Məhkəmə qərarları › İş №1(021)-174/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-174/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-174/2023 14.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X28 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi X6 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, 2023-cü ilin mart ayında Bərdə rayonu Dəymədağıldı kəndində özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİİ Siyahılarına əsasən, xeyli miqdarda, yəni 8 (səkkiz) ədəd ümümi təmiz çəkisi 435 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, bundan başqa satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən, 6 (altı) ədəd göy rəngli kağız bükümlərdə, 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 1(bir) ədəd şəffaf sellofan bükümdəki 1 (bir) ədəd yarımçıq kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,32 qram, 0,23 qram, 0,32 qram, 0,27 qram, 0,13 qram, 0,30 qram, 0,32 qram və 1,55 qram olmaqla, ümumi təmiz çəkisi 3,71 qram olan və 2 (iki) ədəd “Argo” markalı siqaret dənəsində tütünlə birlikdə ümumi təmiz çəkiləri 0,30 qram və 0,17 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkiləri 0,06 qram və 0,04 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 22 may 2023-cü il tarixdə saat 1530 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 8 (səkkiz) ədəd ümümi təmiz çəkisi 435 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus olan və Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən və 6 (altı) ədəd göy rəngli kağız bükümlərdə, 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf sellofan bükümdəki 1 (bir) ədəd yarımçıq kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,32 qram, 0,23 qram, 0,32 qram, 0,27 qram, 0,13 qram, 0,30 qram, 0,32 qram və 1,55 qram olmaqla, ümumi təmiz çəkisi 3,71 qram olan və 2 (iki) ədəd “Argo” markalı siqaret dənəsində tütünlə birlikdə ümumi təmiz çəkiləri 0,30 qram və 0,17 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkiləri 0,06 qram və 0,04 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana isə fərdi yaşayış evinin yataq otağında olan çarpayının döşəyinin altından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, verilən ittihama görə, guya Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onun həyətində 8 ədəd çətənə kolunu və yaşadığı evdə çoxsaylı bükümlərdə və kibrit qutusunda olan marixuananı aşkar etmişlər. Lakin bütün yazılanlar yalandır. xx.xx.2023-cü il tarixdə kəndlərində olan yas mərasimində iştirak etdikdən sonra yaşadığı evə qayıtmışdır. Onun yaşadığı ev atası evi ilə qonşudur. Atası evində isə mərhum qardaşının ailəsi yaşayır. İki evin arasında cığır var və həmin cığırla öz həyətinə keçərkən onun yaşadığı həyətdə bir nəfər mülki geyimli şəxsin ona tərəf gəldiyini görmüşdür. Həmin şəxs özünün polis əməkdaşı olduğunu deyib onun əlini qandallamışdır. Polis əməkdaşı üstünü axtarmaq adı ilə əlini onun cibinə salmış və əlinin içində gizlətdiyi kibrit qutusunu cibinə salıb çıxarmış və ona təzyiq edərək “bu nədi, cibində marixuana var?” demişdir. Əslində isə onun cibində heç nə olmamışdır, həmin kibrit qutusu isə onun deyildir. Həmin vaxt yaşadığı evin qapısından başqa bir polis əməkdaşı çıxaraq evdən dörd ədəd içərisində marixuana dolu kibrit qutusu tapdığını bildirmişdir. Bütün bunlarla yanaşı azyaşlı oğlunu polis əməkdaşları həyətdə olan hamama salıb hamamın qapısını çöldən bağlamışlar. Arvadı evdə olmamış, zəng edərək arvadını evə çağırmış, o gəldikdən sonra polis əməkdaşları arvadını da evin bir otağına salıb qapını çöldən bağlamışlar. Özü narkotik vasitə istifadəçisidir, 5-6 ildir marixuanadan istifadə edir. Bunu da Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına özü etiraf etmiş və bildirmişdir ki, həyətində 2 (iki) ədəd çətənə kolunu öz istifadəsi üçün əkmişdir. Çətənə kollarından birini özü yaşadığı həyətində əkmiş, digərini isə mərhum qardaşının yaşadığı, atasından qalmış həyətin bağında əkmişdir. Çətənə kollarının yerini də könüllü olaraq polis əməkdaşlarına göstərmişdir. Yaşadığı evdə köynəyinin cibində bir ədəd kibrit qutusunun içində isə cəmi iki siqaretlik marixuana olmuşdur. Onun həyətində 2 ədəd çətənə kolundan başqa çətənə kolu olmamış və bir ədəd kibrit qutusunun içərisində olan iki siqaretlik marixuanadan başqa ayrı narkotik vasitə olmamışdır. Bərdə RPŞ-nin qeyd etdiyi, həyətinin çəpərindən kənarda tapılan 6 (altı) ədəd çətənə kolu və qalan 3 ədəd bükümlərdə və kibrit qutusunda olan marixuana onun deyil. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının qeyd etdiyi 6 ədəd çətənə kolu onun yaşadığı evin həyət hasarından çöldə, su arxının kənarında kolluqlarda bitən yabanı çətənə kolu olmuşdur. Həmin ərazi kolluq olmaqla, daima yabanı şəkildə çətənə kolları bitmişdir. Polis əməkdaşları ona təzyiq, təsir, hədə-qorxu gələrək, hətta ailəsini bu işə qatacaqlarını deyərək, 8 ədəd çətənə kolunun, 4 ədəd bükümlərdə və kibrit qutularında olan marixuananın ona məxsus olmasını etiraf etməsini, o cümlədən, videoçəkiliş zamanı hər şeyi boynuna alıb etiraf etməsini ona demişlər. Onu nalayiq ifadələrlə təhqir edərək etiraf etməsini tələb etmiş, etiraf edəcəyi halda cəmi iki gün onu Bərdə RPŞ-nin müvəqqəti saxlama yerində saxlayıb sonra isə buraxacaqlarını bildirmişlər. Polis əməkdaşları ona kişi sözü vermiş və iki gündən sonra hər şeyin bitəcəyini bildirmişlər. O da polis əməkdaşlarının sözünə inanıb, ailəsinin, uşağının xatirinə razı olmuşdur. Razı olduqdan sonra isə təxminən iki saatdan sonra çəkiliş qrupu və aqronom dəvət olunmuş, o da bütün olanları etiraf etmiş və çəkiliş aparmaqla 8 ədəd çətənə kolunun və guya evindən “tapılan” marixuananın ona məxsus olmasını etiraf etmişdir. Daha sonra onu Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. Onu otaqlardan birində əyləşdirmiş, iki nəfər narkotik vasitə isitfadəçisinin adını verməsini təklif etmiş, adlarını veridyi təqdirdə onu buraxacaqlarına söz vermişlər. O isə heç kimi tanımadığını və elə bir iş görməyəcəyini demişdir. Narkotik vasitə istifadəçisi olsa da, narkotiklərin satışı ilə məşğul olmamışdır. Köynəyinin cibində bir ədəd kibrit qutusunda olan marixuana açıq şəkildə olmamışdır. 6 ədəd çətənə kolu həyətinin çəpərindən çöldə, çəpəri ilə yol qırağı arxın arasındakı ərazidə yabanı halda bitmişdir. Evə gələndə, yəni həyətə girərkən uşaq hamamda olmuş, hamamdan çıxmaq istəyəndə polis əməkdaşları övladını hamamdan çıxmağa qoymamış, hamamın qapısını çöldən bağlamışlar. Uşağı, yoldaşı evə gəldikdən sonra buraxmışlar. Polis əməkdaşları onu saat 1430-da saxlamış, lakin təhqiqatçı və aqronom saat 1600-da gəlmişdir. Həqiqətən ona məxsus olan kibrit qutusu evdə, köynəyinin cibində olmuşdur. Digər kibrit qutuları və bükümlər onun olmamış, haradan tapıldığından xəbəri olmamışdır. Uşağı 30 dəqiqyə yaxın hamamda, ağzı bağlı vəziyyətdə qalmışdır. Həyətyanı sahəsində cəmi 3 ədəd çətənə toxumu əkmiş, ondan 2 ədədi bitmiş, 1 ədədi isə bitməmişdir. Qalan 6 ədəd koldan onun xəbəri yoxdur. Hasardan çöldə bitən çətənə kollarına qulluq etməmiş, onlar yabanı halda bitmişlər. Hasarı ilə su arxının arasında olan ərazidən onlar istifadə etmirlər. Həmin ərazidə həmişə yabanı halda kollar, o cümlədən çoxsaylı çətənə bitkiləri bitir, hər il kənd bələdiyyəsi təmizlik məqsədi ilə arxın kənarındakı kolları biçdirir. Arxın kənarında yabanı halda bitən çətənə kollarından onun xəbəri olmayıbdır. O, İİ dərəcə gözdən əlildir, bir daha narkotik vasitə əkib-becərməyəcəyinə vəd verir. Böyük oğlu Laçın bölgəsində hərbi xidmət edir və sərhədlərimizi qoruyur. Digər oğlu isə azyaşlıdır. Göstərdiklərinin nəzərə alınmasını, ona rəhm edilməsini və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs saxlanılarkən yaşayış yerinə baxış keçirilməsi zamanı çəkilən DVD diskə baxış keçirilmiş, baxış zamanı görüntülərdən müəyyən olunmuşdur ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları (təhqiqatçı, əməliyyatçı), aqronom və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı həyətin hasarının bayır tərəfində çəkiliş aparılmış, çəkiliş zamanı həyətin hasarı ilə yolqırağı su arxının arasında olan ərazidə, hasarın bayır tərəfdən dibində kolluqların arasında 3 ədəd iri gövdəli, 3 ədəd xırda gövdəli çətənə kolunun olduğu müəyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs öz yaşadığı evin həyətyanı bağında əkdiyi 1 ədəd və qonşu evin, yəni Təqsirləndirilən şəxs mərhum qardaşının yaşamış olduğu ata evinin həyətyanı bağında əkdiyi 1 ədəd çətənə kolunu çəkiliş qrupuna təqdim etmişdir. Təqsirləndirilən şəxs çəkilişdən qabaq Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona təzyiq və təsir göstərildiyini bildirməmiş, çəkiliş aparılarkən çətənə kollarının onun tərəfindən əkildiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 Mühafizə Fumiqasiya və Zərərsizləşdirmə Mərkəzinin aparıcı aqronomu Şahid4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməsi ilə bağlı Bərdə rayonu Dəymədağıldı kəndinə mütəxəssis kimi dəvət olunmuşdur. Bərdə rayonu Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq yaşadığı evin həyətinin dəmir hasarının çöl tərəfində olan su arxının kənarında 6 (altı) ədəd çətənə kolunu göstərərək, özü əkdiyini bildirmişdir. Qeyd olunan 6 (altı) ədəd çətənə kolundan 3 (üç) ədədi xırda, digər 3 (üç) ədədi isə iri gövdəli kollar olmuşdur. Polis əməkdaşlarının sualına cavab olaraq Təqsirləndirilən şəxs öz yaşadığı evin həyətyanı bağ hissəsində 1 (bir) ədəd və deməsinə görə qardaşına məxsus qonşu evin həyətyanı bağ hissəsində isə 1 (bir) ədəd çətənə kolunu göstərərək özü tərəfindən əkildiyini bildirmişdir. Hər hansı bir bitkiyə qulluq olunursa, həmin bitki güclü inkişaf edir, qulluq olunmayan isə zəif inkişaf edir. Adətən çətənə kollarına qulluq edərkən peyin şirəsi verilir, dibi boşaldılır, şərbət verilir. 6 (altı) ədəd çətənə kolu həyətdən çöldə əkilmişdir. Çöldə əkilən çətənə kollarının dibi boşaldılmış, qulluq olunmuş və inkişafda olan kollar olmuşdur. Çəkiliş zamanı, ondan öncə və sonra Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir zorakılıq, təsir və ya təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması, dövriyyəsi və çətənə kollarını əkib becərməsi ilə bağlı Bərdə RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində yaşadığı evdə çarpayının altından 11 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Çətənə kolları isə həyətdə və həyətdən kənarda aşkar edilmişdir. Cəmi 8 ədəd kol olmuş, onlardan 2 ədədi həyətdə, 6 ədədi isə həyətdən kənarda olmuşdur. Həyətdən kənarda aşkar edilmiş 6 ədəd kol su arxının kənarında çəkilmiş dəmir hasarın dibində əkilmiş, kollar qulluq edilmiş vəziyyətdə olmuşdur. Kolları və evdə çarpayının altında olan narkotik vasitələri Təqsirləndirilən şəxs özü polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin satılması halı sübuta yetirilməmişdir. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir zorakılıq, təsir və ya təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun ekspert-kriminalisti Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, satışı və çətənə kollarının əkilibbecərməsi ilə bağlı Bərdə RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində yaşadığı evdə saxlanılmışdır. Tərəfindən videoçəkiliş etməklə Bərdə RPŞ-nin əməkdaşlarının və aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs evində heç bir narkotik vasitə aşkar olunmamışdır. Çəkiliş zamanı Bərdə RPŞ-nin əməkdaşları Şahid2 və təhqiqatçı iştiak etmişdir. Çəkiliş aparılarkən həyətdə və ya evdə Təqsirləndirilən şəxs ailə üzvlərini görməmişdir. Cəmi 8 (səkkiz) ədəd çətənə kolu aşkar olunmuş, həmin çətənə kollarından 2 (iki) ədədi həyətin daxilində, 6 (altı) ədəd isə həyətdən kənarda bitili vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir zorakılıq, təsir və ya təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması, satması və çətənə kollarını əkib becərməsi ilə bağlı Bərdə RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində yaşadığı evdə saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkilmiş və qulluq edilmiş çətənə kolları aşkar olunmuşdur. İlk əvvəl həyətə Bərdə RPŞ-nin əməliyyat müvəkkili Şahid1lə o getmiş, həmin vaxt Təqsirləndirilən şəxs həyətdə olmuşdur. O, həyətdə uşaq görməmişdir. Təhqiqatçının nə vaxt gəldiyi yadında deyil. Narkotik vasitəni Şahid1 aşkar etmişdir. Çətənə kolları həm həyətdə, həm də həyətdən çöldə, hasarın qırağında aşkar olunmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş və evdə axtarış zamanı özü könüllü təqdim etmişdir. Çətənə kolları hasardan çöldə təmizlənmiş ərazidə əkilmiş, həmin kolları Təqsirləndirilən şəxs özü polis əməkdaşlarına göstərmişdir. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir zorakılıq, təsir və ya təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Əri Təqsirləndirilən şəxs tutulan günü o, sahədə günəmuzd işləmişdir. Əri ona zəng edib evə gəlməsini bildirmiş, evə gəldikdə görmüşdür ki, əri həyətdə əli-qolu bağlı vəziyyətdə oturub, həyətdə isə polis əməkdaşları var. Polis əməkdaşları azyaşlı oğlu X15 isə həyətdə olan hamama salıb hamamın qapısını çöldən bağlamışlar. Həyətlərinin hasarının bir hissəsi dəmir, qalan hissəsi isə kolluqdan ibarətdir. Həyətlərinin yan tərəfindən keçən su arxının onların həyətlərinə heç bir aidiyyəti yoxdur. Su arxının qırağında olan 2 metr sahə onların həyətinə aid deyil. Həyətə gələndə həyətdə üç nəfər tanımadığı şəxs olmuş, sonradan başqa şəxslər də gəlmiş və onu azyaşlı oğlu Nihadla birlikdə həyətdən çölə çıxarmışlar. Əri Kamil əlləri bağlı vəziyyətdə həyətdə qalmışdır. Sahədən gəlib evə girəndə evdə bütün əşyaların dağıldığını, evdə axtarış apararaq bütün əşyaları ortalığa tökdüklərini görmüşdür. Yaşadıqları evdə narkotik vasitə olmamışdır. Əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Həyətdə 2 (iki) ədəd çətənə kolunun olmasından xəbəri olmuşdur. 2 (iki) ədəd çətənə kolundan başqa əri Təqsirləndirilən şəxs başqa çətənə kolları əkməmiş, qulluq etməmişdir. Evin içərisinə baxış keçirilərkən polis əməkdaşları onlara evə girməyə icazə verməmişlər. Kamil evdə heç vaxt narkotik vasitə saxlamamışdır. Su arxı ilə onların hasarının arasında 2 metr məsafə var. Həmin ərazidən onlar istifadə etmir, ora adətən zibil tullantıları atırlar. Su arxının kənarında olan çətənə kollarının Kamilə heç bir aidiyyəti yoxdur. Onları Kamil əkməmişdir. Su arxının digər tərəfi yoldur, onların həyətinə tərəf olan 2 metrlik ərazidə isə gediş-gəliş yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X5 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Rayon Təhsil Sektorunun metodisti X8 iştirakı ilə dindirilmiş xx.xx.2014-cü il təvəllüdlü X19 ifadə verərək göstərdi ki, həyətdə hind quşları otarmış, həmin vaxt atası yas mərasimində, anası isə sahədə işdə olmuşdur. Həyətə iki nəfər polis gəlmiş və atasının əsgər yoldaşını axtardıqlarını deyib, atasının harda olduğunu soruşmuşlar. Atası həyətə gələndə polis əməkdaşları atasının əllərini bağlamışlar. Polis əməkdaşlarından atasını hara apardıqlarını soruşmuş, polis əməkdaşları atasını iki gündən sonra buraxacaqlarını bildirmişlər. Həyətdə üç nəfər polis əməkdaşı olmuşdur. Polis əməkdaşları onu hamama salaraq qapını bağlamış, anası gəldikdən sonra onu buraxmışlar və anası ilə birlikdə evin yan tərəfinə aparmışlar. Məhkəmə tərəfindən xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətinin baxışı keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həyətin giriş hissəsindən qarşıda sol tərəfdə Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə yaşadığı fərdi yaşayış evi yerləşir. Həyətin sağ hissəsi isə həyət boyu dəmir hasardan ibarətdir. Dəmir hasarın sonunda fanerdən tikilmiş, üstü örtülü dam vardır. Həyətin sağ hissəsində həyət boyu çəkilmiş dəmir hasarla fanerdən tikilmiş dam arasında eni təxminən bir metr olan açıq hissədən su kanalının hövzəsinə çıxış var. Su kanalı ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinin dəmir hasarı arasında təxminən 1.5 metr enində və Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyəti boyu uzunluğunda mühafizə zolağı mövcuddur. Qeyd olunan mühafizə zolağı Təqsirləndirilən şəxs və onun ailəsi tərəfindən istifadə olunur. Təqsirləndirilən şəxs həmin mühafizə zolağından ailə üzvləri ilə birlikdə istifadə edərək zibil tullantılarını atdıqlarını, qeyd olunan muhafizə zolağından onlardan başqa kimsənin istifadə etmədiyini bildirdi. Baxış zamanı həmin su kanalının mühafizə zolağına digər qonşuların çıxışının olmadığı müəyyən edildi. İş materiallarında olan: “Baxış və götürmə haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Bərdə RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun ekspert-kriminalisti Şahid3, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, X29 Mühafizə Fumiqasiya və Zərərsizləşdirmə Mərkəzinin aparıcı aqronomu Şahid4 və Bərdə rayonu Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik vasitə hesab edilən çətənə kollarına bənzər bitkilərə baxış keçirilir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin giriş darvazası yoxdur. Həyətyanı sahə sağ tərəfdən metal arakəsmə ilə çəpərlənmişdir. Həyətyanı sahənin mərkəzində 1 mərtəbəli fərdi yaşayış evi, yaşayış evinin ətrafında isə bağ və bostan-əkin sahəsi vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində bir neçə yerdə narkotik vasitə hesab edilən çətənə (kannabis) bitkilərini əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə sağ tərəf çəpərin arxasında əkdiyi 6 ədəd çətənə kollarını göstərmiş, həmin 6 ədəd çətənə kolları proses iştirakçıları tərəfindən torpaqdan çıxarılaraq ağ rəngli kisəyə yerləşdirilmiş, həmin bitkilərin 3-ü kiçik ölçülü, 3-ü isə orta boylu, hündürlüyünün 50 sm olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri özü əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədə daha 2 ədəd çətənə kolu əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin sol tərəfində əkin yerində əkdiyi 1 ədəd çətənə koluna bənzər bitkini göstərmiş, həmin bitki də iştirak edən polis əməkdaşı tərəfindən torpaqdan çıxarılaraq kisəyə yerləşdirilmişdir. Sonra Təqsirləndirilən şəxs evin digər tərəfində də daha bir kol olduğunu göstərmişdir. Əməkdaşlar tərəfindən həmin kol da torpaqdan çıxarılaraq kisəyə yerləşdirildi. Ümumiyyətlə, həyətyanı sahədən 8 ədəd çətənə kolları aşkar olunaraq götürülmüşdür. Baxışda iştirak edən aqronom Şahid4 həmin bitkilərin çətənə kolları olduğunu və xüsusi qulluq olunduğunu bildirmişdir. Həmin kollar ekspertiza tədqiqatı üçün qablaşdırılaraq dötürülmüş, DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə marixuana olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının üzərində yastığın altında siqaret qutusunun içərisindən, kibrit qutusunun içərisindən göy və gümüşü rəngli kağızlara bükülmüş, qurudulmuş marixuanaya bənzər kütlələri, kibrit qutusunun yanına qoyulmuş, eləcə də 2 ədəd siqaretə doldurulmuş kütlələri təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 7,7 qram olduğu müəyyən olunmuşdur. Sonra kağız zərfə qoyularaq qablaşdırılmış, ekspertizaya təqdim olunması üçün DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və imzalanmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X23 Mərkəzinin 23 may 2023cü il tarixli rəyindən görünür ki, Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə əkilmiş 8 ədəd narko xassəli bitkilərə aid olan çətənə kolu aşkar edilmişdir. Həyətyanı sahəyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, əkilmiş 8 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin 23 may 2023-cü il tarixli 16/543 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş maddi sübutlar” sözləri və imzalar olan, sintetik kisədəki, ümumi sayı 8 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 435 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. -Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. -Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş maddi sübutlar” sözləri və imzalar olan kağız paketdəki- 6(altı) ədəd göy rəngli kağız bükümlərdə, 2 (iki) ədəd gümüşü kağız bükümlərdə, 1 (bir) ədəd şəffaf sellofan bükümdəki 1(bir) ədəd yarımçıq kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,32 qram, 0,23 qram, 0,32 qram, 0,27 qram, 0,13 qram, 0,30 qram, 0,32 qram, 1,55 qram, ümumi təmiz çəkisi 3,71 qram olan bitki mənşəli kütlələr və 2(iki) ədəd ARGO markalı siqaret dənəsində tütünlə birlikdə ümumi təmiz çəkiləri 0,30 qram, 0,17 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkiləri 0,06 qram, 0,04 qram olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri və maixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. -Qeyd: Çətənə bitkisi 8 ədəd, ümumi təmiz çəkisi 435 qram, tədqiqata istifadə olundu cəmi 0,16 qram, qalıq 434,84 qramdır. -Qeyd: Marixuananın ümumi təmiz çəkisi 3,81 qram, tədqiqata sərf edildi cəmi 0,22 qram,qalıq 3,59 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 12 avqust 2023-cü il tarixli 1344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, iş üzrə mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə verilən ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittiham üzrə onun 22 may 2023-cü il tarixdə 6 (altı) ədəd göy rəngli kağız bükümlərdə, 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf sellofan bükümdəki 1 (bir) ədəd yarımçıq kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,32 qram, 0,23 qram, 0,32 qram, 0,27 qram, 0,13 qram, 0,30 qram, 0,32 qram və 1,55 qram olmaqla, ümumi təmiz çəkisi 3,71 qram və 2 (iki) ədəd “Argo” markalı siqaret dənəsində tütünlə birlikdə ümumi təmiz çəkiləri 0,30 qram və 0,17 qram tütündən ayrıldıqdan sonra təmiz çəkiləri 0,06 qram və 0,04 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evində saxlaması işin gerçək halları ilə sübut olunsa da, həmin narkotik vasitələrini məhz satış məqsədi ilə saxlaması öz təsdiqini tapmamışdır. Bu, aşağıda göstərilənlərdən irəli gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaradır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan hər hansı birinin olması öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananın bükümlərinin sayının nisbətən çox olması isə həmin narkotik vasitənin mütləq mənada satış məqsədi ilə əldə edilməsinə dəlalət etmir. Qeyd edilməli haldır ki, təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar olunan vaxt ondan narkotiklərin satışı üçün istifadə edilən elektron tərəzi aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 12 avqust 2023-cü il tarixli 1344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və saxlaması sübut edilmir. Bununla yanaşı, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkomaniya xəstəliyindən əzab çəkir və belə olan halda evindən aşkar olunan narkotik vasitəni onun öz şəxsi istifadəsi üçün saxlaması daha ağlabatandır. Məhkəmə istintaqı zamanı götürülmüş telefon danışıqlarından və yazışmalarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satması barədə hər hansı bir məlumatlar aşkar olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində telefon olub-olmaması, o cümlədən, telefon danışıqları və SMS yazışmaları ilə narkotiklərin satışı ilə məşğul olmasının müəyyən edilib-edilməməsi araşdırılmamışdır. Qeyd edilən məqam işin obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs uzun müddət ərzində 050 ******* nömrəli mobil telefondan istifadə etdiyi müəyyən edilmiş və həmin mobil nömrədən şübhəli şəxs qismində tutulmamışdan əvvəlki üç ay ərizində daxil və xaric olmuş zənglər, SMS və VhatsApp yazışmaları mətnləri, həmin mobil nömrələrin məxsus olduğu şəxslərə dair məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil operatorundan götürülməsi haqqında qərar çıxarılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə verilmiş cavabdan görünür ki, 050 ******* nömrəli mobil telefon vasitəsilə aparılan danışıqlar və yazışmalarla Təqsirləndirilən şəxs narkotiklərin satışı ilə məşğul olması müəyyən edilməmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixuananın cinayət məsuliyyəti yaradan xeyli miqdar daxil olmaqla, aşağı həddi 5 qram həddində müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı evdən 6 (altı) ədəd göy rəngli kağız bükümlərdə, 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf sellofan bükümdəki 1 (bir) ədəd yarımçıq kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,32 qram, 0,23 qram, 0,32 qram, 0,27 qram, 0,13 qram, 0,30 qram, 0,32 qram və 1,55 qram olmaqla, ümumi təmiz çəkisi 3,71 qram və 2 (iki) ədəd “Argo” markalı siqaret dənəsində tütünlə birlikdə ümumi təmiz çəkiləri 0,30 qram və 0,17 qram tütündən ayrıldıqdan sonra təmiz çəkiləri 0,06 qram və 0,04 qram, cəmi 3,81 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilmişdir ki, bu da şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas vermədiyindən, yəni Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yaratmadığından, onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1ci maddəsinə tövsif olunması mümkün deyildir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsinin olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. O cümlədən, ittiham tərəfi qeyd edilən halı sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2.-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3.-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. 72-ci maddəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnsan Hüquqlarının və X11 X1 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. “Layıcov Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X17rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR2000-V) və “X13rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002- İX)). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v.Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Azərbaycan Respublikasının CPM-nin: 1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. 12.1-ci maddəsində göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 124.2-ci maddəsinə görə, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnsan Hüquqlarının və X11 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X26rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) göstərmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Taxqet Belçikaya qarşı” iş üzrə 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 58-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir.” Məhkəmə yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının, beynəlxalq aktların məzmununa əsasən, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi olmadığından ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin: 41.5-ci maddəsinə əsasən, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. 42.1 və 42.1.1-ci maddələrinə əsasən, cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2 və 42.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 55.2-ci maddəsinə görə, haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. 55.3-cü maddəsinə görə, haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. 350.1-ci maddəsinə görə məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.3-cü maddəsinə görə, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə 6 (altı) ədəd göy rəngli kağız bükümlərdə, 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf sellofan bükümdəki 1 (bir) ədəd yarımçıq kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,32 qram, 0,23 qram, 0,32 qram, 0,27 qram, 0,13 qram, 0,30 qram, 0,32 qram və 1,55 qram olmaqla, ümumi təmiz çəkisi 3,71 qram və 2 (iki) ədəd “Argo” markalı siqaret dənəsində tütünlə birlikdə ümumi təmiz çəkiləri 0,30 qram və 0,17 qram tütündən ayrıldıqdan sonra təmiz çəkiləri 0,06 qram və 0,04 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı yaşadığı evdə satış məqsədi ilə saxlaması öz təsdiqini tapmadığından həmin epizod üzrə ona verilən ittiham üzrə barəsində bəraət hökmü çıxarılmalıdır. CPM-nin 56.0-cı maddəsinə görə, aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs. CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Bərdə rayonu Dəymədağıldı kəndində özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİİ Siyahılarına əsasən, xeyli miqdarda yəni 8 (səkkiz) ədəd ümümi təmiz çəkisi 435 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etməsi, 22 may 2023-cü il tarixdə saat 1530 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 8 (səkkiz) ədəd ümümi təmiz çəkisi 435 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs məhkəmə iclasında 6 (altı) ədəd çətənə kolunu əkib becərmədiyini, həmin kolların həyətində deyil, həyətindən kənarda olan su arxının qoruyucu zolağında yabanı halda bitdiyini, öz istifadəsi üçün həyətində cəmi 2 ədəd çətənə bitkisi əkdiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 6 ədəd çətənə kolunun Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilməsi məhkəmə iclasında şahidlərin ifadələri, X29 Mühafizə Fumiqasiya və Zərərsizləşdirmə Mərkəzinin aparıcı aqronomu Şahid4 rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsinin kənarında mövcud olan su arxı ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinin dəmir hasarı arasında təxminən 1.5 metr enində və həyətin uzunluğunda mühafizə zolağı mövcuddur. Təqsirləndirilən şəxs həyəti ilə su arxı arasında qapı mövcuddur. Qeyd olunan mühafizə zolağı Təqsirləndirilən şəxs və onun ailəsi tərəfindən istifadə olunur. Təqsirləndirilən şəxs həmin mühafizə zolağından ailə üzvləri ilə birlikdə istifadə edərək zibil tullantılarını atdıqlarını, qeyd olunan muhafizə zolağından onlardan başqa kimsənin istifadə etmədiyini bildirdi. Baxış zamanı həmin su kanalının mühafizə zolağına digər qonşuların çıxışının olmadığı müəyyən edildi. Təqsirləndirilən şəxs arvadı X12 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində həmin ərazidən zibil tullantılarını atmaq üçün istifadə etdiklərini, oranın gediş-gəliş yolu olmadığını bildirdi. Bu hal bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsinin kənarında mövcud olan su arxı ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinin hasarı arasında yerləşən mühafizə zolağında aşkar olunmuş 6 ədəd çətənə kolu Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilmiş, kultivasiya edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin 6 ədəd çətənə kolunu əkib-becərmədiyi, həmin kolların yabanı halda bitmələri barədə məhkəmə iclasında bildirdiklərini məhkəmə həqiqətə uyğun olmayan, özünü müdafiə etmək üçün uydurulmuş ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikasının CPM-nin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəsinin 06 sentyabr 2023-cü il tarixli 773 saylı Arayışından və eyni tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Ailə üzvləri arvadı X2, X7ndan, qızı X3 və oğlu X10 ibarətdir. X7 hal-hazırda Laçın bölgəsində hərbi xidmətdədir. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimayət arasında nümunəvi aparmış, onun haqqında kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. Bərdə Rayon Dəymədağıldı Bələdiyyəsinin 06 sentyabr 2023-cü il tarixli 43 saylı arayışından görünür ki, Bərdə rayonu Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, 5 ha ərazisi olan Dəymədağıldı kənd qəbristanlığının təmizlik işlərinə baxır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 nömrəli Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən verilmiş SER TSE-01 seriyalı 463448 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müddətsiz əlildir (ümumi xəstəlik gözdən əlil). -Əlilin işə yararlılığı barədə TSEK-in rəyi: əmək qabiliyyətsiz. Şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, xx.xx.2014-cü ildə doğulmuş X14 adına xx.xx.2016-cı ildə AA seriyalı 11734791 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, İİ qrup gözdən əlildir, əmək qabiliyyətsizdir, ilk dəfə cinayət hadisəsi törədir. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, İİ qrup əlil olmaqla əmək qabiliyyətsiz olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 10 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Habelə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Bundan başqa, o, əvvəllər məhkum olunmamışdır və ilk dəfə cinayət hadisəsi törədir. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması və ilk dəfə cinayət hadisəsi törətməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 may 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 4(021)-117/2023 saylı qərarından görünür ki, təqdimat və vəsatət təmin edilməmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində 03 (üç) ay müddətinə ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 22 may 2023-cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.2-ci maddələrinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın İİ hissəsinin 3.2-ci bəndinə əsasən, narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan barəsində narkomaniyadan məcburi müalicə təyin edilə bilməz, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 23 may 2023-cü il tarixli 16/543 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat 80 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 60,80 (altmış manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 434,84 qram çəkidə 08 ədəd çətənə bitkisi və 3,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməlində cinayət hadisəsi olmadığından ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 24 may 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək “ev dustaqlığı”nda olduğu 06 (altı) ay 20 (iyirmi) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0600-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 434,84 qram çəkidə 08 ədəd çətənə bitkisi və 3,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat 80 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar