Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-177/2022 18.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşamış, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CMnin 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzası 02 il 06 ay müddətinə azadılmış və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat miqdarında aliment və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40,00 manat müalicə xərci olmaqla cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Rəsulova (Nağıyeva) Əfsanə Xaləddin qızına ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-770/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)- 1290/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci və 227-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 14830,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Rəsulova (Nağıyeva) Əfsanə Xaləddin qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Rəsulova (Nağıyeva) Əfsanə Xaləddin qızı ilə xx.xx.2011-ci il tarixdə rəsmi olaraq nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2012-ci ildə Zəhra və Zərnişan adlı iki ekiz uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün 2013-cü il tarixdə faktiki olaraq ayrılmışlar. Belə ki, Zərərçəkmiş şəxs nənəsi Zərnişan adlı qadın onlara mehriban ailə şəraitində yaşamağa mane olurdu. Zərərçəkmiş şəxs ilə birgə nikahda olanda fərdi əməklə məşğul olmaqla hər ay 200-300,00 manat məbləğində qazancı olurdu. Zərərçəkmiş şəxs ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-770/2015 saylı qətnaməsinə əsasən ondan xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü Zərnişan və Zəhra adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat miqdarında aliment və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40,00 manat müalicə xərci olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq Rəsulova (Nağıyeva) Əfsanə Xaləddin qızına verilməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmədiyi üçün və xırda talama etdiyinə görə İXM-nin 34.2-ci maddəsinə əsasən 528.1-ci və 227-ci maddələri ilə təqsirli bilinərək 02 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə 177.2.1, 177.2.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə cəzası 02 il 06 ay müddətinə azaldılmışdır. «Kia Optima» markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili 26000,00 manat məbləğində pulu satın almış və «»Vaz 21723» markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə dəyişməklə əlavə olaraq 10000,00 manat nağd pul almaqla satmışdır. «Daewoo Gentra» markalı avtomobili 2450,00 manat ilkin ödəniş verməklə 36 ay müddətinə hər ay 390,00 manat ödəmək şərti ilə almış və həmin avtomobili satmışdır. Həmçinin «Nissan Tiana» markalı, 90-960 dövlət qeydiyyat nişanlı avtomobili 2500,00 manat ilkin ödəniş etməklə 24 ay müddətinə hər ay 450 manat ödəməklə almış və həmin avtomobilidə satmışdır. 2019-cu il tarixdə cəzasını çəkib qurtardıqdan sonra Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq üçün Şahid3 «Renault Megane» markalı, ** RC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini hər ay 750,00 manat ödəməklə icarəyə götürmüş və həmin avtomobil ilə cəmi 2 ay müddətinə taksi fəaliyyəti ilə məşğul olmuşdur. İcarə haqqından əlavə hər ay 250-300,00 manat qazancı olmuşdur. Heç bir sübutu olmasa belə aliment və müalicə xərclərindən ödəmişdir. İcra məmuru tərəfindən CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanması üçün təqdimat verilməsi barədə ona xəbərdarlıq olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və Pentensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Hazırda o, Rəsulova (Nağıyeva) Əfsanə Xaləddin qızına olan aliment borcunu tam şəkildə ödədiyini bildirərək, işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Rəsulova (Nağıyeva) Əfsanə Xaləddin qızı ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Zəhra və Zərnişan adlı ekiz uşaqları olmuşdur. Ailə qurduqları ilk günlərdən xasiyyətləri bir birinə uygun gəlmirdi. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edib onu heç bir səbəb olmadan söyüb döyürdü. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2013-cü ilin əvvəllərindən Təqsirləndirilən şəxs faktiki olaraq ayrılıb uşaqlarınıda götürüb ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bərdə şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olmaqla aylıq yaxşı qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Eyni zamanda uşaqları seribral-iflic xəstəliyindən əziyyət çəkdikləri üçün onların müalicəsinə köməklik etmirdi. Ona görə qardaşının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə iki uşağı yetkinlik yaşlarına çatana kimi saxlanılmaları və müaliçə olunmaları üçün aliment və müalicə pulu tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-770/2015 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat miqdarında aliment və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40,00 manat müalicə xərci olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci tarixli təqdimatda qeyd edilən cəmi 14830,00 manat borcu vardır. Hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiqlənmiş ərizəni məhkəməyə təqdim edərək ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-770/2015 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat miqdarında aliment və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40,00 manat müalicə xərci olmaqla cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Rəsulova (Nağıyeva) Əfsanə Xaləddin qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)-1290/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 02 (iki) ay müddətinə həbs edilmişdir. Təqsirləndirilən şəxs inzibati tənbeh tədbirləri tətbiq olunmasına, rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Borclunun xx.xx.2021-ci il tarixə tələbkara 14830,00 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bildirdi. Cinayət işinin 11-14-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-770/2015 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat miqdarında aliment və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40,00 manat müalicə xərci olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-770/2015 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat miqdarında aliment və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40,00 manat müalicə xərci olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən olunmuşdur. Cinayət işinin 40-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 18 Saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1987-ci il təvəllüdlü Nağıyev X4 müraciət etməmiş və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdan keçməmişdir. Cinayət işinin 52-59-cu vərəqələrində olan xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-770/2015 saylı icra sənədi üzrə borcunu ödəməməsinin nəticələri barədə xəbərdar edilmişdir. Cinayət işinin 96-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzası 02 il 06 ay müddətinə azadılmış və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 97-122-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 123-129-cu vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il i hökmü ilə AR CM-nin 29.177.2.1, 29,177.2.3 maddələri ilə təqsirli bilinməsinə dair "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa uyğunlaşdırılmaqla ona təyin edilmiş cəza 03 ildən 02 il müddətə endirilmiş, CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə təyin edilmişdir. Cinayət işinin 130-135-ci vərəqələrində olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 168-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 1 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, müəssisədə cəzə çəkən məhkum Təqsirləndirilən şəxs müəssisənin istehsalat sahəsində işlə təmin olunması təklif olunmuş, lakin məhkum həmin işdən imtina etmişdir. Cinayət işinin 158-159-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan Bərdə şəhər icra nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəməklə məhkəmə qətnaməsini tam icra etdiyinə görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-177/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-177/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver