Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-183/2025 12.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məmmədova Aypara Adil qızının katibliyi, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan, barəsində “polis nəzarəti altna vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin açıq baxış iclasında baxaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: İ.İstinad edilən əməlin halları Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında" Azərbaycan Respublikası Qanununun 1 siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 7,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 18:25-də Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Qaradəmirçi kəndində saxlanılıb üstü yoxlanılan zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi, 7,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotikvasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İİ. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin avqust ayında Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində piyada hərəkətdə olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bərdə rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib üstünü yoxlayacaqlarını bildirmişlər. O, polis əməkdaşlarına üstünün yoxlanılmasına etiraz etmədiyini bildirmişdir. Daha sonra üstü yoxlanılmışdır. Polis əməkdaşları ona üzərində qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməyi təklif etmişlər. O, həmin vaxt narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. O, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gəlmişdir. Bərdə rayonu vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. O, hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmiş və müdafiəçi ilə ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilir. Məhkəməyə ərizə təqdim edərək, amnistiya aktının barəsində tətbiq edilərək cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. İİİ. Şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələr Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayorudur. 2025-ci il avqust ayında Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayonu, Qaradəmirçi kəndində saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında şübhəli olduğu bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunu təqdim etmiş, həmin kibrit qutusunun içərisində "marixuana" olduğunu və həmin kütləni yaşadığı "İstisu" adlanan ərazinin yaxınlığından tapdığını bildirmişdir. Həmin kibrit qutusuna baxış keçirilərkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni haradan və nə məqsədlə əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı ərazidə yerləşən "İstisu" adlanan yerin yaxınlığından tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq niyyəti olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1(bir) ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 10,43 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1(bir) ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd ağ rəngli kağız zərfə qoyulmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmiş və DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Bərdə RPŞ-nin inzibati binasına daxil olmuşlar və inzibati binada 1 (bir) ədəd zərf və 1 (bir) ədəd DVD disk təhqiqatçıya təqdim edilmiş, zərfdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin, DVD diskin içərisində isə əməliyyat-axtarış tədbirinin keçirilməsini və şübhəli şəxsin üstünün yoxlanmasını əks etdirən videoçəkiliş olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşımasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Bunun ardınca X10 tərəfindən Təqsirləndirilən şəxs hazırda üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd mobil telefonu çıxardıb təqdim etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib- etmədiyini, əgər narkotik vasitələrdən istifadə edibsə hansı müddətdir və hansı növündən istifadə etdiyi soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə 1 il olar ki, narkotik vasitədən istifadə etdiyini və "nəşə”, yəni marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra X10 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib 1 (bir) ədəd ağ zərfdə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni göstərib həmin kütlənin özünə məxsus olub-olmadığını, nə zaman və haradan əldə etdiyini soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin kütlənin özünə məxsus olduğunu, həmin gün səhər saatlarında yaşadığı ərazidə yerləşən "İstisu" adlanan yerin yaxınlığından tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nafari, polis serjantı Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdirlər. İV. İş materiallarına istinad Cinayət işinin materiallarına əlavə edilmiş 21 avqust 2025-ci il tarixdə əməliyyataxtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 18:29 dəqiqədən saat 18:36 dəqiqəyədək olan müddət ərzində videoçəkilişlə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Təqsirləndirilən şəxs üstü yoxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri qanuni əşya olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs üzərindən 1(bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Ardınca qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 10,43 qram olması müəyyən olmuşdur. Həmin kütlə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütləni Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "İstisu" adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 21 avqust 2025-ci il tarixdə «Təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 19:35 dəqiqədən saat 19:46 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ- nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə hüquq və vəzifələri izah edildikdən sonra Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili. polis mayoru Şükürov X4 Taryel Rauf oğlunun xx.xx.2025-ci il tarixdə saat 18:25 dəqiqədə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində saxlanılaraq üstünün yoxlanıldığını, üzərindən 01 ədəd kibrit qutusunda 10.43 qram narktoik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürüldüyünü bildirmiş, 01 ədəd ağ rəngli zərfi və 01 ədəd DVD diski təqdim edərək zərfdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin, DVD diskin içərisində isə həmin narktik vasitənin götürülməsi barədə videoçəkiliş olduğunu bildirmişdir. Həmin kütlənin götürülməsi barədə videoçəkilişə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək 01 ədəd kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu deyərək ona məxsus olduğunu bildirməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bərdə rayonu, Qarabağ qəsəbəsi ərazisində yerləşən "İstisu" adlanan ərazidən tapdığını, tapdıqdan sonra narkotik vasitədən istifadə etmədiyini, həmçinin hər hansı şəxsə təklif etmədiyini və satmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd "Samsung A12" markalı mobil telefonumasanın üzərinə qoyaraq üzərində əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtraış keçirilmiş, lakin hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir Təqsirləndirilən şəxs təqdim etiyi "Samsung A12" markalı mobil telefon sübut əhəmiyyəti daşıdığı üçün 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla da xx.xx.2025-ci il tarixdə, saat 19:46-da Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmışdır. Bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin nəticəsinə dair Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib eilmiş, iştirakçılar tərəfindən hər hansı əlavə və qeydlər daxil edilməmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. 21 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını əks etdirən videogörüntüdən görünmüşdür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş bir ədəd diskin içərisini açdıqda "MP4" formatlı 01(bir) ədəd videofayl aşkar edilmişdir. Həmin "VİD_20250821_183605.mp4" adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 07 dəqiqə 50 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X3 iştirakı ilə Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına xx.xx.2025-ci il tarixdə saat 18:29 dəqiqədə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol arxa cibindən çıxartdığı 1 (bir) ədəd mobil telefonu və qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd kibrit qutusunu təqdim etmiş, həmin kibrit qutusunun içərisində "marixuana" olduğunu və həmin kütləni yaşadığı "İstisu" adlanan ərazinin yaxınlığından tapdığını bildirmişdir. Həmin kibrit qutusuna polis əməkdaşı Şahid1 tərəfindən baxış keçirilərkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni haradan və nə məqsədlə əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı ərazidə yerləşən "İstisu" adlanan yerin yaxınlığından tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq niyyəti olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1(bir) ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 10,43 qram olması müəyyən edilmişdir. Ardınca polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1(bir) ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd ağ rəngli kağız zərfə qoyulmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmiş və DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa bir qanunsuz əşya və ya predmet olub-olmaması, üstünün yoxlanılmasına hər hansısa bir etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansısa bir qanunsuz əşya və ya predmet olmadığını və üstünün yoxlanılmasına hər hansısa bir etirazının olmadığını bildirmişdir. Ardınca polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmış, bundan əlavə Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs hər hansısa bir etirazının olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində xx.xx.2025-ci il tarixdə saat 18:36-da başa çatmış, videoçəkiliş dayandırılmışdır. 21 avqust 2025-ci il tarixdə Bərdə RPŞ-nin inzibati binasında təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş video çəkilişi əks etdirən DVD diskə baxış keçirilmişdir. Həmin video görüntüdən görünmüşdür ki, bir ədəd diskin içərisini açdıqda "MP4" formatlı 01(bir) ədəd videofayl aşkar edilmişdir. Həmin "VİD_20250821_191706.mp4" adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 11 dəqiqə 19 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şükürov X4 Taryel Rauf oğlunun xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində saxlanılaraq üstünün yoxlanıldığını, üzərindən 10,43 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürdüyünü bildirmiş, 01 ədəd zərfi və 01 ədəd DVD diski təqdim edərək zərfdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin, DVD diskin içərisində isə əməliyyat- axtarış tədbirinin keçirilməsini və şübhəli şəxsin üstünün yoxlanmasını əks etdirən videoçəkiliş olduğunu bildirdi. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X3 iştirakları ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüyə baxılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşımasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Daha sonra istintaq hərəkəti iştirakçıları elan olunmuşdur. Ardınca Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X9 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən izah edilmiş, X10 Təqsirləndirilən şəxs izah olunan hüquq və vəzifələri ilə bağlı hər hansısa bir sualının olub-olmaması barədə soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansısa bir sualı olmadığını bildirmişdir. Bunun ardınca X10 tərəfindən Təqsirləndirilən şəxs hazırda üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd mobil telefonu çıxardıb təqdim etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində polis əməkdaşı Nəriman Əliyev tərəfindən şəxsi axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd "Samsung A12" markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyinə görə 1 ədəd ağ rəngli kağız zərfə qoyulmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmiş və DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra X10 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin mobil telefonun üzərində hansı mobil nömrənin olmasını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin mobil telefonun üzərində ***-***-**-** mobil telefon nömrəsi olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etmədiyini, əgər narkotik vasitələrdən istifadə edibsə hansı müddətdir və hansı növündən istifadə etdiyi soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə 1 il olar ki, narkotik vasitədən istifadə etdiyini və "nəşə", yəni marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra X10 şübhəli şəxs Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilib 1 (bir) ədəd ağ zərfdə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni göstərib həmin kütlənin ona məxsus olubolmadığını, nə zaman və haradan əldə etdiyini soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin kütlənin özünə məxsus olduğunu, həmin gün səhər saatlarında yaşadığı ərazidə yerləşən "İstisu" adlanan yerin yaxınlığından tapdığını bildirmişdir. X10 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni tapdıqdan sonra kiməsə məlumat veribvermədiyi, həmin kütlənin üzərindən istifadə edib- etmədiyi soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin kütləni tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin kütlənin üzərindən istifadə etmədiyini bildirmişdir. X10 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansısa bir zor tətbiq olunub-olunmaması barədə soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Bununla da təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə isintaq hərəkəti zamanı üzərindən götürülmüş 1 ədəd "Samsung A12" markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd "Samsung A12" markalı mobil telefon smartfon tiplidir, qara rənglidir. işlək vəziyyətdədir, həmin mobil telefonun üzərində ***-***-**-** mobil telefon nömrəsi vardır. Qeyd edilən 1 ədəd "Samsung A12" markalı mobil telefonun içərisinə baxış keçirilən zaman iş üçün xüsusi əhəmiyyət kəsb edən fayl və ya material aşkar edilməmişdir. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə və ya psixotrop maddə olubolmamasını, əgər narkotik vasitə və ya psixotrop maddədirsə də növünü, təmiz çəkisini müəyyən etmək üçün Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən 21 avqust 2025-ci il tarixdə qəbul edilmiş qərarla məhkəmə-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin ekspertlərinə həvalə edilmiş, Gəncə Regional bölmənin 22 avqust 2025-ci il tarixli 16/732 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 7,82 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 7,82 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq-7,78 qramdır. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserin 07 noyabr 2025-ci il tarixli 1789 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotk vasitə olan kannabinoiddən sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş MTE və PA Birliyi PHŞ-nin Bərdə rayon şöbəsinin 26 avqust 2025-ci il tarixli 747 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1-28/2-2134/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispaner qeydiyyatda yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş X18 Dispanserinin xx.xx.2025-ci il tarixli 840 nömrəli məktubunda göstərilmişdir ki, Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X18 Xəstəlikləri Dispanserində dispaner müşahidəsində deyil. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Ağdam rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1-21/2-4144/2025 nömrəli məktubunda göstərilmişdir ki, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs "Ağdam rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Ağdam rayon İHB-nin Maqsudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,82 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 7,78qram qalmış bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. V. İstinad edilən hüquq və məhkəmənin mövqeyi Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.6. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər; 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər; 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən, CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir, onun himayəsində xx.xx.2019cu il təvəllüdlü X2 olması amnistiya qərarının 1.16-cı bəndini ehtiva edir, Təqsirləndirilən şəxs məcburi köçkün statusunun olması amnistiya qərarının 1.6-cı bəndini ehtiva edir, cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Nəzərə alınmalıdır ki, Ağdam rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli arayışına əsasən aliment öhdəliyi Təqsirləndirilən şəxs tərəfindən icra olunmaqdadır. Belə ki, sonuncu dəfə icra sənədi üzrə tələbkar X1 hesabına xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə 1.500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.6, 1.16 və 5.1-ci bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti alıtna vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində narkomaniya xəstələyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş materiallarına əlavə edilmiş 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,82 qram olmuş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,78 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-183/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-183/2025
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver