Məhkəmə qərarları › İş №1(021)-171/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-171/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-171/2025 27.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iclas katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax şəhəri, X17 küçəsi, ev 34 ünvanında qeydiyyatda olmaqla, şübhəli qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPM-nin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏNETDİ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 27 iyun 2025-ci il tarixində dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Alpoud kəndinə gəlib həmin kənd ərazisində yerləşən "Mal bazarı"nda Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus bazarın içərisində quraşdırılmış dəmir barmaqlığa iplə bağlanmış 01 baş 1850 manat dəyərində iribuynuzlu heyvanı bağlanmış olduğu ipi açmaqla gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirməl məqsədilə tanışı X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halınd birləşərək 25 iyul 2025-ci il tarixində dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərd rayonu, Alpoud kəndinə gəlib həmin kənd ərazisində yerləşən "Mal bazarı"nda Ağcabə rayonu, Qaradolaq kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus "QAZ 3302 markalı **-DP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə iplə bağlanmış 01 baş 25 manat dəyərində iribuynuzlu heyvanı bağlanmış olduğu ipi açmaqla gizli yolla talayıb zə çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 (iki min beş yüz) ma məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bundan başqa, istintaqla müəyyən edilmişdir ki, X15 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talay oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə t Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşər iyun 2025-ci il tarixində dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, A kəndinə gəlib həmin kənd ərazisində yerləşən "Mal bazarı"nda Ağcabədi ş M.Ə.Rəsulzadə küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus bazarın içər quraşdırılmış dəmir barmaqlığa iplə bağlanmış 01 baş 1850 manat dəyərində iribuynuzlu heyvanı bağlanmış olduğu ipi açmaqla gizli yolla talayıb zərər çəkmiş şəxs Ələsgərov Kamil oğluna ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat məbləğində maddi vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs birləşərək 25 iyul 2025-ci il tarixində dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Alpoud kəndinə gəlib həmin kənd ərazisində yerləşən "Mal bazarı"nda Ağcabədi rayonu, Qaradolaq kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus "QAZ markalı **-DP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə iplə bağlanmış 01 manat dəyərində iribuynuzlu heyvanı bağlanmış olduğu ipi açmaqla gizli yolla tala çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 (iki min beş yü məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bu hərəkətləri ilə X10 Azərbaycan Respublikas 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. 06 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. 06 avqust 2025-ci il tarixdə saat 20:30-da X10 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. 08 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. 08 avqust 2025-ci il tarixdə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Sonradan onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 250300117 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 törətdiyi cinayət əməli, Təqsirləndirilən şəxs2 qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və digər sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2 maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Yevlax şəhəri, X17 küçəsi, ev 34 ünvanında ailəsi ilə birlikdə yaşayır. 3 övladı var, əvvəllər məhkum olunmuşdur. O, təxminən 20 ildir ki, qəssab işləyir. O, zərərçəkmiş şəxsləri əvvəllər tanımamış, onlarla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 25 iyul 2025-ci il tarixində o, Bərdə rayonu, Alpoud kəndində yerləşən "Mal bazarı"na gedib iribuynuzlu heyvan almaq qərarına gəlmişdir. Heyvanlar baha olduğu üçün həmin vaxt dana ala bilməmişdir. Sonradan bazarda olan, əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 bir heyvan aldığını və daşınması üçün ona köməklik göstərilməsini xahiş etmişdir. O, da heyvanın daşınması üçün köməklik göstərmişdir. Onlar taksi danışaraq heyvanı həmin taksiyə yerləşdirmişlər. Həmin vaxt o, aparılan heyvanın oğurluq olduğunu bilməmişdir. O, 27 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən törədilən oğurluq əməlindən ümumiyyətlə məlumatlı olmamışdır. O, qəssabdır. Daimi bazardadır. Lakin nə indi, nə də əvvəllər oğurluq əməli törətməmişdir. Özünü təqsirli bilmir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X15 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilməyərək, 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 140 ünvanında yaşamışdır. Evlidir, 8 övladı var, onlardan üçü azyaşlıdır, əvvəllər məhkumluğu olunmuşdur. Zərərçəkmiş şəxsləri əvvəllər tanımamış, onlarla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Pərviz adlı şəxs onun qonşusudur, Pərvizi uzun müddətdir ki, tanıyır. Həmin şəxs qəssab kimi fəaliyyət göstərir. O, fəhlə olduğu üçün kim çağırsa işə gedir. 27 iyun 2025-ci il tarixində Bərdə rayonu, Alpoud kəndində yerləşən “Mal bazarı"na gedib iribuynuzlu heyvan almaq qərarına gəlmişdir. Taksi sifariş edərək mal bazarına yola düşmüşdür. Bazarda olan zaman kənarda tək bağlanmış bir heyvan görmüşdür. Həmin heyvanın yiyəsini soruşsa da, sahibini tapa bilməmişdir. Bu zaman oğurluq etmək qərarına gəlmişdir. O, həmin heyvanın kəndirini açmışdır. Heyvan bazarının içərisində taksilər olan yerə aparmışdır. Taksilərdən birinə yaxınlaşmış və Yevlaxa neçəyə apardığını soruşmuşdur. Həmin şəxs 45 manata apardığını söyləmişdir və 5 manat da qapıya verəcəyini bildirmişdir. Beləcə həmin heyvanı öz yaşadığı ünvana apararaq kəsərək satmışdır. 25 iyul 2025-ci il tarixində Mal bazarına getmişdir. Yenidən heyvanlara bir-bir baxmışdır. Bu zaman "Qazel” markalı maşına bağlanmış dana olduğunu və sahibinin yatdığını görmüşdür. O, həmin heyvanın kəndirini açmışdır. Bu zaman bazarda Pərvizi görərək ondan köməklik göstərilməsini xahiş etmişdir. Onlar heyvanı taksilər olan yerə aparmış və tanımadığı taksiyə pul verǝrǝk öz yaşadığı ünvana aparmışdır. Pərviz qəssab işlədiyindən həmin heyvanı səhəri gün kəsmişdir. Həmin heyvanlardan birincisinin çəkisi 125 kiloqram, ikincisinin isə çəkisi 134 kiloqram olmuşdur. O, bu əməllərdən başqa heç bir oğurluq cinayəti törətməmişdir. Törətdiyi əməldən də peşmandır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onunla hər hansı oğurluq əməlinin törədilməsində iştirak etməmişdir. Məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada Bərdə rayonu Alpoud kəndində yerləşən "Mal bazarı"nda heyvan alveri ilə məşğul olur, evlidir. 27 iyun 2025-ci il tarixində o, heyvan alqı-satqısı etmək üçün "Mal bazarı" na getmişdir. O, oradan 1850 manat dəyərində təxmini 260 kiloqram çəkidə 1 yaşlı erkək iribuynuzlu heyvan almışdır. O, heyvanı elə həmin gün satmaq istəmişdir. O, heyvanı bazarın digər hissəsinə çəkərək orada olan dəmir barmaqlığa kəndirlə bağlamışdır. Sonra bazarın digər yerlərini gəzməyə başlamışdır. Təxminən 1 saat sonra qayıtdıqda heyvanın yerində olmadığını görmüşdür. O, nə qədər axtarsa da, ətrafa baxsa da heyvanı tapa bilməmişdir. Əsas tələbi ona dəymiş maddi ziyanın tam həcmdə ödənilməsidir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Qaradolaq kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki övladı var. Fərdi qaydada heyvandarlıqla məşğul olur. O, demək olar ki, hər həftə “Mal bazarı"nda heyvan alqı-satqısı edir. O, 25 iyul 2025-ci il tarixində Bərdə rayonu "Mal bazarı"na özünə məxsus 02 ədəd iribuynuzlu heyvanını satmaq üçün getmişdir. O, həmin iribuynuzlu heyvanları özünə məxsus **-DP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə aparmışdır. O, həmin heyvanları avtomobilə kəndirlə bağlamışdır. O, həmin avtomobilin salonunda təxminən 10 dəqiqə yatmışdır və oyandıqda heyvanlardan birinin olmadığını görmüşdür. O, nə qədər heyvanı axtarsa da tapa bilməmişdir. Həmin heyvan təxminən 18 aylıq, diri çəkisi isə 270 kiloqram çəkidə olmuşdur. O, həmin heyvanı 2500 manata satmaq niyyətində olmuşdur. Əsas tələbi ona dəymiş ziyanın tam həcmdə ödənilməsidir. Məhkəməyədək ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Alpoud kəndinin girişində yerləşən "Mal bazarı"nın girişini göstərərək avtomobili həmin istiqamətdə idarə etməyi bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobili bazarın içərisinə doğru sürməyi söyləmişdir. Avtomobili saxlatdıqdan sonra Təqsirləndirilən şəxs1 ilk dəfə oğurladıqları iribuynuzlu heyvanın ipə bağlandığı yeri və heyvanı apardıqları istiqamətləri göstərmişdir. Təqsirləndirilən şəxs1 ikinci oğurladıqları iribuynuzlu heyvanın bağlandığı yeri xatırlamadığını və göstərə bilməyəcəyini söyləmiş, oğurluq gecə saatlarında baş verdiyindən hadisə yerini unutduğunu bildirmişdir. Lakin şifahi formada İlqar Dərviş ilə birlikdə hər iki heyvanı necə oğurladıqlarını istintaqa bildirmişdir. Məhkəməyədək ibtidai araşdırma dövründə təqsirləndirilən şəxs X5 ifadəsi yerində yoxlanılmış, X16 rayonu, Alpoud kəndinin girişində yerləşən "Mal bazarı"nın girişini göstərərək avtomobili həmin istiqamətdə idarə etməyi bildirmişdir. Daha sonra İlqar Dərviş avtomobili bazarın içərisinə doğru sürməyi söyləmişdir. Avtomobili saxlatdıqdan sonra İlqar Dərviş ilk dəfə oğurladıqları iribuynuzlu heyvanın ipə bağlandığı yeri və heyvanı apardıqları istiqamətləri göstərmişdir. Daha sonra bir az irəliyə gedərək 2-ci dəfə iribuynuzlu heyvanı oğurladıqları yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 27 iyun 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokoldan aydın olur ki, Bərdə rayonu, Alpoud kəndində yerləşən "Mal bazarı"nda Zərərçəkmiş şəxs1 göstərdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman heyvanı bağladığı yeri əli ilə göstərmişdir. Baxış zamanı sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 25 iyul 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokoldan aydın olur ki, Bərdə rayonu, Alpoud kəndində yerləşən "Mal bazarı"nda Zərərçəkmiş şəxs2 göstərdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 hadisə baş verən zaman heyvanı bağladığı yeri əli ilə göstərmişdir. Baxış zamanı sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Price Consulting MMC”-dən daxil olmuş ƏQ 0064/2025 nömrəli qiymətləndirməyə dair mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 18 aylıq diri çəkisi 350 kiloqram olan erkək iribuynuzlu heyvanın 2025-ci ilin iyun-iyul aylarına olan orta bazar qiyməti 2500 manat, 12 aylıq diri çəkisi 260 kiloqram olan erkək iribuynuzlu heyvanın qiyməti isə 1850 manat təşkil etmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Yevlax ŞİHB-nin 1 nömrəli İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, X17 küçəsi, ev 34 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2010-cu il təvəllüdlü qızı, Hilarə Paşazadə, xx.xx.2018-ci il təvəllüdlü qızı Pərvin Paşazadə, xx.xx.2020-ci il təvəllüdlü qızı Nərmin Paşazadə himayəsində yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Yevlax ŞİHB-nin 1 nömrəli İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, X1 şəhəri, C.Kərimov küçəsi, ev 140 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 02 il 06 ay nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan tələbnamədən görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X10 özlərini Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilərək məhkəməyədək istintaq zamanı öz müdafiəsi üçün dəlil gətirməmişdir. İstintaq zamanı verilmiş əməliyyat tapşırıqları əsasında Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 27 iyun 2025-ci il tarixində dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Alpoud kəndinə gəlib həmin kənd ərazisində yerləşən "Mal bazarı"nda Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus bazarın içərisində quraşdırılmış dəmir barmaqlığa iplə bağlanmış 01 baş 1850 manat dəyərində iribuynuzlu heyvanı bağlanmış olduğu ipi açmaqla gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 25 iyul 2025-ci il tarixində dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Alpoud kəndinə gəlib həmin kənd ərazisində yerləşən "Mal bazarı"nda Ağcabədi rayonu, Qaradolaq kəndində yaşayan Həziyev Máhir Niyaz oğluna məxsus "QAZ 33021" markalı **-DP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə iplə bağlanmış 01 baş 2500 manat dəyərində iribuynuzlu heyvanı bağlanmış olduğu ipi açmaqla gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3(üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X5 barəsində 3(üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və X10 Azərbaycan Respublikasının CMin 177.2.1 və 177.2.2-ci maddələri ilə onların əməllərinə dair tövsif qanunvericiliyin tələbinə əsasən düzgün aparılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri təqsirli bilməməsinə, Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilməməsinə, 177.2.2-ci maddəsi tam təqsirli bilməsinə qiymət verərək hesab edir ki, onların məhkəmə istintaqı dövründə vermiş olduqları ifadə cinayət işi və ona əlavə olunmuş materiallarla sübut olunmur. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikasının CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran hal olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmənin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, X10 ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdikləri 20 (iyirmi) saata görə müvafiq olaraq Bərdə rayon Vəkil bürosunun vəkilləri X7 və X8 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar