Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-181/2022 18.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1962-ci ildə Yevlax şəhərində anadan olmus, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, 17 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bərdə səhəri Ü.Hacıbəyov küçəsində yerləşən "Mürvət Oil" adlanan yanacaq doldurma məntəqəsində yerləşən xidməti otaqda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən əlində olan fincanla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vuraraq sonuncuya üzün sol yarısının kəsilmiş yarasi iti kanara malik əşya ola bilsin sınmış şüşə fincan təsirindən, sol saidin yuxarı 1/3-nin ön səthinin qançırı, alının sol yarisinin tüklü hissəsinin şişkinliyi ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O, təxminən 10 gündür ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən "Mürvət Oil" adlanan yanacaq doldurma məntəqəsində aparılan təmir işləri ilə bağlı usta kimi işləyir və həmin məntəqədə olan xidməti otaqları təmir etməklə məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o yanacaq doldurma məntəqəsində işləyərkən adını sonradan öyrəndiyi Günay adlı qadın yanacaq doldurma məntəqəsində xadiməçi işləyən Zəminə adlı qadınla birgə həmin məntəqəyə gəlmişdir və söhbət əsnasında Günay yanacaq doldurma məntəqəsində olan anbarın şüşələrini və anbarın içərisini təmizliyəcəyini demişdir, bu zaman o onun ağır çəkili qadın olduğunu və nərdivanın üzərinə çıxa bilməyəcəyini və şüşələrini təmizləyə bilməyəcəyini demişdir. Həmin vaxt Günay adlı qadın onunla mübahisə etməyə başlamışdır və mübahisə zamanı onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir və onlar arasında sözlə mübahisə baş vermişdir, daha sonra Günay adlı qadın qəflətən otaqda olan fincanı masanın üzərindən götürərək onun basının sol alın nahiyəsinə qəsdən vuraraq ona xəsarət yetirmişdir və daha sonra o əlində olan fincanı qəsdən Günay adlı qadının sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra həmin vaxt orada olan xadimə Zəminə adlı qadın, yanacaq doldurma məntəqəsində fəhlə işləyən Elşən və Xanəli adlı şəxs onları aralamışdır və bundan sonra yanacaq doldurma məntəqəsindən çıxaraq internat istiqamətində getmişdir. Lakin təxminən 2 saat sonra o yenidən həmin yanacaq doldurma məntəqəsinə geri qayıtmışdır və həmin vaxt Günay adli qadin orada olmamışdır. Bundan sonra o Zəminə adlı qadına 300 manat pul vermiş və həmin pulu Günaya verməsini və Günayın dərman alaraq müalicə olunmasını, ondan şikayət etməməsini istəmişdir. Sonradan Zəminə adlı qadın Günaya 300 manat pulu vermişdir. Lakin xx.xx.2022-ci il tarixdə o Günay adlı qadının onun barəsində şikayət etdiyini öyrənmişdir. O, Günay adlı qadınla aralarında mübahisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini və kənar şəxslərin həmin yerə toplaşmadığını bildirdi. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində tanışı Zəminə adli qadin ona Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Mürvət Oil” adlanan yanacaq doldurma məntəqəsində şüşələri silməyi və orada olan anbarı təmizləməyi təklif etmiş və bunun müqavilində 40 manat pul verəcəklərini demişdir. Bundan sonra o razılıq verərək tanışı Zəminə adlı qadınla həmin yerə getmişdir və orada olarkən adını sonradan öyrəndiyi Raqub adlı şəxs yanacaq doldurma məntəqəsində olan otaqda yemək yemişdir, söhbət əsnasında Zəminə ona hansı işləri görəcəyini izah edərkən Raqub adlı şəxs kənardan müdaxilə edərək onun ağır çəkili olduğunu və nərdivanın üzərinə çıxa bilməyəcəyini, şüşələri təmizləyə bilməyəcəyini demişdir sonra isə nalayiq ifadələrlə onu söyüb təhqir etmişdir, həmin vaxt o Raqub adlı səxsə hansı səbəbdən onun barəsində Xoşagəlməz sözlər işlətdiyini soruşmuş və onlar arasında sözlə mübahisə baş vermişdir, buna görə də o Raqubu nalayiq ifadələrlə söyüb təhqir etmişdir və əlində olan fincanla onun sifətinə vurmuşdur, daha sonra Raqub adlı şəxs masanın üzərindən fincanı götürərək onun sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra həmin vaxt orada olan xadimə Zəminə adlı qadın, yanacaq doldurma məntəqəsində fəhlə işləyən Elşən və Xanəli adlı şəxs onları aralamışlar və bundan sonra Raqub adlı şəxs yanacaq doldurma məntəqəsindən çıxaraq naməlum istiqamətdə getmişdir. Sonradan o özünü narahat hiss etdiyi üçün həmin yerdən çıxaraq öz yaşadığı ev istiqamətində getmişdir. Həmin gün Raqub adlı şəxs Zəminə adlı qadına 300 manat pul vermiş və həmin pulu ona verməsini istəmişdir və bunun müqavilində Raqub barəsində şikayət etməməsini istəmişdir. O, Raqub adlı şəxslə aralarında mübahisənin 2-3 dəqiqə ərzində davam etdiyini bildirdi. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, o, təxminən 15-20 gündür ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən "Mürvət Oil” adlanan yanacaq doldurma məntəqəsində xadimə işləyir. xx.xx.2022-ci il tarixdə 16 radələrində o yaşadığı evdən "Mürvət Oil” adlanan yanacaq doldurma məntəqəsinə gedərkən evində kirayə yaşıyan Günay adlı qadın onunla getmək istədiyini və orada təmizlik işləri apararaq pul qazanmaq istədiyini demişdir və onlar biryerde və orada təmizlik işləri apararaq pul qazanmaq istədiyini demiş və onlar biryerdə həmin yerə getmişlər. Orada olarkən həmin yerdə usta isləyən Raqub adlı şəxs Gunaya ağır çəkili oldugunu və buna görədə pəncərələri silə bilməyəcəyini bildirmişdir, bu zaman Günay Raqubu nalayiq sözlərlə söyüb təhqir etmişdir və daha sonra onlar arasında mübahisə baş vermiş və mübahisə zamanı Günay adlı qadın qəflətən otaqda olan fincanı masanın üzərindən götürərək Raqubun başının sol alın nahiyəsinə qəsdən vuraraq ona xəsarət yetirmişdir və daha sonra Raqub əlində olan fincanı qəsdən Günay adlı qadının sifət nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o və orada olan yanacaq doldurma məntəqəsində fəhlə işləyən Elşən və Xanəli adlı şəxs onları aralamışlar və Raqub çıxıb getmişdir. O sonradan Günayın sifət nahiyəsindən qan axdığını görmüş və buna görədə dəsmal götürərək onun sifətini silməyə köməklik etmişdir. Bundan sonra Gunay çıxıb getmişdir və təxminən 2 saat sonra Raqub yenidən həmin yanacaq doldurma məntəqəsinə geri qayıtmışdır, həmin vaxt Günay adlı qadın orada olmamışdır. Sonradan söhbət əsnasında Raqub cibindən 300 manat pul çıxardaraq ona vermiş və həmin pulu Günaya verməsini və Günayın dərman alaraq müalicə olunmasını və onun barəsində şikayət etməməsini istəmişdir. O həmin gün axşam saatlarında Günaya 300 manat pulu vermişdir və Raqub barəsində şikayət etməməsini istəmişdir, lakin sonradan o Günay adlı qadının Raqub barəsində şikayət etdiyini öyrənmişdir. Günay və Raqub adlı şəxslə arasında baş verən mübahisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini və kənar şəxslərin toplaşmadığını bildirdi. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, "Mürvət Oil” adlanan yanacaq doldurma məntəqəsində işləyir. Təqsirləndirilən şəxs həmin yanacaq doldurma məntəqəsində aparılan təmir işləri ilə bağlı usta kimi işləyir və həmin məntəqədə olan xidməti otaqları təmir etməklə məşğuldur. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində o yanacaq doldurma məntəqəsində işləyərkən adını sonradan öyrəndiyi Günay adlı qadınla Təqsirləndirilən şəxs səs-küyünü eşidib hadisə yerinə getdikdə onların mübahisə etdiyini görüb onları aralamış və Raqubu çölə çıxarmışdır. Mübahisənin necə başladığını görməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 757 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşagıdaki xəsarətlər - üzün sol yarısının kəsilmiş yarası iti kənara malik əşya ola bilsin sınmış şüşə fincan təsirindən, sol saidin yuxarı 1/3-nin ön səthinin qançırı, alının sol yarısının tüklü hissəsinin şişkinliyi küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 761 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – alinin sol yarısının səthi kəsilmiş yarası iti kənara malik əşya ola bilsin sinmiş şüşə fincan parçası təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - vəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 56-cı vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 52-ci vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-181/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-181/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver