Məhkəmə qərarları › İş №1(021)-174/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-174/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-174/2022 23.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 4-də qeydiyyatda olmaqla şübhəli şəxs kimi tutulanadək həmin ünvanda yaşamış, Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ünvan 1ridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd sellofan bükümdə qanunsuz əldə edərək yaşadığı ünvan 2 ünvanında yataq otağında olan çarapyıdakı döşəyin altında saxlamış, 22 iyun 2022-ci il tarixdə saat 06:30 dəqiqədə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdən, yəni yataq otağında olan çarapyıdakı döşəyin altında saxladığı təmiz çəkisi 1,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəli olmaqla üç övladı var. Özünə məxsus “Vaz 2107” markalı minik avtomobil ilə Bərdə rayonunun kəndlərində və başqa rayonlarda səyyar ev əşyaları satmaqla ailəsini dolandırmışdır. Təxminən 6 ay bundan əvvəl narkoik vasitə olan marixuanadan və heroindən istifadə etməyə başlamışdır. 15 iyun 2022-ci il tarixdə yaşadığı evdən təxminən 200 metr aralıda dəmir yolunun kənarı ilə piyada gedərkən dəmir yolunun kənarında siqaret qutusunun sellofanına bükülü vəziyyətdə olan bir ədəd büküm görmüş, bükümü açaraq içərisinə baxanda heroin olduğun bilmişdir. Özü istifadə etdiyi üçün həmin heroini cibinə qoyaraq yaşadığı evdə yatdığı çarpayının üstündə olan döşəyin altına gizlətmiş, həmin heroindən iki dəfə istifadə etdikdən sonra qalığını yatdığı çarpayının üstündə olan döşəyin altında gizlətmişdir. 22 iyun 2022-ci il tarixində təxminən saat 06:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları onun yaşadığıünvana gəlmişlər, onu çölə çağıraraq evində narkotik maddə olmağı barədə məlumatlarının olmasını və evinə baxış keçirtmə isdədiklərini bildirmişlər. O, evinə baxış keçirilməsi üçün ərizə təqdim etmiş, evə baxış zamanı polis əməkdaşları ona yaşadığı evdə və həyətində qeyri-qanuni əşya, predmet, narkotik maddə varsa könüllü təqdim etməsini təklif etmişlər. O, könüllü olaraq yaşadığı evin yataq otağındakı çarpayının üstündə olan döşəyin altında gizlətdiyi bir ədəd sellofan bükümdə olan heroini polis əməkaşlarıa təqdib etmiş, onun iştirakı ilə götürülən narkotik vasitə olan heroin elektron tərəzi iləçəkilmiş, çəkisi 1,53 qram olan narkotik vasitə heroin qablaşdırılmış, möhürlənmiş, qablaşdırılmış zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra yaşadığı evin digər otaqlarına və həyətində baxış keçirilmiş, narkotik maddə və yaxud başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. Polis əməkdaşları ilə birlikdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gəlmiş, vəkilin iştirakı və onun razılığı ilə üzərində şəxsi axtarış aparlmış, narkotik maddə və yaxud qeyri-qanuni əşya aşkar edilməmişdir. Sorğu zamanı polis əməkadaşlarına narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis baş leytenantıdır. 22 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitəni yaşadığı evdə saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuş, buna görə də, onun və Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X7 və Bərdə rayon Polis Şöbəsinin X2 Baş inspektoru, kriminalist Şahid2 və baş təhqiqatçı Fərid Hüseynov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin darvazasına çağırmışlar. Onun yaşadığı evdə şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin olmasında şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra Hünnər Əliyevin yaşadığı evdə ərizəsi əsasında baxış keçirməyə başlamışlar. Baxış zamanı evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan yatağın döşəniyini qaldıraraq orada olan narkotik vasitəyə bənzər kütələni baş təhqiqatçı Fərid Hüseynova təqdim etmişdir. Fərid Hüseynov tərəfindən həmin narkotik vasitəyə bənzər kütlənin nə olması soruşulmuş, Fərid Hüseynov isə həmin narkotik vasitənin heroin olmasını bildirmişdir. Bərdə rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı X12 Əliyevin təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütləni elektron tərəzisi vasitəsi çəkmiş, çəkisi 1,53 qram gəldikdən sonra xüsusi qaydada qablaşdırılmış və Azərbaycan Respubnlikasının DİN-nin 94 saylı arayışlar üçün möhürü ilə möhürləmiş və iştirakçılar tərəfinndən narkotik vasitəyə bənzər kütləni qoyduqları zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqları və həyat yanı sahəyə baxış keçirilmiş, lakin sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmişdir. Baxış bitkdikdən sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə dəvət edilmiş, Bərdə rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqlarını müdifə etmək üçün müdafiəçisi olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə müdafiəçisinin olmadığını bildirdikdən sona dövlət hesabına fəaliyyət göstərən vəkillərin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahdan dövlət hesabına Bərdə rayon Vəkli bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Müdafiəçi iştirakı ilə baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyəti kəsb edən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Bərdə rayon ərazisindən, dəmir yolunun kənarından yəni yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirmişdir ki, o, Bərdə rayon X4-Tədqiqatlar qrupunun ekspert-krminalisti vəzifəsində xidmət edir. 22 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitəni yaşadığı evdə saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuş, buna görə də, onun və Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X7 və baş təhqiqatçı Fərid Hüseynov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin darvazasına çağırmışlar. Onun yaşadığı evdə şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin olmasında şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra Hünnər Əliyevin yaşadığı evdə ərizəsi əsasında baxış keçirməyə başlamışlar. Baxış zamanı evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan yatağın döşəniyini qaldıraraq orada olan narkotik vasitəyə bənzər kütələni baş təhqiqatçı Fərid Hüseynova təqdim etmişdir. Fərid Hüseynov tərəfindən həmin narkotik vasitəyə bənzər kütlənin nə olması soruşulmuş, Fərid Hüseynov isə həmin narkotik vasitənin heroin olmasını bildirmişdir. Bərdə rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı X12 Əliyevin təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütləni elektron tərəzisi vasitəsi çəkmiş, çəkisi 1,53 qram gəldikdən sonra xüsusi qaydada qablaşdırılmış və Azərbaycan Respublikasının DİN-nin 94 saylı arayışlar üçün möhürü ilə möhürləmiş və iştirakçılar tərəfinndən narkotik vasitəyə bənzər kütləni qoyduqları zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqları və həyat yanı sahəyə baxış keçirilmiş, lakin sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmişdir. Baxış bitkdikdən sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə dəvət edilmiş. Bundan sonra Müdafiəçi iştirakı ilə baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyəti kəsb edən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Bərdə rayon ərazisindən, dəmir yolunun kənarından yəni yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 Sergey oğlu ifadə verərək bildirmişdir ki, 22 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitəni yaşadığı evdə saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuş, buna görə də, o, Bərdə RPŞ-nin X2 Baş inspektoru, kriminalist Şahid2 və baş təhqiqatçı Fərid Hüseynov ilə birlikdə. Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra Hünnər Əliyevin yaşadığı evdə ərizəsi əsasında baxış keçirməyə başlamışlar. Baxış zamanı evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan yatağın döşəniyini qaldıraraq orada olan narkotik vasitəyə bənzər kütələni baş təhqiqatçı Fərid Hüseynova təqdim etmişdir. Fərid Hüseynov tərəfindən həmin narkotik vasitəyə bənzər kütlənin nə olması soruşulmuş, Fərid Hüseynov isə həmin narkotik vasitənin heroin olmasını bildirmişdir. Bərdə rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı X12 Əliyevin təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütləni elektron tərəzisi vasitəsi çəkmiş, çəkisi 1,53 qram gəldikdən sonra xüsusi qaydada qablaşdırılmış və Azərbaycan Respublikasının DİN-nin 94 saylı arayışlar üçün möhürü ilə möhürləmiş və iştirakçılar tərəfindən narkotik vasitəyə bənzər kütləni qoyduqları zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqları və həyat yanı sahəyə baxış keçirilmiş, lakin sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmişdir. Baxış bitkdikdən sonra Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyəti kəsb edən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Bərdə rayon ərazisindən, dəmir yolunun kənarından yəni yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin 22 iyun 2022-ci il tarixli 16/700 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində “Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,185 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə rayonlararası narkoloji xəstəxanasının 20 avqust 2022-ci il tarixli 1222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 22 iyun 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı yataq otağındakı çarpayıda olan döşəyin altında bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, həmin maddələr baş təhqiqatçı Fərid Hüseynov tərəfindən qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan əməliyyat tapşırığına Bərdə rayon Polis Şöbəsinin 29 avqust 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs aşkarlanmamış, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi məqsədilə üzərində saxladığı müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 22 iyul 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş içərisində 1 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 1,185 qram heroinin tədqiqatdan sonrakı qalığı 1,135 qram heroin olan 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış keçirilən zaman və evinə baxış keçirilən zaman çəkilmiş video görüntülərin əks edildiyi 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış, İçərisində narkotik vasitə heroin olan 1 ədəd möhürlənmiş zərf Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir İş materiallarında olan 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 23 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd sellofan bükümdə qanunsuz əldə edərək yaşadığı ünvan 2 ünvanında yataq otağında olan çarapyıdakı döşəyin altında saxlamış, 22 iyun 2022-ci il tarixdə saat 06:30 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdən, yəni yataq otağında olan çarapyıdakı döşəyin altında saxladığı təmiz çəkisi 1,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd sellofan bükümdə qanunsuz əldə edərək yaşadığı ünvan 2 ünvanında yataq otağında olan çarapyıdakı döşəyin altında saxlamış, 22 iyun 2022-ci il tarixdə saat 06:30 dəqiqədə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdən, yəni yataq otağında olan çarapyıdakı döşəyin altında saxladığı təmiz çəkisi 1,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı övladlarının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun Bərdə rayon Polis Şöbəsində 22 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, həbs qətimkan tədbirinin seçildiyi 29 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 25 gün həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 4 ünvanındakı yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu məhkəmə iclasına gəlməkdən yayındığından Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixi qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərar ilə hazırki cinayət işi üzrə icraat təzələnmişdir. Belə ki, Bərdə rayon Polis Şəbəsindən daxil olmuş 38879 saylı 03 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə Bərdə rayonu ərazisində tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X5 təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və sonuncu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş içərisində 1 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 1,185 qram heroinin tədqiqatdan sonrakı qalığı 1,135 qram heroin olan 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış keçirilən zaman və evinə baxış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk cinayət təqibi üzrəəhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrəəhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmalı, içərisində narkotik vasitə heroin olan 1 ədəd möhürlənmiş zərf Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 1 (bir) ədəd qırmızı kağız bükümdə, ümumi təmiz çəkisi 1,185 qram heroin tədqiqatdan sonrakı qalığı 1,135 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “DVD” cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun Bərdə rayon Polis Şöbəsində 22 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, həbs qətimkan tədbirinin seçildiyi 29 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 25 gün həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 4 ünvanındakı yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs оğlu oğlunun yaşayış yeri üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd qırmızı kağız bükümdə, ümumi təmiz çəkisi 1,185 qram heroin tədqiqatdan sonrakı qalığı 1,135 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs оğlu oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m/h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar