Məhkəmə qərarları › İş №1(021)-179/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-179/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-179/2023 30.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regionoal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayına Bərdə rayonu, Xanərəb bələdiyyəsinin 09 mart 2023-cü il tarixli arayışına əsasən Bərdə rayonu, Xanərəb bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində, Xanərəb kənd orta məktəbinin yaxınlığında yeni inşa edilmiş mağaza binasının qarşısından keçən kəndarası yolun sol hissəsində, bioloji inkişafda olan, 01 ədəd diametri 65 sm olan Söyüd ağacını kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X10 və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 1650 (min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir, 3 uşağı olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Təxminən fevral ayının axırı mart ayının əvvəllərində onun kəndində yerləşən su nasosu xarab olmuşdur. Həmin su nasosu vasitəsilə təxminən 48-50 ailənin evinə su, içməli su getmişdir. Su nasosunun düzəldilməsi üçün həmin su nasosunun yanına “kran” nəqliyyat vasitəsi gəlməmişdir. Belə ki, kran gəlib nasosu aparıb düzəltdirmiş, sonra isə yenidən qaytarıb yerinə qoymuşdur. Lakin, kənddə məktəbin yanında olan söyüd ağacı buna mane olduğundan kran həmin yoldan keçə bilməmişdir. Su nasosunun xarab olmasından onlar kənd camaatı arasında həmin su nasosunun düzəldilməsi üçün pul yığmışdırlar. Həmin yığılan məbləğ həmkəndliləri Gündüz Əliyevdə toplanmışdır. O, özüdə həmin su nasosu üçün bir manat pul vermişdir. Su nasosunun xarab olmasından təxminən 5 gün keçəndən sonra görmüş ki, bu ağac barədə heç kim tədbir görməmişdir. O, ağacın quru olduğunu və elektrik naqillərinə toxunduğunu, mal-heyvanın susuz qalmasını nəzər almış, həmin ağacı kəsmək qərarına gəlmişdir. Eyni zamanda onun özünə məxsus drujbası olduğu üçün o, kənd camaatına ağacı kəsə biləcəyini bildirmişdir. Heç kim ona bu barədə heç nə deməmişdir. O, təxminən 2023-cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı bir vaxtda günün gündüz saatlarında özünə məxsus drujba vasitəsilə həmin söyüd ağacını kəsmişdir. Həmin ağac yolun əksi istiqamətinə düşmüşdür. Həmin ağacın hissələri elə orada qalmışdır. Ağacı kəsməyindən bir gün sonra kran gələrək su nasosunu aparıb təmir etmişdir. Bundan sonra kənd camaatının içməli su mənbəyi bərpa olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin ağac kəndarası yola tərəf istiqamətlənmiş və üst hissəsi quru vəziyyətdə olmuşdur. Onların kəndində təxminən 48-50 ailəyə məxsus su nasosu xarab olmuşdur. Həmin su nasosunun təmiri üçün kran nəqliyyat vasitəsi ilə gəlmişdir. Lakin, həmin söyüd ağacı buna manə olduğu üçün həmin ağacı kəsmişdir. O, həmin söyüd ağacını kəsən zaman kənd camaatından təxminən 10-15 nəfər bunu görmüşdür. Həmin şəxslərin hər biri su nasosunun xarab olmasını və ağacın mane olduğunu görmüşdürlər. O, bu barədə heç kimə deməmişdir. Lakin, kənd camaatından bir neçə nəfərin kənd bələdiyyəsi Cavid müəllimə xəbər verdiyini bilmişdir. Cavid müəllim isə bu barədə tədbir görməmişdir. Kənddə o, daxil olmaqla 48-50 ailə susuz qalmışdır. Buna görədə həmin ağacı kəsmişdir. Hal-hazırda dövlətə vurduğu ziyanın hamısını ödəmişdir. əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində, təzə məhəllədə ailəsi ilə birlikdə yaşayır, 09 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi işləmişdir. İşin mahiyyəti üzrə bildirmək istəmişdir ki, 2023-cü ilin fevral ayının sonlarında 9 saylı RETS-nin rəhbərliyi tərəfindən, Bərdə rayonu, Xanərəb kəndi ərazisində qanunsuz olaraq diametri 65 sm-lik 1 ədəd köküstə yaş halda söyüd ağacının kəsilməsi barədə məlumat verilmişdir. Bu məlumatla əlaqədar 18 aprel 2023-cü il tarixdə idarənin digər əməkdaşları Bərdə rayonu, Xanərəb kəndində getmiş və orada orta məktəbin yaxınlığında, yeni inşa edilmiş mağaza binasının qarşısından keçən kəndarası yolun sol hissəsində bioloji inkişafda olan, diametri 65 sm köküstə yaş halda söyüd ağacının kəsilməsini müəyyən etmişdirlər. Bundan sonra, Xanərəb bələdiyyəsinin sədri Şahid4 dəvət olunmuş, lakin Şahid4 səhhəti ilə bağlı gələ bilməyəcəyini bildirmişdir. Həmin əraziyə Meşələrin İnkişafı Xidmətinin X15 Təsərrüfatı Mərkəzindən baş mühəndis X6 tərəfindən 28 fevral 2023-cü il tarixdə baxış keçirilmiş və “sözügedən ağac kəsilərkən və hal-hazırda yaş halda olması” barədə 01 mart 2023-cü il tarixdə rəsmi cavab vermişdir. Bərdə rayonu, Xanərəb kəndi ərazisində qanunsuz olaraq diametri 65 sm-lik 1 ədəd köküstə yaş halda söyüd ağacının kim və ya kimlər tərəfindən kəsilməsi barədə məlumatı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı qərarına əsasən ağacların götürülməsini həyata keçirən fiziki və ya hüquqi şəxslər istifadələrində olan torpaq sahələrinə münasibətdə müvafiq icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməli, həmin müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Agentliyinə göndərildikdən sonra agentlik tərəfindən müvafiq rəy verilməli və daha sonra həmin qurumlar tərəfindən qərar qəbul edilərək götürmə vərəqi əsasında götürmə həyata keçirilməlidir. Təqsirləndirilən şəxs ağacları kəsmək üçün aiddiyyatı heç bir qrumdan icazə almamışdır. Hazırda vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2006-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif strukturlarında, 2018-ci il tarixdən 9 saylı ETSİ-nin ƏMMN və EM sektorunun məsləhətçi müfəttişi vəzifəsində çalışmışdır. Əsas vəzifəsi idarənin təhkim olunduğu ərazilərdə monitorinq aparmaq, qanunsuz ağackəsmə və digər ekoloji pozuntular aşkar etdikdə, bununla bağlı akt tərtib edib aidiyyəti üzrə məruzə etməkdən ibarətdir. Bərdə rayonu, Xanərəb kəndində, kənd orta məktəbinin yaxınlığında yeni inşa edilmiş mağaza binasının qarşısından keçən kənd arasi yolun sol hissəsində diametri 65 sm olan 1 ədəd köküstə yaş halda söyüd cinsinə mənsub ağacın kök boğazından kəsilərək götürülməsi faktı ilə əlaqədar bildirmək istəmişdir ki, qeyd edilen fakt reyd keçirilərkən müəyyən edilmişdir. Həmin əraziyə idarənin əməkdaşları Şahid3 və Şahid2 iştirakları ilə 27 fevral 2023-cü il tarixdə baxış keçirtmişdirlər. Baxış zamanı qeyd olunan fakt öz təsdiqini tapmış və bununla bağlı monitorinq aktı tərtib edilmişdir. Ağacın kəsildiyi ərazi Xanərəb bələdiyyəsinin ərazisi sayılmışdır. Ağacın konkret kim tərəfindən kəsilməsi barədə ldarədə və bələdiyyədə hər hansı məlumat olmamışdır. Ağacın kəsilməsi ilə bağlı təbiətə vurulmuş ziyanın məbləği hesablanaraq 1650 manat olması müəyyən edilmişdir. Baxış keçirildikdən sonra monitorinq aktı tərtib edilmiş və digər sənədlər də toplanmaqla rəhbərliyə məruzə edilmişdir. Odur ki, müvafiq tədbirin görülməsi üçün sənədlər X5 Xidmətinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı dindirilərək ifadələri alınmış Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Xanərəb Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bərdə rayonu, Xanərəb kəndində, kənd orta məktəbinin yaxınlığında yeni inşa edilmiş mağaza binasının qarşısından keçən kənd arası yolun sol hissəsində diametri 65 sm olan 1 ədəd köküstə yaş halda söyüd cinsinə mənsub ağacın kök boğazından kəsilərək götürülməsi faktı ilə əlaqədar bildirmək istəmişdir ki, 27 fevral 2023-cü il tarixdə Ekologiya işçiləri tərəfindən ona zəng edilərək Bərdə rayonu, Xanərəb bələdiyyə ərazisində bir ədəd söyüd ağacının kəsilməsi barədə məlumat vermiş, həmin əraziyə baxış keçirdəcəklərini deyərək onunda orada iştirak etməyini bildirmiş, lakin o səhəti ilə bağlı Bakı şəhəri, Milli Onkologiya Mərkəzində yoxlanıldığı üçün iştirak edə bilməmişdirlər. Bərdə rayonuna geri qayıtdıqdan sonra o, ağacın kəsildiyi əraziyə baxış keçirmişdir. O, həmin ağacın kim tərəfindən kəsilməsi barədə məlumatı olmamışdır. Bu barədə ona heç kim müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Qələndar oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olmuşdur. Bərdə rayonu, Xanərəb kəndində yerləşən atasına məxsus çayxanada çayçı olaraq işləmişdir. Həmin çayxananın yanında müxtəlif ağaclar var idi. O, həmin yerdə ağacın kəsilməyindən xəbəri olmamışdır. Ona sonradan məlum olmuş ki, həmin yerdə bir ədəd söyüd ağacı kəsilmişdir. Həmin ağacın kəsildiyindən əvvəl xəbəri olmamışdır. Sonradan ona məlum olmuş ki, həmin ağacı həmkəndlisi Təqsirləndirilən şəxs kəsmişdir. Onun ağacı kəsməkdə məqsədi kəndin su nasosunda yaranmış problem olmuşdur. Belə ki, su nasosunun matoru xarab olduğundan, həmin hissəyə “kran” nəqliyyat vasitəsi keçməli imiş. Lakin, həmin söyüd ağacı kranın keçməsinə maneçilik törədirmişdir. Lakin, həmin ağac kəsilən vaxt o, orada olmamışdır. Ağacın kəsildiyini eşitdikdən sonra bunu kənd camaatından və Təqsirləndirilən şəxs özündən eşitmişdir. Rəşadda su nasosunun düzəldilməsi üçün bunu etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olmuşdur. Təxminən 5-6 ay bundan əvvəl kəndlərinin su nasosu xarab olmuşdur. Kəndlərinə içməli su gəlməmişdir. Su nasosunun təmir olması üçün kran gəlməli idi. Lakin, su nasosuna gedən yolda bir ədəd söyüd ağacı var imiş və həmin ağac kranın keçməsinə mane olmuşdur. Dəqiq xatırlamadığı bir vaxtda Kran gəlmiş, lakin kran su nasosunu təmir etmək üçün keçə bilməmişdir. Lakin, həmin kranın kimə məxsus olmasını bilməmişdir. Həmin vaxt həmkəndlisi olan Təqsirləndirilən şəxs ağacı kəsmək üçün drujba ilə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs orada olan söyüd ağacını kəsmişdir. Ağacı Təqsirləndirilən şəxs kəsdikdən sonra kran su nasosunu təmir etmək üçün keçmişdir. Bundan başqa məlumatı olmamışdır. O, ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini gözləri ilə görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 şahid qismində dindirilmiş Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş Şahid8 Mirseyid oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olmuşdur. Təxminən 5-6 ay bundan əvvəl kəndlərinin su nasosu xarab olmuşdur. Kəndlərinə içməli su gəlməmişdir. Su nasosunun təmir olması üçün kran gəlməli idi. Lakin, su nasosuna gedən yolda bir ədəd söyüd ağacı var imiş və həmin ağac kranın keçməsinə mane olmuşdur. Dəqiq xatırlamadığı bir vaxtda Kran gəlmiş, lakin kran su nasosunu təmir etmək üçün keçə bilməmişdir. Lakin, həmin kranın kimə məxsus olmasını bilməmişdir. Həmin vaxt həmkəndlisi olan Təqsirləndirilən şəxs ağacı kəsmək üçün drujba ilə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs orada olan söyüd ağacını kəsmişdir. Ağacı Təqsirləndirilən şəxs kəsdikdən sonra kran su nasosunu təmir etmək üçün keçmişdir. Bundan başqa məlumatı olmamışdır. Həmçinin Şahid8 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu barədə o, heç kimə müraciət etməmişdir. Kiminsədə müraciət etməsini bilməmişdir. O, ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini gözləri ilə görmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Bərdə rayonu, Xanərəb kəndində Xanərəb kənd orta məktəbinin yaxınlığında avtomobili saxlamağı bildirmişdir. Orada yeni inşa edilmiş mağazanın qarşısında kəsilmiş ağacı əli ilə göstərmişdir. Həmin ağacı 2023-cü ilin fevral ayında “drujba” vasitəsilə kəsdiyini bildirmişdir. Ağacı kəsməsinə səbəb olan su nasosunuda əli ilə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi ilə heç bir ziddiyyət aşkar edilməmişdir. Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə rayonu, Xanərəb kəndində Xanərəb kənd tam orta məktəbinin yaxınlığında kəndarası yolun sol hissəsində diametri 65 sm olan 01 ədəd söyüd ağacı xx xxxxxx 1979-cu il tarixdə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tərəfindən kök boğazından kəsilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 iyun 2023-cü il tarixli, 9/4260 nömrəli rəyində göstərilmişdir ki, Ekspertiza təyini haqqında qərarda göstərilən Azərbaycan Respublikasının ETSN, 9 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 09 mart 2023-cü il tarixli hesabata əsasən, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 01 ədəd diametri 65 sm olan Söyüd ağacının qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1650,00 (min altı yüz) manat müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş 9 X10 və X7 ƏMMN və EM sektorunun 09 mart 2023-cü il tarixli 77244 nömrəli aktından görünür ki, 27 fevral 2023-cü il tarixdə Bərdə rayonu, Xanərəb kənd ərazisində yerləşən, Xanərəb kənd tam orta məktəbin yaxınlığında yeni inşa edilmiş mağaza binasının qarşısından keçən kəndarası yolun sol hissəsində 1 (bir) ədəd diametri 65 sm olan yaş halda söyüd cinsinə mənsub ağacın kök boğaz hissədən kəsilərək götürülməsi faktı aşkar edilmişdir. Xanərəb bələdiyyəsinin sədri Şahid4 baxış üçün dəvət olunmuşdur. Lakin, Şahid4 səhhətində yaranmış problemlə əlaqədar hal-hazırda Bakı şəhərində olduğunu və həftəsonu gələcəyini bildirmişdir. Kəsilmiş olan ağacın quru və yaş olmasını müəyyən etmək üçün 28 fevral 2023-cü il tarixdə X15 Təsərrüfat Mərkəzinin meşə əkinləri üzrə baş mühəndisi X3 iştirakı ilə təkrar baxış keçirilmişdir. Baxış zamanı Şikar Məmmədov kəsilmiş söyüd ağacının yaş halda olduğunu bildirərək, bu barədə Bərdə RMTM-nin 01 mart 2023-cü il tarixli 26/94 saylı məktubu ilə faktı təsdiq etmişdir. Kəsilmiş ağacın yerləşdiyi torpaq sahəsinin hansı mülkiyyətə aid olduğunu müəyyən etmək məqsədi ilə Bərdə rayon Xanərəb bələdiyyəsinin sədrinin iştirakı 09 mart 2023-cü il tarixdə yenidən baxış keçirilmişdir. Bələdiyyə sədri ağacın bələdiyyə mülkiyyətinə aid olduğunu bildirmiş, bununla bağlı 09 mart 2023-cü il tarixdə 05 saylı arayış verərək, kəsilmiş söyüd ağacının yerləşdiyi ərazinin Xanərəb bələdiyyəsinə aid olduğunu bildirmişdir. Qeyd edilən faktla bağlı çəkilmiş fotoşəkillər və toplanmış sənədlər akta əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon X8 Hüquqi şəxsdən alınmış 9155 və 9156 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində və narkoloji kabinetdə qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon Xanərəb kənd İnzibati Ərazi dairəsi icra nümayəndəliyindən daxil olmuş 10 avqust 2023-cü il tarixli 317 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Xanərəb kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 1650 manat dəyərində olan ziyan tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayına Bərdə rayonu, Xanərəb bələdiyyəsinin 09 mart 2023-cü il tarixli arayışına əsasən Bərdə rayonu, Xanərəb bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində, Xanərəb kənd orta məktəbinin yaxınlığında yeni inşa edilmiş mağaza binasının qarşısından keçən kəndarası yolun sol hissəsində, bioloji inkişafda olan, 01 ədəd diametri 65 sm olan Söyüd ağacını kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X10 və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 1650 (min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında vəməsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.2-ci maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerlərini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onların yaşadıqları yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər X2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu Xanərəb kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə vurulmuş 1650 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HаkimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar