Məhkəmə qərarları › İş №1(021)-173/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-173/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-173/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1973-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram miqdarında narkotik vasitə heroini əldə edərək 1 ədəd sellofan kəsiyinə bükülmüş halda əlində olan sarı rəngli sellofan torbanın içərisində gəzdirməklə sаxlаmış, Yevlax st.XPŞ-nin Ağdam st.XPM-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25 iyul 2021-ci il tarixdə saat 00.10 radələrində o, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Bərdə şəhər dəmiryol stansiyasının yaxınlığında qorunan dəmiryol keçidinin üstündə saxlanılaraq üzərində saat 01.35 radələrində müdafiəçi-vəkilin və hal şahidlərinin iştirakı ilə keçirilmiş şəxsi axtarış nəticəsində əlində gəzdirdiyi sarı rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram miqdarında narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüışdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəmir metal tullantıları yığıb satır. 2012-ci ildə həyat yoldaşından boşanmışdır, 24 yaşında Amin və 25 yaşında Fəda adlı iki oğlu var. Özü 8-9 aydırki narkotik vasitə istifadə edirəm. Narkotik vasitələrdən qanunsuz istifadə ütsündə birinci dəfədirki tutulur. Bərdə şəhər poliklinikasında narkoman kimi qeydiyyatda yoxdur. 2021-ci il iyulun 24-də saat təxminən 23.50 radələrində Füzuli küçəsi ilə dəmir yolunun kənarı ilə yaşadığı evə gedirmiş. Həmin vaxt yerdə siqaret qutusu görmüş və əyilib onu yerdən götürmüş. Qutunun içinə baxanda görmüş ki, qutunun dibində kiçik bir sellofan bükülü var. Sellofan bükülünü açıb baxanda görmüş ki, orada “kakos” deyilən narkotik vasitə heroin var. O, içərisində narkotik vasitə heroin olan bükülünü əlində olan içərisində yemiş alıb apardığı sarı rəngli sellofan torbanın içərisinə atıb özü ilə götürmüş, fikri var idi evə çatanda onu istifadə etsin. Daha sonra 15-20 dəqiqə ləngiyib Bərdə-Tərtər avtomobil yolunun üstündə yerləşən qorunan dəmiryol keçidinin yaxınlığında dayanıb mağazadan aldığı pivəni içmiş və sonra isə dəmir yolu keçidinin üstü ilə yolu keçib getmək istəyirmiş. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün onlarla birlikdə Bərdə dəmiryol stansiyasında olan Ağdam st.XPM-yə getməyini bildirmişlər. O, polis əməkdaşları ilə Bərdə dəmiryol stansiyasında yerləşən Ağdam st.XPM-yə getmiş. Orada müdafiəçi ilə təmin olunmaq hüququ olduğunu bildirmişlər və dövlət hesabına müdafiəçi İslam müəllimi dəvət etmişlər. Daha sonra 2 nəfər tanımadığı şəxsi də çağırmışlar, demişlər ki, onlar hal şahididirlər. Bundan sonra vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirmişlər. Həmin vaxt yerdən tapdığı narkotik vasitə heroin əlində olan sarı rəngli sellofan torbanın içərisində çıxmış. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, sonra zərfə qoyularaq qablaşdırılmış və üzərində qeydlər aparılaraq o, hal şahidləri və vəkil imza etmişlər. Daha sonra bu barədə protokol yazılmış, o, və digər iştirakçılar tərəfindən imza edilmiş. Əlavə olaraq göstərmişdir ki, həmin narkotik vasitə onundur, özü istifadə etmək üçün üstündə saxlamış, heç kimə satmaq məqsədi lmamışdır. Həmin narkotik vasitə olan heroinin onda olmasından heç kimin məlumatı olmayıb, o, bu barədə heç kimə deməmişdir. O, heç kimə narkotik vasitə verməmiş və satmamışdır, özü istifadə etmək üçün saxlamışdır. Əməlindən səmimi peşman olmasını və uşağının xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatında Bərdə şəhəri Füzuli küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməsi, narkotik vasitələri əldə etmə, saxlamaqda və gəzdirməkdə şübhəli olması və hər dəfə dəmir yolunun ərazisi sayılan Tərtər avtomobil yolunun üstündəki qorunan dəmiryolu keçidinin üstü ilə keçib getməsi bildirilirdi. Daxil olmuş məlumat barədə 24 iyul 2021-ci il tarixdə şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirməyin zəruri olduğunu bildirmiş. Bundan sonra həmin gün, yəni 24.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş. Sonra həmin tədbirdə iştirak etmək üçün şöbə rəisinin əmri ilə o, qrupun rəhbəri olmaqla Ağdam st.XPM-nin polis nəfələri, polis serjantları – Şahid2, Şahid5, Şahid4 və Şahid3 ibarət əməliyyat-axtarış qrupu yaradılmış. Bundan sonra 25.07.2021-ci il tarixdə saat 00.10 radələrində həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı görmüşlər ki, Təqsirləndirilən şəxs Bərdə dəmiryol stansiyasının yaxınlığında olan Tərtər avtomobil yolunun üstündəki qorunan dəmiryol keçidinin üstü ilə keçib gedir və onun əlində də sellofan torba var. Ona yaxınlaşıb üzərində narkotik vaistə olmasında şübhəli olduğunu və buna görə də Bərdə dəmiryol stansiyasında yerləşən Ağdam st.XPM-yə getməli olduğunu bildirmiş. Onlar Təqsirləndirilən şəxs Ağdam st.XPM-yə gətirmişlər, orada Yevlax st.XPŞ-nin təhqiqatçısı, polis mayoru Anar Rəhimov saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulması barədə qərar qəbul etmiş və onun hüquqlarını müdafiə etməsi və üstündə aparılacaq şəxsi axtarış zamanı iştirak etməsi üçün Bərdə rayon Vəkil bürosunun vəkili X2 dəvət etmiş. Bundan başqa şəxsi axtarışda iştirak etmək üçün 2 nəfər də hal şahidi qsimində dəvət olunmuş. Daha sonra vəkilin, hal şahidlərinin və tədbir iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şavarın sağ yan cibindən 4 manat kağız pul aşkar olunmuş. Onun əlində gəzdirdiyi sellofan torbanın içərisindən 2 ədəd yemiş və kiçik sellofan bükülü aşkar olunmuş. Həmin bükülünün içərisinə baxış keçirən zaman oradan toz şəklində narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükülünün içərisindən aşkar edilmiş maddənin “kakos” deyilən narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu və onu 2021-ci il iyulun 24-də saat təxminən 23.50 radələrində Füzuli küçəsi ilə dəmir yolunun kənarı ilə yaşadığı evə gedən zaman yerdən tapdığını, özü istifadə etmək üçün götürdüb saxladığını bildirmiş. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə bükülü ilə bir yerdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,32 qram olması müəyyən olunmuş və ekspertizaya təqdim edilməsi üçün zərfə qoyulub qablaşdırılaraq Yevlax st.XPŞ-nin zərflər üçün olan möhürü ilə möhürlənmiş, zərfin üzərində qeydiyyatlar aparılaraq müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış. Təqsirləndirilən şəxs üzərindən və əlində gəzdirdiyi selloafan torbadan cinayət xarakterli digər əşya aşkar olunmamışdı. Sonra şəxsi axtarış keçirilməsi barədə prоtоkоl tərtib edilmiş, o, və digər iştirаkçılаr prоtоkоllа tаnış оlub dоğruluğunu imzаları ilə təsdiq etmişlər. Məhkəmə Ekspertiza Mərkəzinin X4 ekspert rəyindən məlum olmuş ki, Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə - çəkisi 0,205 qram olan narkotik vasitə heroindir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı yolla əldə etməsi və ya satışı ilə məşğul olub-olmaması barədə hələlik məlumatı yoxdur, lakin bu istiqamətdə əməliyyat-axtarış tədbirlərimiz davam etdirilir. Əlavə yeni bir xüsusat məlum olarsa bu barədə dərhal istintaqa məlumat verəcəkdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 da oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid6 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 25 iyul 2021-ci il tarixdə saat 00.25 radələrində Bərdə dəmiryol stansiyasında işdə olan zaman stansiyada xidmət aparan Ağdam st.XPM-nin əməkdaşları ona yaxınlaşıb üstündə narkotik vasitə olmasında şübhəli olan bir nəfəri saxladıqlarını, həmin faktı yoxlamaq məqsədilə onun üstündə şəxsi axtarış aparılan zaman hаl şаhidi kimi iştirak etməyimi təklif etmişlər. O, razı olmuş və stansiyada yerləşən Ağdam st.XPMyə getdim və məntəqə rəisinin xidməti otağına daxil olmuş. Orada polis əməkdaşları, vəkil və sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi saxlanılan şəxs var idi. Ondan bаşqа həmin оtаğа stansiyanın böyük yük xəzinədarı işləyən Şahid7 də hаl şаhidi kimi dəvət etmişdilər. Sonra ona və digər hal şahidi Şahid7 təhqiqatçı Anar Rəhimov hal şahidi kimi onların işlərinin nədən ibarət olacağını, hüquq və vəzifələrini izah etmiş. Bundan sonra Təqsirləndirilən şəxs göstərib demişlər ki, həmin şəxsin üstündə və əlində olan sellofan torbada şəxsi axtarış aparacaqlar. O, Təqsirləndirilən şəxs əvvəllər tаnımırmış, onunla heç bir münаsibəti və ədavəti оlmаmışdır. Bundаn sоnrа Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış və onun əynindəki şalvarın sağ yan cibindən 4 ədəd 1 manatlıq kağız pul əskinası aşkar olunmuşdu. Onun əlində gəzdirdiyi sellofan torbanın içərisindən 2 ədəd yemiş və 1 ədəd sellofana bükülmüş bükülü aşkar edilmiş. Sellofan bükülünün içərisinə baxış keçirilən zaman onun içində toz şəklində maddə aşkar edilmiş. Həmin vаxt pоlis işçiləri Təqsirləndirilən şəxs soruşmuşlar ki, bu nədir? Təqsirləndirilən şəxs bildirmidi ki, sellofan bükülünün içərisindən aşkar edilmiş maddə “kakos” deyilən narkotik vasitə heroindir, həmin narkotik vasitə özünə məxsusdur və onu 2021-ci il iyulun 24-də saat təxminən 23.50 radələrində dəmir yolunun kənarı ilə yaşadığı evə gedən zaman yerdən tapmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş toz şəklində maddə selofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,32 qram olması müəyyən olunmuş və zərfə qoyulub qablaşdırılmış, zərfin üzərində qeydiyyatlar aparılaraq müdafiəçi, Təqsirləndirilən şəxs, o, və digər hal şahidi tərəfindən imzalanmış. Təqsirləndirilən şəxs üzərindən və əlində gəzdirdiyi sellofan torbadan cinayət xarakterli digər əşya aşkar olunmamış. Sonra şəxsi axtarış keçirilməsi barədə prоtоkоl tərtib edilmiş, ucadan oxunmuş, o, və digər iştirаkçılаr prоtоkоllа tаnış оlub dоğruluğunu imzаları ilə təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin Şəki Regiоnаl Bölməsinin 25 iyul 2021-ci il tarixli 17/541 sаylı ekspert rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üstündən аşkаr оlunmuş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 0,205 qrаm оlаn maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinə əlavə edilmiş Аzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Nаrkоlоci dispаnserinin 21 sentyabr 2021-ci il tаrixli 1116 №-li MNE rəyinə əsаsən Təqsirləndirilən şəxs: - nаrkоtik vаsitələrdən istifadə edir, - narkotik vasitə olan kannobioniddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzаb çəkir, - nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə ehtiyacı var, - nаrkоlоci kаbinetdə qeydiyyаtа alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş “Bərdə şəhər Poliklinikası” Publik hüquqi şəxsin 26 iyul 2021-ci il tаrixli 606, 21 sentyabr 2021-ci il tarixli 725 və 728 sаylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə şəhər Poliklinikası” Publik hüquqi şəxsin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram miqdarında narkotik vasitə heroini əldə edərək 1 ədəd sellofan kəsiyinə bükülmüş halda əlində olan sarı rəngli sellofan torbanın içərisində gəzdirməklə sаxlаmış, Yevlax st.XPŞ-nin Ağdam st.XPM-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25 iyul 2021-ci il tarixdə saat 00.10 radələrində o, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Bərdə şəhər dəmiryol stansiyasının yaxınlığında qorunan dəmiryol keçidinin üstündə saxlanılaraq üzərində saat 01.35 radələrində müdafiəçi-vəkilin və hal şahidlərinin iştirakı ilə keçirilmiş şəxsi axtarış nəticəsində əlində gəzdirdiyi sarı rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram miqdarında narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüışdür. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasının yüncülləşdiriən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25.07.2021-ci il tarixdən 26.07.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin ediməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Yevlax st.XPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan - nаrkоtik vаsitə heroinin ekspertizаdаn qаytаrılmış 0,155 qrаm çəkidə qаlığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 71,94 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25.07.2021-ci il tarixdən 26.07.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə şəhəri, Füzuli küçəsi ev 1 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax st.XPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan - nаrkоtik vаsitə heroinin ekspertizаdаn qаytаrılmış 0,155 qrаm çəkidə qаlığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 71,94 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar