Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-176/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1952-ci ildə Bərdə rayonu Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bərdə rayonu Nazırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Nazırlı kəndi ərazisində yerləşən əkin sahəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı başı ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq üst çənədə sağ kəsici dişin travmatik laxlaması, alt çənənin sağ yarısının səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişanın qansızması ilə müşayət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla heç bir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. O həmkəndlisi Ramiz adlı şəxsə məxsus əkin sahəsini suvarmaqla məşğul olur və bunun müqavilində 45 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə o özünə məxsus atla əyləşərək Ramiz adlı şəxsə məxsus əkin sahəsinə getmişdir və sahəni suvarmaq istəyərkən orada həmkəndlisi Zərərçəkmiş şəxsla rastlaşmışdır, həmin vaxt Zərərçəkmiş şəxs digər həmkəndlisi Əbülfət adlı şəxsin əkin sahəsini suvarmışdır. O Yadigara hansı səbəbdən suyun qarşısını kəsərək özünün sahəni suvardığını soruşmuş, həmin vaxt onlar aralarında sözlə mübahisə baş vermişdir və mübahisə zamanı onlar bir-birinin sinəsindən tutaraq itələşməyə başlamışlar. Sonra isə Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etmiş və buna görədə o hirslənərək başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə qəsdən zərbə ilə vurmuşdur və nəticədə Yadigarın ağzından qan axmağa başlamışdır. Sonra isə həmin yerə arvadı Şahid gəlmişdir və onları aralayaraq onu öz yaşadıqları evə aparmışdır. Həmçinin ərizə təqdim edərək, bildirdi ki, etdiyi əməldən peşmandır, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. O həmkəndlimdisi Əbülfət adlı şəxsə məxsus əkin sahəsini suvarmaqla məşğul olur və bunun müqavilində 35 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o Əbülfət adlı şəxsə məxsus əkin sahəsini suvararkən həmkəndlisi Təqsirləndirilən şəxs atın üzərində əyləşərək həmin yerə getmişdir və suya görə onunla mübahisə etməyə başlamışdır və mübahisə zamanı onu nalayiq sözlərlə söyüb təhqir etmiş, sonra isə əlində olan lopatka ilə onun sinə nahiyəsindən itələmişdir və buna görədə aralarında mübahisə baş vermişdir, daha sonra Fəti atın üzərindən yerə düşərək ona yaxınlaşmışdır və başı ilə onun sifət nahiyəsinə vuraraq onu döymüşdür, həmin vaxt Fətinin arvadı Nazimə həmin yerə getmiş və onları sakitləşdirməyə çalışaraq əri Fətini oradan aparmağa çalışmışdır. Sonra isə o yerdən qalxaraq öz yaşadığı evə getmişdir və oğluna həmkəndlisi Fətinin onu döyməsi barədə məlumat vermişdir və oğlu Urfan Məhərrəmli bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Təqsirləndirilən şəxsla aralarında baş verən mübahisə zamanı orada başqa heçkimin olmadığını, onlar arasında mübahisənin təxminən 3-4 dəqiqə ərzində davam etdiyini və kənar şəxslərin toplaşmadığını bildirdi. Həmçinin hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid təhqiqat orqanına vermiş olduğu ifadəsində əri Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 725 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – üst çənədə sağ kəsici dişin travmatik laxlaması, alt çənənin sağ yarısının səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişanın qansızması -- küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 51-cı vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 51-cı vərəqəsində olan Bərdə RİHB-nın Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1952-cı ildə Bərdə rayonu Nazırlı kəndində anadan olmuşdur və hal hazırda həmin ünvanda yaşayır. Həmin kənddə yaşadığı vaxtdan özünü intizamlı aparmış, qeyri-normal hərəkətlərə yol verməmişdir. Bərdə rayonu Şatırlı kəndində özünə məxsus təsərrüfatla məşğul olmuş, ictimaiyyətlə və nümayəndəliklə, camaatla və cəmiyyətlə xoş münasibətdə olmuşdur, kənd sakinləri və qonşuları tərəfindən icra nümayəndəliyinə şikayətlər daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, ona dəymiş ziyan ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-176/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-176/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver