Məhkəmə qərarları › İş №1(021)-174/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-174/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-174/2024 16.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1988-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə şəhəri, N.Nərimanov küçəsi, ev 5-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə aralarındakı əmlak məsələsinin mülki xarakterli olmasına dair Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar olmasına və borcunu geri almaq üçün qanunvericiliyin tələblərinə əsasən mülki iddia qaydasında məhkəməyə müraciət etməli olmasına baxmayaraq, bunun əksinə olaraq xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Şahid1 yaşadığı Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin qarşısına gəlib qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq borcunun qaytarılmamasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Şahid1 və sonuncunun anası Zərərçəkmiş şəxs ilə məqsədli şəkildə mübahisə edib uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə səs-küy yaradıb həmin vaxt səs-küyə oraya insanların toplaşmasına münasibətdə ictimai yer hesab edilən küçədə və evin həyətyanı sahəsində ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan hərəkətlər edərək həmin vaxt onu evinin həyətyanı sahəsindən çıxarmaq istəyən Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək ünvanına nalayiq sözlər işlədib evin həyətyanı sahəsindən götürdüyü taxta parçasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs arxa təpə nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya arxa təpə nahiyəsinin şişkinliyi ilə müşayiət edilən baş beyin silkələnməsi və kəllə-beyin travması ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqla, həmçinin həmin hərəkətlərini davam etdirib küçədən götürdüyü daş parçalarını da silah qismində istifadə edərək Zərərçəkmiş şəxs evinin mətbəx və yataq otaqlarının həyətə açılan ümumilikdə 3 ədəd pəncərəsini sındırıb məhv etməklə Zərərçəkmiş şəxs 80 manat dəyərində maddi ziyan vurulması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs, ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə qismən, yəni evin pəncərəsinin şüşələrinin sındırılması hissəsində təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 9, mənzil 36-da ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Şahid1 təxminən üç ildir ki, tanıyır. Timurla dostluq münasibətləri olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Timur ona olan etibarından sui-istifadə edərək onun 90.000 manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla bağlı Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, orada araşdırma aparılmış, lakin onun xeyrinə olmayan qərar qəbul edildiyi və Timur da aldığı pulları geri qaytarmadığı üçün o, məcbur qalıb xx.xx.2024-cü il tarixdə Timurun evinə getmək qərarına gəlmişdir. Həmin gün Bərdə rayonuna gəlmiş, anası Nəzakətlə birlikdə saat 18 radələrində Timurun yaşadığı evə getmişdir. Əvvəllər də həmin evdə olmuşdur. Belə ki, Timurla dostluq münasibətində olduğu müddətdə həmin evə getmiş, Timurun anası Nabatla və atası Nuşrabanla görüşmüş, onlarla aralarında səmimi münasibətlər olmuş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Həmin evi tanıdığından xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində anası ilə birlikdə həmin evə gedib darvazanı döymüş, həmin vaxt Timurun anası Nabat darvazanı açmış və onların qollarından tutub içəri salmışdır. Onlar içəri keçdikdə Timur da həyətdə imiş. Onların arxaları ilə Timurun atası Nuşraban da çöldən içəri keçib darvazanı örtmüşdür. Həmin vaxt Nabat onu təhqir etdiyi üçün o da Nabatı təhqir etmiş və mübahisə yaranmışdır. Nabatın ona “bu dəqiqə özümü qaldırıb çırpacam yerə, ya da özümü doğrayacam” deyə bildirdiyinə görə istifadəsində olan İphone 13 pro max markalı mobil telefonu ilə videoqeydiyyat aparmağa başlamışdır ki, birdən onu şərləyərlər. Orada gedən prosesi videoqeydiyyata almış, videogörüntünü də istintaq zamanı təqdim etmişdir. Həmin videogörüntü hadisəni bütövlükdə əks etdirir, videogörüntüdə əks olunanlardan başqa hadisə baş verməmişdir. Nabat, oğlu Timur və əri Nuşrabanla aralarında sadəcə olaraq sözlə mübahisə olmuş, qarşılıqlı bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətmişlər. Həmin vaxt Timur mobil telefonla DİN-in 102 xidmətinə müraciət etmişdir. Timurun anası Nabat ona “sən çıx get, yoxsa özümü doğrayacam” deyə bildirdiyinə görə o, anasını götürüb oradan çölə çıxmışdır. Çölə çıxanda Nabat içəridə olan limon ağacanın yanından daş parçaları götürərək onlara atdığına görə o da əsəbləşib yerdən daş parçaları götürüb Timurun evinə tərəf atmışdır. Həmin vaxt Timur və anası Nabat evdə imiş. Sonra isə orada olan tanımadığı şəxsin taksi avtomobilinə əyləşib uzaqlaşmışlar. Hadisə zamanı Nabatı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə yazılı vəsatət ünvanlayaraq barəsində aparılan cinayət işi üzrə törədilmiş əməlin CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Qeyd edilən vəsatət hökm elan edildikdən sonra məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə daxil olduğundan məhkəmə vəsatətə münasibət bildirməyə lüzum görmür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə şəhəri, Vaqif küçəsi ev 37-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Şahid1 onun oğludur. Şahid2 isə əridir. Təqsirləndirilən şəxs qiyabi olaraq bir ildən çoxdur ki, tanıyır, lakin əyani olaraq ilk dəfə məlum hadisə günü görmüşdür. Sevinclə oğlu Timurun əvvəllər qeyri-rəsmi münasibətləri olmuşdur. Sevinc Bərdə rayonunda evini satdıqdan sonra müəyyən əşyalarını da onların evlərinə saxlanc üçün yığmışdır. Sonradan ona məlum olmuşdur ki, Sevinc və Timur arasında münasibətlər borca görə pozulmuşdur. Belə ki, Timurun Sevincə borcu yaranmışdır. Bununla bağlı, əvvəllər Sevinc bir neçə dəfə ona zəng edərək oğlu Timurun borcunu ödəməsini tələb etmişdir. Onların aralarında heç bir düşmənçilik xarakterli münasibətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində oğlu Timurla birlikdə yaşadıqları evdə olarkən, evlərinin həyət darvazasını kiminsə açaraq “ay ev yiyəsi” deyə səslənmiş, bundan bir qədər əvvəl əri Nuşraban həyət darvazasını açaraq çölə çıxdığından darvaza kilidli olmamışdır. Qapı açıldıqdan sonra sarı saçlı bir qadın, onun yanında bir qədər yaşlı qadın, eləcə də bir nəfər hündürboylu gənc oğlan içəri daxil olmuşlar. Sonradan ona məlum olmuşdur ki, sarı saçlı qadın Təqsirləndirilən şəxs, yanında olan yaşlı qadın anasıdır. Digər gənc oğlanı isə tanımamış, Sevinclə nə kimi münasibətinin olduğunu bilmir, sadəcə adının Vüsal olduğunu eşitmişdir. Sevinc və onunla birgə gələnlər evə daxil olduqdan sonra ondan “bu ev Nuşrabanın evidir” deyə soruşduqda o, Sevincə “düz adresə gəlmisiniz” deyə cavab vermişdir. Həmin vaxt Sevinc və anası onun üzərinə yerimişlər. Sevincin və anasının onun üzərinə yeriməsindən qorxaraq oğlu Timuru səsləmişdir. Sonra Sevinci və onunla birgə gələnləri həyət darvazasından çölə çıxarmışlar. Timur gələnədək və gəldikdən sonra Sevinc həyətdə qışqırıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş, onu, ailə üzvlərini və eləcə də oğlu Timuru təhqir edirmişdir. Onlar oğlu Timurdan verdikləri pulu istəmiş, lakin məbləği şişirtmişlər. Həmin səs-küy ərəfəsində əri Nuşraban həyətə daxil olmuş, bu vaxt Sevinc əlinə mobil telefonunu götürərək videoqeydiyyat aparmağa başlamış, video çəkə-çəkə “sizi gör nə edəcəm, sizi biabır edəcəm, paylaşacam bu görüntüləri” və s. ifadələr işlətmişdir. Həmin vaxt qonşular onların evlərinin qarşısına toplaşaraq münaqişəni izləyərək, Sevincin küçə söyüşlərinə qulaq asmışlar. Hadisəni izləyən qonşulardan Murad, Natiq, Aydın və Tural adlı şəxsləri görmüş, bir qədər sonra Sevinc mobil telefonu yığışdıraraq çəkilişi dayandırmış, lakin, yenə də onun ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. O, əli ilə Sevinci həyətdən çıxartmaq istəyəndə Sevinc darvazadan həyətə daxil olduqda sol tərəfdə barıya dayanmış vəziyyətdə olan taxta parçasını götürərək qəfildən onun təpə nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt onun halı pisləşmiş və əli ilə başını tutub həyətdə olan taxtın üzərində oturmuşdur. Həmin vaxt Sevinc və anası çölə çıxmışlar. Lakin Sevinc çöldə də sakitləşməyərək onları təhqir etməkdə davam etmiş, eləcə də evlərinə daş parçaları atmışdır. Daşlardan bir neçəsi evlərinin üç pəncərəsinin şüşəsini sındırmışdır. Həmin vaxt oğlu Timur DİN-in 102 xidmətinə müraciət edərək hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra isə Sevinc və onunla gələnlər oradan getmişlər. Həmin vaxt onun halı pisləşdiyi üçün Timur zəng edib təcili-tibbi yardım çağırmış, bir qədər keçmiş təcili-tibbi yardım avtomobili gəlib ona ilkin tibbi yardım göstərmiş, daha sonra isə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları evə baxış keçirmiş, fotoşəkillər çəkmiş və Sevincin ona xəsarət yetirdiyi taxta parçasını götürmüşlər. Həmin gün axşam onun halı yenidən pisləşdiyi üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına getmiş, müalicə olunduqdan sonra evə qayıtmışdır. Sevincin sındırdığı pəncərələrdən 1 ədədi 93x53.5 sm ölçüdə, 2 ədədi isə 83x33.5 ölçüdə olmuş, cəmi ona 80 manat maddi ziyan dəymişdir. Hazırda ziyan ödənməmiş və onlar arasında barışıq olmamışdır. Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır. Sevinclə 2018-ci ildən 2022-ci ilədək Bakı şəhərində yaşayan zaman aralarında sevgi münasibəti olmuşdur. 2022-ci ildə öz istəkləri ilə sevgi münasibətlərinə son verdikdən sonra dostluq münasibətləri davam etmişdir. Sevgi münasibətləri olan zaman dəfələrlə bir-birilərinə maddi dəstək olmuşlar. Ancaq hər ikisi birbirilərinə olan borclarını ödəmişlər. Sonuncu dəfə Təqsirləndirilən şəxs aylıq 1500 manat ödəməklə 10000 manat faizə pul götürmüşdür. Götürmüş olduğu 10000 manat pulun 3 ay faizini ödəmişdir. Daha sonra isə heç bir səbəb olmadan Sevinc onun barəsində Nəsimi RPİ-yə müraciət edərək ona qarşı dələduzluq əməlini törətdiyini bildirmişdir. Araşdırma sonradan Nəsimi RPİ-də davam etdirilmiş və Sevincin müraciətinin əsassız olması və mülki xarakterli olması barədə qərar qəbul edilmişdir. Bundan sonra Sevinc onun barəsində Bərdə RPŞ-yə müraciət etsə də, Nəsimi RPİ-də qəbul edilmiş qərar qüvvədə saxlanıldığından onun müraciəti rədd edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs öz iddiasından əl çəkməyərək barəsində əsassız böhtan xarakterli fikirlər səsləndirərək ona 90000 manat borcu olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olan zaman anası Zərərçəkmiş şəxs onu səslədiyini eşitmiş, həyətyanı sahəyə çıxdıqda həyətlərində Təqsirləndirilən şəxs və anası Nəzakətin dayandıqlarını görmüşdür. Onlar səs-küy salaraq pul tələb etmişlər. O, isə Sevincə borcunun olmadığını, əksinə Sevincin ona maddi ziyan vurduğunu bildimişdir. Həmin vaxt atası Şahid2 da evə gəlmişdir. Onları həyətdən çıxaran zaman giriş qapılarının arxasında olan ağac parçasını Təqsirləndirilən şəxs əlinə götürərək anası Nabat Quliyevanın baş nahiyəsinin arxa hissəsinə 1 zərbə vurmuş, sonra küçəyə çıxaraq oradan daş parçaları ataraq evlərinin pəncərlərinin şüşəsini sındırmışdır. Buna görə də xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı evə gələrək anasını döyməsi və evin pəcərələrinin şüşəsini sındırması barədə Bərdə RPŞ-yə ərizə ilə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərilən xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 öz ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Sabir küçəsi ev 19-da ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus avtomobili ilə Bərdə şəhərində taksi fəaliyyəti göstərir. Çox vaxt avtomobili ilə Bərdə şəhəri, Vaqif küçəsi ilə Sabir küçəsinin kəsişməsində dayanır. Şahid1 və onun ailə üzvlərini uzun müddətdir ki, tanıyır. Belə ki, Timurgil onun qonşularıdır və onların heç biri ilə aralarında ədavət və düşmənçilikləri olmamışdır. Avtomobili ilə dayandığı yerdən Timurun yaşadığı ev və darvaza açıq-aydın görünür. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Vaqif küçəsinin başında dayandığı vaxt Sevincin Timurun yaşadığı evin yaxınlığında Timurun yaşadığı evi axtardığını görmüşdür. Həmin vaxt Sevincin yanında anası və bir oğlan olmuşdur. Bir qədər sonra Sevinc Timurgilin evlərini göstərib “hə bu evdir” deyərək oraya yaxınlaşmışdır. Sevinc Timurun yaşadığı evin darvazasını yerdən götürdüyü xırda daşla döyüb yanındakı şəxslərlə birlikdə içəri keçmişdir. Sonra həyətdən qışqırıq səsləri, nalayiq ifadələr eşidilmiş, səs-küyə qonşuluqda yaşayan Murad, Natiq, Aydın adlı şəxslər, eləcə də tanımadığı başqa şəxslər toplaşmışlar. Həmin vaxt Timurgilin darvazaları açıq olmuşdur. Avtomobildən düşərək onların evinə tərəf getmiş və görmüşdür ki, içəridə münaqişə gedir. Həmin vaxt Timurun atası Nuşraban da evə gəlmişdir. Bir neçə dəqiqədən sonra Sevincin əlində taxta parçası ilə küçəyə çıxmış, taxta parçasını Timurgilin evlərinin barısının yanında yerə atmış, sonra isə əlinə yerdən daş parçaları alıb Timurgilin evlərinin pəncərələrinə atmışdır. Daş parçaları evin pəncərə şüşələrini sındırmışdır. Həmin vaxt Sevinc mobil telefonla çəkiliş aparmışdır. Sonra Sevinc oradan getmişdir. O, Timurgilin həyətinə daxil olmuş, Timurun anası Nabat xalanın həyətdə olan taxtın üzərində oturub əli ilə baş nahiyəsini tutduğunu görmüşdür. Timur anası üçün təcili-tibbi yardım avtomobili çağırmış, daha sonra evə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları çöldən qeyd edilən taxta parçasını götürmüş, fotoşəkillər çəkmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Sevinc taxta parçası ilə Nabat xalanın başına zərbə vurmuşdur. Daha sonra axşam saatlarında o, avtomobili ilə Nabat xalanı xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid5, Şahid7 Tafdıq oğlu və məhkəmə iclasında iştirak etmədiyindən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid6 da Şahid4 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 Soltan qızı ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, N.Nərimanov küçəsi, ev 5-də yaşayır. Təqsirləndirilən şəxs onun qızıdır. Bakı şəhərində azyaşlı qızı ilə birlikdə yaşayır. Şahid1 təxminən 3-4 ildir ki, qızı Sevincin vasitəsi ilə tanıyır. Timurun anası Nabatı da tanıyır, onlarla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Bir müddət əvvəl Timur qızı Sevincdən külli miqdarda borc pul almışdır. Həmin pulu qaytarmadığına görə Sevinc xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Bərdə rayonuna gəlmiş və onunla görüşdükdən sonra həmin tarixdə, saat 17 radələrində onlar birlikdə Timurgilin evlərinə getmişlər. Onların yanlarında qızının Vüsal adlı tanışı da olmuşdur. Vüsal həmin evə getməmiş, xeyli aralıda dayanmışdır. Onlar Timurgilin qapısını döymüş və qapını Timurun anası Nabat açmışdır. Həmin vaxt onlar Timurgildən borclarını ödəməsini tələb etmişlər. Lakin, Nabat onları təhqir etməyə başlamışdır. Həmin vaxt onların aralarında sözlə mübahisə yaranmışdır. Nabat onları təhqir etdiyinə görə onlar da Nabata eyni şəkildə cavab vermişlər. Bir neçə dəqiqədən sonra onlar oradan evlərinə getmişlər. Həmin vaxt aralarında dava-dalaş olmamışdır. Qızı Sevinc, Nabatın onlara şər atmaması üçün mobil telefonu ilə videoqeydiyyat aparmışdır. Nabat yalandan iddia edir ki, guya Sevinc taxta ilə Nabatın başına vurmuş, daş parçası ilə evlərinin şüşəsini sındırmışdır. Deyilənlər yalandır. Sevinc heç kimi vurmamış, nə də Nabatın pəncərəsini sındırmamışdır. Onlara şər atırlar. Məhkəmə iclasında iştirak etmədiyindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tərəfindən məhkəmə-tibbi müayinə olunmuş və müayinədən əvvəl arxa təpə nahiyəsində olan xəsarətin, yəni şişkinliyin Sevinc adlı şəxs tərəfindən ağacla yetirilməsini bildirmişdir. Müvafiq ekspertiza xx.xx.2024-cü il tarixdə, yəni qərarda göstərilən hadisədən bir gün sonra aparılmışdır. Müayinə vaxtı müayinə olunanın xəsarətinin müəyyən spesifik xüsusiyyətləri, eləcə də ekspertizaya təqdim edilmiş tibbi sənədlər əsasında tərəfindən müəyyən edilmişdir ki, həmin xəsarət müayinə günündən bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə törənmiş, həmin xəsarətin nə müayinə günü, nə də hadisə günündən daha əvvəl törənməsi istisna edilir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Orxan Nəbiyev tərəfindən ünvan 3 ünvanında Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və müvafiq protokola əlavə edilmişdir. Baxış protokolundan və fotoşəkillərdən hadisə yeri, yəni xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs arxa təpə nahiyəsinə xəsarət yetirildiyi, habelə evinin pəncərələrinin sındırıldığı yer onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi olması görünür. Zərərçəkmiş şəxs onunla arxa təpə nahiyəsinə xəsarət yetirildiyini bildirdiyi taxta parçası hadisə yerinə baxış zamanı təhqiqatçı O.Nəbiyev tərəfindən maddi sübut qismində götürülmüşdür. İş materiallarında olan şahid qismində Zərərçəkmiş şəxs ilə şahid qismində Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, aparılan üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları, yəni xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib evin həyətyanı sahəsində və küçədə çoxsaylı insanların gözü qarşısında onu və ailə üzvlərini uca səslə nalayiq ifadələrlə söyüb təhqir etdiyini, habelə evinin həyətyanı sahəsindən götürdüyü taxta parçası ilə onun arxa təpə nahiyəsinə qəsdən bir dəfə zərbə vurub ona xəsarət yetirdiyini, bundan sonra küçədən götürdüyü daş parçaları ilə onun evinin üç ədəd pəncərəsini qəsdən vurub sındırdığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan şahid qismində Şahid2 ilə şahid qismində Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərilən xüsusatları, yəni xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib evin həyətyanı sahəsində və küçədə çoxsaylı insanların gözü qarşısında onun ailə üzvlərini uca səslə nalayiq ifadələrlə söyüb təhqir etdiyini, habelə evinin həyətyanı sahəsindən götürdüyü taxta parçası ilə arvadı Zərərçəkmiş şəxs arxa təpə nahiyəsinə qəsdən bir dəfə zərbə vurub sonuncuya xəsarət yetirdiyini, bundan sonra küçədən götürdüyü daş parçaları ilə onun evinin üç ədəd pəncərəsini qəsdən vurub sındırdığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadələrində iş üçün əhəmiyyət kəsb edən ziddiyyətlər yarandığından şahid qismində Şahid5 ilə şahid qismində Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərilən xüsusatları, yəni xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs əlində ağac parçası ilə Zərərçəkmiş şəxs evinin qarşısında dayandığını, həmin ağac parçası ilə sonuncunun evinin qapısına vurduğunu, sonra yerdən daş götürüb Zərərçəkmiş şəxs evinə atdığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan şahid qismində Şahid7 Tafdıq oğlu ilə şahid qismində Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Şahid7 ifadəsində göstərilən xüsusatları, yəni xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs əlində ağac parçası ilə Zərərçəkmiş şəxs evinin qarşısında dayandığını, həmin ağac parçasını yerə qoyduqdan sonra yerdən daş götürüb Zərərçəkmiş şəxs evinə atdığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadələrində iş üçün əhəmiyyət kəsb edən ziddiyyətlər yarandığından şahid qismində Şahid1 ilə şahid qismində Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərilən xüsusatları, yəni xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib evin həyətyanı sahəsində və küçədə çoxsaylı insanların gözü qarşısında onu və anası Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə söyüb təhqir etdiyini, habelə evinin həyətyanı sahəsindən götürdüyü taxta parçası ilə anası Zərərçəkmiş şəxs arxa təpə nahiyəsinə qəsdən bir dəfə zərbə vurub sonuncuya xəsarət yetirdiyini, bundan sonra küçədən götürdüyü daş parçaları ilə onun evinin üç ədəd pəncərəsini qəsdən vurub sındırdığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 350 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – kəllə beyin travması, baş beyin silkələnməsi, arxa təpə nahiyəsinin şişkinliyi küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T396/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət – arxa təpə nahiyəsinin şişkinliyi ilə müşayiət edilən kəllə-beyin travması, baş beyin silkələnməsi olmuş, həmin xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs iştirakı ilə cinayət işinin materiallarında olan 1 ədəd DVD diskdəki videogörüntülərə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 2 ədəd videogörüntü var. Birinci videogörüntü 38 saniyədən ibarətdir. Görüntüdə videoçəkilişin darvazası açıq olan fərdi yaşayış evinin qarşısında aparıldığı, videoçəkilişi aparan qadın cinsli şəxsin uca səslə fərdi yaşayış evinin həyətyanı sahəsində olan şəxslərin ünvanına nalayiq ifadələr işlətdiyi, borcu tələb etdiyi, həmin vaxt evin həyətyanı sahəsində bir nəfər yaşlı, digəri gənc olmaqla iki nəfər kişi cinsli şəxsin, habelə bir nəfər orta yaşlı qadının olduğu, əynində qəhvəyi rəngli köynək olan yaşlı qadının da küçədə dayanıb ara-sıra evin həyətyanı sahəsinə daxil olduğu, sonra çölə çıxdığı məlum olur. İkinci videogörüntüdən isə videoçəkilişi aparan qadın cinsli həmin şəxsin yenə uca səslə evin həyətyanı sahəsində olan şəxslərin, xüsusilə başında çalması olan orta yaşlı qadının ünvanına nalayiq ifadələr işlətdiyi, ancaq bu dəfə videoçəkilişi həmin evin həyətyanı sahəsində apardığı, borcunu tələb etdiyi, əks halda evini daş-qalaq edəcəyini bildirməsi müəyyən olur. İkinci videogörüntü 01 dəqiqə 44 saniyədən ibarətdir. İş materiallarında olan əşyaya baxış protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış zamanı maddi sübut qismində götürülmüş 1 ədəd taxta parçasına baxış keçirilmiş və baxış zamanı müəyyən olmuşdur ki, qeyd edilən taxta parçası 105 sm uzunluqda, üzərində çatlar əmələ gəlmiş köhnə taxta parçasıdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin taxta parçasını ilk dəfədir ki, gördüyünü və onunla Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə 1 ədəd 93x53.5 sm ölçüdə pəncərə şüşəsinin orta bazar qiyməti 30 manat, 1 ədəd 83x33.5 ölçüdə pəncərə şüşəsinin orta bazar qiyməti isə 25 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bərdə RİHB-nın Bərdə şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 4251 saylı xx.xx.2024-cü il tarixli yaşayış yerindən arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, subaydır, işsizdir, spirtli içkilər içmir, narkotikaya meylli deyil, Bərdə şəhəri, N.Nərimanov küçəsi, ev 5-də yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan AZ-İV 190021 saylı doğum haqqında şəhadətnamənin və xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, X5 xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuşdur. X2, anası Təqsirləndirilən şəxsdır. Ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 2509 nömrə ilə qeyd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə aralarındakı əmlak məsələsinin mülki xarakterli olmasına dair Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar olmasına və borcunu geri almaq üçün qanunvericiliyin tələblərinə əsasən mülki iddia qaydasında məhkəməyə müraciət etməli olmasına baxmayaraq, bunun əksinə olaraq xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Şahid1 yaşadığı Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinin qarşısına gəlib qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq borcunun qaytarılmamasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Şahid1 və sonuncunun anası Zərərçəkmiş şəxs ilə məqsədli şəkildə mübahisə edib uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə səs-küy yaradıb həmin vaxt səs-küyə oraya insanların toplaşmasına münasibətdə ictimai yer hesab edilən küçədə və evin həyətyanı sahəsində ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan hərəkətlər edərək həmin vaxt onu evinin həyətyanı sahəsindən çıxarmaq istəyən Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək ünvanına nalayiq sözlər işlədib evin həyətyanı sahəsindən götürdüyü taxta parçasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs arxa təpə nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya arxa təpə nahiyəsinin şişkinliyi ilə müşayiət edilən baş beyin silkələnməsi və kəllə-beyin travması ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqla, həmçinin həmin hərəkətlərini davam etdirib küçədən götürdüyü daş parçalarını da silah qismində istifadə edərək Zərərçəkmiş şəxs evinin mətbəx və yataq otaqlarının həyətə açılan ümumilikdə 3 ədəd pəncərəsini sındırıb məhv etməklə Zərərçəkmiş şəxs 80 manat dəyərində maddi ziyan vurulması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı AR.CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, ilk məhkumluğunu və himayəsində 1 azyaşlı uşağının olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə maddənin sanksiyasında konkret cəza növü olan azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar himayəsində 1 azyaşlı uşağının olması, ailənin yeganə qazanc gətirən şəxs olması, məhkumluğunun olmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar sırasına daxildir. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsnun əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin iş üzrə təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların çoxluğuna baxmayaraq törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və cəmiyyətdə mənfi rezonans doğurmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini və dəymiş zərərin ödənilməməsini nəzərə alaraq təqsirləndirilən şəxsə aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini doğru və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 69.3-cü maddəsinə əsasən 24 sentyabr 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixə kimi ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəzası saxlanılmalı, həmçinin təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs 18 oktyabr 2018-ci il təvəllüdlü uşağı X5 on dörd yaşına çatanadək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmalıdır. Belə ki, CM-nin 79-cu maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə 80 (səksən) manat maddi ziyan dəyməsi və dəymiş ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixə kimi ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs 18 oktyabr 2018-ci il təvəllüdlü uşağı X5 on dörd yaşına çatanadək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə zərərçəkmiş şəxsə 80 (səksən) manat maddi ziyan dəyməsi və dəymiş ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar