Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-181/2023 10.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Nəsimi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Appelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2009-ci il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə məcburi müalicəsi ləğv edilmiş, xx.xx.2009-cu il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən qalan 1 il 09 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən 03 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə hökm dəyişdirilib CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən üzərində qəti olaraq 10 ay 10 gün azadlıqdan məhrum etmə cəzasında saxlanılmış, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 7(021)4/2022 saylı 11 yanvar 2022-ci il tarixli qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-112/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən dərhal azad edilmiş, məhkumluğun götürülmüş, qeydiyyat kitabından çıxarılmış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayına Bərdə şəhəri, Vaqif küçəsi ev 2 mənzil 6 ünvanında özünə məxsus fərdi yaşayış evinin həyətində 7 ədəd dibçəkdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 9 (doqquz) ədəd, ümümi təmiz çəkisi 125 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 13 iyun 2023-cü il tarixdə saat 10:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 9 (doqquz) ədəd, ümümi təmiz çəkisi 125 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə şəhəri, Vaqif küçəsi ev 2 mənzil 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda anası ilə birlikdə ünvan 3 ünvanında yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər məhkum olunmuş, narkotik vasitə olan marixuanadan (nəşə) 10 ildən artıqdır ki, istifadə etmişdir.Ara-sıra da istifadə etdiyinə görə özünü təqsirli bilir. Mahiyyəti üzrə bildirdi ki, o narkotik vasitədən istifadə etdiynə görə DİN-nin 102 xidmətinə özü zəng etmiş və ona müalicə üçün kömək göstərilməsini xahiş etmişdir.Bundan sonra Bərdə rayon Polis şöbəsinin əməkdaşları onun evinə gəlmiş və özləri ilə 7 ədəd dibçəkdə əkilmiş 9 ədəd marixuana bitkilərini gətirmişlər. O da tutulacağından qorxaraq razılaşmışdır ki, narkotik vasitə ona məxsusdur. Sonra həmin bitkilər polis əməkdaşları tərəfindən kisəyə qoyularaq götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və onlarla birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Şöbədə üzərində video çəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdirlər. Buna görə də, ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində heç kimə narkotik vasitə satmadığını, nə də heç bir kəsə vermədiyini, polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini, evinə və üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüş, kənar şəxslər bunu görməmiş, polislər də onu saxlayanda tək olmuş, yanında heç kəs olmamış, bunu da kənar şəxslərdən görən olmamışdır. Onun istifadəsində mobil telefon və mobil nömrə olmamış, uzun müddətdir ki, telefon işlətmədiyini bildirdi. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, Vaqif küçəsi ev 2, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, yəni əkib yetişdirməsi ilə əlaqədar şübhəli bilinməsi barədə əməliyyat məlumatı olmuşdur. Ona görə də, tərəfindən xx.xx.2023-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra o, və Bərdə RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı, Şahid3, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı, X11, Kənd Təsərüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X4 aparıcı sektorunun rəisi Şahid4 və Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru, X1 ilə birlikdə 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Vaqif küçəsi ev 2, mənzil 6-da yerləşən fərdi yaşayış evinə getmişdirlər. Orada Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi üçün heç bir etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkiliş Bərdə RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı Şahid3 tərəfindən həyata keçirilmişdir. Bundan sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitsə olub-olmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs cavab olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Bundan sonra prosess iştirakçıları birlikdə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuşdur. Daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində 7 ədəd dibçəklərdə əkdiyi bitkiləri göstərmiş və “nəşə” olduğunu bildirmişdir. Həmin bitkilər polis əməkdaşları tərəfindən dibçəklərdən çıxarılmış, çıxarılmış bitkilər kök etibarı ilə ayrılaraq 9 ədəd olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin bitkilərə aqronom tərəfindən baxış keçirilmiş, 09 ədəd bitkilər ilk görünüşdən narkotik vasitəyə bənzər olan çətənə kolları olması müəyyən olunmuşdur. Həmin bitkilərin tərkibində narkotik maddələri olmağının və digər xüsusatların müəyyən olunması üçün ekspertiza tədqiqatı üçün maddi sübut kimi götürülmüş və DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş, həmçinin prosess iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra prosess iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və fərdi yaşayış evinin içərisinə baxış keçirildi, lakin baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hallar və ya qanunsuz əşya və ya predmət, həmçinin narkotik vasitə aşkar edilmədi. Bundan sonra protokol uca səslə iştirakçılara oxunmuş və iştirakçılar tərəfindən heç bir qeyd və əlavə edilmədiyi üçün imzalarla təsdiq olunmuşdur. Bununlada baxış protokolu yekunlaşmışdır. Bundan sonra onun, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı, X6, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı Şahid3 və Bərdə rayon Vəkillər Bürosunun vəkili X3 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videoçəkilişlə Bərdə RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı Şahid3 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olubolmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan boz rəngli şalvarın sağ cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd göy rəngli alışqan, daha sonra şalvarın sol cibindən 01 ədəd ağ zərfi masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə üzərinə polis əməkdaşı Şahid2 tərəfindən baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya əşya və ya predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Prima” markalı siqaret qutusu, 01 ədəd göy rəngli alışqan və 01 ədəd ağ salfet özünə qaytarılmışdır. Bundan sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş marixuana (nəşə) toxumlarılnı əvvəllər istifadə etdiyi “nəşə” lərin içərisindən götürüb əkdiyini bildirmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmış və video çəkiliş yekunlaşdırılmışdır. Şahid1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X2 kiçik sektorun rəisi işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Buna görə də həmin şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 13 iyun 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə şəhəri Vaqif küçəsi ev 2, mənzil 6-da yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Vaqif küçəsi ev 2, mənzil 6-da yerləşən fərdi yaşayış evinə yollanmışdır. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda sonuncuya yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarını kultivasiya etməsi məlumatına görə onun yaşadığı evə baxış keçirilməli olduğu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazları olub-olmamaları soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Baxış keçirilməsinə başlanılan zaman Təqsirləndirilən şəxs bir daha heç bir etirazının olmadığını bildirmiş və ondan yaşadığı fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cavab olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Bundan sonra prosess iştirakçıları birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində 7 ədəd dibçəklərdə əkdiyi bitkiləri göstərmiş və “nəşə” olduğunu bildirmişdir. Həmin bitkilər polis əməkdaşları tərəfindən dibçəklərdən çıxarılmış, çıxarılmış bitkilər kök etibarı ilə ayrılaraq 9 ədəd olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin bitkilərə tərəfindən baxış keçirilmiş, 09 ədəd bitkilər ilk görünüşdən narkotik vasitəyə bənzər olan çətənə kolları olması müəyyən olunmuşdur. Həmin bitkilərin tərkibində narkotik maddələri olmağının və digər xüsusatların müəyyən olunması üçün ekspertiza tədqiqatı üçün maddi sübut kimi götürülmüş və möhürlənmiş, həmçinin proses iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra prosess iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və fərdi yaşayış evinin içərisinə baxış keçirilmiş, lakin baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hallar və ya qanunsuz əşya və ya predmət, həmçinin narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra protokol uca səslə iştirakçılara oxunmuş və iştirakçılar tərəfindən heç bir qeyd və əlavə edilmədiyi üçün imzalarla təsdiq olunmuşdur. Bununlada baxış protokolu yekunlaşmışdır. Məhkəmə iclasında Şahid3 və X7 şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadələri elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 14 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi barədə Qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarınınəkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 10:00 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Vaqif küçəsi ev 2, mənzil 6 ünvanında yerləşən yaşadığı evin həyatyanı hissəsində 7 ədəd dibçəklərdə əkdiyi ümumi sayı 9(doqquz) ədəd, ümumi təmiz çəkisi 125 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 26-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 13 iyun 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs HK-1/2313 saylı material üzrə şübhəli şəxs qismində 13 iyun 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 71-72-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bərdə RPŞ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 56-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin məhkəmə bioloji ekspertizasının 14 iyun 2023-cü il tarixli 16/623 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən götürülmüş maddi sübutlar” yazı və imzalar olan 1 ədəd sintetik kisədəki, ümumi sayı 09 ədəd, ümumi təmiz çəkisi 125 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər.Mütəxəssis rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: Çətənə bitkisi 9 ədəd, ümumi çəkisi 125 qram, tədqiqata sərf olundu cəmi-0.18 qram qalıq-124,82 qram . (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2023-cü il tarixli 1377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 21-ci vərəqəsində olan baxış və götürmə haqında protokola əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində 7 ədəd dibçəkdə əkilmiş 9 ədəd marixuana koluna bənzər bitkilərin olması müəyyən olunur. Cinayət işinin 115-118-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)112/2020 saylı 08 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 112-114-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 7(021)4/2022 saylı 11 yanvar 2022-ci il tarixli qərarından görünür ki, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-112/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən dərhal azad edilməsi və Təqsirləndirilən şəxs üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. Cinayət işinin 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Appelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərar ilə cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2009-cu il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə məcburi müalicəsi ləğv edilmiş, xx.xx.2009-cu il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən qalan 1 il 09 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən 03 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə hökm dəyişdirilib CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67ci maddəsinə əsasən üzərində qəti olaraq 10 ay 10 gün azadlıqdan məhrum etmə cəzasında saxlanılmış, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bərdə rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bərdə Rayon Məhkəməsinin 1(021)112/2020 saylı 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə şöbəyə daxil olmuş, Bərdə Rayon Məhkəməsinin 7(021)4/2022 saylı 11 yanvar 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə əlaqadar qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 95-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Vaqif küçəsi 2/6 ünvanında yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 91-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatdadır. (opioid qəbulu nəticəsində psixi və davranış pozuntusu- xx.xx.2020- xx.xx.2021) Cinayət işinin 92-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 132-141-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bərdə şəhəri, Vaqif küçəsi ev 2, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində əkərək saxladığı ümumi sayı 9(doqquz) ədəd, ümumi təmiz çəkisi 125 qram olan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 124,82 qram olan bitki nümunələri əkib-becərməsi qadağan olunmuş narkotik tərkibli 9 ədəd çətənə (kannabis) bitkisi maddi sübut qismində tanınmış və Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş, həmçinin baxış götürmə, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk maddi sübut qismində tanınmış cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiynə görə DİN-nin 102 xidmətinə özü zəng etməsi və ona müalicə üçün kömək göstərilməsini xahiş etməsi, bundan sonra Bərdə rayon Polis şöbəsinin əməkdaşları onun evnə özləri ilə 7 ədəd dibçəkdə əkilmiş 9 ədəd marixuana bitkilərini gətirməsi, o da tutulacağından qorxaraq narkotik vasitə ona məxsus olması ilə razılaşması barədə ifadəsinin özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, o ibtidai istintaq müddətində törətdiyi əməli etiraf etmişdir. Həmçinin məhkəmədə ifadəsndə bildirmişdir ki, ona qarşı hər hansı bir zorakılıq olmamışdır. Bununla bağlı da aidiyyəti orqana müraciət etməmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndiriln şəxsin əvvəllər dəfələrlə məhkum olmasını və islah olunmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 14 iyun 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 1 (bir) gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 10 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 124,82 qram olan bitki nümunələri narkotik tərkibli 9 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 13 iyun 2023-cü il tarixindən 14 iyun 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 10 oktyabr 2023- cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 124,82 qram olan bitki nümunələri narkotik tərkibli 9 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-181/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-181/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver