Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-181/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, 19.12.2007-ci ildə ACDİÜ AR məhkəməsi tərəfindən CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14.08.2015- cü ildə cəzasının sonu ilə azad olunmuş,08.09.2016- cı il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.03.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu olan, hazırda ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və gizli olaraq vahid tamah niyyəti ilə talamaq məqsədi ilə 28 iyun 2021-ci tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs İmran oğlunun və onun ailə üzvülərinin ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində olmamalarından Bakı şəhərində yaşamalarından istifadə edərək, yaşayış sahəsinin həyətinin daş hasarının üzərindən aşıb keçərək həyətə daxil olub, oradan yaşayış sahəsinin sol tərəfində divara bərkidilmiş 1 ədəd 500 manat qiymətində Türkiyə istehsalı olan” Baymak” markalı 32-lik kombi aparatını həmin yerdən açıb oğurlayaraq talamış, həmin əməlini davam etdirərək 29 iyun 2021- ci il tarixdə gecə saat 23 radələrində yenə həmin yaşayış sahəsinin həyətinin daş hasarını aşıb keçərək yaşayış sahəsinin həyətinə daxil olub, yaşayış sahəsinin 1-ci mərtəbəsinin pəncərəsi önündə olan dəmir barmaqlıqları dəmir alətlə qıraraq, həmin yerdən yaşayış sahəsinin otağına qanunsuz və gizli daxil olaraq oradan 1 ədəd 200 manat qiymətində Çində istehsal olunmuş kondinsoner üçün nəzərdə tutulmuş elektirik cəryanı gücləndiricisi aparatını, (stablizatoru) 1 ədəd 25 manat qiymətində Türkiyə istehsalı olan “Baysallar“ markalı kombi aparatı üçün nəzərdə tutulmuş elektrik cəryanı gücləndirici aparatını, (stablizatoru), 1 ədəd 45 manat qiymətində Çində istehsal olunmuş işlənmiş vəziyətdə olan qidrofonlu su nasosunu, 1 ədəd 45 manat qiymətində Çində istehsal olunmuş işlənməmiş halda qidrofonlu su nasosunu, 1 ədəd 70 manat qiymətində Rusiya istehsalı olan işlənmiş halda “Zil Moskva” markalı soyuducunun mühərrikini, 1 ədəd 3 manat qiymətində Rusiyada istehsal olunmuş qədimi mis məcmuəni, yaşayış sahəsinin 2- ci mərtəbəsinin otağının qapısını qapı arasına dəmir alət salıb sıxaraq qapını açaraq həmin otağa qanunsuz və gizli daxil olub oradan otaqdan 1 ədəd 2500 manat qiymətində Tayvanda ustehsal olunmuş soyuducunun 150 manat qiymətində mühərrikini, 1 ədəd Samsung markalı UE65TU8000U modelli 900 manat qiymətində plazma televizorunu, 1 ədəd 180 manat qiymətində Samsung markalı 32 diaqanallı plazma televizorunu, 1 ədəd 130 manat qiymətində Rusiyada istehsal olunmuş 7 litirlik su tutumu olan kömürlə işləyən dəmir samavarı, qanunsuz və gizli oğurlayıb talayaraq Zərərçəkmiş şəxs cəmi 2248 (iki min iki yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, pul ehtiyac olduğundan və həm də E.Əsədov küçəsində yerləşən Nəriman adlı şəxsin evinin boş olmasını kimsənin yaşamamasını, Nəriman ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığından həmin evdən pul ehtiyac olduğundan oğurluq etmək fikirinə gəlmişdir. 28 iyun 2021- ci il tarixdə gecə saat 23 radələrində həmin evin həyət hasarını evin arxa tərəfində olan yerindən aşıb həyətə düşmüş və orada evin sol tərəfinə divara bərkidilmiş kombi aparatını oradan çıxarıb aparıb gecə saat 2 də taksi fəaliyyət ilə məşğul olan əvvəllərdən tanıdığı Zamiqə vermişdir ki, satsın və pulunu ona versin. Zamiqə yalandan demişdir ki, bir evdə usta işləyir sahibi ilə belə razılaşmışdır ki, evi təmir edəcək o da pulu olmadığından evdə olan avadanlıqlardan ona verəcək və bu yolla əvəzləşəcəklər. Bu əsasda həmin şəxsin evini təmir edib başa çatdıracaqdır. Ona görə də Zamiqə demişdir ki, belə əşyaları gətirib ona verəcək o da həmin əşyaları satacağından ona hörmət edəcəkdir. Elə belə deyib kombini Zamiqə vermişdir. Zamiq də həmin kombini götürüb aparmışdır. O, həmin oğurladığı əşyaların oğurluq olduğunu Zamiqə ona görə deməmişdir ki, Zamiq həmin əşyaların oğurluq olmuş olmasını bilərsə ona həmin əşyaların satılmasında köməklik etməzdi. O, 29 iyun 2021-ci il tarixdə gecə saat 23 radələrində yenə gəlib İmranın evinin həyət barısını aşıb evin 1-ci mərtəbəsinn pəncərə önündə olan dəmir barmaqları çıxarıb oradan otağa daxil olmuşdur. Həmin otaqdan 2 ədəd elektirik cəryanı gücləndiricisi aparatını, 1 ədəd istifadə olunmuş Çin istehsalı olan qidrofonlu su nasosunu, 1 ədəd Çində istehsal olunmuş işlənməmiş qidrofonlu su nasosunu, 1 ədəd qədimi mis məcmuəni, Zil Moskva markalı soyuducunun mühərrikini, yaşayış sahəsinin 2-ci mərtəbəsinin otağının qapısını qapı arasına dəmir alət salıb sıxaraq açaraq, həmin otağa girib otaqdan 1 ədəd soyuducunun matorunu, 1 ədəd 65 dm diaqanallı plazma televizorunu, 1 ədəd Samsung markalı 32 diaqanallı televizoru, 1 ədəd Rusiya istehsalı olan kömürlə işləyən dəmir samavarı oğurlayıb, onlardan samavarı köhnə bazarda tanımadığım bir nəfər şəxsə 40 manata satmışdır.1 ədəd soyuducu matorunu isə Bərdə şəhəri Z.Əliyeva məktəbinin arxa tərəfində soyuducu təmir edən Nazimin oğlu Samirə səhv etmirsə 15 manata satmışdır. Qalan əşyaları Zamiqə vermişdir ki, o da satıb buna görə ona səhv etmirsə cəmi 200- 250 manat pul vermişdir. O, 65 diaqnallı televizoru Zamiqə pay vermişdir ki, bu əşyaları satmaqda ona köməklik etmişdir. O, həmin oğurlamış olduğu 1 ədəd 32 diaqanallı televizor xarab olub ekranı çartlaq vəziyətdə olduğundan, küçədə olan zibil yeşiyinə tullamış və komxozun işçiləri tərəfindən aparılıb hara atılmasını isə bilmir. Həmin televizoru Zamiq xarab olduğundan ondan götürməmiş demişdir ki, bunu heç kim almaz. O, həmin yerdən oğurlamış olduğu Zil Moskva markalı soyuducu matorunu söküb mis məftilini elə Bərdə şəhərində motorellə hərəkət edən tanımadığı ancaq uca səslə dəmir, mis tullantıları yığıram deyib səsləyən bir uşağa verib pulunu almışdır.O, bu elədiyi oğurluqdan tam peşmandır. O, həmin oğurluğu edərkən gecə etdiyindən və Nərimanın da evi bir az dalda yerdə olduğundan, orada ətrafda kimsə olmadığından həmin oğurluğu Nərimanın evindən etmiş və bu barədə kiməsə nə isə deməmişdir. Əməlindən səmimi peşman olmasını, zərəri tam ödəməsini, zərərçəmiş şəxsin ondan şikayət və tələbi olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs оğlu ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri E.Əsədov küçəsi 63 saylı ünvanda yerləşən ata evidə ona məxsusdur.O, 23 may 2021-ci il tarixdə ailə üzvüləri ilə birlikdə çıxıb Bakı şəhərinə getmişdir. 03 iyul 2021- ci il tarixdə təxminən saat 20 radələrində onun Bərdə şəhərində ata evinin qonşuluğunda yaşayan Yavər adlı şəxs özünün mobil telefon nömrəsi ilə onun 050- ***- **-** mobil nömrəsinə zəng vurub, ona demişdir ki, evinin çöl divarında olan və kənardan baxanda görünən kombini kimsə sökərək oğurlayıb aparmışdır. O da ona demişdir ki, bir yaxşı baxsın görsün ki, başqa nə oğurlannmışdır. Yavər də baxıb demişdir ki, aşağı evin , yəni birinci mərtəbədə olan otağın pəncərəsinin dəmir barmaqlıqları qoparılıb oradan içəri daxil olunubdur. O, bundan sonra 04.07.2021- ci il tarixdə təxminən saat 10 radələrində Bərdə şəhərinə evinə gəlmişdir. Onu da qeyd edir ki, Yavər ona oğurluq barədə zəng edib bildirən kimi o, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat verdiyindən, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə araşdırma aparıldığını onlar polis əməkdaşları onunla əlaqə saxladıqlarından məlumatı olmuşdur. O, gəlib evinə baxarkən görmüşdür ki, evinin çöl tərəfində künc hissədə qoyulmuş Baymak markalı 32 lik kombi aparatı yerindən sökülüb aparılmışdır. Həmin kombi apratı 2019 cu il istehsalı olub tam təzə vəziyyətdə, yəni işlək vəziyyətdə olaraq həm də onun qiyməti 800 manat olmuşdur.Bundan sonra onu da qeyd edir ki, o, evin 1-ci mərtəbəsində olan otağının qapısını açıb içəri girəndə görmüşdür ki, həmin 1-ci mərtəbənin otağından 2 ədəd stablizator, yəni onlardan biri kombi üçün ikincisi isə kondinsener üçün elektrik cəryanı tənzimləyicələridir. Həmin kondinsonerin stablizatoru 450 manat qiymətində olub işlək vəziyətdə olub Çin istehsallıdır.2 ci stablizator kombi aparatı üçün olub Çin istehsalı olub qiyməti 120 manat olmuşdur. Həmin 1-ci otaqdan 2 ədəd qidrofonlu su nasosu oğurlanmışdır. Onlar Çin istehsalı olub 1 ədədi tam təzə vəziyətdə olub qiyməti 120 manat, 2-ci işlənmiş qidrofonlu su nasosu da Çin istehsalı olub hazırda qiyməti 80 manatdır.Həmin 1- ci otaqdan 1 ədəd Zil Moskva markalı soyuducunun matoru və mis hissələri oğurlanmışdır. Həmin soyuducu matorunun qiyməti 70 manat olmuşdur. Həmin otaqdan 1 ədəd qədimi mis padunus oğurlanmışdır. Onun qiyməti 100 manatdır.Bundan sonra o, baxıb görmüşdür ki, oğurluq etmək istəyən şəxs həmin 1- ci mərtəbənin otağının tavanını söküb oradan ikinci mərtəbədəki otağa daxil olmaq istəmiş, ancaq ikinci mərtəbənin taxta döşəməsini dağıda bilmədiyindən həmin işini yarımçıq qoymuş, yəni oradan otağa daxil ola bilməmişdir. Bundan sonra o, evinin 2- ci mərtəbəsinə qalxıb görmüşdür ki, 2- ci mərtəbənin eyvanında olan dəmir seydf qapı açılaraq oradan ikinci mərtəbədə olan otağa daxil olunaraq, otaqdan 1ədəd Tayvanda istehsal olunmuş 2500 manat qiymətində soyuducunun matoru oğurlanmışdır.Həmin oğurlanmış matorun qiyməti 200 manatdır.Sonra isə həmin otaqdan 1 ədəd 65 diaqanallı 8 ci seriyalı kristal UHD markalı 2400 manat qiymətində televizor, bundan başqa həmin yerdən 1 ədəd Samsung 32 diaqanallı 450 manat qiymətində televizor, 1 ədəd 150 manat qiymətində 7 litrlik su tutumu olan qədimi köz samavarı oğurlanmışdır. Ona həmin oğurluq nəticəsində cəmi 4940 manat ziyan dəymişdir.Onu da qeyd edir ki, o, polisə ərizə yazıb verəndən sonra evinə baxarkən evdən mərhum atasına məxsus orden və medalları şkafın gözlüyündə olmasını görmüş və tapmışdır.Ona görə də ərizəsində orden və medalların da oğuurlanmasını yanılıb yazmışır. Həqiqqətdə isə həmin orden və medallar oğurlanmamışdır. Polisin araşdırması nəticəsində onun evindən oğurluğu əvvəllər də oğurluq və digər cinayətlər törətmiş Təqsirləndirilən şəxs tərəfindən edilmiş olduğu müəyyən olunmuşdur. Belə ki, hadisə zamanı onun Bərdə şəhəri E.Əsədov küçəsi ev 17 mənzil 42- də yaşadığı evində olmamağımdan istifadə edən Təqsirləndirilən şəxs evindən ifadəsinin əvvəlində göstərdiyim əşyalarını oğurlayıb ona həmin ziyanlığı vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Dəymiş ziyan tam ödənilmişdir. Odur ki, məhkəmədən ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, onun özünə məxsus VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobbili var. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və digər müvafiq sənədləri var. Həmin avtomobili ilə belə taksilik edir ki, küçədə durur, kimsə ona müraciət etsə onu mənzil başına aparıb zəhmət haqqı alır. Bildirir ki, təxminən 16-20 gün olar ki, o, Bərdə şəhəri E.Əsədov küçəsindən əvvəllərdən tanıdığı Namiq adlı şəxs ona yaxınlaşıb demişdir ki, meşoğa bükülü soyuducu matoru var onu Bərdə şəhərində yerləşən Z.Əliyeva adına məktəbin yaxınlığında soyuducu təmir edən Nazim adlı şəxsin yanına aparsın ona satacaqdır.O da razı olmuş, soyuducu matorunu onun maşınının arxa yük yerinə qoymuşdur. Namiq özü də qabaq sağ oturacaqda əyləşmişdir. Həmin vaxt saat 16 radələri olmuşdur. O, maşınını onun dediyi yerə sürüb saxlamışdır. O, maşının baqacından soyuducunu götürüb Nazimin oğlu Samirin yanına getmişdir. O da maşın isti olduğundan düşüb onların yanına getmişdir. O, onların yanına gedənə qədər Namiq soyuducu matorunu Nazimin oğlu Samirə Namiqin ona deməsinə görə ya 15, ya da 20 manata satmışdır.Namiq ona yol pulu olaraq 4 manat pul vermişdir. O, bundan sonra Namiqi aparıb elə maşınına götürdüyü yerdə, yəni E.Əsədov küçəsində maşınndan düşürmüşdür. O, Bakıdan Bərdə şəhərinə gələrkən yolda onu Bərdə rayon polis şöbəsinin işçiləri saxlatmışlar. Ona polis şöbəsində məlum olmuşdur ki, Namiqin satdığı soyuducu matoru oğurluq olmuşdur.O, səhv etmirsə Namiqi o, 01 iyul 2021-ci il tarixdə maşınına götürüb Nazimin soyuducu təmir etdiyi yerə gətirmişdir.O, hətta Namiq soyuducunu maşınına qoyub gətirəndə ona demişdir Namiq birdən oğurluq olar. O da oğurluq olmadığını, qohumunun olduğunu aparıb yoxladacağını işləyirsə satacağını, işləmirsə tullayacağını ona bildirmişdir. O da Namiqə inanıb onun dediyi mənzil başına Nazimin iş yerinə aparıb qaytarmışdır. Sonradan yəni oğurluğun üstü polis tərəfindən açılandan sonra bilmişdir ki, bəs Namiq həmin oğurluğu E.Əsədov küçəsində evi olan Nəriman adlı şəxsin evində olmayıb Bakı şəhərində olduğundan, yəni evdə kimsənin olmamasından istifadə edərək tək halda həmin oğurluğu etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək göstərmişdir ki, Bərdə şəhəri E.Əsədov küçəsi ev N-18 də yaşayır. Özünə məxsus Mersedes markalı 10-DD- 061 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir. Bildirir ki, Atdıxanın oğlu Zamiq onun yaşdığı küçəyə yaxın küçədə yaşayır. O, Zamiqi hardasa 15-20 ildir ki, tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.Təxminən 2021- ci ilin iyun ayının səhv etmirsə 29-30 tarixlərində təxminən saat 18-30 radələrində yaşadığı küçədə olarkən ona Zamiq yaxınlaşıb demişdir ki, adam var onda satılası kombi var.O da demişdir ki, onların evinin kombisi yoxdur. Həmin kombi neçəyə satılır.Zamiq demişdir ki, satan adam onu hardasa 400-500 manata satır. Ona Zamiq demişdir ki, əgər o, istəyirsə o, həmin kombini bir az ucuz alıb ona verər.Ona Zamiq bildirmişdir ki, pul sarıdan gücü nəyə çatar. O da demişdir ki, 300 manat pul verə bilər. Ona pulun 250 manatını Rauf adlı şəxsdən alıb vermiş, 50 manatını isə özündə olduğundan aparıb Zamiqə vermişdir. Zamiq özünün VAZ-21011 markalı maşını ilə kombini gətirib ona E.Əsədov küçəsində vermişdir. O da həmin kombini Zamiqin köməkliyi ilə öz Mersedes markalı maşınının arxa yük yerinə qoyub evlrinə aparmışdır. Aradan hardasa 1 həftə 10 gün keçdi ki, Zamiq ona demişdir ki, 1 ədəd plazma “ Samusunq “ markalı 82 diaqanallı televizor var.Ona bildirmişdir ki, həmin televizor da satılır, əgər baxmaq istəyirsə onların evindədir getsin baxsınlar. O da Zamiqə sabah üçün birlikdə gedib baxacaqlarını demişdir.Sabah o, Zamiqlə birlikdə onlara getmişdir. Gedib baxıb görmüşdür ki, 82 diaqanallı Samsunq markalı televizordur, ancaq işlənmiş maldır. O, soruşmuşdur ki, Zamiq həmin televizor neçəyə satılır. O da demişdir ki, 300 manata onu bir nəfər satır. Ancaq həmin adamın adını ona deməmişdir. Demişdir ki, həmin malın problemi yoxdur ki, o da ona cavab vermişdir ki, heç bir problemi yoxdur.O, Zamiqə demişdir ki, həmin televizoru satanla danşsın əgər 250 manata verirsə gəlib alar.Zamiq də razılaşmışdır. O, çıxıb evinə gəlmişdir. Hardasa aradan 1 saat keçərdi ki, Zamiq ona 050- ***-**-** nömrəsi ilə zəng vurub demişdir ki, gəlib 250 manatı verib televizoru apara bilər.O, bundan sonra öz maşını ilə Zamiqgilə gedib orada 250 manatı Zamiqə verib həmin 1 ədəd 82 diaqanallı Samsunq markalı televizoru ondan alıb evinə gətirmişdir.Hardasa aradan 3- 4 saat keçərdi ki, Zamiq yenə onu küçədə görmüş və o,Zamiqin maşınına baxarkən orada bir ağ rəngli elektrik cəryanı artıran aparatı görmüş və həmin vaxt Zamiq ona demişdir ki, o, həmin aparatı da satır. Almaq istəyirsə alsın. O da demişdir ki, neçyə satırlar. Zamiq də cavab vermişdir ki, 80 manata satırlar.O da demişdir ki, onun pulu yoxdur.Həmin vaxt o, bildirmişdir ki, qohumu Zabilə stablizator lazımdır. Ona görə də özünün ***-***- **-** nömrəsi ilə Zabbilin hazırda nömrəsini unutmuş olduğu nömrəsinə telefonunun yaddaşında olan mobil nömrəsinə zəng vurub ona demişdir ki, əmisi stablizator var, 80 manata deyirlər.Zabil iştəyirsə 60 manat verir alıb gətirməsini ona verməsini, pulunu verəcəyini bildirmişdir. O da stablizatoru ondan alıb aparıb Zabilə vermiş və ondan 60 manat alıb gətirib E.Əsədov küçəsində Zamiqə vermişdir Onun Zamiqdən aldığı əşyalar bunlardan ibarətdir. Polisin araşdırması nəticəsində biləndə ki, həmin əşyalar oğurluq mallardır, aldığı həmin əşyaları gətirib polisə təqdim etmişdir ki, qaytarıb sahibinə versin. Onu da qeyd edir ki, artıq polis tərəfindən aparılan araşdırma nəticəsində ona həm də o da məlum olmuşdur ki, Namiq həmin əşyaları Bərdə şəhəri E.Əsədov küçəsində evi olan Nəriman adlı şəxsin evindən oğurlamışdır. Belə ki, Nərimanı özü və ailə üzvülərinin həmin evdə yaşamamalarından istifadə edən Namiq həmin yerdən həmin oğurluğu etmiş və oğurladığı əşyaları oğurluq olmasını Zamiqə bildirmədən ona satması üçün vermişdir. Elə buna görə də Zamiq də həmin əşyaların oğurluq olmasını bilmədən ona satmışdır. O, əvvəlcədən həmin əşyaların oğurluq olmasını bilsəydi heç həmin əşyaları almazdı. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid4 və Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o və atası Bərdə şəhərində Z.Əliyeva adına məktəbin qarşı tərəfində yerləşən özünə məxsus soyuducuların təmiri sexində atası Nazimlə birlikdə işləyirlər. Belə ki, onlara soyuducusu və ya onun mühərriki xarab olduqda müraciət etmiş həmin şəxslərin soyuducusunu və soyuducunun mühərrikini təmir edirlər. Bu yolla ailələrini dolandırırlar. Bir qayda olaraq kimsə soyuducu mühərriki və ya onun hər hansı bir hissəsini gətirib satmaq istəyndə alıb sexə qoymaqla kiminsə soyuducusunu təmir edəndə istifadə edirlər. Səhv etmirsə 01 iyul 2021-ci il tarixdə saat 17 radələrində o, sexdə iş başında olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs bir taksi maşını ilə sexin qarşısını gəlib əlində olan meşokdan 1 ədəd soyuducu mühərrikini çıxarıb göstərərək, evlərində qaldığını ehtiyac olmadığından satmaq istədiyini bildirmişdir. O da baxmış və demidir ki, neçəyə satmaq istəyir.Namiq də demişdir ki, 20 manata satır. O da ondan həmin mühərrikin oğurluq olub- olmamasını soruşmuşdur. Namiq də oğurluq olmadığını sadəcə olaraq pul ehtiyac olduğundan və mühərrikin evlərində qaldığnı istifadə edilmədiyini satmaq istədiyini dediyindən ,o da baxıb görmüşdür ki, işlənmiş maldır və ona 20 manat pul verib almışdır. O, onu da qeyd edir ki, sonradan polis əməkdaşları sexə gələrək Namiqin ona soyuducu matoru satmış olduğunu və həmin matorun oğurluq mal olduğunu dediklərindən, o da həmin mühərriki polis şöbəsinə gətirib istintaq təqdim etmişdir ki, götürülsün, oğurluq mal ona lazım deyildir.Həmin mühərrik də ondan götürülmüşdür.O, əvvəlcədən həmin soyuducu mühərrikinin oğurluq olmuş olmasını bilsəydi, Namiqdən almazdı. Namiq onu inandırmişdir ki, özünün evinin malıdır, sadəcə olaraq pul lazım olduğundan və həm də pulu xəstəsi olduğundan onun dərmanına verəcəyini dediyindən o da Namiqə inanıb həmin soyuducu mühərrikini ondan almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ- 21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsinin dolanışığına köməklik edir. Namiq adlı şəxsi o, hardasa 2020-ci ilin avqust ayının axırlarından tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Şahid3 oğlu isə onun qonşudur. O, onu lap uşaqlıqdan tanıyır. Onunla da heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Belə ki, səhv etmirsə 2021-ci ilin iyun ayının hardasa 27-28 tarixlərində o, Bərdə şəhəri E.Əsədov küçəsində maşın ilə dayanarkən təxminən saat 19- 20 radələrində Namiq küçədə ona yaxınlaşıb bildirmişdir ki, o, bir evi təmir edir. Həmin ev sahibi nəqd pulu olmadığından onunla belə razılaşıb ki, evi Namiq təmir etsin, evdə olan məşişət əşyaları artıq köhnəldiyindən təzəsini alacağından elə köhnə malları Namiqin zəhmət haqqı olaraq ona vermişdir.Namiq bildirmişdir ki, 2 ədəd televizor, bir kombi aparatı, stablizator, qidrofonlu su nasosu var. Onların satılmasında o, ona köməklik etmiş olsun da bunun müqabilində ona hörmət edəcəkdir. Həmin vaxt o, Namiqdən soruşmuşdur ki, birdən ona satması üçün verdiyi həmin əşyalar oğurluq olar. Namiq də and içmişdir ki, belə bir şey yoxdur. Elə evini təmir etdiyi həmin şəxs ona evinin təmiri ilə bağlı həmin əşyaları vermişdir. O da Namiq usta olduğundan onun bu sözlərinə inanmışdır. Ona Namiq demişdir ki, həmin əşyaları o, satsın ona vacib 150-200 manat pul lazımdır. Həm də Namiq ona bildirmişdir ki, bir ədəd televizoru ona pay kimi verir ki, o, onun ona verəcəyi əşyaları satmış olsun, pulunu ona versin. O, onu qeyd edir ki, elə həmin tarixlərdə ilk dəfə olaraq Namiq kombi aparatını nə isə köhnə bir adyala büküb o, küçədə olarkən gecə saat 11-radələrində onun yanına gətirib və ona həmin kombini satmağını bildirmişdir. O da ondan kombi aparatını alıb Namiqə kombi aparatını aldığı üçün 200 manat pul vermişdir. O, kombini Namiqdən alıb maşını ilə aparıb elə tanışı və qonşusi Səbuhiyə 300 manata satmışdır. Səbuhiyə həmin kombi aparatını bir nəfərin satdığından aldığını demişdir. Bundan sonra aradan 1-2 gün keçərdi ki, yenə də E.Əsədov küçəsində ona Namiq əlində 1 ədəd ağ rəngli stablizator və 1 ədəd qidrofonlu su nasosu və 1 ədəd də 32 diaqanallı köhnə səhv etmirsə ya LG ya da Samsunq markalı televizoru da olmaqla gecə saat 23 radələrində əlində gətirib onun maşınına qoymuşdur.Demişdir ki, bunlarda satır , almaq istəyirsə alsın. O da Namiqə həmin əşyaların hamısı üçün cəmi 70 manat verib onları Namiqdən almışdır. O, həmin əşyaları maşınının baqacına qoyub evdə heç kəsə demədən səhərisi günü həmin 1 ədəd televizoru, 1 ədəd stablizatoru və 1 ədəd qidrofonu su nasosunu da qonşusu Səbuhiyə gətirib göstərmişdir. Televizorun ekranı çartlaq olduğundan Səbuhi onu almamışdır. O, 1 ədəd stablizatoru və 1 ədəd qidrofonlu su nasosunu ikisini bir yerdə Səbuhiyə 70 manata satmşdır. Təxminən aradan 3-4 gün keçmişdir. Ona əvvəlcədən Namiq özünün mobil nömrəsi ilə onun ***-***-**-** nömrəsinə zəng vurub ona demişdir ki, ona əvvəlcədən dediyi bir ədəd 82 diaqanallı televizoru gətirir ki, alsın. O, ona bu televizoru gecə saat 03-04 radələrində gətirərkən o, evlərində olmuşdur.O, həmin televizoru onun həyət evinin darvazası qarşısına gətirmiş və o, həmin televizora baxmış ona Namiq demişdir ki, onun həmin əşyalarını satmaqda ona köməklik etdiyindən həmin televizoru ona pay verilimişdir. O da ondan bu əsasa həmin televizoru almışdır. O da aradan bir iki gün keçəndən sonra görmüşdür ki, evlərində televizorları var ona görə də o, Səbuhiyə zəng etmiş və demişdir ki, bir ədəd satlıq televizor var alırsa alsın. Səbuhi də öz Mersedes markalı maşını ilə onların həyət darvazası qarşısına gəlmişdir. O. həmin 82 diaqanallı plazma televizorunu Səbuhiyə 250 manata satmışdır. O, Səbuhiyə həmin televizoru və ondan əvvəlki satdığı əşyaları ona satarkən elə demişdir ki, bir nəfər satıbdır, ondan almışdır. İndi də üstünə 5-10 manat qoyub satır. O da razılaşıb ümumi cəmdə o, həmin əşyaları Səbuhiyə satıb cəmi ondan 620 manat pul alımışdır.1 ədəd 32 diaqanallı televizoru Səbuhi almadığından o, onu Namiqə qaytarıb vermişdir.Polis tərəfindən həmin oğurluğun üstü açılandan sonra o və Səbuhi bilmişlər ki, həmin əşyalar oğurluqdur və həmin əşyaları Bərdə şəhərində E.Əsədov küçəsində yaşayn Nəriman kişinin evindən Nəriman evində yaşamayıb Bakı şəhərində yaşadığından Namiq oğurlamışdır. Bundan sonra Səbuhi həmin əşyaların oğurluq olduğunu bildiyindən könüllü surətdə gətirib polisə təqdim etmişdir ki, qaytarıb sahibinə verilsin. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə- əmtəəşünaslıq eksperizası şöbəsindən alınmış 18 avqust 2021-ci il tarixli 9\5160 nömrəli rəydə göstərilir ki, 1 ədəd “Baymak “ markalı 32-lik kombi aparatının qiyməti 500 manat, 1 ədəd Çin istehsalı olan kondinsoner üçün nəzərdə tutulmuş elektrik cəryanı gücləndiricisinin (stablizatorun) qiyməti 200 manat, 1 ədəd Türkiyə istehsalı olan “ Baysallar” markalı kombi üçün nəzərdə tutulmuş elektrik cəryanı gücləndiricisinin ( stablizatorun) qiyməti 25 manat, 1 ədəd Çin istehsalı olan işlənməmiş qidrofonlu su nasosunun qiyməti 45 manat, 1 ədəd Çində istehsal olunmuş işlənmiş qidrofonlu su nasosunun qiyməti 45 manat, 1 ədəd Rusiya istehsalı olan işlənmiş “ Zil Moskva“ markalı soyuducunun mühərrikinin qiyməti 70 manat, 1 ədəd Rusiya istehsalı olan məcmuənin ( podnosun) qiyməti 3 manat, 1 ədəd Tayvanda istehsal olunmuş soyuducunun mühərriknin qiyməti 150 manat, 1 ədəd Samsung “ markalı UE65TU8000U modelli televizorun qiyməti 900 manat, 1 ədəd Samsung markalı 32 diaqanallı plazma televizorunun qiyməti 180 manat , 1 ədəd Rusiya istehsalı olan 7 litrlik su tutumu olan kömürlə işləyən dəmir samovarın qiyməti 130 manatdır. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən, bəzilərinin fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2021- ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2248.00 ( iki mim iki yüz qırx səkkiz) manat müəyyən olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən də göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs 19.12.2007-ci ildə ACDİÜ AR məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14.08.2015-cü ildə cəzasının sonu ilə azad olunmuş, 08.09.2016-cı il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.03.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və gizli olaraq vahid tamah niyyəti ilə talamaq məqsədi ilə 28 iyun 2021-ci tarixdə gecə saat 23 radələrində vət. Zərərçəkmiş şəxs İmran oğlunun və onun ailə üzvülərinin ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində olmamalarından Bakı şəhərində yaşamalarından istifadə edərək, yaşayış sahəsinin həyətinin daş hasarının üzərindən aşıb keçərək həyətə daxil olub, oradan yaşayış sahəsinin sol tərəfində divara bərkidilmiş 1 ədəd 500 manat qiymətində Türkiyə istehsalı olan” Baymak” markalı 32-lik kombi aparatını həmin yerdən açıb oğurlayaraq talamış, həmin əməlini davam etdirərək 29 iyun 2021- ci il tarixdə gecə saat 23 radələrində yenə həmin yaşayış sahəsinin həyətinin daş hasarını aşıb keçərək yaşayış sahəsinin həyətinə daxil olub, yaşayış sahəsinin 1-ci mərtəbəsinin pəncərəsi önündə olan dəmir barmaqlıqları dəmir alətlə qıraraq, həmin yerdən yaşayış sahəsinin otağına qanunsuz və gizli daxil olaraq oradan 1 ədəd 200 manat qiymətində Çində istehsal olunmuş kondinsoner üçün nəzərdə tutulmuş elektirik cəryanı gücləndiricisi aparatını, (stablizatoru) 1 ədəd 25 manat qiymətində Türkiyə istehsalı olan “Baysallar“ markalı kombi aparatı üçün nəzərdə tutulmuş elektrik cəryanı gücləndirici aparatını, (stablizatoru), 1 ədəd 45 manat qiymətində Çində istehsal olunmuş işlənmiş vəziyətdə olan qidrofonlu su nasosunu, 1 ədəd 45 manat qiymətində Çində istehsal olunmuş işlənməmiş halda qidrofonlu su nasosunu, 1 ədəd 70 manat qiymətində Rusiya istehsalı olan işlənmiş halda “Zil Moskva” markalı soyuducunun mühərrikini, 1 ədəd 3 manat qiymətində Rusiyada istehsal olunmuş qədimi mis məcmuəni, yaşayış sahəsinin 2-ci mərtəbəsinin otağının qapısını qapı arasına dəmir alət salıb sıxaraq qapını açaraq həmin otağa qanunsuz və gizli daxil olub oradan otaqdan 1 ədəd 2500 manat qiymətində Tayvanda ustehsal olunmuş soyuducunun 150 manat qiymətində mühərrikini, 1 ədəd Samsung markalı UE65TU8000U modelli 900 manat qiymətində plazma televizorunu, 1 ədəd 180 manat qiymətində Samsung markalı 32 diaqanallı plazma televizorunu, 1 ədəd 130 manat qiymətində Rusiyada istehsal olunmuş 7 litirlik su tutumu olan kömürlə işləyən dəmir samavarı, qanunsuz və gizli oğurlayıb talayaraq Zərərçəkmiş şəxs cəmi 2248 ( iki min iki yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətlərin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs оğlunun təqsirləndirildikləri CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən törədilən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs CM-in 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməllərini etiraf etməsi, etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etməsi, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirməsi tutduğu əməllərə görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 14.04.2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən də göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs 19.12.2007-ci ildə ACDİÜ AR məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14.08.2015-cü ildə cəzasının sonu ilə azad olunmuş, 08.09.2016-cı il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.03.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməllər ağır və sonra isə az ağır cinayət olduğundan və CM-in 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, hər iki hökm üzrə məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin təhlükəli resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 17 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və 1 ədəd Tayvanda istehsal olunmuş soyuducu mühərriki, 1 ədəd 32- lik kombi aparatı, 2 ədəd elektrik gücləndirici aparatları (stablizatorlar), 1 ədəd işlənməmiş qidrofonlu su nasosu, 1 ədəd 82 diaqanallı plazma televizorun saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “polisin nəzarət altına vermə” iltizam qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 17 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və 1 ədəd Tayvanda istehsal olunmuş soyuducu mühərriki, 1 ədəd 32- lik kombi aparatı, 2 ədəd elektrik gücləndirici aparatları (stablizatorlar), 1 ədəd işlənməmiş qidrofonlu su nasosu, 1 ədəd 82 diaqanallı plazma televizorun saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Bərdə rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-181/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-181/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver