Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-181/2025 15.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1984-cü il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə şəhəri Koroğlu küçəsi, ev.4-də qeydiyyatda olmaqla Bərdə rayonu Əliyanlı kəndində yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Əliyanlı kəndində yaşayan barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPM-nin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə, səhər saat 05 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özlərinin yaşadığı evin qonaq otağının pəncərəsini açıb Bərdə rayonu, Əliyanlı kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs məxsus yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin ilk öncə həyətyanı sahəsinə, sonra isə həmin sahədə yerləşən saxlanc yeri hesab edilən toyuq hininin qapısının açıq vəziyyətdə olmasından yaralanıb oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus bir ədədinin dəyəri 12 manat olmaqla 5 aylıq ümumilikdə 18 (on səkkiz) ədəd toyuğu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 216 (iki yüz on altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə, səhər saat 05 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özlərinin yaşadığı evin qonaq otağının pəncərəsini açıb Bərdə rayonu, Əliyanlı kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs məxsus yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin ilk öncə həyətyanı sahəsinə, sonra isə həmin sahədə yerləşən saxlanc yeri hesab edilən toyuq hininin qapısının açıq vəziyyətdə olmasından yaralanıb oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus bir ədədinin dəyəri 12 manat olmaqla 5 aylıq ümumilikdə 18 (on səkkiz) ədəd toyuğu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 216 (iki yüz on altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, onlar hadisədən əvvəlki gün qardaşı ilə yemək yeyib araq içmişlər. xx.xx.2025-ci il tarixdə, səhər radələrində yuxudan oyanmışlar. Vüsal ona pulları olmadığı üçün Xəyyamın toyuqlarını oğurlayıb satıb pul əldə etməyi təklif etmiş, o da Vüsalın təklifi ilə razılaşmışdır. O, yaşadıqları evin arxa otağının pəncərəsindən Xəyyamın həyətyanı sahəsinə keçib onun toyuq hininə daxil olmuşdur. Həmin vaxt qardaşı Vüsal pəncərədən baxaraq ətrafda gəlib-gedənin olubolmadığına nəzarət etməklə yanaşı onun toyuqları hinə daxil olub çıxartdıqdan sonra ona verməyini gözləmişdir. Beləliklə o, Zərərçəkmiş şəxs həyətinə daxil olub orada yerləşən qapısı açıq vəziyyətdə olan toyuq hinindən 12 ədəd toyuğu tutub evin pəncərəsindən qardaşı Vüsala vermiş, sonra isə pəncərədən öz evlərinə keçmişdir. Bundan sonra onlar evin içərisində həmin 12 ədəd toyuğu tutub ayaqlarını bağlamışlar. Toyuqları həyətdə olan qutunun içərisinə yığıb ağzını bağlamışlar. Bundan sonra taksi xidmətinə zəng edərək Bərdə rayon Təzə bazara taksi sifariş vermişdir. Tanımadığı taksi sürücüsü dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə onların yanına gəldikdən sonra Vüsal bir ədəd qutuda olan 01 ədəd hinduşkanı və 12 ədəd toyuğu avtomobilin yük yerinə qoymuşdur. Təxminən saat 06:20 radələrində Bərdə rayon Təzə bazara getmişlər. Təzə bazarın yaxınlığında avtomobildən düşmüşlər. Vüsal avtomobildən düşüb qutunu götürüb bazara getmişdir. O isə avtomobilin yanında dayanıb siqaret çəkmişdir. Bir neçə dəqiqə sonra Vüsal gəlmiş və taksi sürücüsünə 4 manat yol haqqı vermiş, taksi sürücüsü çıxıb getmişdir. Taksi sürücüsünün oğurluq hadisəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Bundan sonra Vüsal ona toyuq bazarı adlanan ərazidə tanımadığı kişi cinsli şəxsə Cəmilənin hinduşkasını 25 manata, Xəyyamın 12 ədəd toyuğu isə hər biri 9 manat 50 qəpikdən olmaqla ümumilikdə 114 manata satdığını, həmin şəxsin ona ümumilikdə 139 manat pul verdiyini demişdir. Onlar bundan sonra yemək yeyib araq içmək üçün birlikdə Bərdə rayonu, Yenidaşkənd kəndi ərazisində yerləşən "Soyuq Bulaq" adlı restoranda getmiş, həmin 139 manat pulun 60 manatını restoranda xərcləmişlər. Gecə isə yaşadıqları evə gəlmişlər. Cəmilə Kərimovanın hinduşkasını təkcə Vüsal, Zərərçəkmiş şəxs 12 ədəd toyuğunu isə Vüsalla birlikdə o da oğurlamışdır. X14 və Zərərçəkmiş şəxs başqa hər hansı şəxslərdən oğurluq etməmişlər. Təqsirləndirilən şəxs1 həmçinin ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs2 istəyi ilə onunla birlikdə xx.xx.2025-ci il tarixdə, saat 05:30 radələrində qazanc əldə etmək məqsədi qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs həyətyanı sahəsində yerləşən toyuq hinindən 12 ədəd toyuğu oğurlamışlar. Vüsal isə yol kənarından Cəmilə Kərimovaya məxsus 01 ədəd hinduşkanı oğurlamışdır. Onlar oğurladıqları 01 ədəd hinduşkanı və 12 ədəd toyuğu xx.xx.2025-ci il tarixdə, saat 06:30 radələrində taksi ilə Bərdə rayon Təzə bazara aparmışlar. Vüsal hinduşkanı 25 manata, 12 ədəd toyuğu isə ümumilikdə 114 manata olmaqla ümumilikdə 139 manata tanımadığı şəxsə satmışdır. Oğurladıqları hinduşka və toyuqları satdıqdan sonra yemək yeyib araq içmək üçün birlikdə Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində yerləşən "Soyuq Bulaq” adlı restoranda getmiş, həmin 139 manat pulun 60 manatını restoranda xərcləmişlər. Gecə isə yaşadıqları evə gəlmişlər. Cəmilə Kərimova və Zərərçəkmiş şəxs başqa hər hansı şəxslərdən oğurluq etməmişdir. O, Zərərçəkmiş şəxs həyətyanı sahəsinə, sonra isə toyuq hininə daxil olarkən qardaşı Təqsirləndirilən şəxs2 evin pəncərəsində olmuş və o, hindən tutduğu toyuqları pəncərədən Vüsala vermiş, Vüsal isə toyuqları tutub saxlamışdır. Həm də pəncərədən ətrafa baxmışdır ki, kimsə gələsi olsa xəbər versin. Onların oğurladıqları toyuqların sayı 12 olmuşdur. Törətdikləri oğurluq hadisələri barədə heç kimin məlumatı olmamışdır. Məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, həmin gecə yaşadığı evdə qardaşı Təqsirləndirilən şəxs1lə yemək yeyib spirtli içki qəbul etmişlər. xx.xx.2025-ci il tarixdə, səhər radələrində yuxudan oyanmışlar. O, Sənana pulları olmadığı üçün Xəyyamın toyuqlarını oğurlayıb satıb pul əldə etməyi təklif etmiş, Sənan onun təklifi ilə razılaşmışdır. İlkin olaraq Sənan yaşadıqları evin arxa otağının pəncərəsindən Xəyyamın həyətyanı sahəsinə keçib onun toyuq hininə daxil olmuşdur. Daha sonra toyuq hinindən 12 ədəd toyuğu və hinduşkanı tutub evin pəncərəsindən içəri atmışdır. O da pəncərədə dayanıb ətrafa nəzarət etmiş, həm də Sənanın verdiyi toyuqları tutub saxlamışdır. Bundan sonra onlar evin içərisində həmin toyuqları tutub ayaqlarını bağlamışlar. Toyuqları həyətdə olan qutunun içərisinə yığıb ağzını bağlamışlar. Daha sonra o, "825" taksi xidmətinə zəng edərək Bərdə rayon Təzə bazara taksi sifariş vermişdir. Tanımadığı taksi sürücüsü dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə onların yanına gəldikdən sonra Sənanla birlikdə bir ədəd qutuda olan 01 ədəd hinduşkanı və toyuqları avtomobilin yük yerinə qoyaraq təxminən saat 06:20 radələrində Bərdə rayon Təzə bazara getmişlər. O, avtomobildən düşüb qutunu götürüb bazara getmişdir. Təzə bazarda toyuq bazarı adlanan ərazidə tanımadığı kişi cinsli şəxsə Cəmilənin hinduşkasını 25 manata, Xəyyamın 12 ədəd toyuğu isə hər biri 9 manat 50 qəpikdən olmaqla ümumilikdə 114 manata satmışdır. Həmin şəxs ona ümumilikdə 139 manat pul vermişdir. Bir neçə dəqiqə sonra o, Sənanın yanına getmiş və taksi sürücüsünə 4 manat yol haqqı vermiş, taksi sürücüsü çıxıb getmişdir. Taksi sürücüsünün oğurluq hadisəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Bundan sonra yemək yeyib araq içmək üçün Sənanla birlikdə Bərdə rayonu, Yenidaşkənd kəndi ərazisində yerləşən "Soyuq Bulaq" adlı restoranda getmiş, həmin 139 manat pulun 60 manatını restoranda xərcləmişlər. Gecə isə yaşadıqları evə gəlmişlər. Cəmilə Kərimovanın hinduşkasını yalnız o, Zərərçəkmiş şəxs 12 ədəd toyuğunu isə Sənanla birlikdə oğurlamışdır. X14 və Zərərçəkmiş şəxs başqa hər hansı şəxslərdən oğurluq etməmişlər. Cəmilə Kərimova və Zərərçəkmiş şəxs başqa hər hansı şəxslərdən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyətyanı sahəsinə, sonra isə toyuq hininə daxil olarkən o, pəncərədə olmuş, ətrafa baxmışdır ki, gələn olsa tez Sənana xəbər versin. Həm də Sənanın tutduğu toyuqları pəncərədən qəbul edib saxlamışdır. Törətdikləri oğurluq hadisələri barədə heçkimin məlumatı olmamışdır. Məhkəmədən yüngül cəza tədbirinin görülməsini xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğurluq olunan ev hal- hazırda yarımtikili vəziyyətdədir və həyətyanı sahədə toyuq hini vardır. Evin hər tərəfi hasarlanmışdır. Qonşu Sənan və onun qardaşı Vüsalın yaşadığı evin pəncərəsi isə birbaşa onun evinin həyətinə açılır, yəni Sənan və onun qardaşı Vüsalın evi ilə onun həyətyanı sahəsi arasında hasar yoxdur. Sənanın evindən onun evinin həyətyanı sahəsinə asanlıqla keçmək olur. O, həmin toyuq hinində böyüdüb satmaq üçün toyuq 265 saxlayır. Demək olar ki, hər gün gedib toyuqlara yem və su verir. Hinin qapısı isə açıq olur və toyuqlar gündüz vaxtı həyətyanı sahədə gəzişirlər. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında toyuqlara yem vermək üçün yenə həmin evə getmişdir. Həmin vaxt toyuqların sayında əksiklik hiss etmiş, lakin gözləmişdir ki, hinə yığışsınlar və o, toyuqları saysın. Onu da qeyd etmişdir ki, həmin vaxt orada 120 ədəd toyuğu olmuşdur. Toyuqlar hinə yığışandan sonra o, toyuqları saymış və görmüşdür ki, 102 ədəd toyuq qalmışdır. Həmin vaxt oğurluq olmasından şübhələnmiş və ən çox da qonşuluqda yaşayan, tüfeyli həyat tərzi sürən, əksər hallarda spirtli içki qəbul edən Vüsal və Sənan qardaşlarından şübhələnmiş, həmin vaxt DİN-in 102 xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və o, ərizə yazmışdır. Zərərçəkmiş şəxs həmçinin ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə nəticəsində ona məxsus 18 ədəd hər biri beş aylıq toyuğu oğurlanmışdır. Həmin toyuqların bir ədədinin qiyməti 12 manat olmuşdur. Hadisəni kimin törətdiyini dəqiq bilmir, lakin qonşuluqda yaşayan Sənan və Vüsal qardaşlarından şübhələnir. Onun sadəcə 18 ədəd toyuğu oğurlanmışdır. O oğurlanmış əmlakının sayını dəqiq bilir. Yekunda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, bir müddətdir ki, özünəməxsus avtomobillə 825 "Xalq taksi" xidmətində sürücü işləyir. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında "Xalq taksi" xidməti tərəfindən 050-758-76- 31 saylı mobil nömrəsi vasitəsilə Bərdə rayonu Əliyanlı kəndindən Bərdə rayon Təzə bazara verilmiş taksi sifarişi ona yönləndirilmiş, o, sifarişi qəbul edib həmin ünvana yaxınlaşmış, saat 06:05 dəqiqədə Əliyanlı kəndində həmin ünvana çatmışdır. Ünvana çatdıqda iki nəfər kişi cinsli, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılamışdır. Həmin şəxslər avtomobilin yük yerinə içərisində hinduşka və bir neçə ədəd toyuq olan bir ədəd böyük qutu qoymuşlar. Bundan sonra həmin iki şəxs avtomobilə əyləşmişlər. O, avtomobili idarə edib Bərdə rayon Təzə Bazarın ətrafındakı "Mega store" mağazasının yaxınlığında saxlamış, həmin şəxslərdən biri avtomobilin yanında dayanmış, digəri isə bazara keçib təxminən 5 dəqiqəyə toyuq və hinduşkanı satıb avtomobilin yanına gəlmiş, ona 4 manat gediş haqqı vermiş, bundan sonra o çıxıb getmişdir. Həmin şəxsləri bir daha görməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, məhkəməyə verilmiş şəxslər onun övladlarıdır. xx.xx.2025-ci il tarixdə 2 müxtəlif yerdən, yəni qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan hindən 18 ədəd toyuğunu və digər qonşusu X2 isə yoldan bir ədəd hinduşkasını oğurlamalarını sonradan bilmişdir. Həmçinin onların həmin oğurluq nəticəsində əldə etdikləri toyuqları və hinduşkanı əldə etdikdən sonra yaşadıqları evə gətirmələri barədə də əvvəlcədən məlumatı olmamışdır. O həmin gün ümumiyyətlə evdə olmamışdır. Şahid2 həmçinin ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, övladları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə 2 müxtəlif yerdən, yəni qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan hindən 18 ədəd toyuğunu və digər qonşusu X2 isə bir ədəd hinduşkasını oğurlamaları barədə ona əvvəl və ya sonra heç bir məlumat verməmişdirlər. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən yer Bərdə rayonu, Əliyanlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan yaşayış olmayan həyətyanı sahədir. Sahənin giriş qapısı qara rənglidir. Həyətə daxil olduqda sağ və sol hissədə tövlə və toyuq hini yerləşir. Toyuq hini setka və taxta materialdan ibarətdir. Xəyyam həmin hində 120 ədəd toyuq saxladığını bildirmişdir. Həmin qapı hörülmədir. Açıq vəziyyətdə olmuşdur. Xəyyam xx.xx.2025-ci il tarixdə naməlum şəxs tərəfindən 18 ədəd çolpanın oğurlandığını bildirmişdir. Baxış zamanı kriminalist tərəfindən hər hansı əl-barmaq izləri və şübhəli əşya və predmet müəyyən edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib edilməklə materiala əlavə edilmişdir. Protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Protokola hər hansı bir əlavə və düzəliş olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən yer Bərdə rayonu, Əliyanlı kəndində yerləşən X2 yaşadığı fərdi yaşayış evinin yaxınlığında olan yol kənarıdır. Ətrafda mişar daşlarından tikilmiş fərdi yaşayış evləri yerləşir. Cəmilə Kərimova xx.xx.2025-ci il tarixdə yol kənarından ona məxsus 01 ədəd 90 manat dəyərində erkək hinduşkasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Oğurluq hadisəsi yol kənarında baş vermişdir. Baxış zamanı kriminalist tərəfindən hər hansı sübut əhəmiyyəti daşıyan əşya və predmet, həmçinin əl-barmaq izləri müəyyən edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Protokola hər hansı bir əlavə və düzəliş olunmamışdır. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadə yerində yoxlanılmışdır. Müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadə yerində yoxlanılmışdır. Müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. ********* nömrəli iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş ƏQ-0062/2025 saylı rəydən görünür ki, Real bazar dəyəri 180 manat olan 18 ədəd beş aylıq toyuq, real bazar dəyəri 60 manat olan 1 ədəd Hinduşka bir illik erkək, cəmi 240 manat. Mütəxəssi rəyi X1 (BQS) eləcə də, digər beynəlxalq birliklərinin peşəkar əmlakın qiymətləndirilməsi üzrə qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. İstintaq zamanı verilmiş əməliyyat tapşırığı əsasında Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sözü gedən oğurluq hadisələrini törədən zaman onlardan başqa digər hər hansı bir şəxs və ya şəxslər iştirak etməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi istiqamətində isə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus oğurladıqları 18 (on səkkiz) ədəd toyuğu və Təqsirləndirilən şəxs2 ardınca həmin ərəfədə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda X3 məxsus oğurladığı 01(bir) ədəd erkək hinduşkanı Bərdə rayonu, Təzə bazar adlanan ərazidə bir nəfər şəxsə satmaları barədə məlumat olsa da, həmin şəxsin şəxsiyyətinin müəyyən olunaraq istintaqa təqdim edilməsi mümkün olmamışdır. Cinayət işininin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-dən daxil olmuş 09 avqust 2025-ci il tarixli, 83 saylı məktubdan görünür ki, bir ədəd 5 aylıq toyuğun və bir ədəd 1 illik erkək hinduşkanın xx.xx.2025-ci il tarixə olan orta bazar qiyməti müvafiq olaraq on iki manat və altmış manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 12 sentyabr 2025-ci il tarixli 18-1-28/2-2145/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 "Bərdə RMX" Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 12 sentyabr 2025-ci il tarixli 18-1-28/2-2146/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 "Bərdə RMX" Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işininin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 1530 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işininin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 1531 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 03 il nüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə cəza sonu ilə azad olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizb. R-N Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 06 ay müddətində məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüş və xx.xx.2005-ci ildə azad olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011- ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən CM-nin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. Cinayət işininin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin təqdim etdiyi 03 fevral 2020-ci il tarixli № 1(021)-27/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan RespublikasıCM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X2 ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tamamilə ödənmişdir. O həmin şəxslərlə barışmışdır. Onlardan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxs X4 cəzasını yüngülləşdirən hallar qismində zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı tamamilə könüllü olaraq ödəməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən hallar qismində zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı tamamilə könüllü olaraq ödəməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə Bərdə rayonu, Əliyanlı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayonu, Əliyanlı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdiyi 20 (iyirmi) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bərdə rayonu, Əliyanlı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayonu, Əliyanlı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdiyi 20 (iyirmi) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-181/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-181/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver