Məhkəmə qərarları › İş №1(021)-18/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-18/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-18/2025 01.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1959-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, sürücü işləyən, məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmа cinayət əməlini törətmişdir. Bеlə ki, о, texniki cəhətdən saz vəziyyətdə olan, sürücü işlədiyi “Azər Petrol” YDMnin sahibi Şahid2 qohumu X6 məxsus, etibarnamə əsasında ayıq şəkildə AE923337 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Kamaz-53229” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı yük avtomobili ilə 16 oktyabr 2023-cü il tarixdə səhər saat 09:30 radələrində "xxxx" QSC-nin Bərdə 5 saylı Neft-baza sahəsində "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza sahəsində süzücü-tökücü(doldurucu) vəzifəsində işləyən X8 avtomobildə yerləşən çənə yanacaq doldurmaq üçün çənin üstündə olan zaman hərəkətə başlayarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunlara əməl etməyərək yol hərəkəti qaydalarını pozub avtomobili hərəkət etdirmiş, avtomobilin hərəkət etməsi nəticəsində X8 avtomobildə yerləşən çənin üstündən yerə yıxılaraq sonuncuya ağır qapalı kəllə-beyin travması, başbeyin qişlaraına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, başın sağ gicgah və sol gicgah-təpə sümüyün sınığı, kəllə əsasının sınığı, sol İİİ-İV-V-Vİ qabırğalarının sınığı, yoğun bağırsaq müsariqəsinə qansıma, qarın nahiyyəsinin qançırları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan X4 ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, 2019-cu ildən etibarən Ağcabədi şəhəri Səməd Vurğun küçəsində fəaliyyət göstərən “Azər Petrol” yanacaq doldurma məntəqəsində sürücü işləmişdir. Etibarnamə ilə ona təhkim olunmuş **-BD-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobil ilə “Azər Petrol” YDM-nə "xxxx" QSC-nin Bərdə 5 saylı Neft-baza sahəsindən yanacaq daşımışdır. 16 oktyabr 2023-cü il tarixdə səhər saat 09:30 radələrində idarə etdiyi “Kamaz” markalı avtomobil ilə "xxxx" QSC-nin Bərdə 5 saylı Neft-baza sahəsinə getmiş, avtomobili yanacaq doldurma sahəsində saxlamış və aşağı düşmüşdür. Həmin vaxt doldurucu X8 avtomobilin üzərində olan çənin üzərində çənlərə dizel və benzin doldurmuşdur. O, orada ayaqyoluna gedib geri qayıtmış və avtomobilə əyləşmişdir. Ayaqyoluna gedərkən Seymur Məcidov çənin üzərində olmuş, lakin geri qayıdarkən Seymurun çənin üzərində olub-olmamasına fikir verməmişdir. O, sükan arxasında olarkən çənlərin doldurulduğunu zənn etmiş və avtomobili işə salıb bir qədər qarşıya doğru 1,5-2 metr məsafədə hərəkət etmişdir. Çöldən səs-küy eşidib avtomobili dərhal saxlayıb aşağı düşmüşdür. Aşağı düşəndə Seymur Məcidovun arxası üstə yerdə uzanaqlı halda olduğunu görmüşdür. O, başa düşmüşdür ki, Seymur Məcidov avtomobilin üzərindən yerə yıxılıbdır. Dərhal orada olan işçilərlə birlikdə Seymuru götürüb Bərdə RMX-ya aparmışlar. Orada Seymurun vəziyyətinin ağır olmasını öyrənmişdir. Seymurun çənin üzərində olmasını bilməmişdir, Seymurla yaxın dostluq münasibəti olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisədən yayına bilməmiş, hadisə baş verən zaman ona heç bir avtomobil maneə yaratmamış, o, ümumiyyətlə spirtli içkidən istifadə etməmiş, hadisə zamanı da tam ayıq olmuş, hadisə baş verən zaman idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş, hadisə zamanı avtomobildə tək olmuş, hadisədən sonra orada olan işçilərlə birlikdə Seymuru götürüb Bərdə RMX-ya aparmış,orada Seymura ilkin tibii yardım göstərilmiş, əməlindən səmimi peşmandır. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi: Məhkəmədə ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X8 onun həyat yoldaşı olmuşdur. Seymur Məcidov ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşdur. Nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X9 adlı 1(bir) qız övladı vardır. Ailələrində yeganə işləyən şəxs Seymur olmuş, ailələrinin maddi durumun Seymur təmin etmişdir. Mərhum həyat yoldaşı Seymur Məcidov "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza sahəsində süzücütökücü(doldurucu) vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həyat yoldaşı Seymurun sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilində yerləşən çəni doldurmaq üçün çənin üstündə olarkən avtomobilin hərəkət etməsi nəticəsində oradan yerə yıxılaraq xəsarətlər alması və vəziyyətinin ağır olması barədə məlumat almışdır. Sonra Seymuru müalicə olunması üçün koma vəziyyətində Bakı şəhərində yerləşən “EGE Hospital”a aparmışlar. Seymur hadisə nəticəsində koma vəziyyətində müalicə almışdır. Seymur 10 noyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində yerləşən “EGE Hospital”da vəfat etmişdir. Daha sonra həyat yoldaşı mərhum X11 rayonuna gətirib dəfn etmişlər. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından "xxxx" QSC-nin 5 saylı X19 Sahəsində rəis vəzifəsində işləmişdir. Onun əsas vəzifəsi rəhbəri olduğu idarədə işçilərin üzərində nəzarət etməkdən ibarətdir. X8 rəhbəri olduğu idarədə süzücü-tökücü vəzifəsində işləmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xidməti zərurətdən Ucar rayonunda olmuşdur. Bu vaxt idarədən ona zəng olunmuş və bildirilmişdir ki, Seymur Məcidov avtomobilə yanacaq doldurarkən sürücü Təqsirləndirilən şəxs avtomobili idarə etməsi nəticəsində avtomobilin üzərindən yerə yıxılmış və müxtəlif dərəcəli xəsarətlər almışdır. Bundan sonra o, idarəyə gəlmiş və baş verən hadisə ilə bağlı yuxarı rəhbərliyi rəsmi formada məlumatlandırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən isə 5 saylı X19 Sahəsində Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləmişdir. ƏMTTM-in vəzifəsi sahədə bütün işləri təhlükəsizlik texnikası üzrə təlimatlandırmaq, yağın mühafizəsi üzrə tədbirləri keçirmək, əməyin mühafizəsi üzrə bütün işçiləri təlimatlandırmaqdan ibarətdir. 5 saylı Bərdə NBS-də sahə rəisi və ƏMTTM-dən başqa baş mühasib, kargüzar, baş mexanik, elektrik montyoru, yardımçı fəhlə, süzücü-tökücü(doldurucu), nasos qurğuları üzrə maşinist, anbar müdiri vəzifələri vardır. Bildiyimiz kimi mühasib mühasibat-uçot işlərinə baxır. Baş mexanik vəzifəsində X7r, başqa mexanik və ya baş mexanik yoxdur. Baş mexanik avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir. Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernleşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir. Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina ve qurğuların yenidən qurulmasında iştirak edir. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikasi qaydalarına riayət edilməsini təmin edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi müəssisənin rəhbəri Şahid1 xidməti zərurətdən Ucar rayonuna getmişdir. 16 oktyabr 2023-cü il tarixdə səhər saat 09:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı avtomobil ilə "xxxx" QSC-nin Bərdə 5 saylı Neft-baza sahəsinə gəlmişdir. Orada yanacaq doldurmuşdur. Təqsirləndirilən şəxs avtomobili yanacaq doldurma sahəsində saxlayıb avtomobildən aşağı düşmüşdür. Həmin vaxtı doldurucu X8 avtomobilin üzərində olan çənin üzərində çənlərə dizel və benzin doldurmuşdur. Təqsirləndirilən şəxs orada ayaqyoluna gedib geri qayıtmış və avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs geri qayıdıb avtomobilə əyləşən zaman Seymur Məcidov çənin üzərində olmuşdur. Təqsirləndirilən şəxs anidən avtomobili işə salıb bir qədər qarşıya doğru 1,5-2 metr məsafədə hərəkət etmişdir. Bu vaxt Seymur Məcidov avtomobilin üzərindən yerə yıxılmış və arxası üstə yerdə uzanaqlı halda qalmışdır. Səs-küyə sürücü Təqsirləndirilən şəxs dərhal avtomobildən düşüb yanlarına gəlmişdir. Dərhal orada işçilər ilə birlikdə Seymuru götürüb Bərdə RMX-ya aparmışlar və bu barədə telefon ilə işlədiyi müəssisənin rəhbəri Şahid1 zəng edib məlumat vermişdir. Həmçinin, şahid qismində dindirilmiş Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, işçi 5 saylı Berde NBSdə işə qəbul ediləndə baş idarə, yəni işə götürən tərəfindən giriş təlimat verilir. Bundan sonra sahədə işlədikcə də tərəfindən işçilər tez-tez təlimatlandırılırlar, bilikləri yoxlanılır. Sahədə vaxtaşırı təlimat 3 ayda bir dəfədən az olmayaraq keçirilir, ümumiyyətlə sürücülər tez-tez 5 saylı Bərdə NBS-in ərazisinə girib çıxdıqları üçün hər dəfə onlara təlimat verilməmiş, amma hər bir sürücüyə heç olmasa 1 dəfə təlimat verilmişdir. xx.xx.2023-cü ildə sürücü Təqsirləndirilən şəxs təlimat verilməmişdir. Sonuncu dəfə həmin sürücüyə nə vaxt rəsmi sənəd üzərində təlimat verdiyini xatırlamamışdır. Sürücü 5 saylı Bərdə NBS-in ərazisinə daxil olduqda doldurma məntəqəsində avtomobilə, sürücüyə Sahə rəisi də daxil olmaqla o, nəzarət etməlidir. 3 aylıq vaxtaşırı təlimatdan başqa hər gün səhər tezdən işçilərə şifahi təlimat vermişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, evlidir, əvvəllər məhkumluğu olmayıbdır. Ağcabədi şəhəri Səməd Vurğun küçəsində fəaliyyət göstərən “Azər Petrol” yanacaq doldurma məntəqəsi özünə məxsusdur. Təqsirləndirilən şəxs onun işçisidir. Belə ki, Təqsirləndirilən şəxs vəzifəsi etibarnamə ilə təhkim olunmuş **-BD-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobil ilə “Azər Petrol” YDM-nə Bərdə 5 saylı Neft baza sahəsindən yanacaq daşımaqdır, aylıq əmək haqqı 345 manatdır, əmək haqqısı hər ayın sonunda əlbəəl verilmişdir. **-BD-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobil əmisi X6 məxsusdur, lakin, etibarnamə əsasında avtomobili YDM-nə işlətmələri üçün Təqsirləndirilən şəxs veribdir. Sonuncu dəfə 16 oktyabr 2023-cü il tarixdə səhər saat 09:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı avtomobil ilə Bərdə 5 saylı Neft baza sahəsinə getmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng etmiş və bildirmişdir ki, Seymur Məcidov adlı neft-bazanın işçisi avtomobilə yanacaq doldurarkən Məmmədin avtomobili idarə etməsi nəticəsində avtomobilin üzərindən yerə yıxılmış və müxtəlif dərəcəli xəsarətlər almışdır. Bundan sonra o, baş verən hadisə ilə bağlı məlumatlanmışdır. Cinayət işinin materiallarına istinadlar: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza Sahəsinin yanacaq doldurma ərazisidir. Ərazidə 4 ədəd yanacaq doldurma qurğusu vardır. Yaşıl rəngdə olan qurğu benzin, göy rəngdə olan qurğular isə dizel yanacağının doldurulması üçün nəzərdə tutulmuşdur. Hadisə, yəni X8 yıxılan zaman eni 6,3 metr, uzunluğu 6 metr olan dizel yanacağı üçün nəzərdə tutulan yanacaq doldurma qurğusundan istifadə edilmişdir. Həmin vaxt Kamaz markalı **-BD-*** d.q.n-li yanacaq daşıyan avtomobil olmuşdur. Hadisə yeri bərpa edilmişdir. Sürücü Təqsirləndirilən şəxs avtomobili eyni qaydada saxlamışdır. Avtomobilin arxa tərəfində üzərinə quraşdırılmış çənə çıxmaq üçün nərdivan vardır. Nərdivanın başlanğıcından yerə qədər məsafə 1,37 metrdir. Nərdivan 6 pilləlidir, dəmir materialdan hazırlanmışdır. Avtomobilin çəninin üzərindən yerə qədər məsafə 2,95 metrdir. Yer köhnə asfalt-beton örtüklüdür. Hadisə yerində iş üçün əhəmiyyətli hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Ətrafda hadisəni videogörüntüylə qeydə almış müşahidə kamerası aşkar edilmiş və hadisənin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk əldə edilmişdir (cild 1, iş vərəqləri 11-19, 48). Cinayət işi materiallarına əlavə edilmiş DVD diskdə əks olunmuş videoçəkilişə məhkəmə iclasında baxış keçirilməsi zamanı müəyyən olundu ki, video görüntüdə xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza sahəsində süzücü-tökücü(doldurucu) vəzifəsində işləyən X4 Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilində yerləşən çəni doldurmaq üçün çənin üstündə olarkən avtomobilin hərəkət etməsi nəticəsində ordan yerə yıxılaraq xəsarətlər alması öz əksini tapmışdır. “İfadənin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza sahəsində xx.xx.2023-cü il tarixdə səhər saatlarında "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza sahəsində süzücütökücü(doldurucu) vəzifəsində işləyən X1 idarə etdiyi “Kamaz” markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilində yerləşən çəni doldurmaq üçün çənin üstündə olarkən avtomobilin hərəkət etməsi nəticəsində oradan yerə yıxılaraq xəsarətlər almasının bаş vеrməsi mехаnizmini əyani formada göstərmişdir (cild 2, iş vərəqləri 103-104). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 53 nömrəli rəyindən görünür ki,

1. X1 meyitinin bədənində aşağıdakı xəsarətlər- ağır qapalı kəllə-beyin travması, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, başın sağ gicgah və sol gicgah-təpə sümüyünün sınığı, kəllə əsasının sınığı, sol İİİ-İV-V-Vİ qabırğaların sınığı, yoğun bağırsaq müsariqəsinə qansızma, qarın nahiyəsinin qançırları vardır.

2. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin kimi olmaqla törənə bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.

3. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızmalar olmuşdur.

4. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 6-7 saat olar baş vermişdir.

5. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli 4098/K №-li maddi sübutların müayinəsi aktı) (cild 2, iş vərəqləri 110-115). Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 09 aprel 2024-cü il tarixli 8/4xxxx/1042 nömrəli rəyindən görünür ki: 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3-6. Baş vermiş hadisə ilə əlaqədar “Neft baza və yanacaqdoldurma məntəqələrinin istismarında təhlükəsizlik texnikası və sənaye sanitariyası qaydaları”nın 1.7.11, 1.7.21, 2.6.2 bəndlərinin tələbləri pozulmuşdur. "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza sahəsində yanacağın təhlükəsizlik qaydalarına uyğun avtosisternaya doldurulması üçün platforma və məhəccərləri olan metal pilləli stasionar pilləkənlərin quraşdırılması və avtosisterna sürücüsünün neft məhsullarının yüklənməsinə dair təlimatlandırılması təşkil olunmadığına görə, “Neft baza və yanacaqdoldurma məntəqələrinin istismarında təhlükəsizlik texnikası və sənaye sanitariyası qaydaları”nın 1.7.11, 1.7.21, 2.6.2 bəndlərinin tələbləri 5 saylı Bərdə Neft-baza sahəsinin rəisi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların pozulması halı müəyyən edilmədi. “Kamaz” markalı, **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilinin texniki vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olub-olmaması əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. (cild 2, iş vərəqləri 129-131) Təkrar əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 23 noyabr 10/8939 nömrəli rəyindən görünür ki:

1. Baş vermiş hadisə ilə əlaqədar «Neft baza və yanacaqdoldurma məntəqələrinin istismarında təhlükəsizlik texnikası və sənaye sanitariyası qaydaları»nın (ΗΠΑΟΠ 63.2- 1.13-87) 1.7.21 və 2.6.2 bəndlərinin tələbləri pozulmuşdur.

2. "Kamaz" markalı **-BD-*** dövlət nömrə nişanlı yük avtomobilinin texniki vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. "xxxx" QSC-nin Bərdə 5 saylı Neft-baza sahəsinin yanacaq doldurulan ərazisində 1.5 metr hündürlükdə yerləşən tutumlarda işlərin aparılması üçün nəzərdə tutulmuş meydançanın quraşdırılmadığını nəzərə aldıqda, həmin sahənin texniki vəziyyətinin «Neft baza və yanacaqdoldurma məntəqələrinin istismarında təhlükəsizlik texnikası və sənaye sanitariyası qaydaları»nın (ΗΠΑΟΠ 63.2-1.13-87) tələblərinə uyğun olmadığı müəyyən edilir.

3. "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza sahəsinin yanacaq doldurulan ərazisində işin təhlükəsiz aparılması üçün müvafiq tədbirlərin görülməsi, konkret halda 1.5 metr hündürlükdə yerləşən tutumların yaxınlığında meydançanın quraşdırılması və avtosisterna sürücülərinin neft məhsullarının yüklənməsi və boşaltılması zamanı təhlükəsizlik qaydaları barədə təlimatlandırılması təmin edilmədiyinə görə, «Neft baza və yanacaqdoldurma məntəqələrinin istismarında təhlükəsizlik texnikası və sənaye sanitariyası qaydaları»nın (ΗΠΑΟΠ 63.2-1.13-87) 1.7.21 və 2.6.2 bəndlərinin tələbləri "xxxx" QSC-nin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş X8 və təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Zərərçəkmiş və təqsirləndirilən şəxsin əməyin şəxsin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tanış edilib-edilməməsinin, həmçinin hansı nsı təlimat təlimatla təlimatlandırılmasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. AE923337 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Ağcabədi RQİTBŞsi tərəfindən Təqsirləndirilən şəxs verilmişdir, “BC” dərəcəlidir, xx.xx.2029-cu il tarixədək etibarlıdır (cild 1, iş vərəqi 22). Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Kamaz-53229” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı yük avtomobili xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Ağcabədi 6 SAY RQİM tərəfindən verilmiş AA № 142108 nömrəli şəhadətnaməyə əsasən Ağcabədi şəhəri S.Vurğun küçəsi ev 128 sakini X6 məxsus olmuş və xx.xx.2019-cu il tarixli ƏN-İV № 763607 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamə ilə 10 il müddətinə Təqsirləndirilən şəxs etibar edilmişdir (cild 1, iş vərəqləri 23-24). xx.xx.2023-cü il tarixli xxxxxxx000303 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid2 məxsus yanacaq doldurma məntəqəsində 345 manat əməkhaqqı qarşılığında sürücü işləmişdir (cild 1, iş vərəqi 29). xx.xx.2023-cü il tarixli 1AH09LK000201 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, mərhum X8 "xxxx" QSC-nin 5 saylı Bərdə Neft-baza Sahəsində 532 manat əməkhaqqı qarşılığında süzücütökücü (doldurucu) işləmişdir (cild 1, iş vərəqi 39). 17 noyabr 2023-cü il tarixli AZ-İİ № 387848 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, mərhum X8 10 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonunda ölmüşdür (cild 2, iş vərəqi 83). Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, sürücü Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır (cild 1, iş vərəqi 189). “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X16 20 noyabr 2023-cü il tаriхli məktubundan görünür ki, Təqsirləndirilən şəxs оğlu “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X16 Poliklinika şöbəsinin nаrkоlоji və ruhi-əsəb kаbinetlərində dispanser qeydiyyаtdа yoxdur (cild 2, iş vərəqi 90). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 21 noyabr 2023-cü il tаriхli məktubundan görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 dispanser qeydiyyаtdа yoxdur və müalicə olunmamışdır (cild 2, iş vərəqi 91). Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 noyabr 2023-cü il tarixli 4572 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X2 şəhəri S.Vurğun küçəsi ev 269-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqləri 192-193). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 85).

Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:

1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl ehtiyatsızlıqdan törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyalarına aiddir.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan hadisə yerinə baxış protokolundan, videomüşahidə kamerasının görüntülərindən, məhkəmə-tibbi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərindən və digər sənədlərdən, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.

3. Belə ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.

4. Azərbaycan Respublikasının Ali Məhkəmənin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 12-ci bəndinə əsasən, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.

5. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” 03 iyun 1998-ci il tarixi 517- İQ nömrəli Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

6. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsinin idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməlidir.

7. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək əsas və əlavə cəzanın həddi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır.

8. Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddəti 3 il olaraq müəyyən edilməlidir. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.

9. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının müddəti 1 il 6 ay olaraq müəyyən edilməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir.

10. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut qismində tanınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.

12. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 235 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

13. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003- cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

2. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.

3. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın.

4. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza – nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanı çəkdiyi bütün müddətə və hazırkı hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilsin.

5. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

6. İş üzrə maddi sübut qismində tanınmış, hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın.

7. Məhkəmə məsrəfi hesab edilən 235 (iki yüz otuz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.

8. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

9. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar