Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-174/2025 04.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Hacıəhmədli kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPMnin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstinad edilən əməlin halları Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ilə 2024-cü ilin sentyabr ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Alpout kəndi ərazisində yerləşən Bərdə-Mal bazarında görüşüb danışaraq nisyə formasında ona iribuynuzlu mal-qara verməsini və həmin malqaranı qısa müddətdə satıb pulunu qaytaracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra, həmin etibardan sui-istifadə edərək əslində Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə eyni tarixdə eyni məkanda Zərərçəkmiş şəxs məxsus 3000 (üç min) manat dəyərində 2 baş iribuynuzlu heyvanları, ondan 3-4 gün sonra isə 2024-cü ilin sentyabr ayının əvvəllərində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib Zərərçəkmiş şəxs guya Ağdam rayonundan 80 baş iribuynuzlu mal-qara alıb gətirib sataraq yaxşı gəlir əldə edəcəkləri və həmin gəliri aralarında bərabər böləcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək əslində Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu vahid niyyətlə ələ keçirmək məqsədilə eyni vaxtda eyni məkanda Zərərçəkmiş şəxs 10000 (on min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib 2 baş iribuynuzlu heyvanları qonşusu Şahid1 dəyərindən ucuz qiymətə 2000 manata satmaqla səxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 13000 (on üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, himayəsində 4 azyaşlı övladı var. O, 2021-ci ilin may ayından, 2022-ci ilin oktyabr ayının ortalarına kimi yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən tövlədə özünə məxsus 4 baş iri-buynuzlu heyvan saxlamışdır. Lakin sonradan maddi vəziyyəti yaxşı olmadığından həmin 4 baş iribuynuzlu heyvanları satdıqdan sonra 2024-cü ilin sentyabr ayının ortalarına kimi iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Lakin sonradan borcu yarandığı üçün mal-qara alveri ilə məşğul olmamışdır. O, 2024-cü ilin may ortalarından Bərdə rayonu, Otuzikilər kənd sakini Şahid5 vasitəsi ilə X4 və Zərərçəkmiş şəxs tanımışdır. Onunla Zərərçəkmiş şəxs arasında aparılmış heyvan alveri əsasında 13.000 manat məbləğində borcu yaranmışdır. Hal-hazırda onlar barışmışdırlar. Bu səbəbdən göstərilən halın nəzərə alınmasını və məhkəmə baxışının yekunlaşdırılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin məhkəmə istintaq zamanı vermiş olduğu ifadə Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir ki, Şahid5 vasitəsi ilə tanımışdır. X9 uzun müddətdir ki, tanıyır. O, 2012-ci ilin oktyabr-noyabr aylarından, 2024-cü ilin sentyabr ayının əvvəlinə kimi xırda buynuzlu və iri-buynuzlu heyvanların alqı satqısı ilə məşğul olmuşdur. Hazırda isə heç bir işlə məşğul olmur. 2024-cü ilin sentyabr ayının əvvəllərində həftənin 5-ci günü gecə saatlarında o, özünə məxsus 2 baş iri- buynuzlu heyvanları satmaq üçün həmkəndlisi Şahid3 idarə etdiyi “Qazel” yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu, Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarına aparmışdır. Həmin vaxt Şahid4 da onunla birlikdə özünə məxsus 1 baş iri- buynuzlu heyvanı satmaq üçün aparmışdır. Onlar birlikdə həmin bazarda olan zaman 1 nəfər tanımadığı müştəri ona yaxınlaşıb qeyd etdiyi 2 baş iri-buynuzlu heyvanları neçəyə satdığını soruşduqda o, həmin heyvanları 3000 manata satdığını bildirsə də, lakin həmin şəxs həmin heyvanları 2800 manata ala biləcəyini demişdir. O, isə razılaşmadığı üçün həmin şəxs getmişdir. Həmin vaxt yanında həmkəndliləri Şahid3 və Şahid4 olmuşdur. Şahid3 bazarın içərisində bir az gəzəcəyini bildirib ondan kənarlaşdıqdan sonra tanıdığı Bərdə rayonu, Hacıəhmədli kəndində yaşayan Təqsirləndirilən şəxs ona yaxınlaşıb həmin 2 baş iri-buynuzlu heyvanları neçəyə satdığını soruşduqda o, 3000 manata satdığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla razılaşıb həmin heyvanları 1 həftə müddətinə nisyə olaraq almaq istədiyini demişdir. O, isə razılaşmadığı üçün Təqsirləndirilən şəxs ondan kənarlaşıb getmişdir. Bundan sonra o, həmkəndlisi Şahid4 qeyd edilən heyvanları sata bilmədiyi üçün yaşadıqları evə aparmaq məqsədi ilə yenidən Şahid3 idarə etdiyi «Qazel» yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yüklədikdən sonra həmin bazardan çıxıb yola çıxdıqdan sonra həmin heyvanları sata bilmədiyindən həmin heyvanları Vəliyəddinə nisyə olaraq satmaq qərarına gəlmişdir. Buna görə də o, Vəliyəddinə zəng edib həmin heyvanları 1 həftə müddətinə nisyə olaraq 3000 manata sata biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Şahid3 həmin heyvanları Vəliyəddin adlı şəxsin yaşadığı Hacıəhmədli kəndinə aparmağını demişdir. Şahid3 da onunla razılaşdıqdan sonra yaşadığı evə getməyib birlikdə həmin kəndə getmişlər. Həmin Hacıəhmədli kəndinə getdikdən sonra kənd ərazisində yerləşən tanımadığı həyətə getmişdir. O, özünə məxsus olan həmin 2 baş iri buynuzlu heyvanları Şahid3 idarə etdiyi «Qazel» yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən düşürdükdən sonra qeyd etdiyi 1 nəfər təxminən 30-35 yaşlı kişi cinsli orta boylu şəxs həmin heyvanları həyətdə yerləşən tövləyə aparmışdır. Bundan sonra o, həmkəndliləri Şahid3 və Şahid4 ilə birlikdə yaşadıqları evə qayıtmışlar. Bundan təxminən 3-4 gün sonra yəni, 2024-cü ilin sentyabr ayının əvvəllərində o, yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs ona zəng edib Ağdam rayonu ərazisində 80 baş iri-buynuzlu heyvanların olduğunu, həmin heyvanları aldıqdan sonra xeyr qalacağını, şərikli gedib heyvanları alıb satdıqdan sonra qalacaq xeyrdən ona pul verəcəyini, həmçinin ondan almış olacaq 10000 (on min) manat pulunu da verəciyini demişdir. O, razılaşdıqdan sonra Vəliyəddin yaşadığı evin qarşısına gəlib 10000 manat pulu ondan götürən zaman Vəliyəddin əvvəlcədən ondan nisyə olaraq almış olduğu heyvanın 3000 (üç min) manat pulunu da verəcəyini demişdir. Bundan təxminən 1 həftə sonra Vəliyəddinin gətirib onun ümumilikdə 13000 manat pulunu vermədiyini görüb Vəliyəddinə zəng etsə də, Vəliyəddin ona cavab verməmişdir. Bundan sonra o, Vəliyəddinlə dəfələrlə əlaqə saxlayıb pulunu tələb etsə də, Vəliyəddin ona müxtəlif bəhanələr gətirib 13000 manat pulunu verməmişdir. 08 dekabr 2024-cü il tarixdə o, Rusiya Federasiyasına çıxıb getmişdir. 05 mart 2025-ci il tarixdə o, Rusiya Federasiyasından yaşadığı evə gəldikdən sonra atası Fuad ona 2025-ci ilin yanvar-fevral ayında Vəliyəddinin zəng etdiyini və ona olan 13000 manat borclu olduğu pulu hardansa heyvan çıxarıb satıb həmin pulu verəcəyini bildirməsi barədə məlumat vermişdir. Həmin vaxt atası Fuad da Vəliyəddindən həmin pulu nə vaxt qaytaracağı barədə dəqiq vaxt deməsini bildirmiş, Vəliyəddin isə heyvan tapdığını, nisyə alıb satdıqdan sonra həmin pulu verəcəyini demişdir. Lakin Vəliyəddin atası Fuada konkret olaraq neçə baş heyvan tapdığını və heyvanı kimdən alacağı barədə məlumat verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun ümumilikdə 13000 manat pulunu vermədiyini görüb Vəliyəddin ilə dəfələrlə telefon əlaqəsi saxlamış və yaşadığı evə getsə də, Vəliyəddin onun pulunu vermədiyi üçün 12 mart 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. 2025-ci ilin aprel ayının ortalarında Vəliyəddin atası Fəxrəddin ilə birlikdə yaşadıqları evə gələn zaman atası Fuad Vəliyəddindən ona nə qədər borcunun olması barədə soruşmuşdur. Həmin vaxt Vəliyəddin ondan 3000 manat dəyərində 2 baş iri buynuzlu heyvanları aldığını, 10000 manat pulu isə Şahid5 ondan aldığını bildirmişdir. Buna görə də atası Fuad Şahid5 zəng edib Təqsirləndirilən şəxs atası Fəxrəddin ilə birlikdə yaşadıqları evə gəldiyini, 10000 manat pulu kimin ondan alıbalmaması barədə soruşduqda Fərid 10000 manat pulu Vəliyəddinin ondan aldığını, Vəliyəddinin Kamil adlı şəxsə borcu oluduğu üçün həmin pulun Kamil adlı şəxsə verildiyini demişdir. Həmin vaxt atası Fuad Vəliyəddinə ümumilikdə 13000 manat pulu kimdən alacağını soruşduqda Təqsirləndirilən şəxs həmin pulun özünün verəcəyini və həmin pulun özünün borcu olduğunu, Bərşada olan 30000 manat borcunu verdikdən sonra onun 13000 manatpulunu verəcəyini bildirib atası ilə birlikdə Cəfər müəllim götürüb Bərşadın yaşadığı evə gedəcəklərini bildirib çıxıb getmişlər. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə maddi zərərin ödənilməsinin təmin edilməsi məqsədilə vaxt verilməsini xahiş etdi. Bildirdi ki, şikayəti yoxdur, yalnız pulun ödənilməsini xahiş edir. Şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs tanıyır. Oğlu Zərərçəkmiş şəxs tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs 3000 (üç min) manat dəyərində özlərinə məxsus iri-buynuzlu heyvanlar və 10000 (on min) manat pul verdiyini üçün Təqsirləndirilən şəxs tanıyır. Oğlu Zərərçəkmiş şəxs 2012-ci ilin oktyabr-noyabr aylarından, 2024-cü ilin sentyabr ayının əvvəlinə kimi xırda buynuzlu və iri-buynuzlu heyvanların alqı satqısı ilə məşğul olmuşdur. 2024-cü ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs nisyə olaraq ümumilikdə 3000 manat dəyərində 2 baş iri-buynuzlu heyvanlar almışdır. 2024-cü ilin sentyabr ayının ortalarında oğlu Elvin yaşadıqları evdə olan zaman Vəliyəddin Elvinə zəng edib Ağdam rayonu ərazisində 80 baş iri-buynuzlu heyvanların olduğunu, həmin heyvanları aldıqdan sonra xeyr qalacağını, şərikli gedib heyvanları alıb satdıqdan sonra qalacaq xeyrdən Elvinə pul verəcəyini, həmçinin Elvindən almış olacaq 10000 manat pulu da verəcəyini bildirmişdir. Elvin də razılaşdıqdan sonra Vəliyəddin yaşadıqları evə gəlib 10000 manat pulu Elvindən götürən zaman Vəliyəddin əvvəlcədən Elvindən nisyə olaraq almış olduğu heyvanın 3000 manat pulunu da verəcəyini bildirmişdir. Eyni zaman da oğlu Zərərçəkmiş şəxs ona bu barədə məlumat vermişdir. Bundan təxminən 1 həftə sonra Vəliyəddin gətirib ümumilikdə 13000 manat pulu vermədiyi üçün Elvin Vəliyəddinə zəng etsə də, Vəliyəddin telefon zənginə cavab verməmişdir. Bundan sonra oğlu Elvin Vəliyəddin ilə dəfələrlə əlaqə saxlayıb pulunu tələb etsə də, Vəliyəddin müxtəlif bəhanələr gətirib 13000 manat pulu verməmişdir. 08 dekabr 2024-cü il tarixdə Elvin Rusiya Federasiyasına getmişdir. 05 mart 2025-ci il tarixdə Elvin Rusiya Federasiyasından yaşadıqları evə gəldikdən sonra Vəliyəddinə zəng etsə də, lakin Vəliyəddinin mobil telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra oğlu Elvin Vəliyəddinin yaşadığı ünvana getsə də, Vəliyəddinin yaşadığı ünvanda heç kim olmamışdır. 2025-ci ilin yanvar-fevral ayında Vəliyəddin ona zəng edib oğlu Elvinə 13000 manat borclu olduğu pulu hardansa heyvan çıxarıb satıb həmin pulu verəcəyini bildirmişdir. O, isə Vəliyəddindən həmin pulu nə vaxt qaytaracağı barədə dəqiq vaxt deməsini bildirdikdə Vəliyəddin heyvan tapdığını, nisyə alıb satdıqdan sonra həmin 13000 manat pulu verəcəyini demişdir. Lakin Vəliyəddin ona konkret olaraq neçə baş heyvan tapdığını və heyvanı kimdən alacağı barədə məlumat verməmişdir. 2025-ci ilin aprel ayının ortalarında Vəliyəddin atası Fəxrəddin ilə birlikdə yaşadığı evə gələn zaman o, Vəliyəddindən Elvinə nə qədər borcunun olmasını soruşmuşdur. Həmin vaxt Vəliyəddin Elvindən 3000 manat dəyərində 2 baş iri buynuzlu heyvanları aldığını, 10000 manat pulu isə Şahid5 Elvindən aldığını demişdir. Buna görə də o, həmin şəxslərin yanında Fərid Mustafayə zəng edib Təqsirləndirilən şəxs atası Fəxrəddin ilə birlikdə yaşadıqları evə gəldiyini, 10000 manat pulu kimin Elvindən alıb-almaması barədə soruşduqda Fərid 10000 manat pulu Vəliyəddinin Elvindən aldığını, Vəliyəddinin Kamil adlı şəxsə borcu oluduğu üçün həmin pulun Kamil adlı şəxsə verildiyini bildirmişdir. Həmin vaxt o, Vəliyəddinə ümumilikdə 13000 manat pulu kimdən alacağını soruşduqda Təqsirləndirilən şəxs həmin pulun özünün verəcəyini və həmin pulun özünün borcu olduğunu, Bərşada olan 30000 manat borcunu verdikdən sonra onların 13000 manat pulunu verəcəyini bildirib atası ilə birlikdə Cəfər müəllim götürüb Bərşadın yaşadığı evə gedəcəklərini bildirmişlər. Oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1 həftəlik 3000 manat dəyərində satmış olduğu 2 baş iri buynuzlu heyvanları həmkəndlisi Bərdə rayonu Həsənqaya kəndində yaşayan Şahid3 idarə etdiyi “Qazel” yük markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə aparıb orada həmin 2 baş iri buynuzlu heyvanları Vəliyəddinə təhvil vermişdirlər. Həmin vaxt Elvin ilə birlikdə Şahid4 da getmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, mal-qara alveri ilə məşğul olur, eyni zaman da özünə məxsus olan «Qazel» yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə heyvanların alqısatqısı zamanı heyvan daşıyır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Bərdə rayonu, Hacıəhmədli kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. 2024-cü ilin sentyabr ayının əvvəllərində həmkəndlisi Zərərçəkmiş şəxs həftənin 4-cü günü ona zəng edib gecə saatlarında yaşadığı evə gəlməyini və satmaq üçün 2 baş iri-buynuzlu heyvanları Bərdə rayonu, Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarına aparıb satmağını demişdir. O, da razılaşdıqdan sonra həftənin 4-cü günündən 5-ci gününə keçən gecə idarə etdiyi «Qazel» yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Elvinin yaşadığı evinin həyətinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs tək olaraq 2 baş iri-buynuzlu heyvanları idarə etdiyi həmin avtomobilin yük yerinə yükləmişdir. Onunla birlikdə özünə məxsus heyvanları satmağa gedən həmkəndlisi Şahid4 da onunla birlidkə qeyd edilən bazara getmişdir. Həftənin 5-ci günü gecə saatlarında həmin bazarda olan zaman tanımadığı bir nəfər şəxs Elvindən qeyd edilən 2 baş iri-buynuzlu heyvanları 2800 manat almaq istəsə də, lakin Zərərçəkmiş şəxs razılaşmadığı üçün həmin heyvanları satmamışdır. Bundan sonra o, həmin bazarın ərazisində gəzməyə başlamışdır. Bir qədər sonra yenidən Elvinin yanına qayıtdıqdan sonra Elvin ona 2 baş iri-buynuzlu həmin heyvanları 1 həftəlik 3000 manata nisyə olaraq istəyən şəxsin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs və Şahid4 apardıqları heyvanları sata bilmədikləri üçün yaşadıqları evə qayıdarkən Elvin sonradan bildiyi Vəliyəddinə zəng edib öz aralarında həmin 2 baş iribuynuzlu heyvanları 1 həftəlik 3000 manata razılaşmaları barədə bildirdiyini eşitmişdir. Buna görə də Elvin ona həmin 2 baş iri-buynuzlu heyvanları aparıb Bərdə rayonu, Hacıəhmədli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə aparmalı olduğunu bildirmişdir. O, da razılaşıb birlikdə qeyd edilən kəndə getdikdən sonra Vəliyəddinin yaşadığı ünvana getmişlər. Həmin vaxt orada Elvin özünə məxsus olan 2 baş iri-buynuzlu heyvanları idarə etdiyi «Qazel» yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən düşürüb Vəliyəddinə təhvil verən zaman Vəliyyəddinin yanında olan 1 nəfər tanımadığı və adını bilmədiyi 30-35 yaşlı kişi cinsli şəxs həmin 2 baş iribuynuzlu heyvanları həyətdə yerləşən tövləyə aparıb bağlamışdır. Bundan sonra oradan çıxıb yaşadığı kəndə qayıtmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs əvəllər Bərdə rayon ərazisində yerləşən mal bazarında iri və xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. 2024-cü ilin sentyabr ayının əvəllərində Vəliyəddin ilə yaşadıqları kənd ərazisində küçədə görüşən zaman satmaq üçün 2 (iki) baş iribuynuzlu erkək danasının olmasını, həmin 2 (iki) baş iribuynuzlu danaların qiymətinin 2500-2600 manat dəyərində olduğunu demişdir. O, da həmin danaları almaq istədiyini demişdir. Səhəri gün Vəliyəddin ona zəng edib 2 (iki) baş iribuynuzlu danaları gətirməsi bardə ona məlumat vermişdir. Vəliyəddin həmin 2 (iki) baş iribuynuzlu heyvanları tanımadığı şəxslərin vasitəsilə “Qazel” yük markalı dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobil ilə gətirib onun yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsinə düşürmüşdür. Həmin vaxt Vəliyyədin ilə danışıb 2 (iki) baş iribuynuzlu danaları almaq üçün 2500 (iki min beş yüz) manata razılşamışdır. O, Vəliyəddinə hazırda 2000 (iki min) manat pulunun olduğunu, 500 (beş yüz) manat pulu isə səhər verəcəyini demişdir. Vəliyəddin də onunla razılaşmış, o, 2000 (iki min) manat pulu yaşadığı evin qarşısında Vəliyəddinə vermişdir. Onun atası evə gəldikdən sonra Vəliyəddindən aldığı 2 (iki) baş iribuynuzlu heyvanlara görə narazılıq etmişdir. O, da gedib bu barədə Vəliyəddinə bildirmişdir. Vəliyəddin isə ondan aldığı 2000 (iki min) manat pula başqa heyvan aldığını bildirib, ona satdığı 2 (iki) baş iribuynuzlu danaları aparıb satdıqdan sonra onun pulunu qaytarıb verəcəyini bildirdiyi üçün heyvanların aparmasına razılıq vermişdir. Vəliyəddin isə gəlib yaşadığı ünvandan “Qazel” yük markalı dövlət qeydiyyat nömrə nişanını bilmədiyi və tanımadığı sürücüsü ilə 2 (iki) baş iribuynuzlu heyvanları aparmışdır. Aradan 20 gün keçdikdən sonra Vəliyəddinin atası Fəxrəddin Məmmədov onun 700 (yeddi yüz) manat pulunu qaytarıb verən zaman 1300 (min üç yüz) manat pulunun da qaytarılıb veriləcəyini demişdir. Bundan sonra o, Vəliyəddindən 1300 (min üç yüz) manat pulunu almaq üçün yaşadığı ünvana getsə də, pulunu ala bilməmişdir. O, Vəliyəddinin yaşadığı ünvana pulunu almaq üçün gedən zaman Vəliyəddinin onun kimi bir çox şəxslərin də heyvanları alıb satıb pulunu vermədiyi üçün həmin şəxslər də Vəliyəddinin yaşadığı ünvana gəlib pullarını istədiklərini görmüşdür. Həmçinin Vəliyəddinin atası 1300 (min üç yüz) manat pulu hissə-hissə ona verəcəyini demişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Həsənqaya kəndində yerləşən yaşadığı fərdi evində yaşadığı dövrdə həyətdə yerləşən tövlədə özünə məxsus iri-buynuzlu mal-qara saxlamışdır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs 1 dəfə 2024-cü ilin sentyabr ayının qara bazarında Zərərçəkmiş şəxs yanında görmüşdür. 2024-cü ilin sentyabr ayının əvvəllərində o, özünə məxsus 1 baş iri-buynuzlu heyvanı satmaq üçün həmkəndlisi Şahid3 idarə etdiyi «Qazel» yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qeyd edilən Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarına satmaq üçün aparmışdır. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs də özünə məxsus 2 baş iri buynuzlu mal-qaranı satmaq üçün Şahid3 idarə etdiyi həmin avtomobil ilə aparmışdır. Onlar birlikdə həmin bazarda olan zaman tanımadığı bir nəfər şəxs Elvinə yaxınlaşıb qeyd edilən 2 baş iri-buynuzlu heyvanları 2800 manat almaq istəsə də, lakin Zərərçəkmiş şəxs razılaşmadığı üçün həmin heyvanları satmamışdır. Bundan sonra Şahid3 həmin bazarın ərazisində gəzməyə başlamış, lakin o, Elvinin yanında olan zaman Təqsirləndirilən şəxs Elvinə yaxınlaşıb 1 həftəlik 3000 manata nisyə olaraq almaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs əvvəlcədən Vəliyəddini tanısa da lakin o, həmin şəxsi tanımamışdır. Elvin ilə Vəliyəddin öz aralarında söhbət etsələr də, lakin razılaşmadıqları üçün həmin vaxt Elvin qeyd edilən 2 baş iri-buynuzlu heyvanları Vəliyəddinə satmamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə apardıqları heyvanları sata bilmədikləri üçün yaşadıqları evə Şahid3 idarə etdiyi «Qazel» yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qaytararkən Elvin Vəliyəddinə zəng edib telefonda danışıb öz aralarında həmin 2 baş iri-buynuzlu heyvanları 1 həftəlik 3000 manata satmağı barədə razılaşmalarını eşitmişdir. Buna görə də Elvin Şahid3 həmin 2 baş iribuynuzlu heyvanları aparıb Bərdə rayonu, Hacıəhmədli kəndində yaşayan Təqsirləndirilən şəxs aparıb verməyini bildirdiyi üçün Şahid3 da razılaşıb birlikdə qeyd edilən kəndə getdikdən sonra tanımadığı həyətə getmişlər. Həmin vaxt orada Elvin özünə məxsus olan 2 baş iri-buynuzlu heyvanları Şahid3 idarə etdiyi «Qazel» yük markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən düşürüb Vəliyəddinə təhvil verən zaman Vəliyəddinin yanında olan 1 nəfər tanımadığı və adını bilmədiyi 30-35 yaşlı kişi cinsli şəxs həmin 2 baş iri-buynuzlu heyvanları həyətdə yerləşən tövləyə aparıb bağlamışdır. Bundan sonra oradan çıxıb yaşadığı kəndə qayıtmışlar. Həmin vaxt o, yol haqqı olaraq Şahid3 10 manat pul vermişdir. Bundan sonra o, Vəliyəddin ilə Zərərçəkmiş şəxs digər söz-söhbətlərində iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Məmmədov Vəliyyədin və Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2 (iki) baş iribuynuzlu danaları satmışdır. Təqsirləndirilən şəxs isə ona pul verməmişdir. Zərərçəkmiş şəxs 2 (iki) baş iribuynuzlu heyvanların alınmasında o, iştirak etməmişdir. O, Zərərçəkmiş şəxsn 10000 (on min) manat pul almamış, Zərərçəkmiş şəxs ona 10000 (on min) manat pul verməmişdir. Zərərçəkmiş şəxs 10000 (on min) manat pulu Təqsirləndirilən şəxs vermişdir. İş materiallarına istinad Cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə iş üzrə şahid qismində dindirilmiş Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 üzünə qarşı bildirmişdir ki, Şahid1 onun qonşusudur, lakin hər hansı bir qohumluq münasibətləri yoxdur, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, «Qazel» yük markalı avtomobil ilə Elvin adlı şəxsə məxsus 2 baş iri buynuzlu heyvanları təxminən 1 il əvvəl gətirib 2000 (iki min) manata Şahid1 satmışdır. Sonra o, Şahid1 aldığı həmin 2000 manat pulu aparıb Fərid adlı şəxsə vermişdir. Üzləşdirmə zaman iş üzrə şahid qismində dindirilmiş Şahid1 da iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, lakin hər hansı bir qohumluq münasibətləri yoxdur, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs onun üzünə qarşı bildirdikləri ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla 2024-cü ilin sentyabr ayının əvvəllərində yaşadıqları kənd ərazisində küçədə görüşərkən ona satmaq üçün 2 (iki) baş iribuynuzlu erkək dananın olduğunu demiş, həmin vaxt Vəliyəddin ona həmin 2 (iki) baş iribuynuzlu danaların qiymətinin 2500-2600 manat dəyərində olduğunu bildirmiş, o, da həmin danaları almaq istədiyini bildirdiyi üçün səhəri gün Vəliyəddin ona zəng edib 2 (iki) baş iribuynuzlu danaları gətirməyi barədə məlumat vermişdir. Bundan sonra Vəliyəddin həmin 2 (iki) baş iribuynuzlu heyvanları onun tanımadığı şəxslərin vasitəsilə dövlət qeydiyyat nişanı xatırlamadığı «Qazel>» yük markalı avtomobil ilə gətirib onun yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsinə düşürmüşdür. Həmin vaxt o, Vəliyəddin ilə danışıb 2 (iki) baş iribuynuzlu danaları almaq üçün 2500 (iki min beş yüz) manata razılşadıqdan sonra o, Vəliyəddinə 2000 (iki min) manat pulunun olduğunu, 500 (beş yüz) manat pulu isə səhər verəcəyini demişdir. Vəliyəddin də onunla razılaşdıqdan sonra razılaşdıqları gün o, 2000 (iki min) manat pulu yaşadığı evin qarşısında Vəliyəddinə vermişdir. Həmin gün atası Cəlal evə gəldikdən sonra Vəliyəddindən aldığı 2 (iki) baş iribuynuzlu heyvanlara görə narazılıq etdiyi üçün gəlib Vəliyəddinə demişdir. Vəliyəddin də ondan aldığı 2000 (iki min) manat pula başqa heyvan aldığını demiş və 2 (iki) baş iribuynuzlu danaları aparıb satdıqdan sonra onun 2000 manat pulunu qaytarıb verəcəyini bildirdiyi üçün həmin 2 baş heyvanları aparmağına razılıq vermişdir. Buna görə də Vəliyəddin onun yaşadığı ünvana dövlət qeydiyyat nişanını və sürücüsünü xatırlamadığı «Qazel» yük markalı avtomobili ilə gəlib həmin avtomobil ilə 2 (iki) baş iribuynuzlu heyvanları aparmışdır. Təxminən 20-25 gün müddətinə həmin 2000 manat puldan hissə-hissə olmaqla Vəliyəddin və atası Fəxrəddin Məmmədov ona ümumilikdə 700 (yeddi yüz) manat pul versə də lakin, Vəliyəddin onun 1300 (bir min üç yüz) manat pulunu qaytarıb verməmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə iş üzrə şahid qismində dindirilmiş Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid5 üzünə qarşı bildirmişdir ki, Şahid5 tanıyır, lakin hər hansı bir qohumluq münasibəti yoxdur, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs Şahid5 üzünə qarşı bildirmişdir ki, 2024-cü ilin sentyabr ayının əvvəllərində o, Mir İbrahim ilə Bərdə rayonu, mal bazarında olarkən Elvinlə rastlaşmışdır. Elvin həmin bazarda 2 (iki) baş iribuynuzlu erkək dana satmaq üçün həmin bazara gəlmişdir. O, Mir İbrahim ilə birlikdə bazardan çıxıb avtomobil ilə kəndə gedərkən Fərid ona zəng edib Elvinin 2 baş iri-buynuzlu heyvanları satmasını və gətirib ona verməsini demişdir. Elvin də "Qazel" yük minik markalı avtomobil ilə 2 (iki) baş iribuynuzlu heyvanları gətirib onun yaşadığı ünvanda ona təhvil vermiş və 2250 (iki min iki yüz əlli) manata razılaşmışlar. Elvin də heyvanları onun qonşu Elçinin tövləsinə düşürüb getmişdir. Bundan sonra Fərid ona zəng edib heyvanları istəyən şəxsin olub-olmadığını soruşmuş, o, da Fəridə qonşusu Elçin adlı şəxsin danalarını 2000 (iki min) manata almaq istədiyini demişdir. Fərid də ona danaları 2000 (iki min) manat satmağını demişdir. O, da 2 (iki) baş iribuynuzlu danaları qonşusu Elçinə satdıqdan sonra kənd ərazisində Fərid ilə görüşüb 2000 (iki min) manat pulu Fəridə vermişdir. Bundan başqa o, Elvin Rəsulzadadən 10000 (on min) manat pul almamışdır. Üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 Təqsirləndirilən şəxs üzünə qarşı bildirdiklərinin yalan olduğunu, Zərərçəkmiş şəxs 2 (iki) baş iribuynuzlu danaları Vəliyəddinə satdığını, Təqsirləndirilən şəxs ona pul vermədiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin 2 (iki) baş iribuynuzlu heyvanlarının alanmasında iştirak etmədiyini, Zərərçəkmiş şəxs 10000 (on min) manat pul almadığını, Zərərçəkmiş şəxs ona 10000 (on min) manat pul vermədiyini, Zərərçəkmiş şəxs həmin 10000 (on min) manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Üzləşdirmə zamanı Müdafiəçi Təqsirləndirilən şəxs 2 (iki) baş iribuynuzlu heyvanları 2250 (iki min iki yüz əlli) manata alıb, heyvanları aldığı qiymətdən aşağı qiymətə 2000 (iki min) manata satması ilə bağlı vermiş olduğu suala Təqsirləndirilən şəxs cavab olaraq Zərərçəkmiş şəxs aldığı 2 (iki) baş iribuynuzlu heyvanların dəyərinin elə olduğuna görə 2000 (iki min) manata satdığını bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs ilə iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, lakin hər hansı bir qohumluq münasibəti yoxdur, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, 2024-cü ilin sentyabr ayının əvvəllərində tanışı Taleh ilə Bərdə rayonunda yerləşən mal bazarında 2 (iki) baş iribuynuzlu danaları satan zaman tanımadığı müştəri 2800 (iki min səkkiz yüz) manata istədiyini, lakin həmin danaları satmadığını, bazarda olarkən Vəliyəddinin ona yaxınlaşıb 2 (iki) baş iribuynuzlu danaları bir həftəlik nisyə olaraq 3000 (üç min) manata demiş, o, da razılaşıb "Qazel" yük markalı avtomobilin sürücüsü İnam və Taleh ilə birlikdə aparıb yaşadığı kənd ərazisində təhvil vermişdir. Həmin vaxt Vəliyəddin ona 7 gün ərzində həmin heyvanların pulu olan 3000 (üç min) manatı verəcəyinə söz vermişdir. Aradan 3-4 gün keçdikdən sonra Vəliyəddin onun yaşadığı ünvana gələrək Ağdam rayonunda yaşayan tanışından 80 (səksən) baş iribuynuzlu heyvanları almağa getdiyini və 10000 (on min) manat pul verməyini, həmin iribuynuzluheyvanları satıb pul qazanacaqlarını dediyi üçün o, Vəliyəddinin dediklərinə inanıb 10000 (onmin) manat pulu Vəliyəddin vermişdir. Həmin vaxt Vəliyəddin mağazadan 70 (yetmiş) manat dəyərində iribuynuzlu heyvanları bağlamaq üçün kəndir almışdır. Özləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bildirdikləri ilə bağlı Təqsirləndirilən şəxs da bildirmişdir ki, 2024-cü ilin sentyabr ayının əvvəllərində Bərdə rayonu, mal bazarında olarkən Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs 2 (iki) baş iribuynuzlu danaları satmaq üçün həmin bazara gəlmişdir. O, Mir İbrahim ilə birlikdə bazardan çıxıb avtomobil ilə kəndə gedərkən Fərid ona zəng edib satdığı 2 (iki) baş iribuynuzlu danaları ona 2250 (iki min iki yüz əlli) manata ona nisyə vermək istədiyini, bundan sonra "Qazel" yük markalı avtomobil ilə həmin 2 (iki) baş iribuynuzlu heyvanları gətirib yaşadığı ünvanda ona təhvil vermişdir. O, da Fəridə qonşusu Elçin adlı şəxsin danaları 2000 (iki min) manata istədiyini demişdir. Fərid isə danaları 2000 (iki min) manata satmağını demişdir. O, da 2 (ik) baş iribuynuzlu danaları qonşusu Elçinə satıb həmin 2000 manat pulu aparıb Şahid5 vermişdir. Üzləşdirmə zamanı Müdafiəçi Təqsirləndirilən şəxs əvvəllər zərərçəkmiş şəxsi tanımasını, zərərçəkmiş şəxs Elvindən aldmış olduğu 2 (iki) baş iri-buynuzlu heyvanları neynəməsi barədə vermiş olduğu suala Təqsirləndirilən şəxs cavab olaraq o, Zərərçəkmiş şəxs təxminən 1 il yarım tanıdığını, Elvindən aldığı 2 (iki) baş iribuynuzlu heyvanları qonşusu Elçinə 2000 (iki min) manata satıb pulunu Şahid5 verdiyini bildirmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yalan danışdığını, Fəridi Vəliyəddinin dostu kimi tanımış, 2025-ci ilin aprel ayında Vəliyyəddin və atası Fəxrəddin onun yaşadığı ünvana qırmızı rəngli avtomobil ilə gəlib Vəliyəddin vermiş olduğu pullara görə biraz gözləməsini, özünün borcu olduğunu və işləyib pulu verəcəyini demişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dediklərinə cavab olaraq Şahid5 Bakı şəhərində olarkən ona zəng edib Elvinin yaşadığı ünvana gedib vaxt almasını dediyi üçün o, da Elvinin yaşadığı ünvana gedib vaxt istəmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN- nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdən daxil olmuş 07 oktyabr 2025-ci il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 307 saylı arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1958-ci il təvəllüdlü atası X11, xx.xx.2014-cü il təvəllüdlü qızı X5, xx.xx.2017-ci il təvəllüdlü oğlu X6, xx.xx.2010-cu il təvəllüdlü qızı X3 və xx.xx.2023-cü il təvəllüdlü qızı X10 ilə birlikdə Bərdə rayonu, Hacıəhmədli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 4 (dörd) azyaşlı uşağı var. Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, ********* nömrəli cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Həsənqaya kəndində yaşayan Zərərçəkmiş şəxs ümumilikdə 13000 (on üç min) manat dəyərində pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs Bərdə rayonu, Hacıəhmədli kəndində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iş üzrə Təqsirləndirilən şəxs bundan başqa digər hər hansı bir cinayət əməlinin törədilməsində iştirak etmələri müəyyən edilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirib ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində bildirdikləri xüsusatlar şifahi vəsatət kimi qəbul edilmiş və cinayət işinin materialları ilə tam təkzib edildiyindən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməklə 25 sentyabr 2025- ci il tarixdə tərəfimdən vəsatətin rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin vəsatət 07 oktyabr 2025-ci il tarixdə cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» qərarla nəzərə alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs 09 oktyabr 2025-ci il tarixdə cinayət işinin materialları ilə tanış olduqdan sonra özünü Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirdikləri şifahi vəsatət kimi qəbul olunmuş və iş üzrə toplanan sübutlarla əsassız hesab olunaraq 09 oktyabr 2025-ci il tarixdə tərəfimdən rədd edilmişdir. İstinad edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikasının Ali Məhkəmənin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində verilmiş şərhə istinadən qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. 4-cü bəndə görə dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. 5-ci bəndə əsasən, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq olunmuş cinayət işi materiallarında olan istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə cinayət əməli sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində himayəsində 04 azyaşlı övladının olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdiyi 25 (iyirmi beş) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli 23 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. X1 göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdiyi 25 (iyirmi beş) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (həbsdə saxlanılan təqsirləndirilən şəxsə rəsmi qaydada verildiyi gündən) Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı gündən sonraki gün qanuni qüvvəyə minir. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-174/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-174/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver