Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-183/2021 11.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X4 Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 2004-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, Ə.Əliyev küçəsi ev 37-də qeydiyyatda olan və Bərdə rayonu Əliyanlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.07.2021-ci il tarixdə saat 19 radələrində Bərdə rayon Qarabağ qəsəbəsində bacısı Şahid1 keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində bacısının güya əxlaqsız hərəkətlər etməsi ilə bağlı şəxsi münasibətlər zəminində sonuncu ilə aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs əl nahiyəsinə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə şəhəri 4 saylı tam orta məktəbi 2021-ci ildə bitirmişdir. Bacısı Şahid1 2019-cu ildə Bərdə rayon Qarabağ qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, lakin onların rəsmi nikahı olmamışdır. Həmin evlilikdən bacısının 1 qızı doğulmuşdur. Aynur evli olduğu müddət ərzində bir neçə dəfə Rəşadla aralarında söz-söhbət olmuş, 2021-ci ilin fevral ayında Aynurla Rəşad ayrılmış, Aynur öz qızı ilə birlikdə onlara gəlmişdir. Rəşad bacısı ilə barışmaq istəsə də Aynur onunla barışmaq istəmədiyini bildirmişdir. Buna görə Rəşad onları təhqir etmiş, bacısının, anasının ünvanına nalayiq ifadələr işlədirmişdir. 17.07.2021ci il tarixdə saat 16 radələrində Rəşad ona whatsapp-da nalayiq ifadələr işlədildiyi səslər atmış, özü də cavab olaraq nə üçün belə söyüşlər söydüyünü soruşmuş, Rəşad ona bacısı ilə bağlı nalayiq ifadələr işlətmişdir. Rəşad onu evlərinə çağırmış, taksi ilə onların evinin qarşısına getmişdir. Rəşadı çölə çağırsa da çıxmamış, onu evə dəvət etmişdir. İçəri keçəndən sonra Rəşaddan nə üçün ona bacısı haqqında nalayiq sözlər işlətdiyi səslər atdığını soruşmuş?, sonuncu ona olanı dediyini demişdir. Rəşadın qolundan tutmuş və demişdir ki, “evdə anası, bacısı var rahat söhbət edə bilmirik, çıxaq qıraqda söhbət edək”. Həmin vaxt Rəşad onun boynundan tutub çəkmiş, sonra isə Rəşad yumruqla onu vurmuşdur. Rəşad stolun üstündən bıçaq götürmüş, onun üstünə bıçaqla gələndə Rəşadın əlindən bıçağı alıb əlində buran zaman həmin bıçaqla Rəşadın əlinə xəsarət yetirmiş, sonra isə ordan qaçmış, tanımadığı taksi saxlayıb evlərinə getmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildə Bərdə rayon Əliyanlı kənd sakini X5 ilə ailə həyatı qurmuş, lakin rəsmi nikahı olmamışdır. Evlilikdən 1 qızı vardır. Evli olduqları müddət ərzində bir neçə dəfə Aynurla aralarında sözsöhbət olmuşdur. 2021-ci ilin may ayında Aynur ilə münasibətləri pozulduğu üçün ayrılmışlar. Aynur qızı ilə birlikdə öz ata evinə getmişdir. İyun ayınının sonlarında Aynur ona zəng vurmuş və aliment istəmiş, özü də demişdir ki, “ayrılsaq da 3 ay bizim evimizdə qalmısan”. 15.07.2021-ci il tarixdə axşam üstü küçəyə dönərkən Əliyanlı kəndində yerləşən “Qarabağ marketin” sahibinin oğlu Nadirlə qarşılaşmış, keçmiş həyat yoldaşının Nadirlə münasibəti olduğunu bildiyindən, həmçinin Nadir onların qapılarını güddüyündən şübhələndiyi üçün öz qapılarının qarşısına gəldikdən sonra avtomobili saxlamadan dönüb qayıtmış, həmin vaxt anasıda onun avtomobilində olmuşdur. Nadirin arxasınca getmiş, Nadir öz marketlərinin qarşısına dönmüş, marketin qarşısında avtomobili saxlayıb içəri keçmişdir. Mağazaya girib Nadiri çölə çağırsa da çıxmamışdır. Nadirin atasına xəbərdarlıq etmiş, sonra isə evə qayıtmışdır. Evə qayıdandan sonra Aynurun xalası Cəmiləyə zəng etmiş və demişdir ki, “bacın qızına denən evimi niyə güddürür?”. Aynurun qardaşı Ayxana mesaj yazmışdır ki, “məndən əl çəkin, mən sizdən qurtarmışam”. Mesaj göndərəndən sonra Ayxan ona zəng etmiş və demişdir ki, “mağazadayam, adam çoxdu, sonra səni yığacam”. Bir qədər sonra Ayxan ona zəng etmiş və görüşməyi təklif etmişdir. Özünə məxsus avtomobil ilə Ayxanı işlədiyi “Qarabağ market”-dən götürmüş və öz küçələrinin girəcəyində olan qəssəbxananın yanında avtomobili saxlamışdır. Ayxan bacısı Aynura zəng etmiş, Aynur ona demişdir ki, “bizim qapının ağzına gəlin”. Özü də demişdir ki, “siz məni ilişdirəcəksiniz”. “Qarabağ marketin” qarşısında Ayxanı avtombildən düşürüb evə qayıtmışdır. 17.07.2021-ci il tarixdə Ayxan ona zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Ayxana “sözün varsa gəl qapının ağzına burda söhbət edək” demişdir. Saat təxminən 1830 radələrində Ayxan onların qapısının qarşısına gəlmişdir. Ayxanı içəri dəvət etmiş, onunla söhbət etməyə başlamış, həmin vaxt Ayxan səs-küy etməyə başlamışdır. Ayxanla söhbət edərkən anası Kəmalə və bacısı Gülnarə də onların yanında olmuşdir. Ayxan onun qolundan tutub çöldə söhbət etmələrini tələb etmişdir. Ayxan söyüş söyməyə başlamış və özü də Ayxanın üzündən itələmişdir. Bu vaxt Ayxan belindən sapı olmayan tək tiyədən ibarət olan bıçaq çıxarmış və onu vurmaq istəyərkən əli ilə bıçağı tutmuşdur. Ayxan bıçağı çəkərkən əlindən xəsarət almışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2019-cu ildə Bərdə rayonu Qarabağ qəsəbə sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Evliliklərindən 1 qızı doğulmuşdur. Evli olduqları müddət ərzində bir neçə dəfə Rəşadla aralarında söz-söhbət olmuşdur. 2021-ci ilin may ayında Rəşadla münasibətləri pozulduğu üçün ayrılmış, qızı ilə birlikdə anası evinə gəlmişdir. Rəşad qardaşı Ayxana təhqiredici, hədələyici mesajlar yazırmış, onu görüşə dəvət edirmiş, lakin onlar Ayxana Rəşaddan uzaq durmasını bildirirmişlər. 17.07.2021-ci il tarixdə evdə olarkən Ayxan həyəcanlı formada, üzü qızarmış evə gəlmişdir. Nə baş verdiyini soruşanda Ayxan Rəşadla söhbət etmək üçün onlarin evinə getdiyini, evdə olarkən aralarında mübahisə yarandığını, mübahisə zamanı Rəşadın əlində olan bıçağı ondan alarkən Rəşadın əlinə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, böyük oğlu Rəşad 2019-cu ildə Bərdə rayon Əliyanlı kənd sakini X5 ilə ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların evliliklərdən 1 qızları doğulmuşdur. 2021-ci ilin may ayında Aynur ilə oğlu Rəşadın münasibətləri pozulduğundan ayrılmış, Aynur nəvəsi ilə birlikdə öz ata evinə getmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 19 iyul 2021-ci il tarixli 622 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol əlin İ və İİİ barmağının ovuc səthlərinin kəsilmiş-deşilmiş yaraları, sağ əlin arxa səthinin cırığı iti uca və kəsici kənara malik alət (alətlər) təsirindən törənmişdir. Müddəti qərarda göstərilən tarixə 17.07.2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 20 sentyabr 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 1713 saylı 05 oktyabr 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Ağdam rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs Bərdə rayonu Əliyanlı kəndində yaşayır. Onun barəsində Kətəlparaq kənd icra nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin barışıq ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 1.13-cü bəndinə əsasən cinayət törədərkən 18 yaşına çatmamış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Bu Qanunun 8-ci bəndinə görə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qanunun 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1 və 39.1.12-ci maddəsinə əsasən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlana bilməz, başlanılmış cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 1.13, 8, 9.1-ci bəndlərinə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının təsiri altına düşdüyündən, onun barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-183/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-183/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver