Məhkəmə qərarları › İş №1(021)-179/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-179/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-179/2024 11.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Kərimova (Mamedova) Naciyə Elbrus qızının, zərərçəkmiş şəxsin nümayəndəsi X5, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi X9 iştirakı ilə 01 avqust 1988-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Alpoud kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Kərimova (Mamedova) Naciyə Elbrus qızına ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2099/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1829/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4650,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Kərimova (Mamedova) Naciyə Elbrus qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə faktiki olaraq nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını xx.xx.2011-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Onların birgə nikahlarından 2009-cu ildə Zaur və 2012-ci ildə isə Sənubər adlı iki uşaqları anadan olmuşdur. 2019-cu ildə Zərərçəkmiş şəxs ondan faktiki ayrılmış və aralarında olan nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2099/2019 saylı qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3728/2023 saylı qətnaməsinə əsasən, məhkəmə qətnaməsi ilə oğlu X1 üçün təyin edilmiş aliment məbləğindən azad edilmiş və həmin aliment üzrə 2021-ci ilin avqust ayından etibarən hesablanmış borc silinmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2020-ci il tarixli “İcra sənədinin məhkəməyə qaytarılması barədə” qərarı ləğv edilmiş və xx.xx.2012-ci il tarixdə doğulmuş X7 münasibətdə 14 avqust 2019-cu il tarixli 2(021)- 2099/2019 saylı icra sənədi yenidən icraya yönəldilmişdir. Məhkəmənin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2024-cü tarixli təqdimatda qeyd edilən cəmi 4650 manat aliment borcu yaranmışdır. 2020-ci il tarixdən Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən Dönər ətinin hazırlanması sexində günə 20 manat olmaqla aya 600 manat əmək haqqı almaqla dönər ətinin çəkilməsi işi üzrə fəhlə işləyir. Hazırda zərərçəkmiş şəxsə olan aliment borcu tam ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Kərimova (Mamedova) Naciyə Elbrus qızı göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ilin noyabr ayında faktiki olaraq nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını 21 fevral 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2009-cu ildə Zaur və 2012-ci ildə isə Sənubər adlı iki uşaqları anadan olmuşdur. 2019-cu ildə Təqsirləndirilən şəxs ilə ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Sonuncu uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2099/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxsla barışdığı üçün uşaqları ilə birlikdə onunla yaşadığına görə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək alimentlə bağlı icra vərəqəsinə xitam verilməsini xahiş etmişdir. Bundan sonra məhkəmədən icra sənədinin yenidən icra şöbəsinə göndərilməsini xahiş etdiyi üçün Bərdə Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli işin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edərək yenidən icra olunması üçün göndərmişdir. xx.xx.2019-cu il tarixli qətnamə üzrə xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs ona heç bir borcu yoxdur. xx.xx.2021-ci il tarixli qərardad qəbul olunduqdan sonra xx.xx.2009cu il təvəllüdlü Zaur adlı uşağının atası Təqsirləndirilən şəxs himayəsində qaldığı üçün Bərdə Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixdən Təqsirləndirilən şəxs Zaur adlı uşağına münasibətdə ona hesablanmış bütün aliment borcu silinmişdir. Qətnamə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə yenidən göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nm 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 4650 manat aliment borcu yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs atası Nikolay Mamedov oğlunun aliment borcunu tam olaraq onun atası, eyni zamanda nümayəndəsi Elburus Kərimova ödəmiş, atasından pulu qəbul etmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X12 ifadə verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)- 2099/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs aliment ödəməli olduğu halda aliment borcunu ödəməmiş 4650 manat məbləğində aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs atası Nikolay Mamedov oğlunun borclu olduğu 4650 manat məbləğində aliment borcunu tam olaraq ona vermiş, o isə pulu qızı Zərərçəkmiş şəxs təhvil vermişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(021)-2099/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Kərimova (Mamedova) Naciyə Elbrus qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bərdə Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3728/2023 saylı icra sənədinə əsasən xx.xx.2009-cu ildə anadan olmuş X2 üçün təyin edilmiş aliment məbləğindən azad edilmiş və həmin aliment üzrə 2021-ci ilin avqust ayından etibarən hesablanmış borc silinmişdir, icra sənədi yenidən icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1829/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2024-cü il tarixədək tələbkar Kərimova (Mamedova) Naciyə Elbrus qızına cəmi 4650 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: Bərdə Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(021)-2099/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı X10 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 21 fevral 2011-ci ildə 105 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, xx.xx.2009-cu ildə anadan olmuş X11 və xx.xx.2012-ci ildə anadan olmuş X6 nikah pozulmasından sonra anası X3 yanında saxlanılması, xx.xx.2009-cu ildə anadan olmuş X11 və xx.xx.2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, Təqsirləndirilən şəxs dövlət rüsumu hesabına 30 manatın alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. “İşin yenidən icraya yönəldilməsinə dair” Bərdə Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(021)-2099/2019 saylı qərardadından görünür ki, tələbkar X3 ərizəsi təmin edilmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2020-ci il tarixli “İcra sənədinin məhkəməyə qaytarılması” barədə qərarının ləğv edilməsi, 14 avqust 2019-cu il tarixli 2(021)-2099/2019 saylı icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3728/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X1 üçün təyin edilmiş aliment məbləğindən azad edilməsi və həmin aliment üzrə 2021-ci ilin avqust ayından etibarən hesablanmış borcdan silinməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 3(021)-1829/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli 222337/2021-43-6-008 nömrəli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu ödəməsi üçün rəsmi xəbərdarlıqlar edilmiş, əks halda barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi üzrə istintaq orqanına təqdimat veriləcəyi izah edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 17 iyul 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə, eləcə də işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında sübut olunmuş, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə zərərçəkmiş şəxsin və nümayəndəsinin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs Kərimova (Mamedova) Naciyə Elbrus qızı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 4650 (dörd min altı yüz əlli) manat məbləğində aliment borcu yaranmış, qeyd olunan 4650 (dörd min altı yüz əlli) manat məbləğində borcu Təqsirləndirilən şəxs atası Nikolay Mamedov tərəfindən tam olaraq onun atası, eyni zamanda etibarnamə üzrə nümayəndəsi X8 ödənilmiş və onun tərəfindən qəbul edilmişdir. X4 barəsində olan cinayət işi ilə bağlı ona olan 4650 (dörd min altı yüz əlli) manat aliment borcu ona tam olaraq ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi X12 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 avqust 2019-cu il tarixli, 2(021)-2099/2019 nömrəli qətnaməsi tam icra edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. 40.1-ci maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2099/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etdiyindən onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)- 2099/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etdiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. . Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar