Məhkəmə qərarları › İş №1(021)-173/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-173/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-173/2023 12.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hüsiyeva (Məmmədova) Aysel Şahin qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilmiş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla hazırda Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin A.Hüsüyevaya verilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qərardadını, həmçinin ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq Hüsiyeva (Məmmədova) Aysel Şahin qızına ödənilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 2924/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(021)-848/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5880,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Hüsiyeva (Məmmədova) Aysel Şahin qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Hüsiyeva (Məmmədova) Aysel Şahin qızı ilə 2010-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2010-cu ildə Əli və 2012-ci ildə isə Məhəmməd adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlardan mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs (Məmmədova) onu bir ər kimi sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2021-ci ilin əvvəllərindən ondan ayrılıb uşaqları ilə birlikdə ayrı yaşamışdır. Hüsiyeva (Məmmədova) Aysel Şahin qızı ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bərdə rayon ərazisində fəhlə olaraq işləməklə hər ay 400-500,00 manat qazancı olurdu. Aysel ona qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qərardadına əsasən ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq Hüsiyeva (Məmmədova) Aysel Şahin qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixli təqdimatda qeyd edilən cəmi 5880 manat aliment borcunu ödəməmişdir. Həbs olunanadək Qala kəndində həmkəndlisi usta-bənna Ramil adlı şəxsin yanında fəhlə kimi işləməklə hər günə 15-20 manat əmək haqqı almışdır. Zərərçəkmiş şəxs (Məmmədova) ona birgə nikahdan olan uşaqlarını göstərmədiyi üçün onunla prinsipə düşüb aylıq aliment borcunu ödəmirdi. Uşaqlarla ünsiyyətdə olmaqla bağlı məhkməyə heç bir müraciət etməmişdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün məşğulluq mərkəzinə müraciət etməmişdir. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ödəniş etməyə maddi imkani yoxdur. Əməlindən peşman olduğunu bildirdi və ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs Hüsiyeva (Məmmədova) Aysel Şahin qızı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, nikahları xx.xx.2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından 2010-cu ildə Əli və 2012-ci ildə Məhəmməd adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs onu yersiz təhqir edirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2021-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşaqları ilə birlikdə ayrı yaşamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Bərdə rayonu ərazisində fərdi qaydada fəhlə kimi işləməklə hər ay 500-600,00 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın ləğv edilməsi və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı, qərardadına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Həmin qərardad üzrə verilmiş icra vərəqəsi xx.xx.2021-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs həmin qərardad üzrə yaranmış aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Həmçinin Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı, qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə cinayət təqibi üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixədək hər iki icra işi üzrə cəmi 5880,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla Əli Məmmədovun və Məhəmməd Məmmədovün yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq Hüsiyeva (Məmmədova) Aysel Şahin qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədləri icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(021)-848/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2023cü il tarixədək tələbkar Hüsiyeva (Məmmədova) Aysel Şahin qızına 5880,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini qərəzli icra etməməsini bildirdi. Cinayət işinin 1-2-ci vərəqələrində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanılmasına səbəb qanuni qüvvəyə minmiş Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qərardadının və həmin məhkəmənin 02 noyabr 2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qətnaməsinin Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi ilə bağlı Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş 12 aprel 2023-cü il tarixli təqdimat, əsas isə həmin fakta görə toplanmış materiallar olmuşdur. Cinayət işinin 138-139-cu vərəqələrində olan 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı icra vərəqəsindən görünür ki. xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2012-ci il təvəllüdlü uçaqların saxlanılmaları Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdən başlayaraq (barışıq müddətində) X6 xeyrinə hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutulması müəyyən olunmuşdur. Cinayət işinin 14-cü vərəqəsində olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 49-50-ci vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 8(021)323/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Cinayət işinin 82-86-cı vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinli yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulub X6 xeyrinə verilməsi qət olunmuşdur. Cinayət işinin 81-ci vərəqəsində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinli yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulub X6 xeyrinə verilməsi müəyyən olunmuşdur. Cinayət işinin 89-cu vərəqəsində olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 91-ci vərəqəsində olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri bir icraatada birləşdirilmişdir. Cinayət işinin 33-37-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 3(021)848/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı icra sənədləri üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tənbehi tətbiq olunmuşdur. Cinayət işində olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qərardadını və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(003)-2924/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X7 Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bərdə rayonu, Alaçadırlı kənd sakini Təqsirləndirilən şəxs məşğulluq sahəsində göstərilən xidmətlərlə bağlı Filiala müraciət etməmiş, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyatdan keçməmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilmişdir. Cinayət işinin 115-125-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən əvvəl törətmişdir. Belə olan halda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə üzərində saxlanılmış 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının 4 ay 23 gününü çəkdiyindən hazırkı hökmlə ona cinayətlərin məcmusu üzrə təyin olunmuş qəti cəzadan çıxılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını 20 aprel 2023-cü il tarixdən müəyyən etmiş və hazırkı hökm isə 12 sentyabr 2023-cü il tarixdə elan olunur. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 04 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Buna görə də Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi zəruri olmamışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66-ci maddəsinə əsasən ona hazırkı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti cəza təyin olunmalı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkdiyi müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli Qərarının 17ci bəndinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyindən, hazırkı cinayət işi üzrə təyin olunan cəza həmin hökmlə təyin olunmuş cəza ilə toplanıldığından o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən X2 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə qismən birləşdirilməklə qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X2 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)361/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının çəkilmiş 4 (dörd) ay 23 (iyirmi üç) günü hazırkı hökmlə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) ay 07 (yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X1 cəzasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın və onun hazırda həbsdə olması nəzərə alınsın. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar