Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-18/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 03 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,443 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 21 sentyabr 2022-ci il tarixdə saat 03:30 dəqiqədə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,443 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə etdiyi üçün üzərində narkotik vasitə gəzdirirmiş. 21 sentyabr 2022-ci il tarixdə saat 03:30 radələrində o, S.Zöhrabəyov küçəsində olan zaman ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində narkotik vasitəsi olması barədə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birgə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçisi Müdafiəçi1 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, könüllü olaraq əyninə geyindiyi şalvarın sağ yan cibində saxladığı bir ədəd qara rəngli poletilen kəsiyi bükümdə narkotiki təqdim etmişdir. O, həmin narkotikin “heroin” kimi adlanan maddə olduğunu bildirmiş, həmin polietilen kəsiyi bükümündə olan maddə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmişdir. Elekron tərəzidə bir ədəd qara rəngli polietilen kəsiyi bükümdə olan narkotik vasitənin ümumi çəkisi 0,65 qram olmuşdur. Narkotik maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və onlar imzaladıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, narkotik maddə olan heroini istifadə və çəkdiyi üçün üzərində gəzdirirmiş, narkotik maddəni heç kimdən almamış, yaşadığı ərazidə yerdən tapmışdır. Məhkmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 21 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, onun və Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 və Bərdə Rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor-kriminalisti polis baş leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı S.Zöhrabəyov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs həmin küçədə saat 03:30-da yaxınlaşaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Orada dövlət hesabına Bərdə Vəkillər Birosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etməsi üçün dəvət edildikdən sonra polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru İftixar Səfərov tərəfindən izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünü çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünə baxış keçrildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş heroin yaşadığı ərazidə yerdən tapmış, şəxsi istifadəsindən ötrü üzərində saxlamışdır. Bundan sonra həmin 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümü içərisində olan narkotik vasitə heroinə bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümü 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, onun və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və Bərdə Rayon Polis Şöbəsinin Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı S.Zöhrabəyov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs həmin küçədə saat 03:30-da yaxınlaşaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Orada dövlət hesabına Bərdə Vəkillər Birosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etməsi üçün dəvət edildikdən sonra polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru İftixar Səfərov tərəfindən izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünü çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünə baxış keçrildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş heroin yaşadığı ərazidə yerdən tapmış, şəxsi istifadəsindən ötrü üzərində saxlamışdır. Bundan sonra həmin 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümü içərisində olan narkotik vasitə heroinə bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümü 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş şahid X8 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin PPXB-də polis serjantı vəzifəsində işləyirş. 21 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, onun və Bərdə RPŞ-nin əməliyyatçısı Şahid2 və Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti polis baş leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı S.Zöhrabəyov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs həmin küçədə saat 03:30-da yaxınlaşaraq Bərdə RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmişdir. Orada dövlət hesabına Bərdə Vəkillər Birosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etməsi üçün dəvət edildikdən sonra polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru İftixar Səfərov tərəfindən izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünü çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünə baxış keçrildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş heroin yaşadığı ərazidə yerdən tapmış, şəxsi istifadəsindən ötrü üzərində saxlamışdır. Bundan sonra həmin 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümü içərisində olan narkotik vasitə heroinə bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümü 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 21 sentyabr 2022-ci il tarixli 16/1128 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut..” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,443 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 05 noyabr 2022-ci il tarixli 1694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiisdifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən, selofana bükülmüş kütləni çıxardaraq təqdim etmiş, həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 31 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tapşırığa uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini hər hansı bir şəxsdən əldə etməsi və əvvəllər qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 aprel 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,443 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,393 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 noyabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağdam rayon İcra hakimiyyəti Başçısının Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X5 həqiqətən 1982-ci il tarixdə döğulub, hal-hazırda Ağdam rayonu Seyidli kəndində daimi qeydiyyatdadır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı hazırlıq iclasında iştirak etməkdən yayınmış və yayınmasının səbəbini bildirməmişdir. Bununlada barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizm” qətimkan tədbirinin tələblərini pozaraq məhkəmədən qaçıb gizlənərək məhkəmədən yayınmışdır. Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində axarış elan edilmiş və seçilmiş “başqa yerə getməmək haqqında iltizm” qətimkan tədbiri ləğv ediləərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 15 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 28 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə Bərdə rayonu ərazisində tutularaq Bərdə Rayon Polis X6 Yerinə təhvil verilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,443 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 21 sentyabr 2022-ci il tarixdə saat 03:30 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,443 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini onunla əsaslandırır ki, əvvəllər Təqsirləndirilən şəxs 11 iyul 2017-ci il tarixdə Bərdə Rayon Mməhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmüş və ödənilmiş olsa da, təqsirləndirilən şəxs çox uzun müddət keçməmiş yenidən cinayət törətmiş, məhkəmə istintaqından qərəzli şəkildə yayınmış, məhkəmə iclasındakı davranışı və “gülərək əməlindən peşman olmasını” bildirməsi, o cümlədən “narkotiki yaxşı axtaran tapar” deməsi onun hələ də islah edilmədiyinə dəlalət edir. Bu səbəblərə görə də məhkəmə hesab edir ki, əvvəllər təyin edilmiş cəza onun islah edilməsində yetərli qədər təsirli olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngəlləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu məhkəmə iclasına gəlməkdən yayındığından Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixi qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bərdə rayon Polis Şəbəsindən daxil olmuş 138-46454 saylı 28 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə Bərdə rayonu ərazisində tutularaq Bərdə rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmiş və barəsində açılmış 300421/22 saylı axtarış işinə xitam verilmişdir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərar ilə hazırki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün həbsdə saxlamanın müddəti, azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,443 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,393 qram olan maddə kustar üsulla hazırlanmış vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 0,393 qram olan maddə kustar üsulla hazırlanmış vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, 32,40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 21 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 0,393 qram olan maddə kustar üsulla hazırlanmış vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-18/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-18/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver