Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-182/2022 30.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 1972-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkərək yetişdirmişdir. Belə ki o, 2022-ci ilin may ayında Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 03 (üç) ədəd ümümi təmiz çəkisi 2750 qram olan əkilib yetişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, 06 iyul 2022-ci il tarixdə saat 15 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 03 (üç) ədəd narkotik tərkibli çətənə bitkiləri onun Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə elə həmin kənddə yaşayır. Evlidir, 2 övladı var. 1 qrup əlildir. 1-ci Qarabağ müharibəsi zamanı xəsarət alaraq əlillik almışdır. O uzun müddətdir ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə edir. Təxminən 4-5 ay bundan qabaq Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisində piyada hərəkətdə olarkən yerdə 1 ədəd kibrit qutusu olduğunu görmüş və həmin kibrit qutusunu yerdən götürüb içərisinə baxdıqda içərisində 3 ədəd marixuana toxumu olmasını görmü.dür. Həmin narkotik vasitə toxumlarını özü ilə birlikdə yaşadığı evə gətirmişdir. Təxminən 2 ay bundan qabaq o həmin 3 ədəd toxumu əkmək qərarına gəlmişdir. Yaşadığı ünvanda həyətyanı sahəsində 3 ədəd toxumu əkmiş və becərməyə başlmışdır. 20 gün sonra həmin çalalardan çətənə bitkiləri cücərməyə başlamışdır. Həmin bitkilərin yaxşı inkişaf etməsi üçün təxminən 10-15 gündən bir həmin bitkiləri suvarmışdır. Həmin çətənə bitkiləri iki ay ərzində inkişaf edərək indiki vəziyyətinə gəlib çatmışdır. Həmin bitkilərin yaxşı inkişaf etməsi üçün tez-tez suvarırmışdır. Həmin çətənə bitkiləri təxminən 90 gündən sonra yetişməli idi. 06 iyul 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək, ondan həyətyanı sahəyə baxış keçirilməsinə icazə istəmışdırlər, o isə etiraz etmədiyii bildirdikdən sonra polis əməkdaşları yaşadığı ünvanın həyətinə daxil olmuşdurlar. Polis əməkdaşları yaşadığı ünvanın həyətyanı sahəsində çətənə kolları əkibəkmədiyini soruşmuşdurlar. O polis əməkdaşlarına könüllü şəkildə yaşadığı ünvanın həyətində 3 ədəd çətənə toxumunu əkdiyini bildirmişdir. Polis əməkdaşları onun iştirakı ilə videoçəkiliş ilə həyətyanı sahəyə baxış keçirtmişdirlər. Həyətyanı sahədə 3 ədəd narkotik vasitə hesab edilən marixuanaya bənzər bitkilərin olması aşkar edilmişdir. Həmin vaxt o polis əməkdaşlarına həmin çətənə bitkilərini istifadə etmək üçün özünün əkib-becərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları sənədləşmə aparmışdılar, becərdiyi 3 ədəd çətənə bitkilərini kökündən çıxardılar ağ rəngli un torbasına qoyularaq qablaşdırılmışdır. Daha sonra 3 ədəd kol elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 2,500 qram olması müəyyən olunmuşdur. Suyu kapron qab vasitəsi ilə gətirib həmin bitkilərin kökünə tökmüş, həmin bitkilərə başqa maddələr verməmiş, o cəmi 3 ədəd narkotik vasitə olan çətənə bitkisi becərmiş, kökündən çıxarıb istifadə etməmiş, həmin narkotik vasitədən kiməsə verməmiş və ya satmamış, o əvvəllər tərkibində narkotik maddələr olan bilkilər, çətənə bitkisi əkib-becərməmiş, o narkotik vasitə olan marixuanadan istifadə edir, həmin bitkiləri də özü istifadə etmək üçün əkmiş, həmin bitkiləri əkib-becərməklə bağlı heç kimlə sövdələşməsi olmayıb və ya buna görə ona heç kim kömək etməmiş, bu barədə heç kimin, hətta ailə üzvlərinin məlumatı olmamış, o narkotik vasitəni istifadə etmiş, istifadə etdiyi narkotik maddəni o kənd yolunun kənarlarından tapmışdır. Protokol tərtib olunmuş, həmin protokol imzalnmış. Bundan sonra polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirtmişdirlər. Lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində ona hüquq vəzifələri izah olunduqdan sonra ona vəkili Müdafiəçi təqdim edilmişdir. Müdafiəçi təqdim edildikdən sonra videokamera vasitəsilə mudafiəçinin iştırakı ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir şübhəli əşya predmet aşkar edilməmişdir. Təhqiqatçı şəxsi axtarış ilə bağlı protokol yazmış, həmin protokolu ucadan səsləndirmişdir. Protokola iştirakçılar tərəfindən irad və şikayət daxil olmamış və protokolu imzalamışdırlar. Məhkəmədən əməlindən səmimi peşman olmasını, birinci Qarabağ müharibəsində iştirak etməsini, birinci qrup əlil olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyir, polis baş leytenantı rütbəsindədir. 06 iyul 2022-ci il tarixdə ünvan 5ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkib becərməsi, üzərində saxlaması barədə məlumatlar olmuşdur. Bundan sonra onun Bərdə rayon Polis Şöbəsinin CAB-ın əməliyat müvəkkili, Şahid2 iştirakı ilə tərəflərindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 06 iyul 2022-ci il tarixdə saat 15 radələrində adı çəkilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində olduğu müəyyən edilmişdir. Bundan sonra Bərdə Bərdə rayon Polis Şöbəsinin, TB-in təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov, həmin şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid2, həmin şöbənin KTQ-un inspektoru Sənan Əhmədov və aqronom Sahil Əhmədov ilə birlikdə həmin əraziyə getmişlər. Bərdə rayonu Qaradəmirçi kəndində Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşaraq həmin şəxsə qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olmasını bildirərək, yaşaığı evə baxış keçirilməsinə etirazının olub – olmadığını soruşduqda Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və bundan sonra onlar, yəni polis əməkdaşları sonuncunun yaşadığı evin həyətyanı hissəsinin sol tərəfindən 3 ədəd çətənə kolu aşkar etmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini həmin çətənə kollarını öz istifadəsi üçün becərdiyini bildirmişdir. Bundan başqa aqronom Sahil Əhmədov həmin kollara aqro-texniki qaydada qulluq olunduğunu və kultivasiya edildiyini bildirmişdir. Daha sonra həmin kollar kökləri ilə birlikdə çıxardılmış və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və heç bir etiraz etməyərək Bərdə Bərdə rayon Polis Şöbəsinə gəmişdir. Bərdə Bərdə rayon X10 Qurbanova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra yenidən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müvafiq protol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri iə birlikdə ünvan 2 ünvanında yaşayır. O X12 Mühafizə Fumiqasiya və Zərərsizləşdirmə Mərkəzinin aparıcı aqronom vəzifəsində işləyir. ünvan 5 sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqəsi olmamış, aralarında düşmənçilik və ədavət olmamışdır. 06 iyul 2022-ci il tarixdə o işdə olan zaman Bərdə rayon polis şöbəsindən ünvan 5 sakini Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyani sahəsinə baxış keçiriləçəyi barədə məlumat verilmişdir. O, aparıcı aqranom kimi həmin baxışda iştrak etmək üçün rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5inə getmişdir. Bundan sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları və onun iştrakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsini sol hissəsində yerləşən bağda ümumilikdə 03 ədəd yaşıl rəngli kəskin spesifik iyli, narkotik xassəli çətənə kollarına bənzər bitki kolları aşkar edilmişdir. Aşkar olunmuş 03 ədəd dibçəkdə olan çətənə koluna ilkin baxış keçirilən zaman aqrotexniki qaydada qulluq olunduğu yəni becərildiyi müəyyən edilmişdir. Buna görə də o, rəy yazmışdır. Həmin çətənə bitkilərinin kolları çıxarılmış və qablaşdırılmışdır. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclas zalında ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. O Bərdə rayon polis şöbəsinin X2 əməliyyat müvəkkili işləyir, polis baş leytenantı rütbəsindədir. 06 iyul 2022-ci il tarixdə ünvan 5ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkib becərməsi, üzərində saxlaması barədə məlumatlar olmuşdur. Bundan sonra onun Bərdə rayon Polis Şöbəsinin CAB-ın əməliyat müvəkkili, Şahid2 iştirakı ilə tərəflərindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 06 iyul 2022-ci il tarixdə saat 15 radələrində adı çəkilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində olduğu müəyyən edilmişdir. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin, TB-in təhqiqatçısı, poli kapitanı Orxan Məmmədov, həmin şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid2, həmin şöbənin KTQ-un inspektoru Sənan Əhmədov və aqronom Sahil Əhmədov ilə birlikdə həmin əraziyə getmişdirlər. Bərdə rayonu Qaradəmirçi kəndində Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşaraq həmin şəxsə qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olmasını bildirərərk, yaşaığı evə baxış keçirilməsinə etirazının olub – olmadığını soruşduqda Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və bundan sonra onlar, yəni polis əməkdaşları sonuncunun yaşadığı evin həyətyanı hissəsinin sol tərəfindən 3 ədəd çətənə kolu aşkar etmişdirlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini həmin çətənə kollarını öz istifadəsi üçün becərdiyini bildirmişdir. Bundan başqa aqronom Sahil Əhmədov həmin kollara aqro-texniki qaydada qulluq olunduğunu və kultivasiya edildiyini bildirmişdir. Daha sonra həmin kollar kökləri ilə birlikdə çıxardılmış və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və heç bir etiraz etməyərək Bərdə RPŞ-nə gəmişdiri. Bərdə rayon X10 Qurbanova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sorna yenidə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müvafiq protol tərtib edilmiş və imzalanmışdır. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə rayon X8 bölməsinin təhqiqatçısının və Cinayət Axtarış Bölməsinin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5ində yerləşən evin həyətinə videoçəkilişlə baxış keçirilmiş, həmin evin həyətyanı sahəsinin sol hissəsində yerləşən bağdan ümumilikdə 03 ədəd yaşıl rəngli, kəskin spesifik iyli, narkotik xassəli çətənə kollarına bənzər bitki kolları aşkar edilərək götürülmürşdür. Cinayət işi materiallarına əlavə edilmiş 06 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında tərtib edilmiş protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsinin inzibati binasının xidməti otağında, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli əşya aşkar edilməmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, HK-1- 2669 nömrəli materiaı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 07 iyul 2022-ci il tarixli 16/787 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ ünvan 5ində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşlar olunaraq götürülmüş 3 ədəd çətənə kollarına bənzər kollar...” yazı və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, sayı 3(üç) ədəd ümumi təmiz çəkisi 2750 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və X6 regional mərkəzinin 06 iyul 2022-ci il tarixli, aparıcı aqronom Şahid3 tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayonu Qaradəmirçi kənd sakini Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirən zaman,aşkar edilmiş 3 ədəd narko xassəli bitkilərə aid olan çətənə koluna aqrotexniki qaydada qulluq olunmuş və becərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 22 sentyabr 2022-ci il tarixli, 1431 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik olaraq istifadə edir. Narkomaniya xəstəliyindən əziyyət çəkir. 1-ci qrup əlil olduğundan narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi materiallarında olan 08 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli biliniyindən təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 25 avqust 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 2750 qram olan narkotik tərkibli 03 ədəd çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalıq 2749,94 qram narkotik vasitə cinаyət işi üzrə mühüm əhəmiyyət kəsb еtdiyindən mаddi sübut kimi таnınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkərək yetişdirmişdir. Belə ki o, 2022-ci ilin may ayında Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 03 (üç) ədəd ümümi təmiz çəkisi 2750 qram olan əkilib yetişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, 06 iyul 2022-ci il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 03 (üç) ədəd narkotik tərkibli çətənə bitkiləri onun Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın mədudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, birici Qarabağ Müharibəsi iştirakçısı olması, birinci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbs qətimkan tədbirinin seçildiyi 21 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 42 gün, yəni 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbs qətimkan tədbirinin seçildiyi 21 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 40 gün həbsdə saxlamanın müddəti, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 5i ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu məhkəmə iclasına gəlməkdən yayındığından Bərdə Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixi qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərar ilə hazırki cinayət işi üzrə icraat təzələnmişdir. Belə ki, Bərdə rayon Polis Şəbəsindən daxil olmuş 38098 saylı 25 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə Bərdə rayonu ərazisində tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X4 təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və sonuncu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən işdə olan təqsirləndirilən şəxs, şahidlərin ifadələri, istintaq hərəkətləri protokolları, 2 ədəd DVD disklər, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 2750 qram olan narkotik tərkibli 03 ədəd çətənə (kannabis) bitkisinin qalıq, 2749,94 qramı cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut kimi hesab olunmuş,saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 2750 qram olan narkotik tərkibli 03 ədəd çətənə (kannabis) bitkisinin qalıq, 2749,94 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “DVD” cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəksə də birinci qrup əlil olduğundan ona məcburi müalicə təyin edilməməli, lakin yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbs qətimkan tədbirinin seçildiyi 21 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 42 gün həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 6i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 2750 qram olan narkotik tərkibli 03 ədəd çətənə (kannabis) bitkisinin qalıq, 2749,94 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HаkimElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-182/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-182/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver