar Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra, həmin qərarda göstərilən halların müəyyən edilməsi istiqamətində həmkrları və həm də tərəfindən tədbirlər keçirilməyə başlanılmışdır. Həmin raportun icrası, yəni vət. Təqsirləndirilən şəxs Bərdə rayonunun Saatlı kəndində yaşadığı evinin həyətində olan yardımçı tikiliyə baxış keçirilməsi Bərdə RPŞ- nin TB- nin rəisi İlyas Qurbanova həvalə edildiyindən sonuncu həmin raport əsasında icra tədbirləri görülməsini TB-nin təhqiqatçısı polis kapitanı X18 oğluna həvalə etmişdir. Bilavasitə Şahid1 həmin qərarında Bərdə rayonunun Saatlı kəndində yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonunun Saatlı kəndində yaşadığı evinin həyətyani sahəsinə baxış keçirilməsi və həmin həyətində tərkibində narkotik maddəllər olan bitkillər əkmiş olduğunu göstərmişdir. Bundan sonra tərəflərindən keçirmiş olduqları əməliyyat tədbirləri ilə və bu əsasda almış olduqları məlumatlar əsasında müəyyən etimişlər ki, bəs Təqsirləndirilən şəxs oğlunun evinin həyətyani sahəsində olan yardımçı tikilidə narkotik tərkibli bitki olan çətənə bitkiləri əkib- becərir. Elə ona görə də həmin yerə baxış keçiriləməsi və qeyd olunan yerdən narkotik tərkibli bitkiləri aşkar edib götürmək üçün bu istiqamətdə tədbirləri qurub icra etməyə başlamışlar. Qeyd olunan əsasda Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X18 oğlu tərəfindən icra tədbirləri görülməyə başlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Saatlı kəndind yaşadığı evinin həyətyani sahəsinə və həmin yerdə olan yardımçı tikiliyə baxış keçirməkdən ötrü o, Bərdə rayon polis şöbəsinin təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X18 oğlu və mütəxəssis aqronom X19 inkilşaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X2 və Bərdə RPŞ-nin NMQ nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru polis leytenantı X12, Təqsirləndirilən şəxs Bərdə rayonunun Saatlı kəndində yaşadığı evinin həyət darvazası qarşısına gəlmişlər. Onu evdən çağırıb qapıya gəlməsini bildirmişlər.Həmin vaxt saat 11 radələri olmuşdur. Həyət darvazası qarşısına gələn Təqsirləndirilən şəxs nəzərinə tərəflərindən çatdırılmışdır ki, onun həyətində və yardımçı tikilidə narkotik tərkibli bitkilər əkib yetişdirməkdə şübhəli olduğuna görə həyətyani sahəsinə və həyətnndə olan yardımçı tikilisinə onun mütəxəssis aqronomun və qeyrilərinin iştirakı ilə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs oğlu həmin hallara qarşı və baxışın videoçəkilişlə aparılmasına qarşı heç bir etirazı olmadan və hətta bu barədə ərizə də yazıb vermişdir ki, həyətyani sahəsinə keçirilən baxışda iştirak edən şəxslərə etiraz etmir və onun həyətyani sahəsinə, həyətində olan yardımçı tikiliyə tərəflərindən baxış keçirilməsinə razılıq verdiyini bildirmişdir. Odur ki, tərəflərindən və bilavasitə Təqsirləndirilən şəxs iştirakı ilə onun həmin evinin həyətinə və həyətində olan yardımçı tikiliyə baxış keçirilmişdir. Belə ki, baxış zamanı onun evinin həyətində hər hansı bir əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddəllər olan bitkilərin əkilib-becərilməsi aşkar olunmasada, baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində yerləşən yardımçı tikilidə 05 ədəd tərkibində narkotik maddəllər olan bitkilər çətənə bitkisi əkib becərdiyini bildirib həmin bitkiləri əkdiyi yeri onlara baxış iştirakçılarına göstərmişdir. Baxış zamanı həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi, diblərinə su verildiyi, bir sözlə onların inkişafı üçün münbit şərait yaradılmış olduğunu baxışda iştirak edən şəxslər görmüşlər. Bu vəziyyətdən sonra Təqsirləndirilən şəxs fakt qarşısında qalaraq bildirmişdir ki, o, tərkibində narkotik maddəllər olan çətənə bitkilərinə bənzər bitkiləri özünün istifadəsi üçün, yəni həmin narkotik tərkibli bitkiləri yetişdirib sonra da onun yarpaq hissələrini qurudub istifadə edəcəyini onların baxış iştirakçılarının nəzərinə bildirib çatdırmışdır. Təqsirləndirilən şəxsi oğlu həmin tərkibində narkotik maddələr olan çətənə bitgisinə oxşar bitkilərin toxumunu 2021-ci aprel ayının əvvəllərində kəndlərindəki zibillikdən bir ədəd kibrit qutusunda olmaqla tapmış olduğunu çətənə toxumunun 8 ədəd olub elə evinin həyətindəki üstü açıq yardımçı tikilidə əkmiş olduğunu və vaxtlı- vaxtında həmin toxumları suladığını və bir də 8 ədəd həmin qablarda əkmiş olduğu çətənə bitkilərinin bitdiyini və həmin bitkillərdən 3 ədədinin o birilərinə nisbətən daha tez böyüdüyünü görüb kökündən çıxararaq elə həmin bitkillərin yanında yerə sərib qurutmağa başlamışdır ki, qurudub siqaretə doldurub bu yolla çəkib istifadə etmiş olsun. Həmin yerdən onlar 5 ədəd çətənə bitkisini aşkar etmişlər ki, həmin bitkilərin əkilmiş olduğu yerdən çıxararaq və həmin çətənə bitkilərini 1, 2, 3, 4, 5 rəqəmləri ilə nömrələyib və hər birinin uzunluğu ölçülmüş və sonra isə təhqiqatçı Röyal müəllim tərəfindən ağ rəngli sintetik tərkibli kisəyə həmin çətənə bitkiləri qoyulub qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirmişlər. Həmin bitkillər tərəzidə çəkilmiş çəkisi 1 kq 900 qram gəlmşdir. Eyni zamanda həmin yaş bitkillər aşkar olunub götürüldükdən sonra ikinci ağ rəngli sintetik tərkibli kisəyə quru halda olan kütlələr də yığılmazdan əvvəl tərəflərindən çəkilmişdir. Çəkmə nəticəsində quru kütlənin də çəkisinin 1535 qram olduğunu müəyyən etmişlər. Həmin yaş bitki kütlələri və həmçinin quru kütlələr hər biri ayrı- ayrılıqda sintetik tərkibli kisəyə yığılıb qablaşdırılandan sonra kisənin ağzı bağlanıb möhürlənmiş və həmin yerə müvafiq qaydada yapışdırılmış kağız vərəqi üzərinə Təqsirləndirilən şəxs oğlu və onlar polis əməkdaşları imza etmişlər. Həmin vaxt bütün bunların tərflərindən videoçəkilişi aparılmışdır. Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına qarşı heç bir etiraz bildirməmişdir. Həmin baxış zamanı baxışda aqronom mütəxəssis də iştirak edərək və o da bildirmişdir ki, həmin əkilmiş çətənə bitkilərinə aqeotexniki qaydada qulluq göstərilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da səmimi etiraf edib bildirmişdir ki, bəli çətənə bitkilərinə qulluq edib böyütmüşdür ki, şəxsi istehlakı üçün istifadə edəcəkdir.Başqa məqsədi, yəni kiməsə satmaq və ya pay vermək fikiri olmamışdır. Onu da deyir ki, həmin vaxt təhqiqatçı Röyal Ağayev bu barədə protokol tərtib etmiş və protokol ucadan onlara baxış iştirakçılarına oxunmuşdur. Protokolda qeyd olunanlar doğru və aşkar olunan hər şey olduğu kimi yazıldığından protokolda qeyd olunanların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmin 05 ədəd çətənə bitkiləri və həmin yerdən quru halda aşkar olunmuş və marixuanaya oxşar kütlənin ekspertə göndərəcəklərini və rəy alınacağını Təqsirləndirilən şəxs oğluhnun nəzərinə çatdırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilərək, polis şöbəsində şübhəli şəxs kimi tutulmuş və o, Müdafiəçi ilə təmin olunaraq, hüquqları izah olunandan sonra üzərində şəxsi axtarış aparılsa da üzərindən heç bir narkotik və qeyri- qanuni saxladığı hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış icra olunmuşdur. Bundan sonra təhqiqatçı Röyal müəllim protokol yazıb ucadan oxumuşdur. Protokolda yazılanların doğruluğunu imzaları ilə onlar iştirakçılar təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş 05 iyul 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon polis şöbəsinin TB- nin təhqiqatçısı polis kapitanı X18 oğlu və qeyri polis əməkdaşları və Azərbaycan Respublikası Kənd Təsərrüqfatı Nazirliyininn Bərdə X15 Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi X1 bilavasitə iştirakları ilə Təqsirləndirilən şəxs Bərdə rayonunun Saatlı kəndi ərazisində yerləşən yaşadığı evinin həyətində yerləşən yardımçı tikiliyə bilavasitə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirərkən, evinin həyətindəki yardımçı tikilidə tərkibində narkotik maddəllər olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 1800 qram olan 05 ədəd, yəni xeyli miqdarda əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə ( kannabis ) bitgiləri və həmin yedən təmiz çəkisi 1300 qram olan, yəni külli miqdarda olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı bitki mənşəli kütləllər tərkibində narkotik maddəllər olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunduğu vəziyyətdəcə videoçəkilişi aparılaraq,həmin videoçəkiliş və həm də bundan dərhal sonra Təqsirləndirilən şəxs oğlu Bərdə RPŞ- nə dəvət olunub ,şübhəli şəxs qismində tutularaq, üzərində şəxsi axtarış aparılması və sonuncu istintaq hərəkəti zamanı onun üzərindən narkotik vasitə və ya qeyri- qanuni saxladığı hər hansı bir əşya aşkar olunmamaqla həmin halların videoçəkilişi də aparılaraq həmin videoçəkilişlər hər biri ayrı- ayrılıqda 02 ədəd diskə köçürülərək, həmin disklər müvafiq qaydada baxış və şəxsi axtarış aparılması əsasında tərtib olunmuş protokollara əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş 05.07.2021-cı il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüqfatı Nazirliyininn Bərdə X15 Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi X1 həmin fakt üzrə vermiş olduğu rəy elə həmin tarixdə Bərdə RPŞ- nə daxil olaraq, 21004 saylı nömrə ilə qeydiyyata alınaraq, həmin fakt üzrə araşdırma aparılan materiala əlavə edilmişdir. Belə ki, həmin rəydə göstərilir ki, “ Bərdə rayon polis şöbəsinin əməkdaşları və Bərdə X15 Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X2 tərəfindən Bərdə rayonunun Saatlı kəndi ərazisində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi evin üstüaçıq yardımçı binasına baxış keçirən zaman məlum olmuşdur ki, həmin şəxs 05 ədəd narkotik tərkibli çətənə kollarını qeyri- qanuni aqrotexniki qaydada kök sisteminə üzvi kübrə, şirə maddəsi və başqa qida maddələri verməklə becərmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsindən alınmış 05 iyul 2021-cı il tarixli 16\640 nömrəli rəydə göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “Bərdə rayonu Saatlı kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində kultivasiya olunmuş 5 ədəd marixuanaya bənzər kol ....“sözləri və imzaları olan bir ədəd kisə bağlamadakı ümumi sayı 5 (beş) ədəd ümumi təmiz çəkisi - 1800 qram olan bitki nümunələri əkiliibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “Bərdə rayonu Saatlı kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində kultivasiya olunmuş 1535 kq qurudulmuş marixuanaya bənzər kütlə ....“ sözləri və imzaları olan bir ədəd kisə bağlamadakı təmiz çəkisi 1300 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasından alınmış 05 iyul 2021-cı il tarixli 16\ 640 nömrəli rəydən göründüyü kimi həmin ekspertiza keçirilməklə Təqsirləndirilən şəxs həyətindəki yardımçı tikilidən aşkar olunmuş cəmi 05 ədəd çətənə (kannabis) bitkiləri 1 ədəd ağ rəngli sintetik kisədə olmaqla qablaşdırılmaqla cəmi çəkisi 1800 qram olmuşdur. Həmin bitki nümunələrindən tədqiqata cəmi 1 qram sərf edilməklə cəmi 1799 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri qalmışdır. Bununla belə Təqsirləndirilən şəxs evinin həyətindəki yardımçı tikilidən aşkar olunub götürülmüş 1300 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan tədqiqata 0,2 qram sərf edildiyindən qalıq olaraq 1299,8 qram qurudulmuş marixuana qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində Bərdə rayonu Saatlı kəndində yaşadığı evinin həyətyani sahəsində yerləşən yardımçı tikilidə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1 siyahısına və həmin qanunun “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddəllər olan bitkilərin 3-cü siyahısına” əsasən qanunsuz olaraq əkilib - becərilməsi qadağan olunmuş tərkibində narkotik maddəllər olan 08 ədəd çətənə (kannabis) bitgisini xeyli miqdarda əkib yetişdirməklə, çətənə bitgilərinə aqrotexniki qaydada qulluq edib kultivasiya etmiş, 02 iyul 2021-ci il tarixdə həmin narkotik tərkibli çətənə bitkilərindən 03 ədədini kökündən çıxarıb, elə həmin yerdə qurudaraq qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1300 qram, yəni külli miqdarda olmaqla bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana halına gətirib saxladığından, 05 iyul 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs Bahadur oğlunun evinin həyətində olan yardımçı tikiliyə baxış keçirərkən tikilinin içərisində yuxarı baş tərəfində qanunsuz olaraq tərkibində narkotik maddəllər olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 1800 qram olan 05 ədəd xeyli miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitgilərini və həmin yerdən təmiz çəkisi 1300 qram, yəni külli miqdarda olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət əməlinə görə təyin edilən cəzanın, digər məsələlərlə yanaşı, bu əməlin ictimai təhlükəliliyinin xarakterinə və dərəcəsinə uyğun gəlməsini tələb edən ədalət prinsipi, Cinayət Məcəlləsinin Xüsusi hissəsində əks olunan müvafiq normalar vasitəsilə təmin edilir. Bu zaman həmin normalar cinayətlərin məcmusuna görə cəzaların təyini qaydalarını müəyyənləşdirən müddəalarla əlaqəli şəkildə tətbiq olunmalıdır (Cinayət Məcəlləsinin 8, 17 və 66-cı maddələri). Konstitusiya baxımından əhəmiyyətli sayılan bu məqsədə, konkret şəxs tərəfindən cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş və buna görə də bir-birindən cinayətin obyekti və predmeti, obyektiv və subyektiv cəhətləri baxımından fərqlənən əməllərin cinayətlərin məcmusuna dair qaydalara uyğun olaraq tövsif edilməsi və cəzalandırılması zamanı nail olunur. Əks təqdirdə cinayət qanununun məqsədlərinə və vəzifələrinə, habelə cinayətə görə təyin edilən cəzanın məqsədlərinə zidd olan vəziyyət yarana bilər. Buna müvafiq olaraq şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1 və 237.1-ci maddələrinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, özünün birinci Qarabağ müharibəsində döyüşməsini, oğlu X5 Vətən Müharibəsi iştirakçısı olub “Suqovuşanın azad olunmasına görə medalı” ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.07.2021-ci il tarixdən 07.07.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - cəmi 1799 qram çəkidə 05 (beş) ədəd narkotik tərkibli çətənə) kannabis) bitkiləri 01 ədəd sintetik tərkibli kisədə, 1299,8 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana 1 ədəd sintetik tərkibli kisədə olmaqla qablaşdırılmış halda - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və şəxsi аxtаrış və götürmə aparılması haqqında protokola əlavə 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05.07.2021-ci il tarixdən 07.07.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Saatlı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - cəmi 1799 qram çəkidə 05 (beş) ədəd narkotik tərkibli çətənə) kannabis) bitkiləri 01 ədəd sintetik tərkibli kisədə, 1299, 8 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana 1 ədəd sintetik tərkibli kisədə olmaqla qablaşdırılmış halda - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və şəxsi аxtаrış və götürmə aparılması haqqında protokola əlavə 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar