Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-179/2022 23.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Ağdərə rayonu, Sırxavənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, İnstitut meşəsində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 12 may 2022-ci il tarixdə saat 21:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Qaradırnaq kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs qızı ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Vüsalə Əliyevanın baş nahiyəsinə qəsdən yumruqla vuraraq sonuncuya beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin hematoması, qançırı, sağ bud, sağ ayaqarxası nahiyələrinin qançırı ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü özümü təqsirli bilməyərək ifadə verərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs ilə qonşudur. Zərərçəkmiş şəxsla əvvəldən heç bir ədavətləri və düşmənçiliyi olmamışdır. 12 avqust 2022-ci il tarixdə saat 09 radələrində o yaşadığı evdə olarkən qonşusu Zərərçəkmiş şəxs məişət tullantılarını onun evinin yaxınlığına ataraq qonşuluqda yaşayan Rabil adlı şəxsin evi istiqamətində gedərkən görmüşdür. Bu zaman həyat yoldaşı Yeganə də onunla idi. Onlar küçəyə çıxaraq Bəbirin qayıtmasını gözləmişlər və təxminən 4-5 dəqiqə sonra Bəbir qonşu Rabilin həyətindən çıxaraq öz yaşadığı ev istiqamətinə getmişdir. Arvadı Yeganə bəbirin qarşısına çıxaraq zibili evlərinin qarşısına atdığına görə ona iradını bildirmişdir. Bu zaman Bəbir nalayiq ifadələrlə arvadını təhqir etmiş və onunla mübahisə etməyə başlamışdır. Bu zaman onlara yaxınlaşmışdır. Bəbirin sinəsindən tutaraq kənara itələmiş və arvadı ilə mübahisə etməməsini tələb etmişdir. Qonşuluqda yaşayan şəxslər onları aralamış və dalaşmağa mane olmuşlar. Bəbir öz yaşadığı ev istiqamətində getdi və həmin hadisədən bir neçə dəqiqə sonra polis əməkdaşları evinin qarşısına gələrək Bəbirin barəsində şikayət etdiyini bildirmişlər. Hazırda Zərərçəkmiş şəxsla barışmışlar Notarial qaydada təstiqlənmiş barışıq ərizələri var. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi hazırki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudur. Onunla əvvəldən heç bir qəsdi qərəzliyi və düşmənçiliyi olmamışdır. 12 avqust 2022-ci il tarixdə saat 09 radələrində o yaşadığı evdə olan məişət tullantılarını atmaq məqsədilə yaşadığı evin yaxınlığında olan məişət tullantılarının atıldığı yerə getmiş və həmin yerə evdən apardığı tullantıları atmışdır. Sonra isə öz yaşadığı evə getmişdir. Təxminən bir neçə dəqiqə sonra ona elektrik paylayıcısı lazım olduğu üçün qonşuluqda yaşayan Şahid1 yaşadığı evə getmiş və ondan elekrik paylayıcısını verməyi xahiş etmişdir. O evə qayıdarkən qonşusu Yeganə və qeyri rəsmi münasibətdə olduğu Elmidar adlı şəxslə qarşılaşmışdır. Həmin vaxt Elmidar ona bildirmişdir ki, tullantıları yolun kənarına atmasın. Aralarında sözlü mübahisə baş vermişdir bu zaman Elmidar ona yaxınlaşıb sifət və baş nahiyəsinə yumruqla neçe dəfə vurmuşdur. Bunu görən Rabil və Şahin onları aralaşdırmağa gəlmişlər. Onu uzaqlaşdırmışlar və yaşadığı evə gəlmişdir. X3 döyüldüyünü görərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat verib. Təqsirləndirilən şəxsla mübahisələri təxminən 3-4 dəqiqə davam etmişdir və kənar şəxslər toplaşmamışdır. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxış iclasında Şahid1 öz ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. Onlarla heç bir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. 12 avqust 2022-ci il tarixdə saat 09 radələrində o, yaşadığı evdə olarkən qonşuluqda yaşayan Bəbir Cəfərovun onu evin qarşısından çağırdığını eşidərək həyətə çıxdıqda Bəbir ondan evdə elektrik paylayıcısı olub olmadığını soruşmuş o isə elektirik paylayıcısının olduğunu bildirmiş, Bəbir həmin elektrik paylacını bir neçə saatlıq istəmiş və o evə girərək həmin əşyanı Bəbirə vermişdir. Bəbir həyətdən çıxaraq öz yaşadığı ev istiqamətində getməyə başlamışdır. Həmin vaxt yolun kənarında Bəbir qonşuluqda yaşayan Elmidar və Yeganə adlı şəxslərlə rastlaşmışdır. Onlar söhbət edərkən Elmidar və Bəbir arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Elmidar ona yaxınlaşaraq yumruqla sifət və baş nahiyəsinə bir neçə dəfə vuraraq onu döymüş, o və qonşusu Şahin onlara yaxınlaşaraq Elmidarı Bəbirdən aralamış və oradan uzaqlaşdırmışlar. Daha sonra Bəbir öz yaşadığı evə getmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindiyilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, mübahisə Bəbirin öz məişət tullantılarını onların evinin qarşısına tökməsinə görə başlamışdır. O Bəbirə öz iradımı bildirmişdir. Bundan sonra mübahisə böyümüşdür. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, evlərinin qarşısında baş vermişdir. Cinayət işi materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 12 avqust 2022-ci il tarixli 600 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – kəllə-beyin travması, beyin silkələnməsi, başın təpə-gicgah nahiyəsinin şişkinliyi, üzün sağ yarısında almacıq nahiyəsinin, sağ burun qanadı üzərinin qançırların küt əşyanın (əşyalarln) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən tarixə, yəni 12 avqust 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayəti işi materiallarında olan 16 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Yevlax rayon ərazisində qaçqın və köçkünlərin məskunlaşdığı qəsəbədə Yevlax şəhər İcra Haakmiyyəti Başçısının nümayəndəliyindən alınan arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhərində Yeni köçkün qəsəbəsi 3/39 ünvanında yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət işi materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, xx xxxx 1968-ci il təvəllüdülü Təqsirləndirilən şəxs haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinаyət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-179/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-179/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver