Məhkəmə qərarları › İş №1(021)-184/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-184/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-184/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, H.Aslanov küçəsi ev 83-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən 1 ədəd qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,411 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq saxlamış, 28.07.2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" KB ASC-nin yaxınlığında saxlanılıb, polis şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 1 ədəd qızılı rəngli kağıza büküb üzərində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı təmiz çəkisi 0,411 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin şalvarının sağ yan cibindən polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə təxminən saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində “sarayın kuruqu” deyilən yerdən bir ədəd qızılı rəngli kağız büküm tapmış, götürüb içərisinə baxanda heroin olduğunu görmüşdür. Əvvəllərdə heroindən istifadə etdiyindən dərhal heroini tanımışdır. Heroini əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, lazım gələndə istifadə etsin. 28 iyul 2021-ci il tarixdə təxminən saat 1945 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində "xxxx"ın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş, onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş, üzərində şəxsi axtarış videoçəkilişlə aparılacağını bildirmişlər. Özü də buna etiraz etməmişdir. Polis əməkdaşları üzərində hər hansı qeyri-qanuni saxladığı əşya, narkotik vasitə varsa çıxarıb könüllü sürətdə təqdim etsin. Özü də əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı gümüşü rəngli siqaret kağız bükümdə olan narkotik vasitə heroini çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı onun üzərini axtarsa da üzərində başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşı üzərindən aşkar olunmuş heroini elektron tərəzidə çəkmiş, 0,65 qram olmuşdur. Kütlə zərfə qoyulmuş, zərfin ağzı bağlanıb möhürlənmişdir. Zərfin üzərinə özü, müdafiəçi və polis əməkdaşları imza etmişlər. Protokol tərtib edilmiş, özü də protokolu imzalamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsində CAB-da əməliyyat müvəkkili vəzifəsində işləyir. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq üzərində saxlaması barədə Bərdə rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında tərəflərindən əməliyyat tədbirləri keçirilməsinə zərurət yaranmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi əməli üzrə onu cinayət başında yaxalamaq məqsədi ilə 28.07.2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə onu bu əməlinə görə ifşa etməyi qarşılarına məqsəd qoymuşlar. 28.07.2021-ci il tarixdə təxminən saat 1945 radələrində Bərdə şəhər sakini Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospektində "xxxx"ın yaxınlığında sonuncuya yaxınlaşıb özlərini təqdim edərək üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğundan Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların bu tələbinə qarşı heç bir etiraz etməmiş və onlarla Bərdə rayon Polis şöbəsinə gəlmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl sonuncuya təklif olunmuşdur ki, üzərində qeyri-qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 bir ədəd qızılı rəngli kağıza bükülüdə olan kütləni çıxarıb Bərdə rayon Polis şöbəsinin növbətçi hissəsində stolun üzərinə qoymuş və həmin kütlənin heroin olduğunu bildirmişdir. Kütləyə baxarkən kütlənin ağ rəngli toz halında olduğunu və bir az da sarımtıl rəngə çaldığını görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərində şəxsi axtarışı davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzində çəkilmiş, 0,65 qram olmuşdur. Bükülü zərfə qoyulmuş, zərfin üzərinə DİN-nin 94 saylı arayışlar üçün möhürü vurulmuş və imzalanmışdır. Protokol tərtib olunaraq protokol ucadan şəxsi axtarış iştirakçılarına oxunmuş, protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs kütlənin heroin olduğunu, 27.07.2021ci il tarixdə təxminən saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində “sarayın kuruqu” deyilən yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 16/771 saylı 29 iyul 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş........” yazı və imzalar olan kağız paketdəki 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,411 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. -Heroinin təmiz çəkisi 0,411 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,311 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 1143 saylı 23 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən 1 ədəd qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,411 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq saxlaması, 28.07.2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" KB ASC-nin yaxınlığında saxlanılıb, polis şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 1 ədəd qızılı rəngli kağıza büküb üzərində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı təmiz çəkisi 0,411 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin şalvarının sağ yan cibindən polis əməkdaşları tərəfindən aşkar olunub götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 4441 saylı 30 iyul 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Aslanov küçəsi ev 83-də yaşayır. Təqsirləndirilən şəxs küçədə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 aprel 2015-ci il tarixli AZ-İİİ 512028 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 31 may 2012-ci ildə anadan olmuş X4 atası Təqsirləndirilən şəxs qızıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 24.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 28 iyul 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci ildən 30 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 29 iyul 2021-ci il tarixli 16/771 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,311 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyul 2021-ci ildən 30 iyul 2021-ci ilədək tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,311 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar