Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-180/2024 10.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1971-ci ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPMnin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 96,58 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvanda saxlamış, 31 iyul 2024-cü il tarixdə saat 12 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana baxış keçirilən zaman Bərdə rayonu Qaradəmirçi kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yarımçıq tikilidən təmiz çəkisi 96,58 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş və elə həmin ünvanda da ailə üzvləri ilə birlikdə yaşamışdır. Evlidir, himayəsində xx.xx.2008-ci il təvəllüdlü, İsmayıl adlı 1(bir) oğlan və xx.xx.2010-cu il təvəllüdlü, Lalə adlı 1(bir) qız övladı vardır. Fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamışdır. O, təxminən 30(otuz) ildir narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən bu ilin aprel ayında dəqiq tarixini və vaxtını xatırlamadığı zamanda yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin içərisində bir müddət əvvəl tapdığı narkotik vasitə qurudulmuş marixuananı istifadə etdiyi zaman toxumunu bitməsi üçün torpağa səpib əkmişdir. Həmin toxumun 1(bir) ay sonra inkişaf etdiyini görmüşdür. Həmin gündən sonra mütəmadi olaraq narkotik tərkibli çətənə bitkisi koluna su, gübrə verib qulluq etməyə başlamışdır. Təxminən 3-4 dəfə müxtəlif vaxtlarda kolun yarpaqlarını şəxsi istifadəsi üçün qırıb qurudaraq istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin içərisində şəxsi istifadəsi üçün əkdiyi 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi kolunun yarpaqlarını qırıb quruması üçün orada olan dəmir listin üzərinə sərmişdir. Həmçinin, onun narkotik vasitə istifadə etməsi və yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkisi əkib becərməsi barədə ailə üzvlərinin və ya digər şəxslərin heç bir məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında küçədə olarkən bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşmışlar, xidməti vəsiqələrini təqdim edib Bərdə RPŞ-nin polis əməkdaşları olduqlarını, qanunsuz olaraq yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşlarına səmimi olaraq həqiqətəndə yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik tərkibli bitki əkib becərdiyini bildirmişdir. Polis əməkdaşları ona yaşadığı ünvanda şəxsi istifadəsi üçün əkib becərdiyi narkotik tərkibli bitkini könüllü olaraq təqdim etməsini təklif etmişlər, o, da razılıq vermiş, ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar, həyətdə yerləşən yarımçıq tikilinin içərisində əkib becərdiyi 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi kolunu və qırıb quruması üçün orada olan dəmir listin üzərinə sərdiyi həmin bitkinin yarpaqlarını təqdim etmişdir. Polis əməkdaşları tərəfindən əkib becərdiyi 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi koluna və qırıb quruması üçün dəmir listin üzərinə sərdiyi həmin bitkinin yarpaqlarına baxış keçirilmişdir. 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 2,810 kq olması müəyyən olunmuşdur. Sonra 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi baş-başa keçirilmiş sintetik kisədə qablaşdırılmış, üzəri tərəflərindən imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra dəmir listin üzərində olan əkmiş olduğu 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisindən qırmış olduğu yarpaqları, yəni qurudulmamış marixuana iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 112 qram olması müəyyən olunmuşdur. Sonra həmin qurudulmamış marixuana 1(bir) ədəd ağ rəngli polietilen torbada qablaşdırılmış, üzəri tərəflərindən imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları ondan evdə və həyətyanı sahəsində başqa hər hansı bir qanunsuz əşya və ya predmet olub olmadığını soruşmuşlar, o, qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmiş, lakin, hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ona birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən vəkilinin və proses iştirakçıların yanında Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçısı tərəfindən izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. O, heç bir etirazının olmadığını bildirmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa və üzərində olan bütün əşya və predmetləri masanın üzərinə qoyması təklif edilmişdir. O, əynində olan qısaqol köynəyin döş cibindən 1(bir) ədəd alışqanı və içərisində siqaretlər olan 1(bir) ədəd siqaret qutusunu, əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd cib dəsmalını, əynində olan şalvarın sağ arxa cibindən 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və 27(iyirmi yeddi) manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra onun üzəri polis əməkdaşı tərəfindən yoxlanılmış, lakin, heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca üzərindən aşkar edilmiş, 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi istintaq zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Ardınca üzərindən aşkar edilmiş 1(bir) ədəd alışqan, içərisində siqaretlər olan 1(bir) ədəd siqaret qutusu, 1(bir) ədəd cib dəsmalı, 27(iyirmi yeddi) manat pul özünə geri qaytarılmışdır. Ona təhqiqatçı tərəfindən saxlanılarkən, yaşadığı ünvana baxış keçirilərkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təziqə və zorakılığa məruz qalıb-qalmaması, yaşadığı ünvandan aşkar olunaraq götürülmüş həmin narkotik vasitə və narkotik tərkibli bitkinin ona məxsus olmasını səmimi etiraf edib-etməməsi sorğu edilmişdir. O, polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını, yaşadığı ünvandan aşkar olunaraq götürülmüş həmin narkotik vasitə və narkotik tərkibli bitkinin özünə məxsus olduğunu bildirmişdir. Bunun ardınca proses iştirakçılarına prosesin keçrilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olub-olmaması təhqiqatçı tərəfindən sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. O, tutduğu əməldən səmimi peşmandır.Məhkəmədən bağışlanmağını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 31 iyul 2024-cü il tarixdə ona Bərdə rayonu Qaradəmirçi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 12 radələrində təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirəcəkləri üçün aqronomu orada mütəxəssis qismində iştirak etməyə dəvət etmişdir. Aqronom onlarla birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında küçədə olarkən yaxınlaşmışlar, xidməti vəsiqələrini təqdim edib Bərdə RPŞ-nin polis əməkdaşları olduqlarını, qanunsuz olaraq yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs səmimi olaraq həqiqətəndə yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik tərkibli bitki əkib becərdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvanda şəxsi istifadəsi üçün əkib becərdiyi narkotik tərkibli bitkini könüllü olaraq təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs razılıq vermiş, ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar, həyətdə yerləşən yarımçıq tikilinin içərisində əkib becərdiyi 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi kolunu və quruması üçün orada olan dəmir listin üzərinə sərdiyi bitkinin yarpaqlarını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 30(otuz) ildir narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etməsini, təxminən bu ilin aprel ayında dəqiq tarixini və vaxtını xatırlamadığı zamanda yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin içərisində bir müddət əvvəl tapdığı narkotik vasitə qurudulmuş marixuananı istifadə etdiyi zaman toxumunu bitməsi üçün torpağa səpib əkdiyini, həmin toxumun 1(bir) ay sonra inkişaf etdiyini görməsini, həmin gündən sonra mütəmadi olaraq narkotik tərkibli çətənə bitkisi koluna su, gübrə verib qulluq etməyə başladığını, təxminən 3-4 dəfə müxtəlif vaxtlarda kolun yarpaqlarını şəxsi istifadəsi üçün qırıb qurudaraq istifadə etməsini, xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində həyətyanı sahədə yerləşən yarımçıq tikilinin içərisində şəxsi istifadəsi üçün əkdiyi 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi kolunun yarpaqlarını qırıb quruması üçün orada olan 1(bir) ədəd dəmir listin üzərinə sərməsini, narkotik vasitə istifadə etməsi və yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkisi əkib becərməsi barədə ailə üzvlərinin və ya digər şəxslərin heç bir məlumatı olmadığını bildirmişdir. Bitkinin dibində torpaq üzərində peyin olduğu açıq görünmüşdür. Aqronom bitkiyə baxış keçirmiş və aqrotexniki qulluq olunduğunu bildirmişdir. Aşkar edilmiş 1(bir) ədəd çətənə bitkisi baş-başa keçirilmiş sintetik kisədə qablaşdırılmış, təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək ümumi çəkisinin 2,810 kq olması müəyyən olunmuş və DİN-nin 94 saylı möhürü ilə möhürlənib istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmış, ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən 1(bir) ədəd dəmir listin üzərində olan narkotik tərkibli çətənə bitkisinin yarpaqları, yəni qurudulmamış marixuana 1(bir) ədəd ağ rəngli polietilen torbada qablaşdırılmış, elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 112 qram olması müəyyən olunmuş və DİN-nin 94 saylı möhürü ilə möhürlənib istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmış, ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs evdə və həyətyanı sahədə başqa hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra tərəflərindən evə və həyətyanı sahəyə baxış keçirilmiş, lakin, hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən saxlanılarkən, yaşadığı ünvana baxış keçirilərkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təziqə və zorakılığa məruz qalıb-qalmaması, ünvanından aşkar olunaraq götürülmüş həmin narkotik vasitə və narkotik tərkibli bitkinin ona məxsus olmasını səmimi etiraf edib-etməməsi sorğu edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını, ünvanından aşkar edilən həmin narkotik vasitə və narkotik tərkibli bitkinin özünə məxsus olduğunu bildirmişdir. Bunun ardınca proses iştirakçılarına prosesin keçrilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olub-olmaması təhqiqatçı tərəfindən sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs ünvanına baxış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən vəkilinin və proses iştirakçıların yanında Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçısı tərəfindən izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa və üzərində olan bütün əşya və predmetləri masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qısaqol köynəyin döş cibindən 1(bir) ədəd alışqanı və içərisində siqaretlər olan 1(bir) ədəd siqaret qutusunu, əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd cib dəsmalını, əynində olan şalvarın sağ arxa cibindən 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və 27(iyirmi yeddi) manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri tərəfindən yoxlanılmış, lakin, heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi istintaq zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Ardınca üzərindən aşkar edilmiş 1(bir) ədəd alışqan, içərisində siqaretlər olan 1(bir) ədəd siqaret qutusu, 1(bir) ədəd cib dəsmalı, 27(iyirmi yeddi) manat pul özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən saxlanılarkən, yaşadığı ünvana baxış keçirilərkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təziqə və zorakılığa məruz qalıb-qalmaması, yaşadığı ünvandan aşkar olunaraq götürülmüş həmin narkotik vasitə və narkotik tərkibli bitkinin özünə məxsus olmasını səmimi etiraf edibetməməsi sorğu edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını, yaşadığı ünvandan aşkar olunaraq götürülmüş həmin narkotik vasitə və narkotik tərkibli bitkinin özünə məxsus olduğunu bildirmişdir. Bunun ardınca proses iştirakçılarına prosesin keçrilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olubolmaması təhqiqatçı tərəfindən sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Bərdə Rayon Poli Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 və Bərdə Rayon Poli Şöbəsinin PPXB-nin polis nəfəri Hadıyev X4 Elvin Vüqar oğlu ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş mütəxəssis-aqronom Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya(zərərsizləşdirmə) X1 Mərkəzində aparıcı aqronom vəzifəsində işləyir. Bərdə rayonu Qaradəmirçi kənd sakini Təqsirləndirilən şəxs qabaqlar tanımamış, Vüqar ilə arasında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. xx.xx.2024cü il tarixdə saat 12 radələrində Bərdə RPŞ-nin polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirəcəkləri üçün onu orada mütəxəssis qismində iştirak etməyə dəvət etmişlər. O, razılaşmış və polis əməkdaşları ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında küçədə olarkən yaxınlaşmışlar, polis əməkdaşları xidməti vəsiqələrini təqdim edib Bərdə RPŞ-nin polis əməkdaşları olduqlarını, qanunsuz olaraq yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına səmimi olaraq həqiqətəndə yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik tərkibli bitki əkib becərdiyini bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvanda şəxsi istifadəsi üçün əkib becərdiyi narkotik tərkibli bitkini könüllü olaraq təqdim etməsini təklif etmişlər, Təqsirləndirilən şəxs razılıq vermiş, ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar, həyətdə yerləşən yarımçıq tikilinin içərisində əkib becərdiyi 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi kolunu və qırıb quruması üçün orada olan dəmir listin üzərinə sərdiyi həmin bitkinin yarpaqlarını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 30(otuz) ildir narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etməsini, təxminən bu ilin aprel ayında dəqiq tarixini və vaxtını xatırlamadığı zamanda yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin içərisində bir müddət əvvəl tapdığı narkotik vasitə qurudulmuş marixuananı istifadə etdiyi zaman toxumunu bitməsi üçün torpağa səpib əkdiyini, həmin toxumun 1(bir) ay sonra inkişaf etdiyini görməsini, həmin gündən sonra mütəmadi olaraq narkotik tərkibli çətənə bitkisi koluna su, gübrə verib qulluq etməyə başladığını, təxminən 3-4 dəfə müxtəlif vaxtlarda kolun yarpaqlarını şəxsi istifadəsi üçün qırıb qurudaraq istifadə etməsini, xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində həyətyanı sahədə yerləşən yarımçıq tikilinin içərisində şəxsi istifadəsi üçün əkdiyi 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisi kolunun yarpaqlarını qırıb quruması üçün orada olan 1(bir) ədəd dəmir listin üzərinə sərməsini, narkotik vasitə istifadə etməsi və yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkisi əkib becərməsi barədə ailə üzvlərinin və ya digər şəxslərin heç bir məlumatı olmadığını bildirmişdir. Bitkinin dibində torpaq üzərində peyin olduğu açıq görünmüşdür. O, bitkiyə baxış keçirmiş və aqrotexniki qulluq olunduğunu bildirmişdir. Aşkar edilmiş 1(bir) ədəd çətənə bitkisi baş-başa keçirilmiş sintetik kisədə qablaşdırılmış, təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək ümumi çəkisinin 2,810 kq olması müəyyən olunmuş və DİN-nin 94 saylı möhürü ilə möhürlənib istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmış, ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən 1(bir) ədəd dəmir listin üzərində olan narkotik tərkibli çətənə bitkisinin yarpaqları, yəni qurudulmamış marixuana 1(bir) ədəd ağ rəngli polietilen torbada qablaşdırılmış, elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 112 qram olması müəyyən olunmuş və DİN-nin 94 saylı möhürü ilə möhürlənib istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmış, ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs evdə və həyətyanı sahədə başqa hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən evə və həyətyanı sahəyə baxış keçirilmiş, lakin, hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən saxlanılarkən, yaşadığı ünvana baxış keçirilərkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təziqə və zorakılığa məruz qalıb-qalmaması, ünvanından aşkar olunaraq götürülmüş həmin narkotik vasitə və narkotik tərkibli bitkinin özünə məxsus olmasını səmimi etiraf edib-etməməsi sorğu edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını, ünvanından aşkar edilən həmin narkotik vasitə və narkotik tərkibli bitkinin özünə məxsus olduğunu bildirmişdir. Bunun ardınca proses iştirakçılarına prosesin keçirilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olubolmaması təhqiqatçı tərəfindən sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs ünvanına baxış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 01 avqust 2024-cü il tarixli 16/822 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidən aşkar edilmiş kannabis bitkisinin yarpaqlarına bənzər kütlələr..” sözlər və imzalar olan ağ rəngli polietilen torbada, təmiz çəkisi 96,58 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidən aşkar edilmiş kannabis bitkisinin yarpaqlarına bənzər kütlələr..” sözlər və imzalar olan baş-başa keçirilmiş sintetik kisədə, 1(bir) ədəd təmiz çəkisi 2300 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli- çətənə(kannabis) bitkiləridir.Tədqiqata təqdim olunmuş 1(bir) ədəd ağ rəngli polietilen torbada olan marixuana ilə 1(bir) ədəd baş-başa keçirilmiş sintetik kisədə olan çətənə(kannabis) bitkisi tərkiblərinə görə eyni deyildirlər.Aqronom(mütəxəssis) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkiyə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya(zərərsizləşdirmə) X7 Mərkəzinin vermiş olduğu xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları və X10 Mühafizəsi və Fumiqasiya(zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqronomu Şahid4 iştirakı ilə 31 iyul 2024-cü il tarixdə Bərdə rayon Qaradəmirçi kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsində yarımtikilidə 1 ədəd çətənə kolu aşkar edilmiş, tərəflərindən baxış keçirilən zaman əkilmiş 1 ədəd çətənə koluna aqrotexniki qaydalara uyğun qulluq olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2024-cü il tarixli, 1332 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş MTE və PA Birliyi PHŞ-nin Bərdə rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 589 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Baxış və götürmə keçirilməsi haqqında” 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yarımçıq tikilidən ümumi çəkisi 2,810 kiloqram olan 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər kütlə və ümumi çəkisi 112 qram olan narkotik tərkibli çətənə bitkisinin yarpaqları, yəni qurudulmamış marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01(bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Diskə baxış keçirilməsi haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 30 dəqiqə 23 saniyə müddətində davam edən “VİD_20240731_122402.mp4” adlı faylda olan videogörüntülərdə Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə yaşadığı ünvana videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yarımçıq tikilidən ümumi çəkisi 2,810 kiloqram olan 1(bir) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər kütlə və ümumi çəkisi 112 qram olan narkotik tərkibli çətənə bitkisinin yarpaqları, yəni qurudulmamış marixuanaya bənzər kütlənin aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1(bir) ədəd alışqan, içərisində siqaretlər olan 1(bir) ədəd siqaret qutusu, 1(bir) ədəd cib dəsmalı, 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 27(iyirmi yeddi) manat pul aşkar edilmiş, 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, qalan əşyalar isə özünə geri qaytarılmış, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01(bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Diskə baxış keçirilməsi haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 5 dəqiqə 57 saniyə müddətində davam edən “VİD_20240731_133234.mp4” adlı faylda olan videogörüntülərdə 31 iyul 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs üzərindən 1(bir) ədəd alışqan, içərisində siqaretlər olan 1(bir) ədəd siqaret qutusu, 1(bir) ədəd cib dəsmalı, 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 27(iyirmi yeddi) manat pulun aşkar edilməsi, 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsinin götürülməsi, qalan əşyaların isə özünə geri qaytarılması və əlavə heç bir qanunsuz əşya və ya predmetin aşkar edilməməsi faktı öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 721 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X6 daxil olmuş 08 avqust 2024-cü il tarixli 18-1-28/2- 1505/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş xeyli miqdarda narkotik vasitə qurudulmamış marixuananı əldə etdiyi mənbənin, o cümlədən yaşadığı ünvanda əkdiyi narkotik tərkibli çətənə bitkisini əkməsi və yaşadığı ünvanda saxladığı xeyli miqdarda narkotik vasitə qurudulmamış marixuananı saxlaması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ağ rəngli polietilen torbada qalıq təmiz çəkisi 96,53 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış və götürmə istintaq hərəkətinin keçirilməsi görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk 21 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərar ilə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 96,58 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvanda saxlamış, 31 iyul 2024-cü il tarixdə saat 12 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana baxış keçirilən zaman Bərdə rayonu Qaradəmirçi kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yarımçıq tikilidən təmiz çəkisi 96,58 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətlər saxlama kimi başa düşülməlidir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş həqiqiliyi və mötəbərliliyi heç kəs də şübhə doğurmayan sübutlarla tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, ilk dəfə məhkum olunması, yaşının çox olması, ailəli və ailənin yeganə qazanc gətirən şəxsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs оğlunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli polietilen torbada ekspertiza tədqiqatından sonra qalıq çəkisi 96,53 qram narkotik vasitə olan qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş ağ rəngli polietilen torbada ekspertiza tədqiqatından sonra qalıq çəkisi 96,53 qram narkotik vasitə olan qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-180/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-180/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver