Məhkəmə qərarları › İş №1(021)-175/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-175/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-175/2021 21.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 qızının iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4, 145.2.3 və 145.2.4-cü maddələri ilə və, 12 avqust 1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, H.Əliyev prospekti 155 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 22 iyul 2021-ci il tarixdə, saat 11 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan övladı – xx xxxxxx 2003-cü il təvəllüdlü X13 hər gün axşamlar yaşadığı Bərdə şəhəri, H.Əliyev prospekti 155 ünvanında yerləşən beşmərtəbəli yataqxananın 5-ci mərtəbəsindəki evə gec gəlməsini bəhanə edib tərbiyələndirmək məqsədilə saçından tutub yaşadığı həmin mənzildən eyni mərtəbədəki sanitar qovşağa gətirərək oradakı daşla onun baş nahiyəsinə, əlinin orta barmağının ikinci oynaq hissəsi irəli qabardılmış və sıxılmış vəziyyətdə yumruğu ilə qarın və sinə nahiyələrinə zərbələr endirmiş, sanitar qovşağı tərk etdikdən sonra 10-15 dəqiqə fasilələrlə iki dəfə geri qayıdaraq əlindəki çəkməkdə olduğu qalın, sonra isə nazik siqaretin közünü sağ ayağına basmış, sanitar qovşağdakı plastik balonun içərisindəki soyuq suyu onun başından aşağıya tökmüş, saçından tutaraq başını bir neçə dəfə divara vurmaqla Əfsanə Yusifzadənin döş qəfəsi, sol said, sağ baldır, sağ ayaqarxası nahiyələrinin termiki yanıqları, sol baldır, sol bazu, sol said, sağ baldır nahiyələrinin qançırları, sağ körpücük, boyun, sağ çiyinüstü, alın nahiyələrinin sıyrıqlarından ibarət sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, habelə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək X13 qəsdən qanunsuz azadlıqdan məhrum etmək qərarına gəlib, eyni niyyətlə həmin gün saat 11:50 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti 84 ünvanında yerləşən “Laçın İnşaat” mağazasından 1 manat 50 qəpiyə aldıqları qıfıl və kiloqramını 4 manat 50 qəpiyə aldıqları 2 metr 34 sm uzunluğunda olan dəmir zəncir vasitəsilə qısa müddət sonra, yəni saat 12 radələrində yaşadıqları Bərdə şəhəri, H.Əliyev prospekti 155 ünvanında yerləşən beşmərtəbəli yataqxananın 5-ci mərtəbəsindəki sanitar qovşağındakı dəmir boruya Əfsanə Yusifzadənin sol ayağını bağlayıb sonuncunu iradəsi əleyhinə qanunsuz olaraq azadlıqdan məhrum etdiyini dərk edib belə əməli törətməyi arzu edərək yetkinlik yaşına çatmayan X13 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, təxminən saat 16 radələrində geri qayıdaraq Əfsanə Yusifzadəni ayağına bağladığı zənciri bir az boşaldıb köməksiz vəziyyətindən sui-istifadə edərək yenidən döymüş və zənciri bağlayarkən istifadə etdiyi qıfılın açarını Təqsirləndirilən şəxs2 verməklə yataqxananı tərk edib Əfsanə Yusifzadənin uzun müddətə-həmin gün saat 23:20 radələrinədək eyni vəziyyətdə saxlanılmasını təmin etməklə qidadan, sudan məhrum etmiş, həmçinin pis qoxulu yerdə tənəffüs etməyə məcbur etməklə aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olduğunu dərk edib belə əməli törətməyi arzu edərək Əfsanə Yusifzadəyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermişdir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 22 iyul 2021-ci il tarixdə, saat 11 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək yetkinlik yaşına çatmayan qızının - xx xxxxxx 2003-cü il təvəllüdlü X11 hər gün axşamlar evə gec gəlməsini bəhanə edib tərbiyələndirmək məqsədilə qəsdən qanunsuz azadlıqdan məhrum etmək qərarına gəlib, eyni niyyətlə həmin gün saat 11:50 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti 84 ünvanında yerləşən “Laçın İnşaat” mağazasından 1 manat 50 qəpiyə aldıqları qıfıl və kiloqramını 4 manat 50 qəpiyə aldıqları 2 metr 34 sm uzunluğunda olan dəmir zəncir vasitəsilə qısa müddət sonra, yəni saat 12 radələrində yaşadıqları Bərdə şəhəri, H.Əliyev prospekti 155 ünvanında yerləşən beşmərtəbəli yataqxananın 5-ci mərtəbəsindəki sanitar qovşağındakı dəmir boruya Əfsanə Yusifzadənin sol ayağını bağlayıb sonuncunu iradəsi əleyhinə qanunsuz olaraq azadlıqdan məhrum etdiyini dərk edib belə əməli törətməyi arzu edərək, uzun müddətəhəmin gün saat 23:20 radələrinədək eyni vəziyyətdə saxlanılmasını təmin etməklə yetkinlik yaşına çatmayan X13 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4, 145.2.3 və 145.2.4-cü maddələri ilə elan olunmuş yeni ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 2013-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Bərdə Rayon Məhkəməsinin hökmü ilə barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Subaydır. X11 anası Təqsirləndirilən şəxs2 ilə 1 il əvvəl qeyri-rəsmi yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs2 onun yaşadığı evin yaxınlığında olan Bərdə şəhəri, H.Əliyev prospekti (Nizami küçəsi) 155 ünvanında yerləşən yataqxanının beşinci mərtəbəsində iki qız övladı ilə birlikdə yaşayır. Həmin mərtəbədəki mənzillərin hər biri 01 otaqdan ibarətdir. O, bir ildir ki, Təqsirləndirilən şəxs2 ilə eyni otaqda yaşayır. Qonşu otaqda isə Təqsirləndirilən şəxs2 qızları Əfsanə Yusifzadə və Rüstəmli Fədayə yaşayır. Fədayə Rüstəmlinin atası Şəlalənin ondan əvvəlki yaşadığı Arif adlı şəxsdir. Şəlalə ilə yaşadığı bir il müddətdə onun və uşaqlarının bütün maddi ehtiyaclarını Təqsirləndirilən şəxs1 qarşılamışdır. Şəlalənin böyük qızı, X18 yüngül həyat tərzi keçirmiş, papiros çəkmiş, tanımadığı oğlanlarla gecələr evi tərk etmişdir. Anası və o, həmişə Əfsanənin bu cür həyat tərzinə qarşı çıxmiş, Əfsanəyə daima öz iradlarını bildirmişlər. Buna baxmayaraq, Əfsanə yenə də öz bildiyini etməyə davam etmişdir. O, 22 iyul 2021-ci il tarixdə, təxminən saat 14-15 radələrində Şəlalənin anası Yazgül adlı qadını yataqxanadan atasının VAZ 2106 markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəlalə və onun kiçik qızı ilə birlikdə anasını Mingəçevir şəhərinə yola salmaq üçün Bərdə avtovağzalına aparıb düşürmüşdür. Yazgülü avtovağzaldan yola saldıqdan sonra birbaşa evə qayıtmışlar. Şəlalə, onlar evdən çıxarkən Əfsanəni evdə qoymuş və otağın qapısını evi tərk edə bilməsin deyə kilidləmişdir. Onlar yataqxanaya çatdıqdan sonra beşinci mərtəbəyə qalxmışlar. Şəlalə qapının kilidini açan kimi Əfsanə otaqdan çıxıb aşağı mərtəbəyə düşdü. Əfsanə qonşuluqdakı Nailə adlı qadınla mübahisə etdiyi üçün anası Şəlalə onu evə gətirmiş və otaqda döyməyə başlamışdır. Həmin vaxt Əfsanə əli ilə anası Şəlaləni vurduqda o özünü saxlaya bilməmiş və bir dəfə sol əlilə Əfsanənin başının əng hissəsinə şillə vurmuşdur. Bundan əlavə, ona təqdim edilən Bərdə şəhəri, H.Əliyev prospekti 155 ünvanda yerləşən yataqxananın beşinci mərtəbəsindəki sanitar qovşaqda X2 ayağından dəmir boruya bağlanmasında istifadə olunmuş gümüşü rəngdə, çəkisi 01 kiloqram, uzunluğu isə 234 sm olan dəmir zənciri 22 iyul 2021-ci il tarixdə, X11 ayağının yaşadığı yataqxananın beşinci mərtəbəsindəki sanitar qovşağında dəmir boruya bağlanmasında istifadə edilməsi məqsədi ilə, 4.5 manata Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Laçın İnşaat adlı tikinti materialları mağazasından təkbaşına almışdır. Bundan əlavə, Əfsanə Yusifzadənin sol ayağından dəmir boruya zəncirlə bağlayarkən həmin zənciri aça bilməməsi üçün 01 ədəd qıfıl da almışdır. Əfsanə Yusifzadənin ayağını dəmir zəncir bağlamaq fikri onun anası Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. O, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Laçın İnşaat” adlı tikinti materialları mağazasından zənciri alıb yataqxanaya getdikdən sonra həmin yataqxananı təxminən 1 saat yarımdan sonra tərk etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki yetkinlik yaşına çatmayan qızları -18 avqust 2009-cu il təvəllüdlü X21 və xx xxxxxx 2003-cü il təvəllüdlü X16 ilə Bərdə şəhəri, H.Əlıiyev prospekti (Nizami küçəsi) 155 ünvanında yerləşən yataqxanada yaşayır. İki dəfə evlənib boşanmışdır. Təxminən bir il əvvəl tanış olduğu və qeyri-rəsmi həyat yaşadığı Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 da onlarla eyni mənzildə yaşamışdır. Təqsirləndirilən şəxs1 onun və uşaqlarının daima qayğısına qalmışdır. O, əvvəllər Bərdə şəhəri, Nizami küçəsində yerləşən kafedə işləsə də, sonradan oradakı iş fəaliyyətimi dayandırmışdır. Təqsirləndirilən şəxs1lə tanış olduqdan sonra onların maddi ehtiyaclarını Təqsirləndirilən şəxs1 qarşılamışdır. Ruslan axşamlar atasına məxsus “VAZ 2106” markalı avtomobil ilə Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun böyük qızı Əfsanə Rzayeva uşaqlıqda Mingəçevir şəhərində, nənəsi ilə birlikdə yaşamışdır. Əfsanə Yusifzadə böyüdükcə onun barəsində edilən şikayətlərin sayı çoxalmağa başlamışdır. Bunun üçün də Əfsanəni Bərdə şəhərinə gətirmişdir. Qızı Əfsanə onun yanına gəldikdə artıq tərbiyəsiz bir qız olmuşdur. Sonralar Əfsanənin hətta siqaret çəkdiyini öyrənmişdir. Əfsanə bunları etməklə qalmır, həmçinin gecə radələrində tanımadığı oğlanlarla vaxt çekirmiş, onların avtomobillərinə minmişdir. Qızı Əfsanənin bu cür hərəkəti onu qonşularının yanında pis vəziyyətə salmışdır. Onun Əfsanəyə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Əfsanə yenə də öz bildiyini etmişdir. Təqsirləndirilən şəxs1 də onlarla birgə yaşadığı üçün Əfsanənin özünü bu tərzdə aparmağına əsəbiləşmiş, çöldəbayırda Əfsanə haqqında deyilənləri ona bildirmişdir. O isə əsəbiləşib Əfsanəni döymüşdür. Bəzən Təqsirləndirilən şəxs1 də Əfsanəyə əl qaldırmışdır. Təxminən 4-5 ay əvvəl Əfsanənin həmişəki yanlış hərəkətlərinə, yüngül həyat tərzi keçirdiyinə görə Ruslan ona şillə vurmuşdur. 21 iyul 2021-ci il tarixdə onun anası X9 Bərdəyə, evinə qonaq gəlmişdir. Yazgül onun evində bir gün qaldır. Həmin müddətdə nənəsi da Əfsanəyə tərbiyəedici sözlər desə də, Əfsanə nənəsinin heç bir sözünü ciddiyə almamışdır. 22 iyul 2021-ci il tarixdə o, kiçik qızı və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun avtomobili ilə anasını evinə yola salmaq üçün Bərdə avtovağzalına getmişdir. Evdən təxminən saat 11-12 radələrində çıxmışlar. O, həmişəki kimi qızı Əfsanənin evdən çıxa bilməməsi üçün mənzilin qapısını arxadan kilidləmişdir. Evdən çıxmamışdan əvvəl qızı Əfsanən Yusifzadəni zəncirlə bağlamağı artıq qərarlaşdırmışdır. Yazgül İsmayılovanı avtovağzaldan yola saldıqdan sonra evə qayıdarkən Təqsirləndirilən şəxs1 Əfsanəni zəncirləmək üçün mağazadan zəncir almasını istəmişdir. Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Laçın inşaat mağazasından 01 ədəd gümüşü zəncir və 01 ədəd qıfıl almışdır. Təxminən saat 12-də o, kiçik qızı və Ruslan yataqxanaya çatmışlar. Birinci növbədə, Təqsirləndirilən şəxs1 əlində almış olduğu qıfıl və zəncirlə yataqxananın beşinci mərtəbəsinə çıxmışdır. O, Ruslandan təxminən 2 dəqiqə sonra beşinci mərtəbəyə çatmışdır. Beşinci mərtəbəyə çatdıqda artıq Təqsirləndirilən şəxs1 qızı Əfsanə Yusifzadəni sanitar qovşağında otuzdurduğunu və ayağına zəncir bağladığını görmüşdür. Əfsanə onu o qədər bezdirmişdir ki, o, Əfsanəni zəncirə bağlı vəziyyətdə görsə də sanitar qovşağına yaxınlaşmamış və yaşadığı mənzilə daxil olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, 01 ədəd zəncir və 01 ədəd qıfılı onun tapşırığı ilə Təqsirləndirilən şəxs1 Əfsanə Yusifzadənin ayağının bağlanması üçün “Laçın inşaat”dan almış, qızı Əfsanə Yusifzadənin sanitar qovşağında zəncirlə dəmir boruya bağlı olan zaman onun bədənindəki yanıq və digər xəsarətlər Təqsirləndirilən şəxs1 tərəfindən yetirilmiş, Əfsanənin ayağı göyərdiyi üçün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Ruslanın ***-***-**-** nömrəsinə zəng edərək gəlib zənciri bir qədər boşaltmasını istəmiş, Ruslan da onun zəngindən sonra gələrək Əfsanənin ayağına bağlamış olduğu zənciri biraz boşaltmış, bu dəfə getdikdə isə qıfılların açarlarını ona verib getmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs X18 əvvəlcə qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2003-cü ildə Mingəçevir şəhərində anadan olub. Anası Təqsirləndirilən şəxs2 Mingəçevirdəndir. Altıncı sinifə kimi Bərdə şəhərində yerləşən 4 nömrəli məktəbdə, 9-cu sinifə kimi isə Mingəçevir şəhərində yerləşən 20 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Bərdə rayonuna, anası ilə birlikdə yaşamaq üçün gəlib. Anası təxminən 2008-ci ildə Arif adlı şəxslə ikinci dəfə evlənmişdir. Bacısı Fədayənin atası Arifdir. Lakin anası bir müddət sonra Arifdən ayrıldı. Arif Bərdə rayon sakinidir. Arifin üzünü gec-gec görüb. 2021-ci ilin noyabr ayından etibarən Təqsirləndirilən şəxs1 onların yaşadıqları mənzildə daimi qalmağa başladı. O, Ruslanı daha əvvəl də qonşuluqda yerləşən bina evinin sakini kimi tanıyırdı.Məhlədə onu tez-tez görüb. Ruslan anası ilə qeyri-rəsmi ər-arvad həyatı yaşamağa başladıqdan sonra onların maddi tələbatlarını qarşılamağa başladı. Bundan əlavə, o makiyaj etmə fəaliyyəti ilə məşğul olurdu. Gözəllik salonunda bir müddət işləsə də, sonradan Ruslan onun işləməyinə etiraz etdi və icazə vermədi. Ruslan onun hər bir işinə, bütün şəxsi həyatına müdaxilə edirdı. Ruslan onu çölə çıxmağa, pəncərədən baxmağa icazə vermirdi. Onu daima bağlı qapı arxasında saxlayırdı. 21 iyul 2021-ci il tarixdə nənəsi Yazgül İsmayılova onlara Mingəçevirdən qonaq gəlmişdir. Bir gün onlarda qaldı. Anası nənəsiə siqarət çəkdiyini demişdi. Nənəsi onu danlayanda o, nənəsinə cavab qaytardı. Anası ona bir şillə vurdu. Növbəti gün nənəsi Yazgülü Mingəçevirə yola salmaq üçün Ruslan onu təxminən saat 11 radələrində atasının sarı rəngli, “VAZ 2106” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə avtovağzalına apardı. Ruslanla birlikdə nənəsini yola salmaq üçün anası Təqsirləndirilən şəxs2 və bacısı Fədayə də getmişdir. Anası evdən çıxan zaman onun olduğu otağın qapısını arxadan kilidlədi. Ruslan, anası və Fədayə təxminən 40-50 dəqiqə sonra geri qayıtdılar. Qapını açan zaman anasının əlində 01 ədəd təzə qıfıl və 01 ədəd gümüşü rəngdə təzə zəncir olmuşdur. Anası onu qolundan tutub aparıb sanitar qovşağına bağladı. Daha sonra zərəçəkmiş şəxs X18 ifadəsinə əlavə edərək bildirdi ki, Ruslan ona heç bir şiddət göstərməmiş, əksinə o, müqavimət göstərmədən anası ilə ayaqyoluna getmişdir. Çünki anasına müqavimət göstərməyin mənası olmadığını bilmişdir. Halbuki, zərərçəkmiş şəxs X18 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, xx xxxxxx 2003-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Anası Təqsirləndirilən şəxs2 Mingəçevirdəndir. Altıncı sinifə kimi Bərdə şəhərində yerləşən 4 nömrəli məktəbdə, 9-cu sinifə kimi isə Mingəçevir şəhərində yerləşən 20 nömrəli tam orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra Bərdə rayonuna, anası ilə birlikdə yaşamaq üçün gəlmişdir. Anası təxminən 2008-ci ildə Arif adlı şəxslə ikinci dəfə evlənmişdir. Bacısı Fədayənin atası Arifdir. Lakin anası bir müddət sonra Arifdən ayrılmışdır. Arif Bərdə rayon sakinidir. Arifin üzünü gec-gec görmüşdür. 2021-ci ilin noyabr ayından etibarən Təqsirləndirilən şəxs1 onların yaşadıqları mənzildə daimi qalmağa başlamışdır. O, Ruslanı daha əvvəl də qonşuluqda yerləşən bina evinin sakini kimi tanımışdır. Məhlədə onu tez-tez görmüşdür. Ruslan anası ilə qeyri-rəsmi ər-arvad həyatı yaşamağa başladıqdan sonra onların maddi tələbatlarını qarşılamağa başlamışdır. Bundan əlavə, o da makiyaj etmə fəaliyyəti ilə məşğul olmuşdur. Gözəllik salonunda bir müddət işləsə də, sonradan Ruslan onun işləməsinə etiraz etmiş və icazə verməmişdir. Ruslan onun hər bir işinə, bütün şəxsi həyatına müdaxilə etmişdir. Onu teztez döymüşdür. Anası isə Ruslanın hərəkətlərinə qarşı heç bir reaksiya verməmişdir. Ruslan onun çölə çıxmasına, pəncərədən baxmasına icazə verməmişdir. Onu daima bağlı qapı arxasında saxlamışdır. 21 iyul 2021-ci il tarixdə nənəsi Yazgül İsmayılova onlara Mingəçevirdən qonaq gəlmişdir. Bir gün onlarda qaldır. Həmin gün o, qonşuluqdakı Nailə adlı qadınla mübahisə etdiyi üçün əvvəl anası onu döymüş, sonra isə Ruslan başına şillə vurmuşdur. Gecə Ruslan həmişəki kimi onların evində gecələmişdir. Növbəti gün nənəsi Yazgülü Mingəçevirə yola salmaq üçün Ruslan onu təxminən saat 11 radələrində atasının sarı rəngli, “VAZ 2106” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə avtovağzalına aparmışdır. Ruslanla birlikdə nənəsini yola salmaq üçün anası Təqsirləndirilən şəxs2 və bacısı Fədayə də getmişdir. Anası evdən çıxan zaman onun olduğu otağın qapısını arxadan kilidləyərkən Ruslan ona “dayan birazdan gəlirəm” sözünü demişdir. Ruslan, anası və Fədayə təxminən 40-50 dəqiqə sonra geri qayıtmışlar. Ruslan məhlədən beşinci mərtəbəyə onun bacısı və anasından tez çatmışdır. Qapını açan zaman Ruslanın əlində 01 ədəd təzə qıfıl və 01 ədəd gümüşü rəngdə təzə zəncir olmuşdur. Ruslan onun sacından tutub yataqxananın beşinci mərtəbəsində yerləşən sanitar qovşağına aparmışdır. Sanitar qovşağında Ruslan əlindəki zəncirlə ayağına, qollarına, belinə vurmağa başlamışdır. Əvvəl zənciri sol ayağına dolamış və təzə aldığı qıfılla kilidləmiş, sonra zəncirin digər tərəfini dəmir boruya dolamış və həmin hissəni yaşadıqları mənzilin qapısını bağladıqda istifadə etdikləri köhnə qıfıl ilə kilidləmişdir. Ruslan onu zəncirlədikdən sonra qarın, baş və sinə nahiyələrinə orta barmağının oynaq hissəsi irəli qabardılmış və yumruğu sıxılmış vəziyyətdə zərbələr endirmişdir. Saçından tutub başını divara vurmuşdur. Sanitar qovşağı tərk edən Ruslan təxminən 15 dəqiqə sonra yenidən yanına gəlmişdir. Ruslan onun yanıqdan çox qorxduğunu bildiyi üçün sağ ayağına çəkdiyi qalın siqaretin közünü basmışdır. Həmin vaxt o, qorxudan sağ əli ilə Ruslanın üzü tərəfə zərbə endirmişdir. Həmin hadisədən təxminən 10 dəqiqə sonra Ruslan gəlib sanitar qovşağında olan daşı yerdən götürüb bir neçə dəfə onun başına vurmuşdur. Ruslan bundan təxminən 2 dəqiqə sonra ikinci dəfə nazik siqaretlə gəlib onun sağ ayağına yenidən köz basmışdır. Ruslan közü basdıqdan sonra plastik balondakı suyu onun başından aşağıya tökmüşdür. Su çox soyuq olduğundan yaralarına dəyərkən ona əzab vermiş, həm də qıcıqlandırmış, əsəbinə toxunmuşdur. Onun zəncirlə bağlandığını, ona əzab verildiyini binadakı sakinlər bilsələr də, Təqsirləndirilən şəxs1 qorxduqları üçün heç kim cəsarət edib ona yaxınlaşa bilməmişdir. Ruslan təxminən 2-3 saat sonra onun olduğu yerə yenidən gəlmişdir. Ayağına bağlanan zəncir ayağını göyərtdiyi üçün ağrı hiss etmiş və qışqırmışdır. Anası bunun üçün Ruslana zəng edib binaya gəlib zənciri bir qədər boşaltmasını istəmişdir. Çünki hər iki qıfılın açarı Ruslanda olmuşdur. Ruslan zənciri boşaltmaq üçün gəldikdə yenə onu döymüşdür. Daha sonra zənciri boşaldıb getmişdir. Təxminən saat 21 radələrində Ruslan yenidən yataqxanaya gəlmişdir. Yataqxananın dördüncü mərtəbəsində gürcüstanlı bir qadınla mübahisə etmişdir. O gələn səslərin hamısını eşidə bilmişdir. Ruslan mənzilə daxil olmamış ilk sanitar qovşağına gəlib onu yenidən döymüşdür. Sonra Ruslan çimmiş və gec gələcəyini bildirərək qıfılların açarlarını Təqsirləndirilən şəxs2 vermişdir. O, sanitar qovşağında axşama kimi zəncirlənmiş vəziyyətdə qalmışdır. Onu polislər xilas etmişlər. Bundan əlavə, Əfsanə Yusifzadə əlavə olaraq bildirmişdir ki, onu yalan ifadə verməyə anası məcbur etmiş, anası Təqsirləndirilən şəxs1 ondan daha çox sevmişdir, hətta öz canından da çox sevdiyi üçün Ruslanın əvəzinə özünün həbs edilməyinə razı olmuşdur. Təqsirləndirilən şəxs1 onu zəncirləyərkən anası həmin vaxt evdə olmuşdur. Anası onun qışqırıq səsini eşitsə də, yaxınlaşmamışdır. Onu ən çox qıcıqlandıran da anasının hərəkətsizliyi olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 ilə hər hansı yaxın münasibətləri olmadığını, Təqsirləndirilən şəxs1 tərəfindən mütəmadi döyülməyi hadisəsinə Tərgül, Ayşən və Eldəniz adlı qonşuları şahidlik etmişlər. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadə verərək bildirdi ki, qızı nənəsi ilə yaşayanda ondan maraqlanırdı. Alimenti vaxtı vaxtında ödəyib. Onun heçnədən xəbəri yoxdur. Məhkəmə istintaqı zamanı şahid Bərdə Rayon Polis X12 müstəntiqi, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən etibarən Bərdə rayon polis X12 müstəntiqi vəzifəsində işləyir. Rütbəsi polis baş leytenantıdır. 22 iyun 2021-ci il tarixdə Bərdə Bərdə Rayon Polis Şöbəsində növbədə olarkən təxminən saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Çağırı Mərkəzindən rayon polis şöbəsinə Bərdə şəhəri, Heydər Əliyev prospekti 155 (Nizamin 155) ünvanında yerləşən beşmərtəbəli binanın beşinci mərtəbəsindəki sanitar qovşaqda Əfsanə adlı yetkinlik yaşına çatmayan bir qızın ayağından dəmir boruya zəncirlə bağlanması barədə məlumat daxil olmuşdur. Məlumat qeydiyyata alınmış və dərhal onunla birlikdə Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X22, Bərdə Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı X23, Bərdə Rayon Polis Şöbəsinin, X8 sahə rəisi, polis baş leytenantı Şahid4 və digər polis əməkdaşları hadisə yerinə getmişlər. Bərdə şəhəri, H.Əliyev 155 ünvanında yerləşən beşmərtəbəli binaya çatmışlar. Binanın tünd-qızılı rəngli giriş qapısından içəri daxil olmuşlar. Pilləkənlərlə beşinci mərtəbəyə çıxmışlar. Beşinci mərtəbədə hər biri bir dəhlizin başlanğıcı olan sağda və soldakı qapıları görmüşlər. Sağdakı qapıdan keçib dəhliz ilə irəliləmişlər. Dəhliz boyu sağda və solda mənzillərin qapıları yerləşmişdir. Dəhlizin sonunda sanitar qovşaq olmuşdur. Sanitar qovşağın taxta qapısından keçib içəri ilk o daxil olmuşdur. Əynində qara rəngli şalvar və narıncı rəngli, qısaqol köynəyi olan X19 yerdə oturmuş vəziyyətdə olmuşdur. İnstinaq hərəkəti zamanı Əfsanə Yusifzadənin 11 may 2003-cü il təvəllüdlü olduğunu müəyyən etmişdir. Yəni o, yetkinlik yaşına çatmayan olmuşdur. Zəncir az istifadə olunmuş, təzə zəncir, həmçinin qıfıllardan biri də təzə qıfıl olmuşdur. Zəncirin bir tərəfi Əfsanə Yusifzadənin sol ayağında, digəri isə sanitar qovşaqdakı dəmir boruya bağlanmışdır. Zəncirin hər iki tərəfi də qıfılla kilidlənmişdir. O, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirib protokolu tərtib etmişdir. Əfsanə Yusifzadənin ayağındakı zəncirin kilidlənməsi üçün istifadə edilən qıfılın açarını onun anası, Bərdə şəhəri, Heydər Əliyev prospekti 155 ünvanında Əfsanə ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs2 gətirib polis əməkdaşlarına təqdim etmişdir. Əfsanə Yusifzadənin izahatı alınarkən onu döyərək sanitar qovşaqda ayağından dəmir boruya zəncirləyənin anası Təqsirləndirilən şəxs2 qeyri-rəsmi münasibətdə yaşadığı Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Bərdə Rayon Polis Şöbəsinin, İstintaq Bölməsinin müstəntiqi, polis leytenantı X23 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən etibarən Bərdə rayon polis X12 müstəntiqi vəzifəsində işləyir. Rütbəsi polis leytenantıdır. 22 iyun 2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin növbədə olarkən təxminən saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Çağırı Mərkəzindən rayon polis şöbsəində Bərdə şəhəri, Heydər Əliyev prospekti 155 (Nizamin 155) ünvanında yerləşən beşmərtəbəli binanın beşinci mərtəbəsindəki sanitar qovşaqda Əfsanə adlı yetkinlik yaşına çatmayan bir qızın ayağından dəmir boruya zəncirlə bağlanması barədə məlumat daxil olmuşdur. Məlumat qeydiyyata alınmış və dərhal onunla birlikdə Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X22, Bərdə Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Bərdə Rayon Polis Şöbəsinin X8 sahə rəisi, polis baş leytenantı Şahid4 və digər polis əməkdaşları hadisə yerinə getmişlər. Bərdə şəhəri, H.Əliyev 155 ünvanında yerləşən beşmərtəbəli binaya çatmışlar. Binanın tünd-qızılı rəngli giriş qapısından içəri daxil olmuşlar. Pilləkənlərlə beşinci mərtəbəyə çıxmışlar. Beşinci mərtəbədə hər biri bir dəhlizin başlanğıcı olan sağda və soldakı qapıları görmüşlər. Sağdakı qapıdan keçib dəhliz ilə irəliləmişlər. Dəhliz boyu sağda və solda mənzillərin qapıları yerləşmişdir. Dəhlizin sonunda sanitar qovşaq olmuşdur. Sanitar qovşağın taxta qapısından keçib içəri ilk o daxil olmuşdur. Əynində qara rəngli şalvar və narıncı rəngli, qısaqol köynəyi olan X19 yerdə oturmuş vəziyyətdə olmuşdur. İnstinaq hərəkəti zamanı Əfsanə Yusifzadənin 11 may 2003-cü il təvəllüdlü olduğunu müəyyən etmişdir. Yəni o, yetkinlik yaşına çatmayan olmuşdur. Zəncir az istifadə olunmuş, təzə zəncir, həmçinin qıfıllardan biri də təzə qıfıl olmuşdur. Zəncirin bir tərəfi Əfsanə Yusifzadənin sol ayağında, digəri isə sanitar qovşaqdakı dəmir boruya bağlanmışdır. Zəncirin hər iki tərəfi də qıfılla kilidlənmişdir. O, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirib protokolu tərtib etmişdir. Əfsanə Yusifzadənin ayağındakı zəncirin kilidlənməsi üçün istifadə edilən qıfılın açarını onun anası, Bərdə şəhəri, Heydər Əliyev prospekti 155 ünvanında Əfsanə ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs2 gətirib polis əməkdaşlarına təqdim etmişdir. Əfsanə Yusifzadənin izahatı alınarkən onu döyərək sanitar qovşaqda ayağından dəmir boruya zəncirləyənin anası Təqsirləndirilən şəxs2 qeyri-rəsmi münasibətdə yaşadığı Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Bərdə Rayon Polis Şöbəsinin, İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən etibarən Bərdə rayon polis X12 müstəntiqi vəzifəsində işləyir. Rütbəm polis baş leytenentıdır. 22 iyun 2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin növbədə olarkən təxminən saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Çağırı Mərkəzindən rayon polis şöbsəində Bərdə şəhəri, Heydər Əliyev prospekti 155 (Nizamin 155) ünvanında yerləşən beşmərtəbəli binanın beşinci mərtəbəsindəki sanitar qovşaqda Əfsanə adlı yetkinlik yaşına çatmayan bir qızın ayağından dəmir boruya zəncirlə bağlanması barədə məlumat daxil olmuşdur. Məlumat qeydiyyata alınmış və dərhal onunla birlikdə Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X22, Bərdə Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı X23, Bərdə Rayon Polis Şöbəsinin, X8 sahə rəisi, polis baş leytenantı Şahid3 və digər polis əməkdaşları hadisə yerinə getmişlər. Bərdə şəhəri, H.Əliyev 155 ünvanında yerləşən beşmərtəbəli binaya çatmışlar. Binanın tünd-qızılı rəngli giriş qapısından içəri daxil olmuşlar. Pilləkənlərlə beşinci mərtəbəyə çıxmışlar. Beşinci mərtəbədə hər biri bir dəhlizin başlanğıcı olan sağda və soldakı qapıları görmüşlər. Sağdakı qapıdan keçib dəhliz ilə irəliləmişlər. Dəhliz boyu sağda və solda mənzillərin qapıları yerləşmişdir. Dəhlizin sonunda sanitar qovşaq olmuşdur. Sanitar qovşağın taxta qapısından keçib içəri ilk o daxil olmuşdur. Əynində qara rəngli şalvar və narıncı rəngli, qısaqol köynəyi olan X19 yerdə oturmuş vəziyyətdə olmuşdur. İnstinaq hərəkəti zamanı Əfsanə Yusifzadənin 11 may 2003-cü il təvəllüdlü olduğunu müəyyən etmişdir. Yəni o, yetkinlik yaşına çatmayan olmuşdur. Zəncir az istifadə olunmuş, təzə zəncir, həmçinin qıfıllardan biri də təzə qıfıl olmuşdur. Zəncirin bir tərəfi Əfsanə Yusifzadənin sol ayağında, digəri isə sanitar qovşaqdakı dəmir boruya bağlanmışdır. Zəncirin hər iki tərəfi də qıfılla kilidlənmişdir. O, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirib protokolu tərtib etmişdir. Əfsanə Yusifzadənin ayağındakı zəncirin kilidlənməsi üçün istifadə edilən qıfılın açarını onun anası, Bərdə şəhəri, Heydər Əliyev prospekti 155 ünvanında Əfsanə ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs2 gətirib polis əməkdaşlarına təqdim etmişdir. Əfsanə Yusifzadənin izahatı alınarkən onu döyərək sanitar qovşaqda ayağından dəmir boruya zəncirləyənin anası Təqsirləndirilən şəxs2 qeyri-rəsmi münasibətdə yaşadığı Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirdi ki, 22 may 2021-ci il təxminən saat 11:50-55 radələrində tanımadığı bir nəfər oğlan “VAZ 2106 markalı, sarı rəngli avtomobil ilə “Laçın İnşaatın” qarşısında dayandığını, mağazaya daxil olub 01 ədəd gümüşü zəncir və 01 ədəd gümüşü qıfıl aldıqdan sonra mağazanı tərk edərək avtomobilinə minmiş və Ağdam yolu istiqamətində hərəkətini davam etdirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirdi ki, səhər tezdən Ruslanı evlərinə aparıb. Hadisə günü orda olmayıb. Hadisə günü o, işdə olub. Halbuki ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus ağ rəngli, VAZ 2106 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən beton zavodada fəhləlik edir. 2018-ci ildə talama cinayəti ilə əlaqə olaraq Bərdə Rayon Məhkəməsi tərəfindən barəsində 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Bərdə şəhər sakini kimi əvvəldən tanımışdır. Ancaq onunla dostluq münasibəti heç vaxt olmamışdır. Ruslanı son 1 ildir ki, yaşadığı yataqxanaya gəlib getdikcə daha tez-tez görmüşdür. O, həmin yataqxananın üçüncü mərtəbəsində yaşamışdır. Ruslan isə təxminən 1 ildir ki, onun yaşadığı binanın beşinci mərtəbəsində olan X20 ilə qeyrirəsmi ər-arvad münaibətlərində həmin ünvanda yaşamışdır. 22 iyul 2021-ci il tarixdə, təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs1 onun ***-***-**-** mobil nömrəmə zəng edərək Bərdə rayonu, Kələntərli qəsəbəsinə gəlib Bərdə şəhər H.Əliyev prospekti 155 ünvanında yerləşən yataqxanaya aparmağını xahiş etmişdir. O, avtomobili ilə Ruslanın dediyi ünvana getmiş və Ruslanı yataqxanaya gətirmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 bir daha görməmişdir. O, növbəti gün, yəni 23 iyul 2021-ci il tarixdə, təxminən səhər 08 radələrində yataqxananın həyətindən avtomobili ilə beton zavoda getmək üçün hərəkət etdikdə Ruslanın işıqfor tərəfdən onu sarı gəldiyini görmüşdür. Avtomobili saxlamağı üçün ona əli ilə işarə etmişdir. O dayanmışdır. Ruslan ondan Bərdə rayonu, Kələntərli qəsəbəsinə aparmağımı xahiş etmişdir. O da razılaşmışdır. Kələntərli qəsəbəsindəki evə çatmaqlarına az qalmış Ruslan ondan binanın (yataqxananın) qarşısında polislərin olub olmadığını soruşmuşdur. O isə Ruslana yataqxananın qarşısında heç bir polisin olmadığını bildirmişdir. Sonra Ruslan “gör bu qız (Əfsanə Yusifzadə) bizim başımıza nə oyun açdı, mən də daha bezdim, dayana bilməyib ayağına zəncir vurdum” sözlərini işlətmişdir. O isə Ruslana həmin məsələnin öz işiləri olduğunu demiş və bu barədə heç bir fikir bildirməmişdir. Sonra isə həmin yeri tərk edib geri qayıtmışdır. Məhkəmə iclasında yaranmış ziddiyətli hala Şahid2 yalan danışmadığını və bir qədər müddətin ötməsini səbəb gətirərək müəyyən halları yadından çıxartdığını, ibtidai araşdırma zamanı verdiyi ifadəsini özü imzaladığını, həmin ifadəni ozuduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor X17 ifadəsində göstərdi ki, Şahid2 istintaqa cəlb olunması barədə ilk məlumatı zərərçəkmiş şəxsin özü demişdi. Zərərçəkmiş şəxsdən dəfələrlə soruşukmuşdur ki, başqa kimlər var, kimlər bilir bu hadisəni. Lakin zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs1 görən kimi fikrini dəyişirdi. Otaqda söhbət edəndə deyirdi ki, mənə qarşı bu cinayəti törədiblər. Mənə dedi ki bir adam var, əməliyatçı həqiqətən dəqiqləşdirir belə adamın olub olmamasını, polis əməkdaşları birinci çağırdılar polis şöbəsinə, şəxsiyyəti məlum olub ki, həqiqətən belə bir şəxs var. Zərərçəkmiş şəxs nə ifadə veribsə bir-bir yazılıb. Şahid2 da şahid qismində ifadə verərkən nə deyibsə bir-bir yazılıb. Daha sonra şahid qismində dindirilmiş Bərdə Rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor X17 ifadəsində göstərdi ki, ilk olaraq məlumat polis şöbəsindən daxil olmuşdur, sonra bizə material şəkilində gəldi. prokuror tərəfindən cinayət işi başlandı. Birinci növbədə Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutuldu. Çünki Əfsanə özü ərizə ilə müraciət etmişdir və göstərmişdir ki, onu Təqsirləndirilən şəxs1 bu vəziyyətə salıb. İlkin əsaslı şübhələrlə Ruslan tutuldu. Ondan əvvəl üzləşdirmə də keçirildi. Üzləşdirmə zamanı qız qorxdu və dedi ki, onu anası bu vəziyyətə salıb, Ruslanlıq bir şey yoxdur. Ruslanın tutulma müddətinin bitməyinə 5-6 saat qalmış əməliyyat məlumatı verdi. Həmçinin onlara əməliyyat məlumatı daxil oldu ki, bu şəxs həmin Nizami 155 binasından çıxır. Zərərçəkmiş şəxsin ilkin verdiyi izahatla araşdırmalar üst-üstə düşdü. Sonra onların Laçın İnşaatdan zəncir aldıqlarını, Laçın İnşatın kamera görüntüləri çıxarıldı. Əvvəlcə istintaqda yalan danışdılar ki, guya Təqsirləndirilən şəxs2 kafe işlədirdi və zəncirlə qıfılı ordan götürmüşdür. Lakin sonradan müəyyən edildi ki, həmin zəncirlə qıfıl Ruslan tərəfindən alınmışdır. Bundan başqa təhlükəsizlik kamera görüntülərinə baxıldı, əməliyyat tapşırığı yerinə yetirildi. Ordan kamera görüntüləri və təhlükəsizlik kameralarında var ki, Təqsirləndirilən şəxs1 15 dəqiqə yox, 01 saat 41 dəqiqə mənzildə olub və sonradan çıxıb ordan. Zərərçəkmiş şəxsin verdiyi ifadədə göstərilən hərəkətlərdə 5-10 dəqiqdə ərzində yerinə yetiriləsi deyildir. Orda mütamadilik, davamlılıq var 01 saat 41 dəqiqə Ruslan orda olubdur. Bundan başqa, barəsində ekspertiza təyin olundu. Ekspertizanin da rəyi var. Əfsanə deyib ki, Ruslan gəlib onun üstünə su tökəndə o, Ruslanın boynunu çırmaqlayıb. Hər ikisi ekspertizadan keçirildi. Ruslanın boynunun sol tərəfində cırmaq izləri var idi. Təqsirləndirilən şəxs1 törətdiyi təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə və qabaqcadan əlbir olan bir qrup şəxs qismində yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayət əməlləri hadisə yerinə baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri, əməliyyat axtarış tapşırığına cavab olaraq rayon prokurorluğuna təqdim edilmiş “DVD”-diskə, "xxxx" MMC-nin 20 avqust 2021-ci il tarixli, 17026 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd “CD”-diskə baxış keçirilməsi haqında protokollar, məhkəmə-tibbi ekspertizasının 23 iyul 2021-ci il tarixli, 635 saylı, 24 iyul 2021-ci il tarixli, 639 və 640 saylı rəyləri, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 avqust 2021-ci il tarixli, 508/164 saylı rəyi, kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 562/189 saylı rəyi, məhkəmə-psixoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 188 saylı rəyi, məhkəmənarkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1133 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1134 saylı rəyi, maddi sübutlar və hərtərəfli, obyektiv və tam aparılmış digər istintaq hərəkətlərilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi qabaqcadan əlbir olan bir qrup şəxs qismində yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayət əməli onun etirafedici ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri, əməliyyat axtarış tapşırığına cavab olaraq rayon prokurorluğuna təqdim edilmiş 01 ədəd “DVD”-diskə, "xxxx" MMC-nin 20 avqust 2021-ci il tarixli, 17026 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd “CD”-diskə baxış keçirilməsi haqqında protokollar, “MTE və PA Birliyi”nin Bərdə rayonlararası zona mərkəzinin 23 iyul 2021-ci il tarixli, 635 saylı, 24 iyul 2021-ci il tarixli, 639 və 640 saylı ekspert rəyləri, kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 avqust 2021-ci il tarixli, 508/164 saylı rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 562/189 saylı rəyi, məhkəmə-psixoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 188 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1133 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1134 saylı rəyi, maddi sübutlar və hərtərəfli, obyektiv və tam aparılmış digər istintaq hərəkətlərilə tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş 22 iyul 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən Bərdə Rayon Polis Şöbəsinin, İstintaq Bölməsindən müstəntiqi, polis baş leytenantı Şahid3 tərəfindən 22 iyul 2021-ci il tarixdə, saat 23:20-50-də baxış keçirilmiş, baxış zamanı X11 yaşadığı binanın beşinci mərtəbəsindəki sanitar qovşaqda sol ayağından zəncirlə dəmir boruya bağlandığı aşkar edilmiş, hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş 02 avqust 2021-ci il tarixli, 1872 və 1873 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağdam Ruhi-Əsəb Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinə əlavə edilmiş “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 03 avqust 2021ci il tarixli 808 və 809 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanaya müracət etməmişdirlər. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli SDS- 1329 və 1331 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində məhkəmə son 03 il ərazinə təqsirləndirici material daxil olmamış və baxılmamışdır. Cinayət işinə əlavə edilmiş “Bərdə rayon X5 Şöbəsi” publik hüquqi şəxsin 30 iyul 2021-ci il tarixli, 619 və 612 nömrəli və 12 avqust 2021-ci il tarixli 639 və 638 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bərdə şəhər poliklinikasının ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdurlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasına əsasən Təqsirləndirilən şəxs1 barəsində Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasına əsasən Təqsirləndirilən şəxs2 barəsində cinayət məsuliyyətinə cəlb edilmə və məhkumluqla bağlı heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş 27 avqust 2021-ci il tarixli, 29540 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs1 barəsində Bərdə Rayon Polis Şöbəsində ərizə, şikayət, cinayət xarakterli material və ya cinayət işinə, həmçinin münaqişəli ailə kimi qeydiyyatda olmasına dair heç bir material yoxdur. Cinayət işinə əlavə edilmiş 05 avqust 2021-ci il tarixli, 138-25586 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsi tərəfindən 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işinə əlavə edilmiş 13 avqust 2021-ci il tarixli, 8i-14251 saylı notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən zərər çəkmiş X11 qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Bərdə RİHB-nın Bərdə şəhər icra nümayəndəliyinin 04 avqust 2021-ci il tarixli, 4523 nömrəli arayışı və eyni tarixli xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 subaydır, özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur, spirtli içki qəbul etməsə də narkotikə meyillidir. Əvvəllər 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Bərdə RİHB-nın Bərdə şəhər icra nümayəndəliyinin 16 avqust 2021-ci il tarixli, 4784 nömrəli arayışı və eyni tarixli xasiyyətnaməsi əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki yetkinlik yaşına çatmayan qızı vardır. O, özünü qeyri-səmimi aparmış, qonşularla yaxşı münasibətdə olmamışdır, spirtli içki içmir, narkotikə meyillidir. Beləliklə, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş 08 sentyabr 2021-ci il tarixli, 2237 nömrəli sorğuya cavab məktubuna əsasən X6 Ruhi-Əsəb Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinə əlavə edilmiş “Bərdə rayon X5 Şöbəsi” publik hüquqi şəxsin 16 sentyabr 2021-ci il tarixli 934 nömrəli sorğuya cavab məktubuna əsasən X7 şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdurlar. Bərdə RİHB-nın Bərdə şəhər icra nümayəndəliyinin 17 sentyabr 2021-ci il tarixli, 5632 nömrəli arayışı və eyni tarixli xasiyyətnaməsinə əsasən X1, müvəqqəti işsizdir, özünü qeyrisəmimi aparmış, qonşularla yaxşı münasibətdə olmamışdır, spirtli içki içmir, narkotikə meyilli deyildir. Beləliklə, X18 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş 25 iyul 2021-ci il tarixli, əməliyyat tapşırığına cavab məktubunda istintaqa təqdim edilmiş “DVD” diskə 26 iyul 2021-ci il tarixli baxış protokoluna əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi sarı rəngli “VAZ 2106” markalı avtomobili ilə “Laçın inşaat” tikinti materialları mağazasının qarşısında dayanır. Mağazaya daxil olub satıcı işləyən Şahid1 müşayiəti ilə əvvəlcə gümüşü rəngdə dəmir zənciri, sonra isə qıfılı götürüb mağazanın kassa olan hissəsinə yaxınlaşır. Nağd şəkildə ödəniş etdikdən sonra qıfıl və gümüşü rəngli zənciri qırmızı rəngli sellofanın içərisinə qoyaraq mağazadan çıxır və nəqliyyat vəsitəsinə minib həmin yeri tərk edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 23 iyul 2021-ci il tarixli, 635 saylı rəyinə əsasən X11 döş qəfəsi, sol said, sağ baldır, sağ ayaqarxası nahiyələrinin termiki yanıqları, sol baldır, sol bazu, sol said, sağ baldır nahiyələrinin qançırları, sağ körpücük, boyun, sağ çiyinüstü, alın nahiyələrinin sıyrıqlarından ibarət sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 iyul 2021-ci il tarixli, 639 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı boyun nahiyəsinin sıyrığı, sol lin İ, İİ barmaqlarının piqmentasiyası, sol said qarın nahiyələrinin çapıq toxumaları aşkar edilmişdir. Sol lin İ, İİ barmaqlarının piqmentasiyası, sol said qarın nahiyələrinin çapıq toxumalarının xarakteri və müalicəsi barədə heç bir tibbi sənəd olmadığından həmin xəsarətlərin əmələ gəlmə mexanizmini, müddətini və dərəcəsini dəqiq demək mümkün deyildir. Boyun nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 iyul 2021-ci il tarixli, 640 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 döş qəfəsi nahiyəsinin səthi yanıq yaraları qızmış əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 2-3 günə qədər ola bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 26 avqust 2021-ci il tarixli, 508/164 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 562/189 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 188 saylı rəyinə əsasən zərər çəkmiş şəxs X3-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyil, əqli inkişafında gerilik əlamətləri müşahidə olunmamışdır. Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Zərər çəkmiş şəxs X14 qarşı edilən hüquqazidd hərəkətlərdən adi-psixi emosional vəziyyətdə, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyacanlı psixi-emosional halda olmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1133 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəsyəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1134 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəsyəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin 24 avqust 2021-ci il tarixli məktubu ilə istintaqa göndərilmiş “CD” diskə 25 avqust tarixli baxış protokoluna əsasən 22 iyul 2021-ci il tarixdə saat 11-12 radələrində Təqsirləndirilən şəxs1 Bərdə şəhəri ərazisində olduğu, saat 14:24 dəqiqədən 15:42 dəqiqəyə kimi, yəni Təqsirləndirilən şəxs2 ona “***-***-**-** mobil nömrəsilə zəng edərkən Bərdə rayonu, Muğanlı kəndi ərazisində olduğu, həmin danışıqdan sonra Təqsirləndirilən şəxs1 saat 16:05 dəqiqədə “**********” mobil nömrə istifadəçisi ilə əlaqə saxladıqda isə artıq Bərdə şəhəri ərazisində olduğu müəyyən edildi. Anten dairəsindən görünür ki, Təqsirləndirilən şəxs1 22 iyul 2021-ci il tarixdə təxminən saat 13-14 radələrində Bərdə şəhər ərazisini tərk edərək, Bərdə rayonu, Muğanlı kənd ərazisində olmuş, təxminən 16:05-16:50 radələrində yenidən Bərdə şəhəri ərazisinə olmuş, 16:50 dəqiqədən etibarən Bərdə şəhəri ərazisini tərk edərək Bərdə rayonu, Muğanlı kəndinə getmiş və gecə orada qalmışdır. Cinayət işi üzrə 23 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut qismində tanınmış 01 ədəd uzunluğu 234 sm olan dəmir zəncir və 01 ədəd qıfıl Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılır, 1 ədəd “DVD” və 2 ədəd “CD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, cinayət işinin istintaq materialları ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4, 145.2.3 və 145.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin оlmаsı, cinаyətlərin оnların tərəfindən törədilməsi və təqsirlilliklləri təqsirləndirilən şəxslərin özlərinin ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4, 145.2.3 və 145.2.4-cü ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə iclasında yuxarıda göstərilən cinayətin törədilməsində iştirak etmədiyini və bununla bağlı gətirdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Buna görə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıdığından həmin dəlillər qəbul edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitlərinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs1 əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 145.2.3 və 145.2.4-cü maddələrinin sansksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları, hadisəni qızının pis vərdişlərindən çəkindirmək məqsədilə törətməsini, habelə tək ana olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X32rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlini səmimi etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi özü də yüngülləşdirici haldır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməllərini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əməllərə görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən törətdiyi cinayət əməllərini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 cinayəti təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsi Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1.7-ci mаddəsində göstərilən məsuliyyəti ağırlaşdıran haldır. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs2 cinayəti təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsi Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1.7-ci mаddəsində göstərilən məsuliyyəti ağırlaşdıran haldır. Cinayət törədilərkən zərərçəkmiş şəxs X15 yetkinlik yaşına çatmamasına baxmyaraq bu hal özlüyündə ağırlaşdırıcı hal hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4-cü və 145.2.3-cü maddələrin tövsifedici halı kimi, ağırlaşdırıcı halı kimi cinayətin yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi ehtiva olunub. Artıq bu halın təkrar ağırlaçdırıcı hal kimi nəzərə alınması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4, 145.2.3 və 145.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 25 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs1 оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 23 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş az ağır cinayətlər olduğundan sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk və "xxxx" MMC-nin 24 avqust 2021-ci il tarixli məktubu ilə istintaqa göndərilmiş 02 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübutlar 01 ədəd uzunluğu 234 sm olan dəmir zəncir və 01 ədəd qıfıl hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4, 145.2.3 və 145.2.4-ci maddələrində təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 23 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayonunun Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk və "xxxx" MMC-nin 24 avqust 2021-ci il tarixli məktubu ilə istintaqa göndərilmiş 02 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar 01 ədəd uzunluğu 234 sm olan dəmir zəncir və 01 ədəd qıfıl hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar