Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-178/2025 04.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 14:50 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki o, 2025-ci ilin iyun ayının əvvəllərində Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş hissəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə ”Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən ümumi sayı 4 ədəd, ümumi təmiz çəkisi - 80 qram оlan narkotik tipli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmişdir. 18 avqust 2025-ci il tarixdə, saat 15:56 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi, ev 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman evin giriş hissəsində 3 ədəd plastik qabların içərisində əkilib kultivasiya edilmiş xeyli miqdarda yəni, ümumi sayı 4 ədəd, ümumi təmiz çəkisi 80 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində təkbaşına yaşamışdır. Тəxminən 10 il olarmış ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edirmiş. Narkotik vasitədən heç kimə təklif etməmiş və satmamışdır. Tutulandan təxminən iki ay əvvəl, 2025-ci ilin iyun ayının əvvəllərində Bərdə rayonu, Təbriz küçəsindən keçən dəmiryol reyslərinin yanında təkbaşına gəzərkən yerdən 01 ədəd kibrit qutusu tapmış, həmin kibrit qutusunu açdıqda içərisində 4 ədəd toxum olduğunu görmüşdür. Əvvəllər də qurudulmuş marixuanadan istifadə etdiyinə görə həmin toxumların çətənə bitkisinin toxumları olduğunu təxmin etmiş və həmin kibrit qutusunu götürüb cibinə qoymuşdur. Həmin kibrit qutusunun içərisində olan toxumları heç kimə göstərməmiş, ancaq tanımadığı müxtəlif şəxslərdən marixuana toxumlarının necə görünməsi barədə soruşub dəqiqləşdirmişdir. O, narkotik vasitə olan marixunadan istifadə etdiyinə görə öz şəxsi istifadəsi üçün yaşadığı evin giriş hissəsində narkotik vasitə hesab edilən marixuana əkmək qərarına gəlmişdir. Buna görə də yaşadığı evin həyətindən tapdığı 3 ədəd plastik qabda 4 ədəd çətənə toxumu əkmiş və həmin toxumları suluyaraq becərməyə başlamış, bir müddətdən sonra həmin toxumlar böyüməyə başlamışlar, o isə həmin çətənə bitkisinin tez böyüməsi üçün yerləşdiyi torpağı tez-tez havalandırmağa görə yumşaldmışdır. O, həmin çətənə kollarını öz şəxsi istifadəsi üçün əkmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:56 radələrində o, öz yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları onun yaşadığı evin qarşısına gələrək ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları ona yaşadığı evdə narkotik vasitələri saxlamağı barədə şübhəli olduğunu və yaşadığı evdə narkotik vasitə və ya hər hansı qanunsuz əşya və predmet olub-olmamasını soruşmuşlar. Həmin vaxt o da polis əməkdaşlarına səmimi olaraq etiraf edib yaşadığı evdə narkotik tərkibli bitkilər əkməyi barədə məlumat vermiş və həmin narkotik vasitənin yerini göstərə biləcəyini bildirmişdir. Bundan sonra onun yaşadığı evə baxışın keçirilməyi barədə etirazının olmadığını bildirməyi ilə bağlı ərizəsi alınmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə onun iştirakı ilə yaşadığı evin həyətinə daxil olmuşlar, onlar yaşadığı evə keçmişlər və o, evin giriş hissəsində əkmiş olduğu çətənə kollarını polis əməkdaşlarına göstərmiş və 3 ədəd plastik qabda əkib becərdiyi 4 ədəd çətənə kolunu təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiqə məruz qalmayıb. Polis əməkdaşlarının evə daxil olmalarına özü razılıq verib. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 719 saylı rəyində qeyd olunan xəsarətlər barədə bildirmişdir ki, xəsarət alarkən sərxoş olub, xəsarətləri yıxılaraq alıb. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 18 avqust 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəflərindən 18 avqust 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 15:56 radələrində Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə RPŞ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid3, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 və Aqrar Xidmətlər Agentliyi LESM X5 aparıcı aqronomu Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına getmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında imiş, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və X4 Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu bildirib yaşadığı ünvanda hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və yaşadığı evdə narkotik tərkibli bitkiləri əkməyi barədə məlumat vermiş və narkotik tərkibli bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə tərəflərindən baxış keçiriləcəyi barədə etirazının olmaması barədə ərizə alınmış, ardınca Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı fərdi yaşayış evinin həyətində, daha sonra isə onun yaşadığı fərdi yaşayış evinə daxil olmuşlar və Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsində əkmiş olduğu çətənə kollarını göstərmişdir. X4 Təqsirləndirilən şəxs həmin bitkilərin nə olduğunu, ona məxsus olub-olmadığını, nə vaxt və hansı məqsədlə əkib-becərdiyini və toxumlarını haradan əldə etdiyini, həmin narkotik tərkibli bitkilərə qulluq edib-etmədiyini, əvvəllər məhkum olunubolmunmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə verilən suallara cavab olaraq həmin bitkilərin “nəşə” olduğunu, özünə məxsus olduğunu, 2 ay olarmış ki, şəxsi istifadəsi üçün dibçəklərdə əkib-becərdiyini, toxumlarını yerdən kibrit qutusunun içərisindən tapdığını, həmin narkotik tərkibli bitkilərə su verdiyini, dibini becərdiyini və əvvəllər məhkum olunduğunu bildirmişdir. Aqronom Şahid4 iştirakı ilə həmin çətənə kollarına baxış keçirilmiş və aqronom Şahid4 həmin bitkilərə baxıb kultivasiya yolu ilə becərilmiş narkotik tərkibli bitkilər olmasını və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra 3 ədəd plastik qabda olan 4 ədəd çətənə bitkisini kök boğazından torpaqdan çıxarıldıqdan sonra 1 ədəd ağ rəngli kisədə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanış, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Daha sonra fərdi yaşayış evinin digər otaqlarına baxış keçirilsə də, qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxsа dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 və onun iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. X4 Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs özünə məxsus fərdi yaşayış evindən aşkar olunmuş 4 ədəd çətənə bitkisinin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını, nə məqsədlə əkib-becərdiyini və Bərdə rayon Polis Şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olub-olmaması barədə soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs özünə məxsus fərdi yaşayış evindən aşkar olunmuş 4 ədəd çətənə bitkisinin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün əkibbecərdiyini, özünə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olmadığını, heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bununla yanaşı, Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin giriş hissəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə kollarının haradan və necə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatları yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Ancaq Təqsirləndirilən şəxs bildirməsinə əsasən, qeyd edilən narkotik tərkibli çətənə kollarının toxumlarını yerdən kibrit qutusunun içərisindən ttapmış, satmaq məqsədi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Aqrar Xidmətlər Agentliyi LESM X5 aparıcı aqronomu işləyir. Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi, ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 18 avqust 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və narkotik tərkibli bitkiləri əkib-becərməsində şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət edilmişdir. Buna görədə o, baxış keçirilməsində aqrotexnik kimi iştirak etmək üçün həmin gün saat 15:56 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında imiş, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və X4 Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu bildirib yaşadığı ünvanda hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və yaşadığı evdə narkotik tərkibli bitkiləri əkməyi barədə məlumat vermiş və narkotik tərkibli bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçiriləcəyi barədə etirazının olmaması barədə ərizəsi alınmış, ardınca Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində, daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə daxil olmuşlar və Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsində əkmiş olduğu çətənə kollarını göstərmişdir. X4 Təqsirləndirilən şəxs həmin bitkilərin nə olduğunu, özünə məxsus olub-olmadığını, nə vaxt və hansı məqsədlə əkib-becərdiyini və toxumlarını haradan əldə etdiyini, həmin narkotik tərkibli bitkilərə qulluq edib-etmədiyini, əvvəllər məhkum olunub-olmunmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə verilən suallara cavab olaraq həmin bitkilərin “nəşə” olduğunu, özünə məxsus olduğunu, 2 ay olarmış ki, şəxsi istifadəsi üçün dibçəklərdə əkib-becərdiyini, toxumlarını yerdən kibrit qutusunun içərisindən tapdığını, həmin narkotik tərkibli bitkilərə su verdiyini, dibini becərdiyini və əvvəllər məhkum olunduğunu bildirmişdir. Daha sonra o, həmin çətənə kollarına baxış keçirmiş və həmin bitkilərin kultivasiya yolu ilə becərilmiş narkotik tərkibli bitkilər olmasını və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra 3 ədəd plastik qabda olan 4 ədəd çətənə bitkisi kök boğazından torpaqdan çıxarıldıqdan sonra 1 ədəd ağ rəngli kisədə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Daha sonra fərdi yaşayış evinin digər otaqlarına baxış keçirilsə də, qanunsuz hər hansı bir şey və ya predmet aşkar edilməmişdir. O, qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları onunla birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən həmin evin giriş hissəsindən 4 ədəd çətənə kolu aşkar edilmiş, aşkar olunan çətənə kollarına baxılmış və həmin bitkilərə aqrotexniki quluq edilməsi barədə tərəfindən Bərdə rayon Polis Şöbəsinə rəy verilmişdir. Cinayət işinin materiallarına istinadlar: Məhkəmə-bioloji ekspertizasının 19 avqust 2025-ci il tarixli 16/727 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus 4 ədəd narkotik tərkibli bitki” yazı və imzalar olan kisədəki, ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi - 80 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Mütəxəssis (aqronom) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. (cild 1, iş vərəqləri 61-65) Aqrar Xidmətlər Agentliyi LESM X5 aparıcı aqronomu Şahid4 18 avqust 2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla birlikdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən həmin evin giriş hissəsindən 4 (dörd) ədəd çətənə kolu aşkar edilmişdir. Aşkar olunan çətənə kollarına baxılmış, məlum olmuşdur ki, həmin bitkilərə aqrotexniki quluq edilmişdir. (cild 1, iş vərəqi 29) “Baxış keçirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş DVD diskdə olan videoyazıdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi və əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntü 12 dəqiqə 22 saniyə müddətdədir. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti, polis kapitanı Şahid3 və Aqrar Xidmətlər Agentliyi LESM X5 aparıcı aqronomu Şahid4 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən baxış keçirilmişdir. X4 Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu bildirib yaşadığı ünvanda hər hansı qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və yaşadığı evdə narkotik tərkibli bitkiləri əkməyi barədə məlumat vermiş və narkotik tərkibli bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirələcəyi barədə etirazının olmadığı barədə ərizə alınmış, ardınca polis əməkdaşları Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış еvinin həyətində, daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə daxil olmuşlar və Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsində əkmiş olduğu çətənə kollarını polis əməkdaşlarına göstərmişdir. X4 Təqsirləndirilən şəxs həmin bitkilərin nə olduğunu, özünə məxsus olub-olmadığını, nə vaxt və hansı məqsədlə əkib-becərdiyini və toxumlarını haradan əldə etdiyini, həmin narkotik tərkibli bitkilərə qulluq edib-etmədiyini, əvvəllər məhkum olunub-olmunmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə verilən suallara cavab olaraq həmin bitkilərin “nəşə” olduğunu, özünə məxsus olduğunu, 2 ay olarmış ki, şəxsi istifadəsi üçün dibçəklərdə əkib-becərdiyini, toxumlarını yerdən kibrit qutusunun içərisindən tapdığını, həmin narkotik tərkibli bitkilərə su verdiyini, dibini becərdiyini və əvvəllər məhkum olunduğunu bildirmişdir. Aqronom Şahid4 iştirakı ilə həmin marixuana kollarına baxış keçirilmiş və aqronom Şahid4 həmin bitkilərə baxıb kultivasiya yolu ilə becərilmiş narkotik tərkibli bitkilər olmasını və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra 3 ədəd plastik qabda olan 4 ədəd çətənə bitkisi kök boğazından torpaqdan çıxarıldıqdan sonra 1 ədəd ağ rəngli kisədə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Daha sonra fərdi yaşayış evinin digər otaqlarına baxış keçirilsədə, qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqləri 26-27) "Şəxsi axtarış və götürmə haqqında" 18 avqust 2025-ci il tarixli protokoldan və DVD diskdə olan videoyazıdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evindən aşkar olunmuş 4 ədəd çətənə bitkisinin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün əkib-becərdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olmadığını, heç bir zor tətbiq edilmədiyini bildirmişdir. (cild 1, iş vərəqləri 50- 51) Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 22 sentyabr 2025-ci il tarixli, 1506 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət edilir. (cild 1, iş vərəqi 143) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 719 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bazu oynağının ön səthinin, sol bazu oynağının üst səthinin, sol və sağ diz oynağının ön səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqləri 139-140) Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 19 gün hissəsi ümumi rejimli cəza çəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın çəkilməmiş hissəsini çəkmək üçün MTCM-a keçirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və narkomaniyadan məcburi müalicə təyin edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 3 ay 9 gün müddəti vaxtından əvvəl şərti azad edilmişdir. (cild 1, iş vərəqləri 141-142) Bərdə rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 1(021)-18/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqləri 132-138) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon X2 Hüquqi Şəxsin 17 sentyabr 2025-ci il tarixli 18-1-28/2-2180/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində və həmin şöbəsinin Ruhi-Əsəb dispanser qeydiyyatında yoxdur. (cild 1, iş vərəqi 126) Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnizbati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 3 oktyabr 2025-ci il tarixli 3020 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi, ev 1-də yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, spirtli içkilər içir, narkotiklərə meyillidir. (cild 1, iş vərəqləri 154-155) Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs özünə məxsus fərdi yaşayış evinin giriş hissəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, nаrkоtik vаsitə və yа оnun prеkursоrlаrını, psixotrop maddə sаtmаsını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. (cild 1, iş vərəqi 121) Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir.
2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.
3. Belə ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
4. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunun 1.0.6-cı maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsi nəzərdə tutulur.
5. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 21-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur.
6. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larda tərkibində narkotik maddələr olan çətənə növlü bitki İİİ nömrəli siyahıya daxildir. Həmin siyahı üzrə şəxsin məsuliyyətə cəlb edilməsinə əsas verən tərkibində narkotik vasitə olan çətənə növlü bitkilərin xeyli miqdarını 3-15 ədəd (6-30 hissə) təşkil edir.
7. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahid ifadələri, cinayət işinə olan “Baxış keçirilməsi haqqında” protokolu, məhkəmə-biolojı ekspertizasının rəyi, mütəxəssis rəyi və digər iş materialları ilə sübut olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, S.Zöhrabbəyov küçəsi, ev 1-də yerləşən fərdi yaşayış evinin giriş hissəsindən aşkar olunmuş 4 (dörd) ədəd - xeyli miqdarda tərkibində narkotik vasitə olan çətənə bitkisininin kultivasiyası ilə məşğul olmuş, yəni həmin bitkini əkmiş və becərmiş, bununla da Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
8. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.
9. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir.
10. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş əməldə özünü təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır.
11. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 9 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayət olmaqla, həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən, həmin cinayətə görə məhkumluq müddəti məhkum cəzanı azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra iki il keçdikdə, ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğun bitmə tarixi 15 sentyabr 2025-ci il tarixə təsadüf edir, hazırkı cinayət isə uzanan cinayət olmaqla 2025-ci ilin iyun-avqust aylarını əhatə etmiş, bununla da cinayətin residivi yaranmışdır. Təqsirləndirilən şəxs Röyal Kərimovun törətdiyi əvvəlki və hazırkı cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olduğundan, əməli Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə uyğun olaraq residiv kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəza növlərini nəzərdə tutur. Odur ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəza sanksiyanın son həddinin yarısından, yəni 1 il 6 ay müddətindən az müddətə təyin edilə bilməz.
12. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
13. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
14. Azərbaycan Respublikasının Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 20-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Cinayət-Prosessual Məcəllənin 158.2ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırdığı vaxtdan hesablanır. Həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 avqust 2025-ci il tarixdən hesablanmalıdır.
15. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nın 1-ci bəndinə əsasən, şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Həmin Qaydanın 6-cı bəndinə əsasən, şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkimnarkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Cinayət işinin materiallarında olan 22 sentyabr 2025-ci il tarixli 1506 nömrəli narkoloji yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir, onun, məcburi müalicəyə ehtiyacı var. Odur ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir.
16. Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılar ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 79.92 qram tərkibində narkotik vasitə olan çətənə bitkisi məhv edilməlidir.
17. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 30.4 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
18. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 165 manat məbləğində pul köçürülməlidir.
19. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
2. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 avqust 2025-ci il tarixdən hesablansın.
3. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
4. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin.
6. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 4 ədəd - ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 79,92 qram çətənə (kannabis) bitkisi məhv edilsin.
7. Məhkəmə məsrəfi hesab edilən 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.
8. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülsün.
9. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
10. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Bayram Məhərrəmov