Məhkəmə qərarları › İş №1(021)-18/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-18/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-18/2022 26.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxs oğlunun, Müdafiəçilər Müdafiəçi3, Ağamalıyev Rəhim musa oğlunun, X1 və X2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx.xx.1995-ci ildə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağcabədi rayonunun Gələbədin kəndində daimi qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində polis nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1993-ci ildə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan Ağcabədi rayonunun Gələbədin kəndində daimi qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində polis nəzarəti altına vermə haqqında qətimka tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2000-ci ildə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan hazırda Ağcabədi rayonunun Gələbədin kəndində daimi qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində polis nəzarəti altına vermə haqqında qətimka tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1982-ci ildə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, əvvəllər məhkum olunmayan, Ağcabədi rayonunun Gələbədin kəndində daimi qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində polis nəzarəti altına vermə haqqında qətimka tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək saxlanc yerinə olmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, Ağcabədi rayonunun Gələbədin kənd sakinləri Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, vahid niyyətlə saxlanc yerinə, yəni ünvan 4ndə yerləşən Zərərçəkmiş şəxs məxsus olan yem məhsulları satılan mağazasına 2021- ci ilin yanvar ayının axırlarında saat 21 radələrində mağazanın qapısının asma qıfılını açmaq yolu ilə saxlanc yerinə qanunsuz və gizli daxil olaraq, oradan 1 kq 45 qəpik olan 300 kq çəkidə 135 manat dəyərində arpasını, 2021-ci ilin fevral ayının əvvəllərində saat 21 radələrində həmin mağazaya yenə qapıdan qanunsuz və gizli daxil olaraq oradan 1 kq 45 qəpik olan 850 kq çəkidə 382 manat 50 qəpik dəyərində arpasını, həmin əməlini davam etdirərək 24 mart 2021- ci il tarixdə təxminən saat 21 radələrində həmin saxlanc yerinə saxlanc yerinin yan divarında olan dəmiri çıxararaq oradan saxlanc yerinə qanunsuz və gizli daxil olaraq,1 kq 45 qəpik olan 1350 kq çəkidə 607 manat 50 qəpik olmaqla, ümumilikdə 2500 kq çəkidə arpasını oğurlamaqla cəmi Zərərçəkmiş şəxs 1125 manat məbləğində maddi ziyan vumaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 6 il əvvəl olar ki, ünvan 4ndə yerləşən “ Xaçınçay” qırağı adlandırılan yerdə yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus olan mağazada fəhlə olaraq işləmişdir. Həmin vaxt onun Zərərçəkmiş şəxsla həmişə münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin yanvar ayının axırlarında o, həmkəndlisi Təqsirləndirilən şəxs4lə söhbət edən zaman Nicat ona demişdir ki, işlədiyi yerdən arpa oğurlasa sata bilərlər. Elə həmin vaxt onun maddi vəziyyəti yaxşı olmadığından Nicatın dediklərini özlüyündə götürqoy edib onun dediyi ilə razılaşmışdır.Elə ona görə də işlədiyi yerdən oğurluq etmək fikirinə gəlmişdir. O, Nicata demişdir ki, işlədiyi yerdə olan kisələrə yığılaraq saxlanılan arpanı oğurlayıb sata bilərlər.Həmin oğurluğu etmək üçün əlavə işçi qüvvəsinə də ehtiyac olduğunu bildirmişlər.Nicat bu oğurluqda onlarla iştirak etmək üçün həmkəndliləri Elşən və Zaurla söhbət etmişdir. Həmin ərəfədə pula ehtiyacları olduğundan o, həmkəndlisi Şahid6 100 manat borc pul almış və demişdir ki, tezliklə qaytaracaqdır.Həmin 100 manatı Nicatla yarı-yarıya bölmüşdür.Zərərçəkmiş şəxs məxsus anbara daxil olacaqları ilk gün axşam saatlarında yaşadıqları kəndin ərazisindəki çayxanananın qarşısına yollanmışlar.Təxminən elə yarım saat gözləmişdir ki, birdə Nicatın özünə məxsus olan göy rəngli VAZ- 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə çayxanananın qarşısına gəlmişdir. O, Nicatın avtomobilinə əyləşəndən sonra Nicat, Elşən və Zaurun 15 manat pul qarşığında oğurluq etməyə razılıq verdiklərini ona demişdir. Təxminən aradan 15-20 dəqiqə keçərdi ki, Elşən və Zaur onların gözlədikləri yerə gəlmişlər.Onlar da Nicatın həmin avtomobilinin arxa oturacağında əyləşmişlər.Bundan sonra onlar dördü o, Nicat, Zaur və Elşən Nicatın maşınında Bərdə rayonunun Bəcrəvan kəndində yerləşən Yelmar Bayramovun işlətdiyi anbara, yəni arpa məhsullarını yığıb topladığı həmin yerə getmişlər.Hələ avtomobillə həmin oğurluq olan yerə gedən zaman yolda onlar vəzifə bölgüsü aparmışlar. Bölgüyə əsasən o, anbarın kilidini açandan sonra Elşən və Zaur arpa ilə dolu kisələri avtomobilin yük yerinə və arxa oturacaqların ayaqaltı hissəsinə daşımalı, Nicat isə maşının sükanı arxasında əyləşib gözləməli, o da heç kimin gəlməməsinə əmin olmaq üçün ətrafa göz gəzdirməli idi.Mağazanın qarşısına çatdıqdan sonra o, Elşən və Zaur birlikdə avtomobildən düşüb razılaşdıqları qaydada mağazaya yaxınlaşmışlar. O, kilidi açarla açdıqdan sonra Elşən və Zaur gizlincə anbara daxil olmuşlar.Həmin vaxt saat 21 radələri olmuşdur.Onların hər biri 3 ədəd olmaqla ümümilikdə 06 ədəd içərisi arpa ilə dolu kisələri avtomobilə daşımışlar. Daha sonra o, anbarın qapısını bağlamış və kilidi də üzərindən asıb bağlamışdır. Həmin kilid köhnə olub və həm də yaxşı açılıb-bağlanan olduğundan yaxşı açılıb bağlanan vəziyyətdə olmuşdur.Geri qayıdarkən o, istifadəsində olan mobil nömrədən Rabilin mobil nömrəsinə zəng etmiş və borc aldığı pulun əvəzinə arpa verməyini təklif etmişdir.Rabil onun təklifi ilə razı olduğundan O, Nicata avtomobili Rabilin yaşadığı evə doğru idarə etməsini xahiş edib bildirmişdir.Elə yaşadıqları kəndə çatandan sonra Elşən və Zaur çayxananın qabağında avtomobildən düşmüşlər.Nicat Elşən və Zaur oğurladıqları arpanı Rabilin yaşadığı evə boşaldıb qayıtdıqdan sonra hər biri üçün vəd etdiyi 15 manat pulu verəcəyini bildirmiş və gözləmələrini tapşırmışdır.Bundan sonra o, Nicatın avtomobil ilə Nicatla birlikdə Rabilin yaşadığı ünvana getmişlər.Rabil ilə görüşdükdən sonra arpa ilə dolu kisələri göstərib neçəyə ala biləcəyini Rabildən soruşmuşlar.Bu zaman Rabil həmin arpanın hamısını 120 manat pulu ala biləcəyini 100 manat borcu olduğu üçün 20 manat verəcəyini söyləmişdir. Razılıq əldə olunandan sonra Rabil və kiçik qardaşı Elçin arpa ilə dolu kisələri avtomobildən yaşadıqları evin həyətinə boşaltmışlar. O, 20 manat pulu Rabildən aldıqdan sonra Nicat ilə avtomobilə əyləşib çayxananın qarşısına - Elşən və Zaurun onları gözlədikləri yerə getmişlər.Həmin yerə çatıb avtomobildən düşdükdən sonra o, Elşən və Zaurun onları gözlədikləri yerə getmişlər. Həmin yerə çatıb avtomobildən düşdükdən sonra o, Elşən və Zaurun hər birinə 15 manat pul verib onları yola salmışdır. Daha sonra Nicat avtomobilinin yanacaq işlətdiyini bildirib 10 manat pulu özünə götürmüş və yerdə qalan 80 manat pulu isə yarı- yarıya Nicatla bölmüşlər.İlk oğurluğun yekununda ona qalan 40 manat pulu xəstə anasının dərmanlarını almaq üçün sərf etmişdir. Bundan təxminən 1 həftə sonra o, Nicat, Elşən və Zaur dördlükdə kəndin çayxanasında görüşüb söhbət edərkən yenidən işlədiyi anbardan oğurluq etmək qərarına gəlmişlər.Beləliklə, səhv etmirəmsə 2021-ci ilin fevral ayının əvvəllərində havanın qaranlıq vaxtlarında Nicatın avtomobili ilə anbara getməyə qərar versələr də bu dəfə daha çox arpa oğurlamaq istədiklərindən əlavə avtomobilə ehtiyac yaranmışdır. Buna gör də Nicat həmkəndlisi Şahid1la arpanı daşımaq üçün danışacağını bildirmişdir.Həmin gün hava qaraldıqdan sonra təxminən saat 21 radələrində o,Elşən və Zaur Nicatın avtomobili ilə dördlükdə anbarın qarşısına getmişlər və əvvəlki qaydada oğurluq edib Nicatın avtomobilinə 6 kisə arpa yüklədikdən sonra Nicat tək şəkildə çıxıb getmişdir.Hələ Nicat çıxıb getməzdən əvvəl onlar Xaqani ilə danışmış, Xaqaninin Qazel markalı 04- B0-405 dövət qeydiyyat nişanlı avtomobili ilə yolda olduğunu və bir neçə dəqiqəyə oraya çatacağını demişdir.Xaqani gəlib çıxanadək o, Elşən, Zaur birlikdə 11 kisə arpanı daşıyıb yolun kənarına çıxartmışlar. Təxminən 10 dəqiqqə sonra Xaqani oraya çatmışdır.Onlar kisələri Qazel markalı avtomobbilin yük yerinə yığmışlar.Bundan sonra Elşən və Zaur Xaqaninin maşınına əyləşmişlər.Həmin vaxt Xaqani başqa işi olduğu və tezliklə kəndə qayıdacağını söyləyərək çıxıb getmişdir.O, isə təxminən 300 metr aralıda olan yanacaq doldurma məntəqəsnə doğru Nicatın avtomobili ilə onu gözlədiyi yerə piyada şəkildə getməyə başlamışdır.Oraya çatıb avtomobilə əyləşən kimi Nicat avtomobili birbaşa Rabilin yaşadığı evin qarşısına sürmüşdür.Rabilin evinə çatıb kisələri boşaltdıqdan sonra gətirdiyi arpa ilə dolu kisələri çəkib içərisində 300 kq arpa olduğunu müəyyən etmiş və həmin arpaya görə ona 120 manat pul vermişdir. Onlar 120 manat pulu alıb kəndin çayxanasının qarşısına gedərək, Xaqaninin avtomobilinin gəlməsini gözləmişlər.Bir qədər sonra Xaqani avtomobili ilə həmin yerə gəlmiş və o, Nicatın avtomobilinə əyləşib yenidən Rabilin yaşadığı evin qarşısına getmişdir. Oraya çatıb Rabillə əvvəlcədən razılaşdıqları kimi kisələri Elşən və Zaurun köməkliyi ilə “ Qazel “ markalı avtomobildən boşaltmışlar. Daha sonra Rabil kisələrdə olan arpanı çəkib içərisində 600 kq arpa olduğunu müəyyən etmişdir. Həmin arpaya görə Rabil Nicata 240 manat pul vermişdir.Onlar həmin pulu da götürüb kəndin çayxanasının yanına yollanmışlar və Elşənlə Zaurun hər birinə 30 manat, Xaqaniyə isə 40 manat pul vermişlər.Yerdə qalan pulu isə Nicatla yarıyarıya bölərək ona çatan 130 manat pulu götürüb yaşadığı evə getmişdir. Bundan sonra həmin pulu anasının dərmanlarımın alınmasına və özünün şəxsi ehtiyaclarına xərcləmişdir.24 mart 2021- ci il tarixdə onlar üçüncü dəfə onun işlədiyi anbardan, yəni mağazadan oğurluq etmək qərarına gəlmişlər Lakin avtomobilə ehtiyacları olduğundan Nicat tanışı Şahid2 zəng edib avtomobili ilə gəlməsini yeybiçməyə gedəcəklərini demişdir.Təxminən 10 dəqiqqə sonra Nail ağ rəngli VAZ- 21074 markalı 04-165 dövlət qeydiyyat nişanlı avtomobili ilə çayxananın qarşısına gəlmişdir.O,Nicat, Zaur və Elşən Nailin avtomobilinə əyləşmişlər.Nailin onların oğurluq etmələrindən xəbər tutmasın deyə “Xaçınçay” restoranının qarşısında maşından düşəcəklərini deyib və həmin yerə çatıb avtomobildən düşdükdən sonra Nail idarə etdiyi avtomobili ilə Nicatla birlikdə yeyib- içmək üçün “ Bəxtiyarın “ kafesi adlandırılan obyektə getmişlər.Bundan sonra o, Elşən və Zaur birlikdə təxminən 300 metr piyada halda gedib anbarın yan tərəfinə çatmışlar. O, əvvəlcədən üzərində olan səkkizlik açarı çıxarıb, mağazanın yan tərəfindəki dəmir şiferini açmışdır. Zaur anbarın içərisəinə daxil olub açdığı kiçik yerdən kisələri ğöürməyə o və Elşən isə kisələri yolun kənarına daşımağa başlamışlar.Ancaq həmin kisələrin qeyd olunan yerdən hansı avtomobil vasitəsi ilə oradan kəndə daşınacağını bilməmişdir. Bu barədə Nicat başqa bir avtombillə danışdığını söyləmişdir.Onlar anbardan təxminən 27 kisə arpanı daşımışlar ki, Zərərçəkmiş şəxs tanışı olan Şəfa adlı şəxs onların oğurluq etdiklərini görmüş və dərhal oradan çıxıb getmələrini istəmişdir. Buna görə də o, Nicatla telefon əlaqəsi saxlayıb oğurluğun üstünün açıldığını, təcili kənddə qayıtmalı olduqlarını demişdir.Bir qədər sonra Nicat və Nail sonuncunun avtomobili ilə gəlib onları “ Xaçınçay “ restoranının qarşısından götürüb kəndə gətirmişlər.25 mart 2021-ci il tarixdə polis əməkdaşları onun yaşadığı kəndə gələrək, oğurluq etdiyinə görə Bərdə rayon polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə Ağcabədi rayonunun Gələbədin kəndində yaşamaqla həmkəndliləlridir.2021- ci ilin yanvar ayının axırlarında Nicat onunla əlaqə saxlayıb bildirmişdir ki,ona 15 manat pul verəcəkdir və bu pula görə Bərdə rayonunun Bəcrəvan kəndində yerləşən Təqsirləndirilən şəxs1 işlədiyi anbardan kisələrə doldurulmuş vəziyyətdə olan arpanı oğurlamağa, yəni mağazadan daşımağa razı olub-olmamağını ondan soruşmuşdur.O da həmin vaxt pula ehtiyacı olduğundan Nictın bu təklifi ilə razılaşmışdır. Həmin vaxt axşam saatlarında Nicat özünün Ülvü və Zaurun da onunla birlikdə həmin yerə oğurluğa gedəcəklərini ona dediyindən, axşam saatlarında 21-22 radələrində Zaurla əlaqə saxlamışdır. Zaurla birlikdə kəndlərində olan çayxananın qarşısında qarşılaşmışlar.Həmin vaxt Nicata məxsus göy rəngli Vaz- 21074 markalı 04 -BN- 387 dövlət qeydiyyat nişanlı avtomobil ilə çayxananın qarşısında Ülvü ilə birlikdə dayanıb onları gözlədiklərini görmüşdür. Bundan sonra o, Ülvü, Zaur Nicatın həmin avtomobilinə əyləşmişlər.Nicat maşını idarə etmişdir. Onlar Bərdə rayonunun Bəcrəvan kəndinə, yəni Ülvünün işlədiyi həmin yem məhsullarının satışı mağazasına oradan oğurluq etmək üçün yola düşmüşlər.Elə həmin oğurluq edəcəkləri yerə gedərkən onlar öz aralarında vəzifə bölgüsü aparmışlar ki, oğurluqda hər biri nə edəcəkdir. Həmin bölgüyə əsasən Ülvü anbarın kilidini açmalı və bundan sonra o və Zaur arpa ilə dolu kisələri avtomobilin yük yerinə və arxa oturacaqlarına daşayıb yerləşdirərək qoymalı , Nicat isə sükan arxasında əyləşib gözləməli, Ülvü isə kimsənin gəlib- gəlməməsinə göz qoymalı idi. Odur ki, onlar hardasa gecə saat 21 radələrində mağazanın qapısının qarşısına çatandan sonra o, Ülvü və Zaur maşından düşüb razılaşdıqları kimi mağazaya yaxınlaşmışlar. Ülvü mağazanın kilidini açdıqdan sonra o və Zaur gizlicə mağazaya daxil olmuşlar. Hər biri 3 ədəd olmaqla cəmi 6 ədəd içərisi arpa ilə dolu olan hardasa hər biri 50 kq olan arpa dolu kisələri daşıyıb avtomobilin yük yerinə yığmışlar.Bundan sonra Ülvü anbarın kilidini qapıya asıb bağlamışdır.Həmin yerdən onlar oğurluq edib geriyə qayıdarkən Ülvü kiməsə zəng etsə də ancaq onun kiminlə danışdığını bilməmişdir. Elə yaşadıqları çayxananın qarşısına çatarkən maşından o və Zaur kəndlərində olan çayxananın qarşısında Nicatın maşınından yerə düşmüşlər.Həmin vaxt Nicat arpanı aparıb Rabilin qapısına boşaldandan sonra onlara vəd vermiş olduğu 15 manatı verəcəyini demiş və onlara tapşırmışdır ki, həmin yerdə onu gözləsinlər.Bundan sonra Nicat idarə etdiyi avtomobili ilə Ülvü ilə birlikdə çıxıb getmişdir. Həmin yerdə hardasa 7-8 dəqiqəqə gözləyib bundan sonra Zaura demişdir ki, ona düşən 15 manat pulu sabah üçün götürər deyib yaşadığı evlərinə getmişdir. Ertəsi gün Ülvü ilə görüşmüş və Ülvü ona 15 manat pul vermişdir. İlk etdiyi bu oğurluqdan ona düşən 15 manat pulu anası xəstə olduğundan onun dərmanlarını almağa xərcləmişdir. Bundan bir həftə sonra artıq 2021-ci ilin fevral ayının əvvəllərində o, Ülvü, Zaur və Nicat yaşadıqları kəndlərində yerləşən çayxanada görüşüb söhbət edərkən yenidən razılığa gəlmişlər ki, Ülvünün işlədiyi həmin anbardan gedib yenə arpa oğurlasınlar. Həmin vaxt artıq qaranlıq düşəndən sonra həmin anbardan oğurluğa getmək ərəfəsində aralarında söhbət etmişlər ki, birinci dəfə etdikləri oğurluqdan fərqli olaraq bu dəfə ikici dəfə daha çox oğurluq arpa oğurlasınlar. Odur ki, Nicatın maşınından əlavə yeni bir avtomobilə də ehtiyacları yaranmışdır.Nicat da demişdir ki, arpanı daşımaq üçün həmkəndliləri Şahid1la danışacaq , ancaq oğurluq olmasını ona deməyəcəyini bildirmişdir. Həmin gün saat yenə 21 radələri olardı ki, o, Ülvü, Zaur Nicat sonuncunun maşını ilə həmin oğurluq edəcəkləri yerə getmişlər.Yenə əvvəlki qaydada oğurluq edib Nicatın avtomobilinə 6 kisə dolu halda hər biri 50 kq olan arpa kisələrini yığmışlar.Nicat çıxıb getməzdən əvvəl Xaqani ilə də telefonda danışmışdır. Xaqani də Qazel markalı 04- BO- 405 nömrəli maşını ilə artıq yolda olduğunu və birneçə dəqiqəyə oraya çatacağını demişdir. Xaqani gələnədək o, Ülvü və Zaur birlikdə 11 kisə arpanı anbardan 70-80 metr kənara bəlkə də bir az çox olaraq yolun kənarına çıxarmışlar. Təxminən 10 dəqiqə keçərdi ki, Xaqani həmin avtomobili ilə gəlib həmin yerə çatmışdır.Həmin arpa dolu kisələri Qazelin yük yerinə yükləmişlər.Sonra isə o və Zaur, Xaqaninin maşınına əyləşmişlər.Həmin vaxt Xaqani Ağcabədi rayonunun Qiyamadınlı kəndində yaşayan qohumlarına baş çəkəcəyini və tezliklə kəndə qayıdacağını demişdir. Təxminən 20 dəqiqə sonra Xaqani qohumunun evindən çıxıb maşına əyləşmişdir. Həmin vaxt o və Zaur Xaqanidən xahiş etmişlər ki, maşını kəndlərində yaşayan Rabilin evinin həyətinə sürsün.Oraya çatıb kisələri maşından Rabilin həyətinə boşaltmışlar.Kisələri boşaldandan sonra o və Zaur bir kənara çəkilib dayanmışlar. Elə buna görə də Nicat, Ülvü və Rabil arasında arpanın neçəyə sonuncu tərəfindən alınacağını onlar danışarkən eşidə bilməmişdir.Eyni zamanda Nicat və Ülvünün Xaqaniyə nə qədər pul vermiş olduğunu bilməmişdir. Sonra isə yaşadığı evə yollanmış və pulu dərmanların alınmasına və şəxsi ehtiyaclarıma xərcləmişdir. 24 mart 2021- ci il tarixdə hava qaralandan sonra Nicat istifadəsində olan mobil nömrəyə zəng edib yenidən həmin anbardan oğurluq edəcəkləri barədə məlumat vermişdir. O, Nicatın zəngindən təxminən 10 dəqiqqə sonra kəndin çayxanasının qarşısına getmiş və həmin vaxt Nicat, Ülvü və Zaurun həmkəndlisi Nailə məxsus olan ağ rəngli VAZ- 21074 markalı 04- BC- 165 dövlət qeydiyyat nişanlı avtomobil ilə çayxananın qarşısında onu gözlədiklərini görmüşdür.O, əyləşdikdən sonra Nail onların oğurluq etmək üçün getdiklərindən xəbər tutmasın deyə Nicat Nailə “ Xaçınçay “ restoranının qarşısında düşəcəklərini demiş və həmin yerə çatıb avtomobildən düşdükdən sonra Nail idarə etdiyi avtomobili ilə Nicat ilə birlikdə yeyib- içmək üçün “ Bəxtiyarın kafesi “ adlanan yerə getmişlər.Bundan sonra o, Ülvü və Zaur ilə birlikdə təxminən 300 metr piyada şəkildə Yelmarın mağazasının yan tərəfinə çatmışlar.Ülvü üzərində götürdüyü səkkizlik açarı çıxarıb anbarın yan tərəfindəki dəmir şiferi açmışdır.Zaur anbarın içərisinə daxil olub, açılmış kiçik yerdən arpa dolu kisələri verməyə başlamış o və Ülvü isə arpa ilə dolu kisələri yolun kənarına daşımağa başlamışlar.Ancaq həmin yerdən kisələrin hansı avtomobillə kənddə daşınmasını bilməmişdir. Bu barədə Nicat başqa bir avtomobil sürücüsü ilə danışdığını söyləmişdir.Elə 27 kisə arpanı daşıyıb qurtarmışlar ki, daha bu qədər bəsdir deyib elə bir az dincəlmək istəyərkən birdən Ülvü etdikləri oğurluğun üstünün açılmış olduğunu bildirmişdir. Buna görə onlar işlərini yarımçıq qoyub Nailin onları avtomobildən düşürmüş olduğu yerə doğru qaçmağa başlamışlar. Həmin yerə çatanda Ülvü Nicatla mobil telefon əlaqəsi saxlayaraq, oğurluğun üstünün açılmış olduğunu təcili kəndlərinə qayıtmalı olduqlarını bildirmişdir. Bir qədər sonra Nail və Nicat avtomobili ilə gəlib onları “ Xaçınçay “ restoranının qarşısından götürməklə kəndə gətirmişdir.25 mart 2021- ci il tarixdə isə polis əməkdaşları onun yaşadığı kəndə gəlib oğurluq etdiyinə görə onu Bərdə rayon polis şöbəsinə aparmışlar.Elədiyi bu oğurluqla bağlı o, kiməsə nə isə, yəni oğurluğu etmiş olduğu barədə bir söz deməmişdir. Həmin onların etdiyi oğurluqdan sürücülər Nail və Xəaqnin heç birinin məlumatı olmamışdır. Əgər onlar bunu bilmiş olsaydılar ki, onlar oğurluq edib onların maşınında arpanı daşıyacaqlar bu işi görməzdilər. Elə ona görə də bu barədə onlara bir söz deməmişlər.Bununla belə bildirir ki, oğurlanmış arpa Rabilə və onun qardaşı Elçinə satılarkən də onlar həmin arpanın oğurluq olmuş olduğunu bilməmişlər.Rabil onlardan arpanı haradan əldə etdiyini soruşsa da onlar arpa alveri ilə məşğul olduqlarını ona demişlər. Bununla da onun oğurluqdan xəbəri olmamasına nail olmuşlar.Onlar oğurluq edərkən bunu gizli etmişlər.Bərdə rayonunun Bəcrəvan kənd sakini Zərərçəkmiş şəxs anbarında nə qədər arpası olmasından onların əvvəlcədən xəbəri olmamışdır. O, sonuncu dəfə 24 mart 2021- ci il tarixdə Zərərçəkmiş şəxs anbarından 27 kisə arpanı oğurladıqdan sonra yenidən oradan oğurluq etmək fikiri olmamışdır. Son halda Ülvü deyəndəki oğurluğun üstü açıldı. Bundan sonra onlar 27 kisə arpanı elə yolun kənarında qoyub elə oradan qaçıb çıxıb getmişlər. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o,Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Ağcabədi rayonunun Gələbədin kəndində yaşamaqla həmkəndliləlridir.2021-ci ilin yanvar ayının ortalarında Ülvü onunla əlaqə saxlayaraq ona bildirmişdir ki, pul qazanmaq istəyirmi? O da həmi vaxt pulu olmadığı üçün Ülvünün oğurluq etmək barədə ona etmiş olduğu təklifi ilə razılaşmalı olmuşdur. 2021- ci ilin yanvar ayının axırlarında Nicata məxsus olan VAZ-2107 markalı 04 - BN -387 dövlət qeydiyyat nişanlı avtomobillə onlar Ülvünün Bərdə rayonunun Bəcrəvan kəndində işlədiyi yem məhsullarının satışı mağazasına oradan oğurluq etmək üçün gəlmişlər. Həmin vaxt saat 21 radələri olmuşdur.Nicatın maşını ilə həmin yerə o, Ülvü, Elşən birlikdə gəlmişlər.Səhv etmirsə həmin vaxt saat 21 radələri olmuşdur. Orada Ülvü həmin mağazanı ona və Nicata, Elşənə göstərib həmin mağazadan arpa oğurlayıb satacaqlarını və pulunu da böləcəklərini demişdir. Bundan sonra Ülvü həmin mağazada işlədiyindən həmin mağazanın qıfılını açmağa başlamışdır.O, Nicat və Elşən isə həmin yerin yaxınlığında dayanıb Ülvünün qapının kilidini açmasına baxmışlar. Ülvü mağazanın qapısını açarla açandan sonra birinci özü mağazaya daxil olmuş və oradan sintetik kisələrdə içərisi arpa ilə dolu olan kisələri ona, Elşənə vermiş və onlar həmin kisələri mağazanın yaxınlığında avtoyuma sexinin yanında dayanmış Nicatın maşının yanına aparıb maşının yük yerinə yığmışlar.Bundan sonra Ülvü oğurluq olmasından mağazanın sahibi şübhələnməsin deyə kilidi mağazanın qapısına asıb bağlamışdır. Onlar oradan geri qayıdıb yaşadıqları kənddə Nicatın maşınından yerə düşmüşlər.Həmin vaxt Nicat ona 15 manat pul vermişdir. Sonra isə Nicatla Ülvü Nicatın maşınında olaraq çıxıb getmişlər.Həmin oğurluğa görə ona düşən 15 manat pulu kontur alıb telefonuma yükləmişdir. Bundan təxminən 1 həftə sonra o, Ülvü, Nicat və Elşən kəndlərində olan çayxanada görüşüb yenə oğurluq etmək qərarına gəlmişlər.Bu artıq 2021- ci ilin fevral ayını əvvəllərinə düşür. Həmin gün axşam saatlarında artıq hava qaralandan sonra yenə əvvəlki vaxtda, yəni saat 21 radələrində oradan oğurluq edəcəklərini planlaşdırarkən oradan daha çox arpa oğurlamaq fikirinə düşdüklərindən başqa bir maşına da ehtiyacları yaranmışdır. Nicat da demişdir ki, elə bu məqsədlə həmkəndliləri Xaqani Cəfərovun Qazel, yəni yük avtomobili olduğundan onunla danışacaqdır ki, arpanı onun maşınında daşısınlar. Həmin gün saat 21 radələri olardı ki, o, Ülvü, Elşən Nicatın avtomobili llə Ülvünün işlədiyi Bərdə rayonunun Bəcrəvan kəndində yerləşən mağazadan oğurluq etmək üçün həmin yerə getmişlər.Həmin yerdə Ülvü yenə mağazanın kilidini açmış və oradan 06 ədəd sintetik kisədə dolu halda arpanı Nicatın avtomobilinə yükləmişlər. O, tək halda çıxıb getmişdir. Hələ Nicat öz maşını ilə çıxıb getməzdən əvvəl onlara demişdir ki, bəs o, Xaqani ilə danışıb Xaqani Qazel markalı 04- BO- 405 dövlət qeydiyyat nişanlı avtomobili ilə artıq yoldadır və bir- neçə dəqiqəyə gəlib çatacağını bildirdib sonra isə çıxıb getmişdir. Xaqani gəlib həmin yerə çıxana qədər o, Ülvü və Elşən mağazadan 11 ədəd sintetik kisələrdə dolu olmaqla hardasa həmin kisələrin hər biri 50 kq arpa tutardı, mağazadan daşıyıb mağazanən 50- 60 metrliyində yolun kənarına yığmışlar. Elə onlar kisələri oraya yığandan hardasa 10 dəqiqqə sonra Xaqani Qazel markalı yük avtomobili ilə həmin yerə gəlib çıxmışdır. Həmin kisələri Xaqaninin Qazelinin yük yerinə yüklədikdən sonra o və və Elşən Xaqaninin avtomobilinə əyləşmişlər.Yola düşəndə Xaqani yolüstü Ağcabədi rayonunun Qiyamadınlı kəndinə qohumlarıgilə dönəcəyini demişdir. Elə də etmiş və o, yolüstü Qiyamadınlı kəndində olan qohumlarıgilə dönüb sonra da gəlib maşına minmiş və onlar yollarına davam etmişlər. Elə gəlib kəndlərinə Gələbədinliyə çatarkən o və Elşən maşını həmkəndliləri Rabilin həyətinə sürməsini ondan xahiş etmişdir. Kisələri Rabilin həyətinə boşaldandan sonra o və Elşən bir kənara çəkilib dayanmışlar. Ona görə də Ülvü və Nicatın Rabillə nə söhbət etdiklərini, yəni arpanı neçəyə aldığını və sair barədə onlar arasında hansı söhbətlər getməsini eşidə bilməmişlər.Sonra Nicat və Ülvü ona və Elşənə kəndlərində olan çayxananın qarşısına getmələrini və oraya gələcəklərini demişlər.Özləri də həmin yerə gəlib ona və Nicata 30 manat pul vermişlər.Ancaq nə o, və nə də ki, X5 nə qədər pul vermiş olduğunu bilməmişlər.O, həmin pulla kontur, siqaret alıb bu yolla xərcləmişdir. Onu da qeyd edir ki, 24 mart 2021- ci il tarixdə saat 20 radələri olardı ki, Ülvü onun mobil nömrəsinə zəng vurub yenə gedib axırıncı dəfə olaraq həmin mağazadan arpa oğurlamaq təklifini ona etmişdir.Həmin vaxt Ülvü ondan harada olduğunu soruşarkən o da bildirmişdir ki, bəs kəndlərində dükanın qarşısındadır.Ona Ülvü demişdir ki, həmin yerdə onu gözləsin , gəlirlər.Həmin yerdə o, Ülvü, Elşən və Nicat həmkəndliləri Nailin VAZ- 21074 markalı 04- BC -165 dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmişlər.O da avtomobilə əyləşəndən sonra Nailin onların oğurluq edəcəklərindən xəbər tutmasın deyə Nicat Nailə maşından “ Xaçınçay” restoranının qarşısında düşəcəklərini deyib maşını həmin yerə sürməsini bildirmişdir. Həmin yerə çatandan sonra avtomobildən o, Ülvü və Elşən düşəndən sonra Nicat Nailllə birlikdə “ Bəxtiyarın kafesi” deyilən yerə yeyib içmək üçün getmişlər.Bundan sonra o, Ülvü və Elşən birlikdə təxminən 300 metr piyada olaraq gedib oğurluq edəcələri mağazanın yan tərəfinə çatmışlar. Ülvü üzərində olan səkkizlik açarla anbarın yan tərəfində olan dəmir şiferi açmışdır. O, açılmış kiçik yerdən anbarın içərisinə daxil olub 5 ədəd sintetik tərkibli arpa ilə dolu kisələri çöl tərəfə tullamışdır.Ondan sonra isə Ülvü orada arpa ilə dolu kisələri mağazadan həmin yerdən çölə tullamışdır. Elşən isə həmin kisələri yolun kənarına daşımağa başlamışdır. Həmin yerdən kisələrin hansı avtomobillə daşınacağını isə bilməmişlər.Nicat bu barədə başqa bir avtomobil sürücüsü ilə danışmış olduğunu söyləmişdir.Onlar hardasa 27 kisə arpanı orada yolun kənarına yığmışlar.Elə orada dayanıb dincələrkən, daha bununlada buradan oğurluqdan qurtardıq deyib Elşənlə söhbət edərkən birdən Ülvü qışqırmışdır ki, bəs oğurluğun üstü açıldı. Ona görə də onlar bunu eşidən kimi oradan Nailin onları düşürdüyü yerə doğru qaçmağa başlamışlar. Elə həmin yerə çatmışlar ki, Ülvü Nicatla telefon əlaqəsi saxlayaraq oğurluğun üstünün açılmış olduğunu demişdir.Elə bir az keçmişdir ki, Nicat Naillə həmin Xaçınçay restoranının yanına gələrək onları maşına götürüb kəndlərinə gətirmişdir.25 mart 2021- ci il tarixdə polis işçiləri onlara gələrək onun oğurluq etdiyini bildirib onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Bildirir ki, həmin oğurluqdan onun, Nicatın,Ülvünün və Elşənin məlumatı olmuş və bu barədə başqa heç kimə məlumat verməmişlər.Həmin oğurluqdan nə Xaqani Cəfərovun və nə də ki, Şahid2 məlumatı olmamışdır.Arpanı Rabilə və onun qardaşı Elçinə satarkən də onların arpanın oğurluq mal olmasından xəbərləri olmamışdır.Rabil arpanı haradan əldə etdiklərini soruşarkən ona cavabları bu olmuşdur ki, onlar arpa alveri ilə məşğul olduqlarını deyib onu aldatmışlar.Onu da deyir ki, mağazada nə qədər arpa olmasından xəbəri olmamışdır.Ancaq 24.03.2021-ci il tarixdə oradan oğurluq edəndən sonra yenə də oradan oğurluq etməyəcələrini onlar biri- birinə demişlər. Ona görə belə razılaşmaya gəlmişlər ki, artıq bu 3- cü dəfədir, belə davam edərsə tutula bilərlər. Ona görə də 24.03.2021- ci il tarixdən sonra yenə həmin mağazadan oğurluq etmək fikirindən daşınmışlar. Bu da ifşa olunacalarından qorxduqlarına görə belə qərara gəlmişlər. Ancaq elə olmuşdur ki, elə sonuncu dəfə oğurluq edəndən sonra bu oğurluğun üstü açılmışdır. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onunla birlikdə Ağcabədi rayonunun Gələbədin kəndində yaşamaqla həmkəndliləlridir.2021-ci ilin yanvar ayının axırlarında Ülvü ona həmin işlədiyi anbardan oğurluq etməyi və həmin anbardan arpa oğurlayıb satmaq təklifini etmişdir.O da onun bu təklifi ilə razılaşmışdır. Bildirir ki, onun da özünə məxsus VAZ- 2107 martkalı 04 - BN- 387 dövlət qeydiyyat nişanlı avtomobili var.Ülvü həmin anbardan arpanı oğurlayıb onun maşını olduğundan aparmağı ona dediyindən elə onunla ilk razılaşmağı elə bundan başlamışdır.X9 bu barədə danışıb söhbət etmiş olduğunu onun da bu oğurluqda onlarla birlikdə olacağını demişdir.Həm də bildirmişdir ki, Zaur da onları gözləyir.O da Elşənə zəng vurub bir iş olacağını və həmin işə görə ona 15 manat da pul verəcəyini demişdir.Həmin gün axşam vaxtı ona məxsus həmin avtomobillə Ülvü ilə birlikdə kəndin mərkəzindən Elşən və Zauru da maşınına götürüb Bərdə rayonunun Bəcrəvan kəndinə getmək üçün yola düşmüşlər.Onlar avtomobillə gedən zaman belə razılaşmışlar ki, Ülvü həmin anbara girəcək və oradan arpanı kənara çıxardacağını, Elşən və Zaurun isə arpa dolu kisələri Xaçın çayının körpüsünün üzərinə gətirəcəklər. Odur ki, o, həmin Xaçınçayı körpüsünün yaxınlığında qalmış Zaur, Elşən və Ülvü isə həmin anbardan arpa oğurlamaq üçün getmişlər.Təxminən aradan 10 dəqiqə keçədi ki, onlar 06 kisə arpa ilə dolu kisələri həmin körpünün yanına gətirib çıxarmışlar.Həmin kisələri onun avtomobilinin arxa yük yerinə yığmışlar.Sonra isə avtomobilinə Ülvü, Zaur və Elşən əyləşmişlər.Onlar Ağcabədi rayonunun Gələbədin kəndinə getmişlər.Eləşən və Zaur maşından kəndlərinin içərisində olan çayxanananın yanında düşmüşlər. Ülvü isə onlara 15 manat pul verəcəyini vəd edib bildirmişdir.Bundan sonra onlar maşınla həmkəndliləri Rabilə məxsus evin yanına gəlmişlər.Ülvü Rabildən həmin arpanı necəyə alacağını soruşmuşdur.Rabil isə həmin arpanın 1 kq 40 qəpikdən alacağını bildirmişdir.Həmin 6 kisə arpanı avtomobilin yük yerindən Ülvü, Rabil və sonuncunun qardaşı Elçin boşaltmışlar.Bundan sonra Ülvü avtomobilə əyləşmiş və o, onu maşını ilə aparıb kəndlərinin mərkəzinə qoymuşdur. Ülvü ona həmin arpanı gətirməyinə görə 10 manat da pul vermişdir.Bu birinci oğurluqdan təxminən 1 həftə sonra o, Ülvü, Zaur və Elşən kəndlərində olan çayxanada oturub söhbət edərkən, Ülvü yenidən işlədiyi həmin anbardan oğurluq etmək təklifini onlara etmişdir. Onlar da Ülvünün onlara etmiş olduğu bu təklifi ilə razılaşmışlar.Həmin gün bu hardasa 2021- ci ilin fevral ayının əvvəllərinə təsadüf edir.Həmin vaxt hava qaralma ərəfəsində onlar belə qərara gəlmişlər ki, bu dəfə daha çox apra oğurlasınlar Ona görə də onun maşınının az arpa tutmasına görə başqa avtomobilin də olmasına ehtiyacları yaranmışdır.Elə buna görə də həmkəndliləri Xaqani Cəfərovla arpanın daşınması ilə ələqədar söhbət edəcəyini həmkarlarına bildirmişdir. O, Xaqaniyə Xaçınçay körpüsünün yanına gəlməsini onun avtomobilinə yük vuracaqlarını demişdir.Həmin gün hava qaralandan bir saat sonra bəlkə də çox olardı, onun maşını ilə Ülvü, Eləşən və Zaur həmin oğurluq edəcəkləri mağazanın qarşısına getmişlər.Əvvəlki qaydada oradan 06 ədəd kisədə, yəni sintetik tərkibli kisələrdə dolu olan arpanı yenə onun avtomobilinə yükləmişlər.O, avtomobili ilə çıxıb getməzdən qabaq Xaqani ilə zəng edib danışmışdır. Xaqaninin Qazel markalı 04-BO- 405 dövlət qeydiyyat nişanlı avtomobili ilə artıq yolda olduğunu və bir neçə dəqiqəyə həmin yerə çatacağını həmin həmkəndlilərinə bildirmişdir.Elə yanacaqdoldurma məntəqəsində Ülvünü gözləməyə başlamışdır. Ülvü də gəlib maşına əyləşmiş və onlar oradan birbaşa Rabilin evinin qarşısına gəlmişlər.Rabilin evinə çatıb və kisələrdəki arpanı çəkib cəmi 300 kq olmuş olduğunu görmüşlər.Odur ki, həmin arpaya görə ona Rabil 120 manat pul vermişdir. Onlar 120 manat pulu alıb kəndin çayxanası qarşısına gələrkən Xaqaninin avtomobilini gözləməyə başlamışlar.Bir qədər sonra Xaqani avtomobili ilə həmin yerə gəlib çıxmışdır.Onun avtomobilinə əyləşib yenidən Rabilin yaşadığı evinin yanına getmişlərt.Həmin yerdə Xaqaninin Qazsel markalı avtomobilindən arpa ilə dolu kisələri Rabilin həyətinə boşaltmışlar.Rabil də kisələri çəkib içərisində 600 kq arpa olmuş olduğunu demişdir.Həmin arpaya görə Rabil ona 240 manat pul vermişdir.O da həmin pulu Ülvüyə vermişdir.Onlar həmin pulu götürüb çayxananın qarşısına yollanmışlar.Elşənlə, Zaurun hər birinə 30 manat, Xaqaniyə isə yol pulu olaraq 40 manat pul vermişlər.Yerdə qalan pulu isə Ülvü ilə yarıbayarı olaraq bölmüşlər. Ona çatan 130 manat pulu da götürüb yaşadığı evilərinə gəlmişdir. Bundan sonra həmin 130 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir.24 mart 2021-ci il tarixdə onlar üçümcü dəfə ünvan 4ndə yerləşən Ülvünün işlədiyi Yelmar adlı şəxsin anbarından oğurluq etmək qərarına gəlmişlər.Yenə avtomobilə ehtiyacları olduğundan o, həmkəndlisi Şahid2 zəng vurub gəlməsini yeyib-içməyə gedəcəklərini yalandan olaraq ona demişdir.Təxminən 10 dəqiqə sonra Nail ağ rəngli Vaz- 21074 markalı 04 - BS- 165 dövlət qeydiyyat nişanlı avtomobili ilə çayxananın qarşısına gəlmişdir.O, Elşən, Zaur və Ülvü Nailin avtomobilinə əyləşmişlər.Nailin onların oğurluq etməyindən xəbər tutmasın deyə “ Xaçınçay “ restoranının qarşısında maşından düşəcəklərini demişdir.Həmin yerə çatıb avtomobildən yerə düşmüşlər.Bundan sonra Nail onunla yeyib-içmək üçün “ Bəxtiyarın kafesi “ adlndırılan obyektə getmişdir.Bundan sonra Ülvü, Elşən və Zaur birlikdə təxminən 300 metr məsafəni qət edib həmin mağazadan oğurluq etmək üçün getmişlər.Elə onlar gedəndən hardasa 10 dəqiqqə sonra Ülvü ona məxsus mobil telefona zəng vuraraq oğurluğun üstünün açılmış olduğunu və təcili kənddə qayıtmalı olmalarının vacibliyini bildirmişdir.Bundan sonra Nail və o, Nailin avtomobili ilə Xaçınçay restoranın yanına gəlib, Ülvünü, Elşəni və Zauru Nailin maşınına götürüb kəndlərinə qayıtmışlar. Həmin oğurluqla bağlı digər hər hansı bir şəxsə bu barədə bildirməmişlər.Həmin oğurluqdan ancaq onun, Ülvünün, Elşənin və Zaurun məlumatı olmuş, bu barədə heç kimə məlumat verməmişlər.Nə sürücülərdən Xaqaninin və nə də ki, Nailin onların etdiyi bu oğurluqdan məlumatları, yəni oğurluğun üstü açılana qədər hər hansı bir məlumatları olmamışdır.Bununla belə arpanı Rabilə satarkən də arpanın oğurluq mal olmasını nə Rabilə və nə də ki, onun qardaşı Elçinə bildirməmişlər. Rabil onlardan arpanı haradan əldə etdiklərini soruşanda onlar da demişlər ki, arpa alveri ilə məşğuldurlar.Ona əsl həqiqqəti deməmişlər. Əgər demiş olsaydılar Rabil həmin arpanı almazdı.Ona görə də bu barədə nə Rabilə və nə də ki, arpanı boşaldarkən orada olmuş Rabilin qardaşı Elçinə bir söz deməmişlər. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 İman oğlunun, Kazımlı Elşən Aslan oğlunun, Həsənov Zaur Füzuli oğlunun, Təqsirləndirilən şəxs4 Şükür oğlunun təqsirli olmaları özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,o, ailə üzvüləri ilə birlikdə Bərdə rayonunun Bəcrəvan kəndində yaşayır. 2000-ci ildən etibarən yaşadığı kəndin ərazisində yerləşən özünə məxsus mağazada arpa, çiyid, un kəpəyi kimi məhsulların satışı ilə məşğuldur.Adlarını qeyd etdiyi məhsulları sintetik materialdan hazırlanmış kisələrə yığmaqla saxlayıb və bu əsasda satışı ilə məşğuldur.Arpa kisələrinin hər birinin çəkisi 50 kiloqrama bərabərdir və həmin kisələrdə saxladığı arpanın 1 kiloqramını 45- 47 qəpiyə satır.Bununla belə bildirir ki, Ağcabədi rayonu Gələbədin kənd sakini Təqsirləndirilən şəxs1 təxminən 06 il əvvəl tanıyır.Ülvü ona məxsus anbarda fəhlə kimi işləməklə gündəlik olaraq pul qazanmışdır. Əvvəllər Ülvü ilə onun arasında heç bir ədavət və düşmnçilik oolmamışdır.2021- ci ilin mart ayında mağazada olarkən oğlu İlkin ona sanki mağazada olan kisələrin sayının azaldığını bildirmişdir.O, isə İlkin bu sözündən şübhəyə qapılaraq anbara , yəni mağazaya nəzarəti gücləndirməyə başlamışdır.Belə ki, həmin vaxtdan hər gün hava qaraldıqdan sonra ya özü ya da oğlu İlkin, ya da Şəfa adlı işçisi anbarın ətrafında dolanmaqla nəzarət etməyə başlamışlar.24 mart 2021- ci il tarixdə saat 23 radələrində İlkin mənimlə mobil telefon əlaqəsi saxlayaraq anbara gəlməsini istəmişdir.O, İlkindən nə baş vermiş olduğu xəbərini almaq istəyərkən İlkin təkidlə anbara gəlməsini bildirmişdir.Buna görə də yaşadığı evdən çıxıb anbara yollanmışdır.Həmin vaxt İlkin və Şəfa ona anbarda kisələrə yığılmış şəkildə saxlanılan arpa məhsulunun oğurlandığını demişlər.O, oğurluğun necə baş vermiş olduğunu xəbər alan zaman İlkin və Şəfa onu anbarın yan tərəfində olan dəmir şiferin yaxınlığına aparmışlar.Həmin vaxt anbarın yan tərəfindən iki-iki, üç- üç olmaqla müxtəlif məsafələrdə gizlədilmiş ümumi sayı 27 ədəd olan kiçərisi arpa ilə dolu kisələri göstərmişlər.O, isə dərhal istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası DİN- nin 102 zəng mərkəzi xidmətinə ona məxsus anbardan müxtəlif vaxtlarda oğurluq edilməsi barədə məlumat vermişdir.Suala cavab olaraq bildirir ki, o, sözügedən anbarda adlarını ifadəsində qeyd etdiyi məhsulların satışını həyata keçirdiyindən anbarı “ mağaza” adlandırır.Hadisə barədə məlumat verən zaman təqvim gününü dəqiq bilmədiyindən hadisənin 23 mart tarixində baş verdiyini , anbardakı məhsulların ümumi qədərini bilmədiyindən hadisənin 23 mart tarixində baş verdiyini , anbardakı məhsulların ümumi qədərini bilmədiyindən isə 30-35 ton arpanın oğurlanmış olduğunu bildirmişdir.Əslində isə anbardan sonuncu dəfə oğurluq 24 mart 2021- ci il tarixdə edilmiş, ümumilikdə isə təxminən 1400 kq çəkidə arpa oğurlanmışdır.Suala cavab olaraq bildirir ki, ona məxsus olan anbarda təxminən 45-50 min manatlıq məhsul olmuşdur. Həmçinin notarial qaydada təsdiq olunuş ərizəni məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə barışdığını, onlardan şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan tam ödənildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstədi ki, ailə üzvüləri ilə birlikdə Ağcabədi rayonunun Gələbədin kəndində yaşayır.Onun özünə məxsus Qazel markalı 04- BO- 405 dövlət qeydiyyat nişanlı yük avtomobili var.Həmin avtomobili 2006-cı ildə almış və öz adına sənədləşdirmişdir.Həmçinin 2018- ci ildə Ağcabədi RQİ və TBŞ- dən “BC ” kateqoriyalı sürücülük vəsiqəsi almışdır.Həmin vaxtdan avtomobilini sürücülük vəsiqəsi əsasında idarə edərək, yaşadığı kənd ərazisində müxtəlif yüklərin daşınması ilə məşğul olur və bu formada ailəsinin dolanışığını təmin edir.2021- ci ilin fevral ayının əvvəllərində həmkəndlisi Nicat onunla mobil telefon əlaqəsi saxlayaraq Bərdə rayonuna gedib arpa daşımaq üçün avtomobil lazım olduğunu bildirmişdir.O da Nicatla razılaşıb təxminənn saat 20 radələrində, yəni günün qaranlıq vaxtı Bərdə rayonu Bəcrəvan kənd ərazisində yerləşən “ Xaçınçay”ın qırağı adlanan əraziyə getmişdir.Həmin vaxt avtomobilində ondan başqa kimsə olmamışdır.O, Nicat ilə danışıb sözügedən kənd ərazisində yolun kənarında yerləşən anbarın qarşısına yollanmışdır.Həmin yerə getdikdə təxminən anbardan 100 metr aralı məsafədə yolun kənarında arpa ilə dolu kisələrin olduğunu görsə də qaranlıq olduğundan və diqqətlə baxmadığından həmin kisələri sayını dəqiq bilməmişdir.O, avtomobilini saxladıqdan sonra həmkəndliləri Ülvü, Elşən və Zaur birlikdə kisələri daşıyıb avtomobilə yükləmışlər. Həmin vaxt özü avtomobildən yerə düşməmiş sükan arxasında kisələrin yüklənməsini gözləmişdir.Bundan sonra Elşən və Zaur avtomobili həmkəndlisi Rabilin yaşadığı evin həyətinə sürməyini bildirmişlər.O, Rabilin evinin darvazası qarşısına çatan zaman Rabil darvazanı açmış və avtomobili Rabilin həyətinə sürmüşdür.Sonra isə avtomobildən düşüb bir kənarda dayanıb kisələrin boşaldılmasını gözləməyə başlamışdır.Bir qədər sonra Ülvü və Nicat sonuncunun avtomobili ilə həmin yerə gəlmişlər.O, arpa ilə dolu kisələrin çəkilərək Rabilə satıldığını görsə də yaxına getmədiyindən hansı çəkidə arpa daşıdığını və Rabilin həmin arpanı hansı pul qarşılığında aldığını bilməmişdir.Ülvü və Nicat Rabillə xudafizləşdikdən sonra ona yaxınlaşıb 40 manat pul vermişlər.O, isə həmin pulu götürüb yaşadığı ünvana yollanmışdır.Suala cavab olaraq bildirir ki, onun ünvan 4ndə avtomobilinə yüklənən kisələrin oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bərdə rayonunun Bəcrəvan kəndində yaşayır.Yelmar da onun həmkəndlisidir.Belə ki, İlkin onun əmisi oğludur.O, İlkinin yanında heyvanlara baxır.Həmçinin Bəcrəvan kəndi ərazisində Yelmar kişinin özünə məxsus yem məhsullarının satışı mağazası da var. Həmin yerdə arpa, çiyid, un kəpəyi kimi məhsulları sintetik kisələrə yığılmaqla satılır.2021- ci ilin mart ayının əvvəllərində İlkin ona atasına məxsus mağazadan oğurluq olmasından şübhələndiyi üçün həmin anbara ayrıca özünün nəzarət etdiyini və bundan kimsənin xəbərinin olmamasını ona bildirmişdir.24 mart 2021-ci il tarixdə İlkin ona zəng edərək, Bərdə rayonunun Bəcrəvan kəndinə ad gününə gedəcəyini onun yerinə həmin mağazanın yanına nəzarət etməsi üçün getməyini demişdir.Həmin gün saat 21-30 radələrində həmin anbarın yanına çatmışdır.O, həmin anbara, yəni mağazaya arxa tərəfdən olaraq getmişdir.O, kanalın yanında 10 ədəd sintetik kisədə arpa olmasını görmüşdür. O, həmin yerdə dayanıb arpanı kimin gətirməsini öyrənmək istəmişdir.O, kanalın yanında dayanıb gözləyərkən bir nəfərin çiynində kisə ilə ona tərəf gəlməsini görmüşdür.Həmin şəxs kisəni yerə qoyan vaxt onun orada gizlənməsini bilmişdir.Odur ki, həmin şəxs əlində olan alışqanın işığını ona tərəf salmışdır.Qeyd olunan şəxs onu orada görən kimi qaçmağa başlamışdır.O da həmin adamın kimliyini öyrənmək üçün kanalın kənarı ilə gedib onu qabaqlamaq istəmişdir.Orada olan VAZ- 2107 markalı avtomobilin getməsini görmüşdür.O, anbardan oğurluq olması barədə İlkinə məlumat vermək istəmişdir.Lakin, onun mobil telefonu evdə qaldığı üçün həmin avtomobildən mobil telefonu alıb İlkinə zəng etmək istəmişdir.O, da həmin vaxt avtomobilin qapısını açan vaxt avtomobildə Ülvünün olmasını görmüşdür.Ülvü ona avtomobilə əyləşməsini demişdir.O da avtomobilə əyləşməyəcəyini Ülvüyə demişdir.Ülvü isə avtomobildən düşmüş, avtomobil sürücüsü də avtomobilini sürüb çıxıb getmişdir.Ülvü onun heç kimə heç nə deməməsini bildirmişdir.O isə Ülvüyə İlkinin həmin yerə gəlməsini demişdir.O, Ülvünün ona nə isə edəcəyindən çəkinərək ehtiyatlı tərpənmişdir.Bundan sonra Ülvü həmin yerdən qaçıb çıxıb getmişdir. O isə oradan keçən bir nəfər şəxsdən mobil telefonunu istəyib alıb İlkinə zəng edərək mağazaya gəlməsini demişdir.Aradan hardasa 10 dəqiqə keçərdi ki, İlkin həmin yerə gəlib çıxmışdır.İlkin gələndən sonra mağazanın qarşısına getmişlər.Həmin vaxt anbarın gözətçisi olan Surxay kişi içəridən çölə çıxmışdır.İlkin də ondan nə üçün mağazada olan arpa kisələrini satdığını soruşmuşdur. Surxay kişi də arpa satmadığını onun arpa ilə bağlı heç nədən xəbəri olmadığını bildirmişdir.Daha sonra o, İlkin və Surxay kişi həmin yeri gəzən zaman orada 27 ədəd arpa kisəsinin çıxarılmasını görmüşlər.Həmçinin gəzən zaman anbarın yan divarının üzərində olan dəmirin çıxarılaraq oğurluq edildiyini bilmişlər.Bundan sonra İlkin bu barədə atasına məlumat verərək, Yelmar kişini həmin yerə çağırmışdır.Yelmar kişi olanları biləndən sonra DİN- nin 102 xidmətinə bu barədə məlumat vermişdir.Suala cavab olaraq bildirir ki, arpa kisəsi belində olan şəxsin kimliyini həmin vaxt bilməmişdir.Həmin şəxslər onu görəndən sonra arpanı aparmaqda davam etməyərək arpanı orada qoyub qaçıb çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bərdə rayonunun Bəcrəvan kəndində Yelmar adlı şəxsin yem məhsullarının satışı mağazası var. Yelmar onun həmkəndlisidir və o, həmin mağazada 2011- ci ildən gözətçi olaraq işləyir.Həmin mağazada çiyid, arpa və un kəpəyi kisələrə yığılaraq satılır.Həmin mağazada Təqsirləndirilən şəxs1 adlı şəxs də işləyir.Ülvü hardasa 6 ildir ki, həmin mağazada işləməkdə davam edir.O, həmin mağazaya nəzarət edən zaman 2021ci ilin yanvar ayının axırlarında saat 21 radələrində Ülvü onun yanına Nicat və tanımadığı bir şəxslə gələrək, yaxınlıqda yerləşən Bəxtiyara məxsus kafeyə gedib çay içməyə onu dəvət etmişdir.O, Ülvüyə mağazanı yiyəsiz qoymayacağını deyən zaman Ülvü ona onun özünün həmin yerdə olacağını və onun uşaqlarla gedib çay içməsini demişdir. O da Ülvüyə inanaraq Ülvünün də mağazada işləməsini fikirləşib və onun heç bir oğurluq etməyəyəcəyini zənn edib, Nicat və sonuncunun yanında olan tanımadığı adamla birlikdə çay içib yemək yemək şün getməli olmuşdur.Bundan sonra təxminən aradan 15-20 dəqiqə keçmiş Ülvü də oraya gələrək, onlarla birlikdə oturub yemək yeməyə başlamışdır.Yemək yeyəndən sonra Nicatın avtomobilini kafenin yanında olmasını görmüş və oradan çıxıb anbarın yanına gəlmişdir.Həmin anbarda çöl tərəfdə olan arpa və yemini saymış və hamısının yerində olmasını görmüş, həmçinin qapının üzərində olan asma qıfılın yerində olmasına baxmışdır.Daha sonra isə anbara getmişdir. Təxminən aradan 10-15gün keçəndən sonra Ülvü Nicatla birlikdə yenidən onun işlədiyi anbara gəlmişlər.Ülvü Nicata məxsus olan avtomobillə həmin yerə gəlmişlər.Ülvü ona gedib çay içmələrini təklif etmişdir. O da həmin yerdə olduğunu deyəndə Ülvü ona təkidlə çay içməyi deyib özünün həmin yerdə olacağını bildirmişdir.O da Ülvünün həmin yerdə işləməsini fikirləşib heç bir şey olmayacağına görə Nicata məxsus olan VAZ- 21074 markalı avtomobilə əyləşib Bəxtiyara məxsus kafeyə getmişdir.O orada Nicatla və sonuncunun yanında olan tanımadığı adamla oturub çay içmişdir.Bundan sonra Nicatla birlikdə orada kabab yemiş , təxminən 10-15 dəqiqqə sonra isə oraya yenə Ülvü gəlib çıxmışdır.Ülvü gələndən sonra yenə birlikdə yemək yemişlər.Birlikdə yeməyi yeyib qurtardıqdan sonra o, yenə mağazaya gəlmiş və mağazanın asma qıfılının üzərində olmasını və orada qarşıda yığılmış yem və arpanın yerində olmasını bilmişdir.24 mart 2021- ci il tarixdə təxminən saat 21 radələrində Ülvü onun yanına gəlmişdir.Həmin vaxt isə o, mağazada oturmuşdur.Ülvü ona kafeyə getməsini uşaqlarla çay içməsini təklif etmişdir.O da Nicatla və sonuncunun yanında olan tanımadığı şəxslə çay içmək üçün Bəxtiyara məxsus olan kafeyə getmişlər.Nicatla birlikdə çay içməyə başlamışlar.Nicat onun ac olub- olmamasını soruşmuşdur.O isə Nicata yemək yemiş olduğunu bildirmişdir.Nicat isə onun ac olmaması barədə dediyinə fikir vermədən orada olan kababçıya döymə kabab gətirməsini demişdir.Nicat yanında olan tanımadığı adama İlkinin həmin yerə gəlmiş olduğunu demişdir.O da Nicatdan nə olmasını soruşarkən Nicat da İlkinin mağazaya gəlmiş olduğunu bildirmişdir.O da İlkinin ona nə isə deyəcəyindən ehtiyatlanaraq tez mağazanın yanına gəlmişdir.Mağazanın yanına gəlkərək orada heç kimin olmamasını görmüşdür.Orada olan asma qıfıla baxarkən qıfılın yerində olmasını görmüşdür.Daha sonra çöldə olan yemə və arpaya baxarkən yemin və arpanın yerində olduğunu görmüşdür.Bütün bunlardan sonra isə gözətçi otağında uzanıb dincəlməyə başlamışdır.Təxminən aradan yarım saat keçəndən sonra Yelmar kişinin oğlu İlkin həmin yerə gəlib çıxmışdır.İlkin onun yanına gələrək arpanı nə səbəbə satmasının səbəbini ondan soruşmuşdur.O da İlkinə “ arpa mənimdir ki, satam” demişdir.İlkin isə kanalın altının arpa ilə dolu olmuş olduğunu ona gedib həmin yerə baxmasını bildirmişdir. O da İlkin və Şəfa ilə həmin yerə gedib müxtəlif yerlərdə olan arpa kisələrinin olmasını görmüşdür.Sonradan isə İlkingilin yanında heyvan saxlayan Şəfa həmin anbardan orada işləyən Ülvünün oğurluq etməsini və yanında başqa adamların olmasını demişdir. Onlarda anbarın yan tərəfinə baxanda mağazanın yan divarının üzərində olan dəmirin sökülmüş olduğunu görmüşlər.Artıq oğurlanan arpanın həmin yerdən aparılmasını bilmişlər.Bundan sonra mağazanın sahibi Yelmar özü həmin yerə gəlmişdir.O, Ülvünün onu Nicatla birlikdə çayxanaya aparmasını və özünün mağazaya qayıtmasını Yelmara demişdir.Bundan sonra isə Yelmar DİN- nin 102 xidmətinə zəng vuraraq ona məxsus olan anbardan oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, onun atası Yelmarın Bərdə rayonunun Bəcrəvan kəndində yerləşən yem məhsullarının satışı mağazası var.Həmin mağaza hardasa 2000- ci ildən fəaliyyət göstərir.Həmin yerdə çiyidi, arpanı və un kəpəyini sintetik tərkibli kisələrə yığaraq satırlar.Mağazada olan arpanın bir kisəsində 50 kq arpa olur.Həmin arpanı bir qayda olaraq 45-47 qəpiyə alırlar.Qeyd etmək istəyir ki, atasına məxsus olan həmin mağazada Təqsirləndirilən şəxs1 adlı şəxs işləyir.Ülvü təxminən 6 il olar ki, həmin mağazada işləyir.O, həmin mağazanın anbarında olarkən arpanın azalmasını müşahidə etmişdir.Bundan sonra atası anbarın mühafizəsini gücləndirməyə başlamışdır.24 mart 2021- ci il tarixdə saat 21 radələrində onların heyvanlarının saxlanmsında ona köməklik edən Şəfa ona məxsus olan mobil nömrəyə zəng vuraraq anbarın yanında olmasını, orada olan adamların həmin arpanı daşımasını bildirmişdir.O, yaşadığı kənddən anbarın yanına getmişdir.O, anbarın yanına çatarkən anbardan aralı bir-neçə yerdə topa halında yığılmış 27 kisə arpanın çöldə olmasını görmüşdür.Həmin arpa kanalın qırağı və anbardan kənarda olmuşdur.O, Şəfadan həmin arpanı kimin aparmasını soruşanda Şəfa ona onların işçisi olan Ülvünün arpanı oğurladığını və yanında da başqa bir- neçə nəfər şəxsin olmuş olduğunu demişdir.O da atası Yelmara zəng vuraraq mağazaya gəlməsini bildirmişdir.Atası ondan nə olmasını soruşarkən isə həmin yerə gələcəyi halda görəcəyini demişdir.Bundan sonra atası həımin anbarın yanına gəlmiş və o da olanlar barədə atası Yelmara danışmışdır.Onlar birlikdə anbara baxan zaman oğurluq edən şəxslərin həmin anbara yan tərəfdə olan dəmiri açarla boltunu açaraq içəri daxil olmasını bilmişlər.Bundan sonra atası Yelmar DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir.Suala cavab olaraq bildirir ki, həmin gün özünün işi olduğundan həmin yerə gedib anbara nəzarət etməsini Şəfaya tapşırdığından Şəfa həmin gün orada olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid6 Yaşir oğlu ifadəsində göstərmişdir ki, o, özü mal-qara alveri ilə məşğul olub və həm də quzu heyvanları saxlayır.Onun Ülvü və Nicat adlı tanışları da var.2021- ci ilin yanvar ayının axırlarında Ülvü ondan borc olaraq 100 manat pul istəmiş və həmin pulu 03 günə qaytaracağını ona demişdir.O da Ülvü ilə həmkəndli olduğuna görə heç bir problem olmadığını deyərək, ona 100 manat borc pul vermilşdir.Bundan təxminən 3 gün sonra Ülvü ona məxsus olan mobil nömrəyə zəng vuraraq onda satlıq arpa olmuş olduğunu, əgər istəyirsə ona həmin pulun əvəzi olaraq arpa verə biləcəyini bildirmişdir.O da Ülvünün bu təklifi ilə razılaşmışdır.Ülvü Nicatla birlikdə Nicata məxsus olan VAZ- 2107 markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobillə onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Ülvü və Nicat avtomobilin arxa tərəfində 06 ədəd sintetik kisələrdə olan arpanı ona göstərmişlər.O da həmin arpanı çəkən zaman 300 kq olmasını görmüşdür.Ülvüyə həmin arpanı ona neçəyə verəcəyini deyən zaman Ülvü həmin arpanın bir kilosunu 40 qəpiyə verəcəyini bildirmişdir.O, Ülvü ilə razılaşmış və ondan 300 kq arpanı 120 manata almışdır. Ülvü ona 100 manat borclu olduğundan əlavə Ülvüyə 20 manat da pul verməklə bu əsasda həmin arpanı Ülvüdən almışdır.Ülvüdən həmin arpanı haradan almış olduğunu soruşanda Ülvü arpanı alver edib almış olduğunu ona bildirmişdir.Bundan sonra Ülvü Nicatın avtomobili ilə çıxıb getmişdir.Təxminən aradan 1 həftə keçəndən sonra Ülvü ona məxsus mobil telefona zəng vuraraq onlarda satılası arpa olmuş olduğunu bildirmişdir.Ülvü onun yanına arpa gətirən zaman o, həmin arpanı haradan əldə edib gətirməsini soruşarkən, arpanı alver edib qazandığını, özünün olduğunu, problem olası deyil cavabını ona vermişdir.Ülvü Nicata məxsus VAZ- 2107 markalı avtomobillə 6 ədəd sintetik kisədə olaraq arpa gətirmişdir.Həmin arpanı çəkən zaman çəkisinin 300 kq olmuş olduğunu görmüşdür. Həmin arpanın kiloqramını 40 qəpikdən olmaqla ümumilikdə Ülvüyə 120 manat pul verərək həmin arpanı ondan almışdır.Bundan sonra həmin günü Ülvü və Nicat həmkəndliləri Xaqaniyə məxsus olan Qazel markalı avtomobillə onun evinin həyətinə gəlmişlər. Həmin vaxt Ülvü və Nicat avtomobildən 600 kq arpa boşaltmışlar.Həmin arpaya görə o, Ülvüyə 240 manat pul vermişdir. Bundan sonra isə ona heç bir arpa satılmamışdır.Suala cavab olaraq bildirir ki, Ülvü və Nicatın ona satmış olduğu arpanın oğurluq olmasından xəbəri olmamışdır.Ülvü həmin arpanın özünün olduğunu, oğurluq olmamasını bildirdiyindən o, həmin arpanın oğurluq mal olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Bərdə rayonunun Gələbədin kəndində yaşayır.Onun özünə məxsus Vaz- 21074 markalı 04 - BC-165 dövlət qeydiyyat nişanlı minik avtomobili var.O, həmin avtomobili təxminən 1 il əvvəl almış və öz adına da sənədləşdirmişdir.Avtomobili aldıqdan təxminən 1 ay sonra isə Ağcabədi RQİ və TBŞ- dən “ B” dərəcəli sürücülük vəsiqəsi əldə etmişdir.Həmin vaxtdan avtomobilini sürücülük vəsiqəsi əsasında idarə edərək yaşadığı kəndin ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq bu əsasda ailəsini dolandırır. 24 mart 2021- ci il tarixdə təxminən saat 20 radələrində həmkəndlisi Nicat mobil telefon vasitəsi ilə ona zəng edərək, həmkəndliləri ilə yeyib- içməyə getmək istədiklərini, bunun üçün avtomobilə ehtiyacları olmuş olduğunu bildirmiş və onun avtomobili ilə gəlməsini xahiş etmişdir.Təxminən 10 dəqiqə sonra o, yaşadığı evə gedərək avtomobilə əyləşmiş və yaşadığı kəndin çayxanasının qarşısına getmişdir.Həmin vaxt Nicatın həmkəndliləri Ülvü, Elşən və Zaur ilə orada dayanıb onu gözlədiklərini görmüşdür.O, Nicat və digərlərinin dayandıqları yerə çatıb avtomobilini saxladıqdan sonra onlar avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobildə sağ qabaq oturacaqda əyləşmiş Nicat ondan avtomobili Bərdə rayonu Bəcrəvan kəndi ərazisində yerləşən “ Bəxtiyarın kafesi “ adlandırılan obyektə doğru sürməyini bildirmişdir.O, həmin obyekt istiqamətində hərəkətə başlayaraq adı çəkilən kəndin ərazisinə çatarkın Nicat, Ülvü, Eləşən və Zaurun kafedən bir qədər aralıda yerləşən “ Xaçınçay “ restoranının qarşısında düşəcəklərini demişdir. Bu zaman o, həmin yerdə mağaza olduğundan Ülvü, Elşən və Zaurun mağazadan nə isə alıb gələcəklərini düşünmüşdür.Həmin şəxslər avtomobildən düşdükdən sonra o, Nicatla birlikdə “ Bəxtiyarın kafesi” nə çatıb içəri daxil olmuş və masalardan birinin üzərində əyləşib yemək sifariş etmişdir.Aradan hardasa 20 dəqiqqə keçərdi ki, Nicatın mobil telefonuna zəng gəlmişdir. Nicat ona Ülvünün zəng etməsini desə də zəngə cavab vermək üçün kafedən çölə çıxmışdır.Bir-neçə saniyə sonra isə içəri daxil olaraq təcili halda getməli olduqlarını söyləyib ancaq heç bir səbəb bildirməmişdir.O da Ülvünü, Elşəni və Zauru avtomobilindən düşürdüyü yerə gedib onları oradan avtomobilinə götürüb yaşadıqları kəndə qayıtmışlar.Həmin şəxslər avtomobilə əyləşdikdən sonra aralarında gedən söhbətlərdən onların oğurluq məqsədi ilə Bərdə rayonuna getmiş olduqlarını bilmişdir.Suala cavab olaraq bildirir ki, Nicat onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən Bərdə rayonunun Bəcrəvan kəndinə getmək üçün avtomobil lazım olduğunu bildirərəkən Nicatın və digərlərinin hansı məqsədlə Bərdə rayonuna getmələri barədə heç bir məlumatı olmamışdır.O, Nicat və digərilərinin oğurluq etmək üçün Bərdə rayonunun Bəcrəvan kəndinə getdiklərini ifadəsində də qeyd etdiyi kimi geriyə qayıdarkən bilmişdir. Cinayət işinin 13-14-cü vərəqəlində olan şübhəli şəxsin tutulması haqqında 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əmlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan eilməsi haqqında 29 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 154-cü vərəqəsində olan Ağcabədi RİHB-nın Gələbəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 31-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin cildinin 86-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 237-238-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 156-cı vərəqəsində olan Ağcabədi RİHB-nın Gələbəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 49-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin cildinin 97-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 106-ci vərəqəsində olan 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 253-254-cü vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 158-ci vərəqəsində olan Ağcabədi RİHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin cildinin 130-131-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 270-271-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Cinayət işinin 161-ci vərəqəsində olan Ağcabədi RİHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 187-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 aprel 2021-ci il tarixli 9/1933 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1400 kiloqram arpa məhsulunun 2021- ci ilin yanvar- fevral aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 630 manat ( 1400 kq x 0, 45 m) müəyyən edilir. Cinayət işinin 281-298-ci vərəqələrində olan 25.10.201-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında Qərardan görünür ki, 27 kisədə olan cəmi 1350 kq çəkidə arpa maddi sübut kimi tanınmış və sahibi - Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə barışmışdır, onlardan şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam dənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 oğlunun, Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 oğlunun, Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlu 25 mart 2021 ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 27 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 oğluna cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 25 mart 2021 ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 27 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 oğluna cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 25 mart 2021 -ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 27 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, uşağının xəstə olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 10 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişsir. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs4 Şükür oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 Şükür oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlundan, Təqsirləndirilən şəxs2 oğlundan, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Maddi sübut hesab olunan 27 kisədə olan cəmi 1350 kq çəkidə arpa məhsulun Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun 25 mart 2021-ci il tarixindən 27 mart 2021-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 01 ( bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 25 mart 2021-ci il tarixindən 27 mart 2021-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 25 mart 2021-ci il tarixindən 27 mart 2021-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Şükür oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) aymüddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs4 Şükür oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 Şükür oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 Şükür oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Şükür oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 oğlundan, Təqsirləndirilən şəxs2 oğlundan, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Maddi sübut hesab olunan 27 kisədə olan cəmi 1350 kq çəkidə arpa məhsulun Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar