Məhkəmə qərarları › İş №1(021)-178/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-178/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-178/2022 07.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Tərtər rayonu Qaradağlı kəndində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gəncə Ağır Cinayətlər məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən təmiz çəkisi 45,084 qram narkotik vasitə olan tiryəki və təmiz çəkisi 102,99 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində olan ağ rəngli sellofanda saxlamış, 13 iyul 2022-ci il tarixdə saat 00:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə poliklinikanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əlində olan ağ rəngli sellofanın içərisindən 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 45,084 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 102,99 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirlidir. O, Tərtər rayonu Qaradağlı kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Tərtər rayonu Sarıcalı kəndində yaşamışdır. Evlidir, bir oğlan övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Mahiyyəti üzrə bildirir ki, uzun illərdir ki, narkotik vasitələrdən şəxsi istifadəsindən ötrü istifadə etmişdir. Əvvəllər məhkumluqları olmuşdur. “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Həsən adlı şəxs ilə şəxsi dostluq münasibətləri yaranmışdır. Lakin, Həsən adlı şəxsi görməmiş, hətta telefon danışıqları belə olmamış, sadəcə virtual olaraq yazışmışlar. Elə bu səbəblədə Həsən ona 12 iyul 2022-ci il tarixdə narkotik vasitə olan tiryək və qurudulmuş marixuana pay vermişdir. Belə ki, Həsənin istəyi ilə 12 iyul 2022-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Sarıcalı kəndində yolun kənarında olan ağacın yanına getmiş və orada yerdən ağ rəngli sellofana bükülmüş 1(bir) ədəd bükümdə narkotik vasitə-tiryək və 1(bir) ədəd torbada narkotik vasitə- qurudulmuş marixuananı götürmüşdür. Bunun müqabilində o, Həsənə heç bir ödəniş etməmişdir. Həmçinin, həmin narkotik vasitələrdən istifadə etməmişdir. 13 iyul 2022-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində saat 00 radələrində Bakı şəhərinə işləmək üçün getməsi ilə əlaqədar taksi gözləmişdir. Həmin vaxt əlində sellofana bükülmüş şəkildə 2 ədəd içərisində “tiryək” və “marixuana” olan kütlələr olmuşdur. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar və narkotik vasitə daşımasında şübhələndiklərini bildirərək onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişlər və axtarış zamanı sol əlində olan sellofana bükülmüş halda 2 ədəd içərisində “tiryək” və “marixuana” olan kütlələr aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə həmin narkotik vasitələrə baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələr ayrı-ayrılıqda çəkilmişdir. Həmin narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, narkotik vasitələrin özünə məxsus olmasını, şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirmişdir. Əlavə olaraq qeyd edir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsindən ötrü saxlamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 13 iyul 2022-ci il tarixdə ona Tərtər rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 00:10 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X5 bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əlində olan ağ rəngli sellofanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs deyilənlərə əməl etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofona baxış keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofona bükülmüş iki ədəd bükümləri göstərərək “marixuana” və “tiryək” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin bükümlərə baxış zamanı içində narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan tiryək olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuana və tiryəki Tərtər rayonundan özünü Həsən kimi təqdim edən İran vətəndaşının ona pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofonda olan narkotik vasitəyə bənzər kütlələr prosses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmişdir. Həmin narkotik vasitələrin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün şübhəli şəxs Təqsirləndirilən şəxs özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin CAB-da əməliiyatçı vəzifəsində işləyirş 13 iyul 2022-ci il tarixdə ona Tərtər rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 00:10 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X5 bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əlində olan ağ rəngli sellofanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs deyilənlərə əməl etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofona baxış keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofona bükülmüş iki ədəd bükümləri göstərərək “marixuana” və “tiryək” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin bükümlərə baxış zamanı içində narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan tiryək olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuana və tiryəki Tərtər rayonundan özünü Həsən kimi təqdim edən İran vətəndaşının ona pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofonda olan narkotik vasitəyə bənzər kütlələr prosses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmişdir. Həmin narkotik vasitələrin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün şübhəli şəxs Təqsirləndirilən şəxs özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon X4 Tədqiqatlar Qrupunun baç inspektor-kriminalisti vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 13 iyul 2022-ci il tarixdə ona Tərtər rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 00:10 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X5 bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əlində olan ağ rəngli sellofanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs deyilənlərə əməl etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofona baxış keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofona bükülmüş iki ədəd bükümləri göstərərək “marixuana” və “tiryək” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin bükümlərə baxış zamanı içində narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan tiryək olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuana və tiryəki Tərtər rayonundan özünü Həsən kimi təqdim edən İran vətəndaşının ona pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofonda olan narkotik vasitəyə bənzər kütlələr prosses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmişdir. Həmin narkotik vasitələrin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün şübhəli şəxs Təqsirləndirilən şəxs özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi haqqında 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyi bükümündə ümumi çəkisi 63,2 qram narkotik vasitə tiryəkə bənzər kütlə və 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada ümumi çəkisi 118,5 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi şəxsi axtarış və götürmə keçirilməsi haqqında 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyi bükümündə ümumi çəkisi 63,2 qram narkotik vasitə tiryəkə bənzər kütlə və 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada ümumi çəkisi 118,5 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin 13 iyul 2022-ci il tаriхli 16/827 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə və narkotik vasitə olan tiryəkə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki; 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 45,084 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. – 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 102,99 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 14 iyul 2022-ci il tarixli əməliyyat tapşırığına Bərdə rayon Polis Şöbəsinin verdiyi 15 sentyabr 2022-ci il tarixli cavabdan görünür ki, Tərtər rayon sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi, istifadəsində mobil telefonun olması istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa narkotik vasitə və yа оnun prеkursоrlаrını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 20 iyul 2022-ci il tarixli 235 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Yuxarı Sarıcalı kəndində yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur, himayəsində X6 adlı azyaşlı uşağı vardır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 01 avqust 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 14 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 45,084 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 102,99 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən tanınmış və saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə saat 00:30-da Bərdə rayon X5 bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2022-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 45,084 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 102,99 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən təmiz çəkisi 45,084 qram narkotik vasitə olan tiryəki və təmiz çəkisi 102,99 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində olan ağ rəngli sellofanda saxlamış, 13 iyul 2022-ci il tarixdə saat 00:10 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə poliklinikanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əlində olan ağ rəngli sellofanın içərisindən 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 45,084 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 102,99 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, X3 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, bir azyaşlı övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 13 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzaçəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarında olan 17 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 102,99 qram olan qurudulmuş marixuana tədqiqat prosesində tədqiqata 0, 2 qram sərf olunduğundan qalıq olaraq 102,79 qram marixuana, təmiz çəkisi 45,084 qram narkotik vasitə olan tiryəkdən tədqiqat prosesində tədqiqata 0, 2 qram sərf olunduğundan qalıq olaraq 44,884 qram, qaldığından qərarla maddi sübut qismində tanınaraq saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 102,99 qram olan qurudulmuş marixuana tədqiqat prosesində tədqiqata 0, 2 qram sərf olunduğundan qalıq olaraq 102,79 qram marixuana, təmiz çəkisi 45,084 qram narkotik vasitə olan tiryəkdən tədqiqat prosesində tədqiqata 0, 2 qram sərf olunduğundan qalıq olaraq 44,884 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 64.80 (altmış dörd manat səksən qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 0, 2 qram sərf olunduğundan qalıq olaraq 102,79 qram marixuana, təmiz çəkisi 45,084 qram narkotik vasitə olan tiryəkdən tədqiqat prosesində tədqiqata 0, 2 qram sərf olunduğundan qalıq olaraq 44,884 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64.80 (altmış dörd manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HаkimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar