Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-171/2023 07.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X13, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və X10, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Bərdə rayonu, Bǝcirəvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 2assivi ev 28 mənzil ünvanında müvəqqəti yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonunun Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin yanvar ayının əvəllərində danışıb, Zərərçəkmiş şəxs1 kəsilmiş təqüdünün bərpa edilməsinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin yanvar ayının əvvəllərində tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən Məscidin qarşısında 1000 manat pulunu və 2022-ci ilin yanvar ayının axırlarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Abşeron rayonu Xırdalan şəhərində Zərərçəkmiş şəxs1 oğlu Şahid3 7000 (yeddi min) manat nağd pulunu, ümumilkidə xeyli miqdar hesab edilən 8000 (səkkiz min) manat nəğd puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonunun Tumaslı kənd sakini Zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin aprel ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs2 bacısı X1 təqaüdünün bərpa edilməsinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin aprel ayının 5-də Bərdə şəhəri Rəsulzadə küçəsində yerləşən Kapital Bank ASC-nin qarşısında Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat nağd puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin ünvan 3 28 mənzil 2-də müvəqqəti kirayədə yaşayır. O, X9 ilə 1999cu ildə ailə həyatı qurmuş, onların birgə nigahlarından 3 övladları vardır. 2000-ci il təvəllüdlü X5, 2003-cü il təvəllüdlü X6 və 2008-ci il təvəllüdlü X2r. O, rəsmi olaraq heç bir yerdə işləmir, Bakı şəhərində Uber taksi şirkətindən icarəyə avtomobil götürüb sürücü işləyir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Bərdə rayonu, Tumaslı kəndində yaşayan Zərərçəkmiş şəxs2 və Bərdə rayonu Qaradağlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 onun barəsində Bərdə RPŞ-nə yazdıqları şikayət ərizələri ilə tanış olmuşdur. Bildirmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 10 ildir tanıyır, əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər hansı bir narazılıq, ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs2 onun oğlu Rəşadın vəsitəsilə tanımışdır. Rəşad ilə o, dost olmuş təxminən bir il bundan əvvəl Rəşad ilə birlikdə şərikli alver etmişdilər. Belə ki, Bərdə rayonundan ağartı, yumurta və ət məhsulları alıb aparıb Bakı şəhərində satmışdılar. Onlar bir ay bir yerdə işləmişlər, sonra ziyan etmişlər. Buna görə də Rəşad atası Şükürə demişdir ki, ziyanlıq etmişlər onlara bankdan kredit götürüb köməklik etsin. Rəşad bunun üçün onu yaşadıqları evə çağırmış, Rəşadın yaşadığı evə getmişdir. Orada Rəşadın atası Şükür onlara demişdir ki, ziyanlıq etmişlər onlara bankdan pul götürüb verə bilər onlar alver edib dolanıb işlərini davam etsinlər. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs2 öz adına Kapital Bankdan 1300 manat pul götürüb ona vermişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt onun təqaüd kartını da ondan almışdır ki, götürdüyü kreditin pulunu ödəsin. 2022-ci ilin aprel ayında o, Zərərçəkmiş şəxs2la görüşərkən ona demişdir ki, bacısı X8 təqaüdü kəsilmişdir, onun təqaüdünün bərpa olunmasına köməklik etməyini ondan xahiş etmişdir. O, da köməklik edəcəyinə söz vermişdir, bunun üçün Zərərçəkmiş şəxs2 2500 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 bacısı Elza Hüseynovanın təqaüdünün bərpası üçün xəstəlik sənədlərini gətirib özü ona təqdim etmişdir ki, sənədlərə baxdır təqaüdünü bərpa etdirmək mümkün olarmı, o, da Zərərçəkmiş şəxs2 sənədləri götürüb baxıb demişdir ki, təqaüdü bərpa etdirmək olar. O, həmin sənədləri götürüb özündə saxlamış, heç bir yerə təqdim etməmişdir. Zərərçəkmiş şəxs2 bacısı Elza Hüseynovanın təqaüdünün bərpa olunması üçün 2022-ci ilin aprel ayının 5-də Bərdə şəhərində yerləşən Kapital Bankın qarşısında ona 2200 manat pul vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Elza Hüseynovanın təqaüdünü bərpa edə bilməmiş, çünki həmin vaxt özünə pul lazım olmuş, pula ehtiyacı olmuşdur. Onun borcu və verəcəkləri olduğuna görə həmin pulu qızının xeyir işindən qalan borcuna vermişdir. Zərərçəkmiş şəxs1 Fəttah oğlunun Bərdə RPŞ-nə onun barəsində etdiyi müraciətlə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisi qızı Püstənin ərininin xalasının həyat yoldaşıdır. O, Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1la onun arasında hər hansı bir narazılıq, ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 Bərdə şəhərində yerləşən ofisində olarkən onun da təqaüdünün kəsildiyini və təqaüdünün bərpa olunmasını ondan xahiş etmişdir. O, da Zərərçəkmiş şəxs1 köməklik edəcəyini bildirmişdir. Bunun üçün o, Zərərçəkmiş şəxs1 8000 manat pul istəmişdir və 5-6 ay ərzində təqaüdünün bərpa olunacağını demişdir. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 təqaüdünün bərpa olunması üçün ondan 1000 manat pulu Bərdə şəhərində yerləşən Məscidin qarşısında Zərərçəkmiş şəxs1 almışdır. Bundan başqa 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 oğlu Əli o, Bakı şəhərində olarkən onun mobil telefon nömrəsinə zəng edib demişdir ki, Abşeron rayonu Xırdalan qəsəbəsinə gəlmişdir, atasının təqaüdünün düzəldilməsi üçün verəcəyi qalan 7000 manat pulu özü ilə gətirmiş və həmin ünvana gəlməyini bildirmişdir. O, da özünə məxsus olan Reno-Meqan markalı, ** BT *** nömrə nişanlı avtomobili ilə Əlinin dediyi ünvana getmişdir. Əli ilə görüşüb özünə məxsus olan avtomobilin içərisində Əlinin ona verdiyi 7000 manat pulu almışdır. O, həmin pula ehtiyacı olduğu üçün borclarını vermişdir. Zərərçəkmiş şəxs2 ərizəsində göstərdiyi onu aldadaraq Ali Məhkəmənin hakimi Əhməd Əhmədovun qohumu olduğunu, Taryel Ağayev isə atasının bacısı oğlu olması onların vasitəsilə əlillikdən adam keçirdiyini deməsi, bu minvalla ondan cəmi 3800 manat pulu bir ildir alıb qaytarmamasını göstərdiyi ilə bağlı bildirmişdir ki, Ali Məhkəmənin hakimi Əhməd Əhmədov atasının qohumudur, Prezident Aparatında işləyən Taryel Ağayev isə onun bibisi oğludur. Onların hər ikisi ilə onun heç bir əlaqəsi yoxdur. Onlar onun qohumları olsa da onların adından heç vaxt istifadə etməmiş nə də ki, Zərərçəkmiş şəxs2 onların təqaüdünün bərpa etdirəcəyinə köməklik etmələri barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs2 1300 manat kreditə pul götürüb onunla Rəşadın alver etməkləri üçün pul vermişdir. Zərərçəkmiş şəxs2 bacısı Elza Hüseynovanın təqaüdünün bərpa olunması üçün ona 2200 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 1300 mant pulu götürüb ona və oğlu Rəşada verərkən verdiyi pulun kreditini ödəmək üçün özünə məxsus olan Kapital banka aid təqaüd kartını ona vermişdir. O, təqaüd kartından hər lay 180 manat pul almışdır. Zərərçəkmiş şəxs2 4 ay kartdan pul çıxardıb 103 manatını banka ödəyirdi qalan pulu isə ona vermişdir. O, 10 ay kerditin pulunu ödəmiş, ümumilikdə 1030 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs2 yalan dediyini ,onun Kapital banka məxsus plastik kartı 10 ay Zərərçəkmiş şəxs2 qalmışdır. Bundan başqa onun qohumu Ədalət iki aylıq kreditin pulunu yəni 206 manat pulu Zərərçəkmiş şəxs2 vermişdir. O, Əlizamin Mamedovun təqaüdünün bərpa olunması üçün 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 1000 manat pulu Bərdə şəhəri Məscidin qarşısında almış, sonra isə Zərərçəkmiş şəxs1 oğlu Əli 2022-ci ilin yanvar ayının sonlarında Abşeron rayonu Xırdalan qəsəbəsinə gəlib 7000 manat pulu ona məxsus olan avtomobildə ona vermişdir. Onun borcu olduğuna görə həmin pulları borclarına vermiş, həmin pulla heç bir əmlak almamış və həmin puldan qalmamışdır. Səhvini başa düşür, tutduğu əməldən peşmandır. Hazırda dəymiş ziyanın böyük hissəsini ödəmiş, zərərçəkmiş X10 ilə barışmış, yerdə qalan 1000 manatı da digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 ödəmək istəsə də Zərərçəkmiş şəxs2 həmin pulu qəbul etməyərək əlavə olaraq mülki iş üzrə 1000 manat da istəyir. Qeyd edilənlərin nəzərə alınmasını, ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 1994-cü ildən Kəlbəcər rayonundan məcburi küçkün kimi gəlib Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, xəstəliyi ilə əlaqədar əvvəllər təqaüd alırmış, sonradan onun təqaüdü dayandırılmışdır. 2023-cü ilin fevral ayında Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, Bərdə rayonu Bəcirəvan kəndində yaşayan Təqsirləndirilən şəxs onun qohumudur. Onların münasibətləri yaxşı olmuş, əvvəllər aralarında hər hansı narazılıq, ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində xatırlamadığı gündə Təqsirləndirilən şəxsla söhbət edərkən söhbət əsasında əlillik pensiyasının dayandırılması barədə ona bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, Ali Məhkəmənin hakimi Əhməd Əhmədov onun qohumudur, Taryel Ağayev isə onun atasının bacısı oğludur, onların vasitəsilə əlillikdən adam keçirir. Zöhrab onun əlilliyinin bərpa olunması üçün ondan 8000 (səkkiz min) manat pul istəmişdir. Onun əlilliyinin bərpasını 5-6 ay ərzində həll edəcəyinə söz vermişdir. Aradan bir neçə gün keçdikdən sonra o, Təqsirləndirilən şəxsla Bərdə şəhərində yerləşən Məscidin qarşısında görüşüb ona 1000 mant pul vermişdir, qalan 7000 min manat pulu isə yaxın vaxtlarda verəcəyini bildirmişdir. Zöhrab ondan 1000 manat pulu almış, yenə də ona demişdir ki, 5-6 ay ərzində təqaüdünü bərpa etdirəcəkdir. 2022-ci ilin yanvar ayının sonlarında o, Zöhrab ilə telefonda danışarkən ona demişdir ki, 7000 manat pul hazırdır, Zöhrab ona Bakı şəhərində olduğunu bildirmişdir. Onun oğlu Əli həmin vaxt Bakı şəhərinə getdiyi üçün 2022-ci ilin yanvar ayının sonlarında dəqiq tarixini bilmədiyi gündə oğlu Əliyə 7000 manat pul vermişdir ki, aparıb Bakı şəhərində təqaüdünün bərpa olunması üçün Zöhraba versin. Oğlu Əli də Bakı şəhərinə gedəndə Zöhrab ilə telefonla danışıb Bakı şəhəri Abşeron rayonu Xırdalan qəsəbəsində görüşmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt Əli ilə görüşmək üçün özünə məxsus olan avtomobillə gəlmişdir. Oğlu Əli 7000 manat pulu Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobildə vermiş, Əli həmin vaxt pulu Zöhraba 7000 min manat pulu verərkən mobil telefon vasitəsilə çəkmişdir. Zöhrab ordada pulu alarkən işi danışdığını həll edəcəyini demişdir. Aradan bir müddət keçdikdən sonra Zöhrabdan işin nə yerdə olduğunu soruşünda düzələcəyini demişdir. Zöhrab hər dəfə ona yalan vədlər müxtəlif bəhanələr gətirirək qısa zamanda əlilliklə bağlı təqaüdünün bərpa olunacağını bidirsədə lakin aradan bir ildən artıq müddət keçmişdir. Onu aldadıb 8000 manat pulunu ələ keçirən Təqsirləndirilən şəxs məsuliyətə cəlb edilməsni, pulunun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. O, bildiyinə görə ondan sonra Zöhrab Bərdə rayon Tumaslı kənd sakini Şükür adlı şəxsi də aldadıb bacısının dayandırılmış təqaüdünün bərpası üçün 2500 manat pulunu almışdır. Zöhrab oğlu Əlidən 7000 min manat pulu alarkən Əlinin mobil telefonla çəkdiyi həmin video görüntünü 1 ədəd DVD diskə köçürmüş, həmin diski təqdim edə bilər. Təqsirləndirilən şəxs onun dayandırılmış təqaüdünün bərpa oluması ilə bağlı köməklik etmək üçün 8000 manat pulunu ələ keçirməsi ilə bağlı Zöhrabla telefonda danışmış, həmçinin 2022-ci ilin yanvar ayının əvvəllərində Zöhrabla Bərdə şəhərində yerləşən Məscidin qarşısında görüşüb ona 1000 manat pul verməyini tanışı Şahid1 görmüşdür. Bundan başqa 2022-ci ilin yanvar ayının sonlarında oğlu Əli Abşeron rayonuna gedib Xırdalan qəsəbəsində Zöhrab ilə görüşüb ona məxsus olan avtomobilin içərisində 7000 manat pulu verərəkən mobil telefon vasitəsilə çəkmiş, həmin görüntünü də istintaqa təqdim etmişdir. Zöhrabın ondan pul almasını onun ailə üzvləri, tanışı Rəşad da təsdiq edə bilər. Zöhrab onun təqaüdünün bərpa olunması üçün qohumu Ali Məhkəmənin hakimi Əhməd Əhmədovun, Taryel Ağayevin adını çəmiş, ancaq onun yanında heç kəslə danışmamışdır. Sonda bildirdi ki, ona vurulmuş 8000 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, Bərdə rayonu, Tumaslı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, diabet xəstəliyindən əziyyət çəkir. X14 onun bacısıdır, bacısı Elza da rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində RPŞ-nə ərizəni o, yazmışdır. Təqsirləndirilən şəxs təxminən iki il olar tanıyır. Belə ki, o əvvəllər yaşadığı kənddə mağaza işlətmiş, Zöhrab isə yaşadığı kənddə mağazalara çörək gətirib paylamışdır. Həmin vaxtdan münasibətləri yaranmışdır. Zöhrab ilə onun arasında bu günədək heç bir narazılıq, ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən bir il bundan əvvəl Zöhrab ilə söhbət edərkən ona demişdir ki, Ali Məhkəmənin hakimi Əhməd Əhmədov onun qohumudur, əvəllər vəzifədə işləmiş Taryel Ağayev isə onun atasının bacısı oğludur, onların vasitəsilə əlilliklə bağlı təqaüd düzəldir. Onun bacısı X8 təqaüdü kəsildiyinə görə təqaüdünün bərpa olunması üçün Zöhrabdan köməklik etməsini xahiş etmişdir. Zöhrab ondan 5000 manat pul istəmiş və ona görə 4500 manata təqaüdü bərpa etdirəcəyini bildirmişdir. Zöhrab ondan ilkin olaraq 2500 manat pul istəmiş, qalan pulu isə təqaüd düzəlib pulunu alanda qalan hissəsini verəcəyini bildirmişdir. O,da bacısı gildən ilkin olaraq 2500 manat pulu alıb 2022-ci ilin aprel ayının 15- də Bərdə şəhərində yerləşən Kapital bankın yaxınlığında Zöhrabla görüşüb 2500 manat pulu vermişdir. O, pulu verdikdən sonra 6 ay ərzində təqaüdü bərpa etdirəcəyini bildirmişdr. Bundan başqa 2022-ci ilin fevral ayında Zöhrab ondan alver etmək üçün 1300 manat pul istəmişdir. Bunun üçün o, Kapital bankın Bərdə filialına gedib, 2100 manat kreditə pul götürmüş, lakin onun Kapital banka borcu olduğuna görə 700 manat çıxılmış, yerdə qalan 1330 manat pulu alıb Zöhraba vermişdir. Həmin vaxt isə Zöhrab özünə məxsus olan Kapital Banka aid sosial təqaüd plastik kartını ona vermişdir ki, kart vasitəsilə hər ay 180 manat pul alır, ona verdiyi Kapital banka məxsus plastik kartdan hər ay pulu çıxardıb kreditin pulunu ödəsin. O, həmin kartdan 4 ay 180 manat pul çıxardıb 103 manatını kreditin pulunu ödəmiş, qalan pulu isə Zöhrabın özünə vermişdir. 4 aydan sonra Zöhrab ona verdiyi Kapital banka məxsus sosial pensiya kartını yönəltmiş başqa karta, bu səbəbdən plastik kart müvəqqəti dayandırılmışdır. Bundan sonra Zöhrab Bakı şəhərinə getmiş, o, Zöhraba kartın bağlanmasını deyəndə Zöhrab ona bildirmişdir ki, İcra şöbəsinə borcu olduğuna görə pulu icra şöbəsi tutmuşdur. Zöhrab onun götürdüyü kredit pulunun ödənilməsi üçün Bərdə şəhərində lotoreya satan qohumuna yönəltmişdir. Lotoreya satan Ədalət adlı şəxsdən 103 manat pulu gedib götürüb kreditin pulunu ödəmişdir. Sonra isə bir dəfə lotoreya satan Ədalət özü 103 manat pulu Bərdə şəhərində Nikoil bankın qarşısında ona vermişdir. O, da aparıb kreditin pulunu ödəmişdir. Qarşıdan gələn ayın pulunu ödəmədiyi üçün Zöhraba zəng etmiş, Zöhrab da onun həyat yoldaşına zəng gedib xahiş etmişdir ki, müəllim yoldaşlarından tapıb kreditin pulunu ödəsin, 2-3 günə pulu göndərəcəkdir. O, da məcbur olub özü 103 manat kreditin pulunu ödəmişdir. Ondan 2-3 gün sonra Zöhraba zəng etmiş mobil telefonuna zəng çatmamışdır. Bundan sonra isə o, məcbur olub götürüdüyü kreditin pulunu özü ödəmişdir. O, Zöhraba ümumilkidə 3800 manat pul vermiş, həmin 2500 manatını bacısı Elza Hüseynovanın təqaüdünün bərpa olunması üçün, 1300 manat pulu isə Zöhrab ondan alver etmək üçün almışdır. O, da həmin 1300 manat pulu Kapital bankdan kreditə götürüb vermişdir. O, Zöhraba 2500 manat pulu 2022-ci ilin aprel ayının 5-də Bərdə şəhərində yerləşən Kapital bankın qarşısında vermişdir. Bundan başqa o, 1300 manat pulu bankdan götürüb Zöhraba verməyi ilə bağlı kredit sənədlərini onun özünə vermiş, ancaq kreditin ödəniş qəbzləri onun özündədir, surətini təqdim etmişdir. Hazırda dəymiş 2500 manat ziyanın 1500 manatı ibtidai istintaq dövründə ödənilmişdir. Geri qalan 1000 manat ziyanı ancaq o təqdirdə qəbul edə bilər ki, banka ödədiyi əlavə 1000 manatı da ona ödəsinlər. Əks təqdirdə təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, onun atası Zərərçəkmiş şəxs2 və Bərdə rayonu Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində yazdıqları şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 onun atasıdır, Zərərçəkmiş şəxs1 ilə kirvədilər. Təqsirləndirilən şəxs 10 il olar tanıyır. Onun Zöhrabla münasibəti yaxşı olmuş, aralarında hər hansı bir narazlıq düşmənçiliyi və ya ədavəti olmamışdır. Ondan sonra onlar dost olmuş, ailəvi gediş gəlişi olmuşdur. 2022-ci ildə onlar başlamışlar şərikli alver etməyə, belə ki, onlar Bərdə rayonundan ağartı məhsulları, yumurta və ət məhsullarını alıb Bakı şəhərinə aparıb, Bakı şəhərində həmin məhsulları restoran və kafelərə paylamışlar. Həmin vaxt Zöhrab gündəliyi taksi kimi Reno-Meqan markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili günü 30 manat icarəyə götürüb idarə etmişdir. Onlar təxminən 4 ay bir yerdə alver etdiyi müddətdə, 2-3 ayını Bakı şəhərində kirayədə ev tutub bir yerdə qalmışlar. Onlar alverləri bir müddətdən sonra zəifləmiş, onlardan həmin məhsulları nisyə istədikləri üçün alverləri zəif olmuşdur. 2022-ci ilin fevral ayında Zöhrab Bərdə şəhərinə gələndə onların alverinin zəiflədiyini deyib həmin adla atasından borc pul istəmişdir. Atası isə Bərdə şəhərində yerləşən Kaital Banka gedib 1300 manat pul götürüb Zöhraba vermişdir. Həmin vaxt Zöhrab atasının götürdüyü kreditin pulunu ödəmək üçün özünə məxsus təqaüd kartını vermişdir. Zöhrab təqaüd kartını verəndə demişdir ki,hər ay kartına 180 manat pul keçir, həmin pulun 103 manatını kreditin pulunu ödəməsini bildirmişdir. Atası da hər ay Zöhraba məxsus kartdan 180 manat pul çıxardıb 103 manatını kreditin pulunu ödəmiş yerdə qalan pulu isə Zöhrabın özünə vermişdir. Təxminən 4 aydan sonra Zöhrabın atasına verdiyi kart dayandırılmışdır. Bundan sonra atası Zöhrabdan kartın nə üçün dayandırıldığını soruşanda Zöhrab borcu olduğuna görə İcra və Probasiya idarəsi tərəfindən dayandırıldığını demişdir. Bundan sonra Zöhrab mobil telefona cavab verməmiş və Zöhrabın qohumu Bərdə rayonunda loteriya satışı ilə məşğul olan Ədalət adlı şəxs Zöhrabın kerditinin bir və ya iki ayının pulunu ödəmək üçün atasına vermişdir. Bundan başqa 2022-ci ilin aprel ayında Zöhrab onlara gələndə öz aralarında söhbət əsasında Zöhrab atasına demişdir ki, təqaüd düzəldə bilir. Həmin vaxt atası Zöhraba bildirmişdir ki, bacısı yəni bibisi Elza Hüseynovanın təqaüdü kəsilmişdir, təqaüdün bərpa olunmasına köməklik etsin, Zöhrab da köməklik edə biləcəyini demişdir. Zöhrab atasından 5000 manat pul istəmiş və atasına görə 4500 manata həll edə biləcəyini demişdir. Zöhrab ilkin olaraq atasından 2500 manat pul almış, qalan pulu isə təqaüd bərpa olunduqdan sonra verəcəyini demişdir. Zöhrab atasından 2500 manat pul alsa da bibisi Elza Hüseynovanın təqaüdünün bərpa edilməsinə köməklik etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə bağlı bildirmişdir ki, onlar qohumdular, ancaq o, Zöhrab və Zərərçəkmiş şəxs1 ilə Bərdə şəhərində Məscidin yaxınlığında görüşmüşlər. Söhbət əsasında Zöhrab Zərərçəkmiş şəxs1 demişdir ki, təqaüdlərin düzəldilməsinə və kəsilmiş təqaüdlərin bərpa olunmasına köməklik edə bilər. Bunun üçün Zöhrab Zərərçəkmiş şəxs1 8000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 ilkin olaraq Zöhraba onun yanında 1000 manat pul vermişdir. Zöhrab isə pulu aldıqdan sonra 5-6 ay ərzində təqaüdünün bərpa olunacağını bildirmişdir. Bundan başqa Zöhrab Zərərçəkmiş şəxs1 demişdir ki, almadığı ayların pulunu da alacaqdır. Aradan bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs1 ona demişdir ki, təqaüdünün bərpa olunmasına Zöhrabın köməklik etməsi üçün oğlu Əli Zöhraba 7000 min manat pul vermişdir. Zöhrab həmin puldan ona heç bir pul verməmişdir. Zöhrabın həmin pullardan kiməsə də verib verməməsi barədə onun heç bir məlumatı yodur. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Bərdə rayon sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində yazdıqları şikayət ərizəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun bibisi oğlunun qaynatasıdır, Zöhrabı təxminən 2 il olar tanıyır. Onun Zöhrabla münasibəti yaxşı olmuş, aralarında hər hansı bir narazlıq düşmənçiliyi və ya ədavəti olmamışdır. O, 2-ci qrup ömürlük gözdən əlildir, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün Bərdə-Ağdam yolunda Lider marketin qarşısında Azərlotereyaya məxsus lotereyaların satışı ilə məşğul olur. 2022-ci ildə tarixini xatırlamadığı vaxtlarda Zöhrab onun mobil telefon nömrəsinə zəng edib ona məxsus olan Azərbaycan Beynəlxalq Bankına məxsus aid plastik kartının üzərində olan 16 nömrəli rəqəmi göndərməyini və həmin karta pul göndərəcəyini Şükür adlı şəxs gəlib pulu ondan götürəcəyini bildirmişdir. O, da özünə məxsus olan ABB banka aid olan kartın nömrəsini Zöhraba telefon vasitəsilə demişdir. Zöhrab da Milliön elektron ödəmə sistemi vasitəsilə 1-ci dəfə 103 manat pul göndərmiş, Zöhrab pulu göndərdikdən sonra bir nəfər Zöhrabın tanışı gəlib 103 manatı ondan götürəcəyini bildirmişdir. Aradan biraz keçdikdən sonra Zöhrabın onun adına olan ABB məxsus göndərdiyi plastik kartdan 103 manat pulu çıxartmış, Zərərçəkmiş şəxs2 həmin pulu gəlib Bərdə şəhəri Lider marketin qarşısında ondan götürmüşdür. Aradan təxminən bir ay keçdikdən sonra Zöhrab yenə də zəng edib ona məxsus olan ABB aid plastik kartına 103 manat pul göndərmiş və Şükür adlı şəxsin gəlib həmin pulu ondan götürəcəyini bildirmişdir. Bundan sonra Şükür adlı şəxs Zöhrabın ona göndərdiyi 103 manat pulu götürmək üçün onunla telefonda danışıb Bərdə şəhəri Beynəlxalq Bankın qarşısında görüşüb o, kartdan 103 manat pul çıxardıb Zərərçəkmiş şəxs2 vermişdir. Bərdə rayon sakinləri, Zərərçəkmiş şəxs2 bacısı Elza Hüseynovanın təqüdünün bərpa olunmasına köməklik etməsi üçün Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 3800 manat pul almasını bildirməsi, bundan başqa Zərərçəkmiş şəxs1 kəsilmiş təqüdünün bərpa olunması üçün Təqsirləndirilən şəxs 8000 manat pul almasını bildirməsi ilə bağlı göstərmişdir ki, onun heç bir məlumatı yoxdur, o, barədə heç nə deyə bilmir. Təqsirləndirilən şəxs ona zəng edib ABB məxsus plastik kartına 2 dəfə hər dəfə 103 manat olmaqla ümumilikdə 206 manat pul göndərəndə həmin pulu Zərərçəkmiş şəxs2 nə məqsədlə göndərməsi və verməsi barədə ona heç nə deməmiş, özüdə o, barədə maraqlanmamışdır. Zöhrabın onun kartına göndərdiyi 206 manat pulu o, kartından çıxardıb Zöhrabın dediyi şəxsə Zərərçəkmiş şəxs2 vermişdir. Ancaq Zöhrab həmin pulu Zərərçəkmiş şəxs2 nə məqsədlə göndərməsini bilmir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, onun atası Zərərçəkmiş şəxs1 və Bərdə rayonu Tumaslı kənd sakini Zərərçəkmiş şəxs2 Bərdə rayon sakini Təqsirləndirilən şəxs barəsində yazdıqları şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 onun atasıdır, Zərərçəkmiş şəxs2 ilə kirvədilər. Təqsirləndirilən şəxs 10 il olar tanıyır, onun Zöhrabla münasibəti yaxşı olmuş, aralarında hər hansı bir narazlıq düşmənçiliyi və ya ədavəti olmamışdır. 1994-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün kimi gəlib Bərdə rayonu Qaradağlı kəndində məskunlaşıb yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Atası Zərərçəkmiş şəxs1 xəstəliyi ilə əlaqədar əvvəllər təqaüd almış, sonradan atasının təqaüdü dayandırılmışdır. 2023-cü ilin fevral ayında Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsini atası yazmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, Bərdə rayonu Bəcirəvan kəndində yaşayan Təqsirləndirilən şəxs onların uzaq qohumudur. Atası 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxsla söhbət edərkən söhbət əsnasında əlillik pensiyasının dayandırılması barədə Zöhraba demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs isə atasına demişdir ki, Ali Məhkəmənin hakimi X20 qohumudur, Taryel Ağayev isə Zöhrabın atasının bacısı oğludur, onların vasitəsilə əlillikdən adam keçirir. Zöhrab atasının əlilliyinin bərpa olunması üçün atasından 8000 (səkkiz min) manat pul istəmiş, əliliyin bərpasını 5-6 ay ərzində həll edəcəyinə söz vermişdir. Aradan bir neçə gün keçdikdən sonra atası Təqsirləndirilən şəxsla Bərdə şəhərində yerləşən Məscidin qarşısında görüşüb ona 1000 mant pul vermiş, qalan 7000 min manat pulu isə yaxın vaxtlarda verəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayının sonlarında atası ona demişdir ki, Zöhrab ilə telefonda danışarkən 7000 manat pul hazır olduğunu demiş, Zöhrab isə Bakı şəhərində olduğunu bildirmişdir. Bu səbəbdən də atası ona demişdir ki, əliliyinin bərpası üçün qalan 7000 manat pulu aparıb Bakı şəhərində Zöhraba vermək lazımdır. O, həmin ərəfədə Bakı şəhərinə getdiyi üçün 2022-ci ilin yanvar ayının sonlarında dəqiq tarixini bilmədiyi gündə atası ona 7000 manat pul vermişdir ki, aparıb həmin pulu Bakı şəhərində Zöhraba versin. O, da Bakı şəhərinə gedib Zöhrab ilə telefonla danışıb Abşeron rayonu Xırdalan qəsəbəsində Zöhrabla görüşmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt onunla görüşmək üçün idarə etdiyi Reno markalı avtomobilə gəlmiş, Zöhrabla görüşəndə Zöhrab avtomobildə əyləşmişdir. O, 7000 manat pulu Təqsirləndirilən şəxs Zöhrabın idarə etdiyi avtomobildə vermişdir, həmin vaxt 7000 min manat pulu Zöhraba verərkən mobil telefon vasitəsilə çəkmişdir. Zöhrab orda da pulu ondan alarkən işi danışdığını həll edəcəyini bildirmişdir. Zöhrab atasının əliliyinin bərpa etdirməmiş, hər dəfə yalan vədlər müxtəlif bəhanələr gətirirək qısa zamanda əlilliklə bağlı təqaüdün bərpa olunacağını bidirsədə lakin aradan bir ildən artıq müddət keçmişdir. Bundan sonra atası məcbur olub Bərdə rayon polis şöbəsinə Zöhrab barəsində ərizə yazmışdır. Zöhrab ondan 7000 min manat pulu alarkən mobil telefonla çəkdiyi həmin video görüntünü 1 ədəd DVD diskə köçürdüb atasına vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 06 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə 2022-ci ilin yanvar ayının əvəllərində Bərdə şəhərində görüşüb, Zöhraba təqaüdünün kəsilməsini bildirmiş, Zöhrab da ona demişdir ki, qohumları Ali Məhkəmənin hakimi Əhməd Əhmədovun və Taryel Ağayevin vasitəsilə əlillikdən adam keçirdir və onların vasitəsilə köməklik edə bilər, əlaqələri genişdir. Zöhrab onun təqaüdünün bərpa olunması üçün ondan 8000 manat pul istəmiş, 2022-ci ilin yanvar ayının əvvələrində 1000 manat pulu Zöhrabla Bərdə şəhərində yerləşən Məscidin qarşısında görüşüb və Zöhraba 1000 manat pul vermiş, Zöhrab da söz vermişdir ki, onun təqaüdünün bərpa olunmasına köməklik edəcəyini, bundan sonra 2022-ci ilin yanvar ayının sonlarında onun əliliklə bağlı təqaüdünün bərpa olunması üçün oğlu Əli Abşeron rayonu Xırdalan qəsəbəsində Zöhrabla görüşüb Zöhraba məxsus olan avtomobilin içərisində Zöhraba 7000 manat pul verdiyini, Zöhrab onu aldatdığını 8000 manat pulunu ələ keçirməsini bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 üzünə kəsilmiş təqaüdünün bərpa olunmasına köməklik etməsi üçün ümumilikdə 8000 manat pul aldığını, Zərərçəkmiş şəxs1 Ali Məhkəmədə hakim işləyən qohumu Əhməd Əhmədovun və qohumu Taryel Ağayevin vasitəsilə əlilliklə bağlı hər hansı bir köməklik etmələrini demədiyini, Əlzamin Mamdevun yalan danışdığını və yalandan onun üzünə durduğunu bildirmişdir. 06 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə Zörab onun oğlu Rəşad ilə şərikli alver edərkən ona demişdir ki, ziyanlıq etmisiniz maddi cəhətdən köməklik etsin, 2022-ci ilin ilin aprel ayında Kapital Bankdan öz adına 1300 manat pul götürüb Zöhraba verdiyini, həmin vaxt da Zöhrab kreditin pulunu ödəmək üçün Zöhrab özünə məxsus olan təqaüd kartını ona verdiyini, 4 ay Zöhrabın ona verdiyin təqaüd kartından ayda 180 manat pul çıxardıb 103 manatını Zöhraba verdiyi kreditin pulunu ödədiyini, qalan pulu isə Zöhrabın özünə verdiyini, bundan başqa 2022-ci ilin aprel ayında Zöhrabla Bərdə şəhərində görüşüb bacısı Elza Hüseynovanın təqaüdünün kəsilməsini bildirməsini, Zöhrab da ona qohumları Ali Məhkəmənin hakimi Əhməd Əhmədovun və Taryel Ağayevin vasitəsilə əlillikdən adam keçirdiyini və onların vasitəsilə köməklik edə biləcəyini əlaqələrinin geniş olmasını bildirməsni, Zöhrab onun bacısı Elza Hüseynovanın dayandırılmış təqaüdünün bərpası üçün 2022-ci ilin aprel ayında ondan 2500 manat pul istədiyini, həmin pulu 2022-ci ilin aprel ayının 5-də Bərdə şəhərində yerləşən Kapital Bankın qarşısında Zöhraba 2500 manat pul verdiyini, onu Zöhrabın aldatdığını və onun ümumilikdə 3800 manat pulunu ələ keçirməsini bildirmişdir. 06 iyun 2023-cü il tarixli videodiskə baxış keçirilməsi barədə protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 istintaqa tədim etdiyi 1 ədəd DVD diskə baxış keçirilmiş, bir ədəd video görüntü vardır, həmin video çəkiliş 57 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Əlzamin oğlu avtomobildə oturmuş vəziyyətdə olarkən X3 oğlu Şahid3 deyir ki, Əhmədlidə Bakı kinoteatrı tərəfdə Günəşlidə qalırsız deyə soruşur, Təqsirləndirilən şəxs isə hə Günəşlidə qalırıq deyir. Bundan sonra Əli Yunusli Təqsirləndirilən şəxs nətərsiz, özünüz nətərsiz yaxşısız deyə soruşur, Zöhrab şükür Allaha yaxşı olduğunu deyir. Əli Şahid3 avtomobilin pəncərəsindən içəri salıb əlində pulu Zöhraba verib deyir ki, al bunu bir dənə özün say yeddi mindir, Zöhrab pulu götürüb, saymamısan ki, sən deyə Əlidən soruşur. Əli isə birdən artıq verərəm, birdən mən səhv sayaram artıq olar deyir, bəyaq konvertdəydi çıxardanda sözünü deyib dayanır. Bundan sonra Zöhrab pula baxır düzdür deyir, Əli isə yenidən Zöhrabdan soruşur ki, yeddi mindir, Zöhrab yeddi mindir deyir. Əli Zöhrabdan soruşur iş, nətəri həll olunacaq, Zöhrab hə cavabını verir, danışmışam həll olunacaq deyir. Şahid3 Zöhraba deyir ki, sən qarışmısansa da həll olunacaq, Zöhrab isə cavabında hə danışmışıq həll olunacağını bildirir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli Məclicinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Cinayət işinin materiallarına verilmiş sorğu nəticəsində əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon İcra və Probasiya şöbəsində nəzarətə götürülmüş "8 X28 münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021- ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilməklə 2500 manat cərimə cəzasının ödənilməmiş qalan 759 manat hissəsindən azad edilməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsində cərimə cəzasına məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına verilmiş sorğu nəticəsində əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023- cü il tarixli 3-21-3-46/2-3175/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bərdə rayonu Bəcirəvan kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 2.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0.31 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Cinayət işi materiallarına verilmiş sorğu nəticəsində əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 7 saylı Yevlax RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli, 3- 13-16-11/2-3302/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yaşayış yerindən arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs evlidir və 3 uşaq atasıdır, orta təhsillidir, işləmir, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli maddi ziyanın ödənilməsi barədə protokollardan görünür ki, təqsirləndirilən şəxsin qardaşı X11 tərəfindən iş üzrə zərərçəkmiş X7 vurulmuş 8000 manatlıq ziyandan 5500 manat, digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə vurulmuş 2500 manat ziyandan 1500 manat ödənilmişdir. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri özünün etirafedici ifadələri, zərər çəkmiş şəxslərin ifadələri, çoxsaylı şahid ifadələri, üzləşdirmə potokolları, maddi zərərin qismən ödənilməsi protokolları, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunu ələ keçirilməsi əks etdirən bir ədəd DVD disk və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ailəli və ailənin yeganə qazanc yeri olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 59.1 və 59.1.14-cü maddələrinə görə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin ediməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs vurduğu 10500 manat maddi ziyandan 9500 manat məbləğində pulu zərər çəkmiş şəxslərə ödəmişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Buna görə məhkəmə iş üzrə yüngülləşdirici halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi yolu ilə cəzanın islahedici məqsədinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında qeydiyyatda olduğu yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 10500 manat maddi ziyanın 9500 manatının zərərçəkmiş şəxslərə ödənilməsi, geri qalan 1000 manat hissəsinin isə Zərərçəkmiş şəxs2 ödənilməmiş qalması nəzərə alınmalıdır. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat müddətində göstərdiyi hüquqi yardıma görə hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 72 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında qeydiyyatda olduğu yer üzrə axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 10500 manat maddi ziyanın 9500 manatının zərərçəkmiş şəxslərə ödənilməsi, geri qalan 1000 manat hissəsinin isə Zərərçəkmiş şəxs2 ödənilməmiş qalması nəzərə alınsın. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat müddətində göstərdiyi hüquqi yardıma görə hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 72 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-171/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-171/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver