Məhkəmə qərarları › İş №1(021)-175/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-175/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-175/2023 18.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bərdə rayonu Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkərək yetişdirmişdir. Belə ki o, 2023-cü ilin mart-aprel aylarında Bərdə rayonu Samux kəndində özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 5 (beş) ədəd, ümümi təmiz çəkisi 3950 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 21 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 05 (beş) ədəd, ümumi təmiz çəkisi 3950 qram olan narkotik tərkibli çətənə( kannabis) bitkiləri ona məxsus Bərdə rayonu Samux kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən Bərdə rayonu, Samux kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. O, təxminən 25 il bundan əvvəl ailə həyatı qurmuş və birgə nikahdan 2 övladı olmuşdur. O rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olmuşdur. O, təxminən 30 ildir ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə edir. O marixuanadan istifadə etdiyi üçün 2022-ci ilin mart-aprel aylarında yaşadığı evin həyatyanı sahəsində öz şəxsi istifadəsi üçün narkotik vasitə hesab edilən marixuana əkmək qərarına gəlmiş və buna görə də, o, yaşadığı evin həyətyanı sahəsində hasarın sağ yan tərəfində 05 ədəd çətənə kolu əkmiş və həmin kolları sulayaraq becərməyə başlamışdır. Və ara sıra gedib nəzarət edirmiş. O, həmin çətənə kollarını öz şəxsi istifadəsi üçün əkmişdir. Bundan başqa təxminən 2-3 gün əvvəl o, həmin kolların üzərindən öz şəxsi istifadəsi üçün marixuana yarpaqları götürmüş və istifadə etmişdir. 21 iyun 2023-cü il tarixində saat 20-21 radələrində o, öz yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşadığı evin qarşısına gələrək onu çağırmışlar və o evin qarşısına çıxmışdır. Həmin vaxt polis əməkdaşları onun yaşadığı evin həyətində narkotik vasitə əkib-əkmədiyini soruşmuşlar və həyətinə baxış keçirmək istəklərini bildirmişdirlər. O, buna etirazı olmadığını bildirmiş və şifahi sorğu zamanı o, yaşadığı evin həyətində şəxsi istifadə üçün narkotik vasitə əkdiyini səmimi etiraf etmiş və həmin narkotik vasitənin yerini göstərə biləcəyini bildirmişdir. Bundan sonra onun iştirakı ilə polis əməkdaşları həyətə daxil olmuşlar və onlar yaşadığı evin həyətinə keçmişlər və orada əkmiş olduğu çətənə kollarını polis əməkdaşlarına göstərmiş və əkib becərdiyi 05 (beş) ədəd kolu təqdim etmişdir. Bundan sonra həmin marixuana kollarına onun iştirakı ilə baxış keçirilmiş və həmin kollar polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq onun iştirakı ilə sayımışdır. Daha sonra isə bir ədəd ağ rəngli un torbasına qablaşdırılmış və möhürlənmişdir. Sonra isə polis əməkdaşları onu Bərdə Rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Sonradan polis şöbəsində ona vəkil təqdim olunmuş və daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin, heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Qeyd etmişdir ki, o, narkotik vasitə hesab edilən çətənə kollarını əkib-becərdiyini səmimi etiraf etmiş və tutduğu əməldən peşmandır. Həmçinin ifadəsində onun, həmin narkotik bitkilərin toxumlarını əvvəllər istifadə etdiyi “nəşə”nin içərisindən tapıb götürmüş, heç kimə narkotik vasitə satmadığını nə də heç kəsə vermədiyini, polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini, evinə və üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları gördüklərini, kənar şəxslər bunu görmədiklərini, polislər də onu saxlayanda onun tək olduğunu, yanında heç kəs olmadığını, bunu da kənar şəxslərdən görən olmadığını, əvvəllər də narkotik vasitə tapdığını, bir də əkdiyi narkotik vasitələrdən istifadə etdiyini, istifadəsində mobil telefon, mobil nömrə olmadığını, uzun müddətdir ki, telefon işlətmədiyini bildirmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasını, xəstə olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Bərdə rayon polis X5 Qrupunun əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 21 iyun 2023cü il tarixdə Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə kollarının əkib becərməsi və saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o, və Bərdə Rayon Polis X1 Qrupunun baş inspektoru, polis kapitanı, Şahid3, Bərdə Bərdə Rayon Polis X5 Qrupunun Əməliyyat müvəkkili, polis leytenantı, Şahid2, Bərdə regional Bitki mühafizə idarəsinin aparıcı aqranomu Şahid4 və Bərdə Bərdə Rayon Polis X6 baş təhqiqatçısı, polis kapitanı, X12 ilə birlikdə 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs özü səmimi olaraq etiraf etmişdir ki, yaşadığı evin həyətində çətənə kolları əkmiş və həmin kolları təqdim edə biləcəkdir. X4rla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəyə daxil olmuşlar. Təqsirləndirilən şəxs evinin həyətində sağ yan hissəsində kollar olması görsənmiş, Təqsirləndirilən şəxs həmin kolların arasından 05 ədəd çətənə koluna bənzər kolları təqdim etmişdir. Bundan sonra həmin kollara agronom Şahid4 tərəfindən baxış keçirilmiş və baxış zamanı Şahid4 hər bir kolun dibinə baxaraq kultivasiya edildiyini bildirmişdir. Bundan sonra həmin kollar kökündən çıxarılaraq X13 tərəfindən kolların hündürlükləri ölçülmüş və ölçülərinin 169 sm, 174 sm, 202, sm, 175 sm və 188 sm olmaları müəyyən edilmişdir. Bundan sonra həmin kollar kisǝyǝ qoyulmuş və DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətdə başqa qanunsuz əşya və ya predment olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə cavabında başqa heç bir əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və heç bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunmuş 05 ədəd kolları özünün əkib becərdiyini və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs bizimlə birlikdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə Rayon Polis X1 Qrupunun baş inspektoru, polis kapitanı, Şahid3, Bərdə Rayon Polis X5 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı, Şahid2 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qanunsuz əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Şahid1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis X5 Qrupunun əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 21 iyun 2023-cü il tarixdə Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə kollarının əkib becərməsi və saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o, və Bərdə Rayon Polis X1 Qrupununbaş inspektoru, polis kapitanı, Şahid3, Bərdə Bərdə Rayon Polis X5 Qrupunun Əməliyyat müvəkkili, polis leytenantı, Şahid1, Bərdə regional Bitki mühafizə idarəsinin aparıcı aqranomu Şahid4 və Bərdə Rayon Polis X6 baş təhqiqatçısı, polis kapitanı, X12 ilə birlikdə 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs özü səmimi olaraq etiraf etmişdir ki, yaşadığı evin həyətində çətənə kolları əkmiş və həmin kolları təqdim edə biləcəkdir. X4rla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəyə daxil olmuşlar. Təqsirləndirilən şəxs evinin həyətində sağ yan hissəsində kollar olması görsənmiş, Təqsirləndirilən şəxs həmin kolların arasından 05 ədəd çətənə koluna bənzər kolları təqdim etmişdir. Bundan sonra həmin kollara agronom Şahid4 tərəfindən baxış keçirilmiş və baxış zamanı Şahid4 hər bir kolun dibinə baxaraq kultivasiya edildiyini bildirmişdir. Bundan sonra həmin kollar kökündən çıxarılaraq X13 tərəfindən kolların hündürlükləri ölçülmüş və ölçülərinin 169 sm, 174 sm, 202, sm, 175 sm və 188 sm olmaları müəyyən edilmişdir. Bundan sonra həmin kollar kisǝyǝ qoyulmuş və DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətdə başqa qanunsuz əşya və ya predment olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə cavabında başqa heç bir əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və heç bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunmuş 05 ədəd kolları özünün əkib becərdiyini və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs bizimlə birlikdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə Rayon Polis X1 Qrupunun baş inspektoru, polis kapitanı, Şahid3, Bərdə Rayon Polis X5 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı, Şahid1 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qanunsuz əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Şahid2 həmçinin ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O Bərdə rayon Polis X1 Qrupunun baş inspektor kriminalisti, polis baş leytenantı rütbəsindədir. 21 iyun 2023-cü il tarixdə Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə kollarının əkib becərməsi və saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o, və Bərdə Rayon Polis X5 Qrupunun Əməliyyat müvəkkili, polis leytenantı, Şahid1, Bərdə Rayon Polis X5 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə regional Bitki mühafizə idarəsinin aparıcı aqranomu Şahid4 və Bərdə Rayon Polis X6 baş təhqiqatçısı, polis kapitanı, X12 ilə birlikdə 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs özü səmimi olaraq etiraf etmişdir ki, yaşadığı evin həyətində çətənə kolları əkmiş və həmin kolları təqdim edə biləcəkdir. X4rla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəyə daxil olmuşlar. Təqsirləndirilən şəxs evinin həyətində sağ yan hissəsində kollar olması görsənmiş, Təqsirləndirilən şəxs həmin kolların arasından 05 ədəd çətənə koluna bənzər kolları təqdim etmişdir. Bundan sonra həmin kollara agronom Şahid4 tərəfindən baxış keçirilmiş və baxış zamanı Şahid4 hər bir kolun dibinə baxaraq kultivasiya edildiyini bildirmişdir. Bundan sonra həmin kollar kökündən çıxarılaraq X13 tərəfindən kolların hündürlükləri ölçülmüş və ölçülərinin 169 sm, 174 sm, 202, sm, 175 sm və 188 sm olmaları müəyyən edilmişdir. Bundan sonra həmin kollar kisǝyǝ qoyulmuş və DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətdə başqa qanunsuz əşya və ya predment olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə cavabında başqa heç bir əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və heç bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunmuş 05 ədəd kolları özünün əkib becərdiyini və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs bizimlə birlikdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə Rayon Polis X5 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə Rayon Polis X5 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı, Şahid1 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qanunsuz əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Şahid3 həmçinin ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X14 Mərkəzində aparıcı aqronom işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Buna görə də həmin şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 21 iyun 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu, Samux kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinə yollanmışdırlar. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda sonuncuya yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarını kultivasiya etməsi məlumatına görə onun yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazları olub-olmamaları soruşulmuşdur. Təqsirləndirilən şəxs ərizə yazıb imzalamaqla buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Baxış keçirilməsinə başlanılan zaman Təqsirləndirilən şəxs bir daha heç bir etirazının olmadığını bildirmiş və ondan yaşadığı fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü şəkildə yaşadığı evin həyətində sağ yan hissədə 05 ədəd çətənə koluna bənzər kollar təqdim etmişdir. Ardınca o, həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Ardınca kollar bir-bir gövdələrindən tutub çıxarılmış, sayılaraq 05 ədəd olduqları müəyyən edilmiş, uzunluğu ölçülmüş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli "baxış keçirilməsi və götürmə aparılması" haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə rayonu Samux kəndində yerləşən fərdi yaşayış evinin həyətanı sahəsindən aşkar olunmuş 05 ədəd çətənə kollar təqdim etmiş, həmin çətənə kolları Baş təhqiqatçı Vüsal Bayramov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Bərdə Bərdə Rayon Polis X5 Qrupunun Əməliyyat müvəkkili, Şahid1, Bərdə Bərdə Rayon Polis X5 Qrupunun əməliyyat müvəkkili, Şahid2, Bərdə Bərdə Rayon Polis Şöbəsinin KTQ-nin inspektoru, Şahid3 və Kənd Təsərüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X15 aparıcı aqronomu Şahid4 iştirakı ilə Bərdə Bərdə Rayon Polis X6 təhqiqatçısı, polis kapitanı X12 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Samux kəndində yerləşən fərdi yaşayış evinə baxış və götürmə aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs özü səmimi olaraq etiraf edir ki, yaşadığı evin həyətində çətənə kolları əkmişdir, həmin kolları təqdim edə bilər. X13 iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəyə daxil olurlar. Təqsirləndirilən şəxs evinin həyətində sağ yan hissəsində kollar olması görsənir, Təqsirləndirilən şəxs həmin kolların arasından 05 ədəd çətənə koluna bənzər kolları təqdim edir. Bundan sonra həmin kollara aqronom Şahid4 tərəfindən baxış keçirilir. Baxış zamanı Şahid4 hər bir kolun dibinə baxaraq kultivasiya edildiyini bildirir. Bundan sonra həmin kollar kökündən çıxarılaraq X13 tərəfindən kolların hündürlükləri ölçülür və ölçülərinin 169 sm, 174 sm, 202, sm, 175 sm ve 188 sm olmaları müəyyən edilir. Bundan sonra həmin kollar kisǝyǝ qoyulur və DİN-nin 94 saylı möhürü ilə möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətdə başqa qanunsuz əşya və ya predment olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs isə cavabında başqa heç bir əşya və ya predment olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir və heç bir qanunsuz əşya və ya predment aşkar edilmir. Sonda Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunmuş 05 ədəd kolları özünün əkib becərdiyini və narkotik vasitə İstifadəçisi olduğunu bildirir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Cinayət işi materiallarına əlavə edilmiş 21 iyun 2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması" haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Bərdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Bərdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Bərdə Bərdə Rayon Polis X5 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı, Şahid1, Bərdə Bərdə Rayon Polis X5 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə Bərdə Rayon Polis Şöbəsinin KTQ-nin inspektoru, polis kapitanı, Şahid3 və Bərdə rayon Vəkillər Birosunun vəkili Müdafiəçi1 iştirakı ilə Bərdə Bərdə Rayon Polis X6 baş təhqiqatçısı, polis kapitanı X12 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış ve götürmə aparılır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli səxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qanunsuz əşya və ya predment olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə üzərinə polis Əməkdaşı tərəfindən baxış keçirilir lakin hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilmir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli aparıcı-aqronom Şahid4 tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Samux kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 05 ədəd narko-xassəli çətənə kolu aşkar edilmiş, həmin narko-xassəli çətənə kolunun 05 ədədinin hər biri ayrı-ayrılıqda arqotexniki qaydada kültivasiya olunmuş suvarılmış və mütəşəkkil qaydada becərilmişdir Cinayət işinə əlavə edilmiş Ədliyyə Gəncə Regional Bölməsinin 22 iyun 2023tədqiqata təqdim edilmiş üzərində " Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin il tarixli 16/660 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar olunmuş 05 ədəd çətənə koluna bənzər kol" yazı və imzalar olan 1 ədəd sintetik kisə bağlamdakı, ümumi sayı 05 ədəd, ümumi təmiz çəkisi 3950 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, tərkibinə görə eynidirlər. Aqronum rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 09 avqust 2023-cü il tarixli 1322 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdənistifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-isitfadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 25 iyun 2023-cü il tarixli Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə rayon Samux kənd İcra nümayəndəliyinin 254 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Samux kəndində yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon X8 Hüquqi şəxsin 7786 və 7791 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində və həmin şöbəsinin Ruhi-Əsəb dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bərdə rayonu, Samux kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyatində əkdiyi ümumi sayı 5(beş) ədəd, ümumi təmiz çəkisi 3950 qram olan çətənə kollarının aşkar edilərək götürülmüş, həmin çətənə kollarını əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs Bərdə rayonu, Samux kəndində özünə məxsus fərdi yaşayış evində tək yaşamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİ-dən daxil olmuş 05 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 05 ədəd ümumi təmiz çəkisi – 3950 qram, ekspertiza tədqiqatından sonra qalıq 3949,9 qram bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs evinə və üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntüləri əks etdirən 2 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki o, 2023-cü ilin mart-aprel aylarında Bərdə rayonu, Samux kəndində özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 5 (beş) ədəd, ümümi təmiz çəkisi 3950 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 21 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 5 (beş) ədəd, Ümümi təmiz çəkisi 3950 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın mədudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Samux kəndi ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 3950 qram olan narkotik tərkibli 05 ədəd çətənə (kannabis) bitkisinin qalıq, 3949,9 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “DVD” cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Samux kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 3950 qram olan narkotik tərkibli 05 (beş) ədəd çətənə (kannabis) bitkisinin qalıq, 3949,49 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “DVD” cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar