Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-178/2021 24.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı övşən Zahid oğlu Kazımovun Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 iştirakı ilə xx xxxx 1989-cu ildə Rusiya Federasiyası Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Mingəçevir şəhəri, M.Maqomayev prospekti ev 4, mənzil 49-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxxx 1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Atatürk küçəsi ev 22-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 21 mart 2021-ci il tarixdə saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu, Çələbilər kəndində yerləşən “KRAZ” markalı su matorunun 600 (altı yüz) manat dəyərində 01 ədəd su radiatorunu, 180 (bir yüz səksən) manat dəyərində 01 ədəd radiatorun yağ soyuducusunu, bir ədədinin dəyəri 130 (bir yüz otuz) manat olan 02 ədəd yağ şlanqını, bir ədədinin dəyəri 9 (doqquz) manat olan 05 ədəd podrufkanı, 5 (beş) manat dəyərində 01 ədəd kleymanı və 30 (otuz) manat dəyərində 1,30 sm2 ölçüdə dəmir materialdan qoruyucu setkanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 (bir min bir yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 mart 2021-ci il tarixdə saat 12 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu, Çələbilər kəndində olan sahədə yerləşən əl damına qapıdan daxil olmaqla, əl damında olan 60 (altmış) manat dəyərində 01 ədəd dəmir stol, bir ədədinin dəyəri 30 (otuz) manat olan 02 ədəd dəmir stul, bir ədədinin dəyəri 50 (əlli) manat olan 02 ədəd manqalı, bir ədədinin dəyəri 35 (otuz beş) manat olan alüminium materialdan olan 40 litr həcimdə 04 ədəd su bidonu, dəyəri 15 (on beş) manat olan “Vətka-avtomat” paltaryuyan maşını, dəyəri 60 (altmış) manat olan kustar üsulla hazırlanmış kaçalkanı, dəyəri 25 (iyirmi beş) manat olan dəmir materialdan 5 metr uzunluğunda 80 mm diametrli turbanı, bir ədədinin dəyəri 30 (otuz) manat olan 02 ədəd dəmir yeşiyi, dəyəri 50 (əlli) manat olan kustar usullar hazırlanmış odun sobasını, dəyəri 5 (beş) manat olan alüminium materialda qazanı, dəyəri 2 (iki) manat olan çaydan və dəyəri 8 (səkkiz) manat olan çayniki gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 585 (beş yüz səksən beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 25 mart 2021-ci il tarixdə saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs3 məxsus Bərdə rayonu, Mollalı kəndində olan sahədə yerləşən dəmir naqillərdən ibarət qoruyucu qəfəsinin qapısının qıfılına qanırğı ilə fiziki güc tətbiq edib, qapının qıfılını qıraraq qapıdan qəfəsə daxil olmaqla “Altay” markalı su matorunun bir ədədinin dəyəri 300 (üç yüz) manat olan 02 ədəd radiatorunu, dəyəri 80 (səksən) manat olan 01 ədəd startiorunu, dəyəri 20 (iyirmi) manat olan 01 ədəd alüminium materialdan kojikini, bir ədədinin dəyəri 4 (dörd) manat olan 05 ədəd farsunkalarını və bir metrinin dəyəri 4 (dörd) manat olan alüminium materialdan 20 metr uzunluğunda kabeli gizli yolla talayaraq zərərçəkmiş şəxs Şaiq Aliyeva ümumilikdə 800 (səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 21 mart 2021-ci il tarixdə saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 ilə birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu, Çələbilər kəndində yerləşən “KRAZ” markalı su matorunun 600 (altı yüz) manat dəyərində 01 ədəd su radiatorunu, 180 (bir yüz səksən) manat dəyərində 01 ədəd radiatorun yağ soyuducusunu, bir ədədinin dəyəri 130 (bir yüz otuz) manat olan 02 ədəd yağ şlanqını, bir ədədinin dəyəri 9 (doqquz) manat olan 05 ədəd podrufkanı, 5 (beş) manat dəyərində 01 ədəd kleymanı və 30 (otuz) manat dəyərində 1,30 sm2 ölçüdə dəmir materialdan qoruyucu setkanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 (bir min bir yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 mart 2021-ci il tarixdə saat 12 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu, Çələbilər kəndində olan sahədə yerləşən əl damına qapıdan daxil olmaqla, əl damında olan 60 (altmış) manat dəyərində 01 ədəd dəmir stolu, bir ədədinin dəyəri 30 (otuz) manat olan 02 ədəd dəmir stulu, bir ədədinin dəyəri 50 (əlli) manat olan 02 ədəd manqalı, bir ədədinin dəyəri 35 (otuz beş) manat olan alüminium materialdan olan 40 litr həcimdə 04 ədəd su bidonunu, dəyəri 15 (on beş) manat olan “Vətka-avtomat” paltaryuyan maşını, dəyəri 60 (altmış) manat olan kustar üsulla hazırlanmış kaçalkanı, dəyəri 25 (iyirmi beş) manat olan dəmir materialdan 5 metr uzunluğunda 80 mm diametrli turbanı, bir ədədinin dəyəri 30 (otuz) manat olan 02 ədəd dəmir yeşiyi, dəyəri 50 (əlli) manat olan kustar usullar hazırlanmış odun sobasını, dəyəri 5 (beş) manat olan alüminium materialda qazanı, dəyəri 2 (iki) manat olan çaydanı və dəyəri 8 (səkkiz) manat olan çayniki gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 585 (beş yüz səksən beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 25 mart 2021-ci il tarixdə saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 ilə birləşərək Zərərçəkmiş şəxs3 məxsus Bərdə rayonu, Mollalı kəndində olan sahədə yerləşən dəmir naqillərdən ibarət qoruyucu qəfəsinin qapısının qıfılına qanırğı ilə fiziki güc tətbiq edib, qapının qıfılını qıraraq qapıdan qəfəsə daxil olmaqla “Altay” markalı su matorunun bir ədədinin dəyəri 300 (üç yüz) manat olan 02 ədəd radiatorunu, dəyəri 80 (səksən) manat olan 01 ədəd startiorunu, dəyəri 20 (iyirmi) manat olan 01 ədəd alüminium materialdan kojikini, bir ədədinin dəyəri 4 (dörd) manat olan 05 ədəd farsunkalarını və bir metrinin dəyəri 4 (dörd) manat olan alüminium materialdan 20 metr uzunluğunda kabeli gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 800 (səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, onun VAZ-2104 markalı 90 EZ-925 dövlət qeydiyyat nişanlı avtomobili olmuş, avtomobili hazırda satmışdır. Təqsirləndirilən şəxs1 bibisi oğlu Baycan vasitəli tanımışdır. Təxminən 2021-ci ilin mart ayında Bərdə şəhərinə bibisigilə qonaq gəldikdə Baycan onu tanışı Ramin ilə tanış etmişdir. Ramin ilə söhbər edərkən ikisidə pulları olmadığından oğurluq etmək qərarına gəlmişlər. 21 mart 2021-ci il tarixdə saat saat 13 radələrində Ramin ona zəng edərək yanına çağırmış, özü də Raminin yanına getmişdir. Sonuncu Çələbirlər kəndinə iş dalınca getməyini demişdir. Raminlə razılışab özünə məxsus avtomobillə Bərdə rayonu Çələbilər kəndinə getmişdir. Kənddə körpünü keçdikdən sonra Ramin asfalt yoldan çıxıb torpaq yola keçməyini demişdir. Özü də torpaq yola keçib avtomobili saxlamışdır. Ramin avtomobildən düşüb orada olan “Kraz” markalı su matoruna yaxınlaşmışdır. Ramin üzərində əvvəlcədən gətirdiyi vintaçan, kəlpətin və qanırğa ilə 01 ədəd su radiatorunu, 01 ədəd radiatorun yağ soyuducusunu, 02 ədəd yağ şlanqını, 05 ədəd podrufkanı, matorun dəmir setkasını və 01 ədəd kleymanı sökdükdən sonra ona avtomobili matorun yanına sürməyi demişdir. Avomobili matorun yanında saxlayıb yük hissəsini açmışdır. Ramin ilə birlikdə matorun hissələrini avtomobilin yük hissəsinə yığmışdır. Ramin həmin hissələri Yevlaxda sata biləcəklərini demişdir. Avtomobili Yevlax şəhəri qırmızı yanacaq doldurma məntəqəsinin yaxınlığında olan metal qəbulu sexini sürmüşdür. Orada Ramin ilə birlikdə motorun hissələrini 80 manat qarşılığında satmışdır. Həmin puldan 35 manat özü və 35 manat Ramin götürmüşdür. Yerdə qalan 10 manatı isə benzin əvəzi götürmüşdür. Həmin pulu kafe və restoranlarda xərcləmişdir. 22 mart 2021-ci il tarixdə səhər saatlarında Ramin ona zəng edərək evdən götürməyini demişdir. Ramini kəndə aparmış, sonuncu kənddə ona oğurluq etməyi təklif etmişdir. Ramin ona kəndin kənarında olan pay torpağa idarə etməyi demişdir. Avtomobili həmin yerə sürərək saat təxminən 12 radələrində sahədə olan tikilinin yanına getmişlər. Ramin pəncərədən tikiliyə daxil olmuşdur. Özü isə ətrafa göz gözdərmiş, tikilinin yanında olan kərpicin altından açar tapmışdır. Həmin açarla tikilinin qapısının qıfılını açmışdır. Ramin içəridən ona 04 ədəd su bidonu, paltaryuyan maşın, su çıxarılması üçün nəzərdə tutulmuş kaçalka, 5 metr uzunluğunda 80 mm diametrli turba, 02 ədəd dəmir yeşik, odun sobası, qazan, çaydan və çayniki vermiş, özü isə həmin əşyaları avtomobilin yük hissəsinə yığmışdır. Tikilidən götürdükləri 01 ədəd dəmir stol, 02 ədəd dəmir stul və 02 ədəd manqalı avtomobilin yuxarı yük hissəsinə yığmışdır. Ramin ilə Yevlax şəhərinə gedib, Yevlax şəhərində həmin əşyaları 80 manat müqabilində İlham adlı şəxsə satmışlar. Həmin puldan 10 manatı benzin üçün götürmüş, yerdə qalan 70 manatın 35 manatı isə Raminə vermişdir. 25 mart 2021-ci il tarixdə saat 13 radələrində Ramin ona zəng edərək yenidən oğurluq etməyi təklif etmişdir. Onun pulu olmadığından Raminlə razılaşmışdır. Raminlə Mollalı kəndində yollanmışlar. Mollalı kəndində kanalın yanında dəmir barmaqlıqların içərisində olan “Altay” markalı su matoru görmüşlər. Dəmir barmaqlıqların qapısında olan qıfılı qanırğa ilə sındırmışdır. Ramin ilə birlikdə açar və vintaçanla moturun iki ədəd radiatorunu, startiorunu, aliminium kojikini və farsunkalarını açaraq avtomobilin yük hissəsinə yığmışlar. Bundan başqa dəmir barmaqlıqların içərisindən 20 metr uzunluqda kabeli də götürmüşlər. Həmin əşyaları yenidən Yevlax şəhərində 100 manat müqabilində İlham adlı şəxsə satmışlar. Həmin pulun 10 manatını yanacaq üçün özünə götürmüşdür. Yerdə qalan 90 manat pulun isə 45 manatı ona, 45 manatı isə Raminə çatmışdır. Səhvini başa düşür, tutduğu əməldən peşimandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, təxminən 2021-ci ilin mart ayında Bərdə şəhərinə tanışı Baycan vasitəsilə Mətləb ilə tanış olmuşdur. Mətləb ilə söhbət edərkən pullanın olmadığından oğurluq etmək qərarına gəlmişlər. 21 mart 2021-ci il tarixdə saat 13 radələrində Mətləbə zəng edərək yanına gəlməyini demiş, sonuncu gəlmişdir. Mətləb ilə görüşüb razılışab sonuncuya məxsus VAZ-2104 maralı 90 EZ-925 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Çələbilər kəndinə getmişdir. Kənddə körpünü keçdikdən sonra Mətləbə asfalt yoldan çıxıb torpaq yola keçməsini demişdir. Mətləb torpaq yola keçib avtomobili saxlamışdır. Avtomobildən düşüb orada olan “Kraz” markalı su matoruna yaxınlaşmış, üzərində əvvəlcədən gətirdiyi vintaçan, kəlpətin və qanırğa ilə 01 ədəd su radiatorunu, 01 ədəd radiatorun yağ soyuducusunu, 02 ədəd yağ şlanqını, 05 ədəd podrufkanı, matorun dəmir setkasını və 01 ədəd kleymanı sökdükdən sonra Mətləbə avtomobili matorun yanına sürməyi demişdir. Mətləb avomobili matorun yanında saxlayıb yük hissəsini açmış, birlikdə matorun hissələrini avtomobilin yük hissəsinə yığmışlar. Avtomobili Yevlax şəhəri qırmızı yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlayıb orada olan metal qəbulu sexinə düşmüşdür. Mətləb ilə birlikdə motorun hissələrini 80 manat qarşılığında satmışdır. Həmin puldan 35 manat özü və 35 manat isə Mətləb götürmüşdür. Yerdə qalan 10 manatı isə benzin əvəzi Mətləb götürmüşür. Pulu kafe və restoranlarda xərcləmişdir. 22 mart 2021-ci il tarixdə səhər saatlarında Mətləbə zəng edərək onu evdən götürməsini demişdir. Mətləb gəlmiş, birlikdə kəndə getmişlər. Kənddə Mətləbə oğurluq etməyi təklif etmişdir. Mətləbə avtomobili kəndin kənarında olan pay torpağına sürməsini demişdir. Sonuncu avtomobili ora idarə etmiş, həmin vaxt saat təxminən 12 radələri olmuşdur. Sahədə olan tikilinin yanında maşından düşmüşlər. Pəncərədən tikiliyə daxil olmuş, Mətləb isə ətrafa göz gözdərmişdir. Mətləb tikilinin yanında olan kərpicin altından açar tapmış və açarla tikilinin qapısının qıfılını açmışdır. İçəridən Mətləbə 04 ədəd su bidonu, paltaryuyan maşın, su çıxarılması üçün nəzərdə tutulmuş kaçalka, 5 metr uzunluğunda 80 mm diametrli turba, 02 ədəd dəmir yeşik, odun sobası, qazan, çaydan və çayniki vermiş, Mətləb isə həmin əşyaları avtomobilin yük hissəsinə yığmışdır. Tikilidən götürdükləri 01 ədəd dəmir stol, 02 ədəd dəmir stul və 02 ədəd manqalı Mətləb avtomobilin yuxarı yük hissəsinə yığmışdır. Yenidən Mətləb ilə Yevlax şəhərinə getmiş, Yevlax şəhərində həmin əşyaları 80 manat müqabilində İlham adlı şəxsə satmışlar. Puldan 10 manatı benzin üçün Mətləbə vermiş, qalan 70 manatı isə aralarında bölərək hərəsi 35 manat pul götürmüşlər. 25 mart 2021-ci il tarixdə saat 13 radələrində Mətləblə zəngləşərək yenidən oğurluq etmək qərarına gəlmişlər. Mətləblə Mollalı kəndində yollanmışlar. Mollalı kəndində kanalın yanında dəmir barmaqlıqların içərisində olan “Altay” markalı su matoru gömüşlər. Dəmir barmaqlıqların qapısında olan qıfılı Mətləb qanırğa ilə sındırmışdır. Mətləblə birlikdə açar və vintaçanla moturun iki ədəd radiatorunu, startiorunu, aliminium kojikini və farsunkalarını açaraq avtomobilin yük hissəsinə yığmışlar. Bundan əlavə dəmir barmaqlıqların içərisindən 20 metr uzunluqda kabelidə götürmüşlər. Həmin əşyaları yenidən Yevlax şəhərində 100 manat müqabilində İlham adlı şəxsə satmışlar. Pulun 10 manatını yanacaq pulu kimi Mətləb özünə götürmüşdür. Yerdə qalan 90 manat pulun isə 45 manatı ona 45 manatı isə Mətləbə çatmışdır. Səhvini başa düşür, tutduğu əməldən peşimandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Bərdə rayonu Mollaisalar kəndində yaşayır. Təxminən 6 ildir ki, Bərdə rayonu Mollalı kəndində X5 məxsus 70 hektar torpaq sahəsini suvarır. X12 Federasiyasına gedib-gəldiyi üçün həmin əkin sahəsini də ona həvalə etmişdir. Nizamiyə məxsus Bərdə rayonu Mollalı kəndində yerləşən sahəyə nəzarət etmişdir. Təxminən 4 il əvvəl həmin sahəni suvarmaq üçün 4500 manata “Altay” markalı motor quraşdırılmış və həmin mator ona verilmişdir. Mator mühafizə olunması məqsədi ilə dəmir barmaqlığa salınaraq qıfılla bağlanmışdır. Gün ərzində hər dəfə matorun yerində olub olmamasına nəzarət etmişdir. 24.03.2021-ci il tarixdə axşam saatlarında matorun yerində olmasını müəyyən etdikdən sonra evə getmişdir. Növbəti gün saat 15-16 radələrində sahəyə gələn zaman dəmir barmaqlığın qıfılının sındırıldığını və barmaqlığın içərisində olan motorun sökülmüş halda olduğunu, üzərindən 02 ədəd radiatorunu, 01 ədəd startiorunu, 01 ədəd alüminium materialdan kojikini, 05 ədəd farsunkalarını və alüminium materialdan 20 metr uzunluğunda kabelin oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona 800 manata yaxın məbləğdə maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, həmin tarixdə matorun yerləşdiyi ərazidə içərisində 2 nəfər şəxsin olduğu VAZ-2104 markalı solğun ağ rəngli avtomobilin olmasını öyrənmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini gösrətmişdir. Məhkəmənin 11 noyabr 2021-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 1986-cı ildən Bərdə rayonu Suvarma sistemləri idarəsin baş maşinist vəzifəsində çalışmışdır. Bərdə rayonu Çələbilər kəndində əkin sahəsi vardır. Həmin sahədə yonca, taxıl, kələm və qarpız əkir. Sahəni kəndin kənarından keçən su kanalı ilə suvarmışdır. Suvarma üçün 1991-ci il istehsalı olan, 6 silindirli “KRAZ” markalı su matorundan istifadə etmişdir. Həmin mator 2005-ci il tarixdən onun istifadəsində olmuşdur. Matordan həmçinin qohumları Şahid5, Şahid4 və Elçin Zakirov sahələrini suvarmaq üçün istifadə etmişlər. 21 mart 2012-ci il tarixdə saat 18 radələrində Bərdə şəhərində iş yerində olarkən qardaşı Qurban zəng edərək su matorunun yağ və su radiatorlarının oğurlanmasını bildirmişdir. Dərhal Çələbilər kəndinə getmiş, kənddə su matoruna baxarkən 600 manat dəyərində 01 ədəd su radiatorunun, 180 manat dəyərində 01 ədəd radiatorun yağ soyuducusunun, bir ədədinin dəyəri 130 manat olan 02 ədəd yağ şlanqının, bir ədədinin dəyəri 9 manat olan 05 ədəd podrufkanın, 5 manat dəyərində 01 ədəd kleymanın və 30 manat dəyərində 1,30 sm2 ölçüdə qoruyucu dəmir materialdan setkanın oğurlanması aşkar etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin 11 noyabr 2021-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, kəndin kənarında pay torpaq sahəsi var. Həmin sahədə əkin zamanı yetişən bitkilərə nəzarət etmək üçün tikili tikdirmişdir. Tikilinin içərisində müxtəlif məişət əşyaları saxlamışdır. 23 mart 2021-ci il tarixdə səhər saatlarında tikiliyə getdikdə, tikilinin qapısanda olan qıfılın açıq vəziyyətdə olduğunu görmüşdür. Qıfılın açarını tikilinin yanında kərpicin altına qoyduğundan, tikiliyə kənar şəxsin açardan istifadə edərək qıfılı açıb daxil olmasını anlamışdır. Tikilinin içərisinə girdikdə 60 manat dəyərində 01 ədəd dəmir stolun, bir ədədinin dəyəri 30 manat olan 02 ədəd dəmir stulun, bir ədədinin dəyəri 50 manat olan 02 ədəd manqalın, bir ədədnin dəyəri 80 manat olan aliminium materialdan olan 40 litr həcimdə 04 ədəd su bidonunun, dəyəri 120 manat olan 1990-cı il SSSR istehsalı paltaryuyan maşının, dəyəri 60 manat olan əl ilə işləyən su çıxarılması üçün nəzərdə tutulmuş kaçalkanın, dəyəri 30 manat dəyərində dəmir materialdan 5 metr uzunluğunda 80 mm diametrli turbanın, bir ədədinin dəyəri 30 manat olan 02 ədəd dəmir yeşiyin, dəyəri 50 manat olan kustar usullar hazırlanmış odun sobasının, dəyəri 20 manat olan aliminium materialdan qazanın, dəyəri 12 manat olan çaydanın və dəyəri 8 manat olan çaynikin oğurlanmasını müəyyən etmişdir. Ətrafda olan tanımadığı şəxslərdən bura kənar şəxslərin gəlib-gəlməməsini soruşmuş, 22 mart 2021-ci il tarixdə iki nəfər tanımadıqları şəxsin VAZ-2104 markalı avtomlobil ilə onun pay torpağına gəlməsini demişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əhliqar oğlu ifadə verərək göstərmişdir ki, 2019-cu ildən DİO-da xidmət edir. Bərdə rayonu Çələbilər kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus əl damından ev əşyalarını və Zərərçəkmiş şəxs1 məxsus su matrounun hissələrinin, həmçinin Zərərçəkmiş şəxs3 məxsus Bərdə rayonu Mollalı kəndində yerləşən su matorunun hissələrini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması ilə əlaqədar əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığına uyğun olaraq vətəndaşların sorğusu, soraqlaşma, şəxsiyyətin eyniləşdirilməsi və digər əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməllərini ikilikdə törətmələri, cinayət nəticəsində əldə edilmiş əmlakı Şahid1 satmaları müəyyən edilmişdir. Şahid1 əşyaları alarkən əşyaların oğurluq olmasından xəbəri olmamış və sonuncular ilə hər hansı bir cinayətkar əlaqəya girməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq zamanı istifadə etdikləri alətlərin yerini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisi oğludur. Onun Bərdə rayonu Çələbilər kəndində yerləşən torpaq sahəsi vardır. Həmin sahəni onun əmisi oğlu su matoru vasitəsilə suvarmışdır. 22 mart 2021-ci il tarixdə axşam saatlarında əmisi oğlu Etibar onun yanına gələrək su matorunun işləməməsini demişdir. Bundan sonra Etibar və Qurban ilə su matoruna gedib baxmışlar. Bu zaman su matorunun hissələrinin oğrulanmasını aşkar etmişlər. Bundan sonra onun və digər sakinlərin torpaqları suvarılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq əmisi oğlu Etibara polisə şikayət etməsini demişdir. Bir müddət sonra Etibar polisə şikayət etmişdir. Polis orqanının keçirdiyi araşdırma zamanı iki nəfər şəxs saxlanılmışdır. Bundan sonra su matorunun hissələrini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu tərəfindən oğurlaması ona məlum olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 Mehti oğlu Şahid5 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2910 saylı 30 iyun 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 187,00 manat müəyyən olunur. -Digər 8 adda mallar haqqında kiyafət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, texniki vəziyyəti, ölçüləri, təyinatı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. -10 adda mallar ekspertiza tədqiqatına təqdim edilmədən onlar üzrə qiymətləndirmə aparmaq mümkün deyildir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 21 mart 2021-ci il tarixdə saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu, Çələbilər kəndində yerləşən “KRAZ” markalı su matorunun 600 (altı yüz) manat dəyərində 01 ədəd su radiatorunu, 180 (bir yüz səksən) manat dəyərində 01 ədəd radiatorun yağ soyuducusunu, bir ədədinin dəyəri 130 (bir yüz otuz) manat olan 02 ədəd yağ şlanqını, bir ədədinin dəyəri 9 (doqquz) manat olan 05 ədəd podrufkanı, 5 (beş) manat dəyərində 01 ədəd kleymanı və 30 (otuz) manat dəyərində 1,30 sm2 ölçüdə dəmir materialdan qoruyucu setkanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 (bir min bir yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi; -bundan başqa onun, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 mart 2021-ci il tarixdə saat 12 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu, Çələbilər kəndində olan sahədə yerləşən əl damına qapıdan daxil olmaqla, əl damında olan 60 (altmış) manat dəyərində 01 ədəd dəmir stol, bir ədədinin dəyəri 30 (otuz) manat olan 02 ədəd dəmir stul, bir ədədinin dəyəri 50 (əlli) manat olan 02 ədəd manqalı, bir ədədinin dəyəri 35 (otuz beş) manat olan alüminium materialdan olan 40 litr həcimdə 04 ədəd su bidonu, dəyəri 15 (on beş) manat olan “Vətka-avtomat” paltaryuyan maşını, dəyəri 60 (altmış) manat olan kustar üsulla hazırlanmış kaçalkanı, dəyəri 25 (iyirmi beş) manat olan dəmir materialdan 5 metr uzunluğunda 80 mm diametrli turbanı, bir ədədinin dəyəri 30 (otuz) manat olan 02 ədəd dəmir yeşiyi, dəyəri 50 (əlli) manat olan kustar usullar hazırlanmış odun sobasını, dəyəri 5 (beş) manat olan alüminium materialda qazanı, dəyəri 2 (iki) manat olan çaydan və dəyəri 8 (səkkiz) manat olan çayniki gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 585 (beş yüz səksən beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi; -bundan başqa onun, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 25 mart 2021-ci il tarixdə saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs3 məxsus Bərdə rayonu, Mollalı kəndində olan sahədə yerləşən dəmir naqillərdən ibarət qoruyucu qəfəsinin qapısının qıfılına qanırğı ilə fiziki güc tətbiq edib, qapının qıfılını qıraraq qapıdan qəfəsə daxil olmaqla “Altay” markalı su matorunun bir ədədinin dəyəri 300 (üç yüz) manat olan 02 ədəd radiatorunu, dəyəri 80 (səksən) manat olan 01 ədəd startiorunu, dəyəri 20 (iyirmi) manat olan 01 ədəd alüminium materialdan kojikini, bir ədədinin dəyəri 4 (dörd) manat olan 05 ədəd farsunkalarını və bir metrinin dəyəri 4 (dörd) manat olan alüminium materialdan 20 metr uzunluğunda kabeli gizli yolla talayaraq zərərçəkmiş şəxs Şaiq Aliyeva ümumilikdə 800 (səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi; Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 21 mart 2021-ci il tarixdə saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 ilə birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu, Çələbilər kəndində yerləşən “KRAZ” markalı su matorunun 600 (altı yüz) manat dəyərində 01 ədəd su radiatorunu, 180 (bir yüz səksən) manat dəyərində 01 ədəd radiatorun yağ soyuducusunu, bir ədədinin dəyəri 130 (bir yüz otuz) manat olan 02 ədəd yağ şlanqını, bir ədədinin dəyəri 9 (doqquz) manat olan 05 ədəd podrufkanı, 5 (beş) manat dəyərində 01 ədəd kleymanı və 30 (otuz) manat dəyərində 1,30 sm2 ölçüdə dəmir materialdan qoruyucu setkanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 (bir min bir yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi; -bundan başqa onun, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 mart 2021-ci il tarixdə saat 12 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu, Çələbilər kəndində olan sahədə yerləşən əl damına qapıdan daxil olmaqla, əl damında olan 60 (altmış) manat dəyərində 01 ədəd dəmir stolu, bir ədədinin dəyəri 30 (otuz) manat olan 02 ədəd dəmir stulu, bir ədədinin dəyəri 50 (əlli) manat olan 02 ədəd manqalı, bir ədədinin dəyəri 35 (otuz beş) manat olan alüminium materialdan olan 40 litr həcimdə 04 ədəd su bidonunu, dəyəri 15 (on beş) manat olan “Vətka-avtomat” paltaryuyan maşını, dəyəri 60 (altmış) manat olan kustar üsulla hazırlanmış kaçalkanı, dəyəri 25 (iyirmi beş) manat olan dəmir materialdan 5 metr uzunluğunda 80 mm diametrli turbanı, bir ədədinin dəyəri 30 (otuz) manat olan 02 ədəd dəmir yeşiyi, dəyəri 50 (əlli) manat olan kustar usullar hazırlanmış odun sobasını, dəyəri 5 (beş) manat olan alüminium materialda qazanı, dəyəri 2 (iki) manat olan çaydanı və dəyəri 8 (səkkiz) manat olan çayniki gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 585 (beş yüz səksən beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi; -bundan başqa onun, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 25 mart 2021-ci il tarixdə saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 ilə birləşərək Zərərçəkmiş şəxs3 məxsus Bərdə rayonu, Mollalı kəndində olan sahədə yerləşən dəmir naqillərdən ibarət qoruyucu qəfəsinin qapısının qıfılına qanırğı ilə fiziki güc tətbiq edib, qapının qıfılını qıraraq qapıdan qəfəsə daxil olmaqla “Altay” markalı su matorunun bir ədədinin dəyəri 300 (üç yüz) manat olan 02 ədəd radiatorunu, dəyəri 80 (səksən) manat olan 01 ədəd startiorunu, dəyəri 20 (iyirmi) manat olan 01 ədəd alüminium materialdan kojikini, bir ədədinin dəyəri 4 (dörd) manat olan 05 ədəd farsunkalarını və bir metrinin dəyəri 4 (dörd) manat olan alüminium materialdan 20 metr uzunluğunda kabeli gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 800 (səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Mingəçevir şəhəri 1 nömrəli MİS-nin verdiyi 07 sentyabr 2021-ci il tarixli 364 saylı arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, İsayev X4 şəhəri, M.Maqomayev prospekti ev 4, mənzil 49-da yaşayır. İsayev X4 şəhəri, M.Maqomayev prospekti ev 4, mənzil 49-da yaşadığı müddət ərzində, eləcədə indiki vaxtda qədər heç bir təşkilatdan 1 saylı MİS-ə şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan AO ******* nömrəli 02 iyul 2007-ci il tarixli hərbi bilet surətindən müəyyən olunur ki, İsayev X8, Zəngilan və Şuşa istiqamətlərində döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X6 tərəfindən verilmiş 81862 saylı vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası vətən müharibəsinin iştirakçısı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 23.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 20 sentyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Atatürk küçəsi ev 22-də yaşayır. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 30 avqust 2021-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Atatürk küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli AZ-İİ 132887 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qardaşı X9 28 oktyabr 2020-ci ildə hərbi əməliyyatlar nəticəsində qəlpələrlə törənmiş zədə nəticəsində ölmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, qardaşı X7 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 23.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini, habelə onların məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 20 aprel 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 20 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 22 aprel 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 20 aprel 2021-ci ildən 22 aprel 2021ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 30 iyun 2021-ci il tarixli 9/2910 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 aprel 2021-ci ildən 22 aprel 2021-ci ilədək tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-178/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-178/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver