Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-176/2021 15.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X3 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1993-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə saat 0140 radələrində Yevlax- Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 36-cı kilometrində idarə etdiyi Daevoo Espero markalı 1O CS-33O dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat surətlə Yevlax rayonu istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq yolun hərəkət hissəsinə daxil olub yolu sağdan sola keçmək istəyən piyada X10 avtomobilin qarşı sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan X1 vəziyyət, postravmatik, posthemorragik şok İİİ dərəcə ilə müşayiət olunan döş qəfəsinin travması (hemotoraks, pnevmotoroks) qarnın küt travması (nazik bağırsaqların cırılması), sağ bazunun, sol baldırın və çanaq sümüklərinin yerdəyişmiş sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş və sonuncu aldığı xəsarətlərdən 07.06.2021-ci il tarixdə yaşadığı evdə ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə tanıdığı şəxsin xahişi ilə bir nəfər şəxsi Bərdə rayonundan Ağdaş rayonuna aparmalı olmuşdur. Gecə saat 01 radələrində həmin şəxslə görüşüb idarə etdiyi Daevoo Espero markalı avtomobillə Ağdaş rayonuna yola düşmüşdür. Həmin şəxs qarşı oturacaqda əyləşmiş, özü isə avtomobili idarə etmişdir. Saat təxminən 0140 radələrində Yevlax-Ağdam-Laçın yolu ilə Yevlax istiqamətində hərəkət edərkən Bərdə rayonu, Kətəlparaq kəndinin ərazisində yolun sağ tərəfindən bir nəfər piyada arxası ona tərəf asta yerişlə hərəkət hissəsinə daxil olmuşdur. Bu zaman həmin şəxsi vurmamaq üçün sükanı sola burub avtomobili sola istiqamətləndirmiş, lakin buna baxmayaraq həmin şəxs avtomobilinin qabaq buferinin sağ tərəfinə dəymiş və zərbədən qabaq alın şüşəsinə çırpılmışdır. Dərhal avtomobili saxlayıb həmin piyadaya yaxınlaşmış və avtomobilinə əyləşdirib Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Sonra isə hadisə barədə polisə məlumat vermişdir. Həmin şəxsi əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Sonradan onun Zabil adlı şəxs olduğunu bilmişdir. Onun müalicəsi üçün köməklik etmişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan tələb və şikayətinin olmamasını, onunla barışıq əldə etməsini nəzərə alıb, ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə gecə saatlarında məlumat gəlmişdir ki, Zabil evə gələrkən magistral yolda avtomobil tərəfindən vurulmuşdur. Dərhal Bərdə xəstəxanasına getmiş, məlum olmuşdur ki, Zabil yolu keçərkən Bərdə rayonu, Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Daevoo markalı avtomobil tərəfindən vurulmuşdur. Zabilin vəziyyəti ağır olduğundan onu əvvəlcə Mingəçevir xəstəxanasına, səhərisi gün isə Bakı şəhərində fəaliyyət göstərən özəl xəstəxanaya aparmışlar. Orada əməliyyat olunduqdan sonra bir müddət həmin xəstəxanada qalmış, sonra isə Bərdə rayon xəstəxanasına gətirmişlər. Orada bir müddət müalicə aldıqdan sonra onu evə gətirmişlər. 07 iyun 2021-ci il tarixdə gecə saatlarında Zabilin vəziyyəti ağırlaşmış və o ölmüşdür. Səhərisi gün onu Kətəlparaq kənd qəbirstanhğında dəfn etmişlər. Təqsirləndirilən şəxs qardaşının yas mərasimində yaxından iştirak etmiş, lazımı köməkliyi göstərmişdir. Sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığnı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayətinin, iddia və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X13 rayonlararası zona mərkəzinin verdiyi 19 may 2021-ci il tarixli 394 saylı rəyindən müəyyən edilir ki, X9 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - komatoz, postravmatik, posthemorragik şok İİİ dərəcə ilə müşayiət olunan nazik bağırsaqların cırılması, hemotroks, pnevmotorks, sağ baldır sümüklərinin açıq sınığı, sağ bazu sümüyünün qapalı sınığı, çanaq sümüklərinin yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən 24.04.2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X13 rayonlararası zona mərkəzinin verdiyi 06 sentyabr 2021-ci il tarixli 37 saylı rəyindən müəyyən edilir ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər - komatoz vəziyyət, postravmatik, posthemorragik şok İİİ dərəcə ilə müşayiət olunan döş qəfəsinin travması (hemotoraks, pnevmotoroks) qarnın küt travması (nazik bağırsaqların cırılması), sağ bazunun, sol baldırın və çanaq sümüklərinin yerdəyişmiş sınığı olmuşdur. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə - yəni, yol-nəqliyyat hadisəsi zamanı piyadanı avtomaşın vurması nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə - yəni 24.04.2021-ci ilə uyğun gəlir. Həmin xəsarətlər pnevmaniya, plevrit, sepsis kimi ağırlaşmalarla nəticələnərək orqanizmin ümumi intoksikasiyasına səbəb olmuş və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X2 aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. X2 ölümünə səbəb aldığı xəsarətlərin pnevmaniya, plevrit, sepsis kimi ağırlaşmalarla nəticələnən septiki hal - ümumi intoksikasiya olmuşdur. X2 ölümü qərarda göstərilən, yəni, 07.06.2021-ci il tarixdə baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Bİrliyi” X15 1212/K saylı 03 may 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X6 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2021-ci il tarixli 8/979 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, Daewoo Espero markalı, 10 CS-330 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AE 224602 saylı sürücülük vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “BC” katiqoriya sürücülük hüququ vardır. İş materiallarında olan 506 saylı 24.04.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 24 aprel 2021-ci il tarixdə saat 0140 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 36-cı kilometrində idarə etdiyi Daevoo Espero markalı 1O CS-330 dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat surətlə Yevlax rayonu istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin-sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq yolun hərəkət hissəsinə daxil olub yolu sağdan sola keçmək istəyən piyada X10 avtomobilin qarşı sağ hissəsi ilə vurması, nəticədə ehtiyatsızlıqdan X1 vəziyyət, postravmatik, posthemorragik şok İİİ dərəcə ilə müşayiət olunan döş qəfəsinin travması (hemotoraks, pnevmotoroks) qarnın küt travması (nazik bağırsaqların cırılması), sağ bazunun, sol baldırın və çanaq sümüklərinin yerdəyişmiş sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi və aldığı xəsarət nəticəsində 07.06.2021-ci il tarixdə yaşadığı evdə ölməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 1034 saylı 24.09. 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimayət arasında nümunəvi aparmış, barəsində kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2017-ci il tarixli AZ-İİİ 937483 saylı və 21 avqust 2018-ci il tarixli AZ-İV 144678 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 08 iyun 2017-ci ildə anadan olmuş X7 və 02 iyul 2018-ci ildə anadan olmuş X5 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi köməklik göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 05.05.2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 20 may 2021-ci il tarixli 8/979 saylı bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Daewoo Espero markalı 10 CS- 330 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03(üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 100(bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan Daewoo Espero markalı 10 CS-330 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-176/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-176/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver