Məhkəmə qərarları › İş №1(021)-172/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-172/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-172/2023 13.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Ağamirzə qızının, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Bərdə rayonu, Yeni Əyircə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Yeni Əyircə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 23 radələrində ayıq vəziyyətdə B katiqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Vaz 21703” markalı ** VB *** qeydiyyat nişanlı avtomobillə Bərdə-Yeni Əyircə kənd yolunun 4-cü kilometrliyində Bərdə şəhəri istiqamətində saatda 100 km surətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməmiş, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən və gözü qamaşdıqda sürücü qəza işıq siqanlını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək idarə etdiyi avtomobili onunla eyni istiqamətdə yolun sağ hissəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 baş etibarnamə əsasında faktiki mülkiyyətində olan Vaz 21061 minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən ehtiyyatsızlıqdan vurmaqla həmin avtomobilin zərbə nəticəsində qarşı tərəfində ayaq üstə dayanmış piyada Zərərçəkmiş şəxs1 sol bud sümüyünün cisminin qəlpəli yerini dəyişmiş sınığı ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vuran xəsarətlər və avtomobilin arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 iyun 2023-cü il tarixdə yaşadığı kənddə işıqlar yanmadığı üçün o da elektirik olduğuna görə həmin nasaz olan işıqları düəzltdirmişdir. O, iş yoldaşı elektrik olan Şahid3 da ona köməklik etmək üçün gəlmişdir. Onlar birlikdə Bərdə rayonu, Yeni Əyricə kəndində olan işıq nasazlıqlarını həll etdikdən sonra Şahid3 yaşadığı kəndə yola salmaq üçün Şahid3 Bərdə rayonu, Mirzəxanlığı kəndinin başında düşərəcəkdi həmin vaxtı avtomobilimdə arvadı Nuridə olmuşdur. Arvadı Nuridə onun idarə etdiyi Vaz 21703 minik markalı ** VB *** dövlət qeydiyyatda nişanlı avtomobilin arxa sərnişin üçün nəzərdə tutulmuş oturacağında, iş yoldaşı Şahid3 isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Onlar təxminən X5 kənd yolunun 4-cü kilometrliyinə çatmışlar. Qarşıda yolun sağında Vaz 2106 minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil qəza işıqlarını yandıraraq yolun kənarında avtomobilini saxlamışdır. Bu vaxtdı qarşıda gələn avtomobilin işıqları gözünə düşdüyü üçün sukanı sağ istiqamətə çəkmiş, yolun kənarında dayanmış avtomobilə vurmuşdur. Avtomobilin arxa hissəsindən vurduğu üçün avtomobilin qarşısında dayanan Vaz 2106 markalı avtomobilin sürücüsü piyada halda həmin öz avtomobilinin qarşısında dayanmış, onun idarə etdiyi avtomobil isə həmin Vaz 21061 minik markalı avtomobilə arxadan dəyməsi nəticəsində adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 ayaq nahiyyəsindən xəsarət almışdır. Dərhal hadisə yerinə toplaşan adamlardan biri X3ynar xəttinə məlumat vermişdir. Hadisə yerinə X4 avtomobili gəlmişdir. Həmçinin zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı ödəməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur. Vaz 21061 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtmobili vardır. 01 iyun 2023-cü il tarixdə Bərdə rayonu istiqamətindən yaşadığı Yeni Əyricə kənd istiqamətində hərəkət edən zaman avtomobilimin yanacağı bitmişdir. Bunun üçün o, yolun kənarında saxlamış və qəz işıqlarını yandırmışdır. Avtomobildən düşərək həmkənlilərindən kimsə gəlsə həmin şəxsdən benzin almaq üçün avtomobilin qarşısına keçmişdir. Bir müddət gözləmiş, lakin tanış olan heç kim yoldan keçməmişdir. Bir qədər sonra o, idarə etdiyi avtomobilin qarşısında dayanaraq siqaret çəkən zaman qəfildən avtomobilimin arxa hissəsindən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi Vaz 21703 markalı ** VB *** qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində onun avtomobili irəli gələrək ayaqlarından vurmuşdur. Bundan sonra o, yerə yıxılmış, avtomobilim isə aşmışdır. Dərhal ətrafdan digər şəxslər toplaşmışdır. Həmin şəxslərdən biri X3ynar xəttinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə X4 avtomobili gəlmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 01 iyun 2023-cü il tarixdə işıqları keçdiyi üçün təmirə ehtiyacı olduğu üçün əri Təqsirləndirilən şəxs tanışı Şahid3 yaşadığı kəndə dəvət etmiş, gecə saat 22 radələrinədək işığı düzəltmişlər. Bundan sonra əri Elşən ilə həm aptekdən dərman almaq üçün həm də ki, usta Şahid3 yola salmaq üçün Bərdə rayonu istiqamətinə əri Elşənin idarə etdiyi 21703 minik markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola düşmüşlər. O, həmin avtomobildə arxa oturacaqda əyləşmişmiş, əri avtomobili idarə etmiş, usta Elşən isə ön oturacaqda əyləşmişdir. Onlar təxminən X5 kənd yolunun 4-cü kilometrliyinə çatdıqda qarşıda yolun sağında Vaz 21061 minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil qəza işıqlarını yandıraraq yolun kənarında saxlamışdır. Bu vaxtdı qarşıda gələn avtomobilin ışıqları əri Təqsirləndirilən şəxs gözünə düşdüyü üçün əri Təqsirləndirilən şəxs sukanı sağ istiqamətə çəkmiş, Təqsirləndirilən şəxs avtomobilin idarə etməsini itirərək yolun kənarında dayanmış avtomobilə ehtiyyatsızlıqdan vurmuşdur. Təqsirləndirilən şəxs avtomobilin arxa hissəindən vurduğu üçün avtomobilin qarşısında dayanan digər avtomobilin sürücüsünə dəyməsi nəticəsində adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 ayaq nahiyyəsindən xəsarət almışdır. Bundan sonra hadisə yerinə toplaşan adamlardan biri X3ynar xəttinə məlumat vermişdir. Hadisə yerinə X4 avtomobili gəlmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaqda ifadəsində göstərmidir ki, 01 iyun 2023-cü il tarixdə iş yoldaşı Elşan Hüseynov ona zəng edərək yaşadığı kəndə işıqların yanmadığını işıqları təmir etməkdə ona köməklik göstərməyini xahiş etmişdir. Oda Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq Təqsirləndirilən şəxs köməklik göstərmək üçün Təqsirləndirilən şəxs yaşadığı Yeni Əyricə kəndinə gedərək orada işləməyə başlamışdır. Təxminən saat 22 radələrində onlar işlərini bitirmişlər. Bundan sonra Elşən özünə məxsus 21703 minik markalı ** VB *** dövlət qeydiyyatda nişanlı avtomobillə onu yola salmaq üçün Bərdə rayonu istiqamətində hərəkət etmək üçün yola çıxmışlar. Onlar birlikdə avtomobildə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs arvadı Nuridə Vaz 21703 minik markalı ** VB *** dövlət qeydiyyatda nişanlı avtomobilin arxa sərnişin üçün nəzərdə tutulmuş oturacağında, o isə avtomobilin qabaq oturacağında əyləşmişmişdir. Onlar təxminən X5 kənd yolunun 4-cü kilometrliyinə çatdıqda qarşıda yolun sağında Vaz 2106 minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil qəza işıqlarını yandıraraq yolun nkənarında avtomobilini saxlamış, bu vaxtdı qarşıda gələn avtomobilin ışıqları sürücü Təqsirləndirilən şəxs gözünə düşdüyü üçün sukanı sağ istiqamətə çəkmiş avtomobilin idarə etməsini itirərək yolun kənarında dayanmış avtomobilə vurmuş, avtomobilin arxa hissəindən vurduğum üçün avtomobilin qarşısında dayanan avtomobilin sürücüsü arxadan vurduğu Vaz 2106 markalı avtomobilin dəyməsi nəticəsində adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 ayaq nahiyyəsindən xəsarət almışdır. Dərhal hadisə yerinə toplaşan adamlardan biri X3ynar xəttinə məlumat vermişdir. Hadisə yerinə X4 avtomobili gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X1 baş inspektor-kriminalisti işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 01 iyun 2023-cü il tarixdə Bərdə RPŞ-nin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin DYB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid1 ilə yol-nəqliyyat hadisəsi baş verən yerə getmişlər. Hadisə yerinə çatdıqda adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21073 markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olan zaman Bərdə-Yeni Əyricə yolunun 4-cü kilometrliytində olarkən idarə etməni itirərək yolun kənarında dayanmış Vaz 21063 minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyyatsızlıqdan vurmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin qarşısında dayanan piyada Zərərçəkmiş şəxs1 sol bud sümüyünün cisminin qəlpəli yerdəyişmiş sınığı və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün aşağı 1/3-nin yerdəymiş qəlpəli sınığı xəsarətləri ilə Bərdə Müalicə və Diaqnostika Mərkəzi xəstəxanasına daxil olmuşlar. Hadisə yeri müayinəsində iştirak etdikdən sonra tərtib edilmiş protokolu imzalamışlar. Çəkilmiş foto şəkillər protokola əlavə olmuşdur. Məhkəmə iclasında Şahid1 şahid qismində ifadəsi elan olunmuş Şahid2 ilə eyni məzmunlu ifadə ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 01 iyun 2023-cü il tarixdə saat 23 radələrində Bərdə rayonu, Yeni Əyricə kənd sakini, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus olan Vaz 21703 markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Yeni Əyricə kənd yolunun 4cü kilometrliyində Bərdə şəhəri istiqamətində saatda 100 km surətlə hərəkətdə olarkən idarə etməni itirərək yolun sağında dayanmış Vaz 2106 minik markalı avtomobili ehtiyyatsızlıqdan vurmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin qarşısında dayanan piyada Zərərçəkmiş şəxs1 sol bud sümüyünün cisminin qəlpəli yerdəyişmiş sınığı və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün aşağı 1/3-nin yerdəymiş qəlpəli sınığı xəsarətləri ilə Bərdə Müalicə və Diaqnostika Mərkəzi xəstəxanasına daxil olmasını bildirməsi, əsas isə həmin faktla bağlı toplanan material olmuşdur. Cinayət işinin 101-102-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 19 iyul 2023-cü il tarixli 532 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərsağ bazu sümüyünün aşağı 1/3-nin yerdəyimiş qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 19 iyul 2023-cü il tarixli 534 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərsol bud sümüyünün cisminin qəlpəli yerinidəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 58-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 67-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2n qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 95-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 07 avqust 2023-cü il tarixli 8/2295 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21703 markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yeni 100 km/ saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 46-50-ci vərəqələrində olan Price Consulting MMC–nin Yol-Nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli ƏQ-0020/2023 nömrəli Mütəxəssis Rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21061 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı, Ban-XTA210610K2158366, 1989-cu ilin buraxılışı olan minik avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərin ümumilikdə 04 iyun 2023-cü il tarixinə real bazar dəyəri: 3109 (üç min bir yüz doqquz) manat təşkil edir. Cinayət işinin 41-44-cü vərəqələrində olan Price Consulting MMC–nin Yol-Nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli ƏQ-0021/2023 nömrəli Mütəxəssis Rəyindən görünür ki, Təqsirləndirilən şəxs VAZ 21703 markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı, Ban- oğluna məxsus XTA217030C0340657, 2012-ci ilin buraxılışı olan minik avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərin ümumilikdə 04 iyun 2023-cü il tarixinə real bazar dəyəri: 2530 (iki min beş yüz otuz) manat təşkil edir. Cinayət işinin 18-ci vərəqəsində olan 608 nömrəli 01.06.023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman sərxoş olmamışdır. Cinayət işinin 130-134-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı yol-nəqliyyat hadisəsinin iştirakçısı Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21703 markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil və Vaz 21061 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobil cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. Cinayət işinin 136-cı vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan Vaz 21703 markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bərə Rayon Polis Şöbəsinin duracağından təhvil almışdır. Cinayət işinin 137-cı vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus olan Vaz 21061 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bərə Rayon Polis Şöbəsinin duracağından təhvil almışdır. Cinayət işinin 53-cü vərəqəsində olan Yeni Əyricə kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 92-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izahatlarında təqsirləndirilən şəxslərlə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin bu barədə ərizələri cinayət işinin matriallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 128 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Vaz 21703 markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Vaz 21061 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Vaz 21703 markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın İş üzrə maddi sübut kimi tanınmış Vaz 21061 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Qərardan, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar