Məhkəmə qərarları › İş №1(021)-172/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-172/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-172/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X5, Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Kəlbəcər rayonu, Quzeyçirkin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, 01 dekabr 2014-cü ildə Rusiya Federasiyasının Orenburq Vilayətinin Saraktaş rayon məhkəməsinin 01 dekabr 2014cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsinin A bəndi, 69-cu maddəsinin 3-cü hissəsi ilə 01 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olmayan, hazırda Kəlbəcər rayonunun Quzeyçirkin kəndində daimi qeydiyyatda olub, Bərdə rayonunun Lənbəran kəndində ərazisində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində məskunlaşmış, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və, xx xxxxxxxx 2000-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, hazırda Kəlbəcər rayonunun Qaraçanlı kəndində daimi qeydiyyatda olub, Bərdə rayonunun Lənbəran kəndində ərazisində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində məskunlaşmış, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 24 iyun 2021-ci il tarixdə gecə saat 23 radələrində vətəndaş Zərərçəkmiş şəxs Bərdə rayonunun Lənbəran kəndində yerləşən iri və xırdabuynuzlu heyvanlarını saxladığı fermasında olmamasından istifadə edərək, fermanın həyətində yerləşən xırdabuynuzlu heyvanlarını saxladığı ağılına, yəni ətrafları setka ilə hasarlanmış saxlanc yerinə, sonuncu yerin qapısı iplə bağlandığından qapının ipini açaraq həmin yerdən saxlanc yerinə qanunsuz və gizli daxil olaraq, oradan 1 başının qiyməti 256, 56 manat olan 7-8 aylıq, diri çəkisi 45 kq, cəmi 25 baş quzu heyvanlarını qanunsuz və gizli yolla talayıb vətəndaş Zərərçəkmiş şəxs oğluna ümumilikdə 6414 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Həmin oğurlanmış 25 baş quzu heyvanlarından 14 baş quzu heyvanı 09 iyul 2021-ci il tarixdə Bərdə mal bazarına həmin heyvanları oğurlamış şəxslərdən - Təqsirləndirilən şəxs2 tərəfindən gətirilib Şahid2 1060 manata satılmışdır. Həmin ərəfədə bazarda olmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bazarda Şahid2 və sonuncunun qardaşı Şahid4 qarşısında olan 14 baş quzu heyvanlarını görüb özünün heyvanları olduğundan tanıdığından həmin əsasda heyvanların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış olduğu müəyyən olunaraq, 14 baş quzu heyvanları qaytarılıb Zərərçəkmiş şəxs verilmiş və həmin heyvanların alınmasına 1060 manat pul vermiş Şahid2 1060 manat pulu isə heyvanları satmış Təqsirləndirilən şəxs2 fakt üzrə ilkin araşdırma aparan Bərdə Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı X7 təqdim etdiyindən, sonuncu da həmin pulu müvafiq qəbz əsasında sahibinə - Şahid2 qaytarıb vermişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək peşmançılıq çəkdiyini bildirərək ifadəsində bildirdi ki, o, Bərdə rayonunun Lənbəran kəndində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində ailə üzvüləri ilə məskunlaşmışdır. Rəsmi işi olmasa da ancaq fərdi əməklə, mal- qara satıb və digər təsərrüfat işləri ilə məşğul olub ailələrini dolandırmaqda atasına köməklik edir. Zərərçəkmiş şəxs hardasa 2 il olar ki, tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Elə bir Kəlbəcərli kimi münasibətləri var. 23 iyun 2021- ci il tarixdə o, Təqsirləndirilən şəxs1 Mersedes 190 markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə Bərdə şəhərinə gələrkən, yolda Amil ona demişdir ki, daha doğrusu təklif etmişdir ki, birlikdə oğurluq etsinlər. Ona Amil bildirmişdir ki, Zərərçəkmiş şəxs çoxlu heyvanları var və həm də o, fermaya gecələr gəlmir və onu Zərərçəkmiş şəxs iti də tanıyır, onlara hürməyəcək, gedib sabahı gün onun heyvanını gecə saatlarında oğurlasınlar. Həm də Amil bildirmişdir ki, onun pula ehtiyacı var, Bakıya getməlidir. O, belə deyəndə o da bildirmişdir ki, oğurluğun axırı olmaz polis tutar, hətta məsəl də çəkmişdir ki, oğurluğa görə neçə il gedib yata bilərlər. Amil isə onun bu dediklərinə əhəmiyyət verməmiş demişdir ki, heç nə olmaz, narahat olmasın hər şey onluqdur. O, narazı olsa da o, yenə də ona bu təklifi etdiyindən razılaşmışdır. Belə razılaşmışlar ki, heyvanları oğurlayıb satsınlar pulunu da yarıbayarı bölsünlər. Ona görə də 24 iyun 2021-ci il tarixdə təxminən gecə saat 23 radələrində onun su idarəsində işlədiyindən həyətində olan QAZ-53 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs fermasının yaxınlığına gəlmişlər Fermanın həyətində setkadan olan ağıla girib oradan 25 baş quzu heyvanlarını, hardasa 7-8 aylıq quzuları onun QAZ-53 markalı maşınımın yük yerinə yığmışlar. Amil də maşına minmişdir. Onun maşını ilə Amilgilin fermasına getmişlər. Amilin ferması ilə Zərərçəkmiş şəxs fermasının ara məsafəsi hardasa 2-3 km olar. Orada o, oğurluq etdiklərinə görə pis olmuş, əsmiş, həyacanlanmışdır. Amil də ona su vermiş və bildirmişdir ki, o nədən qorxur, heç nəyi vecinə almasın. Amil ona demişdir ki, heyvanları bazara o, özü aparıb satsa heyvan sahibi Namiq dərhal ondan şübhələnər və oğurluğun üstü açılar. Amil ona bildirmişdir o, onunla heyvanları bazarda satmağa getməsin. Ona görə ki, Namiqin fermasının yaxınlığında qaldığından Namiq oğurluqda ondan tez şübhələnər. Onu da deyi ki, elə oğurluq edəcəkləri gün, yəni hələ gecə düşməmiş Amil oranı yoxlamaq üçün tək həmin oğurluq edəcəkləri yerə də gedib oranı yoxlamışdır ki, necə haradan və nə formada oğurluq edəcəklərini planlaşdırmışdır. O,həmin heyvanları Amilin aparıb öz heyvanlarının içərisində saxlamasını məsləhət edəndə Amil ona demişdir ki, qohum -əqraba onlara gəlib-gedir o, saat heyvanları tanıyarlar oğurluğun üstü açılar. Ona Amil bildirmişdir ki, heyvanları o evlərinə aparsın. O da heyvanları evlərinə aparmışdır. Oğurluq olduğunu anasına və atasına deməmiş, elə demişdir ki, bazardan almışdır ki, növbəti bazar aparıb satacaqdır. Anasıgildə ona həmişə bazardan alver edən olduğundan inanmışlar. O, 25 iyun 2021-ci tarixdə həmin QAZ-53 markalı **-AC-*** nömrəli yük avtomobili ilə oğurladıqları 25 baş quzudan 11 baş quzunu gətirib Bərdə bazarında həmin heyvanları cəmi 620 manata satmış, həmin heyvanların pulundan 260 manatını Amilə vermiş, qalan pulu da özünün yol pulusunu hesablayıb Amilin razılığı əsasında özünə götürmüşdür. Bundan sonra o, Amillə söhbət etmişdir ki, atası onun maşını ilə Gəncəyə işi olduğundan gedəcək mal bazarına bazar günü maşın olmayacağını heyvanları apara bilməyəcəyini qalan 14 baş quzunu aparıb tanışının qapısına qoymağı və oradan taksi ilə də olsa bazara gətirəcəyini məsləhət edib 14 baş quzunu həmin Qaz-53 markalı maşınla Bərdə rayonunun Mollaəhmədli kəndindən olan Məhəmməd adlı şəxsin qapısına gətirib qoymuşdur. Ona görə ki, Məhəmmədlə də əvvəllər bazarda at alıb satdıqlarından münasibətləri yaranmışdır. Elə ona görə də ona zəng edib bildirmişdir ki, heyvanları var bazara çıxarmaq üçün satılana qədər onun həyətində qalsın. O, heyvanların oğurluq olduğunu Məhəmədə deməmiş, ondan gizli saxlamışdır ki, desə Məhəmməd onunla razılaşmaz, heyvanları qapısına qoymaz. Arada növbəti bazar vaxtı olmamışdır ki, heyvanı bazara çıxara və həm də Amil məsləhət etmişdir ki, heyvanları bazara çıxarmasın sahibi Namiq tanıyar, oğurluğun üstü açılar. Ona görə də Amil ona belə dediyindən heyvanları bazara çıxarıb sata bilməmişdir. 08 iyul 2021-ci il tarixdə Amil ona həm zəng edib və həm də vatsapda yazıb bildirmişdir ki, pul lazımdır, ona demişdir ki, heyvanları dəyər- dəyməzinə satısın pulunu götürsün. O da 09 iyul 2021- ci il tarixdə 14 baş quzu heyvanını Bərdə mal bazarına bazara gətirmişdir. Bazarda 14 baş quzunun hamısını 3 nəfər şəxsə yəni bir yerdə quzu alan şəxslərə, səhv etmirsə Şahid2 cəmi 1060 manata satmışdır. Onlara öz mobil nömrəsini ***-***-**-** vermişdir. O, heyvanları bazarda satdığı adamlara heyvanın oğurluq olmasını deməmişdir. Heç onlarda soruşmamışlar. Elə soruşmuşlar ki, sağlam heyvanlardır və qapı heyvanıdır? O də sağlam olduğunu qapı heyvanı olduğunu demişdir. O, bundan sonra maşını ilə Gəncəyə gedərkən elə Bərdə şəhəri Təzə bazarını yaxınlığına çatmışdır ki, ona kimsə zəng etmi demişdir ki, polis onu mal bazarına çağırır. O da səbəbini soruşmuşdur. O da demişdir ki, gələndə bilər. O da bildirmişdir ki, qayıdıb gələcəkdir, ancaq çıxıb Gəncəyə getmişdir. Yolda olarkən Amil ona zəng vurmuşdur ki, bəs Namiq bildirir ki, quzunu tapıb satan odur, yəni Elşaddır. Amil də onu müdafiə edib oğurluğun üstü açılmasın deyə demişdir ki, oğurluq onluq deyil. Namiq də ona zəng vurmuşdur. Namiq ona bildirmişdir ki, onun oğurlanmış quzularını satan odur, o, bazara gəlsin. O da Namiqə söz vermişdir ki, gələcəkdir. O, Gəncəyə çatmışdır. Görmüşdür ki, məsələ böyüyüb polis onu axtarır, Amilsiz şöbəyə gəlməyi fikirləşmişdir. O, yolda olarkən Amil ona zəng etmişdir ki, o, Amilin adını verməsin, bu işdən o, çıxacaqdır. Demişdir ki, dəymiş ziyanı da ödəməyə hazırdır, ancaq o, onun adını verməsin. Yolda polis yenə zəng vurmuş, o da demişdir ki, gəlir. O, Hacallı kəndi ərazisində polis işçisi Xəyyam və atası Maariflə rastlaşmışdır. Həmin vaxt Namiq də polis işçisi Xəyyamın maşınında olmuşdur. O, bundan sonra oğurluğu etiraf edib onlara bildirmişdir. Polis şöbəsində heyvanların satılmasından əldə etdiyi 1060 manatı polis Röyal müəllimə vermişdir ki, heyvanı satdığı Eyvaza versin. Röyal müəllim də həmin 1060 manatı ondan qəbul edib götürmüş və bildirmişdir ki, sahibinə Eyvaza verəcəkdir. Sonradan ona məlum olmuşdur ki, həmin 1060 manat pulu Röyal müəllim qəbzlə Eyvaz adlı şəxsə vermişdir. O, elədiyi bu oğurluğa görə özünü təqsirli bilib peşmançılıq çəkir. Bir də ki, o, Zərərçəkmiş şəxs vurmuş olduğum ziyanı ödəmişdir. O, ilk dəfə bu oğurluğu etmişdir. Onun gənc olmağını və hərəkətindən tam peşman olmağının və ziyanı Namiqə ödəmiş olduğunun nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək peşmançılıq çəkdiyini bildirərək ifadəsində bildirdi ki, o, məlum Qarabağ hadisələri ilə ələqədar Kəlbəcər rayonundan köçkün düşüb hazırda Bərdə rayonunun Lənbəran kəndində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində ailə üzvüləri ilə birlikdə məskunlaşmışdır. Rəsmi işi olmasa da ancaq fərdi əməklə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs hardasa 2 il olar ki, tanıyır. Zərərçəkmiş şəxsla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Onunla həmişə münasibəti normal olmuşdur. 23 iyun 2021-ci il tarixdə təxminən saat 22 radələrində o, qonşuluğumda yaşayan əslən Kəlbəcər rayonunun Qaraçanlı kəndindən olan Təqsirləndirilən şəxs2 oğlu ilə belə razılığa gəlmişlər ki, 24 iyun 2021- ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs fermasına gedib oradan xırdabuynuzlu heyvanlar oğurlayıb aparıb satsınlar və pulunu da aralarında bərabər olaraq bölsünlər. Ona görə də 24 iyun 2021-ci il tarixdə gecə saat 23 radəərində Elşad və o Elşadın Qaz-53 markalı 32- AC-172 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə həmin Zərərçəkmiş şəxs fermasının yaxınlğına getmişlər. Maşını fermanın həyətində olan ağılın yanında saxlamışlar. Zərərçəkmiş şəxs fermada olan itləri onu və Elşadı tanıdıqlarından hürməmişlər. Həmin vaxt onlar baxıb görmüşlər ki, fermanın həyətində ətraflarına setka çəkilmiş ağılda xirdabuynuzlu heyvanlar var. Ona görə də ağılın iplə bağlı olan qapısını açıb oradan ağıla girmişlər. Orada ağlda hardasa təxminən 200 baş xirdabuynuzlu heyvanlar olduğunu görüb onlardan 25 baş quzu heyvanını elə ağılın yaxınlığında saxladığıqları Elşadın idarə etdiyi həmin QAZ-53 markalı 32- AC-172 nömrəli maşının yük yerinə yığmışlar. Bundan sonra Elşadla belə razılaşmışlar ki, o, heyvanları aparıb satacaq pulunu da böləcəklər. Onu da qeyd edir ki, o da Elşadın maşını ilə gəlib öz yaşadığı fermanın yanında maşından düşmüşdür. Elşad da heyvanları aparıb satacağını və pulunu da verəcəyini bildirib maşını sürüb çıxıb getmişdir. O, ona görə Elşadla birlikdə heyvanların satılmasında iştirak etməyi lazım bilməmişdir ki, Namiq ondan şübhələnər və oğurluğun da üstü açılar. Növbəti bazar günü, yəni 25 iyun 2021-ci il tarixdə həmin yerdən oğurladıqları 25 baş quzu heyvanından 11 baş quzu heyvanını Elşad aparıb Bərdə mal bazarında 600 manata satdığını deyib ona da 260 manat pul vermişdir. Bundan sonra Elşad 09 iyul 2021-ci il tarixdə təxminən saat 09 radələrində həmin quzulardan 14 başını Bərdə mal bazarında satarkən daha doğrusu Elşad satıb gedəndən sonra Namiq bazarda gəzib heyvanlarını bir nəfər şəxsin qarşısında olduğunu görüb və heyvanların onun olduğunu oğurlandığını bildirib və həmin şəxsdən heyvanları hardan əldə etdiyini soruşduqda, həmin adını bilmədiyi şəxs Elşadın yük avtomobilinin və mobil nömrəsini Zərərçəkmiş şəxs vermişdir. Bundan sonra Namiq bazarda xidmət aparan polis işçilərinə bu barədə bildirdiyindən polis işə qarışıb və bu oğurluğu onun və Elşadın birlikdə etmiş olduqlarını müəyyən etmişdir. O, elədiyi bu əməlimdən tam peşmandır. Özünü təqsirli bilib peşmançılıq çəkir. Namiqə vurmuş olduğu ziyanı da tam ödəmişdir. Bir də ki, 09 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə oğurladıqları və bazarda Elşadın satdığı 14 baş quzu heyvanının pulunu da Elşad təhqiqatçı Röyal müəllimə qəbzlə vermişdir ki, həmin pulu heyvanı satdığı Eyvaz adlı şəxsə qaytarıb vermiş olsun. Həmin pul da qaytarılıb Eyvaza verilmişdir. Beləliklə, həm Namiqə və həm də heyvanları alan Eyvaz adlı şəxslə bu oğurluq nəticəsində vurulmuş ziyan tam ödənilmişdir. Ona görə də xahiş edir ki, bütün bunlar nəzərə alınsın. Onun köçkün vəziyyətində yaşamağı və elədiyi oğurluğa görə peşiman olmağının nəzərə alınmağını xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, Ağdərə rayonunun Vəng kəndində anadan olmuşdur. Məlum Qarabağ hadisələri ilə ələqədar ailə üzvləri və atasıgillə Bərdə rayonunun Əyricə kəndində məskunlaşmışdır. Sonra isə qərara gəlmişdir ki, elə xirdabuynuzlu heyvanlar saxlamaq üçün Bərdə rayonunun Lənbəran kəndinə getsin. Elə də etmişdir. Son iki ildir ki, həmin yerdə fermasında hardasa 150 baş xırdabuynuzlu heyvanlar saxlayır. 24 iyun 2021-ci il tarixdə onun atasının yas mərasiminin bir ili tamam olduğundan və sonuncu rəhmətə gedənə qədər Bərdə rayonunun Əyricə kəndində yaşadığından, həmin yerə getmişdir. Düzdür məlum koronoviris xəstəliyi ilə ələqədar yas keçirilməsədə elə həmin səbəbdən qeyd olunan ünvana gedtmişdir. Həmin yerdən qayıdandan sonra gəlib heyvanlarını sanayarkən heyvanlarından 25 baş quzu heyvanımın yerində olmadığını görmüşdür. Düzü elə düşünmüşdür ki, yəqin heyvandır baş alıb harasa gedib itmişdir. Ona görə də 30 iyun 2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir ki, bəs onun 25 baş xırdabuynuzlu heyvanlarım nəmalüm istiqamətə gedib itdiyindən onun heyyvanlarımın tapılmasında ona köməklik göstərsinlər. Bununla belə o, hər bazar Bərdə rayonunun Alpout kəndi ərazisində yerləşən iri və xırdabuynuzlu heyvanların alqı-satqı bazarına çıxıb diqqət etmişdir ki, görsün heyvanları tapa bilərmi. Elə 09 iyul 2021-ci il tarixdə bazarda olarkən bir maşının yaxınlığında olan 14 baş xırdabuynuzlu heyvanları-quzuları görən kimi özünün heyvanları olmuş olduqlarından dərhal həmin heyvanları tanımışdır. Bazarda həmin heyvanları saxlayan Şahid2 Abbas oğluna yaxınlaşmış və bildirmişdir ki, bəs bu heyvanlar onundur və həmin heyvanlar ona necə olub gəlib çıxmışlar. Həmin oğlan da ona bildirmişdir ki, bəs həmin heyvanları bir nəfər şəxs QAZ-53 markalı 32- AC- 172 dövlət qeydiyyat nişanlı avtomobillə bazara gətirib ona satmış və o da almışdır. Həmin Eyvaz adlı şəxs ona həmin şəxsin mobil nömrəsini də vermişdir. O, elə həmin yük maşınının və telefonun nömrəsindən başa düşdüm ki, həmin şəxs Bərdə rayonunun Lənbran kəndi ərazisində yerləşən Kəlbəcər kökəltmə birliyində yaşayan Maarif kişinin oğlu Elşaddır. Artıq bundan sonra başa düşmüşdür ki, heyvanları oğurlanıbdır. Dərhal bazarda xidmət aparan polis işçilərinə və Lənbəran kənd ərazisinin əməliyyatçısı polis işçisi Xəyyam müəllimə zəng edib bu barədə məlumat vermişdir. Polis işçiləri isı işə qarışmışlar və məlum olmuşdur ki, onun heyvanlarını 24 iyun 2021-ci il tarixdə gecə saat 23 radələrində Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 birlikdə oğurlamışlar. Həmin heyvanlardan 14 baş xırdabuynuzlu heyvanlarını polisin protokol yazması və fotoşəkilləri çəkildikdən sonra qaytarılıb ona verilmişdir. 11 baş xirdabuynuzlu heyvanları isə həmin şəxslər tərfindən satılıb bir sözlə talanmışdır. O, bundan sonra bu barədə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ərizə yazıb vermişdir ki, onlar barəsində qanun nə tələb edirsə elədə tədbir görsünlər. Onu da qeyd edir ki, həmin şəxslərin valideyinləri ona elə 09 iyul 2021-ci il tarixdə qaytarıb 11 baş başqa quzu heyvanları , yəni oğurlanmış heyvanlarının əvəzinə vermişlər və o da onlara bildirmişdir ki, ziyanı tam ödənildiyindən onlardan heç bir maddi tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 oğlu ifadə verərək bildirdi ki, o, ailəsini dolandırmaq üçün bir qayda olaraq Bərdə mal bazarından xırdabuynuzlu heyvanlar alıb-satmaqla məşğul oluar. 09 iyul 2021- ci il tarixdə gecə saat 01 radələrində o, Bərdə mal bazarına qardaşı Təbrizlə birlikdə getmişdir. Həmin vaxt hardasa gecə saat 02 radələrində qardaşı Təbriz ona demişdir ki, bazarda heyvan, yəni quzu satırlar. O da bir baxsın alsalar alsınlar. O da heyvanlara baxmış görmüşdür ki, 14 baş quzu heyvanlarıdır. Həmin hadisədən sonra adını bildiyi Elşad adlı şəxs ona demişdir ki, bəs quzların hər birini 95 manatdan satır. O da demişdir ki, bu bahadır. Onda onlar hərə öz dediyini, yəni onlar istəmişlər ki, quzuları bir az aşağı qiymətə alsınlar, Elşad isə yuxarı qiymətə satmaq istəmişdir. Son halda Elşad demişdir ki, quzuların hamısına bir yerdə 1060 manat verir götürsünlər. O da razı olmuşdur. Elşada 1060 manat pul verib ondan 14 baş quzu heyvanlarını alıb orada olan setka hasarın içinə yığıb səhərin açılmasını gözləmişdir ki, satsın. Hardasa səhər saat 09 radələrində o, elə bazarda hərlənərkən heyvanların yanında qardaşı Təbriz qalmışdır. Həmin vaxt Təbrizin yanına sonradan adını bildiyi oğurlanmış heyvanların sahibi Zərərçəkmiş şəxs yaxınlaşıb quzuların onun olduğunu oğurlanmış olduğunu bildirib və haradan əldə etdiyini Təbrizdən soruşmuşdur. Təbriz də bundan sonra ona zəng vurub çağırmışdır. O da həmin yerə gəlmişdir. Gəlib görmüşdür ki, Namiq bir nəfər polis işçisi ilə onların Elşaddan almış olduğu heyvanlarının yanındadır. Zərərçəkmiş şəxs onlardan soruşmuşdur ki, heyvanı kimdən almışlar. Onlar da demişlər ki, bir Qaz-53 markalı maşın sürücüsündən almışlar. Onlar Namiqə həmin şəxsin mobil telefonunun maşının nömrəsini deyən kimi Namiq həmin oğurluq edən şəxsi tanımış və bundan sonra polis də işə qarışmış və həmin heyvanlar ondan alınıb sahibi Namiqə verilmişdir. Daha sonra onu da qeyd edir ki, o və qardaşı Təbriz əgər əvvəlcədən heyvanların oğurluq olmuş olduğunu bilsəydilər heç Elşad adlı şəxsdən almazdılar. Onların heç ağlınada gəlməzdi ki, aldıqları heyvanlar oğurluq ola bilər. Elə quzulara baxıb Elşaddan soruşmuşlar ki, bunlar xəstə deyilki, o da xəstə olmadığını bildirmişdir. Bundan sonra onun heyvanlarının pulu 1060 manat pulu təhqiqatçı Röyala Elşad, yəni oğurluq edən şəxs təqdim etdiyindən Röyal tərəfindən həmin pul qaytarılıb ona verilmişdir. Həmin hadisə, yəni oğurluğun Elşad və onun dostu Amil tərəfindən törədilməsini onlar bu hadisənin üstü açılandan sonra bilmişlər ki, 24 iyun 2021- ci il tarixdə Amil və Elşad adlı şəxslər Bərdə rayonunun Lənbəran kəndində Namiqin fermasından oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirdi ki, o, Bərdə rayon polis şöbəsində CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Xidmət etdiyi əraziyə Bərdə rayonnun Lənbəran kənd ərazisidə daxildir. 24 iyun 2021-ci il tarixdə həmin kəndin ərazisində yerləşən vətəndaş Zərərçəkmiş şəxs fermasının həyətindəki ağıldan 25 baş quzu heyvanlarının oğurlanması barədə baş vermiş oğurluq hadisəsi ilə ələqədar onu bildirir ki, 09 iyul 2021-ci il tarixdə həmin oğurlanmış heyvanlardan 14 baş quzu heyvanları bazarda vətəndaş Təqsirləndirilən şəxs2 tərəfindən satılarkən həmin heyvanları bazarda gəzən Namiq özü, Eyvaz və Təbriz qardaşlarının qarşısında görərək, tanıdığından ona zəng vurub bazara gəlməyini dediyindən o demişdir. Həmin vaxt Namiq heyvanların Elşad adlı şəxs tərəfindən Təbriz və Eyvaza satılmış olduğunu bildirərək elə oğurluğu da onun etmiş olduğunu dediyindən dərhal tərəfindən Elşada və onun atası Maarifə zəng vurub, Elşadın harada olması ilə maraqlanmağa başlamış və Elşad ona telefonda Gəncədə olmuş olduğunu bildirmişdir. O da demişdir ki, Bərdə mal bazarına gəlsin. O da bazara gəlmişdir. Artıq Elşad etmiş olduğu oğurluğun üstünün açıldığını görərək, hər şeyi səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, oğurluğu Təqsirləndirilən şəxs1 ilə birlikdə etmişdir. Bundan sonra Amil də tərəflərindən müəyyən olunub onlar hər ikisi istintaqa təqdim olunmuşlar. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək bildirdi ki o, Bərdə rayonunun Lənbəran kəndində yaşayan Təqsirləndirilən şəxs2 tanıyır və onunla heç bir ədavəti, düşmənçiliyi, qohumluğu yoxdur. Sadəcə olaraq Elşadın yeznəsi Tapdıq onun həmkəndlisidir. Elə Elşad da Tapdıqgilə gəlib - getdiyindən 2 il olar ki, Elşadı tanıyır. Səhv etmirsə 30 iyun 2021-ci il tarixdə təxminən saat 10 radələrində Təqsirləndirilən şəxs2 özünün mobil telefonu ilə ona zəng vurub bildirmişdir ki, o, Ağcabədi bazarından həm iribuynuzlu və həm də xırdabuynuzlu heyvanlar almış gətirib Bərdə mal bazarında satmaq istəyir. Ancaq heyvanların, yəni iribuynuzlu və xırdabuynuzlu olmaqla ikisini də birlikdə bazara aparmağın mümkün olmadığını və buna görə də quzuları onun evinin həyətinə boşaldıb sonra gəlib bazar günü aparacağını demişdir. O da Elşadın bu sözünə görə həmin heyvanları öz heyvanlarının içərisinə qatmışdır. 09 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 özünün idarə etdiyi QAZ-53 markalı avtomobillə onlara gələrək, 14 baş quzu heyvanlarını maşına yığıb aparmışdır. Onu da qeyd edir ki, o, Təqsirləndirilən şəxs2 həmin heyvanları oğurlamış olduğunu, Elşadın gəlib həmin heyvanları onlardan aparıb bazarda satandan və həmin heyvanların oğurluq olmasının üstü açılandan sonra bilmişdir ki, Elşad həmin oğurluğu Amil adlı şəxslə birlikdə törətmişdir. O, əgər əvvəlcədən bilmiş olsaydı ki, həmin quzu heyvanları oğurluq heyvanlardır heç həmin heyvanları qapısına qoymazdı. O, Elşada inandığından həmin 14 baş quzu heyvanlarını evinin həyətindəki ağılda olmaqla öz heyvanlarının içərisində saxlamışdır. Sadəcə olaraq Elşad yalandan onu inandırmışdır ki, guya həmin heyvanlar oğurluq deyil və bazara çıxarılana qədər onun heyvanlarının içərisində qalmış olsun. O da Elşada inanıb həmin heyvanları Elşad gəlib 09 iyul 2021-ci il tarixdə aparana qədər öz heyvanlarının içərisində saxlamış, vaxtlı-vaxtında örüşə çıxarıb otarıb sonra da gecələr öz heyvanlarının içərisində saxlamışdır. Onu da qeyd edir ki, bu birinci dəfədir ki, Elşad belə quzu heyvanlarını gətirib ona saxlaması üçün vermiş və sonra da gəlib aparmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək bildirdi ki, Şahid2 onun qardaşıdır. O və qardaşı Eyvaz ailələrini dolandırmaq üçün Bərdə mal bazarından xırdabuynuzlu heyvanlar alıb- satmaqla məşğul olurlar. Onu da qeyd edir ki, 09 iyul 2021-ci il tarixə qədər Təqsirləndirilən şəxs2 tanımamışdır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. 09 iyul 2021-ci il tarixdə gecə saat 01 radələrində o, Bərdə mal bazarına qardaşı Eyvazla birlikdə getmişdir. Yenə də onların bazara getməkdə məqsədləri xirdabuynuzlu, yəni quzu, qoyun alıb üstünə bir-neçə manat qoyub satmaq olmuşdur. Həmin vaxt hardasa gecə saat 02 radələrində o bazarda quzu heyvanlarının satıldığını görüb qardaşı Eyvaza demişdir ki, gəlib baxsın əgər bəyənirsə həmin quzuları alsınlar. Qardaşı Eyvaz da heyvanlara baxmış görmüşdür ki, 14 baş quzu heyvanlarıdır. Həmin hadisədən sonra adını bildiyi Elşad adlı şəxs qardaşı Eyvaza demişdir ki, bəs quzların hər birini 95 manatdan satır. Eyvaz da həmin qiymətin baha olmuş olduğunu bildirmişdir. Son halda Elşad demişdir ki, quzuların hamısına bir yerdə 1060 manata satır. Qardaşı Eyvaz da Elşadın dediyi həmin qiymətlə razılaşmış və Elşada 1060 manat pul verib ondan 14 baş quzu heyvanlarını alıb orada olan setka hasarın içinə yığıb səhərin açılmasını gözləmişlər ki, satsınlar. Hardasa səhər saat 09 radələrində qardaşı Eyvaz gedib bazarda gəzərək başqa heyvanlara baxarkən, heyvanların-quzuların yanında o, qalmışdır. Həmin vaxt onun yanına sonradan adını bildiyi oğurlanmış heyvanların sahibi Zərərçəkmiş şəxs yaxınlaşıb və quzuların onun olduğunu oğurlanmış olduğunu bildirib və haradan əldə etdiyini ondan şoruşmuşdur. O, da bu vəziyətdən sonra qardaşı Eyvaza zəng vurub həmin yerə yanın çağırmışdır ki, görsün bu nə məsələdir. Qardaşı Eyvaz da onun zənginə görə həmin yerə yanına gəlmişdir. Həmin ərəfədə bir polis işçisi də Namiqin yanına, yəni onların Elşaddan almış olduğuqları heyvanların yanına gəlmişdir. Həmin vaxt Namiq onlardan soruşmuşdur ki, heyvanı kimdən almışlar. O və qardaşı Eyvaz da demişlər ki, bir Qaz-53 markalı maşın sürücüsü heyvanları satdığından ondan almışlar. Onlar həmin şəxsin mobil telefonunu, maşının nömrəsini deyən kimi Namiq həmin oğurluq edən şəxsi tanımış və bundan sonra polis də işə qarışmış və həmin heyvanlar onlardan alınıb sahibi Namiqə verilmişdir. Daha sonra onu da qeyd edir ki, o və qardaşı Eyvaz əgər əvvəlcədən heyvanların oğurluq olmuş olduğunu bilsəydilər alımazdlar. Onların heç ağlınada gəlməzdi ki, aldıqları heyvanlar oğurluq ola bilər. Onlar elə quzulara baxıb Elşaddan soruşmuşlar ki, bunlar xəstə deyilki, o da xəstə olmadığını bildirmişdir. Bundan sonra onların heyvanlarının pulu 1060 manat təhqiqatçı Röyala Elşad, yəni oğurluq edən şəxs təqdim etdiyindən Röyal tərəfindən həmin pul qaytarılıb qardaşı Eyvaza verilmişdir. Həmin hadisə, yəni oğurluğun Elşad və onun dostu Amil tərəfindən törədilməsini onlar bu hadisənin üstü açılandan sonra bilmişlər ki, 24 iyun 2021-ci il tarixdə Bərdə rayonunun Lənbəran kəndində Namiqin fermasından Elşad və Namiq birlikdə həmin quzu heyvanlarını oğurlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq eksperizasından alınmış 29 iyul 2021-ci il tarixli 9\5036 nömrəli rəydə göstərilir ki, bir baş 7-8 aylıq, diri çəkisi təxminən 45 (40 +50 kq /:2) kq quzunun ət çıxarı 21, 38 kq ( 45 kq x 47, 5 %,) ümumi qiyməti 256, 56 ( 12,00 m x21,38 kq) manat, 25 baş təxminən 6414, 00 manat. Aparılmış ekspert tədqiqi nəticəsində tədqiq edilən 25 baş xırda buynuzlu heyvanların qərarın təsviri hissəsində olan məlumatlara görə, 24 iyun 2021-ci il tarixə, respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: 25 baş 7-8 aylıq diri çəkisi təxminən 45 kq olan quzular 6414 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən Təqsirləndirilən şəxs2 oğlunun adına alınmış tələbnamədən də göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən Təqsirləndirilən şəxs1 adına alınmış tələbnamədən də göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 01 dekabr 2014-cü ildə Rusiya Federasiyasının Orenburq Vilayətinin Saraktaş rayon məhkəməsinin 01 dekabr 2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsinin A bəndi, 69-cu maddəsinin 3-cü hissəsi ilə 01 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qaraçanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 118 saylı 12 iyul 2021-ci il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həmin nümayəndəliyinin qeydiyyatındadır və hal-hazırda Bərdə rayonu, Lənbəran kəndində ailə üzvləri ilə birlikdə müvəqqəti məskünlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qaraçanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xasiyyətnamədən görünür ki, xx xxxxxxxx 2000-ci ildə Bərdə rayon Lənbəran kəndində anandan olmuş, 2006-cı ildə Kəlbəcər rayon 39-saylı orta məktəbin birinci sinifinə daxil olub və 2017-ci ildə məktəbi bitiribdir. Sakin nümayəndəlik tərəfindən verilmiş tapşırıqlara vaxtıvaxtında əməl etmişdir. Heç bir siyasi və dini təşkilat üzvü deyildir. Spirtli içkilərə və narkotik vasitələrə meyillli deyildir. Vətandaş ümumiyyətlə müsbət xarakterizə olunana bir vətandaşdır. İş materiallarında olan Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qaraçanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 179 saylı 06 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məcburi köçkündür. Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Qılınclı kənd İnzibati ərazi dairəsi üzrə Nüməyəndəliyinin 2021-2025-ci illərə dair 02 saylı təssərüfatbaşına kitabına 143-cü səhifəsində 156 saylı şəxsi hesabla Quzeyçirkin kəndində daimi qeydiyyatdadır. Hal-hazırda məcburi köçkün kimi Bərdə rayonu Lənbəran kəndində ailə üzvləri ilə birlikdə müvəqqəti məskünlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qaraçanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xasiyyətnamədən görünür ki, xx xxxx 1986-ci ildə Kəlbəcər rayon Quzeyçirkin kəndində anandan olmuş, azərbaycanlı, evli, orta təhsilli Təqsirləndirilən şəxs1 həqiqətən Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Qılınclı kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin Quzeyçirkin kəndində daima qeydiyyatdadır, məcburi köçkündür. Təqsirləndirilən şəxs1 spirtli işkilərə və narkotik vasitələrə meyyili deyildir. Heç bir siyasi təşkilatın üzvü deyildir. Ailəsinə və qohumlarına, digər vətandaşlara diqqətçildir. Vətəndaş Təqsirləndirilən şəxs1 nümyəndəlikdə sakit təbiətli insan kimi xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 24 iyun 2021-ci il tarixdə gecə saat 23 radələrində vətəndaş Zərərçəkmiş şəxs Bərdə rayonunun Lənbəran kəndində yerləşən iri və xırdabuynuzlu heyvanlarını saxladığı fermasında olmamasından istifadə edərək, fermanın həyətində yerləşən xırdabuynuzlu heyvanlarını saxladığı ağılına, yəni ətrafları setka ilə hasarlanmış saxlanc yerinə, sonuncu yerin qapısı iplə bağlandığından qapının ipini açaraq həmin yerdən saxlanc yerinə qanunsuz və gizli daxil olaraq, oradan 1 başının qiyməti 256, 56 manat olan 7-8 aylıq, diri çəkisi 45 kq, cəmi 25 baş quzu heyvanlarını qanunsuz və gizli yolla talayıb vətəndaş Zərərçəkmiş şəxs oğluna ümumilikdə 6414 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Həmin oğurlanmış 25 baş quzu heyvanlarından 14 baş quzu heyvanı 09 iyul 2021-ci il tarixdə Bərdə mal bazarına həmin heyvanları oğurlamış şəxslərdən - Təqsirləndirilən şəxs2 tərəfindən gətirilib Şahid2 1060 manata satılmışdır. Həmin ərəfədə bazarda olmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bazarda Şahid2 və sonuncunun qardaşı Şahid4 qarşısında olan 14 baş quzu heyvanlarını görüb özünün heyvanları olduğundan tanıdığından həmin əsasda heyvanların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış olduğu müəyyən olunaraq, 14 baş quzu heyvanları qaytarılıb Zərərçəkmiş şəxs oğluna verilmiş və həmin heyvanların alınmasına 1060 manat pul vermiş Şahid2 1060 manat pulu isə heyvanları satmış Təqsirləndirilən şəxs2 fakt üzrə ilkin araşdırma aparan Bərdə Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı X7 təqdim etdiyindən, sonuncu da həmin pulu müvafiq qəbz əsasında sahibinə - Şahid2 qaytarıb vermişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalsarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzasını yüngülləşdirən haldır. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barişmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2s Maarif oğlu tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, onlara qarşı heç bir şikayyət, iddia və tələbi yoxdur. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etmələri, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirmələri tutduqları əməllərə görə özü-özlərini məzəmmət etdiklərini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməllərini səmimi etiraf edərək, peşmançılıq hissi keçirmələri törətdikləri cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən , Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bərdə Rayon Polis Şöbəsində 09 iyul 2021-ci il tarixdə 11 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran haların olmamasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməllərinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırıması cəzalarının əyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzalarının çəkilmə müddətinin başlanğıcı onların yaşadıqları yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun Bərdə Rayon Polis Şöbəsində 09 iyul 2021-ci il tarixdə 11 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Bərdə rayonunun Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun Bərdə Rayon Polis Şöbəsində 09 iyul 2021-ci il tarixdə 11 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Bərdə rayonunun Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar